Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)3017/2022 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 19 sentyabr 2008-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, istifadədə olan 0,10637 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,5 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 18 yanvar 2017-ci il tarixli, 37 saylı sərəncamına əsasən, Cavabdeh MMC-nə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 24 noyabr 2017-ci il tarixli, 16 4 saylı müqaviləyə əsasən, İddiaçı 19 sentyabr 2008-ci il tarixli Çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, istifadədə olan 0,10637 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,5 kv.metr olan qeyri-yaşayış sahəsini sökmək üçün Cavabdeh MMC-nə təhvil verməyi, sonuncu isə sözügedən qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa edəcəyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsində olan binadan İddiaçı mülkiyyətinə 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini verməyi öz öhdəsinə götürmüş və tikinti işlərinin 24 ay müddətinə tam başa çatdırılması nəzərdə tutulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2 -1(82)942/2019 saylı qərardadı ilə X1 və digərlərinin ərizəsi təmin edilərək, ünvan 1 ünvanda yerləşən və Şamil Hacıyevin və digərlərinin mülkiyyətlərində olan 3 mərtəbəli qeyri-yaşayış binasına dair hər hansı söküntü işlərinin aparılması Cavabdeh MMC-nə və digərlərinə qadağan edilmişdir. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 21(82)-942/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək, Bakı Şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli, 350 saylı saylı sərəncamının X və digərlərinin hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilmiş və iddianın qalan hissədə rədd edilməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 21(103)-1 67/2022 saylı qərardadı ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(82)-942/2019 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın Tələt Şıxəliyev küçəsi tərəfindən ümumi sahəsi 64.35 kv.metr olan texniki pasportda göstərildiyi kimi, ən azı küçəyə 9 metr vitrin olmaqla 3 otaqlı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, aylıq kirayə haqqına görə 12.00 0 manat, əldən çıxmış faydaya görə 45.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, tərəflər arasında ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 49.5 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən “əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən 19 sentyabr 2008-ci il tarixdə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin verdiyi 001428 saylı şəhadətnamə ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 49.5 kv.metr olan qeyri-yaşayış sahəsini sökmək üçün cavabdehə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada ‘tikinti şi rkəti” tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən “tikinti şirkəti” cavabdeh ünvan 2 ünvanda yerləşən “əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsində olan binadan 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini “əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı andan artıq ərazi icazəsiz sökülmüş və yeni coxmənzilli hündürmərtəbəli binanın bünövrəsi qoyulmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıya tikintisi başlanmış binanın hansı hissəsindən istəs təmirli qeyri-yaşayış sahəsi verəcəyini öhdəsinə götürmüş və onda inam yaratmışdır. Bina hazır olduqdan sonra və binanın bütün sakinlərinə mənzillər verilmiş, lakin ona məxsus qeyri-yaşayış sahəsini təhvi verməkdən bu və ya digər başqa səbəbdən yayınmış faktiki olaraq onun əmlakı mənimsənilmişdir. 24 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan qeyri- yaşayış sahəsini sökərək yerində hündürmərtəbəli yaş ayış binası tikən cavabdeh 4 il 6 aydan cox müddət keçməsinə baxmayaraq bu günə kimi müqavilə ilə şərtləşdirilmiş qeyri-yaşayış sahəsini ona təhvil verməkdən qəsdən yayınır. Cavabdeh, 01 sentyabr 2020-ci il tarixli cavab məktubunda iddiaçıdan üzr istəmiş və gecikmə ilə əlaqədar 63.45 kv.metr qeyri-yaşayış sahəsinin əvəzinə, ona ümumi sahəsi 70 kv.metr olan qeyri-yaşayış sahə veriləcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh yenə də öz öhdəliyinə əməl etməmişdir. Bundan başqa, cavabdeh pilot layihə üzrə qeyri-yaşayış sahəsini sökərkən digər sakinlərdə olduğu kimi, iddiaçıya da qeyri-yaşayış sahəsini sökdüyü ücün aylıq 500 manat kirayə haqqı verməli idi. Lakin, 24 ay ərzində ona kirayə pulu vermədiyi üçün əlavə olaraq 12.000 manat maddi ziyana düşmüşdür. Daha sonra, cavabdeh qeyri-yaşayış s ahəsini iddiaçıya ən geci 24 noyabr 2019-cu il tarixdə təhvil verməli idi. Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək, 30 aydır ki, qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Buna səbəb isə iddiaçıya veriləcək sahənin də daxil olduğu qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən “Araz” supermarketə icarəyə verməsi olmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətlər olmasaydı, iddiaçı qeyri-yaşayış sahəsini 30 ay əvvəldən təhvil alıb, aylıq 1500-2000 manata icarəyə verə bilərdi. Cavabdeh öhdəliklərini icra etmədiyinə görə bu günədək 30 ay ərzində ən azı 45.500 manat qazancdan məhrum olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(005)3550/2021 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 24 noy abr 2017-ci il tarixli, 164 saylı müqavilə üzrə ünvan 2 ünvanda tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binadan 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilmiş və qalan hissədə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməyərək (müqavilənin 2.2.3-cü bəndi) müqavilənin yuxarıda sadalanan bəndlərini pozaraq, iddiaçıya söküntüsü aparılmış qeyri-yaşayış sahəsinin əvəzinə, yeni tikilmiş sahənin verilməsinə dair öhdəliklərini yerinə yetriməkdən yayınmışdır. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, mübahisəli qeyri-yaşayış sahəsi sökünt ü üçün cavabdehə təhvil verilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqavilə üzrə öhdəliklərini tam icra edərək, mübahisəli sahəni söküntü üçün cavabdehə təhvil verdiyindən, cavabdeh müqavilə üzrə öhədliklərini icra etməli və söküntüsü aparılmış 49.5 kv.metr qeyri-yaşayış sahəsinin əvəzinə, iddiaçıya ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil verməlidir. İddianın təmin edilməyən hissəsində məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqavilədə iddiaçının yeni binanın tikintisi başa çatanadək iddia ərizəsində qeyd etdiyi kimi hər ay 500 manat kirayə haqqı almaq hüququ təsbit edilməmişdir. Bundan başqa, iddianın əldən çıxmış fayda tələbinə aid hissədə məhkəmə hesab etm işdir ki, hazırki halda əldən çıxmış faydanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Bu mənada iddiaçı qeyd olunan əldən çıxmış faydanın nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olma qla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 45.000 manat əldən çıxmış faydanı tələb etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Məhkəmə yekun olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilən in şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqavilənin 1.1.2 və 2.2.3-cü bəndlərinin tələbləri müqavilə üzrə tərəf olan cavabdeh tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi, yəni ümumi sahəsi 64.35 kv.metr olan qeyri yaşayış sahəsinin təvhil verilməsinə dair tələb irəli sürməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia həmin hissədə təmin edilməli, kirayə haqqına görə 12.000 manat və əldən çıxmış faydaya görə 45.000 manat pul tələblərinə aid hissələrdə isə iddiaçı sübut təqdim edə bilmədiyindən iddia həmin hissələrdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21.1, 21.2, 152.1, 157.8, 385.1, 425, 427.1, 427.2, 427.3, 428.2, 430.1, 430.2, 445.2, 445.2.1, 445.2.2, 448.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlandığı anda 24 noyabr 2017-ci il tarixdən ərazi sökülmüş və yeni çoxmənzilli hündürmərtəbəli binanın bünövrəsi qoyulmuşdur. 24 noyabr 2017-ci il tarixli müqavilə əsasında mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökərək yerində hündürmərtəbəli yaşayış binası tikən cavabdeh 24 aya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini 48 aydan artıq müddət keçməsinə baxmayaraq, təhvil verməkdən qəsdən yayınır. Cavabdeh, iddiaçıya ünvanlanmış 01 sentyabr 2020-ci il tarixli, 37 saylı məktubunda etiraf etmişdir ki, gecikmə olmuşdur, gecikmə ilə əlaqədar ona ümumi sahəsi 63.45 kv.metr deyil, 70 kv.metr qeyri yaşayış sahəsi təhvil verəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdeh 24 ay müddətinə təhvil verməli olduğu qeyri-yaşayış sahəsini 10 ay müddətində gecikdirməklə müqavilədə qeyd olunan sahədən əlavə olaraq 6.55 kv.metr sahəni kompensasiya olaraq iddiaçıya verəcəyinə dair razılıq bildirmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçıya vaxtında təhvil verilməməsinin əsas səbəbi həmin sahənin başqa şəxslərə artıq qazanc əldə etmək məqsədi ilə icarəyə verilməsi olmuşdur. Bu baxımdan hər gecikdirilmiş günə görə cavabdeh ona vurduğu zərərin əvəzini ödəməlidir. Zərərin əvəzi əlavə qeyriyaşayış sahəsinin verilməsi və ya pul formasında ola bilər. Bundan başqa, cavabdeh ərazidə layihəni icra edərkən, yəni müqavilə bağlandığı gündən başlayaraq vətəndaşlara aylıq 500 manat kirayə pulu verir. Cavabdeh müqavilə bağlandığı tarixdən, yəni sahənin təhvil veriləcəyi 24 ay müddəti üçün ona da kirayə pulu verməli olduğu halda verməmişdir. Buna görə də həmin dövr üzrə (24x500=12.000) 12.000 manat kirayə pulu ödənilməlidir. Bundan başqa, cavabdeh qeyri-yaşayış sahəsini ən geci 24 noyabr 2019-cu il tarixdə təhvil verməli idi. Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək, 30 aydır ki, qeyri-yaşayış sahəsini ona təhvil vermir. Bunun səbəbi qeyri-yaşayış sahəsinin də daxil olduğu sahəsinin “Araz” supermarketə icarəyə verməsi olmuşdur. Cavabdeh öhdəliklərini vaxtında icra etmiş olsaydı, iddiaçı ötən 30 ay ərzində həmin qeyri-yaşayış sahəsini aylıq 1500-2000 manata icarəyə verərək gəlir əldə edəcəkdi. Cavabdeh öhdəliklərini icra etmədiyinə görə 30 ay ərzində iddiaçı 45.000-60.000 manat məbləğində qazancdan məhrum olmuşdur. Məhkəmənin iddiaçının tələbini sübut edə bilməməsi ilə bağlı mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, mülki işd ə olan cavabdehin iddiaçıya ünvanladığı 01 sentyabr 2020-ci il tarixli, 37 saylı məktubdan görünür ki, cavabdeh qeyri-yaşayış sahəsinin təhvil verilməsini gecikdirməsinə görə iddiaçıya 63.45 kv.metr deyil, kompensasiya qismində 70 kv.metr qeyri-yaşayış sahəsi (əlavə 6.55 kv.m) təhvil verməyi vəd etmişdir. Cavabdehin tikinti apardığı torpaq sahəsində əmlakları olan bütün şəxslərə kirayə haqqı verməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin iddiaçıya təhvil verilməli olan sahədə hazırda cavabdeh tərəfindən (“X” supermarket) başqa şəxslərə icarəyə vermişdir. Cavabdeh sahəni başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi, özlüyündə iddiaçının əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum etmişdir. Birinci instansiya məhkəməsi, cavabdehin iddiaçıya təhvil verməli olduğu sahənin, yəni ünvan 3 ünvanda tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın T.Şıxəliyev küçəsi tərəfindən ümumi sahəsi 64.35 kv.metr olan, küçəyə 9 metr (texniki pasportda göstərildiyi kimi) vitrini olan sahənin hazırda istifadədə olması ilə bağlı dəlillərə də münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, gecikdirmə üçün əldən çıxmış faydanın əvəzi olaraq iddiaçıya veriləcək 70 kv.metr obyektin inşasına yanvar ayında başlanmış və həmin obyekt iyun-iyul aylarında təhvil verəcəkdir. Bundan əlavə məhkəmənin verdiyi istənilən qərarı icra edəcəklərini qeyd etmiş, müqavilədə kirayə haqqının qeyd edilmədiyini, T.Şıxəliyev 6 saylı ünvan üçün icarə haqqının kvadrat metrinin 12-18 manat olduğunu və buna dair sübutlar təqdim edərək, gecikməyə görə 23.000 manat kompesasiya verə biləcəklərini bildirmişdir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 20 dekabr 2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən, ünvan 3 ünvanda və ona yaxın ərazidə qeyri-yaşayış sahəsinin 1 kv.metrinin aylıq icarə haqqının məbləği 24 manat müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən 23 dekabr 2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən, qeyri yaşayış sahəsinin 1 kv.metrinin orta bazar icarə dəyəri 12 manat müəyyən edilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi 25 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, T.Şıxəliyev və Qarabağ küçələrində inşa edilmiş yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən 1000 kv.metr sahəyə malik qeyriyaşay ış sahəsinin aylıq icarə haqqı 18.112 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 may 2022-ci il tarixli qərardadı ilə verilmiş Məhkəmə-Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 17 oktyabr 2022ci il tarixli rəyinə əsasən, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın söküntü işlərinə 2017-ci ilin may ayında başlanılmış, həmin ilin iyun ayında tamamilə söküldüyü, hal-hazırda mövcud olan yaşayış binasının 2017-ci ilin sentyabr ayında bünövrə işlərinin, oktyabr ayından isə tikinti işlərinin aparıldığının müəyyən edildiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)3017/2022 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) ap ellyasiya şikayəti şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(005)-3550/2021 saylı qətnaməsinin qismən- iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən əldən çıxmış faydaya görə 45.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə mübahisə edilən hissədə mühüm əhəmiyyəti olan və qə tnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, müəyyən edilmiş hallar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddia üzrə iddiaçının istinad etdiyi hallar qismən sübuta yetirilsə də, binanın (qeyri-yaşayış sahələrin) istismar mümkünlüyü və digər vətəndaşların yeni mənzil (əmlak) gözləntiləri bu hüquqların ictimai mənafelər naminə aradan qaldırmaq mümkünsüzlüyünü müəyyən edir. Verilməli olan sahə mütənasib olmaqla aradan qaldırılan mülkiyyəti ədalətli şəkildə kompensasiya etməli olan cavabdeh kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), çəkdiyi və çəkmə li olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməli, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsi mümkünsüz olduğu təqdirdə bu növ zərərin mülkiyyətçiyə ödənilməli olan pul vəsaiti həcmində və ya naturada ədalətli kompesasiya hüququ təmin olunmalıdır. Şəxsin mülkiyyət hüquqlarının kompensasiya edilməsi, iddia hədlərinin müəyyən etdiyi çərçivələrdə və mümkünlüyü baxımından, qeyd edilən dəyərlər müstəvisində qiymətləndirilməlidir. Ona görə də iddia tələbi və apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, tərəflər bu növ iradə ifadəsini nümayiş etdirsələr də yekun bir nəticəyə gəlməmişlər. Qeyd edilənlərdən əlavə Məhkəmə kollegiyası həmçinin qeyd etmişd ir ki, hamıya bəllidir ki, sökülən əmlakdan mülkiyyət hüquqlarının təyinatı üzrə həyata keçirilməsi mümkün deyil və öhdəliklərin yerinə yetirilməməsi səbəbindən dəyən zərərin (əldən çıxmış faydanın) mövcudluğu sübut edilməsinə zərurət olmayan haldır. Zərərin məbləğinin müəyyən edilməsi isə, tərəflərin təqdim etmədiyi təqdirdə, müvafiq ekspertizaların keçirilməsi vasitəsi ilə müəyyən edilməsi mümkündür. Məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər, bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə tələb-təklif təfərrüatların rəsmi ifadəsi iddiaçıya münasibətdə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki hüquqi münasibətlər zamanı: - qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;- müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;- digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; - qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi hüquqdan sui-istifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən– iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən əldən çıxmış faydaya görə 45.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Digər mübahisə edilən hissələrdə tələblər biləvasitə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan ekspert rəyləri və icarə müqaviləsi ilə həmin ərazidə icarə qiymətlərinin hər kvadrat metri üçün 12-24 manat olması barədə tərəflərin təqdim etdikləri sübutlar, cavabdehin öhdəliklərinin yerinə yetirməməsi səbəbindən mülkiyyə tçinin hüquqlarının pozulmasının davam etməsi (cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin 2023-cü ilin iyun-iyul ayında təhvil verilməsinin ehtimal edilməsi) müstəvisində və hazırki dövrədək hər hansı kompensasiyanın (kirayə və ya icarə haqqının) ödənilmədiyi vəziyyətdə, maksimal dərəcədə təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kirayə (icarə) haqqının ödənilməsi müqavilədə nəzərdə tutulmasa da, adi mülki dövriyyədə bu növ münasibətlər istisna edilmir, lakin əldən çıxmış fayda üzrə zərərin ödənilməsi və bu hissədə olan iddiaçının tələbinin maksimal həcmdə təmin edilməsi bötövlükdə iddiaçının kirayə (icarə) haqqı üzrə də tələbini əhatə edir. Eyni zamanda, iddianın “qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərildiyi kimi, ən azı küçəyə 9 metr vitrin olması” hissəsi müqavilədə nəzərdə tutulmamışdır, lakin sahənin təhvil verildiyi zaman tərəflər bu xüsusatlar üzrə razılığa gələ bilərlər. Ümumiyyətlə, mülki hüquq pozuntularının aradan qaldırılması yönündə tərəflər birgə hərəkət etməli, dövlətin, cəmiyyətin (digər şəxslərin) və tərəflərin özlərinin mülki hüquqlarının cəmində danışıqlar apararaq, mülki dövriyyənin və subyektiv hüquqların mütənasibliyi baxımından onların tarazlığının təmin edilməsi müzakirə edilməlidir. Müzakirələrin rəsmi təkliflər səviyyəsində baş tutmadığı və ya müsbət nəticə vermədiyi təqdirdə tərəflər mübahisələrin məhkəmə müstəvisində müzakirə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 178.8, 385.1, 442, 443, 445.1, 567, 569.1, 569.2, 570.1.1, 662.1-662.3, 663.1, 664 və 665-ci m addələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsini nəzərdə tutan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 24 oktyabr 2016-cı il tarixli, 350 saylı sərəncamı hissəvi şəkildə ləğv edildiyindən müqavilə öhdəlikləri yerinə yetirilə bilməmiş, həmin qərardan verilmiş şik ayətlər üzrə 5 ildən artıq müddət keçməsinə baxmayaraq sözügedən məhkəmə mübahisəsi yekunlaşmamış və həmin obyektin tikintisinə başlanıla bilməmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi hazırki maddi normanın tələblərini pozaraq cavabdehi mübahisənin uzadılmasında və obyektin təhvil verilməməsində təqsirli bilmiş, bununla da həmin obyektə münasibətdə ağlasığmaz hesab ediləcək əldən çıxmış faydanın tutulması qənaətinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı 65 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etsə də, cavabdeh sərəncamın ləğvinə dair mübahisə ucbatından 10-000 kv.metrdən artıq yaşayış binasını tikməkdən və külli miqdarda gəlir əldə etməkdən məhrum olmuşdur. Yəni, cavabdeh həmin obyektin tikilməsindən qərəzli olaraq boyun qaçırmamış, həmin ərazidə hər hans ı tikinti-söküntü işlərinin qadağan olunmasına dair məhkəmə qərardadı olduğundan qeyri-yaşayış sahəsinin tikilməsi gecikmişdir. İstinad edilən normanın tələblərindən də göründüyü kimi, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalı olsa da, məhkəmə ümumiyyətlə bu maddəyə istinad etməmiş, hazırki normanı tətbiq etməyərək cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, həmin ərazidə tikilməli olan yaşayış kompleksi 4 küçəni əhatə edir və iddiaçıya təhvil verilməli olan obyekt, Tələt Şıxəliyev 6 saylı ünvanda, yəni işlə klik baxımından çox zəif olan, satış qiyməti mənzil satış qiymətinə bərabər olan ünvanda yerləşməsinə baxmayaraq, iddiaçının həmin yaşayış kompleksinin Xətai prospektinə baxan hissəsində yerləşən obyektin icarə qiymətinə bərabər təqdim etdiyi “rəy” məhkəmə üçün əsas götürülmüş, qeyd edilən küçədən daha işlək olan yaşayış kompleksinin digər hissəsinə baxan küçədə yerləşən obyektin icarə müqaviləsi məhkəməyə təqdim edilsə də, məhkəmə təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verməmiş, iş üzrə hər hansı qiymətləndirmə ekspertizası təyin etmədən, iddiaçının tələbini olduğu kimi qətnaməsinə köçürmüşdür. Halbuki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi ekspert rəyinə etiraz edilmiş və həmin ekspert rəyi ilə kəskin fərq edən daha etimadlı şirkət tərəfindən verilmiş ikinci rəy təqdim edi lmişdir. Lakin məhkəmə həmin hissədə mübahisə olduğu halda, iş üzrə ekspertiza təyin etməmiş, iddiaçının təqdim etdiyi rəyi əsas götürmüşdür. Kassator, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə, həmçinin Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinin tələblərinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə et mək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin b inanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borc lu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur; Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın əldən çıxmış faydaya görə 45.000 manat pul tələbinə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız həmin hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi kassasiya şi kayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzün müəyyən edib sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermiş olsa da, cavabdehin təqsiri üzündən əmlakından məhrum olması nəticəsində iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirin (əldən çıxmış faydanın) məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 19 sentyabr 2008-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, istifadədə olan 0,10637 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,5 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 18 yanvar 2017-ci il tarixli, 37 saylı sərəncamına əsasən cavabdehə, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilmişdir. Bundan sonra, tərəflər arasında bağlanmış 24 noyabr 2017-ci il tarixli, 164 saylı müqaviləyə əsasən iddiaçı, 19 sentyabr 2008-ci il tarixli Çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, istifadədə olan 0,10637 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,5 kv.metr olan qeyri-yaşayış sahəsini sökmək üçün cavabdehə təhvil verməyi, sonuncu isə sözügedən qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürm ərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa edəcəyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsində olan binadan iddiaçının mülkiyyətinə 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini verməyi öz öhdəsinə götürmüş və tikinti işlərinin 24 ay müddətinə tam başa çatdırılması nəzərdə tutulmuşdur. Cavabdeh, sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi üçün, iddiaçı cavabdehə müraciət edərək müqavilə üzrə öhdəliyini icra etməsini xahiş etmişdir və cavabdeh 01 sentyabr 2020-ci il tarixdə iddiaçıya yazılı məktub göndərərək, sözügedən müqavilə üzrə ona 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürdüyünü, lakin sakinlərin köçürülməsi ilə əlaqədar baş vermiş gecikmə səbəbi ilə üzərinə gö türdüyü öhdəliyi vaxtında icra edə bilmədiyini göstərib, baş vermiş gecikmə ilə əlaqədar ondan üzr istədiyini və kompensasiya olaraq ona 64.35 kv.metr əvəzinə, 70 kv.metr qeyri-yaşayış sahəsi verəcəyini öhdəsinə götürmüşdür. İddia ərizəsindən görünür ki, iddiaçı, cavabdehin təqsiri üzündən əmlakından məhrum olması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi 45.500 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olduğunu iddia etmişdir. Əvvəla, Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib. Həmin normada göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə- hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırki işdə, iddiaçı mülkiyyətində olan 49,5 kv.metr qeyri-yaşayış sahəsini sökm ək üçün cavabdehə təhvil verdiyi halda, sonuncu müqavilə ilə razılaşdırılış qaydada, müddətdə, yəni 24 ay ərzində yeni tikilən binadan 3 otaqlı, ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Bu hal cavabdehin iddiaçıya ünvanladığı 01 sentyabr 2020-ci il tarixli məktubun məzmunu ilə də açıq-aşkar təsdiq olunur. İşdən və həmin məktubun məzmumundan görünür ki, cavabdeh müqavilənin şərtinə uyğun olaraq iddiaçıya yeni binadan ümumi sahəsi 64.35 kv.metr olan qeyri yaşayış sahəsini 24 ay müddətində, yəni 24 noyabr 2019-cu il tarixədək təhvil verməli idi, lakin ötən müddət ərzində həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyib və nəticədə sonuncu hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona gö rə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçının əldə edə bilmədiyi gəlirləri əldən çıxmış fayda kimi qiymətləndirməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdeh ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsini 24 noyabr 2019-cu il tarixədək tikib iddiaçıya təhvil verməməklə onun həmin obyektə münasibətdə hüququnu pozmuşdur və nəticədə iddiaçı, iddia ilə məhkəməyə müraciət etdiyi 29 iyun 2021-ci il tarixədək ötən 19 ay müddət üçün ümumi sahəsi 64.35 kv.metr olan qeyri-yaşayış sahəsindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, əldən çıxmış faydaya görə cavabdehdə n iddiaçının xerinə son 30 ay üçün, hər ay 1500 manat olmaqla, cəmi 45.000 manat tutarkən, tərəflər arasında bağlanmış müqavilənin müddətinin 24 noyabr 2019-cu il tarixədək müəyyən edilməsini, məhz həmin müddət üçün iddiaçıya mülkiyyətində olan 49,5 kv.metr qeyri-yaşayış sahəsinə görə 64.35 kv.metr qeyri-yaşayış sahəsinin təklif edilməsini nəzərə almamış və əldən çıxmış faydanın məbləğini 24 noyabr 2019-cu il tarixdən sonra ötən 19 ay müddət üçün müəyyən etmək əvəzinə, son 30 ay üçün müəyyən etmişdir. Qeyd edilməlidir ki, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən, yalnız inandırıcı, ağlabatan və mötəbər yazılı sübutlarla təsdiq olunan məbləğlər əsas götürülməlidir. İşdən görünür ki, əldən çıxmış faydanın ödənilməsi tələbini irəli sürmüş iddiaçı, cavabdehin törətdiyi pozuntu (öhdəli yi vaxtında və lazımi qaydada icra etməməsi) ilə ziyan arasında səbəbli əlaqənin olduğunu sübut etsə də, əldən çıxmış faydanın məbləğinin məhz 45.000 manat olması mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdehin müqavilə üzrə öhdəliyini pozması nəticəsində iddiaçı, adi mülki dövriyyə şəraitində son 30 ay üçün deyil, 19 ay, yəni sözügedən müqavilənin müddətinin bitdiyi 24 noyabr 2019-cu il tarixdən hazırki iddia ilə məhkəməyə müraciət olunduğu 29 iyun 2021-ci il tarixədək olan müddət üçün əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Ona görə də iddiaçının həmin müddət üçün əldə edilməmiş gəlirlərinin məbləği, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin real (həqiqi) məbləği ilə müəyyən edilməlidir. İşə əlavə edilmiş çoxsaylı sü butlardan, habelə mütəxəssis və ekspert rəylərindən görünür ki, sözügedən ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.metinin dəyəri təqribən 12-24 manat civarındadır. Cavabdehin nümayəndəsi də izahatında obyektin tikintisinin gecikməsinə görə iddiaçıdan üzr istədiklərini və buna görə ona 23.000 manat kompesasiya verə biləcəklərini bildirmişdir. Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə is ə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə- cavabdehdən əldən çıxmış faydaya görə iddiaçının xeyrinə 45.000 manat pulun tutulması hissəsində dəyişiklik edilməli, cavabdehdən əldən çıxmış faydaya görə iddiaçının xeyrinə tutulacaq məbləğ 29.343,60 manat müəyyən edilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-cü il tarixli, 2(103)-3017/2022 saylı qətnaməsinə- Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən əldən çıxmış faydaya görə İddiaçı xeyrinə 45.000 manat pulun tutulması hissəsində dəyişiklik edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən əldən çıxmış faydaya görə İddiaçı xeyrinə tutulacaq məbləğ 29.343,60 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qət namə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.