Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1982/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X10 və X2 ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X3, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin Cavabdeh qızına qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti nə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə bağlanmış 18.07.2014-cü il tarixli AL-1040 saylı X6nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə qaytarılması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18 iyul 2014-cü il tarixli AL-1040 saylı X6 üzrə lizinq obyektinin müvəqqəti istifadə edilməsinə görə 16 yanvar 2017-ci il tarixə 3820,09 manat əsas, 2477,89 manat mükafat və həmin günə hesablanmış 709,14 manat dəbbə pulu, cəmi 7007,12 manat borc və ödənilmiş 30 manat dövlət r üsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) X5 saylı 25 may 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə bağlanmış 18.07.2014-cü il tarixli “X6nə xitam verilmiş, lizinq obyekti olan 2014-ci il buraxılışlı, “DAEWOO GENTRA” minik markalı, **-AC-***dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil (XTWB5V319VEA543426 ban, 0227 mühərrik nömrəli) Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, Cavabdeh 3820,09 manat əsas, 2477,89 manat faiz, 1 manat dəbbə pulu olmaqla, cəmi 6298,98 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 19.11.2019-cu il tarixli X5 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək iş üzrəBakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin X5 saylı 25 may 2017-ci il tarixli qətnaməsi lizinq obyekti olan 2014-ci il buraxılışlı, “DAEWOO GENTRA” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil (XTWB5V319VEA543426 ban, 0227 mühərrik nömrəli) Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş,Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin X5 saylı 25 may 2017-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə ödənilməli olan əsas borc 3695,65 manat məbləğində müəyyən edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat təşkil etdiyindən həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli X5 saylı qətnaməsinin qismən ləğv edilməsini, yəni İddiaçıASC-nin 2477,89 manat faizin hesablanması və cavabdehdən tutulması hissəsində iddianın təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA VERİLMİŞ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan avtomobildən cəmi 4 ay istifadə etmişdir. Avtomobildən istifadəyə görə aylıq ödənişləri vaxtında ödəmişdir. Lakin 4 ayd an sonra X7 avtomobili ondan almışdır. Avtomobili alarkən ona bildirmişdir ki, tez bir zamanda avtomobili yenidən öz adına keçirəcək. Avtomobilə dair lizinq müqaviləsi ondan əvvəl X7 ilə bağlanmışdır. Sonradan onun xəbəri olmadan X7 avtomobili 3-cü şəxs Abşeron rayonu Qobu kəndində yaşayan bir şəxsə satmışdır. Avtomobildən istifadə edən X7 və 3-cü şəxs həmin vaxtdan İddiaçı ASC-ə pul ödəməmişdir. O, bütün bunlardan ona qarşı İddiaçı ASC iddia qaldırdıqda xəbər tutmuşdur. İşə baxarkən o cavabdeh şəxs qismində X5 cəlb edilməsini xahiş etsə də, məhkəmə bu tələbinə əhəmiyyət verməmişdir. Lizinq müqaviləsinin öhdəliklərinin yerinə yetirilməməsi, yəni vaxtında tərəfindən ödənişlərin aparılmaması ilə bağlı ona məlumat verilsəydi, o dərhal avtomobili üçüncü şəxslərdən geri alıb, lizinq şirkətinə q aytarardı, ya da, avtomobil istismara yararlı olduğu halda, müqaviləyə görə yerdə qalan ödənilməmiş məbləği özüödəyib avtomobilə sahib çıxardı və bu günə qədər əsas borcdan başqa faiz hesablanmazdı.İddiaçıASC tərəfindən vicdanlıq prinsipinə riayət etməmiş, öz hüquqlarından sui-istifadə etmişdir. AR MM-nin 748-ci maddəsinə əsasən “xxxx” ASC maliyyə nəzarətini keçirməli olduğu halda, Lizinq müqaviləsinə görə ödənişlər iki ilədək ödənilmədiyinə ASC göz yumub, lizinq müqaviləsinə və AR MM-nin 425.1-ci maddəsinə müvafiq olaraq hüquqlardan istifadə etməyib həmin müddət ərzində faizlərin yığılmasını gözləmişdir. Halbuki, lizinq şirkəti iki ay keçdikdən sonra avtomobili geri qaytarmaq və lizinq müqaviləsinin ləğvi ilə məhkəmədə ona qarşı iddia verə bilərdi. Bunu etmiş olsaydı yuxarıda qeyd etdiyi kimi cavabdeh hazırda bu qədər ziyana düşməzdi. Beləliklə birinci instansiya apellyasiya məhkəmələri İddiaçı ASC-nin hüquqlarının sui-istifadə etmələrinə və haqsız olaraq ondan əsas borcdan savayı haqsız olaraq faizin hesablanmasına hüquqi qiymət verməmişlər. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, göstərmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan lizinq obyekti olan avtomobili 3-cü şəxsə vermiş, bununla da, müqavilənin 9.3-cü bəndini pozmuş, həmçinin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ödəniş qrafiki üzrə aylıq lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Avtomobilin başqa şəxsə verməsi barədə Şirkəti məlumatlandırmamışdır. Tələb edilən borc iddia tələbi ilə məhkəməyə müraciət edilən vaxta yaranmış borcdur, avtomobil həmin müddətdən xeyli sonr a qaytarılsa da, həmin dövr üçün hər hansı ödəniş tələb edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ASC-nin vəkili X8məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, kassasiya şikayətinə etiraza uyğun izahat verərək apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəla lət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış 18.07.2014-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2014-cü il buraxışlı, “DAEWOO GENTRA” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 14500 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “xxxx” ASC, X7 ilə Cavabdeh arasında bağlanmış 19.03.2015-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nə əsasən “DAEWOO GENTRA” minik markalı, **-AC*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istifadəsinə qəbul etmiş və 18.07.2014-cü il tarixli “X6” üzrə bütün öhdəlikləri üzərinə götürmüşdür. Tərəflər arasında i mzalanmış yeni ödəniş cədvəlinə əsasən hər ay sabit olaraq 373,07 manat, ümumilikdə isə 19399,42 manat məbləğində pulu lizinq şirkətinə ödəməlidir. 19.03.2015-ci il tarixli aktla, X11 və Cavabdeh “DAEWOO GENTRA” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 747.1, 742-2, 748-1.12, 748-1.12.4, 750-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən İddiaçı ASC ilə cavabdeh X9 arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavil ə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Beləliklə iddiaçının cavabdehdən öhdəliklərin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmçinin gəldiyi nəticələrdən görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında Cavabdeh banka olan əsas borcu 3820,09 manat, faiz borcu isə 2477,89 manat təşkil etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19858 saylı 11 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh 16.03.2017-ci il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix) olan əsas borcu 3695,65 manat, faiz borcu isə 2525,96 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, bank tərəfindən ödənilməsi tələb olunan əsas borcun çox, faiz borcunun isə az hesablandığı müəyyən olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan faiz borc məbləğinin ekspertiza rəyində göstərilən həddə hesablana bilməz. Belə ki, ekspert rəyi ilə müəyyən edilmiş faiz borc məbləğinin cavabdehdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Cavabdeh kassasiya şikayətində qətnaməni yalnız 2477,89 manat faizin (lizinq mükafatı) ondan tutulması hissəsində mübahisələndirmiş, digər hissələrdə qətnamə ilə razılaşmış dır. Buna görə də, qətnamənin qanuniliyi mübahisələndirilən hissədə yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də d axil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. -748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin və cərimə məbləğinin ödənilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddi açı qarşısında cavabdehlik daşımışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının ondan əsas borcdan əlavə 2477,89 manat məbləğində faizin hesablamasında haqsız olmasına dair dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, lizinq hüquq institutunun mahiyyəti ondan ibarətdir ki, lizinq verən özündə olan və yaxud lizinq vermək üçün üçüncü şəxsdən dəyərini öz vəsaiti hesabına ödəməklə əldə etdiyi əşyanı müəyyən edilmiş lizinq mükafatı müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməklə, sonuncunun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur. Kassatorun faiz kimi qeyd etdiyi məbləğ əslində lizinq mükafatı olmaqla, tərəflər arasında bağlanmış müqaviləyə əlavədə lizinq məbləğinə illik 17% həcmində hesablanması şərtləşdirilmiş və bu barədə ödəniş qrafiki tərtib edil ərək imzalanmışdır, həmin məbləğ lizinq ödənişlərinin tərkib hissəsi olmaqla, onun silinməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun mübahisələndirmədiyi əsas borc məbləği kimi, 2477,89 manat mükafat məbləği də lizinq ödənişinin tərkib hissəsi olmaqla, cavabdeh tərəfindən ödənilməlidir. Avtomobilin 4 aydan sonra Eyyub Səlimova qaytarılması və ödənişlərin edilməməsindən cavabdehin məlumatlı olmaması barədə kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdeh ona lizinqə verilmiş əmlakı lizinq verənin razılığı olmadan 3cü şəxsə verdiyinə və bu barədə lizinq şirkətini məlumatlandırmadığına görə yaranmış borc üçün öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə, ona dair etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vək il kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1982/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1982/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver