Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1984/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(103)1267/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qar şılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 26 fevral 2021-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 04 yanvar 2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur.
2. Nikaha daxil olduqdan sonra, Cavabdeh Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 13 aprel 1987-ci il tarixli orderinə əsasən İddiaçı mərhum atası Rəsulov Malik Əlifxan oğluna iş yerindən təqdim olunmuş ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) xidməti mənzilə köçmüşdür.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, 04 yanvar 2022-ci il təvəllüdlü Nigar Rəsulova anası Cavabdeh himayəsində saxlanılmış, uşağın saxlanılması üçün İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
4. İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5v, 58 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq, ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 07 dekabr 2023-cü il tarixli sərəncamı ilə mənzil xidməti mənzillər siyahısından çıxarılmış və daimi yaşamaq üçün İddiaçı verilmiş, onunla kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra İddiaçı mənzili özəlləşdirmiş və mülkiyyət hüququ 05 fevral 2024 -cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun himayəsində olan X2 ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 4 237, m4, m2) yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşayır və mənzili tərk etmir. Dəfələrlə ondan mənzili boşaltmağı tələb etsə də, Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu isə İddiaçı mülkiyyət hüququnu pozm uşdur.
8. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 yanvar 2022-ci il təvəllüdlü azyaşlı qızı Nigar Rəsulova ilə birlikdə ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 4 237, m4, m2) yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər ailə qurarkən mübahisəli mənzil orderlə qarşılıqlı iddiaçının mərhum qayınatası Rəsulov Malik Əlifxan oğlunun adına olmuşdur. Mənzil 2024-cü ildə rəsmi qeydiyyatdan keçmişdir. O, həmin mənzilə gəlin gəlmiş və ona məxsus əmlak da həmin mənzildə yerləşdirilmişdir. Mənzildə olan bütün əmlaklar ona məxsusdur, o, mənzilə köçərkən mənzil boş olmuşdur. O, azyaşlı qızı ilə həmin evdə ailə üzvü kimi yaşasalar da, onla rı qeydiyyata saldırmamışlar. Mənzili İddiaçı öz adına rəsmiləşdirərək 05 fevral 2024-cü il tarixdə çıxarış almışdır. Qarşılıqlı iddiaçının bundan yalnız məhkəmədən bildiriş gəldikdən sonra xəbəri olmuşdur. Onun və azyaşlı uşağının başqa yaşamağa yerləri yoxdur, həmin mənzil onun və uşağının yeganə yaşayış yeridir. O, ailə qurub mənzilə köçdüyü vaxt mənzil orderlə olmuş, o da ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Onun həmin mənzildə istifadə hüququ vardır.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(002)1225/2024 nömrəli qətnaməsi ilə (hakim K.Əsədov) ilk iddia təmin edilərək, Cavabdeh və onun himayəsində olan Nigar Rəsulovanın ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 4 237, m4, m2) yerləşən mənzildən çıxarılmaları, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət r üsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından, mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququnun olmasına dair müvafiq şəkildə qeydiyyat aparılmamışdır. Hazırda İddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi, ev 5v, sahəsi 37,04 kv.m. olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdı r. Mənzil birgə nikah dövründə əldə edilmiş mənzil deyil. İddiaçı cavabdehlə nikahları pozulduğundan, sonuncudan mənzili tərk etməsini tələb etmiş, lakin cavabdeh mənzildən çıxmamışdır. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı qeyd olunan mənzilə köçərkən həmin mənzil qayınatasına verilmiş xidməti mənzil olmuş və qarşılıqlı iddia üzrə iddiaçı qayınatasının ailə üzvü statusuna malik olan şəxs deyil. Mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən dövrdə isə qarşılıqlı iddia üzrə iddiaçı ilə həmin iddia üzrə cavabdeh arasında nikah münasibətləri mövcud olmamış, tərəflərin nikahı buna dək məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(103)-4252/2024 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
17. Məhkəmə kollegiyası həmç inin qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onlar arasında artıq yeni münasibətlər yaranmış və mübahisəyə də məhz bu münasibətlər baxımından qiymət verilməlidir. Baxılan iş üzrə cavabdehin (qarşılıqlı iddiaçının) ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur.
18. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabde hin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Mülki Məcəllənin 152.1, 157, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü, Mülki Prosessual Məcəllənin 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci madd əsinə dair” 27 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2024-cü il tarixli, 2(102)-3735/2024 saylı qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(103)-4252/24 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağl ı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
23. Kassasiya kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olub-olmamasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyətlidir.
24. Qeyd olunduğu kimi, həmin mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, mənzilə dair iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı atası ilə kirayə müqaviləsinin bağlanması, İddiaçı özünün də həmin müqavilədə ailə üzvü kimi qeyd edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçıla ailə qurduqdan sonra onlarla birlikdə həmin mənzildə yaşaması işin müəyyən edilmiş hallarıdır. 25. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə ə sasən iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün verilən yaşayış sahələri, habelə hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilən yaşayış sahələri, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair qüvvədə olan Mənzil Məcəllənin 64, 66.3, 66.4 və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
26. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.
27. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur.
28. Bu halda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
29. Apellyasiya instansiya məhkəməsi isə hazırkı işdə qeyd olunan istiqamətdə hüquqi dəyərləndirmə aparmamış, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən işin qeyd olunan hallarını araşdırmamış və əhəmiyyətli olan həmin xüsusatlara hüquqi qiymət verməmişdir.
30. Apellyasiya instansiya məhkəməsi həmçinin, “cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadı ğından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmaması” barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, yəni cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisəli mənzilə gəlin gələrkən İddiaçı atası Malik Rəsulovun sağ olub-olmamasını araşdırmamış, nəticəsindən asılı olaraq həmin hala hüquqi qiymət verməmişdir.
31. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68 və 99-cu maddələrinə əsasən istifadə hüququ yaranmış şəxsin, yaşayış sahəsinə sonradan mülkiyyət hüququ əldə etmiş şəxslə ailə münasibətlərinə xitam verilməsi sözügedən hüququn itirilməsinin əsası kimi qəbul edilə bilməz.
32. Qeyd olunanlar yuxarıda istinad olunan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, q ətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
33. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(103)-1267/2025 nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər N.Nəbizadə və Ş.Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ba kı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e2(002)-1225/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı himayəsində olan X3 ilə birlikdə ünvan 6 ünvanda (yeni qaydalarla: ünvan 4 237, m4, m2) yerləşən mənzildən çıxarılmasına dair ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, iddiaçı Cavabdeh 04 yanvar 2022-ci il təvəllüdlü qızı Nigar Rəsulova ilə birlikdə ünvan 6 ünvanda (yeni qaydalarla: ünvan 4 237, m4, m2) yerləşən mənzilə istifadə hüquqlarının tanınması, İddiaçı qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla cəmi 150 manat ın Cavabdeh xeyrinə tutulması, İddiaçı ilk iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
35. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 2005-ci ildə atası, 2014-cü ildə anası vəfat edəndən sonra mənzildə tək yaşamış, dövlət mülkiyyətində olan mənzilin kirayəçisinin ailə üzvü kimi onunla mənzilə dair bərabər hüquq və vəzifələrə malik olan İddiaçı öz ailə üzvü olan Cavabdeh 2021-ci ildə mübahisəli mənzilə köçürmüş, sonuncu İddiaçıla bu mənzildə birgə təsərrüfat aparmış, tərəflərin bu ünvanda birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Nəticə də Cavabdeh köçürüldüyü vaxt dövlət mülkiyyətində olan mənzilin kirayəçisinin ailə üzvünün ailə üzvü kimi mənzilə istifadə hüququ yaranmışdır.
36. İddiaçı isə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad q əsəbəsi, ev 5v, 58 saylı mənzilə dair kirayəçinin ailə üzvü olaraq mövcud hüquqlarının nə vaxt sənədləşdirilməsinin, mənzilə dair mülkiyyət hüququnun nikah pozulandan sonra qeydə alınmasının Cavabdeh himayəsində olan övladı ilə birlikdə mənzilin dövlətin mülkiyyətində olduğu dövrdə yaranmış istifadə hüququnun məhdudlardırılması, əvəzi ödənilmədən xitam verilməsi üçün əsas ola bilməz.
37. Belə ki, şəxs sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə, o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan şəxslərlə eyni hüquqlara malikdir. Ona görə də İddiaçı Cavabdeh və himayəsində olan övladına kompensasiya vermədən mülkiyyətində olan mənzildən çıxmasına dair tələbinin təmin edil məsi sonuncuların qanunla qorunmasına təminat verilən mənzil hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25, 33, 43, 60, 71, 125, 127 və 129-cu; Mülki Məcəllənin 5, 27, 158.1, 158.4 və 228.2-ci; 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 83, 100 və 103-cü; Mənzil Məcəlləsinin 5.3, 30.1, 68.1, 68.2, 68.4, 92, 98.1, 98.2, 99.1, 99.4 və 99.5-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
39. İlk iddia üzrə iddiaçı (qarşıl ıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(103)-1267/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mənzil Məcəlləsinin 1.1, 1.2, 2.1, 5.1, 29.1, 29.2, 30.1, 30.4, 30.5-ci, Mülki Məcəllənin 1.2, 6.1, 228.1, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 4.1, 5.1, 5.2, 9, 13.7, 14, 57, 76.1, 76.2, 77.1, 217, 372.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
41. Belə ki, qətnamə ilə iddiaçının mənzil hüquqları kobud surətdə pozulmuş, əsassız şəkildə məhdudlaşdırılmışdır. H əmçinin onların sərbəst şəkildə həyata keçirilməsində maneələrin törədilməsinə zəmin yaradacaqdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdeh arasında nikah münasibətləri yarandıqda, mübahisə predmeti olmuş mənzil onun mülkiyyətində olmamış və faktiki olaraq dövlət balansında olmuşdur. Nikah pozulduqdan sonra mənzil üzrə iddiaçının mülkiyyət hüququ yaranmış və nikah bağlandıqda, nə də sonradan istifadə hüquqları ilə bağlı tərəflər arasında hər hansı başqa razılaşma olmamışdır. Belə olduğu halda, cavabdeh iddiaçı ilə arasında ailə münasibətlərinə xitam verildiyi gündən cavabdehin mənzildə yaşamağı qanuni deyildir və o, orada qalmaqla iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə məhdudlaşdırır. Buna baxmayaraq, məhkəmə cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olması araşdırı lmamış və onun tərəfindən buna dair hər hansı bir sübut təqdim edilməmişdir. İşin hallarına əsasən işin nəticəsi digər şəxslərin maraqlarına toxuna biləcəyi açıq-aşkar görsənsə də, məhkəmə adı həm orderdə, həm mənzilin özəlləşdirilməsində, həm də orada qeydiyyatda olan və yaşayan olmasına baxmayaraq lazım olan 3-cü şəxsi işə cəlb etməmişdir.
42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
43. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
44. Etirazda işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:
45. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədə n müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
46. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
47. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
48. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 83-cü maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi ə mək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 103-cü maddəsinin 5-ci bəndinə əsasən xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.
49. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümləd ən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eksper tlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinə, həmin sahə dövlət mülkiyyətində olduğu dövrdə kirayəçisinin ailə üzvü kimi köçdüyündən, onun mənzilə istifadə hüququ yaranmışdır. Mənzilin sonradan iddiaçının adına özəlləşdirilməsi cavabdehin istifadə hüququnun avtomatik xitamı üçün əsas ola bilməz. 54. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
55. Kassasiya şikayətinin dəlilləri üzrə həmçinin qeyd olunmalıdır ki, hazırkı qətnamənin üçüncü şəxslərin hüquq və mənafelərinə toxunması əvvəlki məhkəmə icraatlarında iddia olunmamış, belə şəxslər işə qoşulması üçün işin faktiki hallarını araşdıran məhkəmələrə müraciət etməmişlər. Qeyd olunmalıdır ki, iddiaçı mübahisəli yaşayış sahəsinin hazırkı tam hüquqlu mülkiyyətçisi kimi iddia vermiş, qarşılıqlı iddia da, ona qarşı mülkiyyətçi olaraq irəli sürülmüşdür.
56. Həmçinin, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) başqa yaşayış sahəsi ilə təmin olunması, onun mübahisələndirilən yaşayış sahəsinə ehtiyacının aradan qaldırılması işin birinci və apellyasiya instansiyaları məhkəmələrində iddia olunmamış və bununla bağlı sübutlar təqdim olunmamışdır.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə d əyişiklik edilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(103)-1267/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.