Məhkəmə qərarları › İş №2(102)-1985/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1985/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1985/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi, pul tələbi, sübutetmə yükü, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 316/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 2. 27 iyun 2017-ci il tarixli 1207/2017 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı atası Cavabdeh3 ünvan 2 ünvanında yerləşən adına olan əraziyə (ümumi sahəsi 0,22 ha) sərəncam verməyi alğı-satqı müqav iləsini imzalamağı, notariatlarda nümayəndəsi kimi iştirak etməyi, ona çatası pul məbləğini çıxarmasını, sənədləri imzlamağı və bu məsələ ilə bağlı bütün tələb olunan sənədləşmə işlərini aparmağı etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir.

3. Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Saday Osmanlı tərəfindən 4Ə-776 reyetr nömrəsi ilə 09 sentyabr 2017-ci il tarixdə qeydə alınmış AN-İ № ******* nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən, satıcı İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30.000 manata satmışdır. Müqavilə satıcı tərəfindən İddiaçı nümayəndəsi Cavabdeh3 tərəfindən, alıcı tərəfindən isə Cavabdeh1 nümayəndəsi Çingiz Əliyev tərəfindən imzalanmışdır.

4. İd diaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən imzalanmaqla, onların arasında Bakı şəhərində bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”ndən müəyyən edilir ki, həmin barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır.

1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.

2. İddiaçı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək “ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin alğı-satqısına dair Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2017-ci il tarixli 4Ə-776 r eyestr nömrəli müqavilənin etibarsız sayılmasını” tələb etmişdir.

3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər və təsdiq edirlər ki, ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) qeydiyyat üçün hər bir sotu 5.800 manat olmaqla Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ümumilikdə 127.600 manat məbləğində pul ödənilmişdir.

4. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, onun ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 alm aq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır.

5. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, Qəbələ rayon məhkəməsində qaldırdığı iddianın məqsədi etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin satışı nəticəsində əsassız olaraq varlandığı 97.600 manat məbləğində pulu ondan alınmaq üçün zəruri sübutları təmin etmək və sonradan 97.600 manat məbləğində pulu Cavabdeh3 almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmaqdır.

6. Hazırkı barışıq sazişinə əsasən İddiaçı Cavabdeh1 hazırkı barışıq sazişinin 7-ci maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 6.1. Cavabdeh1 qarşı qaldırdığı iddiasından imtina etməyi. 6.2. ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh1 qarşı heç bir iddia qaldırmamağı və həmin torpaq sahəsini Cavabdeh1 geri tələb etməməyi. 6.3. Qəbələ rayon məhkəməsinin icraatında olan e2(025)-900/2023 nömrəli iş üzrə iddiası təmin edildiyi təqdirdə ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini heç bir ödəniş olmadan Cavabdeh1 satmağı və bu məqsədlə zəruri alğı-satqı müqaviləsini icra etməyi öhdəsinə götürür. Bu halda çəkilən xərc tərəflər arasında bərabər şəkildə bölünməlidir.

7. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh1 İddiaçı hazırkı barışıq sazişinin 6-cı maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 7.1. Qəbələ Rayon Məhkəməsinin icraatında olan e2(025)-900/2023 nömrəli işə baxıla rkən ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5.800 manat olmaqla ümumikdə 127.600 manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ödənilməsini məhkəmədə verəcəyi ifadəsində təsdiq etməyi. 7.2. ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5.800 manat olmaqla ümumikdə 127.600 manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi.

8. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikl əri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.

9. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

10. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.

11. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir.

12. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

13. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

14. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir.

15. Hazırkı barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırkı barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə və lazımi qaydada icra edənə qədər qüvvədədir. Beləliklə, yuxarıda göstərilən şərtlər daxilində barışıq sazişi imzalanmış və bununla bağlı “Barışıq Sazişi”nin bir nüsxəsi də məhkəməyə təqdim edilmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-900/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əla və edilmiş sənədlərin Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilmişdir.

6. X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 fevral 2024-cü il tarixli arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyəri 8.000-10.000 manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102.600 manat pulun və ödənilmiş dövlət r üsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının atası, Cavabdeh2 isə anasıdır. İddiaçı 05 aprel 2013-cü ildə 4Ə-443 saylı alğı-satqı müqaviləsi əsasında 0,22 ha torpaq sahəsini satın almış və mülkiyyət hüquqları ********** nömrəsi ilə 30 aprel 2013-cü ildə qeydiyyata alınmışdır. İddiaçı valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Niyyəti isə Bakı şəhərində bir neçə ev almaq olmuşdur. İddiaçı özü ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. Həmin torpağın sotunun dəyəri 8.000-10.000 manat aralığında olduğundan razılaşmışlar ki, qiyməti iddiaçı ilə razılaşılaraq satılacaqdır. 2017-ci ildə valideynləri iddiaçıya zəng vuraraq bildirmişlər ki, torpağı istəyən vardır, ancaq pulunu tam şəkildə ödəyə bilmir. Hissə-hissə ödəyəcəkdir. İlkin olaraq torpağın pulundan 25.000 manat pul ödənildiyini bildirmişdir. 2022-ci ilin yayında isə Azərbaycana gələrkən artıq iddiaçıya məlum olmuşdur ki, atası Fəxrəddin həmin torpağın hamısını 09 sentyabr 2017ci ildə satıb və həmin pulun bir hissəsi ilə 40.000 manata anası Cavabdeh2 adına 30 aprel 2018-ci ildə ünvan 7 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0,065 ha olan fərdi yaşayış evi satın almışdır. Beləliklə, 07 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan ünvan 8 ünvanda yerləşən 0,22 ha torpaq sahəsini 09 sentyabr 20 17-ci ildə Cavabdeh1 Qəbələ “Asan xidmət” mərkəzində notariat kontorunda satmış və iddiaçıya da bu barədə bildirməmişdir. İddiaçı məhkəmədə cavabdehlərə qarşı torpağın satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldıraraq göstərirmişdir ki, torpağın qiyməti iddiaçı ilə razılaşdırılmadan satıldığından və iddiaçı cavabdeh Fəxrəddin Salmanova 0,22 ha torpağını 30.000 manata satılmasına etibarnamə vermədiyindən müqavilə etibarsız sayılmalıdır. Ancaq Cavabdeh1 keçirilən məhkəmə iclasında nümayəndə və vəkili ilə təmsil olunaraq bildirmişdir ki, həmin torpağın sotunu 5.800 manat olmaqla, cəmi 127.600 manat vəsait ödəməklə satın almış və buna dair sübutları təqdim edəcəkdir. Bununla əlaqədar Cavabdeh1 nümayəndəsi Nümayəndə3la aralarında barışıq sazişi imzalanmış, hə min sazişdə Cavabdeh1 həmin torpaq sahəsini sotunu 5.800 manata satın alındığı və cəmi 127.600 manat pulun iddiaçının alğı-satqı müqaviləsi üzrə nümayəndəsi Cavabdeh3 ödənildiyi təsdiq olunmuşdur. Cavabdeh1 öz üzərinə 127.600 manat pulun Cavabdeh3 ödənilməsinə dair sübutları təqdim edəcəyini öhdəsinə götürmüşdür. Ancaq ona cəmi 5 ödəniş tarixçəsini təqdim etmişdir: 11 sentyabr 2017-ci il tarixdə X2 adından X5 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Cavabdeh3 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 237.600 rus rublu. Halbuki, Cavabdeh1 127.600 manat pulu ödədiyini və buna dair sübutları təqdim edəcəyini göstərirdi. Nə qədər ki, Cavabdeh1 həmin torpaq sahəsini 127.600 manata satın aldığını göstərir, eyni zamanda torpağın dəyərinin həmin vaxt o qiymət olduğunu təsdiq edir, 09 sentyabr 2017-ci ildə hər iki tərəf iddiaçının əmlakından əsassız varlanıb. Cavabdeh3 iddiaçıya çatmalı vəsaiti ona ödəməyərək anası Cavabdeh2 adına 30 aprel 2018-ci ildə rəsmləşdirilməklə ümumi birgə mülkiyyətdə olan ünvan 7 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0,065 ha olan fərdi yaşayış evi satın almış, Cavabdeh1 127.600 manat dəyərində olan əmlakın dəyərini tam ödəməmişdir. Həmçinin qeyd olunmalıdır ki, həqiqətən də Cavabdeh1 09 sentyabr 2017-ci ildə torpağa dair alğı-satqı müqaviləsi bağladıqdan sonra torpağın borclu qaldığı hissəsini ödəməkdə davam etmişdir. İddiaçı Cavabdeh1 ilə barışıq sazişi bağlayaraq təsdiq və bəyan etmişdir ki, ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. Ancaq onun əmlakı hesabına varlanmış şəxslər əldə etdikləri qazancı ona qaytarmalıdır.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqlarından müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin Cavabdeh1 satışından onun və həyat yoldaşı Cavabdeh3 127.600 manat almasını etiraf etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh1 nümayən dəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, əslində onun təmsil etdiyi şəxslər bu prosesdə olmağı arzu etməyən şəxslərdir. Təmsil etdiyi şəxslər uzun illərdir ki, Rusiya Federasiyasında Kamçatkada yaşayırlar. Cavabdeh1 əri Məhərrəm müəllim Rusiya Federasiyası vətəndaşıdır. İradə xanım işləmir, evdar xanımdır. Məhərrəm müəllim bizneslə məşğul olur, kifayət qədər maddi imkanı var. Torpaq alınan ildə onlar Bakı şəhərində 2-3 yerdə ev almışlar. İşdə adı keçən X8 İradənin doğma dayısıdır. İradə xanım dayısına deyib ki, ev almaq istəyirlər və ondan maraqlanmasını istəmişdir. Çingiz müəllim də Mingəçevirdə yaşamışdır. Axtarıb maklerlər vasitəsi ilə, yekun olaraq bu torpaq sahəsini almaq qərarına gəlmişlər. Pulun müqavilədən kənar verilməsinə İradə xanım da, Məhərrəm müəllim də Çingiz müəllimə irad tutmuşlar, Çingiz müəllim də deyirdi ki, Fəxrəddin köhnə kişilərdəndir, o pulu almağını heç vaxt danmaz. 2017-ci ilin iyun-iyul aylarında İradə xanım da, Məhərrəm müəllim də Azərbaycana gəlmişlər. Gəlib Qəbələdə torpaq sahəsinə baxış keçirmişlər və qiyməti danışıb razılaşmışlar. Lakin həmin dövrdə İddiaçı etibarnaməsi olmadığına, özü də Almaniya Federativ Respublikasında olduğuna görə alğı-satqı müqaviləsini icra edə bilməmişlər. İyul ayının sonu, avqust ayının əvvəllərinə qədər onlar Azərbaycanda olmuşlar. Həmin dövrdə bir dəfə əlbəəl 40.000 manat, bir dəfə də 30.000 manat olmaqla, 70.000 manat pulu müqavilə bağlanana qədər özləri Cavabdeh3 vermişlər. Heç kim 128.000 manata satdığı torpağın əsas məbləğini sona saxlamaz. 70.000 manat təqdim etmişlər. Avqustu n sonunda onlar Azərbaycandan getmişlər. 30.000 manatı alğı-satqı vaxtı təqdim etmişlər. Qalan pulu da Çingiz müəllimə ödəmişlər. Bir dəfə təcili pul lazım olub, onda Fəxrəddin müəllimin adına göndərmişlər. Telefon danışıqlarında da özləri etiraf ediblər, pulu harda, neçə aldıqlarını özləri deyirlər. Həm Simuzər xanım da, həm də onların kürəkəni Zəfər müəllim telefon danışığında hər şeyi özləri etiraf etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin onlara münasibətdə rədd olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərə qarşı müştərək qaydada 102.600 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Mübahisənin əsasını isə 2017-ci il tarixində bağlanılmış və alğı-satqıdan əldə olunmuş vəsaitin Cavabdeh3 iddiaçının etibarnamə üzrə nümayəndəsi qismində iddiaçıya vermədiyini və nəticədə əsassız olaraq varlandığı göstərilir. Lakin o, əvvəlki iddia tələbinə qarşı etirazında və iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi daşınmaz əmlakın alğı-satqı müqaviləsində əldə olunan vəsaitdən 28.000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” Yaşayış Kompleksindən mənzilin alınması üçün verildiyini, 2.000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirmişdir. Yəni satışdan əldə edilmiş 30.000 manat məbləğində pulun hamısı iddiaçı üçün xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən ona, Cavabdeh3 ödənildiyi qeyd edilmişdir. Belə ki, 11 sentyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Cavabdeh3 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 237.000 rus rublu. Göründüyü kimi pulun verilib alınması Məhərrəm Rəhimov ilə Çingiz Əliyev arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə Məhərrəm Rəhimovun adından 5.000 ABŞ dollarının alınması Cavabdeh3 arasında olmuşdur. Ona görə də Məhərrəm Rəhimovun adından iddia qaldırmaq üçün müvafiq olaraq İddiaçının hər hansı subyektiv hüququ yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Digər tərəfdən isə Məhərrəm Rəhimov mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən də təmin olunma malıdır. Fəxrəddinin atasından torpaq qalıb, həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdə müəyyən çətinlik olduğuna görə ailə arasında razılıq əsasında Fəxrəddinin qardaşı Anarın adına alğı-satqı qaydasında rəsmiləşdirilib. Lakin həmin torpaq sahəsində bütün ailə üzvlərinin payı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 verdiyi ifadəsində göstərmişdir ki, anasından və atasından qalmış torpaq sahəsi vərəsəlik qaydasında onun adına keçirilmişdir. Razılaşmışlar ki, sonradan həmin torpaq sahəsini bölərlər. Torpaq sahəsi 88 sot olmuş, 4 nəfər arasında bölünmüş, hərəyə 22 sot torpaq düşmüşdür. O biri qardaşı, bacısı ona heç nə deməmişlər. Fəxrəddin isə onlara düşən torpaq sahəsini oğlu Anarı n adına keçirilməsini tələb etmişdir. Onunla razılaşmış və notariusa getmişlər. Notariusda dövlət rüsumlarını Anar ödəmişdir. Həmin vaxt Fəxrəddin də, Anarın anası da yanlarında olmuşlar. Notariusa gedəndə orada qeydiyyatı aparana demişdir ki, o, torpaq sahəsini satmır, bağışlayır, qardaşının oğluna bağışlayır. Sənədlər hazır olandan sonra onlara demişlər ki, sənədləşməni alğı-satqı kimi hazırlamışlar. Qardaşı və onun ailəsi etiraz etməmişdir deyə, o, da heç nə deməmişdir. Torpağı öz adlarına sənədləşdirlən onlar olduğundan o, da etiraz etməmişdir. Notariusda onlara demişlər ki, alğı-satqı ilə bağışlamanın rüsumu eynidir. Onlar da ata-oğul razılaşmışlar. O, həmçinin qeyd etmişdir ki, o, da öz torpağının bir hissəsini onlara satmaq istəmişdir. Hətta qiyməti belə razılaşmışlar. Lakin sonrada n razılaşma baş tutmamışdır.

13. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 verdiyi ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsi qayınatasına qalmış torpaqdır. Torpaq sahəsi satılanda o, iştirak etməmişdir. Qiymətini də İradə xanımdan eşitmişdir. Sözügedən torpaq sahəsi təxminən 127.000 manata satılmışdır. Bundan başqa kim kimə nə qədər pul verdiyindən, kimin nə qədər pul aldığından məlumatı olmamışdır. Torpaq sahəsi 22 sot olmuşdur. Böyük qaynı Anar Almaniyaya getmiş, balaca qaynı hərbi xidmətdədir. Qaynanası ilə qayınatasının köməyinə çatan odur.

14. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 hazırki iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir.

15. Qəbələ Rayon Məhkəməsinin (bund an sonra birinci instansiya məhkəməsi) e2(025)-1279/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102.600 manat pulunun və ödənilmiş 393 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin özünün verdiyi etibarnamə əsasında Cavabdeh2 satması işin mübahisəsiz halıdır. Alğı-satqı əsasında Cavabdeh2 tərəfindən Cavabdeh3 ödənilmiş pulun məbləği isə tərəflər arasında mübahisəli haldır. Belə ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin alğı-satqısı nəticəsində Cavabd eh2 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5.800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127.600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 da təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Sumuzər Xəlilovanın vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin 127.600 manata satılması ilə bağlı razılaşmır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh2 127.600 manata satması Cavabdeh1 vəkili və eti barnamə üzrə nümayəndəsi Nümayəndə3 etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e-2(025)-900/2023 nömrəli mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, iş materiallarında olan iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir.

18. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh2, Cavabdeh1 və Məhərrəm Rəhimov ilə olan telefon danışıqlarında torpaq sahəsin in satılmasına görə Cavabdeh1 127.600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həyat yoldaşı Zəfər Cəmilovun məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirilmişdir. Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqlarında isə X12 Xəlilovun mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127.600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu bildirmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan iddiaçıya məxsus torpaq sahəsinin gəlirindən əldə etdiyi 127.600 manat pulun 102.600 manatını qaytarmaqda n imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddia olunan 102.600 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır.

20. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləği Cavabdeh3 və Cavabdeh2 verilməsi öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

21. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş eti raza qiymət bildirərək, etirazda göstərilən dəlilləri əsassız olmaqla formal mülahizələrə söykənmiş dəlillər kimi qiymətləndirmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091 və 1092-ci maddələrinə, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 232.1, 119.1, 4.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Qətnamədə n iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

24. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirərək 102.600 manat pulun müştərək qaydada Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutularq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı 102.600 manat pulun Cavabdeh1 tərəfindən ödənilməsinə dair disk təqdim olunsa da, iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirakı olmadığından və həmin pulu aldıqlarını nümayəndələri etiraf etmədiklərindən hesab etmişdir ki, həmin və sait müştərək qaydada Cavabdeh1 da alınmalı idi. Məhkəmə nəzərə almamışdır ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş barışıq sazişindən görünür ki, torpaq sahəsi 127.600 manata satılmışdır. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, sübutları çəkişmə prinsipini nəzərə almadan qiymətləndirmişdir.

26. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddianı qəbul etmirlər, həmçinin q əbul edilmiş qətnamə ilə də razı deyillər. Belə ki, mübahisəli torpaq sahəsi analarından qalmış, həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdə müəyyən çətinlik olduğuna görə ailə üzvləri arasında razılıq əsasında böyük oğlu Anarın adına alğı-satqı qaydasında rəsmiləşdirilib. Lakin həmin torpaq sahəsində bütün ailə üzvlərinin payı olmuşdur. Belə ki, mübahisənin əsasını isə 2017-ci il tarixində bağlanılmış və alğı-satqıdan əldə olunmuş vəsaitin onun iddiaçının etibarnamə üzrə nümayəndəsi qismində iddiaçıya vermədiyini və nəticədə əsassız olaraq varlandığı göstərilir. Lakin onlar, əvvəlki iddia tələbinə qarşı etirazında və iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi daşınmaz əmlakın alğı-satqı müqaviləsində əldə olunan vəsaitdən 28.000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” Yaşayış Kompleksindən mənzilin alınması üçün verildiyini, 2.000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirmişdir. Yəni satışdan əldə edilmiş 30.000 manat məbləğində pulun hamısı iddiaçı üçün xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən ona ödənildiyi qeyd edilmişdir. Belə ki, 11 sentyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından ona 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə Məhərrəm Rəhimovun adından Çingiz Əliyevə 237.000 rus rublu. Göründüyü kimi pulun verilib-alınması Məhərrəm Rəhimov ilə Çingiz Əliyev arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə Məhərrəm Rəhimovun adından 5.000 ABŞ dollarının alınması onun arasında olmuşdur. Ona görə də Məhərrəm Rəhimovun adından iddia qaldırmaq üçün müvafiq olaraq iddiaçının hər hansı subyektiv hüququ yoxdur. Digər tərəfdən isə Məhərrəm Rəhimov mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddət i keçdiyindən iddia ərizəsi Mülki Məcəllənin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Həmçinin, onu da qeyd etmək istəyirlər ki, Qəbələ Rayon Məhkəməsinin e2(025)-1279/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən ödənilmiş 393 manat məbləğində dövlət rüsumu onlardan müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilsə də, faktiki olaraq iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsinə görə 250 manat dövlət rüsumu ödəmiş, “Dövlət rüsumu haqqında” qanunun tələblərini pozmuş, birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən ödənilməyən 393 manat dövlət rüsumunun əsassız olaraq onlardan alınaraq iddiaçıya verilməsini qət etmişdir.

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-316 /2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnmasəi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) iddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş-cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102.600 manat və 393 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid olan hissədə təmin edilməməsi qət olunmuşdur.

29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad etm əklə səhvə yol vermişdir. Bu mənada kollegiya hesab etmişdir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər. Hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcələnin tapşırıq müqaviləsinə aid maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

30. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddia tələbi qismən, yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsaslı, Cavabdeh1 münasibətdə isə əsassızdır. Belə ki, Cavabdeh1 vicdanlı alıcı statusunu daşıyır.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakı əldə edən şəxs, yəni iş üzrə Cavabdeh1 belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir.

32. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləğinin Cavabdeh3 verilməsi öz təsdiqini tapmışdır.

33. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh3 aid hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi ona münasibətdə əsaslıdır. Belə ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin alğı-satqısı nəticəsində Cavabdeh1 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5.800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127.600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə3 da təsd iq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin 127.600 manata satılması ilə bağlı razılaşmır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları əqdin (alğı- satqı müqaviləsinin) tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirilərinə yazılı mətn halında çatdırdıqları İradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir.

35. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdehin nümayəndəsi Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini satdıqdan sonra onunla birgə nikahda olan arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı məhz iddiaçıya məxsus vəsait əsasında almamasına dair hər hansı sübut təqdim etməmişdir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya məxsus torpaq sahəsi satı ldıqdan qısa müddət sonra Cavabdeh3 digər cavabdeh, arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı alması onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi 30.000 manata deyil 127.600 manata satılmışdır. Digər tərəfdən işdə olan X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyəri 8.00010.000 manat olmuşdur.

37. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mübahisəli torpaq sahəsini tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30.000 manata satmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. 07 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 onun ona verdiyi etibarnamə əsasında ona məxsus olan torpaq sahəsini satmış və ona da bu barədə bildirməmişdir. İddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasında dərhal xəbərdar ola bilməzdi. Halbuki, hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir.

38. Məhkəmə kollegiyası, iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirə rək qeyd etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi satıldıqdan qısa müddət sonra Cavabdeh3 digər cavabdeh, arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı alması onu deməyə əsas verir ki, həmin əmlaka dair ödənilən məbləğ iddiaçıya məxsus torpaq sahəsinin satışından əldə edilmiş pul vəsaiti hesabına alınmışdır. Həmin mülkün şəxsi vəsaiti hesabına alınmasına dair cavabdeh tərəf hər hansı bir sübut təqdim edə bilməmişdir.

39. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, Cavabdeh3 28.000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” Yaşayış Kompleksindən mənzilin alınması üçün verildiyini, 2.000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclər ə sərf olunduğunu bildirsə də, o, bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə cavabdeh tərəfindən ona cəmi 25.000 manat pul ödənildiyini bildirmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsinə verilən suala cavab olaraq bildirmişdir ki, torpağın satışından əldə edilmiş 28.000 manatının iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” Yaşayış Kompleksindən mənzilin alınması üçün verilməsi və 2.000 manat pulun isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğuna dair hər hansı bir sübut növü təqdim edə bilməmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, onlara məxsus olduğu bildirilən səs yazısının onların razılığı alınmadan açıq məhkəmə icla sında səsləndirilməsi qanunvericilik normalarının və konstitusion hüquqların kobud şəkildə pozulması dəlilini əsassız hesab edərək bildirmişdır ki, səs yazısı şəxsi toxunulmazlıq hüququnun pozulması, cavabdehin şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun İradəsi xaricində istifadə olunması kimi qiymətləndirilə bilməz. Həmçinin, cavabdeh verdiyi şikayətində həmin səs yazısının ona məxsus olmasını mübahisələndirmədiyindən kollegiya bu barədə əlavə araşdırmaya lüzum görməmişdir. Yəni cavabdeh qeyd edilən səs yazılarının ona məxsus olmasını etiraf etmişdir.

41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci, Ailə Məcəlləsinin 41.2-ci, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə koll egiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119, 384cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a)Kassasiya şikayətinin dəlilləri:

42. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

43. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mülki mübahisəyə birtərəfli qaydada iddiaçı şəxsin mənafeyi üstün tutulmaqla yanaşmışdır. Məhkəmənin iddia tələbinə aidiyyəti olmayan Cavabdeh2 adına alınan 40.000 manat dəyəri olan əmlakın hansı pul ilə alınmasının sorğu-sual etməsi də gülünc doğurur. Belə ki, Cavabdeh3 və Cavabdeh2 uzun müddət birgə işləyərək təsərrüfat qurmaları və həmin uzun müddət ərzində elə də iddiaçının tələb etdiyi kimi (102.600 manat) böyük məbləğ olmayan 40.000 manat pulun qazanmaları mübahisəsiz olmalı və məhkəmə tərəfindən mübahisə predmeti kimi nəzərə alınmalı deyildir. Digər tərəfdən mülki qanunvericiliyə əsasən iddia tələbinin sübutetmə yükü cavabdeh şəxsin deyil, iddiaçı şəxsin üzərindədir. Məhkəmə mülki işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır.

44. Alğı-satqı müqaviləsinə görə ödənilən pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın bir müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçmişdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, cavabdeh lər tərəfindən məhkəməyə iddia tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuş, lakin apellyasiya məhkəməsinin iddia müddətinin ötürülməsinə dair münasibəti isə iddiaçının ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin qeyd edilən qiymətə satılmasında iddiaçı dərhal xəbərdar ola bilməzdi kimi fikri qeyd etmişdir. Halbuki iddiaçı şəxsən dəfələrlə torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra Azərbaycan Respublikasına gəlmiş, alınan vəsaiti dolayısı ilə qəbul etmiş, hər hansı etirazını bildirməmiş və uzun müddət susmuşdur.

45. Bundan başqa cavabdeh şəxs kimi Cavabdeh2 məxsus olduğu bildirilən səs yazısının onun razılığı alınmadan açıq məhkəmə iclasında səsləndirilməsi qanunvericilik normalarının və konstitusion hüquq ların kobud şəkildə pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

47. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

48. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.

49. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

50. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

51. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

52. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

53. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhk əmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

54. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

55. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

56. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrası nı tələb etmək hüququ vardır.

58. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

60. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

61. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə ba ğlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

62. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

63. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

64. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

65. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

66. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

67. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməl idir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

68. Maddə 778.3. əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

69. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldı ran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

74. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

75. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsa slı olmalıdır.

77. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

79. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

83. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

84. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin. Kassasiya baxışının hədləri:

85. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətna məsini iddia tələbinin təmin edildiyi hissəsində mübahisələndirdiyindən, məhkəmə aktı iddianın təmin olunduğu hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin iddia müddətinə münasibətdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol ver ilməsi müəyyən edilmişdir.

88. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq münasibətlərinin yaranması, yəni iddiaçıya məxsus torpaq sahəsinin onun verdiyi etibarnamə əsasında Cavabdeh1 satılması işin mübahisəsiz halıdır. Mübahisə torpaq sahəsinin alğı-satqı müqaviləsində göstərilən 30.000 manata deyil, iddiaçının iddia etdiyi 127.600 manata satılması, habelə iddiaçıya alğı-satqıdan əldə edilmiş vəsaitdən ödənilmiş məbləğ də daxil olmaqla, Cavabdeh1 tərəfindən Cavabdeh3 verilməsi iddia edilən həmin vəsaitin 102.600 manat hissəsinin iddiaçıya qaytarılmaması ilə bağlıdır.

89. Bununla bağlı məhkəmə kollegiyası qeyd ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad et məklə səhvə yol verməsi, iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələrinin tətbiq olunması barədə düzgün nəticəyə gəlmişdir.

90. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin o mövqeyi ilə də razılaşır ki, iddiaçı torpaq sahəsinin alğı-satqı müqaviləsində göstərilən 30.000 manata deyil, 127.600 manata satılmasını iddia etdiyi halda, sübutetmə qaydasını nizamlayan Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən bu halın sübut olunması vəzifəsi məhz iddiaçının üzərinə düşür.

91. Lakin, iddiaçı tərəfindən torpaq sahəsinin 127.600 manata satılması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsini təsdiq edən sübutlar kimi işin faktiki hallarını araşdıran məhk əmələrə - iddiaçının nümayəndəsi və vəkili kimi Nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evi alması barədə məlumat, Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqlarını əks etdirən “CD” disk təqdim edilmiş, bununla belə iddia ərizəsində Cavabdeh1 tərəfindən 127.600 manat məbləğinə aldığı torpaq sahəsinin dəyərinin tam ödənilmədiyi qeyd edilərək, iddia tələbi həmin vəsaitin müştərək qaydada Cavabdeh1 tutulması üçün sonuncuya qarşı da yönəldilməklə, habelə qeyd olunan tələbin təmin edilməməsi apellyasiya şikayətində mübahisələndirilməklə, iddiaçının özü tərəfindən təqdim edilmiş yuxarı da sadalanan sübutların mötəbərliyi şübhə altına alınmışdır.

92. Həmçinin qeyd olunmalıdır ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirak etmədiklərindən, onları məhkəmədə təmsil edən nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh3 Cavabdeh1 torpağa görə iddia olunan pulu almasını etiraf etməmiş, alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığını, həmin pulun hamısının iddiaçıya verildiyini bildirmiş, mübahisəli torpaq sahəsinin 127.600 manata satılması ilə razılaşmamışdır.

93. Məhkəmələr iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş, yuxarıda sadalanan sübutlara istinad etməklə yanaşı, torpaq sahəsinin 127.600 manata satılmasının məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən də təsdiq edilməsinə, apellyasiya instansiya məhkəməsi isə əlavə olaraq, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat olması barədə Qəbələ Qiymətləndirmə MMC-nin 05 fevral 2024-cü il tarixli arayışına da istinad etmişdir.

94. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat, yaxud Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 qeyd etdiyi kimi alğısatqının 5.800 manat məbləğdə razılaşdırılması ağlabatan qiymət kimi qəbul olunsa belə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki Prosessual Məcəllənin 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir.

95. Bundan başqa apellyasiya instansiya məhkəməsi alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alması barədə məlumatı, iddianın Cavabdeh2 qarşı təmin edilməsi üçün əsas kimi qəbul edərkən, həmin sübutun mötəbərliyini digər sübutlarla qarşılıqlı şəkildə yoxlamamış, sonuncuya alınmış fərdi yaşayış evinin məhz iddiaçıya məxsus torpaq sahəsinin satılmasından əldə olunmuş vəsait hesabına 30 aprel 2018-ci ildə alınması ilə bağlı hər hansı araşdırma aparmamış və həmin məlumatı mötəbər sübut kimi qəbul edilərkən yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır.

96. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştira k edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi yalnız yuxarıda qeyd olunan sübutlara əsasən Cavabdeh3 torpaq sahəsini 127.600 manata satması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsi barədə qənaətə gəlməklə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur.

97. Bununla yanaşı məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin başlanğıcının müəyyən edilməsi və keçməsi ilə bağlı sübutetmə yükü də apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmişdir.

98. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq müqaviləsinin bağlanması 27 iyun 2017-ci il tarixdə 5 il müddətində, yəni 27 iyun 2022-ci il tarixədək verilmiş etibarnamə ilə müəyyən olunur. Ümumi qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

99. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə təqdim olunmuş ərizəyə heç bir münasibət bildirməmişdir.

100. İddia müddətinin tətbiqindən imtina edən apellyasiya məhkəməsinin mövqeyinə görə isə, 07 aprel 2023-cü ildə iddi açıya məlum olmuşdur ki, Cavabdeh3 onun verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini satmış və ona da bu barədə bildirməmiş, iddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından dərhal xəbərdar ola bilməzdi. Bu halda apellyasiya instansiya məhkəməsi iddia müddətinin axımının hansı tarixdən hesablanmalı olduğunu qətnamədə dəqiq göstərməsə də, iddia müddətinin axımı ilə bağlı hər hansı araşdırma aparmadan, yalnız iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq iddiaçının Almaniya Federativ Respublikasından Azərbaycana gələrkən torpağın həmin qiymətə satılmasının ona məlum olduğu 07 aprel 2023-cü il tarixi iddia müddətinin axımının başlandığı tarix kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi bu h issədə də sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla göstərmişdir ki, cavabdeh iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir.

101. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin axımı başlayır. Həmçinin həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

102. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, iddia müddətinin axımının başlanğıcını müəyyən edərkən iddiaçının iddi a ərizəsində göstərdiyi halları diqqətdən qaçırmış və nəzərə almamışdır. Halbuki iddia ərizəsində iddiaçı göstərmişdir ki, Bakı şəhərində bir neçə ev almaq məqsədilə valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, atası Cavabdeh3 adına 27 iyun 2017-ci il tarixdə etibarnamə göndərmiş, torpağın sotunun dəyərinin 8.000-10.000 manat aralığında olduğundan qiyməti onunla razılaşılaraq satılacağı ilə razılaşmış, bundan sonra 2017-ci ildə valideynlərinin zənginə əsasən torpağı hissə-hissə ödəmək şərti ilə almaq istəyən şəxsin olmasından, ilkin olaraq torpağın pulundan 25.000 manat pul ödənilməsindən, bununla da həmin tarixdən torpağın satılmasından, həm də 25.000 manatdan daha baha qiymətə, yəni təxmin etdiyi torpağın sotunun dəyərinin 8.000-10.000 manat aralığı qiymətinə satılmasından və hissə-hissə ödəmə ilə bağlı icra müddətinin müəyyənləşdirilməsindən məlumatlı olmuşdur. Torpağın pulunun hissə-hissə ödənilməsi ilə bağlı müddəti müəyyənləşdirilmiş öhdəlik kimi iddia müddətinin axımı isə, Cavabdeh1 əri Məhərrəm Rəhimov tərəfindən 11 sentyabr 2017-ci il tarixdən başlanmaqla 4 dəfəyə Çingiz Əliyevin adına, bir dəfə isə Cavabdeh3 adına 5.000 ABŞ dolları məbləğində pulun ödənilməsi ilə, 18 dekabr 2017-ci il tarixdə bitdiyi vaxtdan başlanmışdır.

103. Bundan başqa, iddiaçı iddia ərizəsində 2022-ci ilin yayında Azərbaycana gələrkən artıq atası Cavabdeh3 həmin torpağın hamısını 09 sentyabr 2017-ci ildə satmasını bildiyini və həmin pulun bir hissəsi ilə 40.000 manata anası Cavabdeh2 adına 30 aprel 2018-ci ildə Qəbələ şəhərində fərdi yaşayış evi satın almasını bild iyini qeyd etdiyi halda, ziddiyyətli şəkildə 07 aprel 2023-cü ildə torpağın qiymətinin onunla razılaşdırılmadan satıldığını bildiyini göstərmiş, apellyasiya instansiya məhkəməsi də iddia müddətinin axımının başlanğıcı kimi hər hansı məntiqə sığmayan 07 aprel 2023-cü il tarixi qəbul etmişdir.

104. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, yuxarıda qeyd olunan tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nə ticəyə gəlmişdir. Halbuki, hissə-hissə ödənişlərin olunmasını və iddia müddətinin kəsilməsini iddiaçı iddia etdiyi üçün, bu halların sübutetmə vəzifəsi də onun üzərinə düşməlidir. 105. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ö tmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

106. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərini n olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. 107. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda ola raq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.

108. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

109. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə və vahid məhkəmə təcrübəsinin müəyyən edilməsi ilə bağlı tələblərə cavab vermir. Apellyasiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

110. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.

111. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üç ün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

112. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın gös tərilməlidir.

113. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.

114. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

115. Avropa İnsan Hüquqları Məhkəməsi V an de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

116. X9 Hüquqları Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Əri zəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

117. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya M əhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

118. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

119. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

120. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olara q hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

121. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-316/2024 nömrəli, 08 fevral 2 024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar