Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1986/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hаkim Elbrus Məmmədov, iş 2(033)-196/18) iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı t orpaq sahəsindən və tikilidən çıxarılma barədə iddiаsının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 JN-1025B seriyalı, KOD 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan Zaqatala rayonu, ÜNVANndə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin zəbt etdikləri 30 kv.m hissəsindən çıxarılmaları və onların həmin torpaq sahəsində yerləşən 1969-cu ildə inşa olunmuş mal damından istifadə və sahiblik etməyinə yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdehlərdən alınaraq AZ.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİFT Bik CTREAZ 22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli, 2(107)-2671/2018 saylı mülki iş) Zaqatala Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və tikilidən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının və mərhum əri Şİnun Zaqatala rayonu, ÜNVANndə 0.10 ha həyətyanı torpaq sahəsi, o cümlədən, həmin torpaq sahəsinin üzərində 1959-cu ildə inşa olunmuş 2 otaqlı fərdi yaşayış evi və 1969-cu ildə inşa olunmuş mal damı olmuşdur. Zaqatala rayon Aqrar İslahat Komissiya sının 04 dekabr 1997-ci il tarixli, 64 nömrəli qərarı ilə qeyd olunan 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçı İrəfıyev a Pəristan İspaxan qızının və mərhum əri X8 ümumi birgə mülkiyyətinə verilmiş və sonuncuların hüquqları JN -1025B seriyalı, KOD 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Cavabdehlər həm iddiaçıya və mərhum ərinə məxsus 0.10 ha həyətyanı torpaq sahəsinin 30 kv.m hissəsini zəbt edərək həmin sahədə yerləşən və 1969-cu ildə tikilmiş mal damından iddiaçının istifadə və sahiblik etmə hüququnu əlindən almışlar. Belə ki, hazırda həmin mal damından cavabdehlər istifadə edirlər. İddiaçı cavabdehlərə dəfələrlə buna etirazlarını bildirsə də, sonuncular torpaq sahəsini zəbt edərək iddiaçının istifadə hüquqlarını pozmuşdur. Bu səbəbdə n də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında çıxarışdan görünür ki, X19 ilə X5 nikahlarını 30 noyabr 1960-cı ildə bağlamışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 yanvar 2016-cı ildə vəfat etmişd ir. İşdə olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli arayışdan görünür ki, X6 ilə X21 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu İHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 vəfatından sonra İddiaçı, X18, X13, X10 və X14 varis qalmışdır. İşdə olan Zaqatala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2017-ci il tarixli, 986 saylı arxiv arayışından görünür ki, İddiaçı ailə tərkibi 1972- 1974-cü illərin təsərrüfatbaşına kitablarında əri X21, qızı X15, qızı X10, qızı X14, anası X2, oğlu X22 və qızı Nümayəndə ibarət olmuşdur. Yaşayış evi 1959-cu ildə, mal damı isə 1969-cu ildə tikilmişdir. Həyətyanı torpaq sahəsi 0,17 ha, o cümlədən tikilialtı 0.02 ha-dır. İş ma teriallarında olan JN -1024B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarilxi, 64 nömrəli qərarı ilə İddiaçı və X3 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN -1025B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 64 nömrəli qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə 0,19 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2018-ci il tarixli, 6702 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı Zaqatala LTİ-in mühəndisi BQun tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq mübahisə predmeti olan mal damı İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN1025B KOD ********* saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə və naturada hüdudları daxilindədir. Mal damı Cavabdeh1 ailə üzvlərinin iş materiallarında olan JN-1024B KOD ********* saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşmir. Mülki işin müəyyən edilmiş faktiki hallarından aydın olur ki, hazırda mübahisə predmeti torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Lakin, hazırkı vəz iyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət şəxsin hərhansı əşya üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusunda ehtiva edən hüquq olmaqla şəxsin həmin əşya üzərində ağalığını, əşyanın faydalı xassələrindən bəhrələnmə haqqını və əşyanın müqəddəratını müəyyən etmə səlahiyyətini nəzərdə tutur. İstifadə hüququ, mülkiyyət hüququnun komponenti kimi, mülkiyyətçinin əmlakın faydalı xassələrindən yararlanma imkanım ehtiva edir. Bu hüququn mənasına görə mülkiyyətçi öz əmlakından istifad ədə sərbəstdir və istifadə hüququna maneə yaradılması bütövlükdə mülkiyyət hüququna müdaxilə hesab olunur. İşə əlavə edilmiş ekspert rəyindən görünür ki, mübahisələndirilən mal tövləsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. İş materiallarında olan fotoşəkildən görünür ki, tövlədən iddiaçıların həyətinə qapı olmuş, həmin qapı yeri sonradan kərpiclə hörülmüşdür. İş materiallarından məlum olur ki, sözügedən tövlə əvvəllər iddiaçının ailə üzvlərinə məxsus olmuş, sonradan cavabdehə tövlədən istifadə üçün müvəqqəti razılıq verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda tövlədən cavabdehlər istifadə edir və iddiaçının ailə üzvlərinin tövlədən istifadə etmələrinə imkan vermirlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki,mülkiyyət hüq uqunun ehtiva etdiyi bu üç komponent məcmu halında müstəsna dərəcədə mülkiyyətçiyə aid olan dəyərlərdir və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi bu komponentlərdən hər-hansı birinin kənar şəxslər tərəfindən pozulmasını qadağan edir və bütövlükdə mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu ən yüksək səviyyədə bəyan edir. Hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçının torpaq sahəsi üzərindəki nülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, o həmin torpaq sahəsinə sahiblikdən məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin verdiyi hüquqdan istifadə edərək öz əmlakının qaytarılmasını cavabdehlərdən tələb etdiyindən onun bu tələbi əsaslıdır və iddiaçının məlum torpaq sahəsi ilə bağlı pozulmuş mülkiyyət hüququ bərpa edilməlidir. «İnsan hüquqları Bəyannaməsi»nin 18-ci maddəsinin tələbinə görə «hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir». Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpağı tutmasına haqq qazandırmaq olmaz. Göründüyü kimi, milli qanunvericiliyimiz birmənalı olaraq başqasının mülkiyyət hüququna belə müdaxiləni yolverilməz və qanunsuz hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X11 qızının JN -1025B seriyalı KOD 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətində olan Zaqatala rayonu ÜNVANndə yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin zəbt etdikləri 30 kv.m hissəsindən çıxarılmalı və onların həmin torpaq sahəsində yerləşən 1969-cu ildə inşa olunmuş mal damından istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Zaqatala Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsini cavabdehlər Cavabdeh1 və Cava bdeh2 münаsibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1986/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1986/2019
14.03.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver