Məhkəmə qərarları › İş №2(102)-1986/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1986/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1986/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyətə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə) QƏRARİ (Açar sözlər: şərtli qətnamənin qəbul edilməsinin yolverilməzliyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sökülmüş əmlakın əvəzinə yeni əmlak verilməsi və ya kompensasiya ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-210/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normal arına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Nərimanov rayon İHB-nın xx.xx.2016-cı il tarixli 264 saylı sərəncamı ilə Təbriz, F. Yusifov, Ağa Nemətulla və F. X. Xoyski küçələrinin kəsişməsində 7,5 ha. torpaq sahəsi yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzilləri n ayrılmasını təmin etsinlər

3. Nərimanov rayon İHB-nın xx.xx.2016-cı il tarixli 264 saylı sərəncamında MMC-yə tapşırılmışdır ki, Təbriz, F. Yusifov, Ağa Nemətulla və F. X. Xoyski küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yen mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər.

4. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında 12 oktyabr 2016-cı il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F. Yusifov, Ağa Nemətulla və F. X. Xoyski küçələrinin kəsişməsində yerləşən binaların (yaşayış və qeyri-yaşayış sahələrinin) söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.

5. Həmin müqavilənin 2.1-ci bəndinə görə, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilələr imzalamaq MMC-nin öhdəliyidir.

6. Müqavilənin 2.3-cü bəndinə görə MMC, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 20% artıq sahəsi olan tam təmirli, razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etməlidir.

7. Müqavilənin 2.4-cü bəndinə görə, müqavilə imzalandıqdan sonra 15 gün müddətində tikiləcək binaların qanunvericiliyə müvafiq olaraq hazırlanmış layihələrini razılaşdırmaq üçün İcra Hakimiyyətinə təqdim etmək MMC-nin, 4.1-ci və 4.2-ci bəndlərinə görə is ə qanunvericiliyə və şəhərsalma prinsiplərinə uyğun hazırlanmış layihələrə səlahiyyətləri çərçivəsində razılıq vermək və layihələrin memarlığa dair hissələrini razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək İcra Hakimiyyətinin öhdəlikləridir. 8. ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsi mülkiyyət hüququ üzrə 18 noyabr 2009-cu il tarixdə İddiaçı adına dövlət qeydiyyatından keçmiş, həmin əmlak "xxxx" MMC tərəfindən yeni hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə sökülmüşdür. 9. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “...Ərazidə tikinti işləri müvafiq qaydada təsdiq edilmiş layihə əsasında aparılır və biz bu layihədən kənara çıxa bilmərik. Eyni zamanda bildiririk ki, həmin layihənin imkan verdiyi həddə Sizə məxsus olmuş qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi və müvafiq dövr üçün icarə haqqının ödənilməsi müzakirə predmeti ola bilməz və biz buna əvvəldən hazırıq. Məlumat üçün xatırladırıq ki, bundan əvvəl Sizə göndərdiyimiz 26 aprel 2019-cu il tarixli məktubda da bildirdiyimiz kimi, Faiq Yusifov küçəsi 37 saylı binanın zirzəmisindəki 41,1 kvadratmetrlik qeyri-yaşayış sahəsinin əvəzinə Sizə, Təbriz küçəsindəki 3-cü binanın zirzəmisində (R-ST oxu ilə 23-25-26 oxlarının kəsişməsində) yerləşən 46 kvadratmetrlik qeyri-yaşayış sahəsi ayrılmışdır. Sizə ayrılmış qeyri-yaşayış sahəsinin ünvanının Təbriz küçəsinə düşməsi isə bizdən asılı olmayan səbəbdən, yəni layihənin xüsusiyyətlərindən asılı olaraq baş vermişdir. Nəzərinizə çatdırırıq ki, F. Yusifov küçəsində sizə məxsus ol an zirzəmi (qeyri-yaşayış) həmin küçədən daha çox rentabelli təlabat olan Təbriz küçəsində 46 kvadratmetrlik zirzəmi ilə əvəzləşdirilmişdir. O ki, qaldı Sizə icarə haqqının ödənilməsi məsələsinə, biz lap əvvəldən Sizə məxsus olmuş qeyri-yaşayış sahəsinin icarə haqqına müvafiq, ağlabatan məbləğdə ödənişləri etməyə hazır olmuşuq, lakin Siz bizimlə əməkdaşlıq etməyə və aramızdakı münasibətləri tənzimləyən müqaviləni bağlamağa hazır olmadığınızdan bunu edə bilməmişik. 10. "xxxx" MMC yenidən təşkilin çevrilmə formasında özünün hüquqi varisi olan "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) çevrilmiş, MTK xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (MMC) qarşı (Nərimanov rayon İcra hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, MMC-nin üzərinə ona məxsus olmuş və ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.metr olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi səbəbilə həmin ərazidə MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbəsində 62,1 kv.m-dən az olmamaq şərti ilə (əlavə 20 kv.metr) qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin MMC-nin üzərinə qo yulması, bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyəri nəzərə alınmaqla (bir kv.metr üçün 3500 manat olmaqla) 217 350 (iki yüz on yeddi min üç yüz əlli) manatın, eləcə də əldən çıxmış fayda qismində 20 000 (iyirmi min) manatın, ödənilməli olan kirayə haqqı qismində 32 500 (otuz ikin min beş yüz) manatın, qanunsuz hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyan qismində 12 000 (on iki min) manatın, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manatın, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manatın, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manatın, dövlət rüsumunun əvəzi qismində 30 manatın MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bak ı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 42,1 kv. metr olmuş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar "xxxx" MMC-yə müvafiq işlərin görülməsi tapşırılmış, lakin MMC onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozaraq ona məxsus daşınmaz əmlakı qanunsuz olaraq sökərək məhv etmişdir. Nazirlər Kabtinetinin qərarına əsasən pilot layihənin icrasını MMC-nə tarşıran Nərimanov Rayon İcra Hakimiyyəti də öz vəzi fələri lazımınca yerinə yetirməmiş, lazımi qaydada nəzarəti həyata keçirməmiş, cavabdeh tərəfindən yol verilən qanun pozuntularına şərait yaratmışdır. Halbuki, Nazirlər Kabinetinin qərarına görə qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış üçün yararsız olan yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarın a icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini Rayon İcra Hakimiyyətləri həyata keçirməli idi. Ancaq qərarda göstərilən qaydalara zidd olaraq cavabdehin həyata keçirdiyi işlərin nəticəsində, hüquqları kobud surətdə pozulmuş, əmlakı möhv edilmiş, əmlakdan fayda götürə bilməmiş, mənəvi ziyan çəkmiş, əmlakının sökülməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq əmlak üçün nəzərdə tutulmuş kompensasiya və kirayə haqqı ödənilməmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ünvan 1 ünvanında yerləşmiş və sökülmüş ümumi sahəsi 42,1 kv.m-dən ibarət olan zirzəminin ərazisində "xxxx" MMC-yə məxsus inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv.me trdən ibarət olan zirzəminin, bu mümkün olmadıqda isə onun dəyəri kimi 45 000 manat məbləğində kompensasiyanın "xxxx" MMC tərəfindən verilməsinin MMC-nin üzərinə vəzifə kimi qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

14. Məhkəmə iddianın təmin edilməsinə dair gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci, 23-cü, 385.1-ci, 442-ci, 445-ci və digər maddələrinə istinadla belə əsaslandırmışdır ki, iddiaçıya məxsus daşınmaz əmlak - ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 42,1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi “X11” MMC tərəfindən həmin ünvanda yeni hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə aparılan işlər nəticəsində qanunsuz olaraq sökülmüş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur.

15. Məhkəmə iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, sökülmüş tikili ünvan 1 ünvanında yerləşmiş və təyinatı zirzəmi olmuş, iddiaçı həmin zirzəminin sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Ona görə də sökülmüş zirzəminin əvəzində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Məhkəmə Mülki Məcəllənin 21ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla qeyd etmişdir ki, iddiaçı, əldən çıxmış fayda qismində 20 000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı qismində 32 500 (otuz ikin min beş yüz) manat, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manat, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat ödənilməsi tələbləri ilə bağlı, eləcə də MMC tərəfindən daşınmaz əmlakın sökülməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı sübutlar təqdim etmədiyindən, həmin tələblər də təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın qismən təmin olunmuş hissəsində dəyişiklik edilərək iddiasının tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı göstərmişdir ki, birinci instansiya məhkəməsi onun pozulmuş hüquqlarını bərpa etmək əvəzinə onları pozmuş, sübutları düzgün qiymətləndirməmiş, işin hallarına uyğun olmayan qərar çıxarmış, iddianı niyə görə qismən təmin etdiyini əsaslandırmamış, əmlakının sökülməsinə görə ərazi üzrə bir kvadratmetr üçün bazar qiymətinin müəyyənləşdirilməsinə dair rəyə ümumiyyətlə qiymət verməmiş, işdə olan bütün sübutları araşdırmamış, iddianın “cavabdehin inşa etdirdiyi binanın yerin səviyyəsindən aşağı olmamaq şərtilə 1-ci mərtəbədə ümumlikdə 62,1 kv.metrdən az olmadan (əlavə 20 kv metr) qeyri-yaşayış sahəsinin təhvil verilməsi, təhvil verilməsi ilə əlaqədar müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinı hansı səbəblə təmin etmədiyini izah etməmiş, pilot layihənin icrası ilə bağlı paytaxtın digər rayonlarında kompensasiyanın məbləğinin müəyyən edilməsinin və ödənilməsinin hansı qaydada aparıldığını nəzərə almamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev və Rəşad Həsənov) 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri işin halları ilə qarşılıqlı olaraq yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. İddia çı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X1 (məruzəçi), X9 və X5) 2(102)-1429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" MMC ünvan 1 ünvanında olan yaşayış binasını sökərkən həmin binanın zirzəmi hissəsində yerləşən və İddiaçı mülkiyyətində olan 42,1 kv metr qeyri yaşayış sahəsinin mülkiyyətçisi ilə razılıq əldə etməmiş, mülkiyyətçinin məlumatı olmadan zirzəmini sökmüş, sonuncunu əmlakından məhrum etməklə ona maddi ziyan vurmuşdur.

22. Kollegiya həmçinin qeyd etmişdir ki, İşə baxan məhkəmələr “X2” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 154 saylı rəyə qiymət verməmiş, həmin rəyin sübut kimi qəbul olunmamasını əsaslandırmamış, iddiaçı tərəfindən təqdim edilmiş rəy ilə məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə alınmış rəylərdə əmlakın bazar qiymətləri arasında kəskin fərqin olmasını diqqətdən qaçırmış, obyektiv tədqiqat üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən rəy aılnmasını müzakirə etməmişdir. Həmçinin məhv edilmiş əmlakın dəyərinin dəqiq müəyyən edilməsi söküntü işləri aparılmış binalarda oxşar qeyri yaşayış sahələrinin mülkiyyətçilərinə cavabdeh MMC tərəfindən ödənilmiş kompensasiyanın məbləğləri barədə sənədlərin təqdim olu nması təklif edilməmiş, həmin sənədlərin hazrkı iş üzrə alınmış rəylərlə müqayisəli tədqiqatı aparılmamışdır.

23. Kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddənin məzmununa görə maddi zərər yalnız şəxsin məhrum olduğu əmlakın dəyərini deyil, həmin əmlakın istifadəsindən əldə oluna biləcək gəlirləri də özündə ehtiva edir. İddiaçının məhv olmuş əmlakı qeyri yaşayış sahəsi olması nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, həmin ə mlakdan gəlir əldə olunması və bu gəlirdən iddiaçının məhrum olması daha çox inandarıcıdır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv olunmalı, iddia tələbinin rədd olunan əldən çıxmış fayda, kirayə haqqı, mənəvi ziyan və digər hissələrinə əsas tələbin, yəni 42,1 kv metr qeyri yaşayış sahəsinin məhv olmasına görə kompensasiya tələbinə təmin edilməsindən asılı olaraq qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, "xxxx" MMC-nin (MTK-nın) nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

25. Təkrar apellyasi ya baxışı zamanı iddiaçı (vəkili) sökülmüş əmlakının icarə dəyərinin, eləcə də əmlakın özünün qiymətləndirilməsinə dair 2022-ci ilin may ayında tərtib olunmuş qiymətləndirmə hesabatları təqdim etmiş, həmin hesabatlara istinadən qiymətləndirmənin aparıldığı tarixdə əmlakının aylıq icarəsinin 700 manat, bazar dəyərinin isə 92 600 manat təşkil etdiyini irəli sürmüşdür.

26. Cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsi də Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya verilən cavab məktubunu təqdim etmiş, həmin məktubda, 2016-2019-cu illərdə Faiq Yusifov küçəsi 37 ünvanında (eləcə də həmin küçəyə yaxın olan digər ərazilərdə) yerləşən dövlət mülkiyyətindəki zirzəmilərin 1 kv.m-nin özəlləşdirmə qiymətinin yerləşmə mövqeyindən asılı olaraq 350-450 manat arasında olduğunun göstərildiyini bildirmiş dir.

27. Təkrar apellyasiya baxışı zamanı tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmiş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022- ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir: ünvan 1 ünvanında yerləşmiş iddiaçıya məxsus zirzəminin, çıxarışa və texniki pasportun məlumatlarına əsasən qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilir; ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşən tikililərlə müqayisə aparılan zaman, layihədə zirzəmi mərtəbəsində qeyri-yaşayış sahələrinin nəzərdə tutulduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 41,8 m2 (2,75 x 4,50) + (3,50 x 8,35) tikililərin iddiaçıya məxsus olmuş zirzəmi nin təyinatına uyğun istifadə edilməsi mümkün olan (həmin zirzəmi ilə eyni təyinatda olan) sahənin layihədə nəzərdə tutulduğu müəyyən edilir; ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın layihəsində binanın zirzəmi və birinci mərtəbə səviyyəsində qeyri-yaşayış sahələrinin nəzərdə tutulduğu müəyyən edilmişdir; Ekspertiza Mərkəzi 2016-cı ildə əmlakın qiymətləndirilməsinə dair ekspertiza aparmadığından, həmin ilə məlumat bazası olmadığından, ünvan 1 ünvanında əvvəllər mövcud olmuş və hazırda sökülmüş iddiaçıya məxsus zirzəminin, texniki göstəriciləri və situasiya planı (yerləşməsi) nəzərə alınmaqla 1 (bir) kvadratmetrinin 2016-cı ilə olan bazar dəyərini müəyyən etmək mümkün olmadı, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərt əbəsindəki qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin hazırkı orta bazar qiyməti təqribən 2333 manat məbləğində müəyyən edilmişdir. 28. "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında əvvəllər mövcud olmuş və hazırda sökülmüş iddiaçıya məxsus zirzəminin, texniki göstəriciləri və situasiya planı (yerləşməsi) nəzərə alınmaqla 1 (bir) kvadratmetrinin bazar qiyməti 2016-cı ildə 800 manat olmuş, hazırda isə (xx.xx.2022-ci il tarixdə) 3000 manat təşkil etmişdir.

29. Cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsinin sifarişi əsasında "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli hesabatında göstərilmişdir ki, ünvan 2 ünvanında mövcud olmuş zirzəminin 2017-ci ildən 2020-ci il tarixinə qədər (3 il) üzrə ümumi icarə dəyəri 10 800 manat, orta aylı q icarə dəyəri 300 manat təşkil etmişdir.

30. Cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsinin sifarişi əsasında "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli digər hesabatında isə göstərilmişdir ki, aparılan araşdırmalar və təhlillərə əsasən, ünvan 2 ünvanında mövcud olmuş zirzəminin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 54 000 manat təşkil edir. "xxxx" MMC-nin 15 iyul 2022-ci il tarixli rəyində ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın yerləşdiyi və yaxın ətraf ərazi üzrə 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin hazırkı dövrə olan real bazar qiyməti kimi 3000 manat müəyyən edilmişdir. Mövcud hesabatda Nərimanov rayonu, Faiq Yusifov küçəsi 37 ünvanında mövcud olmuş, ümumi sahəsi 42,1 m2 təşkil etmiş zirzəminin 1 kv.metr üzrə bazar dəyəri 1282,6 manat təşkil edi r. Qiymət fərqinə əsas səbəb kimi müvafiq olaraq obyektlərdən birinin 1-ci mərtəbədə, digərinin isə zirzəmi sahəsində yerləşməsini göstərmək olar.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X4) 2(103)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sökülmüş əmlakın əvəzinə yeni əmlak verilməsi və ya kompensasiya ödənilməsi, kirayə haqqının, əldən çıxmış faydanın, maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbləri qismən təmin edilmiş, "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binanın zirzəmi mərtəbəsində ümumi sahəsi 42,1 m2 olan qeyri-yaşayış sahəsinin, əgər zirzəmi mərtəbəsində bu ölçüdə qeyri-yaşayış sahəsi yoxdursa ekspert rəyində göstərilən 41,8 m2 qeyri-yaşayış sahəsinin və əksik sahə (0,3 m2 ) üçün 530 (beş yüz otuz) manatın İddiaçı verilməsi, ona veriləcək qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyi MMC-nin hüquqi varisi "xxxx" MTK-nın üzərinə qoyulmuş, "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binanın zirzəmi mərtəbəsində ümumi sahəsi 42,1 m2 olan qeyri-yaşayış sahəsinin, yaxud 41,8 m2 qeyri-yaşayış sahəsinin və əksik sahə üçün müvafiq pul əvəzinin İddiaçı verilməsi mümkün olmadığı təqdirdə, "xxxx" MTK-dan əmlakın dəyərinin əvəzi qismində 74 360 manat (yetmiş dörd min üç yüz altmış) manat alınaraq İddiaçı ödənilməsi, "xxxx" MTK-dan kirayə haqqı qismində 25 500 (iyirmi b eş min büş yüz) manat, mənəvi ziyanın əvəzi qismində 2000 (iki min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, birinci instansiya məhkəməsinə təqdim etdiyi qiymətləndirmə rəyinə (alternativ ekspert rəyi) görə ödədiyi 300 (üç yüz) manat İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə təmin olunmamışdır.

32. Kollegiya qeyd etmişdir ki, iddiaçının əmlakının sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakının əvəzində ona təklif edilən kompensasiya (əvəz) ədalətli tarazlığa uyğun olmamışdır. Başqa sözlə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddi a tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilsin.

33. Kollegiya bildirmişdir ki, MMC-nin sözügedən ərazidə söküntü-tikinti işləri həyata keçirməsinin hüquqi əsasını təşkil edən Nazirlər Kabineti qərarında sökülən binalarda əmlakı olan sakinlərə məhz “sökülmüş tikilinin yerində” yeni əmlak verilməsi nəzərdə tutulmuşdur; bu isə o deməkdir ki, “binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbəsində” deyil, yeni inşa edilən binanın zirzəmi mərtəbəsində və məhz Nərimanov rayonu, Faiq Yusifov küçəsi 37 ünvanında, iddiaçının sökülən əmlakının yerində yerləşən hissəsinə uyğun gələn hissədəki qeyri-yaşayış sahəsi ona təhvil verilməlidir. İddiaçının “ə lavə 20 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi” tələbini isə kollegiya əsaslı hesab etmir; belə ki, Nazirlər Kabinetinin sözügedən qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli müqavilədə, sökülən əmlakın sahəsindən 20 % artıq ölçülü sahənin verilməsi qeyri-yaşayış sahələri üçün deyil, mənzillər üçün nəzərdə tutulmuşdur.

34. Kollegiya iddiaçının “əmlakın verilməsi mümkün olmadıqda sökülmüş qeyriyaşayış sahəsinin real bazar dəyəri nəzərə alınmaqla (bir kv.metr üçün 3500 manat olmaqla) 217 350 (iki yüz on yeddi min üç yüz əlli) manatın verilməsi” tələbini də qismən əsaslı hesab etmişdir. Belə ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqları nın müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

35. Kollegiya hesab edir ki, hazırki işdə mülkiyyətçiyə (iddiaçıya) təklif olunan (cavabdeh MMC-nin razılaşdığı) kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəyərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur və müvafiq məbləğ əldə olunan (təqdim edilən) qiymətləndirmə (ekspert) rəyləri nəzərə alınaraq, yəni həmin rəylərdə göstərilən qiymətlərin orta nisbəti əsas götürülərək 74 360 (yetmiş dörd min üç yüz altmış) manat müəyyənləşdirilməlidir Belə ki, cavabdeh MMC- nin (MTK-nın) birinci instansiya məhkəməsinə təqdim etdiyi qiymətləndirici rəyində iddiaçının sökülmüş əmlakının qiyməti 39 153 manat, birinci instansiya məhkəməsinin təşəbbüsü ilə alınmış rəydə 45 000 manat, iddiaçının təqdim etdiyi alternativ ekspertiza rəyində 147 350 (hər kvadratmetr üçün 3500 manat) manat, əvvəlki apellyasiya baxışı zamanı məhkəmənin əldə etdiyi rəydə 44 200 manat, iddiaçının növbəti dəfə təqdim etdiyi rəydə 92 600 manat, hazırkı apellyasiya baxışı zamanı alınmış ekspert rəyində 98 219 (hər kvadratmetr üçün 2333 manat) manat, "xxxx" MMC-nin verdiyi rəydə 126 300 (hər kvadratmetr üçün 3000 manat) manat göstərilmiş, bununla belə MMC-nin (MTK-nın) nümayəndəsinin "xxxx" MMC-dən aldığı növbəti rəydə 54 000 manat göstərilərək əvvəlki rəydəki qiymətin zirzəmi üçün deyil, bir inci mərtəbə üçün hesablandığı vurğulanmışdır. Beləliklə, əmlakın qiymətləndirilməsi ilə bağlı 8 rəy mövcuddur və kollegiya hesab edir ki, iddiaçının bilavasitə özünün sübut qismində təqdim etdiyi rəylə (§ 27) öz əmlakının 92 600 manat məbləğində qiymətləndirilməli olması ilə faktiki olaraq razılaşdığı da nəzərə alınmaqla, həmin məbləğ digər rəylərdəki qiymətlərlə mütənasib şəkildə uzaşdırılmalıdır. Belə uzlaşdırma zamanı ortaya çıxan qiymət (rəqəm) isə 74 360 manatdır (bütün rəylərdə göstərilən məbləğlərin orta nisbəti) və kollegiyanın qənaətinə görə həmin məbləğ iddiaçının əmlakının ağlabatan əvəzi kimi qəbul edilə bilər.

36. Kollegiya, iddiaçının “kirayə haqqı qismində 32 500 (otuz ikin min beş yüz) manatın xeyrinə tutulması” tələbini də qismən əsaslı hesab etmişdir, belə ki, işin müəyy ən olunan hallarına görə iddiaçının əmlakı 2017-ci ildə sökülmüş, MMC isə yeni qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verəcəyi vaxtadək razılaşdırılmış kirayə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin “iddiaçı onunla razılığa gəlmədiyi üçün” müvafiq məbləği ödəməmişdir. Kollegiya bu məsələyə də əmlaka qiymət müəyyənləşdirərkən seçdiyi üsulla yanaşaraq və eyni zamanda iddiaçının özünün bildirdiyi halı nəzərə alaraq, 2017-ci ildən 2021-ci ilin mart ayına (iddia ərizəsinin sonuncu dəfə dəqiqləşdirildiyi tarix xx.xx.2021-ci il olmuşdur) qədər (mart ayı daxil olmaqla) olan dövr üçün (51 ay) ayda 500 manatdan hesablanmaqla cəmi 25 500 (iyirmi beş min beş yüz) manatın (51 ay x 500 manat = 25 500) kirayə haqqı qismində iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddiaçıya əmlakın dəyərinin əvəzi qismində 74 360 (yetmiş dörd min üç yüz altmış) manat, kirayə haqqı qismində 25 500 (iyirmi beş min beş yüz) manat, mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, birinci instansiya məhkəməsinə təqdim etdiyi qiymətləndirmə rəyinə (alternativ ekspert rəyi) görə ödədiyi 300 (üç yüz) manat İddiaçı xeyrinə tutulması, həmçinin, Apellyasiyaşikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 16 (on altı) manat, təkrar apellyasiya baxışı zamanı alınmış qiymətləndirmənin (qiymətləndirmə rəyinin) haqqı olan 250 (iki yüz əlli) manat, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə iddiatələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Tərəflər şikayətlərini tələb və etirazlarının dəlillərinə, əvvəlki şikayətlərinə və məhkəmə iclaslarında verdikləri izahatlarına uyğun əsaslandırmışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirdiyindən, məhkəmə aktı bütövl ükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən əmlakın dəyərinin əvəzi qismində 74.360 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat pul, dövlət rüsumuna görə 30 manat, qiymətləndirmə rəyinə görə 300 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.

49. Əvvəla, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.8-ci bəndinə əsasən, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, məh kəmə baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

50. Lakin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsi Ali Məhkəmənin Plenumunun qeyd olunan mövqeyinə uyğun olmamaqla, şərtli (icranın mümkünlüyündən asılı) formada və qeyri-konkret yazılmışdır.

51. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, cavabdeh MTK tərəfindən təklif olunan qeyri-yaşayış sahəsini avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş zirzəmidən verildiyinə görə qəbul etməkdən məhkəmə mübahisəsi başlanana qədər imtina etmişdi və hazırkı məhkəmə mübahisəsinin başlanması da məhz həmin halla bağlı olmuşdur.

52. Odur ki, iddiaçının imtina etdiyi yerdən, yəni avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş zirzəmidən qeyri-yaşayış sahəsinin o na təhvil verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması mübahisənin qanuni, əsaslı və ədalətli həlli hesab edilə bilməz.

53. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir.

54. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətl i qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayətinə dair” 2011-ci il 15 aprel tarixli Qərarı).

55. Ona görə də məhkəmə kollegiyası MMC-nin qanunazidd hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məhrum olduğunu, onun eyni ölçüdə və eyni göstəricilərə malik qeyri-yaşayış sahəsi ilə təmin edilməsinin qeyrimümkünlüyünü, həmin əmlakın bazar dəyərinin 74.360 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, əmlakının dəyərinin əvəzi qismində MMC-dən 74.360 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.

56. Məhkəmə kollegiyası eyni zamanda zərərin əvəzi qismində müəyyən edilmiş 2000 manat məbləğində pulun tutulması hissəsində də qəbul edilmiş qətnamə ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin qanuns uz hərəkətləri nəticəsində iddiaçının əsas konstitusion hüquqlarından biri olan mülkiyyət hüququ pozulmuş və bu pozuntu uzun müddət davam etmişdir.

57. Qeyd edilən pozuntunun xarakterini, onun uzun müddət davam etməsini, göstərilən hallara münasibətdə iddiaçının keçirdiyi sarsıntıları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi olaraq 5000 manat pul MMC-dən tutularaq iddiaçıya verilməlidir.

58. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmlakının dəyərinin əvəzi qismində pulun ödənilməsi qərara alındığından həmin əmlaka görə kirayə haqqı qismində pulun tutulmasına dair iddia təmin edilməməlidir.

59. Belə olan halda, məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən hesab edir ki, kassasiya şikayətləri qismən təmin edi lməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən əmlakın dəyərinin əvəzi qismində 74.360 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat pul, dövlət rüsumuna görə 30 manat, qiymətləndirmə rəyinə görə 300 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.

60. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər (§66).

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-210/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. " xxxx" MMC-dən əmlakın dəyərinin əvəzi qismində 74.360 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat pul, dövlət rüsumuna görə 30 manat, qiymətləndirmə rəyinə görə 300 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar