Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1986/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X11rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi) ƏMin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X11rşı “əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1738/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Təhsil nazirinin 11/2491 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə (bundan sonra - məktəb) direktor təyin edilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçıya müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərba ycan Respublikasının Əmək Məcəlləsinin 186.2ci maddəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. 3. 02.05.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılmış monitorinqə dair arayışa əsasən, şagirdlərin dərslərə davamiyyəti, dərs saatları və dərsdənkənar məşğələ saatlarının verilməsi barədə müzakirələrin aparılması, texniki işçilərin iş bölgüsü və digər məsələlər üzrə nöqsanlar aşkar edilmişdir. Gəncə-Daşkəsən Regional Təhsil idarəsi Müdirinin xx.xx.2024-cü il tarixli əmri ilə məktəbdə aparılan monitorinqin nəticəsində aşkarlanan nöqsanları nəzərə alaraq, “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Nümunəvi Əsasnaməsi”nin 5.5.4-cü və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "b" bəndlərini əsas tutaraq, iddiaç ıya vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin (bundan sonra - cavabdeh) xx.xx.2024-cü il tarixli əmrinə əsasən, xx.xx.2024-cü il tarixdə məktəbdə keçirilmiş “Son zəng” tədbirində iddiaçı ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərinə əməl edilməməsi aşkar edilmişdir. Həmin qaydaların 4.3-cü bəndinin tələblərinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş “Son zəng” tədbirində məktəbin direktoru (iddiaçı) ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və sözügedən qaydaların tələblərinə əməl edilməməsi aşkar edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək fəaliyyəti zamanı yol verdiyi səhvlərə və “Təhsilverənlərin etik davranış Qaydalarının tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24 iyun 2024-cü il tarixindən ləğv edilməsi əmr edilmiş, əsas olaraq Azərbaycan Təhsil İşçiləri X14 Samux Rayon Komitəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli protokolundan çıxarışa istinad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mahkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə mür aciət edərək, xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsini, habelə iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-2969/3-1-521k/2024 saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, sözügedən məktəbdə 9 ildən artıq müddətdir ki, direktor vəzifəsində işləmişdir. Bu illər ərzində iddiaçıya direktor kimi hər hansı xəbərdarlıq və ya digər inzibati tənbeh tədbiri tətbiq edilməmiş, əksinə əmək fəaliyyətindəki nailiyyətlərinə görə müxtəlif vaxtlarda dəfələrlə təşəkkürnamə, diplom, fəxri fərmanlarla t əltif edilmişdir, o, məktəbə rəhbərliyi səmərəli qaydada həyata keçirmişdir. İddiaçı məktəbin xx.xx.2024-cü il tarixli "Son zəng" tədbirində baş vermiş ona aid olmayan, ümumiyyətlə iddiaçının əmək fəaliyyəti ilə əlaqədar olmayan hər hansı bir xırda bəhanə üzündən işdən azad edilmişdir. Belə ki, məktəbin direktoru olaraq xx.xx.2024-cü il tarixində məktəbdə keçiriləcək "Son zəng" tədbirinin ssenarisini təsdiq etmişdir. Lakin “Son zəng" tədbiri daxilində kənar şəxslər tərəfindən "Son zəng" tədbirinin ssenarisində nəzərdə tutulmayan musiqi səsləndirilmişdir. Bu musiqinin gözlənilməz olaraq səsləndirilməsini, həmçinin xx.xx.2024-cü il tarixində təsdiq edilən “son zəng" ssenarisi də təsdiq edir. Belə ki, qeyd edilən hadisə ondan ibarət olmuşdur ki, məktəbin direktoru tədbirin sonuna yaxın məzun olan şagirdlərlə şəkil çəkdirmək üçün səhnəyə gəlmiş və şagirdləri təbrik etmək üçün əl çalmışdır, lakin həmin vaxt qeyd olunduğu kimi əvvəlcədən planlanmış və təxribat törətmək istəyən və məktəbə aid olmayan şəxs tərəfindən tədbirin gedişatı üçün nəzərdə tutulmayan musiqi sifarişi verilmiş və səsləndirilmiş, səhnədə olan digər müəllimlərlə birlikdə direktor da əl çaldıqları zaman videogörüntüləri qeydə alınaraq onun nüfuzunu aşağı salmaq üçün sui-istifadə edilmişdir. Lakin artıq qeyd edildiyi kimi, iddiaçının mahnının sözlərindən məlumatı olmamış, buna görə də sadəcə şagirdləri təbrik etmək üçün əl çalmış, musiqinin sözləri ona aydın olduqda isə dərhal səhnədən enərək musiqinin dayandırılmasını təmin etmişdir. Lakin videgörüntülərin bu hissəsi kəsilərək yalnız iddiaçının musiqiyə əl çalma sı imitasiyasını yaradan hissələr yayımlanmışdır. Bütün bunlar məhz iddiaçının əleyhinə material toplamağa və onun direktor vəzifəsindən azad edilməsinə hesablanmış addımlardır və məqsədli şəkildə həyata keçirildiyini göstərir. Hansı ki, sözügedən son zəng tədbirinin keçirilməsi və təşkil edilməsinə nəzarət edən məsul əməkdaşlar müvafiq əmrlə rəsmiləşdirilməklə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X7 hadisə barədə izahatında da bütün halları olduğu kimi bildirmişdir. Həmin tarixdə məktəb direktoru başda olmaqla məktəbin pedaqoji heyəti ilə birlikdə müvafiq məsələ barəsində akt tərtib edilmişdir. Aktı direktor və 10 nəfər müəllim imzalasa da, tədbirə əvvəldən sona qədər olan nəzarəti və musiqi mənbəyinə nəzarəti həyata keçirən məktəbin təşkilatçı müavini X6 və sinif rəhbəri X9 aktı imzalamaqdan imtina etmişlər. Təsadüf nəticəsi sayılmamalıdır ki, İddiaçı məktəb direktoru vəzifəsindən azad edildikdən sonra məktəbin direktoru vəzifəsinə məhz X6 təyin edilmişdir. Məktəb rəhbərliyi olaraq direktorun xx.xx.2024-cü il tarixli, 153 №-li əmri ilə 11a təmayül sinfinin sinif rəhbəri X10, 154 №-li Əmri ilə 11 b sinfinin sinif rəhbəri Vəkilova Sevil Fəxrəddin qızına, 155 №-li əmri ilə ilk sinfinin sinif rəhbəri X1 zəng günü sonluqda planda olmayan səsləndirilən musiqiyə görə xəbərdarlıq edilmiş, eyni tarixli 156 №-li əmri ilə məktəbin təşkilatçısı X4 Son zəng tədbirinin sonluğunda işinə məsuliyyətsiz yanaşaraq planda olmayan musiqinin səslənməsinə yol verdiyinə görə, 157 №-li əmri ilə isə məktəbin təsərrüfat işləri üzrə di rektor müavini X5 məktəbin həyətinə girişə nəzarətə məsuliyyətsiz yanaşdığına görə töhmət verilmişdir. Müvafiq olaraq iddiaçıya aid olmayan hadisə barəsində iddiaçı qanuna müvafiq olaraq, ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etmiş və bununla bağlı lazımı tədbirlər görmüşdür. Onun vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-2969/3-1-521K/2024 nömrəli əmrdə iddiaçının işdən azad edilməsi üçün normativ əsas kimi “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndi göstərilmişdir. Analoji müddəaya əsasən, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materiallar, təsvirlər paylaşmamalıdır. Normanın məzmunundan da göründüyü kimi bu normanın tələblərinin pozulması üçün bu hərəkətləri (təhsilverənin və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materiallar, təsvirlərin paylaşılmasını) təhsilverən özü və öz sosial media hesablarında həyata keçirməlidir. Hazırkı işin faktiki hallarından aydın şəkildə görünmüşdür ki, müvafiq materiallar iddiaçıdan xəbərsiz görüntüyə alınmış və ona aid olan heç bir sosial media hesablarında paylaşılmayaraq başqa şəxslər tərəfindən məhz İddiaçı nüfuzunu aşağı salmaq məqsədilə süni şəkildə formalaşdırılmış və paylaşdırılmışdır. İddiaçı tərəfindən müvafiq normanın tələbləri pozulmadığı təqdirdə cavabdeh qurum bu normanı əsas gətirərək iddiaçının işdən azad edilməsi barədə əmr tərtib etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad edilməsi barədə əmri əsaslı olmadan və qərəzli şəkildə verilmişdir, iddiaçının işdən azad edilməsindən dərhal sonra onun yerinə - məktəbin direktoru vəzifəsinə məhz həmin "son zəng" tədbirində "musiqi mənbəyinə nəzarəti" həyata keçirən (lakin onun nəzarətindən yayınaraq kənar şəxs tərəfindən planda olmayan musiqi səsləndirilmişdir) X2 təyin edilməsi bütün bunların məhz iddiaçının qanunsuz və əsassız olaraq işdən azad edilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilməlidir. Belə ki, işin hallarına əsasən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq ləğv edilməsi əsassızdır, çünki iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin heç birini törətməmiş və "Təhsilverənlərin etik davranış Q aydalarının” 4.3-cü bəndinin tələbləri iddiaçı tərəfindən ümumiyyətlə pozulmamışdır. Digər tərəfdən isə əmrin məzmunundan görünmüşdür ki, hazırkı iş üzrə iddiaçı barəsində sözügedən əmr intizam tənbehinin tədbiq edilməsi kimi verilmişdir. Hansı ki bununla da intizam tənbeh tədbirinin verilmə əsası kimi 186.2-ci maddədə nəzərdə tutulan işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər. Lakin iddiaçı tərəfindən həmin hallara yol verilməmişdir. Bundan əlavə və ən vacibi isə işçi barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmr verilsə də, ona müstəqil əsas olan 70-ci maddənin "ç" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı əmrin məzmunundan görünür ki, əmr intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi nəzərdə tutulsa da, iddiaçı barəsində əmr isə birbaşa olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi müstəqil əsas kimi götürülməklə verilmiş, başqa sözlə iddiaçı barəsində əmr iki əsasla verilmişdir ki, bu da əmrin qanunsuz olduğunu tam təsdiq edir. İddiaçının işdən azad edilməsi barədə əmr qəbul edilərkən, mü vafiq olaraq həmkarlar təşkilatının razılığının alınması da düz olmamışdır. Hansı ki, sözügedən həmkarlar təşkilatının iclası da iddiaçının heç bir xəbəri olmadan keçirilmiş, iclas barədə isə ümumiyyətlə iddiaçıya məlumat verilməmişdir. Bununla da həmkarların razılığının alınması barədə qanunverciliyin tələbləri pozulmuşdur.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı verilən müvafiq intizam tənbehlərindən nəticə çıxarmamış, müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etmişdir. İddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Birincisi, videodan görünmüşdür ki, bütün şagirdlər birlikdə həmin mahnının sözlərini əzbərdən oxumuşdur. Bu onu düşünməyə əsas vermişdir ki, şag irdlər həmin mahnının səsləndirilməsi üçün xüsusi olaraq hazırlanmışlar. İkincisi, ssenaridə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməyə uyğunluğu və iddiaçı tərəfindən həmin ssenarinin yazılı şəkildə təsdiqlənməsi o demək deyildir ki, o “Son Zəng” tədbiri zamanı şifahi olaraq və ya yazılı olmayan digər formada həmin kriminal aləmlə əlaqədar olan mahnının səslənməsinə icazə verməmişdir. Üçüncüsü, “Son zəng” tədbiri el şənliyi deyildir ki, kimsə kənardan musiqi (mahnı) sifarişi versin və həmin musiqi səsləndirilsin. Bu kimi halların baş verməməsinə məktəbin direktoru cavabdehdir və o, təhsil müəssisəsinin fəaliyyətinə və təhsil müəssisəsində keçirilən tədbirlərin qaydalara uyğun keçirilməsinə şəxsən məsuliyyət daşıyır. Həmin mahnının səsləndirilməsi əgər iddiaçının qeyd etdiyi kimi baş vermişdirsə, o halda da direktor məsuliyyət daşıyır və bu tədbirin qaydalara uyğun təşkili üzrə vəzifəsini yerinə yetirə bilmədiyi mənasına gəlir. Dördüncüsü, videolardan görünür ki, şagirdlərlə bərabər direktor həmin mahnı üzrə rəqs edir, əl çalır və mahnıda “cinayət aləmi” ifadəsi və digər kriminal xarakterli ifadələr işlənsə də iddiaçı mahnının səsləndirilməsinə mane olmaqla bağlı hər hansı tədbir görmür. Sonda məzunlarla birlikdə fotoşəkil çəkdirmək məqsədilə mahnının dayandırılması göstərişi verilir. Beşincisi və ən önəmlisi, tədbirdə bu halın baş verməsi qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, onun əməli təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunun zədələnməsinə, təhsil fəaliyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. “Son zəng” tədbirində baş vermiş bu hal ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmamışdır. Həmin tədbirə aid sosial media hesablarında və xəbər saytlarında yayılmış videogörüntülərin linkləri: https://t.me/bakupost/14285 https://qlobalinfo.az/direktorsaqirdlerle-birge- oqrualemini-terennum-eden-mahniifa-edibvideo/. İddiaçı tərəfindən “Son zəng” tədbirindən əvvəl ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etsə idi və bununla bağlı lazımi tədbirləri görmüş olsa idi həmin tədbirdə qeyd olunan hadisə yaşanmazdı. Ölkənin bütün tam orta təhsil müəsssisələrində “Son zəng” tədbiri keçirilsə də, adıçəkilən hadisə yalnız iddiaçının rəhbərlik etdiyi təhsil müəssisəsində baş vermişdir. İddiaçı tərəfindən görülmüş tədbirlər ictimai etimadın bərpası üç ün yetərli olmamışdır. “Təhsilverənlərin etik davranış Qaydalarfnm 2.6.2-ci bəndinə əsasən təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. “Təhsilverənlərin etik davranış Qaydalan"nın 5.2.6-cı bəndinə əsasən müəssisə rəhbəri: bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci “ç” bəndinə əsaslanaraq ləğv edilməsi əsassızdır, çünki iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin heç birini törətməmişdir. Bununla əlaqədar olaraq bildi rilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” qeyd olunub. Yəni, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində iki əsas qeyd olunub: 1) “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” və 2) “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”. İddiaçının əmək müqaviləsinə xitam verilmə səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əks olunmuş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsasıdır. Göründüyü kimi, iddiaçının bu ə saslandırması qanunauyğun deyildir. İddiaçı həmçinin qeyd etmişdir ki, işçi barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmr verilsə də, onun əmək müqaviləsinə müstəqil əsas olan 70-ci maddənin "ç" bəndi ilə xitam verilmişdir. O bildirir ki, iddiaçı barəsində əmr iki əsasla verilmişdir ki, bu əmrin qanunsuz olduğunu təsdiq edir. Bununla əlaqədar olaraq bildiririk ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi intizam tənbehi tədbiri kimi tətbiq edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qay dalarını pozduqda işəgötürən tərəfindən işçi barəsində tətbiq edilən intizam tənbehləri sadalanır və həmin intizam tənbehlərindən biri də “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” növündə intizam tənbehidir. Göründüyü kimi, iddiaçının bu əsaslandırması da qanunauyğun deyildir. İddianın əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq ATİAHİ Samux rayon komitəsinin razılığı alınmış və ATİAHİ Samux rayon Komitəsinin 21 iyun 2024-cü il tarixli, 14 nömrəli məktubu əmrə əlavə edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın 1.4 -cü bəndinə əsasən hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. İddiaçı ümumi təhsil müəssisəsinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, dövlətin, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyi, tabe olduğu dövlət orqanın əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu, həmçinin ona verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığı üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor vəzifəsindən azad edilmişdir.
8. Birinci instansiya məhk əməsində cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, 2024-cü ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlə məktəbin direktoru İddiaçı əmrin verildiyi tarixdə bilavasitə tanış edilmişdir. Bundan əlavə, əmrin surəti Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektoru tərəfindən elektron poçt vasitəsi ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin elektron poçt ünvanına göndərilmişdir. Elektron poçtun göndərilməsini, həmçinin elektron poçtun məktəb tərəfindən alınmasını təsdiq edən elektron poçt ünvanından çıxarışlar bu ərizəyə əlavə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, GəncəDaşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 29-31/3- 1-425K/2024 nömrəli əmrinin mübahisələndirilməsi üçün 1 aylıq iddia müddəti keçmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)3410/2024 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdehin 3-29-69/3-1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilməsi və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, əmrdə əmək fəaliyyəti zamanı yol verdiyi səhvlərə və “Təhsilverənlərin etik davranış Qaydalarının” tələblərinin pozulmasına istinad edilmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrdə əsaslandırılmalıdır. Hazırkı iş üzrə mübahisələndirilən əmrdə is ə qanunvericilik normalarının tələblərinə zidd olaraq düzgün əsaslandırma aparılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71.3 və 83.1 -ci maddələrinin tələblərinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
11. Həmkarlar İttifaqının razılıq məktubunda, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyin in Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalarının 4-cü bəndi təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranış qaydalarını, əsasən şəxsi həyatında davranış normalarını tənzimləyir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən isə təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, burada təhsilverənin özünün sosial media hesablarında müvafiq paylaşımları etməsi etik davranış qaydalarının pozuntusu olaraq göstərilmişdir. Hazırkı mülki işdə isə iddiaçı tərəfindən belə bir paylaşımın edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halı, yəni iddiaçının paylaşım etməməsini cavabdeh tərəf də qəbul etmişdir. Digər tərəfdən iddiaçı qeyd edilən pozuntunu törətmiş olsaydı belə, bu hal özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün kifayət etmir.
12. Hazırkı iş üzrə isə iddiaçının əmək funksiyasını pozması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya müəssisənin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Digər tərəfdən, mübahisələndirilən görüntülər məhkəmə tərəfindən tədqiq edilmiş və müəyyən edilmişdir ki, İddiaçı səsləndirilməsindən təxminən 1 dəqiqə sonra mahnının dayandırılması məqsədilə əlini qaldırmış və mahnı dayandırılmışdır. Lakin buna baxmayaraq sosial şəbəkələrdə yalnız iddiaçının mahnıya əl çalması hissəsi yayımlanmış, qeyd edilən hissəsi isə ictimaiyyətə çatdırılmamışdır. İddiaçı tərəfindən təsdiq edilmiş “Son zəng” tədbirinin planından görünmüşdür ki, tədbirin həyata keçirilmə ardıcıllığı, səslənməli olan nitqlər təsdiq edilmiş, tədbirin təşkilatçılığı X4 tapşırılmışdır. H əmçinin o da nəzərə alınmalıdır ki, müvafiq geniş miqyaslı tədbirdə rəhbər şəxs kimi keçirilən həyacan nəticəsində ilk anlardan mahnının sözlərinin dərk edilməməsi ağlabatan olmaqla, təbii insanlıq halı kimi qəbul edilə bilər. Tədbirdə iştirak edən uşaqların isə həmin mahnını əzbərdən oxumaları mütləq qaydada mahnıya əvvəlcədən hazırlaşmalarına işarət etmir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Son zəng tədbirində bayağı mahnı səsləndirilməsi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, çoxlu insanların iştirak etdiyi tədbirdə həmin mahnının məhz iddiaçının təşkilat çılığı, nəzarəti altında səsləndirilməsi sübuta yetirilməmişdir. Belə ki, bu hal iddiaçının, mahnının səsləndirilməsindən 1 dəqiqə sonra onu dayandırması ilə təkzib olunur (halbuki mahnı təxminən 7 dəqiqəlikdir).
14. Beləliklə, işəgötürən tərəfindən əmrdə məhz iddiaçının hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, işçinin əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə vəzifəsinə dair öz üzərinə götürdüyü öhdəliklərdən hansını icra etməməsi və ya lazımi qaydada icra etməməsi, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər h ansı formada ziyan dəymiş olması əsaslandırılmamışdır. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız olmuşdur.
15. Birinci instansiya məhkəməsi cavabdehin, iddiaçı barəsində bir neçə gün əvvəl sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi dəlilinə münasibətdə isə qeyd etmişdir ki, işdən çıxarılma barədə əmrdə həmin hala istinad edilməmiş, əmr ümumi qaydada əsaslandırılmışdır. Həmçinin, məhkəmə iddiaçının həmin əmrdən məlumatsız olması, məhkəmə zalında öyrənməsi barədə izahatlarını, intizam tənbehinin intizam xətasının aşkar edildiyi gündən sonra verildiyi müddəti nəzərə alaraq, həmin intizam tənbehini, qanunsuz əmrin ləğv edilməsinə mane ola biləcək hal hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmr qanunamüvafiq qaydada tərtib edilmədiyindən və əsassız olduğundan ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməlidir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddia tələbi əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.
17. Birinci instansiya məhkəməsi, iddiaç ıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixli əmr X15 Təhsil İdarəsi tərəfindən verilmişdir. Hazırkı iş üzrə cavabdeh təşkilat isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyidir. Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı iddiaçıya məhkəmə tərəfindən təklif verilsə də, o, ayrıca iddia qaldıracağını bildirərək, hazırkı mülki iş üzrə onun cavabdeh kimi cəlb edilməsi barədə ərizə verməmişdir. Bu səbəbdən də iddia tələbi əsl cavabdehə qarşı irəli sürülmədiyindən məhkəmə əlavə araşdırma aparmadan iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh həmin iddia tələbinə cavab verməli şəxs olmadığından iddia təmin edilmədiyi üçün iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, 71-ci maddəsinin birinci və ikinci hissələrinə, Əmək Məcəlləsinin 68, 69, 70.”ç”, 71.2, 71.3, 73, 74, 75, 76.2, 83.1, 186.2, 300.1 -ci maddələrinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qər arı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4-cü bəndinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mahkəmasindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsi nə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, "Son zəng" tədbirində bu halın baş verməsi qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, onun əməli təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunun zədələnməsinə, təhsil fəaliyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. “Son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmaması ilə bağlı ictimai qınaq formalaşmış, təhsilverənlər, təhsil müəssisələri, təhsili idarəetmə orqanları töhmət altında qalmışdır. Çoxsaylı xəbər saytlarında və sosial şəbəkə hesablarında paylaşılan videogörüntülər və kriminal aləmə aid mahnı səsləndirilməsi barədə məlumatlar Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin, onun kollektivinin, o cümlədən şagirdlərinin nüfuzuna, hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu ziyan iş materiallarında olan xəbər saytlarının və sosial şəbəkə hesablarının linkləri, şəkilləri ilə öz təsdiqini tapmışdır. Hazırda da Samux rayonu institut qəsəbə tam orta məktəbinin adını internet resurslarında axtardıqda şagirdlərin və direktorun cinayət aləminə aid bayağı mahnı səsləndirməsi, həmin mahnı ilə rəqs etməsi və alqışlaması ilə bağlı məlumatlar ilk olaraq qarşımıza çıxır. Göründüyü kimi, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulması ilə bağlı sübutların olmaması ilə bağlı məhkəmə yanlış nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qəbul etmişdir. Mahnının təxmin ən 1 dəqiqə sonra dayandırılması doğru deyil. Sosial şəbəkələrdə və xəbər saytlarında yayılan videogörüntülər təxminən 1.15 dəqiqədən ibarətdir. Mahnının nə vaxt başlaması həmin videogörüntülərdən aydın deyil. Belə olan halda məhkəmənin “mahnının təxminən 1 dəqiqə sonra dayandırılması” nəticəsinə gəlməsi əsassızdır. Məhkəmə qətnaməsində də mahnının təxminən 7 dəqiqəlik olduğu qeyd edilmişdir. Qətnamədə olan “sosial şəbəkələrdə yalnız iddiaçının mahnıya əl çalması hissəsi yayımlanmışdır, qeyd edilən hissəsi isə ictimaiyyətə çatdırılmamışdır” sözləri həqiqətə uyğun deyil. Çünki, məhkəmədə yalnız sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan videogörüntülər araşdırılmışdır. Başqa hər hansı videogörüntünün mövcudluğu məhkəməyə və tərəflərə məlum olmamışdır. Məhkəmənin ictimaiyyətə çatdırı lmamışdır kimi qeyd etdiyi videogörüntünün (https://www.facebook.com/watch/?v=**********90044) hissəsi elə ictimaiyyətə çatdırılmış videogörüntüdə mövcuddur. “Son zəng” tədbirində səsləndirilən cinayət aləmini təbliğ edən mahnı (https://www.youtube.com/watch?v=XQyXXdeQuNU) 6.54 dəqiqəlikdir. Yayılan videogörüntüdə mahnı “elə bir adam varmı ki, tanımasın ruslanı” sözləri ilə başlayır ki, bu da mahnının 44-cü saniyəsində səsləndirilir. Səslənəndən sonra da 1.10 dəqiqə davam edir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına və tədqiq edilmiş sübutlara uyğun deyidir.
21. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-1738/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), S.R.Səlimova və A.Ə.İsgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı hansı səhvlərə yol verdiyi sözügedən əmrdə cavabdeh tərəfindən ümumiyyətlə əsaslandırılmamış, əmək müqaviləsinə bu əsasla xitam verilməsinə əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununda göstərilməmiş, əmrdə yalnız Azərbaycan Təhsil işçiləri X14 Samux rayon komitəsinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən ləğv edilməsinə etiraz etmədiyinə dair protokoldan çıxarışa istinad edilmişdir. Halbuki, cavabdeh iddiaya qarşı verilmiş etirazında bildirmişdir ki, müəssisəy ə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət, cari ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, iddiaçı verilən müvafiq intizam tənbehlərindən nəticə çıxarmamış, müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə bağlı qeyd etmişdir ki, əmək qan unvericiliyinə əsasən xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçıya verilmiş töhmət 6 aydan sonra qüvvəsini itirmiş, xx.xx.2024-cü il tarixli əmri ilə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətdən iddiaçının nəticə çıxarmaması isə onunla ifadə edilməlidir ki, iddiaçı həmin əmrin verilməsinə əsas olmuş nöqsanlara əmr verildikdən sonra yol verməyə və üzərinə düşən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etsin. Lakin qeyd edildiyi kimi, bu halları təsdiq edən sübutlar iş materiallarında mövcud deyil və cavabdehin xx.xx.2024-cü il tarixli əmrində bu hallar göstərilməmiş, onları təsdiq edən rəsmi sənədlərə istinad edilməmişdir. O da qeyd edilməlidir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin xx.xx.2024-cü il tarixli əmrdə göstərilən hallarla bağlı verildiyi nəzərə alındığı təqdirdə belə, iddiaçının barəsində bir intizam xətasına görə eyni zamanda iki intizam tənbehinin verildiyi, yəni həm son xəbərdarlıqla şiddətli töhmətin verilməsi, həm də əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi müəyyən edilmişdir. Bu isə əmək qanunvericiliyin tələblərinə ziddir.
24. Məhkəmə kollegiyası mübahisələndilən xx.xx.2024-cü il tarixli əmrdə istinad olunan iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin pozulması halı ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı tərəfindən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşması iş materialları ilə sübut olunmur.
25. Eyni zamanda, “son zəng” tədbirində nəzərdə tutulmayan mu siqinin səsləndirilməsinin iddiaçının təşkilatçılığı, onun göstərişi ilə həyata keçirildiyi də iş materialları ilə təsdiq olunmur. Əksinə, işdən görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli əmri ilə “son zəng” tədbirinin xx.xx.2024-cü il tarixində saat 10:00-dan 12:00-dək keçirilməsi, tədbirin təşkili və keçirilməsi üçün tədbirlər planının, tədbirin ssenarisinin hazırlanması və təsdiq üçün rəhbərliyə təqdim olunması məktəbin təşkilatçısı X4, tədbirin məktəbin həyətyanı sahəsində keçirilməsi və girişə nəzarəti məktəbin təsərrüfat işləri üzrə direktor müavini X5 tapşırılmış, həmin tədbirdə nəzərdə tutulmayan musiqi səsləndikdən sonra iddiaçı və məktəbin digər əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş, habelə sinif rəhbərlərinin və X2, X3 barəsində iddiaçının müvafiq əmrləri ilə in tizam tənbehləri tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasının icrasına yanaşılmamışdır.
26. Hamıya bəlli olan haldır ki, “son zəng” tədbirlərində təhsil müəssisəsinin kollektivi və məktəbin şagirdləri ilə yanaşı sonuncuların valideynləri, digər yaxın qohumları, ictimaiyyətin nümayəndələri, təhsil müəssisəsinin sabiq məzunları da iştirak edir və həmin şəxslərə iddiaçı tərəfindən nəzarət edilməsi praktiki cəhətdən mümkün deyil.
27. Kollegiya həmçinin nəzərə almışdır ki, iddiaçının qeyd olunan “son zəng” tədbiri keçirilən zaman artıq 60 yaşı tamam olmuş, “son zəng” tədbirinin açıq havada keçirildiyi, tədbirdə iştirak edən şəxslərin sayı və səsləri nəzərə alındıqda səsləndirilən musiqinin sözlərinin dərk edilməsi müəyyən va xt tələb edə bilər.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “son zəng” tədbirində həmin musiqinin səsləndirilməsi iddiaçının hər hansı etik qaydalara zidd hərəkəti nəticəsində baş verməmiş, əksinə videogörüntülərdən də gördündüyü kimi, musiqi səsləndirildikdən qısa müddət sonra dayandırılmışdır.
29. Cavabdeh apellyasiya şikayətində “son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmaması ilə bağlı ictimai qınağın formalaşdığını bildirmişdir. Lakin iddiaçının tədbirdə məqsədi həmin musiqini dəstəkləmək və ya təbliğ etmək olmadığı halda, sırf bu səbəbdən formal və ümumi mülahizələr əsasında onun işdən azad edilməsi ədalətsiz yanaşma olmuşdur.
30. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tədbirdə işt irak edən şagirdlərin həmin musiqinin sözlərini oxumaları mütləq qaydada “son zəng” tədbirinə əvvəlcədən hazırlaşmalarına işarət etmir. Təhsil saatlarından sonra şagirdlərin evdə və ya digər yerlərdə hansısa musiqini dinləməsinə təhsil müəssisəsinin rəhbərliyi nəzarət edə bilməz.
31. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3.5, 42.1, 70, 71, 72, 83.1, 84, 186, 189.1, 190.1, 300.1-ci, MPM-in 14.2, 77.1, 88, 119.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinə, 71-ci, MPM-in 76, 81 və 416.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir, iddiaçı təhsilverən hesab olunmaqla ümumi təhsil müəssisəsinin direktorudur və o, təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır. Tədbirinin keçirilməsini təşkil etmək və bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimatlara əməl etmək onun vəzifəsidir. Lakin o, müvafiq təlimatların yerinə yetirilməsini təmin etməmiş, həmçinin onun öz vəzifələrini yerinə yetirməməsi kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsinə, mahnının şagirdlər tərəfindən əzbərdən xorla ifa olunmasına, şagirdlərlərin alqışlarla həmin mahnı ilə rəqs etmələrinə səbəb olmuş, eyni zamanda iddiaçının özü də alqışlarla həmin mahnının sədası altında rəqs etmiş və tədbirin görüntülərinin çoxsaylı xəbər saytlarında, sosial media hesablarında və telekanallarda yayılması, təhsil müəssisəsinin nüfuzunun və təhsil müəssisəsinə qarşı ictimai etimadın aşağı salınmasına şərait yaratması ilə nəticələnmişdir. "Son zəng" tədbirində bu halın baş verməsi qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, onun əməli təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunun zədələnməsinə, təhsil fəa liyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. “Son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmaması ilə bağlı ictimai qınaq formalaşmış, təhsilverənlər, təhsil müəssisələri, təhsili idarəetmə orqanları töhmət altında qalmışdır. Çoxsaylı xəbər saytlarında və sosial şəbəkə hesablarında paylaşılan videogörüntülər və kriminal aləmə aid mahnı səsləndirilməsi barədə məlumatlar Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin, onun kollektivinin, o cümlədən şagirdlərinin nüfuzuna, hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Göründüyü kimi bu kimi hallar apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və bununla da maddi hüquq normaları kobudcasına pozulmuşdur. Apellyasiya instansiyası məhkəm əsində iddiaçının təqdim etdiyi hər hansı sübut olmamışdır. Cavabdehin təqdim etdiyi sübutlar isə nəzərə alınmamışdır. Bununla da, məhkəmə tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti özlüyündə heç bir maddi normanın pozulmasını əsaslandırmamaqla, konkret olaraq işin faktiki hallarına uyğun verilmişdir. Halbuki, MPM-in 416.1 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiq edilməsini yoxlayır, işin hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız olmuşdur. Cavabdehin təkrar irəli sürüldüyü dəlillər birbaşa olaraq işin faktiki halları ilə bağlı olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam hərtərəfli, obyektiv araşdırılaraq, qiymət verilmiş və təsdiqini tapmamışdır. Bundan əlavə, kassasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşımaqla hansı maddi hüquq normasının pozulması və ya düzgün tədbiq edilməməsi göstəriləmiş və əsaslandır ılmamışdır. Habelə irəli sürülümüş dəlillərə məhkəmə tərəfindən düzgün hüququ qiymət verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 70 "ç" bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Maddə 71.2. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.
39. Maddə 84.1. Əm ək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:... əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
40. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
41. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddəni n 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
42. Maddə
186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bən di ilə ləğv etmək. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”
43. Bənd 4.3. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
53. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri
54. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apell yasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmaqla işin halları düzgün müəyyən edilsə də, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
57. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının direktoru olduğu Samux rayonu, İnstitut qəsəbə məktəbində xx.xx.2024-cü il tarixdə keçirilmiş son zəng tədbirində tədbirin ssenarisindən kənar şəkildə cinayəti və kriminal aləmi təbliğ edən mahnı səsləndirilmiş, mahnı uşaqlar tərəfindən xor şəklində ifa edilmiş və bununla bağlı videogörüntülər ictimailəşərək sosial media hesablarında, xəbər saytlarında yayılmışdır. Baş vermiş hadisə nəticəsində iddiaçı tabeliyində olan və tədbirə nəzarətlə bağlı təhkim etdiyi bir neçə şəxsə töhmət vermiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İddiaçı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” ilə bağlı hazırkı tələbi irəli sürmüş, məhkəmələr tələbi əsaslı hesab edərək təmin etmişlər.
58. Məhkəmələr iddianı təmin edərkən yuxarıda göstərilən mövqeləri sərgiləmişlər. (§10-18, 22-31)
59. Məhkəmələrin mövqeyi ilə razılaşmayan kassasiya kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinin iki əsasını nəzərdə tutur: - işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; - işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməklə əmək vəzifələrini kobud şəkildə pozması (§35).
60. Həmin Məcəllən in 71-ci maddəsi sözügedən maddənin tətbiqi əsaslarını nəzərdə tutur (§36-37). Həmin normanın məzmununa görə, 70-ci maddənin «ç» bəndinin tətbiqi aşağıdakı şərtlərə cavab verməlidir: - işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməsin. - bu hərəkət (hərəkətsizlik) nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. - əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini bu barədə əmrdə əsaslandırılsın.
61. Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndinin tətbiqi üçün sözügedən dispozisiya şərtlərinin hər üçünün mövcud olması zəruridir, onların hər hansı birinin olmaması əmək müqaviləsinin ləğvi barədə əmrin əsaslı olmasını istisna edir.
62. Göstərilənlərə istinadən qeyd olunmalıdır ki, göstərilən qayda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinin birinci əsasına (işçi tərəfindən öhdəliklərin yerinə yetirilməməsi) münasibətdə tətbiq olunmalıdır, həmin norma ikinci əsasa (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməklə əmək vəzifələrini kobud şəkildə pozması) şamil edilmir.
63. Mübahisələndirilən əmrdən müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci əsası - işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən ləğv edilmişdir. Odur ki, mübahisənin h əlli məqsədilə həmin Məcəllənin 71-ci maddəsinin dispozisiya şərtlərinə uyğun yoxlama aparılmalıdır. (§60)
64. Həmin normadakı ilkin dispozisiya şərti ilə bağlı iddiaçı heç bir vəzifə öhdəliyini pozmadığına, kobud pozuntuya yol vermədiyinə, hadisənin onun deyil, tədbirə nəzarətlə bağlı təhkim etdiyi şəxslərin təqsirindən baş verməsinə, mahnının mahiyyətini dərk edən kimi onun dayandırılması ilə bağlı göstəriş verməsinə istinad etmişdir. Cavabdehin dəlillərinə görə iddiaçının öz vəzifələrini yerinə yetirməməsi məktəbdə kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi, şagirdlər tərəfindən əzbərdən xorla oxuması, eyni zamanda iddiaçının özünün də alqışlarla həmin mahnının sədası altında rəqs etməsində ifadə olunmuşdur.
65. Sözügedən görüntüləri tədqiq edən məhkəmələr isə qeyd etmi şlər ki, son zəng tədbirində bayağı mahnının səsləndirilməsi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz, həmin musiqinin səsləndirilməsinin iddiaçının təşkilatçılığı, onun göstərişi ilə həyata keçirildiyi, dəstəkləndiyi iş materialları ilə təsdiq olunmur. Əksinə tədbirlər planına əsasən tədbirə nəzarət müxtəlif şəxslərə həvalə olunmuşdur. Müvafiq geniş miqyaslı tədbirdə rəhbər şəxs kimi keçirilən həyacan nəticəsində ilk anlardan mahnının sözlərinin dərk edilməməsi ağlabatan olmaqla, təbii insanlıq halı kimi qəbul edilə bilər. “Son zəng” tədbirlərində təhsil müəssisəsinin kollektivi və məktəbin şagirdləri ilə yanaşı sonuncuların valideynləri, digər yaxın qohumları, ictimaiyyətin nümayəndələri, təhsil müəssisəsinin sabiq məzunları da iştirak edir və həmin şəx slərə iddiaçı tərəfindən nəzarət edilməsi praktiki cəhətdən mümkün deyil. İddiaçının yaşı, açıq hava, tədbirdə iştirak edən şəxslərin sayı və səsləri nəzərə alındıqda səsləndirilən musiqinin sözlərinin dərk edilməsi müəyyən vaxt tələb edə bilər.
66. Məhkəmə kollegiyası sözügedən mövqe ilə razılaşmayaraq qeyd edir ki, məktəblərdə keçirilən “son zəng” tədbirləri dövlət səviyyəsində tanınmaqla, əvvəlcədən təsdiq edilmiş ssenari əsasında məktəbin səlahiyyətli şəxsləri tərəfindən təşkil edilir. Həmin tədbir rəsmi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan bir gün, şagirdlərin məktəb həyatını başa vurduğunu simvolizə edən rəsmi tədbirdir. Belə bir tədbirdə kriminal aləmə aid mahnının səsləndirilməsi tək “bayağı” məna daşımamaqla, zorakılığın normallaşması, cinayətkar davranışların qəhrəmanlaş dırılması, gənclər üçün yanlış rol modellərinin təqdim edilməsi ilə nəticələnməklə, tədbirin və ümumən təhsil müəssisəsinin mənəvi ruhuna uyğun gəlmir. Həmin mahnının iddiaçı tərəfindən səsləndirilməməsi, tədbirlər planına əsasən tədbirə nəzarətin müxtəlif şəxslərdə olması və onların öz vəzifələrini yerinə yetirməməsinə görə iddiaçı tərəfindən tənbeh tədbirinin verilməsi, mahnının yarımçıq dayandırılması (bu halın iddiaçının mahnını dərk etməsi səbəbindən baş verməsi müəyyən edilməmişdir) direktorun məsuliyyətini və ya təqsirini istisna etmir. Həmin hallar yalnız təqsirin formasına təsir edə bilər, belə ki, direktorun mahnını qəsdən səsləndirməsi öz təsdiqini tapmasa da, ehtiyatsızlıq növündə təqsirin forması özünü göstərmişdir. Direktor olan iddiaçının üzərində tədbirdə kənar şəxslərin iş tirakı, onların müdaxiləsi, səslənən mahnılar və şagirdlərin davranışlarına birbaşa nəzarət olmuş, bu nəzarəti müxtəlif şəxslərlə iş bölgüsü əsasında həyata keçirmişdir, lakin bu da onun məsuliyyətini istisna etməmiş, nəzarətsizlik və səhlənkarlıq nəticəsində sözügedən mahnı tədbirdə səslənərək xorla oxunmuşdur.
67. Xüsusilə nəzərə alınmalıdır ki, təhsil və tərbiyə müəssisələrində keçirilən bütün rəsmi tədbirlərin rəhbərlik səviyyəsində təşkili və nəzarəti həyata keçirilir. İddiaçı da məktəb direktoru olmuş, təlim və tərbiyə müəssisəsinə rəhbərlik edən şəxs olaraq tədbirin təşkilinə və nəzarətinə görə birbaşa məsuliyyət daşımışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə isə, təhsildə və tərbiyədə zorakılığı, cinayəti və qeyri-etik davranışı təbliğ edən materiallardan istifadə et mək yolverilməzdir.
68. İddiaçı sözügedən mahnının qərəzli şəkildə səsləndirilməsi dəlilini irəli sürsə də, bu halı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
69. Beləliklə, işin araşdırılmış halları ilə Əmək Məcəlləsinin 71-ci maddəsinin ilk dispozisiya şərtinin mövcudluğu (iddiaçının səhlənkarlıq və etinasızlıqla tədbirə nəzarəti lazımi qaydada həyata keçirməməsi) öz təsdiqini tapsa da, məhkəmələrin yanaşması düzgün olmamışdır.
70. İkinci dispozisiya şərtinə gəldikdə isə, (§60) cavabdehin kassasiya şikayətinin dəlillərinə görə tədbirin görüntüləri çoxsaylı xəbər saytlarında, sosial media hesablarında və telekanallarda yayılmış, təhsil müəssisəsinin nüfuzunun zədələnməsi və ona qarşı ictimai etimadın aşağı düşməsinə səbəb olmuş, bu halın ümumi təhsilin mahiyyət və məqsədlərinə uyğu n olmaması ilə bağlı ictimai qınaq formalaşmış, təhsilverənlər, təhsil müəssisələri və təhsili idarəetmə orqanları töhmət altında qalmışdır. Məhkəmələr qeyd etmişlər ki, ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici işəgötürənin hüquq və mənafeyinə vurulan ziyan mənası altında yalnız maddi ziyanı nəzərdə tutmamışdır. Nəzərə alınmalıdır ki, sözügedən görüntülər kifayət qədər yayılmaqla öz aktuallığını saxlamış, məktəbin, təhsil sisteminin nüfuzuna, müəllim və valideyn münasibətlərinə mənfi təsir göstərmişdir. Göründüyü kimi, iddiaçının vəzifə öhdəliyinin yerinə yetirilməməsi cavabdehin işgüzar nüfuzunun zədələnməsi ilə nəticələnmişdir.
72. Üçüncü d ispozisiya şərti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının dəlillərinə görə əmr əsaslandırılmamışdır, videogörüntülər onun tərəfindən yayılmadığı halda, “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinə istinad edilərək işdən çıxarılması yanlış olmuşdur, əmrdə iki əsasa istinad edilmişdir. Məhkəmələr sözügedən mövqeyi əsaslı hesab etmişlər.
73. Kassasiya instansiyası məhkəməsi həmin mövqeyi əsassız hesab edərək qeyd edir ki, iddiaçının barəsində bir intizam xətasına görə iki intizam tənbehinin verilməsi halı iş materiallarında müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan tənbeh növlərindən biridir və işin hallarından müəyyən olunur ki, müba hisələndirilən əmr yol verilmiş hərəkət (hərəkətsizliklə) bağlı inzibati tənbeh qismində tətbiq edilmişdir.
74. Bununla yanaşı qeyd edilməlidir ki, əmr “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin pozulması ilə əsaslandırılmışdır ki, həmin bəndin tələblərinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Bu qaydanın məhz təhsilverən tərəfindən paylaşılma hallarına aid olması, iddiaçının isə özünün belə bir paylaşımı etməməsi əmrin əsaslandırılmaması anlamına gəlməyə əsas vermir. Əmrdə əmək müqaviləsinin ləğvi əsası kimi ictimati mənafeyə zidd olan, cavabdehin nüfuzunu zədələyən videogörüntünün yayılması faktının olması aşkardır. Əmrin məqsədi və məzm unu aydın olduğu halda, məhkəmələr tərəfindən bu halın nəzərə alınmaması qanuni əmrin formal əsaslarla ləğv edilməsinə səbəb olmuşdur.
75. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir.
76. MPM-in 417.1.4-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
77. Həmin Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilmə miş olsun.
78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1738/2025 nömrəli, 11 mart 2025-ci il il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X11rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.