Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1987/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh xnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh xnin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə cavabde h xnin 17 mart 2020-cil il tarixli, İR-058 saylı əmri ilə İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xnin 17 mart 2020-cil il tarixli, X aylı əmrinin etibarsız hesab edilməsi, Nazirlikdəki məsləhətçisi vəzifəsinə bərpa edilməsi, işə bərpa edildiyi tarixədək cavabdehdən məcburi işburaxma müddəti üçün əmək haqqının, işdən çıxarıldığı tarixədək ödənilməmiş, habelə işə bərpa edildiyi tarixədək mobil cihazların qeydiyyatına görə Nazirliyə ayrılan vəsaitin ona münasibətdə ödənilməli olan hissəsinin tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini əmrin qanunsuz olması ilə əsaslandırmış, cavabdeh isə tələbə etiraz etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) 19 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov ) 14 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X saylı iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin əsaslandığı hallarla eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə e tiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
14. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
16. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
17. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilmişdir. Bununla belə, əvvəlcə hazırkı iddiaya mülki mühakimə icraatında baxılmasının mümkünlüyü ilə bağlı prosessual hüquq normalarına əməl edilib-edilməməsi yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün prosessual hüquq norması pozulmuşdur.
20. Məlum olduğu kimi iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 13).
21. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsəmüddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
22. Hazırkı işdə İddiaçı tələbi cavabdeh xnin 17 mart 2020-cil il tarixli, İR-058 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün və digər ödənclərin tutulması barədədir.
23. Cavabdeh təşkilat - x inzibati orqandır.
24. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, İddiaçı dövlət qulluğuna xitam verilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarş ı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibatiməhkəmələr tərəfindən baxılır.
26. Qeyd olunanlar ona dəlalət edir ki, tərəflərin hüquqi vəziyyəti və Ali Məhkəməsinin Plenumunun istinad olunan qərarı nəzərə alınmaqla hazırkı iddiaya mülki mühakimə icraatında deyil, inzibati məhkəmədə baxılmalıdır. Buna baxmayaraq məhkəmələr iş üzrə iddiaya mahiyyəti üzrə baxıb qətnamə çıxarmışlar.
27. Halbuki, Ali Məhkəməsinin Plenumunun adı çəkilən qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsiümumi və ya kommersiya məhkəməsinəverilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasındaümumi və ya kommersiya məhkəməsindəbaxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsin in qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvənümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
28. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qət naməsi ləğv edilsin. İddiaçı cavabdeh xnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və s.” tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, həmin tələblə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.