Məhkəmə qərarları › İş №2(102)-1988/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1988/2019

18.03.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1988/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh X8 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.H.Nəsibov; 2(014)-975/2018)iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 cavabdeh X9 qarşı zəbt etd iyi torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi barədə iddiаsı qismən təmin edilmiş, X5, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 məxsus Ağdaş rayonu, ********** kəndində yerləşən 0,40 ha torpaq sahəsinin istifadə etdiyi 0,0289 ha hissəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilinin (yarımçıq tualet) sökülməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh X3 tutularaq İddiaçı1 verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 60 (altmış) manatının cavabdeh X3 tutularaq aşağıdakı hesaba köçürülməsi: Kapital Bankın 1 saylı Xətai Filialı, kod: ******** voen(bank) **********, müxbir hesab: AZ**********, swift: *********, kadastr və yer ququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ******************** qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakim: İ.F.Quliyev; (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli 2(107)-2508/2018) X8 apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 cavabdeh X9 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi zəbt torpaq sahəsindən çıxarılması, qanunsuz tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə ərizə verərək, cavabdehin Ağdaş rayonu, ******* kəndində yerl əşən 0,40 ha torpaq sahəsinin istifadə etdiyi 0,0289 ha hissəsindən çıxarılsın və zəbt edilmiş torpaq sahəsində qanunsuz tikili (yarımçıq tualet) sökülməsi, onlara vurduğu 2000 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 2001-ci il 18 yanvar tarixli 01 saylı qərarı ilə iddiaçının ailə üzvlərinə kənd ərazisindən 0,40 hektar torpaq sahəsi verilmişdir. DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən 2002-ci il tarixli ****** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2018-ci ilin fevral ayında cavabdeh iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə etmiş, zəbt etdiyi torpaq sahəsində qanunsuz tikili tikmişdir. Həmçinin iddiaçıya 2000 manat maddi ziyan vurmuşdur. Bütün bu göstərilənlər verilmiş mütəxəssis rəyi ilə müəyyən edilir. Dəfələrlə xəbərdar etməsinə baxmayaraq cavabdeh iddiaçının mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. Cavabdeh X11 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun keçmiş qaynıdır, o, iddiaçıarın torpağını zəbt etməmiş və qanuni əsaslarla özünün mülkiyyətində olan torpaq səhəsində tikinti işləri aparır. İddiaçıların tələbi tamailə qanunsuz və əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh X11 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsi və işin yenidən yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60,127-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 14.2, 77.1, 88, 385.1, 385.2-cı maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 kassasiya şikayətinə etiraz göndərərək Şəki apellyasiya məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiy a instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən to rpağın mülkiyyətə verilməsinə dair ********, KOD ******** saylı şəhadətnaməsindən görünür ki, Aqrar İslahat Komissiyasının 2001-ci il 18 yanvar tarixli 01 saylı qərarı ilə kənd ərazisindən 0,40 hektar torpaq sahəsi İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 paylı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 may 2018-cı il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıların mülkiyyətinə, ******** nömrəli şəhadətnamə ilə verilmiş 0,40 ha torpaq sahəsinin qərb tərəfdən eni 3,31 metr uzunluğu 87,41 metr olmaqla, 0,0289 ha hissəsini cavabdeh tərəfindən zəbt edilmişdir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 manat təşkil edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü mаd dəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin öd ənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vu rulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. - 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin: - 111.1-ci mаddəsinə əsаsən Аzərbаycаn Respublikаsındа tоrpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn оlunur. - 111.2-ci mаddəsinə əsаsən özbаşınа tutulmuş (zəbt edilmiş) tоrpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаtı üzrə geri qаytаrılır. - 111.3-cü mаddəsinə əsаsən tоrpаqlаrın əvvəlki vəziyyətinə gətiril məsi (оrаdа оlаn binаlаrın, tikililərin və qurğulаrın sökülməsi də dаxil оlmаqlа) tоrpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа оnlаrın hesаbınа həyаtа keçirilir. «N6 şikаyəti üzrə məhkəmə аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumu özünün 31 yаnvаr 2006-cı il tаrixli qərаrındа belə qənаətə gəlmişdir ki, məhkəmə qətnаməsi hüquqlа bаğlı mübаhisəyə bаxıldıqdаn sоnrа məhkəmə iclаsındа müəyyən оlunmuş işin fаktiki hаllаrı və hüquq nоrmаlаrı əsаsındа çıxаrılır.İddiаçının hüququnun pоzulmаsı təsdiqlənərsə, məhkəmə öz qətnаməsilə bu hüququ müdаfiə etməlidir. Əgər iddiаçının hüququnun pоzulmаsı təsdiqlənməzsə, məhkəmə оnun iddiаsını rədd etməli və bununlа dа, cаvа bdehin iddiаçının əsаssız hərəkətləri və yа fikirləri ilə pоzulа biləcək hüquqlаrını müdаfiə etməlidir. Hər hаldа məhkəmənin qətnаməsi, ilk növbədə, məhz mübаhisə tərəflərinin fərdi hüquqlаrını və qаnuni mənаfelərini müdаfiə edən аkt kimi çıxış etməlidir. İş üzrə toplanmış sübutlara qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilmiş 0,0289 hektar hissəsindən çıxarılmalı, zəbt edilmiş torpaq sahəsində qanunsuz tikili (yarımçıq tualet) sökülməli, iddia qalan hissədə sübuta yetmədiyi üçün rədd edilməlidir, həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc ödənilmiş tələbin məbləğinə mütanasib olaraq cavabdehdən tutulmalıdır. İddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı X6 verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçı X4 özünə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir.Cavabdeh apellyаsiyа şikаyətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Ona görədə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar