Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1988/2022 13.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra-cavabdeh) qarşı əmək vəzifələri yerinə yetirilən zaman xəsarət alınması ilə bağlı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2(103)8596/2021 nömrəli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Azərdənizneftinşaat” Trestinin Dəmir-beton Məmulatları Zavoduna xx.xx.1984-cü il tarixdə 2-ci dərəcəli yardımçı fəhlə vəzifəsi üzrə işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə iş yerində əmək vəzifələrini icra edərkən xəsarət almış və istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar xx.xx.1984-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur.
2. Həkim-əmək Ekspert Komissiyasının xx.xx.1985-ci il tarixli, 074609 nömrəli tibbi arayışına əsasən istehsalat xəsarəti ilə əlaqədar iddiaçıya xx.xx.1986-c ı il tarixədək İİ qrup əlillik dərəcəsi müəyyən edilmiş və göstərilmişdir ki, sonuncu əmək qabiliyyətinin 80 faizini itirmişdir. Bununla bağlı cavabdeh iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlə bağlı hər ay ödəniş etmişdir.
3. Əmək fəaliyyətini davam etdirə bilmədiyi üçün iddiaçı xx.xx.1985-ci il tarixli əmrlə işdən azad olunmuş, daha sonra növbəti müayinədən xx.xx.1986-cı il tarixdə keçmiş və həkim-əmək ekspert komissiyasının rəyinə əsasən əlillik müddəti xx.xx.1987-ci il tarixədək artırılmışdır. 4. xx.xx.2012-ci il tarixli həkim-ekspert komissiyasının rəyinə əsasən iddiaçıya əmək zədəsi ilə bağlı təkrar qaydada ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ə rizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, əmək vəzifələrinin yerinə yetirərkən aldığı xəsarət ilə bağlı xx.xx.2012-ci il tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdehdən hər ay onun xeyrinə tutulması, 2020-ci ilin fevral ayınadək isə ödənişin birdəfəlik aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Xəzərdənizneftqazsənaye” X1 “Azərdənizneftinşaat” Trestinin Dəmir-Beton məmulatları Zavodunda 2-ci dərəcəli yardımçı fəhlə vəzifəsində işləyərkən,xx.xx.1984-cü il tarixdə iş yerində əmək vəzifələrini icra edərkən iddiaçı xəsarət almış və baş vermiş həmin hadisə ilə əlaqədar xx.xx.1984-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Həkim-əmək ekspert komissiyasının xx.xx.1985-ci il tarixli, 074609 nömrəli “Tibbi arayışına” əsasən istehsalat xəsarəti ilə əlaqədar iddiaçıya xx.xx.1986-cı il tarixədək əmək qabiliyyətinin 80 faizini itirməklə ikinci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Bununla bağlı cavabdeh iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə hər ay ödəniş etmişdir. O, sonradan əmək fəaliyyətini davam etdirə bilmədiyi üçün xx.xx.1985-ci il tarixli əmrlə tərəfindən işdən azad olunmuşdur. İddiaçı növbəti müayinədən xx.xx.1986-cı il tarixdə keçmiş və həkim-əmək ekspert komissiyasının rəyinə əsasən əlillik müddəti xx.xx.1987-ci il tarixədək artırılmışdır.İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlər ilə bağlı iddiaçının səhhətində daim problemlər olmuş, o, yaşlandıqca aldığı əmək xəsarəti ilə bağlı səhhətində daha ciddi problemlər yaranma ğa başlamışdır. 2012-ci ildə müayinə-müalicə sənədləri əsasında həkim-ekspert komissiyası əmək qabiliyyətini 80% itirməklə iddiaçıya təkrar ikinci qrup əlillik dərəcəsi müəyyən etmiş və növbəti illərdə eyni diaqnozla eyni faizlə əlillik müddəti artırılmışdır. Hal-hazırda iddiaçı əmək qabiliyyətini 80% itirməklə ikinci dərəcəli əlildir və əlillik müddəti 2021-ci ilədək artırılmışdır. Əlilliklə bağlı müvafiq sənəd iddiaçıya xx.xx.2012-ci il tarixdə təkrar verildikdən sonra cavabdehə dəfələrlə şifahi və yazılı müraciət etsə də, cavabdeh tərəfindən ona əmək xəsarəti ilə bağlı ödəniş edilməsindən imtina edilmişdir. Cavabdeh tərəf imtinanı onunla əsaslandırır ki, yenidən təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin zavodda baş vermiş istehsalat xəsarəti ilə bilavasitə əlaqəli olması haqqında iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
7. İddiaçı qeyd edir ki, baş-boyun nahiyəsindən ağır zədələr almış və onun səhhətinin bərpa edilməsi demək olar ki, qeyri-mümkündür. Bunun nəticələri daim özünü göstərir, iddiaçı o daim müayinə və müalicə olunur. Həmçinin müalicə ilə bağlı iddiaçı xeyli vəsait sərf etmişdir. Sonuncu cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdehin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmiş, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)- 2092/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi qismən tə min edilmiş, əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə 2018-ci ilin fevral ayından 2020-ci ilin fevral ayınadək olan ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada, 2020-ci ilin fevral ayından etibarən isə hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, dövlət rüsumuna görə 30 manatın cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ekspert rəyi iddiaçıya xx.xx.2012-ci ildə təyin edilən əlillik dərəcəsinə səbəb olan xəstəliklərin onun 1984-cü ildə “Azərdənizneftinşaat” trestinin Dəmir-beton məmulatları zavodunda çalışdığı zaman istehsalatda aldığı xəsarətlə səbəbli əlaqəsinin müəyyən etdiyi üçün mötə bər sübut kimi nəzərə alınmaldır. Məhkəmə qeyd etmişdir ki, fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir və bu səbəbdən cavabdehin iddia müddətinin tətbiqi barədə dəlilləri əsassızdır.
11. Məhkəmə eyni zamanda göstərir ki, bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər, ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2 384.0.3, 1118.1, 1119.1, 1119.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.3-cü bəndinə, Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” barədə qaydaların 1, 2, 3-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)-2092/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəsarətin baş verməsindən xeyli müddət k eçməsinə baxmayaraq, xəstəliyin başqa səbəblərdən müəyyən edilməsi ekspert rəyində tam aydın göstərilməmiş, natamam, qeyri-müyyən rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Apellyator əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən iddiaçının 1988-1993-cü illərdə müəssisədə işlədiyi müddətdə səhhəti ilə əlaqədar şikayətinin olmaması faktına da toxunulmamışdır.
15. Eyni zamanda, cavabdeh əsassız olaraq iddia müddətinin tətbiq edilmədiyini də qeyd etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8596/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), V.Ə.İbayev. və R.M.Həsənov) (bundan sonra - apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəm əsinin 2(011)-2092/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni ekspert rəyi ilə əsaslandırmışdır.Belə ki, rəydə qeyd edilən xəstəlik və fəsadların travma mənşəli olması və onların xx.xx.1984-cü il tarixdə alınan xəsarət ilə səbəbli əlaqəsinin olduğu göstərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı da düzgün qənaətə gəlmiş, hazırki iş üzrə tələbin fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olması əsası ilə iddia müddəti tətbiq etməməkdə haqlı olmuşdur.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10 99.1, 1118.1, 1119.1,1119.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” barədə qaydalarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsin in ləğv edilib və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsi (1694-cü ildən 2000-ci ilin iyunun 1-dək qüvvədə olan) (bundan sonra – köhnə Mülki Məcəllə) tətbiq olunmalı olduğu halda, məhkəmələr bunu nəzərə almamışlar.Belə ki, köhnə Mülki Məcəllə-nin 73-cü maddəsində nəzərdə tutulmuş müddətdə iddiaçının məhkəməyə müraciət etmə müddətinin ötürülməsi məhkəmələr tərəfindən münasibət bildirilməmişdir.
22. Şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinad edən kassator bildirmişdir ki, 2000-ci il sentyabrin 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.
23. Kassator qeyd etmişdir ki, Köhnə Mülki Məcəlləyə və SSRİ-nin Nazirlər Kabinetinin xx.xx.1984-cü il tarixli 690 saylı “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”ndan görünür ki, ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, təqsirkar işəgötürən i stehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.
24. Kassator şikayətinə əlavə etmişdir ki, xx.xx.1988-ci il tarixli 14 nömrəli tibbi arayışa əsasən iddiaçı tam sağlam olmuş, o işə qəbul edilmiş və xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyətini DBMZ-də davam etdirmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinədək Xətai rayon MTİB-nin 27 nömrəli MİS-də, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı şəhər K analizasiya idarəsində işləmişdir, lakin məhkəmələr iddiaçının xx.xx.1988-ci il tarixdə necə sağaldığını, hətta 5 il əmək fəaliyyəti ilə məşğul olduğunu, əmək fəaliyyəti zamanı səhhəti ilə bağlı heç bir şikayəti olmadığını araşdırmamış, eləcə də İş üzrə keçirilmiş 1746 saylıxx.xx.2020-ci il tarixli ekspert rəyində də buna aydınlıq gətirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili Vəkil1 yazılı etiraz göndərmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 384.0.3 Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir
28. Maddə 1118.1 Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, ə lavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
29. Maddə 1119.1 Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəl məlidir.
30. Maddə 1119.3 Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”
31. Maddə 1.3 İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə v ə himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği» barədə qaydaları
32. Maddə 2.1 İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.
33. Maddə 2.2 Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Maddə 417.1.1-ci maddəsinə əsa sən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki h allarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. İddia tələbi bölünməz olduğundan və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırki işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
44. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı olan dəlillərinə münasibətdə isə kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırılması ilə razılaşaraq onları əsassız hesab edir.
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2(103)-8596/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.