Məhkəmə qərarları › İş №2(102)-1988/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1988/2025

25.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1988/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X2 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisəsi, müqavilənin etibarsız hesab edilməsi,mənzildən istifadəyə maneələrin aradan qaldırılması, neqator iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı müqavilənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X2 qarşı maneələrin aradan qaldırılaraq və mənzilə köçürülmə tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1100/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1568/2023 saylı qətnaməsinə əsasən, X5 ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulmuşdur.

2. Hədiyyə verən Cavabdeh1 Rafayıl oğlu ilə hədiyyə alan X7 arasında xx.xx.2023cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləyə əsasən, hədiyyə verən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsini hədiyyə al ana bağışlamışdır.

3. Hədiyyə verən X6 ilə hədiyyə alan Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsini hədiyyə alana bağışlamışdır.

4. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzilin ½ hissəsi Cavabdeh1, ½ hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər ayrıldıqdan sonra cavabdehlə nikah dövründə faktiki yaşadığı ünvan 2 ünvanın 1/2 hissəsini övladları Cavabdeh2 olunun adına bağışlaması, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh1 bağışlayacağı halda həmin hissənin də ona bağışlanması barədə razılaşmışlar. Sonradan Cavabdeh1 tərəfindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və bu zaman bilmişdir ki, sözügedən 1/2 hissə həqiqətən cavabdehin adına bağışlanmış, lakin cavabdeh öhdəliklərinə əməl etməmiş və razılaşmanı pozaraq əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona görə də, hesab etmişdir ki, həmin çıxarış etibarsız olmaqla sözgedən 1/2 hissədə pay əsli ndə ona bağışlanmalı idi. Lakin cavabdeh öhdəliyini pozmuşdur. Bundan əlavə hesab etmişdir ki, eyni vəd həmçinin Gülnarə Rəhmanova tərəfindən də ona verilmişdir. Ona görə sonuncu tərəfindən cavabdehə olan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada hesab edir ki, hazırkı iddianın əsaslılığı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsi ndə olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir.

7. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X2 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə ½ hissədə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzilə cavabdehlər tərəfindən qoyulmuş maneələr aradan qaldırılaraq onu həmin yaşa yış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzilin 1/2 hissə olmaqla (87.85 kv/m) X6 ona və oğlu xx.xx.2007-ci təvəllüdlü Cavabdeh2 pay vermişdir. Hazırda həmin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzil onunla oğlu Cavabdeh2 paylı mülkiyyətindədir. Lakin, buna baxmayaraq o, mülkiyyətindən məhrum edilərək istifadə edə bilmir. Belə ki, həmin mənzildə cavabdeh X5 və 2 övladı xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X8 birgə yaşayırlar. Həmin mənzildə onun yaşaması hüququ və mənzilin 1/2 hissəsi pay mülkiyyəti olduğu halda cavabdehlər X5 və qeyriləri ona mənzildə yaşamasına imkan vermir, yaş amaq hüquqlarını pozur. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisələrin həll edilməsi mümkün deyildir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X2 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair mülki işin İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004) 2444/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavab dehlər Cavabdeh2 və X2 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ünvan 1-ə köçürülməsi, məhkəmə xərclərinin iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin əsasında sözügedən əmlakın gələcəkdə Cavabdeh1 tərəfindən ona bağışlanacağı barədə şifahi razılaşmalarının dəlilləri durmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə b axan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

13. Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

14. Məhkəmə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X2 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair qeyd etmişdir ki, istinad olunan qanunv ericilik aktı normalarına əsasən, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçı Cavabdeh1 adına paylı mülkiyyətçi olmasına dair qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. İddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Odur ki, Cavabdeh1 iddiası əsaslıdır və təmin edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 178.1, 203.1, 215.1, 215.2, 337-ci maddələrin ə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı, eyni zamanda cavabdeh və yetkinlik yaşına çatmayan Cavabdeh2 qanuni nümayəndəsi İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1330/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsini, Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqe ilə qətnamə qəbul edilmişdir. Ümumiyyətlə, sözügedən qətnaməyə nəzər yetirdikdə həmin qətnamənin qanundan çox hakimin subyektiv yanaşması olduğu görünür və heç bir hüququ əsasa söykənmir. Məhkəmə Cavabdeh1 hazırkı iddiasının faktiki əsasını, hansı məqsədlə və hansı şəraitdə qaldırmasını araşdırmamışdır. Belə ki, cavabdeh olan Cavabdeh1la İddiaçı ailə-nikah münasibətlərinə xitam verilmiş, onunla faktiki olaraq bir yerdə yaşaması imkansızdır. Belə ki, iki azyaşlı övladı ilə həmin evdə qalarkən dəfələrlə Cavabdeh1 hədə qorxu və şiddəti ilə üzləşmişlər və hətta bu barədə polisə müraciət etmişlər. Bu zaman onunla bir yerdə yaşaması həm milli mentalitet dəyərləri baxımından yolverilməzdir, həm də iddiaçının və uş aqlarının həyatı üçün bu hal imkansızdır. Əks halda iddia təmin edilib Cavabdeh1 qeyd edilən evdə yaşayacağı halda böyük bir ailə faciəsi ilə üzləşə bilərlər. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırır ki, hazırda onun və azyaşlı uşaqlarının başqa yaşayış sahəsi yoxdur, Faiq Rəhmovun altında həmin ölçüdə eyni daha yaxşı təmirli və şəraitli öz adına mənzili mövcuddur, digər tərəfdən sonuncunun adına çoxsaylı daşınmaz əmlaklar vardır. Hazırkı evə Cavabdeh1la qarşılıqlı razışlaşma əsasında köçmüşlər və o həmin evə heç bir halda gəlməyəcəyini və evin yerdə qalan hissəsini İddiaçı adına keçirməklə həmin evə olan bütün iddia və tələblərindən imtina edəcəyini vəd etmişdir. Sonradan hazırda Cavabdeh1 hazırkı iddianı qaldırması ona təyziq etməklə ödəmədiyi aliment və uşaqların təhsil haqqı ilə bağ lı tələblərindən imtina etməyə vadar etməkdir. Belə ki, Cavabdeh1 həmin aliment və uşaqların təhsil haqqını tələb etməkdən imtina etməsi üçün hazırkı iddianı qərəzli şəkildə və hüquqdan sui-istifadə edərək qaldırmışdır. Ayrıldıqdan sonra cavabdehlə razılaşmışlar ki, nikah dövründə faktiki yaşadığı ünvan 2 ünvanın ½ hissəsini övladları Cavabdeh2 adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh1 bağışlayacağı halda isə onu da, həyat yoldaşı ona bağışlayacaqdır. Sonradan Cavabdeh1 tərəfindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və bu zaman bilmişdir ki, sözügedən 1/2 hissə həqiqətən cavabdehin adına bağışlanmış, lakin cavabdeh öhdəliklərinə əməl etməmiş və razılaşmanı pozaraq əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona gö rə də, hesab etmişdir ki, həmin çıxarış etibarsız olmaqla sözügedən 1/2 hissədə pay əslində ona bağışlanmalı idi. Lakin, cavabdeh öhdəliyini pozmuşdur. Bundan əlavə eyni vəd həmçinin Gülnarə Rəhmanova tərəfindən də ona verilmişdir. Ona görə, sonuncu tərəfindən cavabdehə olan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişlər. Lakin məhkəmə hazırkı iş üzrə qeyd edilən alqı-satqı müqaviləsi ilə bağlı notariat işini tələb etməmiş, həmin işə baxış keçirməmiş və nəticə olaraq əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, məhz cavabdehin iddiası ilkin iddia tələbinin təminindən asılıdır və ilkin iddia tələbi təmin ediləcəyi halda Cavabdeh1 iddiasının hüquqi əsası ortadan qalxmış olur. Bundan əlavə, məhkəmə subyektiv hüquq məsələsinə düzgün hüquqi qiymət verməmiş və bu zaman həmin halı nəzərə almamışdır ki, iş üzrə hazırkı iddiaçı ilə arasında olan razılaşmaya əsasən həmin hissə ona bağışlanmalı idi. Bu zaman o, Cavabdeh1la arasında şifahi razılaşmanın olmasını nəzərə almamışdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada hesab etmişdir ki, hazırkı iddianın əsaslılığı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həmdə həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. Lakin məhkəmə sözügedən qətnaməni qəbul etməklə Mülki Məcəllənin 329, 337, 339-cu və 560-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən (1/2 hissə, 87.85 kv.m) oğlu olan Cavabdeh1 bağışlaması haqqında bağlanmış xx.xx.2023-cü tarixli müqavilənin etibarsız olmasını, hər iki şəxsin əvvəldən onunla şifahi razılaşmasının olmasını və həmin hissənin ona bağışlamalı olması barədə olan razılaşmaların olmasını və bununla bağlı tərəflərin mövqeyini nəzərə almamışdır. Həmçinin, hazırda iş üzrə cavabdehlər tərəfindən ona verilmiş vədə əməl edilməyərək, onu aldatmışlar. Hesab edir ki, hazırkı iddianın əsaslılğı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi, yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətl ər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. Bu mənada həmin halları aydınlaşdırdıqda yuxarıda qeyd edilən qanunverciliyin tələbinə uyğun olaraq həmin müqavilənin etibarsız olduğu açıq aşkardır. Məhkəmə tərəfindən iş üzrə tərəflər arasında olan şifahi razılaşmanı və bununla bağlı iddiaçının hazırkı mənzilə münasibətdə öz mülkiyyət hüququnu gələcəkdə cavabdeh Aysel Rəhmanovaya vermək barədə öhdəlik götürməsini və həmin öhdəliyin hazırda iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilərək pozulması aydınlaşdırılmamışdır. Həmçinin qeyd edilir ki, məhkəmə tərəfindən iş üzrə sübuta əhəmiyyətə malik olan mübahisəli mənzilin 1/2 hissədə pay üzrə cavabdeh tərəfindən və Gülnarə Rəhmanova tərəfindən ona vəd edilən hissəni bağışlamamış və bu zaman tərəflər arasında bağışl ama müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişlər. Ona görə də Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1330/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 iddia tələbinin rədd edilməsi xahiş olunur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1100/2025 nömrəli mülki iş üzrə 26 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(006)-1330/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzili Cavabdeh1 ½ hissədə, Cavabdeh2 ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Cavabdeh1 ilə İddiaçı nikahı pozulduğundan, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzilində faktiki olaraq İddiaçı tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan övladları ilə yaşadığından, İddiaçı və mənzilin digər mülkiyyətçisi olan Cavabdeh2 iddiaçı Cavabdeh1 həmin mənzildə yaşamasını istəmədiklərindən sonuncunun paylı mülkiyyətində olan mənzildən istifadəsinə manelər yaradırlar. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və mülkiyyət hüququnun tanınmasına, müdafiəsinə dövlət tərəfindən təminat verilir. Bütün mülkiyyətçilərin hüquqları eyni qaydada müdafiə edilir. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində miqdarı və dəyəri məhdudlaşdırılmadan istənilən əmlak ola bilər.

20. Məhkəmə kollegiyası bu iddia üzrə cavabdehlər mənzilə dair iddiaçının mülkiyyət hüququna qanunsuz və əsasız müdaxilə etməklə sonuncunun mənzildən istifadə hüququnu məhdudlaşdırmışlar. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin iddiaçı Cavabdeh1 iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq bu tələb üzrə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

21. Kollegiya İddiaçı iddia tələbləri ilə bağlı qeyd edir ki, bu tələb üzrə id diaçı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzilinin X1 mülkiyyətində olan hissəsinin Cavabdeh1 bağışlandıqdan sonra həmin hissəni ona bağışlayacağına dair Cavabdeh1 tərəfindən ona vəd edildiyindən, bağışlama müqaviləsi bağlanarkən aldadılmasını bildirsə də, iddia tələbində istinad olunan hallar öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İddiaçı Cavabdeh1 ona gələcəkdə hər hansı bir əmlakı bağışlama vədi verməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, X1 daşınmaz əmlakın mülkiyyətində olan hissəsini Cavabdeh1 bağışlayarkən İddiaçı aldadılması mümkün olmadığından kollegiya bu iddia tələbini təmin etməy ən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin bu hissədə də dəlillərini əsassız hesab etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnaməni qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1 və 2-ci, 25-ci maddənin 1-ci, 29-cu maddənin 1, 2, 3, 4-cü, 60-cı madd ənin 1, 2, 3, 4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 152.1, 152.5, 153.4, 157.1, 157.2, 157.4, 213.2, 215.1, 337.1, 337.2, 337.3, 339.2, 339.3, 666.1, 666.2, 667.1, 668.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1100/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərini araşdırmadan, apellyasiya baxışında müəyyən edi lmiş işin faktiki hallarına uyğun maddi hüquq normalarını düzgün tətbiq etmədən birinci instansiya məhkəməsinin əsaslandırmasına istinadən belə nəticəyə gəlmişdir ki, bu tələb üzrə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, məhəllə 381, 71 saylı evin 20 saylı mənzilinin X1 mülkiyyətində olan hissəsinin Cavabdeh1 bağışlandıqdan sonra həmin hissəni ona bağışlayacağına dair Cavabdeh1 tərəfindən ona vəd edildiyindən, bağışlama müqaviləsi bağlanarkən aldadılmasını bildirsə də, iddia tələbində istinad olunan hallar öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətində olan dəlillərə ümumiyyətlə münasibət bildirməmiş, həmin hissədə dəlillərin niyə və hansı əsasla əsassız olduğunu qətnamədə əsaslandırmamış, bunla bağlı məhkəmənin mövqeyini əsaslandıra bilməmiş, yalnız şəxsi mülahizələrinə istinadən göstərilən nəticəyə gəlmişdir. Hansı ki, işin birinci instansiya və apellyasiya baxışında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, hazırkı iddianın əsaslılğı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. Bu mənada həmin halları aydınlaşdırdıqda yuxarıda qeyd edilən qanunverciliyin tələbinə uyğun olaraq həmin müqavilənin etibarsız olduğu açıq-aşkardır. Məhkəmə hazırkı iş üzr qeyd edilən alqı-satqı müqaviləsi ilə bağlı notariat işini tələb etməmiş, həmin işə baxış keçirməmiş və nəticə olaraq əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, məhz cavabdehin iddiası ilkin iddia tələbinin təminindən asılıdır və ilkin iddia tələbi təmin ediləcəyi halda Cavabdeh1 iddiasının hüquqi əsası ortadan qalxmış olur.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 324.4, 337, 340.1, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8, 9-cu maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13 (hissə 1).Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29 (hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyy ənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

35. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışl ama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

43. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətini n dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.

44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən şikayətin işin faktiki hallarına düzgün qiymət verilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti deyil.

45. Hər iki iddia tələbi üzrə məhkəmə tərəfində n maddi hüquq normalarının düzgün tətbiq edildiyi, kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verilmədiyi müəyyən edilir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MM-nin 339.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən aldadılma faktına istinad etməklə əqdi mübahisələndirmək hüququ yalnız müqavilə tərəflərinə aiddir. İddiaçı Rzayeva X4 Gülnarə Arif qızı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə müqavilə tərəflərindən biri olmadığından və iddiaçının bağışlanmış mənzilə hər hansı hüququ olmadığından məhkəmə düzgün olaraq hesab etmişdir ki, onun qeyd edilən əqdi ərizədə qeyd edilmiş əsaslarla mübahisələndirməyə subyektiv hüququ yoxdur. 47.Kollegiya hesab edir ki, Cavabdeh1 iddia tələbi ilə bağlı hissədə də apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, Cavabdeh1 MM-nin 157.2-ci və 157.4-cü maddələrinə əsasən paylı mülkiyyətində olan mənzilin onun sahibliyinə qaytarılaraq mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan iddiası əsaslı olmuşdur. 48.Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1100/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1100/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar