Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1989/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Q.Ə.Allahverdiyevdən ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı X1 və vəkili T.Ü.Eyyubovanın, Cavabdeh X1 iştirakları ilə, iddiaçı X1 və vəkili T.Ü.Eyyubovanın Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş 2(037)-531/18) iddiaçı X1 Cavabdeh x1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia tələb i təmin edilib Cavabdeh X1 iddiaçı X1 icarəsində olan, İsmayıllı rayon Tircan bələdiyyəsinin ərazisində yerləşən 65,0 hektar torpaq sahəsinin zəbt edilmiş 5,0 hektar hissəsindən çıxarılması, 5,0 hektar torpaq sahəsinin X2 təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov, İ.F.Quliyev, iş 2(107)-2570/18) İsmayıllı rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddiaçı X1 Cavabdeh x1 qarşı İsmayıllı rayon Tircan bələdiyyəsinin ərazisində yerləşən 65,0 hektar torpaq sahəsinin zəbt edilmiş 5,0 hektar hissəsindən Cavabdeh X1 çıxarılması və həmin torpaq sahəsinin özünə qaytarılması barədə iddia tələbinin rədd ed ilməsi qət edilmişdir. İddiaçı X4 və vəkili T.Ü.Eyyubova kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, Cavabdeh x1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən kassasiya kollegiyası işə onun izahatını dinləmədən baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman iddiaçı X4 və vəkili T.Ü.Eyyubova kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı X4 cavabdeh Cavabdeh x1 qarşı torpaq sahəsindən çıxarılma barədə iddia ilə məhkəməyə müraciət edib Cavabdeh X1 İsmayıllı rayon Tircan bələdiyyəsinin ərazisində yerləşən 65,0 hektar torpaq sahəsinin zəbt edil miş 5,0 hektar hissəsindən çıxarılması və həmin torpaq sahəsinin özünə qaytarılması qətnamə çıxarılmasını xahiş etmişdir. X4 tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Tircan bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli 33 saylı protokolu əsasında 65,0 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə ona 15 ( on beş) illiyinə icarəyə verilmişdir. İcarəyə götürdüyü 65,0 hektar torpaq sahəsinin icarə haqqını hər il vaxtı-vaxtında Tircan Bələdiyyəsinə ödəmişdir. Lakin qeyd olunan 65,0 hektar torpaq sahəsinin 5,0 hektar torpaq sahəsinin özünün icarəsində olduğunu iddia edərək ona həmin torpaq sahəsindən istifadə etməyə icazə vermir. Həmin torpaq sahəsindən istifadə ilə əlaqədar cavabdehlə aralarında mübahisələr yaranmış və həmin mübahisələr getdikcə daha aqresiv xarakter alm ışdır. Cavabdeh x1 iddianı qəbul etməmiş, Tircan bələdiyyəsi ilə aralarında olan 30 yanvar 2018ci il tarixli torpaq icarə müqaviləsinə əsasən bağçılığın inkişafı məqsədi ilə 66,0 hektar torpaq sahəsini 11 ay müddətinə icarəyə götürdüyünü, mübahisə predmetinə aid olan 5,0 hektar torpaq sahəsinin icarəsinə verilmiş ərazinin daxilində olduğunu, iddiaçının Tican bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli icarə müqaviləsini və həmin tarixli 33 saylı protokolu, X5 Komitəsinin İsmayıllı rayon Şöbəsinin 28 mart 2004- cü il tarixli rəyini və İsmayıllı rayon Tican kəndi “Bakı Fəhləsi” təsərrüfatının yerquruluşu lahiyəsindən çıxarışları ayrı-ayrı vaxtlarda saxtalaşdırma yolu ilə əldə etdiyini göstərib iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı X4 və vəkili T.Ü.Eyyubova kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman 65,0 hektar mübahisəli torpaq sahəsinin İsmayıllı rayon Tircan Bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli 33 saylı protokol qərarı ilə 15 il müddətinə X1 icarəsinə verilməsinə və həmin torpaqın 5,0 hektar hissəsinin 60,0 hektar hissəsindən kənarda yerləşməsinə, cavabdehin icarəsinə verilmiş 66,0 hektar torpaq sahəsi cavabdehə icarəyə verilərkən 5,0 hektar hissəsinin onun ərazisinə düşməsi ilə bağlı halların bələdiyyə tərəfindən nəzərə alınmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, rayon məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin rədd olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçı X3 və vəkili T.Ü.Eyyubovanı dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin rədd olunması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini iş materiallarına X4 və Tircan bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinin əslinin və ya təsdiq edilmiş surətinin əlavə edilməm əsinə, icarə müqaviləsinin surətində rəqəmlərə düzəlişlər edilməsinə istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. 29 noyabr 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İsmayıllı rayon Tircan bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli, 33 saylı protokol qərarı ilə 65,0 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə 15 (on beş) il müddətinə İsmayıllı rayon sakini X1 icarəsinə verilmişdir. 29 noyabr 2004-cü il tarixli aktla İsmayıllı rayon Tircan bələdiyyəsinin mülkiyyətində olan 65,0 hektar torpaq sahəsinin heyv andarlığın inkişafı məqsədi ilə X1 faktiki istifadəsinə verilmiş və həmin akt İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri və AR DT və XK-nin İsmayıllı rayon şöbəsinin mütəxəssisin iştirakı ilə tərtib edilib imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 28 mart 2005-ci il tarixli, 35 nömrəli rəyində İsmayıllı rayon Tircan bələdiyyəsinin mülkiyyətinə verilmiş 65,0 hektar torpaq sahəsinin icarəsinə verilməsinə etiraz edilmədiyi göstərilmişdir. Tircan bələdiyyəsinin əhalidən vergilərin qəbuluna dair 27 may 2010-cu il tarixli, AFE seriyalı, 151002 nömrəli qəbzinə əsasən X4 tərəfindən icarə haqqı olaraq Tircan bələdiyyəsinə 255.00 manat, 28 iyul 2011-ci il tarixli AFE seriyalı 151131 nömrəli qəbzinə əsasən 255.00 manat, 12 dekabr 201 2-ci il tarixli AFE seriyalı 151309 nömrəli qəbzinə əsasən 255.00 manat, 19 may 2017-ci il tarixli ödəniş qəbzinə əsasən isə 390.00 manat icarə haqqı ödənilmişdir. 30 yanvar 2018-ci il tarixli 01 nömrəli torpaq icarə müqaviləsinə əsasən İsmayıllı rayon Tircan bələdiyyəsi tərəfindən 66,0 hektar torpaq sahəsi bağçılığın inkişafı məqsədi ilə 11 ay müddətinə Cavabdeh x1 icarəyə verilmişdir. DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinin 07 iyun 2018-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsi ilə bağlı idarənin mütəxəssisləri tərəfindən ərazidə çöl ölçmə işləri aparıldığı və Tircan bələdiyyəsinin 29 noyabr 2004-cü il tarixli qərarı ilə Əflatun Həsrətovun icarəsinə verilmiş 65,0 hektar torpaq sahəsinin iki ayrı-ayrı hissədən (60,0 hektar 0+ 5,0 hektar) ibarət olduğunun və həmin torpaq sahəsin in 5,0 hektar hissəsinin 60,0 hektar torpaq sahəsinin sərhədləri xaricində yerləşdiyinin, 5,0 hektar torpaq sahəsinin Tircan bələdiyyəsinin 07 mart 2017-ci il tarixli qərarı ilə başqa bir vətəndaşa icarəyə verilməsi üçün nəzərdə tutulmuş 66,2030 hektar torpaq sahəsi ilə üstüstə düşdüyünün müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüz ar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazimi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İşin 8-17-ci vərəqələrində olan İsmayıllı rayon Dövlət Arxivinin 18 noyabr 2017-ci il tarixli, 394 saylı Arxiv Arayışında Tircan bələdiyyəsinin 2004-cü ilə dair protokol və torpaq sənədləri işində torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə, akt, rəy və torpaq sahəsinin xəritəsindən çıxarışın X2 təqdim edildiyi göstərilmiş və sadalanan sənədlər o cümlədən torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 noyabr 2004-cü il tarixli müqavilə arayışa əlavə edilməklə (ümumilikdə 8 vərəqədə) qaytanlanıb ti kilməklə möhürlənmiş və əsli ilə düzdür sözü yazılaraq təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman 65,0 hektar torpaq sahəsinin Tircan bələdiyyəsi tərəfindən iddiaçı X1 icarəsinə verilməsinə dair müqavilənin surətinin İsmayıllı rayon Dövlət Arxivinin müdiri tərəfindən əsli ilə düzdür yazılmaqla və möhürlənməklə təsdiqlənməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, müqavilənin əslinin təqdim olunmaması kimi səhv nəticəyə gəlinib iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Digər tərəfdən, apellasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman 29 noyabr 2004-cü il tarixli müqavilədə torpaq sahəsinin icarəyə verilmə müddəti əks olunan 20 rəqəmini n pozulub 15 rəqəmi ilə ifadə olunmasına istinad olunub müqavilənin həqiqəti əks etdirməyən sənəd olması nəticəsinə gəlinmiş, müqavilədəki rəqəm düzəlişinin doğruluğunun müəyyən edilməsi üçün heç bir prosessual tədbir görülmədən iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman torpaq sahələrinin istifadəsi, təyinatı və sərhədləri ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssislərinin ölçmələrinə əsasən tərtib olunmuş məktubunda iddiaçının mübahisələndirdiyi 5,0 ha torpaq sahəsinin koordinatlarının Tircan bələdiyyəsinin 07.03.2017-ci il tarixli qərarı ilə başqa şəxsin icarəsinə verdiyi 66,2030 ha torpaq sahəsinin üzərinə düşməsi və bununla bağlı X4 ilə Tircan bələdiyyəsi arasında mübahis ənin mövcudluğuna dair göstərilənlərə düzgün hüquqi qiymət verilməmiş, işin bu ziddiyyətli halları araşdırılmadan, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyin atlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin Qərarın 14-cü bəndində məhkəmələrin diqqətinə torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməli olması çatdırılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Piersack Belçikaya” qarşı 01 oktyabr 1982-ci il tarixli qərarında məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri o lan onun ədalətli olması ilə bağlı mövqeyini “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görülməlidir.” kimi şərh etmişdir. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yux arıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 01 noyabr 2018-ci il tarixli 2(107)-2570/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında ba
Məhkəmə qərarları › İş №2(102)-1989/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1989/2019
03.04.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver