Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1989/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Niftəliyev Zaur Gülaməddin oğlunun, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbinin nümayəndəsi X2, vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə, İddiaçı cavabdeh YYY nömrəli tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Na zirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12428/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh YYY nömrəli tam orta məktəbi və vəkili Məmişov Bəylər Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4725/2018 saylı, 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hаkim C.T.Qədimov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(103)3021/2019 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev, X.Ə.Sarıyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(102)-5212/2019 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev) İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12428/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, E.C.Kazımov) İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 275 nömrəli tam orta məktəb direktorunun 05 iyun 2018-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, İddiaçı YYY nömrəli tam orta məktəbə, məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.06.2018-ci il tarixdə verilmiş “Əmək müqaviləsinin ləğv edilməsi barədə” 98 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxmaya görə məktəb tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən bəri Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbində işləmişdir. Məktəbin 31.08.2009-cu il tarixli, 111 nömrəli əmri ilə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi dövr ərzind ə nümunəvi işçi olmuş, heç bir nöqsanı olmamış, əksinə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. İddiaçının 29 ilə yaxın iş stajı var.Lakin bunlara baxmayaraq, məktəbin direktoru F.Şərifova 05.06.2018-ci il tarixdə 98 nömrəli əmr verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Məktəbin direktoru eyni əsasla və tamamilə qanunsuz olaraq daha əvvəl də, iddiaçını işdən azad etmiş bununla əlaqədar 08.02.2018-ci il tarixli, 22 nömrəli əmr vermişdir. Lakin Suraxanı Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli qətnaməsi ( iş № 2(010)-2858/2018) ilə sözügedən 22 nömrəli əmr etibarsız hesab olunmuş və hazırkı iş üzrə iddiaçı əvvəlki işinə bərpa edilərək, məcburi işburaxma dövrü üçün əmək haqqının ona ödənilməsi qət edilmişdir. Lakin çox qısa müddət sonra, iddiaçı hazrıkı iş üzrə mübahisələndirilən əmrlə yenidən işdən azad edilmişdir. Onun işdən azad olunmasına heç bir əsas olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbi və vəkili Məmişov Bəylər Sahib oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflərindən sübut kimi təqdim edilmiş Bakı şəhəri 275 nömrəli tam orta məktəb üzrə keçirilmiş 29.11.2016-cı il və 25.12.2017-ci il tarixli inventarizasiyaların nəticələrinə dair aktlara heç bir əhəmiyyət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclası nda cavabdeh YYY nömrəli tam orta məktəbinin nümayəndəsi X3 və vəkili Məmişov Bəylər Sahib oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Niftəliyev Zaur Gülaməddin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə m əruzəçi hakimin məruzəsini, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbinin nümayəndəsi X2, vəkili Məmişov Bəylər Sahib oğlunun, İddiaçı və vəkili Niftəliyev Zaur Gülaməddin oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin 275 nömrəli tam orta məktəbində təsərrüfat işləri üzrə di rektor müavini vəzifəsində işləmiş və məktəb direktorunun 05 iyun 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 iyun 2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən Təhsil İdarəsi tərəfindən keçirilmiş monitorinq zamanı iddiaçının işində ciddi nöqsanların müəyyən olunmasını, həmin nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasına dair 08 fevral 2018-ci il tarixli əmrin Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə yalnız həmin əmrin Əmək Məcəlləsinin 179-cu maddəsinin tələblərinin pozulması ilə qəbul edilməsi ilə bağlı olmasını, həmin əmrdə istinad olunan nöqsanların əsassız olmasının müəyyən olunmamasını və s. əsas göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə 05 iyun 2018-ci il tarixli əmrin qanuniliyi tam və hərtərəfli yoxlanılmadan qəbul edildiyindən qanuni sayıla bilməz. İşdən görünür ki, Təhsil İdarəsi məktəbdə keçirilmiş monitorinq nəticəsində aşkar olunmuş nöqsanlar barədə məktəbə 27 dekabr 2017-ci il tarixdə məktub yazmış və həmin məktubda İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasını məqsədəuyğun hesab etmişdir. Təhsil İdarəsinin həmin məktubuna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəb direktorunun 08 fevral 2018-ci il tarixli əmri ilə ləğv edilmişdir. Lakin həmin əmr iddiaçının seçki komissiyasının həlled ici səs hüquqlu olan üzvü olmaqla seçki komissiyasının işində iştirak etməsi nəzərə alınmadan verildiyi üçün Suraxanı rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Məhkəmənin həmin qətnaməsi icra olunub İddiaçı 30 may 2018-ci il tarixdə işə bərpa edildikdən sonra, məktəb direktorunun 05 iyun 2018-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi yenidən ləğv edilmiş və bu zaman yenə də Təhsil İdarəsinin 27 dekabr 2017-ci il tarixli məktubu və orada göstərilmiş nöqsanlar əsas götürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının tö rədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İşin hallarından göründüyü kimi Təhsil İdarəsi iddiaçının yol verdiyi nöqsanlar barədə məktəbə 27 dekabr 2017-ci il tarixdə məlumat vermiş, onun barəsində işdən çıxarma şəklində intizam tənbehi tədbiri isə 05 iyun 2018-ci il tarixdə tətbiq edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əmək intizamının pozulması cavabdehə 2017-ci ilin dekabr ayında məlum olmasına baxmayaraq, onun barəsində intizam tənbehinin tətbiq edilməsi barədə əmr 2018-ci ilin iyun ayında verilmişdir. Halbuki Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə iddiaçının barəsində intizam tənbehi 1 ay keçənədək tətbiq edilə bilərdi. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə baxan birinci instansiya məhkəmə si iddianı rədd edərkən işin həmin halını nəzərə almamış və ona qanunun tələbinə uyğun qiymət verməmişdir. Aşkar olunmuş nöqsanlara görə verilmiş 08 fevral 2018-ci il tarixli əmr də, işdən göründüyü kimi, qanunda müəyyən olunmuş bir aylıq müddətin pozulması ilə verilmişdir. Həmin əmrin (08.02.2018) vaxtında verilmiş olmasının müəyyən olunması belə ikinci əmrin (05.06.2018) Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə uyğun olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Təhsil İdarəsinin məktubunda göstərilən nöqsanlar 27 noyabr 2017-ci il tarixdə aşkar olunmaqla xətanın törədildiyi dəqiq vaxt məlum olmadığından, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində intizam tənbehi Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuş 6 aylıq müddət keç dikdən sonra tətbiq edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanu nauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103 )-12428/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1989/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1989/2020
12.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver