Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1989/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə çəkilmiş xərclər, bağışlama müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikiliyə köçürülmə və pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)9948/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onun Xəzər rayonu, Binə qəsəbəsi, X4 100 kv.m sahədə inşa edilmiş 3 otaqlı evə (bundan sonra – mübahisəli ev) köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2009-cu ildə 50.000 manat məbləğində pul xərclənərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 100 kv.m sahədə 3 otaqlı ev inşa ed ilmişdir. Cavabdeh1 20 iyul 2006-cı ildə onun oğlu İdris Xanverdiyevlə rəsmi nikaha daxil olmuş, 2009-cu ildən isə mübahisəli özbaşına tıkiliyə köçərək orda yaşamağa başlamışdır. 2016-cı ildən sonra iddiaçının oğlu Xanverdiyev İdris işləmək üçün Rusiyaya getmiş və geri qayıtmamışdır. 30 avqust 2018-ci il tarixdə isə Cavabdeh1 boşanma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 və onun qardaşı olan Cavabdeh2 iddiaçının mübahisəli evə buraxmamış və evi Cavabdeh3 satmışlar. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının evə köçürülməsindən evin özbaşına tikil i olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
3. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, Donuzkökəltmə sovxozunun 27 saylı, 29 aprel 1998-ci il tarixli əmri ilə ona 0,08 ha. həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdeh1 onun bacısıdır. Bacısının yaşamaq üçün yeri olmadığına görə özünəməxsus torpaq sahəsini bacısına vermişdir ki, orada ev tikib yaşasın. Bacısının qayınatası olan iddiaçı evin tikintisi üçün təxminən 200-300 daş almışdır. Həmin torpaq sahəsində evin tikilməsi üçün bütün xərci özü çəkmişdir. Evin tikintisinə lazım olan bütün xərcləri çəkmək üçün bacısına pul vermişdir. Həmin evdə Kəmalə əri İdris ilə birlikdə yaşayıb. İddiaçı o evdə heç vaxt yaşamamışdır. Daha sonra 2016-cı ildən İdris Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. Evin tikintisi üçün materialı əvvəllər tanışının işlədiyi mağazadan almışlar. Mübahisəli evi Cavabdeh3 15000 manata satmış, sonuncu 13000 manat pul vermiş, 2000 manat isə borclu qalmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli evi Cavabdeh1 ona 15000 manata satmış, o, 13000 manat pul vermiş, 2000 manat isə borclu qalmışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qaynının arvadı olub. İddiaçı onun qayınatasıdır. Mübahisəli evin dam örtüyünü, daha sonra isə kafel və metlax döşəməsini vurmuşdur. Dam örtüyünün vurulmasında İddiaçı də onlara köməklik etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı qardaşının qayınatasıdır. O, Kəmaləni və onun qardaşını tanımır. Evin tikintisini (daş hörgüsünü) usta kimi o özü aparmışdır. Şahab özü də tikintiyə köməklik edib. O, özü isə daş işi görmüşdür. Mübahisəli evdə 15 gün iş görmüşdür. Hörgüsünü hörmüş, hər kv metr üçün 4 manat almışdır. İddiaçı təxminən 7-8 maşın daş və qu m almışdır. Onun zəhmət haqqını Şahab vermişdir. Mübahisəli evin dam örtüyünü onun qardaşı Cavanşır vurmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh1 gəlinləri olub. O, iddiaçının oğlu İdrisin dayısıdır. Mübahisəli evdə dəhlizin lambirini, döşəmə, tavanın alçipanını vurmuşdur. İki otağın, mətbəxin materialları alınıb gətirilmişdir, lakin kimin tərəfindən aldığını bilmir. Ona heç kim pul verməyib, köməklik məqsədilə etmişdir. Cavanşır orada iş görüb. Zöhrab və Kəmalə tərəfindən materialların alınmasını bilmir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) (Hakim: Emin Məmmədli) 2(003)-422/2020 saylı iş üzrə 06.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təl əbinin rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, mübahisəli ev iddiaçının oğlu ilə cavabdeh Kəmalənin birgə yaşaması üçün tikilmişdir. İddiaçı qeyd edir ki, o, 50000 manat məbləğində xərc çəkmişdir. Tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün təqdim etdiyi şahid ifadələri və cavabdehin etirafı ilə onun həmin mənzilin tikintisinin bir qisim xərclərini çəkdiyi müəyyən olunur. Cavabdehin qardaşı olan digər Cavabdeh2 da izahatında qeyd edir ki, torpaq sahəsi ona məxsusdur və həmin sahədə öz bacısı cavabdeh Kəmalə üçün fərdi yaşayış evini o, tikmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə tərəflərin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının özü üçün fərdi yaşayış evini cav abdehə məxsus torpaq sahəsində inşa etməsi ağlabatan deyil. İddiaçının özü üçün ev tikmək niyyəti olsa idi, cavabdehə məxsus deyil, başqa sahədə özü üçün fərdi yaşayış evi inşa edə bilərdi. Bütün bunlar onu göstərir ki, fərdi yaşayış evi iddiaçının özünün yaşaması üçün deyil, oğlu İdris və gəlini Kəmalənin birgə yaşaması üçün tikilmişdir.
11. İddiaçı həmin fərdi yaşayış evinin tikintisi üçün müəyyən tikinti materiallarının alınmasına və müəyyən işçi qüvvəsinin əməyinin ödənilməsinə pul vəsaiti xərcləmişdir.
12. Tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının və Cavabdeh2 gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənib. Yəni həmin vəsait bağışlama müqaviləsi çərçivəsində iddiaçı və Cavabdeh2 tərəfindən ər-arvadın birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclənmişdir. Həmçinin, iddiaçı özü də məhkəmədə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini özü üçün deyil, oğlu və gəlinin birgə yaşaması üçün tikdiyini bildirmişdir.
13. Hazırki iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməklə iddiaçının sonradan oğlu və gəlini arasındakı nikah münasibətlərinin pozulması həmin pul vəsaitinin geri qaytarılmasına əsas ola bilməz. İş üzrə sübutlarla iddiaçının fərdi yaşayış evinin tikintisinə xərclədiyi vəsaitin, o cümlədən aldığı materialın gələcəkdə qaytarmaq şərti ilə tikintiyə sərf etməsi halı sübut edilməmişdir.
14. İddiaçı tərəfindən mübahisəli mənzilə çəkilmiş xərclər bağışlanma müqaviləsindən irəli gələn münasibətlər olduğundan iddia tələbi təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 666.1, 666.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı tərəfindən tikintisi həyata keçirilən evin satılması ilə bağlı hərəkətlər qanunsuz kimi qiymətləndirilməli və bunun nəticəsində iddiaçıya vurulmuş ziyan ödənilməlidir.
18. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmənin 21 avqust 2020-ci il tarixli qərardadı ilə, mübahisələndirilən yaşayış sahəsinin 2009-cu ildə tikintisi üçün sərf olunmuş vəsaitin nə qədər təşkil etməsinin müəyyən etilməsindən ötrü iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 26 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən, mübahisəli evin təmir-tikinti işlərinə çəkilmiş xərclərin orta bazar qiymətinin (2009-cu il) 12866.2 manat olması müəyyən edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-424/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, mübahisəli evin təmir-tikintisinə sərf olunmuş 12866.2 manat məbləğin ½ hissəsinin (6433.1 man at) cavabdehlər Məmmədova Kəmalə Xanağa qızı və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən yaşayış sahəsi həm iddiaçı, həm də cavabdeh tərəfin birgə vəsaiti əsasında ailə qurmuş övladları Məmmədova Kəmalə Xanağa qızı və X1 yaşaması üçün tikilmişdir. Hər iki tərəfin evin tikintisinə vəsait xərcləməsi birinci instansiya məhkəməsində verilmiş şahid ifadələri və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarında öz əksini tapır. Apellyasiya icraatı zamanı cavabdehlərin nümayəndəsi və vəkili iddiaçıya 1000-2000 manat pul ödəməyə razı olduqlarını bildirməklə dolayısı ilə iddiaçının mübahisəli evin tikintisinə vəsait xərcləməsini təsdiq etmişlər.
21. Mübahisəli yaşayış sahəsinin tikintisinə həm iddiaçı, həm də cavabdeh tərəfin vəsait xərcləməsi müəyyən edilsə də, onlardan hansının dəqiq nə qədər məbləğdə vəsait xərcləməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, sözügedən yaşayış sahəsinin tikintisinə xərclənmiş vəsaitin yarısı, cavabdehlər Məmmədova Kəmalə Xanağa qızı və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməlidir. Həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman işin halları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, sözügedən yaşayış sahəsi cavabdehlər tərəfindən Cavabdeh3 15000 manata satılmışdır.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayarq bildirmişdir ki, iddiaçı sözügedən yaşayış sahəsinin inşa edilməsinə vəsait xərclədiyi zaman orada o ğlunun və ailəsinin yaşamasına dair gözləntisi olmuşdur. Lakin hal-hazırda onun oğlu X2 həmin evdə yaşamadığından və cavabdehlə olan nikahı pozulduğundan iddiaçı həmin evə xərclədiyi pulu cavabdeh tərəfdən tələb etməkdə haqlıdır. Evin tikintisinə xərclənmiş vəsaitin hədiyyə kimi qiymətləndirilməsi və iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməsi Mülki Məcəllənin tələblərinə ziddir. İş materiallarında hər hansı bağışlama müqaviləsi mövcud olmadığından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.
23. Cavabdehlər Cavabdeh2 və Məmmədova Kəmalə Xanağa qızı kassasiya şikayəti verərək Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmamışdır. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri şahid ifadələrinə obyektiv qiymət verməmiş, şahid ifadələrinə əsasən İddiaçı mübahisəli evin tikintisinə vəsait xərcləməsi sübut olunmamışdır. O cümlədən, cavabdehlər kassasiya şikayətində ekspert rəyi ilə razı olmasa da və təkrar ekspertiza keçirilməsi üçün vəsatətlə apelyasiya məhkəməsinə müraciət etsələr də, məhkəmə vəsatəti nəzərə almamışdır. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallar barədə, yəni həqiqətən iddiaçı tərəfindən tikilinin onun tərəfindən inşa olu nması, hansı məbləğdə vəsaitin xərclənməsi, tərəflər arasında hansı mülki hüquq münasibətlərinin olması və tikinti materiallarının alınması ilə bağlı sənədləri təsdiq edən sübutlara malik olmalıdır. Lakin iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya və apellyasiya məhkəmələri yalnız iddiaçı tərəfin təqdim etdiyi dəlillərə hüquqi qiymət verərək qərar qəbul etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4472/21 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qərarı ilə (M.Əhmədova - sədrlik edən və məruzəçi, hakimlər Ə.Əliyev və İ.Xəlilov) kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğ v edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəflərdən hansının tikiliyə nə qədər məbləğdə vəsait xərcləməsinin müəyyən edilmədiyini qeyd etsə də, hansı əsasla yaşayış sahəsinin tikintisinə sərf olunmuş vəsaitin tərəflər arasında bərabər bölünməli olmasını əsaslandıra bilməmişdir.
26. Həmçinin, apelyasiya instansiyası məhkəməsi şahid ifadələrinə düzgün qiymət verməmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında mövcud olmuş münasibətlərin bağışlama müqavilə münasibətlərindən əmələ gələn münasibətlər olmadığı barədə mövqeyini də əsaslandırmamış və tərəflər arasında qeyd edilən münasibətin (bağışlama) olmaması mövqeyini bildirməklə məhkəmə araşdırmasını yekunlaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-9948/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 666.2, 135.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
30. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayəti iddianın dəlillərinə və işin faktiki hallarına istinadla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında sübutlara və şahid ifadələrinə düzgün qiymət verməmişdir. Hazırkı mübahisəyə Mülki Məcəllənin bağışlama müqaviləsini normalarını tətbiq etməsi əsassız və qanunsuzdur. Nə oğlu, nə də keçmiş gəlini Kəmalə ilə onun arasında bağışlama ilə bağlı hər hansı razılaşma, müqavilə olmamışdır. Cavabdehlərin ona məxsus əmlakı xəbər vermədən, onun razılığı alınmadan başqa şəxslərə satması mülki hüquq pozuntusudur və bu pozuntu nəticəsində ona zərər vurulmuşdur. Öz vəsaiti hesabına inşa etdiyi fərdi yaşay ış evinə sərəncam hüququ olmasa da (daşınmaz əmlakın rəsmi reyestrdə qeydə alınmaması səbəbindən), sahiblik və istifadə hüququ kimi hüquqları mövcuddur. Mülki Məcəllənin 158-ci maddəsinin tələblərinə görə bu hüquqlar da mülkiyyət hüququ kimi əmlak hüquqları sayılır və qanunla qorunur. Cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt), yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarım pozan) əməl nəticəsində ona məxsus evi satmaqla ona zərər vurmuşlar və buna görə cavabdehlər mülki məsuliyyət daşıyırlar. Kassasiya şikayətinə etirazın dəlilləri
32. Cavabdehlər Cavabdeh2 və Məmmədova Kəmalə Xanağa qızı tərəfindən kassasiya şikayətinə dair yazılı etira z təqdim edilmişdir. Cavabdehlər etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
34. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
44. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. İş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məh kəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 41 9cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9948/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.