Məhkəmə qərarları › İş №2(102)-199/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-199/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-199/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2nə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Zaur Əli oğlu Əliyev (məruzəçi), X5 və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 10 sentyabr tarixli, 2(103)-1291/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı2 MMC ilə Cavabdeh arasında hüquq-konsaltinq xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış və "xxxx" MMC üzərinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36-da yerləşən, çıxarış əsasında Cavabdeh məxsus qeyriyaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı hər cür yardımın göstərilməsi öhdəliyini götürmüşdür. Müqaviləyə əsasən, ərizə və şikayətlərin tərtibi, göndərilməsi, o cümlədən, vəkillə hüquqi yardımla bağlı müqavilənin bağlanması, kompensasiya ilə əlaqədar məhkəmədə işləri aparılması və cinayət işinin gedişatında hüquqi yardımın göstərilməsi nəzərdə tutulmuşdur. Göstərilmiş xidmətin əvəzi o laraq Cavabdeh tikilinin qanunsuz sökülməsi ilə bağlı alacağı kompensasiyanın 2%-ni ödəmək öhdəliyi götürmüşdür;

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-231/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia rədd, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxs "xxxx" ASC) “obyektin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia isə qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında barış ıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət müqaviləsinə uyğun olaraq 34.628 manat məbləğin, eləcə də "xxxx" MMC-yə ödənilən 500 manat məbləğin və dövlət rüsumu üçün ödədiyi 196 manat məbləğin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlkin iddiaçılar işin yuxarıda qeyd edilən faktiki halına istinad etməklə ilkin iddia tələbini belə əsaslandırmışlar ki, xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq, Cavabdeh iddiaçı tərəfindən hüquqi xidmətlər göstəril miş və göstərilən həmin hüquqi xidmətlər nəticəsində, Cavabdehla və ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsini həyata keçirən "xxxx" arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə uyğun olaraq Cavabdeh 162.194 manat pul kompensasiyası ödənilmiş, 2 mənzil və 3 qeyri-yaşayış sahəsi verilmişdir. Bunlara baxmayaraq, sifarişçi Cavabdeh nəzərdə tutulan ümumi kompensasiya məbləğinin 2% həcmindəki ödənişi ödəməkdən imtina edərək müqavilə öhdəliklərini kobud şəkildə pozur. Həmin daşınmaz əmlakların ümumi qiymətləndirmə aktına və əlavə olaraq 162.194 manat məbləğində kompensasiya ödənişinə uyğun olaraq Cavabdeh İddiaçı2 MMC-yə 34.512 manat məbləğində ödəniş etməli olduğu halda bu ödənişi ödəməkdən imtina etmişdir. Belə ki, "xxxx" MMC Eksper tiza qiymətləndirmə fəaliyyətinin nəticəsində yuxarıda sadalanan əmlakların cəmi məbləği 1.563.399 manat müəyyən edilmiş, 162.194 manat məbləğində kompensasiya ödənişi ilə birlikdə bu məbləğ 1.725.593 manata bərabər olmuşdur. Həmin məbləğin 2%-i isə 34.512 manat təşkil edir.

6. Cavabdeh İddiaçı2 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin olunmamasını və xx.xx.2021-ci il tarixli Hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya hüquqi yardımın göstərilməsi yalnız vəkil X3 tərəfindən edilmiş, iş üzrə ilkin iddiaçı ona hər hansısa hüquqi yardımın edilməsində dəstək verməmişdir. Barışıq sazişinə əsasən ona nağd olaraq 162.194 manat pul ödənilmiş və tikintisi başa çatmamış bir neçə daşınmaz əmlak verilmişdir. Buna görə də, "xxxx" MMC-yə qarşı cinayət işi başladılmış və cinayət işi vaxtında vəkil İntiqam Hacıyev müdafiə tərəfi olaraq onu Xətai Rayon Məhkəməsində təmsil etmişdir. Lakin daha sonra İntiqam Hacıyevin istintaqın qurtarmasından belə məlumatı olmamış, ona istintaqın yekunlaşması xəbərini iddiaçı vermişdir. Vəklilin nə istintaq vaxtı, nə də ki prokurorluğun qərarının ləğv edilməsi vaxtında məhkəmədə lazımi səviyyədə iştirak etməmiş və məhkəmədə qalib gəlməmişdir. Cinayət işi və ondan sonrakı mərhələlərdə vəkil dəfələrlə onu müdafiə etdiyini unutmuş və qarşı tərəfin maraqlarına uyğun surətdə çıxışlar edərək hazırda ona verilmiş əmlakların yarısına razılıq vermişdir. Buna görə də, müqavilədən gələn şərtlər kobu d surətdə pozulduğundan, iddiaçı müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2023-cü il 20 sentyabr tarixli e-2(011)-4214/2023 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) ilkin iddianın qismən təmin olunması, Cavabdeh xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 manat pul vəsaitinin və ödənilmiş 54,88 manat dövlət rüsumunun alınaraq iddiaçılara ödənilməsi, qalan 141,12 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur k i, Cavabdeh öz tələbində müqavilə bağlayarkən iradə ifadəsinin olmadığını, həmçinin, ona yalnız cinayət işi üçün xidmət göstərilməli olduğunu bildirsə də, bu halı nə müqavilə ilə, nə də işin başqa halları ilə müəyyən etmək mümkün olmamışdır. Belə ki, Cavabdeh öz izahatından müəyyən olmuşdur ki, o, mülki işin icraatı zamanı vəkilə müraciət etmiş və son iclasda vəkil, birgə barışıq sazişinin bağlanması ilə bağlı ona yanlış istiqamət vermişdir. Belə ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilə etibarlı hesab edilmişdir.

10. Məhkəmə müqavilədən irəli gələn öhdəliyə münasibətdə qeyd etmişdir ki, cavabdehin öhdəliyə uyğun aldığı kompensasiya məbləğindən 2% ödəməsi qismən əsaslıdır. Belə ki, Cavabdeh müraciəti əsasında iddiaçı MMC xidmət göstərilməsi üçün vəkil X3 ilə razılıq əldə etmiş, vəkillə Cavabdeh arasında Xətai Rayon Məhkəməsində, Xətai rayon Polis İdarəsində, Bakı İnzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Xətai Rayon Məhkəməsində təmsil olunmaq üçün müvafiq olaraq xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə müqavilə bağlanmış və order tərtib edilmişdir. Cavabdeh tərəfindən ona keyfiyyətli hüquqi yardım göstərilməməsi qeyd olunsa da, bunu sübut edən hallar məhkəməyə təqdim olunmamışdır.

11. Məhkəmə ilkin iddia tələbi üzrə cavabdehdən tutulmalı olan məbləğlə bağlı onu qeyd etmişdir ki, barışıq sazişinə əsasən təhvil verilməsi nəzərdə tutulan yaşayış sahələri hələ tikilməkdədir və cavadehə nə vaxt təhvil veriləcəyi ilə bağlı məlumat mövcud deyildir. Belə ki, Cavabdeh yalnız bir yaşayış sahəsi və 162.000 manat vəs ait təqdim edilmişdir. Buna görə də, mövcud olmayan və cavabdehə təhvil verilməyən əmlakın qiymətləndirilərək dəyərindən 2%-in tutularaq iddiaçıya ödənilməsi düzgun deyildir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişində hansı əmlakların Cavabdeh məxsus əmlakın bərpası üçün, hansı əmlakların maddi ziyanın əvəzi olaraq təqdim edilməsinin əks olunmaması, müqavilədə konkret olaraq kompensasiya məbləğinin nə hesab olunmasını və tələb edilən vəsaitin hansı hissəsinin 2%-nin alınması şərtləşdirilmədiyindən məhkəmə Cavabdeh tərəfindən verilmiş tələbin 500.000 manatına münasibətdə 2% xidmət haqqının tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Belə ki, xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 manat tutulmalıdır.

13. Məhkəmə iddia tələbini n 500 manat əmlakların qiymətləndirilməsi üçün ödənilən məbləğin tutulmasına münasibətdə bildirmişdir ki, mövcud olmayan əmlakların qiymətləndirilməsinin aparılması ağlabatan deyil və iddia tələbinin də qismən təmin edilməsi nəzərə alınaraq keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manat vəsait iddiaçının özünə aid edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 337.1, 337.2 385, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 88, 107, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ilkin iddianın rədd olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. 16. 20.02.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 17/0288 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilin bazar dəyəri - 70.400 manat; həmin yaşayış binasında giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin bazar dəyəri - 171.000 manat; həmin yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsinin bazar dəyəri - 81.000 manat; həmin yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri - 255.100 manat; həmin yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri - 271.400 manat müəyyən edilmişdir. 17. 03.04.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2721/2024 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə in şa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilin bazar dəyəri - 75.240 manat; həmin yaşayış binasında yaşayış binasında giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin bazar dəyəri - 194.940 manat; həmin yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsinin bazar dəyəri - 147.000 manat; həmin yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri - 510.200 manat; həmin yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyriyaşayış sahəsinin bazar dəyəri - 542.800 manat müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2024-cü il 10 sentyabr tarixli 2(103)-1291/2024 nömrəli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov) İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Cavabdeh 22.643,6 manat pulun alınaraq İddiaçı2 MMC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 97 manat dövlət rüsumu və 500 manat qiymətləndirmə xərci olmaqla, cəmi 597 manatın Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməsi və ek spertiza tədqiqatının dəyəri 50 manatın Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Cavabdeh alınaraq ödənilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirmişdir ki, Cavabdeh yalnız bir yaşayış sahəsi və 162.000 manat vəsait təqdim edilmişdir. Odur ki, mövcud olmayan, hələ cavabdehə təhvil verilməyən əmlakın qiymətləndirilərək dəyərindən 2%-nin tutularaq iddiaçıya ödənilməsini məhkəmə ağlabatan hesab etmir. Həmçinin, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə konkret olaraq kompensasiya məbləğinin nə hesab olunmasını və tələb edilən vəsaitin hansı hissəsinin 2%-nin alınması şərtləşdirilmədiyindən məhkəmə Cavabdeh tərəfindən verilmiş tələbin 500.000 manatına münasibətdə 2% xidmət haqqının tutulmasını ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin edilərək xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 manat tutulmalıdır.

20. Həmçinin məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı halda araşdırılmalı məsələ cavabdehə iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar barışıq sazişi ilə yekunlaşmış iş üzrə tələbin nədən ibarət olması ilə bağlı olmamışdır. Hazırkı məhkəmə mübahisəsinin predmeti iddiaçı ilə cavabdeh arasındakı müqaviləyə əsasən mübahisənin həllindən sonra cavabdehin iddiaçıya ödəməli olduğu haqqın məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, müqavilədə konkret olaraq göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin əvəzinə alınacaq kompensasiyanın iki faizi iddiaçıya ödənilməlidir. Kompensasiya özü bərpa etmək mənasında olduğundan, rayon məhkə məsi tərəfindən “onun, yəni kompensasiyanın nə ilə şərtləndirilməsinin göstərilməməsi” kimi qiymətləndirilməsi və iddiaçının tələbinə münasibətdə Cavabdeh tikinti şirkətinə qarşı tələbində göstərilən 500.000 manata münasibətdə iki faiz həcmində təmin etməsi əsassız olmuşdur.

21. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin olunmamasına münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar olmadığı qənaətinə gəldiyindən və cavabdeh tərəfindən də qətnamə mübahisələndirilmədiyindən, o qənaətə gəlmək mümkündür ki, hüquqi yardım göstərilməsi ilə əlaqədar cavabdehə verilməli kompensasiyanın iki faizinin iddiaçıya ödənilməsinə dair tərəflər arasında etibarlı müqavilə mövcuddur. Cavabdeh də həmin müqaviləyə əsasən ona verilməli kom pensasiyanın iki faizini iddiaçı MMC-yə ödəməyi öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmişdir. Kompensasiyanın məbləği isə cavabdehə verilməli olan əmlaklara, eləcə də ona verilmiş pul məbləğilə hesablanmalıdır. Keçirilən ekspertizalar ilə müəyyən edilmişdir ki, cavabdehə verilməli olan əmlakların cəmi dəyəri olan 1.470.180 manat və cavabdehə verilən 162.000 manat vəsait ilə birlikdə cavabdehin alacağı kompensasiyanın ümumi məbləği 1.632.180 manat təşkil edir. Həmin kompensasiyanın 500.000 manat hissəsinə münasibətdə rayon məhkəməsi iddianı təmin edərək, 500.000 manatın iki faizini tutarkən cavabdehin tikinti şirkətinə qarşı iddia tələbində göstərilən məbləğə istinad etsə də, nəticə etibarı ilə 500.000 manata dair hissədə məhkəmənin qənaəti düzgün olmuşdur. Belə ki, baxılan hissədə (1.632.180- 500.000=1.132.180) 1.132.180 manat kompensasiyanın iki faizinə münasibətdə, yəni 22.643,6 manat həcmində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə öz mövqeyini MM-nin 324, 337.1, 385.1, 404, 442-ci və MPM-nin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 372, 385.1.1, 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh X2 (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə onun hüquqlarının müdafiə olunması üçün id diaçı MMC ilə müqavilə bağlansa da, MMC müqavilə üzrə öhdəlikləri pozmuş və MTK ilə olan münasibətlərin tənzimlənməsində və Cavabdeh qalib gəlməsi barədə öhdəlik götürməsinə baxmayraq, Cavabdeh Bakı Kommersiya məhkəməsində demək olar ki, müdafiəsiz qalmışdır. Lakin məhkəmə proseslərindən sonra MTK ilə arasında barışığa əsasən, ona mülkiyyətində olan sökülmüş obyektinin qarşılığında bir neçə tikintisi tam başa çatmamış mənzil və 1 ədəd qeyri-yaşayış sahəsi verilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sökülmüş əmlak onun mülkiyyətində olmuş, sonradan bankda girov qoyulmuş və bankın mülkiyyətinə verilmişdir. Hazırda da bankın mülkiyyətindədir.

25. Kassator şikayətini MM-nin 337.1-ci və MPM-nin 14, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməməsi və birinci instansiya məhkəməsinin mövqeyini mübahisələndirməməsi vurğulanaraq, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

28. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtlə şdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilkin iddia üzrə cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəsinin predmeti tərəflər arasındakı müqaviləyə əsasən mübahisənin həllindən sonra ilkin iddia üzrə cavabdehin iddiaçıya ödəməli olduğu haqqın məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, ilkin iddia üzrə cavabdehə verilməli olan kompensasiya məbləği ümumilikdə 1.632.180 manat təşkil etmişdir. Həmin kompensasiyanın 500.000 manat hissəsinə münasibətdə rayon məhkəməsi iddianı təmin edərək, 500.000 manatın iki faizi ni tutarkən cavabdehin tikinti şirkətinə qarşı iddia tələbində göstərilən məbləğə istinad etsə də, nəticə etibarı ilə 500.000 manata dair hissədə məhkəmənin qənaəti düzgün olmuşdur. Apellyasiya məhkəməsi baxılan hissədə (1.632.180- 500.000=1.132.180) 1.132.180 manat kompensasiyanın iki faizinə münasibətdə, yəni 22.643,6 manat həcmində iddia tələbi əsaslı saymışdır.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Qanuna əsasən, ta pşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (§ 27-28).

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mül ki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 10 sentyabr tarixli, 2(103)-1291/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar