Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1990/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13432/2019 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Q.Məmmədli, iş № 2(004)-2985/2019) İddiaçı cavabdeh X3 qarşı iddiası təmin edilərək İddiaç ı N saylı evin 25 saylı mənzilinə istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X1 ilə xx xxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və ərinin mülkiyyətində olan N saylı mənzilinə köçmüş və 2017-ci ilə kimi həmin mənzildə yaşamış, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar anasının yanında saxlanılmaql a onlara görə iddiaçının xeyrinə aliment tutulmuşdur. xx xxxxxx 2018-ci il tarixli notariatda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən Emil Hüseynov mənzili anası Nya bağışlamış və mənzil sonuncunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı keçmiş əri Na qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia qaldırmış, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunsa da Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd olunmuş və bu zaman mənzilin mülkiyyətçisinin iddia tələbinin yönəldiyi Emil Hüseynovun deyil, onun anası Əminə Hüseynovanın olması əsas göstərilmişdir. Bundan sonra, 2019-cu ilin aprel ayında İddiaçı eyni məzmunlu iddia tələbi ilə mənzilin hazırkı mülkiyyətçisi Nya qarşı iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N kassasiya şikayəti verərək iddiaçı ilə onun arasında Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq mənzildən istifadə ilə əlaqədar notariatda təsdiqlənmiş yazılı razılaşmanın olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilə köçdüyü dövrdə mənzil onun rəsmi nikahda olduğu Na məxsus olm uş və o, həmin mənzildə əri ilə birlikdə yaşamışdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçini n ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İddiaçı mübahisəli mənzilə mülkiyyətçinin arvadı kimi köçməklə onun ailəsinin üzvü olaraq mənzilə istifadə hüququ əldə etdiyindən məhkəmə iddianı əsaslı hesab edərək təmin etmişdir. İddiaçının istifadə hüququ əldə etdiyi və təxminən 10 il müddət ərzində yaşadığı mənzilin Emil Musayev tərəfindən sonradan anasına bağışlanması onun mənzildən istifadə hüququna xitam vermədi yindən apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsini qanuni və əsaslı saymışdır. Göstərilən vəziyyətdə mənzildən istifadə ilə əlaqədar iddiaçı ilə mülkiyyətçi arasında notariatda təsdiq edilmiş yazılı razılaşmanın olmaması iddianın rədd edilməsi üçün əsas vermədiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla
Məhkəmə qərarları › İş №2(102)-1990/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1990/2020
19.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver