Məhkəmə qərarları › İş №2(102)-1990/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1990/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1990/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər” tələbinə dair iddiası, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası, “Ailə Park" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 və İddiaçı2 qarşı “müqavilələrin ləğv edilməsi və s” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasiibətlərindən irəli gələn iddia, podrat müqaviləsi, öhdəliyin pozulması, müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki Kollegiyası hakimlər X3 içəzurəm) hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər” dair iddiası, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası, “Ailə Park" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 və İddiaçı2 qarşı “mənzillərin bazar dəyəri ödənilməklə müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(103)-409/2025 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********3205101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olmaqla, İddiaçı1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur.

2. Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında İddiaçı2 ilə İddiaçı1 arasında nikah pozulmuş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış 2(005)-109/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov r ayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı1 ½ hissədə payı, İddiaçı2 ½ hissədə payı müəyyən edilmişdir.

3. İddiaçı1 ilə Cavabdeh MTK arasında 06 oktyabr 2021-ci i tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı1 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh MTK tərəfindən sökülməsinə razılıq verir və Cavabdeh MTK isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mənzilin ümumi sahəsinə 25 faiz və daha əlavə edilməklə İddiaçı1 (1/2 hissədə məxsus olmaqla) mülkiyyətində olan mənzilin əvəzinə yeni tikiləcək binad a yerləşən ümumi sahəsi oxdan-oxa 48,7 kv.m olan 1 ədəd təmirsiz mənzili tikib İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən tikilib təhvil veriləcək bir ədəd təmirsiz mənzili qəbul etməyi və 18.231 manat məbləğində pulun 50 faiz hissəsini notarial müqavilə bağlanan gün, qalan 50 faiz hissəsini isə notarial müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariusun depozit hesabı vasitəsilə Cavabdeh MTK-nın xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür.

4. Birləşdirilmiş iş üzrə İddiaçı2 ilə 28 fevral 2022-ci il tarixdə Cavabdeh QSC ( Cavabdeh MTK-nın təşkilatı hüquqi forması dəyişərək QSC-yə çevrilmişdir) arasında onun mülkiyyətində olan ünvan 1-ə dair xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində X4 mülkiyyətinə keçəcək ½ hissəsinin əvəzinə həmin ünvanda yeni tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdən sol tərəfdə yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən içə 65,8 kv m olan 1 ədəd təmirsiz (çöl qapısı, bütün pəncərələri olmaqla) mənzilin tikilməsinə dair müqavilə bağlanmışdır.

5. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 saylı mənzil xx.xx.2022-ci il tarixli akt əsasında İddiaçı2 tərəfindən MTK-ya təhvil verilmişdir. 6. xx.xx.2023-cü il tarixdə üzərində İddiaçı2 və İddiaçı1 ½ hissədə paylı mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınaraq bu barədə **********32-05101- 093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çı xarış verilmişdir.

7. İşin mübahisəsiz hallarına əsasən İddiaçı1 tərəfindən müqavilə üzrə razılaşdırılmış 18.231 manat pul Cavabdeh QSC-yə ödənilməmiş, Cavabdeh QSC tərəfindən bağlanmış müqavilələr əsasında mənzillər iddiaçılara təhvil verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizələr verərək cavabdehin hüquqi varisi olduğu, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində, bilavasi tə Həsənoğlu küçəsinə baxan sahədə 5 saylı binada razılaşdıqları 48,7 kv.m sahəyə malik olan mənzilin ona təqdim edilməsini və 06 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2023-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 500 (beş yüz) manatdan hesablanmaqla 12 000 (on iki min) manat məbləğində kirayə haqqı məbləğinin, müqavilənin müddətinin bitdiyi 06 oktyabr 2023-cü il tarixdən 06 iyul 2024-cü il tarixə kimi keçən 9 (doqquz ay) ay üçün hər ay 600 (altı yüz) manatdan hesablanmaqla cəmi, 5400 (beş min dörd yüz) manat kirayə haqqı məbləğinin, ona vurduğu mənəvi zərərə görə 15000 (on beş min) manat mənəvi zərərin dəyərinin, ödənilmiş 187 (yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun əvəzinin birdəfəyə ona ödənilməsinin və mənzilin ona təqdim edilməsinə qədə r hər ay 600 (altı yüz) manat kirayə haqqının hesablanıb ona ödənilməsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqi varisi olduğu Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında 6 oktyabr 2021-ci il tarixli bağlanılmış müqaviləyə əsasən Cavabdeh MTK ilə iki il müddətinə paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş yaşayış sahəsinin və həmin yaşayış sahəsinin yerləşdiyi binanın sökülməsi, sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək həmin binada ona məxsus yaşayış sahəsinin ümumi sahə sinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə onun (½ hissədə məxsus olmaqla) mülkiyyətində olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 48.7 (qırx səkkiz tam onda yeddi) kv.m olan 1 ədəd təmirsiz mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən MTK-nın tikib təhvil verəcəyi mənzili qəbul etməyi və təhvil verdiyi mənzilə əlavə olaraq ödəməli olduğu 18.231 (on səkkiz min iki yüz otuz bir) manat pulun 50 % hissəsini notarial müqavilə bağlanan gün, qalan 50% hissəsini isə notarial müqavilə bağlandiqdan sonra 6 (altı) ay ərzində notariusun depozit hesabı vasitəsi ilə MTK-nın xeyrinə ödəməyi razılaşdırmışdırlar. Müqavilə şərtlərinə uyğun olaraq o mülkiyyətində olan yaşayış sahəsini təhvil vermişdir. M ülkiyyətində olan yaşayış sahəsi yerləşən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı bina icraçı tərəfindən sökülərək yerində çoxmərtəbəli bina tikilmişdir. Lakin icraçı bu günədək müqavilə şərtlərini yerinə yetirməyərək mənzilin ona təqdim edilməsini təmin etmir. Nəticədə əlavə ödəməli olduğu 18.231 manat pulun da müqavilə şərtlərinə müvafiq olaraq icraçının hesabına ödənişini həyata keçirə bilmir. Keçən müddət ərzində dəfələrlə Cavabdeh MTK-ya, hazırda isə hüquqi varis kimi Cavabdeh QSC-yə müraciət etsə də, təhvil verdiyi mənzilin əvəzinə yeni tikilmiş binada müqavilə ilə razılaşdıqları mənzili ona təqdim etmirlər, müqavilə öhdəliklərini yerinə yetirmirlər. Bundan başqa icraçı ilə onun arasında olan müqavilədə razılaşdırılsa da (Müqavilənin 2.1.9-cu bəndi), icraçı bu günədək ona kirayə haqqı ödəməmişdir. Odur ki, 6 oktyabr 2021-ci tarixdən 6 oktyabr 2023-cü il tarixə kimi olan dövr ərzində hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla kirayə haqqı məbləğinin də birdəfəyə ona ödənilməsinin təmin edilməsini xahiş edir. Eyni zamanda hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirib müqavilədə razılaşdırdıqları mənzili ona təqdim edənə kimi hər ay üçün 600 (altı yüz) manat olmaqla kirayə haqqı hesablanmalı və ona ödənilməlidir. Əslində cavabdehlə müqavilə bağladıqları dövrdə də cavabdeh onun hüquqlarını pozaraq çox aşağı məbləğdə (iki yüz əlli manat) kirayə haqqı müqaviləyə daxil etmişdir. Hazırda ona məxsus olan yaşayış sahəsinin olduğu, cavabdeh tərəfindən sökülən binanın yerləsdiyi ünvanda 1-2 otaqlı mənzillərin kirayə haqqı 600 manatda n aşağı deyil. Ona görə də cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq sökülmüş mənzilinin əvəzində ona mənzil təqdim edənə kimi hər ay 600 yüz manat kirayə haqqının cavabdehdən alınıb ona verilməsi ədalətlidir, qanunun tələblərinə uyğundur.

10. Birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı kirayə haqqı tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehin hüquqi varisi olduğu Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İİ tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin (iddiaçının) mülkiyyətində olan * *********32-05101-093013 reyestr nömrəli mənzilin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində sifarişçinin mülkiyyətinə keçəcək 1/4 hissəsinin əvəzinə həmin ünvanda tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzili tikib sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürməsini nəzərə alaraq həmin mənzilin iddiaçıya təhvil verilməsi, kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat, 40 manat dövlət rüsumunun, hüquqi yardın göstərilməsi üçün ödənilmiş 360 manat, ümumilikdə isə 5400 manat məbləğində pul vəs aitinin İddiaçı2 ödənilməsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında “Mənzil Tikintisi haqqında” xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş, ona məxsu olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə razılıq vermişdir. Müqavilənin 2.1.9-cu bəndinə əsasən müqavilədə qeyd edilən yeni bina icraçı tərəfindən mülkiyyətçilərə tam təhvil verilənədək sifarişçinin yeni yaşayış sahəsi ni kirayə götürməsi üçün aylıq 500 manat nəzərdə tutulmuş kirayə haqqını tələb etmək hüququna malikdir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icraçı 01 oktyabr 2023-cü ildən başlayaraq (mənzil təhvil verilən gündən, 01 fevral 2022-ci ildən) yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək və sifarişçinin mənzili sonuncuya təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə bu müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş şərtlərlə rübdə bir dəfə hər rübün 1-ci ayının 15-dək sifarişçiyə kirayə haqqı ödənilməsini təmin etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən sifarişçi və icraçı razılaşırlar ki, sifarişçinin mülkiyyətinə veriləcək mənzilinə sahəsinin bu müqavilədə qeyd edilmiş söküləcək mənzildən çox olmasına görə icraçı bu müqavilənin 2.1.9-cu bəndinə qeyd edi lən kirayə haqqının xx.xx.2022-ci ildən etibarən 21-ci aydan yəni, 01 oktyabr 2023-cü ildən başlayaraq sifarişçiyə ödənilməsini təmin etməlidir. Sifarişçinin mülkiyyətinə keçəcək mənzilin sahəsi əvvəlki mənzilin sahəsinin 16.3 kv.m artıq olduğundan sifarişçi müqavlənin imzalanmasından etibarən 21 ayadək olan kirayə haqqından və mənzilin əsaslı təmir edilməsindən imtina edir. 21-ci aydan başlayaraq icraçı bu müqavilə uyğun qaydada kirayə ödənişini təmin edir və əmlak bazarında kirayə qiymətləri qalxarsa, kirayə haqqı həmin qiymətlərə uyğun qalxmalıdır. 3 aylıq kirayə haqqının ödənilməsi tələbi ilə cavabdehin ofisin müraciət etdikdə ona "xxxx" ASC-nin rəsmi filialından hesab açılmasının vacibliyini bildirdilər. xx.xx.2023- cü il tarixdə həmin bankda hesab açıb bank rekvizitlərini c avabdehə təqdim etmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu təqdim edilməsinə baxmayaraq bu günə kimi borc ödənilməmiş qalmaqdadır. 12. “Ailə Park " Qapalı Səhmdar Cəmiyyəti İddiaçı1 qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə “Ailə Park" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park " Qapalı Səhmdar Cəmiyyətin məxsus 9 bloklu “Whitstone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m və 65.8 kv.m olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənz illi yaşayış binasında mənzil tikintisi haqqında 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022-ci il tarixli müqavilələrin ləğv edilməsi, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş iddiaçıların razılığına əsasən sökülmüş sahəsi 49,36 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin bazar qiymətinə əsasən dəyərinin iddiaçıların paylarına mütənasib (1/2 hissədə hər birinə) şəkildə iddiaçı “Ailə Park " Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı “Ailə Park " Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 müqavilənin 2.1.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi və 1.3, 2.2.11 və 2.1.14-cü bəndlərinə müvafiq olaraq 18231 (on səkkiz min iki yüz otuz bır) manat məbləğində borcun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş və yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər cavabdeh İddiaçı1 tərəfindən yerinə yetirilməmişdir (lazımınca yerinə yetirilməmişdir). 6 oktyabr 2021-ci ıl tarixli müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, “Ailə Park" QSC yaşayış kompleksin də çoxmərtəbəli binaların inşasının davam etdirilməsi - cavabdehin ödənişindən, həmçinin yeni mənzilin təhvil almasından asılıdır (mənzil təhvil verildikdən sonra kirayə haqqının ödənilməsi dayandırılır) birbaşa asılıdır. Cavabdehdən müqavilədə göstərilən şərtlərlə vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və QSC maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, cavabdeh İddiaçı1 öhdəliyini yerinə yetirmədiyindən QSC-ni maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Əlavə olaraq qeyd etməyi vacib hesab edirlər ki, cavabdehlə xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən cavabdehin o zaman həyat yoldaşı olan İddiaçı2 sökülmüş ünvan 1-də qeydiyyatda olmaqla yanaşı həmin mənzilin yeganə mülkiyyətçisi olmuşdur. Bunu daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir. İddiaçı2 ilə İddiaçı1 arasında 11 10.2008-ci il tarixdə bağlanmış nikah Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh İddiaçı1 ünvan 1-də yaşamamışdır. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisinə (1/2 hissədə) yalnız xx.xx.2023-cü il tarixdə çevrilmişdir (hüququ əldə etmişdir). Bunu daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********3205101-C93013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli (hakim X2) qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdehin hüquqi varisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi” bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə müvaf iq olaraq İddiaçı1 tərəfindən 18.231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində pul ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin ona təqdim edilməsi öhdəliyi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 06 oktyabr 2021-ci il tarixdən 06 may 2024-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla, cəmi 8250 manat kirayə haqqı və ödənilmiş dövlət rüsumunun 47 manatının Cavabdeh QSC-dən tutularaq İddiaçı1 ödənilməsi, mənzil İddiaçı1 təqdim edilənə qədər hər ay 250 manat kirayə haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması, ilk in iddia tələbinin digər hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi, cavabdehin hüquqi varisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş 5ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyinin "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 0 1 oktyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat və 40 manat dövlət rüsumu İddiaçı2 ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 360 manat xərcin əvəzinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 xeyrinə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022- ci il tarixli müqavilələr bağlayarkən Cavabdeh MTK məhkəmə qətnamələrinin mövcudluğundan tam məlumatlı olmaqla, faktiki olaraq tərəflər arasında mənzillə bağlı əmlak böl güsünə dair məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasa da belə onun icrası istiqamətində iddiaçıların maraq və mənafeyini nəzərə almışdır və bu halda sonuncuların Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla müvafiq çıxarış verilməsini gözlənilməsinə heç bir hüquqi zərurət yox idi. Belə olan halda da mübahisələndirilən müqavilə bağlanan zaman iddiaçıların mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmaması və bu hüququn xx.xx.2023-cü il tarixdə qeydə alınması faktlarının mövcudluğu müqavilənin ləğvi üçün əsas ola bilməz.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilməmiş və onun özü ilə də eyni məzmunlu 28 fevral 2022-ci il tarixli müqavilə bağlanması sonuncunun 06 oktyabr 2021-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirmişdir. Belə olan vəziyyətdə hazırda qarşılıqlı iddiaçının müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam əsassızdır.

17. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzilin tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit e dilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulması ilə bağlı hər hansı mühakimə yürütməsinə Cavabdeh QSC-nin subyektiv hüququ olmamış və yoxdur.

18. Məhkəmə digər bir dəlillə bağlı qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına dair dəlilləri ilə qarşılıqlı iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən məhkəmə həmçinin bu dəlili də əsassız saymışdır.

19. Məhkəmə həmçinin qarşılıqlı iddianın qeyd edilən müqavilələrin bağlanması üçün mənzildə qeydiyyatda olan adları çəkilən hər iki şəxsin biri digərinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini QSC-y ə təqdim edilməməsi barədə dəlillərinə qiymət verərək vurğulamışdır ki, belə bir razılıq ərizələrinin verilməməsi faktı olsa da, bu tərəflər arasında bağlanmış müqavilənin əsas şərtlərinin yerinə yetirilməsi üçün ciddi maneə yaratmır və işin faktiki, araşdırılmış halları baxımından müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən onlara müqavilələrdə göstərilən mənzil sahələrinin verilməsinə birbirilərinə qarşı heç bir formada etirazları yoxdur. Başqa sözlə, müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi müqavilələrin ləğv edilməsi üçün ciddi hüquqi əsas deyildir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsini qeyd etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən də müqavilə şərtlərinə riayət edilməməsi halları mövcuddur. Belə ki, İddiaçı1 ilə bağlanmış müqavilədə oxdan-oxa 48.7 kv.m. olan təmirsiz mənzili tikib ona təhvil verilməsi göstərilsə də, ASC tərəfindən müqavilənin 1.2 bəndinin tələbləri də yerinə yetirilməmişdir. Halbuki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. İş materiallarında Cavabdeh QSC tərəfindən müqavilənin 1.2 bəndinin tələblərinin baxımından İddiaçı1 və İddiaçı2 verilməli verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi ilə bağlı püşk atmaya dəvət edilməsini təsdiq edən süb utlar yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli müqavilədə də mənzilin mərtəbəsi göstərilməmiş və QSC tərəfindən də müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Belə ki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir.

21. Daha sonra məhkəmə qeyd etmişdir ki, İddiaçı1 ilə bağlanmış müqavilənin 1.3 və 2.1.14-cü bəndlərinə əsasən o mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh QSCtərəfindən tikilib təhvil veriləcək təm irsiz mənzili qəbul etməklə yanaşı 18231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsini isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtindən də göründüyü kimi, 18231 manat məbləğində pul İddiaçı1 tərəfindən iki dəfəyə, yəni, əvvəlcə pulun 50% (əlli) faiz hissəsi notarial qaydada, sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-yə ödəməli idi. Lakin müəyyən edilmişdir ki, İddiaçı1 18231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada alınması üçün Cavabdeh QSC- tərəfindən heç bir rəsmi tədbir görülməmiş, Cavabdeh QSC-nin notariat ofisinin depozit hes abı barədə məlumat verilməmişdir. İddiaçı1 tərəfindən qeyd edilən öhdəliyin yerinə yetirilməməsinin səbəbkarlarından biri də Cavabdeh QSC-i özüdür.

22. Məhkəmə bu qənaətə gələrkən işin bu halını nəzərə almışdır ki, İddiaçı1 tərəfindən keçən illər ərzində sözügedən öhdəlik yerinə yetirilmədiyi halda Cavabdeh QSC-yə müqavilənin bağlanmasından sonra ağlabatan müddət ərzində bu əsasla müqavilənin ləğvi ilə bağlı müvafiq iddia qaldırılmasına maneə olan halların olması müəyyən edilməmişdir. Halbuki, müqavilənin 2.2.12-ci bəndinə əsasən icraçı sifarişçidən 18231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsini isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cav abdeh QSC-nin ödənilməsi tələb etməsi onun hüquq və vəzifələrindən biridir.

23. Məhkəmə daha sonra qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə C.Həcərova ilə aparılmış danışıqlarla (səs yazısı və ekran görüntüsü) bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçıya müxtəlif mənzillərin eskiz layihələrinin göndərilməsi Cavabdeh QSC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam icra edilməsi qənaətinə gəlmək üçün kifayət etmir. Qarşılıqlı iddiaçı tərəf də nəyə görə hazırkı iddiasını H.Cəfəronanın və İddiaçı2 ona qarşı iddia qaldırdıqdan sonra qaldırmasına dair dəlillərini əsaslandıra bilməmişdir.

24. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqılı iddia qaldırmaq Cavabdeh QSC-nin prosessual qanunvericilik üzrə hüququ olsa da, iddiada q oyulan tələblərin əsaslı olması üçün ilk şərt onun vaxtında və əsaslandırılmış şəkildə qaldırılmasından asılıdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi üçün ciddi əsasların olmasını təsdiq edən mötəbər sübutlar əsasında iddia müqavilə şərtlərinin müqavilə tərəfi olan şəxsin ardıcıl hərəkətsizliyi fonunda verilməli idi. Lakin hazırkı iş üzrə İddiaçı1 müqavilə üzrə öhdəliklərinin qəsdən və ya bilərəkdən yerinə yetirməməsi faktı və belə niyyətinin olması müəyyən edilməmişdir. Müqavilə şərtlərindən də göründüyü kimi, götürülmüş öhdəliklərin icrası qarşılıqlı surətdə razılaşdırılmış qaydada həyata keçirilmək yolu ilə baş verməli idi.

25. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh QSC-i tərəfindən İddiaçı1 sökülmüş olan ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə Cavabdeh QSC tərəfin dən inşa edilən yeni 5 saylı binada sökülmüş 54.90 kv m. mənzilin əvəzinə 65.8 kv.m olan mənzili mülkiyyətçi İddiaçı2 verilməsi, boşanma qətnaməsini nəzərə alınaraq İddiaçı1 da eyni mənzil (1/2 hissə məxsus olmaqla) təhvil verilməsi və sözügedən mənzilin ½ hissə olaraq ona təhvil verilməsi məqsədləri vardır və bununla bağlı müvafiq xəbərdarlıq məktubu da ünvanlanmışlar.

26. Məhkəmə işin faktiki və araşdırılmış halları baxımından Cavabdeh QSC-nin iddiaçılarla bağlanmış müqavilələrin məhkəmə qaydasında ləğv edilmədiyi halda qeyd edilənlərlə bağlı hərəkətlərini qanunsuz saymış və Cavabdeh QSC-nin qarşılıqlı iddialarını tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərdən yayınması məqsədi ilə verilmiş iddialar kimi qiymətləndirmiş, əsassız olduğu üçün rədd e dilməsi nəticəsinə gəlmişdir. Qarşılıqlı iddiaçının “müqavilənin ləğvi” tələbi təmin edilmədiyindən, ondan irəli gələn digər tələb – bazar qiymətinin ½ hissədə kompensasiya edilməsi tələbinə dair iddiası da təmin edilməməlidir.

27. Məhkəmə müəyyən etmişdir ki, iddialar üzrə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaşayış sahələrini iddiaçılara təhvil verməlidir.

28. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mənzillərlə bağlı i rəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Lakin məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbinin əsaslı olduğu üçün tam təmin edilməsi nəticəsinə gəlsə də, digər İddiaçı1 tələbinin qismən təmin edilməli olmasını hesab etmişdir.

29. Məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh QSC-nin əməkdaşı ilə Whatsapp ani mesajlaşma xidməti vasitəsilə apardığı danışığın ekran görüntüsü ilə bağlı məhkəmə qeyd etmişdir ki, danışıqlar 2022-ci ilin yanvar ayında baş tutmuş, tərəflər arasında müqavilə isə fevral ayında bağlanmışdır. Belə olan təqdirdə həmin danışıqlarların məzmunu mübahisənin həlli üçün hər hansı rol oynamır.

30. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin yerləşdiyi mərtəbəsi və mə nzilin nömrəsi göstərilməmiş və bu hal keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir.

31. Məhkəmə hesab etmişdir ki, ilk növbədə cavabdehin hüquqi varisi olduğu,"xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3- cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 manat məbləğində pul ödənilməklə, daha sonra ona Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi isə sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən keçiriləcək p üşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir.

32. Kirayə haqqı tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manat nəzərdə tutulduğundan tələbin 500 və 600 manat kirayə haqqı hissələri əsaslı sayıla bilməz.

33. Məhkəmə tələbin mənəvi zərərin tutulması ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir.

34. Məhkəmə öz mövq eyini müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 405.1, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.4, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 427.3, 448.1, 448.2, 752.1, 759.1 və 759.2-ci və Mülki Prosessual Məcəlləsinin 119.1, 218.1 və 265-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

35. Qətnamədən İddiaçı1 və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

36. İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 15000 manat mənəvi zərərin cavabdehdən tutulub ona ödənilməsini təmin etməməsini də ədalətsiz və qanunsuz sayır. Hesab edir ki, cavabdehin təqsiri üzündən 2 azyaşlı övladı ilə artıq 3 ilə yax ındır ki, evsiz qalmışdır, Dəfələrlə cavabdehə müraciət edərək mənzilin verilməsinin təmin olunmasını, kirayə haqqının ödənilməsini istəmiş, lakin cavabdehin nümayəndələri tərəfindən təhqirlərə məruz qalmış, aldadılmışdır. Cavabdeh 06 oktyabr 2021-ci ildən indiyədək ona ödəməli olduğu kirayə haqqını özündə saxlayıb ödəməyib. Digər tərəfdən hazırda həmin ərazidə 600 manatdan aşağı məbləğdə 1 və ya 2 otaqlı kirayə mənzil yoxdur. Belə olan halda birinci instansiya məhkəməsinin kirayə haqqı ilə bağlı iddia tələbini tam təmin etməməsi nə dərəcədə haqqa, ədalətə, qanunun tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra xırda yanlışlıqlara da yol vermişdir. Məsələn məhkəməyə təqdim etdiyi son iddia ərizəsinə əlavədə 06 oktyabr 2023-cü ildən 06 iyul 2024-cü il ə kimi ödənilməmiş kirayə haqqının hesablanıb ödənilməsini xahiş etmiş. Lakin məhkəmə qətnaməsində 06 may 2024-cü ilə kimi kirayə haqqının hesablanıb ödənilməsini göstərmişdir. Cavabdeh tərəfindən ona qarşı yol verdiyi mülki və inzibati qanunvericiliyin tələblərinin pozulmasıyla yanaşı, onun cinayət qanunvericiliyi ilə təqib olunan hərəkətlərə də yol verməsi qənaətindədir. Belə ki, cavabdeh tərəf guya ki, ona 12 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubu göndərməsi barədə məhkəməyə sübut təqdim etmişdir. Qeyd olunan məktubun və poçt göndərişinin saxta olması ilə bağlı təkzibedilməz dəlillər olduğu üçün birinci instansiya məhkəməsində icraat zamanı vəkili tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanmışdır. Sorğuya verilən cavab məktubunda cavabdehin və 1 Saylı PF-nın 1 saylı PŞ-sinin əmə kdaşının qanunsuz əməllərə yol verdiyi və məsələnin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə Azarbaycan Respublikası Prokurorluq orqanlarına müraciət olunduğu bildirilmişdir. Məhkəmə prosesində sübut edilmişdir ki, qeyd olunan xəbərdarlıq məktubu poçt göndərişinin üzərində olan 12 aprel 2022-ci il tarixdə yox, 2023-cü ilin oktyabr ayından sonra ona göndərilməsi görüntüsü yaratmağa cəhd edilmiş və bunun üçün poçt əməkdaşı ilə qanunsuz əlaqəyə girilmişdir. Cavabdehin əməllərində Azərbaycan Respublikası CMnin bu və bir sıra digər maddələrinin tərkib hissələri olması ehtimalını nəzərə alaraq cavabdehin barəsində xüsusi qərardad qəbul edilməsi və prokurorluq orqanlarına göndərilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi əs asız hesab etdiyi arqumentlər gətirərək xüsusi qərardad qəbul etməkdən imtina etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin bu yanaşması da düzgün və qəbul edilən deyil. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin onun iddia tələblərinin rədd olunması hissəsində ləğv olunmalı və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

37. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə ziddiyyətli şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin digər qətnamələr (sadaladığı) əsasında bölünərək əmlakın paylı (1/2 hissədə) mülkiyyətə çevrilməsini vacib hesab etdiyi halda sözügedən müqavilələrin bağlanması üc ̧ün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla müvafiq çıxarış verilməsini (müvafiq hüququn yaranmasını) gözlənilməsinə heç bir hüquqi zərurətin olmadığını qeyd etmişdir. Bundan əlavə qeyd edilən və mübahisə edilməyən xüsusat qeyd edildiyi kimi müqavilələrin ləğvi üçün deyil, müqavilələrin etibarsızlığı üçün əsas olmaqla onlardan irəli gələn ilkin iddia tələblərinin rədd edilməsi üçün əsasdır. Belə olan vəziyyətdə müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam olaraq əsaslıdır. Bundan başqa ilkin İddiaçı1 məhkəmə iclas zalında özü də etiraf etmişdir ki, digər İddiaçı2la ailə münasibətləri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qət naməsinin qəbul edildiyi tarixdən əvvəl pozulmuş və İddiaçı1 orada qeyd edilən müddətdən etibarən yaşamamışdır, uşaqları ilə birlikdə kirayə götürdüyü mənzildə hal-hazıra kimi yaşayır. İddiaçı1 müqavilənin 2.1.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi və 1.3, 2.2.11 və 2.1.14-cü bəndlərinə müvafiq olaraq 18.231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində borcun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş və yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər İddiaçı1 tərəfindən yerinə yetirilməmişdir. Həmçinin İddiaçı2 müqavilənin 1.3, 2.1.10, 2.2.11-ci bəndlərinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər İddiaçı2 tərəfindən yerinə yetirilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçıların müqavilələrdən irəli gələn bütün öhdəliklərin icra edilməməsinin səbəbkarı kimi Cavabdeh QSC hesab etməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilə şərtlərinin (öhdəliklərinin) yerinə yetirilməsindən azad etmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi, ilk iddia tələblərinin rədd, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(103)-409/2025 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən verilm iş apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(005)- 564/2024 nömrəli qətnaməsinin xüsusi qərardad çıxarılmasına dair tələbin rədd edilməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(005)- 564/2024 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X5 və X1 ibarət tərkibdə)

39. Ümumən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsini i rəli sürsə də, birinci instansiya məhkəməsi haqlı olaraq həmin tələblərin məzmununa əsasən müqavilələrin ləğvini deyil, onların etibarsızlığını özündə ehtiva etməsini düzgün vurğulamışdır. Belə ki, qanunvericiliyə görə müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət o lan öhdəliyin məzmunu ləğv edilir. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının tələbində irəli sürdüyü dəlillər xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsi üçün hüquqi əsaslar olmamışdır.

40. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən müqavilə bağlanan zaman iddiaçıların mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmaması və bu hüququn xx.xx.2023-cü il tarixdə qeydə alınması faktlarının mövcudluğu müqavilənin ləğvi üçün əsas ola bilməz. Bundan başq a məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilməmiş və onun özü ilə də eyni məzmunlu 28 fevral 2022-ci il tarixli müqavilə bağlanması sonuncunun 06 oktyabr 2021-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan hazırda qarşılıqlı iddiaçının müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam əsassızdır.

41. Qarşılıqlı iddiaçı öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsini qeyd etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaç ı tərəfindən də müqavilə şərtlərinə riayət edilməməsi halları mövcuddur. Belə ki, İddiaçı1 ilə bağlanmış müqavilədə oxdan-oxa 48.7 kv.m. olan təmirsiz mənzili tikib ona təhvil verilməsi göstərilsə də, ASC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Halbuki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. İş materiallarında "xxxx" QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələblərinin baxımından İddiaçı1 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında "xxxx" QSCnin nümayəndəs i Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin artıq qalmadığını və hamısının satıldığını göstərmişdir.

42. Bakı şəhəri, "xxxx" QSC tərəfindən tikilən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binalarda yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin hazırda olub-olmamasının müəyyən edilməsi, (bloku, mərtəbəsi qeyd edilməklə və yerləşmə yeri nəzərə alınmaqla) eləcə də, Bakı şəhəri, "xxxx" QSC tərəfindən tikilən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binalarda yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin hazırkı bazar qiyməti (yerləşmə istiqamət i nəzərə alınmaqla) nə qədər təşkil edilməsinin (hər kv.m qiyməti qeyd edilməklə) müəyyən edilməsi məqsədi ilə kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə audit rəyi alınmaqla ekspertiza təyin edilməsi qərara alınmış, həmin qərardadın icrası barədə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən xx.xx.2025-ci il tarixdə sərəncam verilmiş, sözügedən sərəncamın əsasında isə xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, yerində baxış zamanı Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində çoxmərtəbəli binalar inşa edildiyi müəyyən edildi. Lakin MTK-nın nümayəndəsi binanın layihəsini təqdim etmədiyindən, mənzillərin sahəsini öyrənməyə şərait yaratmadığından 48,7 kv.metr mənzilin mövcud olub-ollmamasını müəyyən etmək mümkün olmamışdır. Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində yerləşən Cavabdeh MTK-nın inşa etdiyi binalarda mənzilin orta bazar qiymətinin (təmirsiz) hər 1 kv.metrinin qiyməti 3300 manat olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli müqavilədə də mənzilin mərtəbəsi göstərilməmiş və QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Belə ki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir.

43. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə tələbin mənəvi zərərin tutulması hissəsi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, İddiaçı1 məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin qənaəti düzdür.

44. Bundan başqa kollegiya qeyd etmişdir ki, iddiaçı tələbində - cavabdeh şəxslərin qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq aidiyyəti orqanlara məlumat verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində xüsusi qərar dad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu tələbin hüquqi mahiyyət etibarı ilə prosessual vəsatət olmaqla Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilməsi, yəni məhkəmənin bu məsələdə tərəflərin vəsatətindən asılı olmamasını və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilməsini düzgün qeyd etmişdir.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin işin faktiki halları ilə belə bir halın aşkara çıxmaması əsası ilə həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə nəticəsi düz gün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi faktiki olaraq prosessual vəsatət kimi qiymətləndirdiyi məsələyə iddia tələbi kimi qiymət verməməli idi. Məhkəmə kollegiyası tərəfindən işin faktiki halları üzrə tərəflərə "xxxx" MMC vasitəsilə xəbərdarlıq məktubları göndərilməsi ilə əlaqədar cavabdeh şəxslərin hərəkətlərində cinayət əlamətləri olmasına dair iddiaçı tərəfindən tələbində irəli sürülən prosessual vəsatətə Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilmişdir.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 apellyasiya şikayətinin dəlilləri qismən əsaslı, "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, İddiaçı1 müqavilə tərtib edilərkən aldadıldığını və müqa vilə şərtlərində onun hüquqlarını kobud şəkildə pozulduğunu bildirsə də iş materialları ilə həmin hallar öz təsdiqini tapmamışdır.

47. Kollegiya daha sonra qeyd etmişdir ki, digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddiaçılar tərəfindən öhdəliklərinin yerinə yetirilməməsini bildirsə də, həmin dəlillərə münasibətdə mötəbər sübutlar təqdim edilməmiş, iş materialları ilə iddiaçıların müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin pozulması müəyyən edilməmişdir.

48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək xüsusi olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəf təyin edilmiş audit yoxlaması zamanı tələb edilən zəruri sənədləri təqdim etməməklə, bir daha öz şikayətinin, eləcə də tələbinin əsası kimi istinad etdiyi ha lların əsassız olmasını bir növ təsdiq etmişdir.

49. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385, 405.1, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.2.3, 422.2.4, 427.3, 448.1, 448.2, 752.1, 759.1 və 762.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.2, 217.3, 218.1, 384.0.2 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-409/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını, İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi, kirayə haq qının ödənilməsi, mənəvi zərər” tələbinə dair ilkin iddianın təmin edilən hissəsinin rədd edilməsinə və birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “kirayə haqqı və mənzilin təhvil verilməsi” tələbinə dair iddianın rədd edilməsinə, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

51. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, MTK-nın qarşılıqlı iddia tələbində İddiaçı2 və İddiaçı1 razılıqları ilə sökülmüş sahəsi 49,36 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin bazar qiymətinə əsasən dəyərinin (kompensasiyanın) iddiaçıların paylarına mütanasib (1/2 hissədə hər birinə) şəkildə MTK tərəfindən ödənilməsi göstərilsə də məhkəmə buna əhəmiyyət verməmişdir Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması tətbiq edilməli olan halda tətbiq edilməmiş, bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi qətnamədə ziddiyyətli şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin digər qətnamələr (sadaladığı) əsasında bölünərək əmlakın paylı (1/2 hissədə) mülkiyyətə çevrilməsini vacib hesab etdiyi halda sözügedən müqavilələrin bağlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla müvafiq çıxarış verilməsini (müvafiq hüququn yaranmasını) gözlənilməsinə heç bir hüquqi zərurətin olmadığını qeyd e tmişdir. Bundan əlavə qeyd edilən və mübahisə edilməyən xüsusat müqavilələrin ləğvi üçün deyil, müqavilələrin etibarsızlığı üçün əsas olmaqla onlardan irəli gələn ilkin iddia tələblərinin rədd edilməsi üçün əsasdır. Belə olan vəziyyətdə müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlillər tam olaraq əsaslıdır.

53. Bundan başqa qarşılıqlı iddia ərizəsi üzrə tələb, iddia ərizəsinin dəlilləri (məzmunu) və hüquqi əsasları müqavilələrin ləğv edilməsini ehtiva edir. İlkin iddia ərizələrinə etirazda göstərilənlər isə müqavilələrin etibarsızlığını ehtiva edir. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normaları tətbiq edilməli olan halda tətbiq edilməmiş, bununla da q anunsuz və əsassız qətnamə qəbul edilmişdir.

54. Bundan başqa həm birinci, həm də apellyasiya instansiya məhkəmələri iş üzrə iki əhəmiyyətli hallı ayıra bilməmişdir. Belə ki, məhkəmələr iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun qarşılıqlı iddia ərizəsində və ilkin iddia ərizələrinə etirazda göstərilən dəlilləri (məzmunu) və hüquqi əsasların ayrı-ayrılıqda hansı hüquqi nəticələrin yaratdığına qiymət verməmişlər. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə tələb, iddia ərizəsinin dəlilləri (məzmunu) və hüquqi əsasları müqavilələrin ləğv edilməsini ehtiva edir. İlkin iddia ərizələrinə etirazda göstərilənlər isə müqavilələrin etibarsızlığını ehtiva edir və onlardan irəli gələn ilkin iddia tələblərinin rədd edilməsi üçün əsasdır. Göründüyü kimi, müqavilələr eti barsız sayıldığına görə ilkin iddia tələbləri rədd edilməlidir, qarşılıqlı iddia tələbinin dəlilləri (məzmunu) və hüquqi əsasları isə əsaslı sayıldıqda müqavilələr ləğv edilməli idi. Lakin məhkəmələr əqdlərin həm etibarsızlığı həm də ləğvi ilə bağlı hallar üzrə yuxarıda qeyd edilmiş maddi hüquq normalarını tətbiq etməməklə və ümumiyyətlə tətbiq etməməklə qeyd edilən prosessual hüquq normanın tələbləri pozulmuş, bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

55. İddiaçı1 da həmçinin kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)-409/2025 saylı qətnaməsinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilməsi və Ca vabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, qanunsuz hərəkətləri nəticəsində iki azyaşlı övladı ilə birlikdə normal yaşamaq imkanı olmamış, kirayə mənzil tutmaq üçün kirayə haqqı ödənilməmişdir. Nəticədə o maddi ziyana məruz qalmış və qeyd olunan normaların tələbinə uyğun olaraq cavabdehin mənə vurduğu zərərə müvafiq olaraq iddia ərizəsində və apellyasiya şikayətində tələb etdiyi kirayə haqqı məbləğini məruz qaldığı maddi zərərə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə tərəfindən MM-nin 21.1, 21.2, 442, 443, 445.1-ci, MPM-nin 4.1, 77.1, 82.1, 88, 218.1, 272-ci, 417.1, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan normaların tələblərinə uyğun olaraq cavabdehin bu günə kimi qanunsuz olaraq ona ödəmədiyi, saxladığı kirayə haqqının əvəzində vurduğu zərər qismində ona ödənilməsi təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

58. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

59. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

60. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

61. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

62. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

63. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

64. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

65. Maddə 421.2. Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

66. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

67. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

68. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

69. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 70.447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda.

71. Maddə 532.1. Əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir.

72. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

73. Maddə

543. Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməkl ə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

78. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməməli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı1 kassasiya şikayəti ilə bağlı hüquqi mövqe

80. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasındakı mübahisə 06 oktyabr 2021-ci il tarixdə bağlanmış podrat müqaviləsindən irəli gəlir.

81. İddiaçı1 tərə findən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələblərinin rədd edildiyi hissədə mübahisələndirilir. İşdən görünür ki, kassasiya şikayətində qeyd edilmiş dəlillər eyni zamanda apellyasiya şikayətinin dəlilləri olmuş və həmin dəlillərə apelyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilərək iddia tələblərinin rədd edildiyi hissədə (mənəvi ziyan tələbi və qismən maddi ziyan tələbi) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmişdir.

82. Kollegiya apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, İddiaçı1 kirayə haqqı ödənişi ilə bağlı tələb hüququ qarşı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsaslanır. Belə ki, müqavilənin 2.2.6-cı bəndində icraçının vəzifəsi olaraq nəzərdə tutulmuşdur ki, hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində (binanın bünövrəsi qoyulduqdan sonra 24 ay) başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş ödəniş (aylıq 250 manat) bina istismara qəbul edilib mənzil sifarişçiyə təhvil verilənədək təmin edilməlidir.

83. Kollegiya hesab edir ki, MTK tərəfindən iddiaçıya aylıq ödənilməsi nəzərdə tutulan kirayə haqqı iddiaçının yaşayış sahəsindən məhrum olması nəticəsində yeni mənzillə təmin edilənədək onun çəkdiyi və çəkməli olduğu xərclərin əvəzi, yəni iddiaçıya ödəniləcək maddi zərərin əvvəlcədən razılaşdırılmış məbləğidir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə podratçının bina tikilərək istismara qəbul edildikdikdən sonra mənzilin təhvil verildiyi vaxtadək iddiaçıya ödənilməli olan məbləğ əvvəlcədən razılaşdırıldığından iddiaçı kirayədə qalmaq üçün çəkdiyi və ya çəkməli olduğu xərclərə görə bu məbləğdən artıq ödəniş tələb edə bilməz. Göstərilənlərə əsasən İddiaçı1 kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti ilə bağlı hüquqi mövqe 84. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin dəlillərinin bir hissəsi İddiaçı2 iddia tələbinin təmin edildiyi və ona qarşı qarşılıqlı iddia tələbinin rədd edildiyi hissə ilə bağlıdır. Kollegiya bu hissədə apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, qeyd edilən hissədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin dəlillərinə və sübutlara düzgün hüquqi qiymət verilmiş, şika yətdə qeyd edilmiş maddi hüquq pozuntularına və prosessual normaların pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən “Ailə Park" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qeyd edilən hissədə əsassız hesab edilərək təmin edilmir.

85. İddiaçı1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilk iddia tələbinin təmin edildiyi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə isə kollegiya aşağıdakılara əsasən kassasiya şikayətini əsaslı hesab edir.

86. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, 06 oktyabr 2021-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə tərəflərin öhdəlikləri ikitərəfli və qarşılıqlı öhdəliklərdir. İddiaçı1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər paylı mülkiyyətində olan mənzili görüləc ək işin dəyərinin bir hissəsi olaraq MTK-ya təhvil vermək və 6 ay ərzində 18.231 manat pulun qarşı tərəfə ödənilməsi olmuşdur. Müqavilənin 2.1.4cü bəndinə əsasən bu pulun 50 faiz hissəsini notarial müqavilə bağlanan gün, qalan 50%ni isə notarial müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariusun depozit hesabı vasitəsi ilə icraçının xeyrinə ödənilməli idi. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin öhdəlikləri isə sifarişçi tərəfindən mülkiyyətində olan mənzil təhvil verildikdən sonra yeni tikiləcək binada mənzil verilənədək hər ay 250 manat kirayə haqqı ödəmək və yeni tikiləcək binada razılaşdırılmış ölçüdə təmirsiz mənzili təhvil vermək olmuşdur. Yeni tikilmiş binadakı mənzilin təhvil verilməsi ilə bağlı sifarişçinin MTK-ya tələb hüququnun yaranması üçün sifarişçi ilk növbədə müqavil ə ilə üzərinə düşən öhdəlikllərin icrasını sübut etməli idi. 87. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşılıqlı iddia ərizəsinin dəlillərindən biri bu olmuşdur ki, İddiaçı1 müqavilənin 2.1.4-cü bəndinə əsasən 18.231 manat ödənişin həyata keçirilməsi dəfələrlə tələb edilsə də, tərəf bu məbləği ödəməmiş, müqavilə şərti pozulduğundan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müqavilənin ləğv etmək hüququ yaranmışdır.

88. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin bu dəlili ilə bağlı tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun araşdırma aparılmamış, sübutetmə yükü düzgün müəyyən edilməmiş, sübutların qiymətləndiriləməsi ilə bağlı MPM-nin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

89. Belə ki, MM-nin 760.2-ci maddəsinin məzm unundan görünür ki, sifarişçi öz öhdəliyini icra etmədikdə podratçının podrat müqaviləsini ləğv etmək hüququ vardır. MMnin 421.2-ci maddəsində nəzərdə tutulur ki, tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, yəni pozuntu nəticəsində tərəf müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduqda ləğv edilə bilər. Eyni zamanda MM-nin 447.3.1 və 447.3.2-ci maddələrində qeyd edilir ki, ikitərəfli müqavilənin tərəfi öhdəliyin pozuntusu cüzi olduqda və öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda müqaviləni ləğv edə bilməz.

90. Apellyasiya məhkəməsi qətnamədə qeyd edir ki, iş materialları ilə iddiaçıların müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin pozulması müəyyən edilməmişdir. Halbuki işin mübahisəsiz halıdır ki, müqavilənin 2.1.4-cü bəndində nəzərdə tutulmuş 18.231 manat pul İddiaçı1 tərəfindən ödənilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı halda podratçı mənzil tikinti kooperativi olmuşdur. MM-nin 110-cu maddəsinə əsasən kooperativin əmlakının formalaşdırılması mənbələrindən biri də cəlb edilmiş vəsaitlər olduğundan tikintinin başa çatdırılması ilə bağlı kooperativin öz üzərinə düşən öhdəlikləri icra edə bilməsi üçün sifarişçilər tərəfindən ödənişlərin müqavilə ilə razılaşdırılmış müddətlərdə həyata keçirilməsi zəruridir. Əks halda MM-nin 441.3-cü maddəsinə əsasən kooperativin mənzilin təhvil verilməsi ilə bağlı öz öhdəliyinin icrasını dayandırmaq (şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsin ə düşən tərəfin öz öhdəliyinin icrasını dayandırmaq hüququ) və ya qanunla nəzərdə tutulmuş halda müqavilədən imtina etmək hüququ yaranır.

91. Eyni zamanda qətnamədə məhkəmə qeyd edir ki, İddiaçı1 tərəfindən öhdəliyin icra edilməməsinin səbəbkarı Cavabdeh QSC olmuş, İddiaçı1 18231 manat məbləğində pulun notarial qaydada alınması üçün Cavabdeh QSC- tərəfindən heç bir rəsmi tədbir görülməmiş, Cavabdeh QSC-nin notariat ofisinin depozit hesabı barədə məlumat verilməmişdir.

92. İlk növbədə qeyd edilməlidir ki, məhkəmənin qətnamədə qeyd etdiyi ““QSC-nin notariat ofisinin depozit hesabı” ifadəsi anlaşılan deyil. Belə ki, notariat idarələri QSC-lərə məxsus olmur və hər bir notariusun depozit hesabı həmin notariusun özünə məxsusdur. MPM-nin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdə n istifadə edilməklə tərtib olunmalıdır.

93. Bundan əlavə mülki qanunvericilikdə podrat müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğuna dair məcburi şərt müəyyən edilmədiyindən və İddiaçı1 MTK qarşısında pul öhdəliyi podrat müqaviləsi əsasında yarandığından hazırkı halda tərəflər arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edilməməsi sifarişçini müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş öhdəliyin icrasından, yəni tikiləcək binada təhvil verilməli olan mənzilin dəyərini podratçıya tam ödəmək vəzifəsindən azad etməmişdir. Ödənişin MTK-ya nağd şəkildə, hüquqi şəxsin bank hesabına və ya MM-nin 532-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq ərazidə yerləşən notariusun depozit hesabına ödənilməsi ilə həyata keçirilməsi mümkün olduğundan hazırkı halda sifari şçi sübut etməli idi ki, o öz öhdəliyinin icra edilməsi üçün zəruri hərəkətləri həyata keçirmiş, lakin kreditor icranı qəbul etməmişdir.

94. Əgər bu iddiaçının izahatından başqa işdəki hər hansı sübutla təsdiq edilmirsə məhkəmə podratçının müqaviləni ləğv etmək hüququ yaranıb-yaranmadığını, öhdəliyin sifarişçi tərəfindən pozuntusunun əhəmiyyətli olub-olmadığını araşdırılmalı, bunun üçün isə MM-nin 540.1, 543-cü maddələrinin tələbləri nəzərə alınaraq tərəflərin öhdəlikləri qarşılıqlı şəkildə əvəzləşdirilərək (podratçı tərəfindən qarşılıqlı iddia qaldırılanadək ödənilməli olan kirayə haqqı sifarişçi tərəfindən ödənilməli olan 18.231 manatdan çıxılaraq) İddiaçı1 borcunun təqdim edilmiş daşınmaz əmlakın ½ hissəsinin bazar dəyərinə nisbəti müəyyənləşdirilməli, bundan sonra pozuntu nun cüzi olub-olmadığına hüquqi qiymət verilməlidir.

95. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda məhkəmə tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müqavilənin 2.1.9-cu bəndinə əsasən ayda 250 manat kirayə haqqı ödəmək öhdəliyinin hansı tarixdən yarandığı da düzgün müəyyən edilməmiş, bu ödənişin müqavilə bağlanan tarixdən həyata keçirilməli olduğu qət edilmişdir. Müqavilədə sözügedən ödənişin hansı tarixdən həyata keçirilməli olduğu qeyd edilməsə də 2.1.9-ci bənddə ödənişin məqsədi qeyd edilmişdir. Müqavilənin qeyd edilən bəndi məhkəmə tərəfindən MM-nin 404-cü maddəsinin tələblərinə uyğun təfsir edilərək MTK-nın kirayə haqqı ödənilməsi ilə bağlı öhdəliyinin hansı tarixdən yarandığı müəyyən edilməlidir.

96. Göründüyü kimi qeyd edilən hissədə apell yasiya instansiyası məhkəməsi işin hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır

97. Qarşılıqlı iddia ərizəsinin əsaslı olduğuna dair kassasiya şikayətində qeyd edilmiş digər dəlillər (iddiaçının müqavilə bağlayarkən səlahiyyətli olmaması və s) kollegiya tərəfindən əsassız hesab edilir və məhkəmə həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə razılaşır.

98. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməməli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(103)-409/2025 saylı qətnaməsi qismən- İddiaçı1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilk iddia tələbinin təmin edildiyi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissələrdə iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

99. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(103)409/2025 saylı qətnaməsi qismən- İddiaçı1 "xxxx" Qapalı Sə hmdar Cəmiyyətinə qarşı ilk iddia tələbinin təmin edildiyi və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar