Məhkəmə qərarları › İş №2(102)-1992/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1992/2021

29.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1992/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinət tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3337/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X8 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X8 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmrinin müvafiq qaydada tə sdiq edilmiş surətindən görünür ki, İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq “Spirtin istehsalı və spirtin saxlanması” və “Kompressorqazanxana” sexinin işçiləri ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X8 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 20 sentyabr 2019-cu il tarixli 11 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmi ş əmrin müddəti yenidən 31 dekabr 2019-cu il tarixədək uzadılması əmr edilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının “2017-2019-cu illər üçün kollektiv müqaviləsinin təsdiq edilməsi barədə” 04 aprel 2017-ci il tarixli 02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2017-2019-cu illər üçün kollektiv müqavilənin təsdiq edilməsi qərara alınmışdır; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 2017-2019-cu illər üçün kollektiv müqavilənin surətindən və məzmunundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyə n bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). İşəgötürən həmkarlar ittifaqı təşkilatını əmək kollektivinin vahid və səlahiyyətli nümayəndəsi kimi qəbul edir (1.2-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2017-2019)-cu illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürə həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). Kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan işçilərə də şamil olunur və işə qəbul olunan işçilər işəgötürən tərəfindən kollektiv müqavilə ilə tanış edilir (1.5-ci bənd). Müqaviləni imzalamış tərəflər onun qüvvədə olduğu müddətdə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yaln ız bu müqavilənin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə qarşılıqlı razılıq əsasında müqaviləyə əlavə və dəyişikliklər oluna bilər (1.7ci bənd). “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əmək haqqının ödənilməsinin forma, sistem və məbləğlərini müstəqil müəyyən edir. Müəssisə üzrə ayrıayrı sahələrdə kollektiv əmək müqaviləsi bağlana bilər. Bu zaman əməyin ödənişi qaydası müqavilə üzrə tərəflər arasında razılığa əsasən müəyyən edilir. Respublika qanunvericiliyi ilə müəyyən olunmuş qaydalda iş vaxtından artıq, gecə vaxtı, bayram günlərində görülən işlərə görə əlavə ödəmələr verilməsini (3.7-ci bənd) və əmək haqqının və gəlirin bölüşdürülməsini səhmdarlarla, müəssisənin həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmağı öhdəlik olaraq götürmüşdür (3.8-ci bənd). İşəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarinda spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər (4.10-cu bənd); “xxxx” Açıq Səhmdar Cəmiyyəti X8 24 dekabr 2019-cu il tarixli 12 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin geri çağırılması əmr edilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 24 dekabr 2019-cu il tarixli 94 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, ödənişsiz məzuniyyətə buraxılmış işçilər geri çağırıldığı üçün 25 dekabr 2019-cu il tarixdə saa t 08:00-da işdə olması ilə bağlı məlumat verilmişdir; Azərbaycan Respublikası Auditorlar Palatasının 20/61 saylı, 01.09.2020-ci il tarixli auditor rəyinə əsasən, İddiaçı 22.11.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək olan dövrə 1 ay 3 günə 206.67 manat məbləğində əmək haqqı hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “müavinət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən fasiləsiz olaraq “xxxx" ASC zavodunda işləyir. İşlədiyi müddətdə onun heç bir nöqsanları olmayıb. Bildirir ki, həyat yoldaşı X6, “xxxx" ASC zavodunda işləmiş və 1992-cı ildə torpaqlarının müdafiəsi üçün müharibəyə getmiş və şəhid olmuşdur. Bildirir ki, iddiaçı tək başına şəhid yoldaşının yadigarı olan övladlarını böyüdüb cəmiyyətə yararlı olan vətəndaş yetişdirmişdir. Belə ki, 10 may 2019-cu il tarixdə işlədiyi “xxxx" ASC zavodundan məzuniyyətə buraxılmışdır. Məzuniyyət vaxtı 24 may 2019-cu il tarixdə tamam olmağına baxmayaraq o işə gələrkən işə buraxılmamışdır. Ona bildirdilər ki, zavod rəhbərliyi vergini ödəmədiyindən zavod işləmir. O, şəhid ailəsidir, özü də 1989-cu il tarixdən fasiləsiz olaraq zavodda işləyir. Zavodda səhim payı var. Nə üçün o zavoda işə buraxılmır? Bildirir ki, zavod rəhbərliyi zavodun müəyyən sexlərini və digər sahələrini icarəyə verib və oradan mənfəət əldə edir. Sual olunur zavod rəhbərliyi icarədən aldığı pullar hara gedir? Onun zavodda səhim payı var. Bu günə kimi səhmdar kimi ona zavodun gəlirlərindən ayrılmayıb. Bu azmış kimi məzuniyyətdən işə qayıdanda onu işə buraxmadılar. Zavodun rəhbərliyi şəhid ailəsi olmağını nəzərə almır. Onu nə işə buraxır, nə də qanuna uyğun olaraq müavinət verilməli olduğu halda, rəhbərlik onu da vermir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. Ona 2 saylı region üzrə X3 cavab verildi. Zavod rəhbərliyi tərəfindən 2 saylı region üzrə D.Ə.M-ə yanlış məlumat verib. İddiaçı həmin dövrdə məzuniyyətdə olmuşdur. İddiaçı zavod rəhbərliyinə və üzvü olduğu X1 kompensasiya verilməsi barədə dəfələrlə müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-5175/2019) iddia təmin edilmiş, İddiaçı 24.05.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək əmək haqqının 2/3 hissəsi miqdarı hesablanaraq "xxxx” ASC tərəfindən ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində mübahisə vardır. Bu da öz növbəsin də işəgötürənin, yəni “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təqsiri ucbatından işçilərin ödənişsiz məzuniyyətə buraxılmasının əyani sübutudur ki, məhz bunun nəticəsində cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işçinin əmək haqqını verməməklə qanun pozuntusuna yol vermişdir. Bu faktı həm də iddiaçı şəxs tərəfindən müvafiq iddia tələbi məhkəməyə veriləndən sonra “xxxx” Açıq Səhmdar Cəmiyyəti X8 24 dekabr 2019-cu il tarixli 12 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmri təsdiq edir ki, hazırkı mübahisə məhkəmə qaydasında araşdırılan zaman cavabdeh təşkilatın X8 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin geri çağırılması əmr edilmiş və bu əmrin tələbinə uyğun olaraq İddiaçı 24 dekabr 2019-cu il tarixli 97 nömrəli mə ktub ünvanlayaraq, ödənişsiz məzuniyyətə buraxılmış işçilərin geri çağırıldığı üçün 25 dekabr 2019-cu il tarixdə saat 08:00-da işdə olması ilə bağlı məlumat verilmişdir. Nəticə etibarı ilə İddiaçı 22 may 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək olan müddət ərzində cavabdeh təşkilatın təqsiri ucbatından əmək haqqı verilməmişdir ki, bu əsaslar da öz növbəsində məhkəmə araşdırması zamanı öz hüquqi əsasını tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 22 may 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov, iş № 2(103)-3337/2020) cavabdeh "xxxx” ASC tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5175/2019 saylı işi üzrə 28.12.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilərək, cavabdeh "xxxx” ASC tərəfindən İddiaçı xeyrinə 206.67 (iki yüz altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutulmasının təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdiyi halda, məhkəmə 24.05.2019-cu il tarixdən 25.12.20 19-cu il tarixədək əmək haqqının 2/3 hissəsi miqdarının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsini qət etmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 218.3 və 222.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv (apellyasiya şikayəti isə qismən təmin) edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, audit tərəfindən hesablanmış 22.11.2019-cu il tarixdən 25.12.2019cu il tarixədək olan dövrə (1 ay 3 günə) 206.67 manat məbləğində əmək haqqı üzrə ödənilməmiş pul vəsaiti nin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3337/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 izahatında göstərmişdir k i, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3337/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir; 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir; 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər; 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tər əflərin qarşılıqlı razılığı ilə verilir; 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; 146.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə ke çirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə b axmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının qanunda nəzərdə tutulan müddətdən artıq həddə ödənişsiz məzuniyyətdə olmasını təsdiq olunduğundan, məhz həmin müddət üçün ona ödənilməli məbləği müvafiq audit yoxlaması təyin edərək almış olduğu rəy əsasında müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməmə lidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3337/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar