Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1992/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şirvan şəhəri, R.Həbibov adına 14 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *3 avqust 2*21-ci il tarixli, 2(1*6)2*7*/2*21 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2*22-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Şirvan şəhəri, R.Həbibov adına 14 saylı tam orta məktəbin direktorunun *6.*9.2*11-ci il tarixli, 48 saylı əmri ilə texniki işçi ştatına xidməti fəhlə qəbul edilmiş, daha sonra *5.*1.2*12-ci il tarixli, *1 saylı əmri ilə təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) vəzifəsinə təyin edilmişdir. Şirvan şəhəri, R.Həbibov adına 14 saylı tam orta məktəbin direktorunun 26.*1.2*21-ci il tarixli, 3 saylı əmri ilə X1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 7*-ci maddəsinin “ç” bəndinə əsasən 26.*1.2*21-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Şirvan şəhəri, R.Həbibov adına 14 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şirvan şəhər Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, R.Həbibov adına 14 saylı orta məktəbin direktoru S.O.İsmayılovanın 26.*1.2*21-ci il tarixli 3 nömrəli əmrinin ləğv edilərək, məktəbin təsərrüfat müdiri vəzifəsinə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Şirvan şəhər R.Həbibov adına 14 saylı tam orta məktəbin iş üzrə cavabdeh qismində, Şirvan şəhər Təhsil Şöbəsinin isə 3-cü şəxs qismində işə cəlb edilməsini, Şirvan şəhəri, R.Həbibov adına 14 saylı orta məktəb tərəfindən verilmiş 26.*1.2*21-ci il tarixli 3 nömrəli əmrinin ləğv edilərək, həmin məktəbdə əvvəllər işlədiyi təsərrüfat müdiri vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2*.*1.2*21-ci il tarixdə Milli Qəhrəman R.Həbibovun ailə üzvləri ona müraciət edərək, məktəbin daxilindəki büstü ziyarət etmələri üçün icazə verilməsini xahiş ediblər. O, Milli Qəhrəman ailəsinin xahişini nəzərə alaraq məktəbin giriş qapısının açarlarını anası vasitəsilə onlara göndərib. Həmin vaxt anası ilə bərabər məktəbin texniki işçisi Zaur Rəsulov da orada olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Milli Qəhrəmanın ailə üzvləri məktəbin foyesinə yığılmış partaların guya səliqəsiz olmasını və buna görə də büs tə hörmətsizlik olunduğunu güman edərək, mobil telefon vasitəsilə çəkiliş ediblər. Bununla əlaqədar olaraq bildirir ki, foyedə yığılmış partalar təzə gətirildiyinə və hələ sinif otaqlarına bölüşdürülüb yığılmadığına görə foyedə müvəqqəti olaraq yerləşdirilmiş və həmin partalar büstə heç bir maneçilik törətməmiş və hörmətsizlik halı olmamışdır. Məktəbin bütün tədbirləri həmin büstün ətrafında foyedə keçirilir. Sonradan həmin çəkilişi məktəbin laborantı Gülnar Kərimova öz statusunda və facebuk səhifəsində paylaşıb. Məktəbin direktoru ona zəng edərək təhdid etmiş və həmin paylaşımlara görə onu tutduracağını bildirərək, paylaşımları yığışdırmağı tələb etmişdir. O, şəhidin qardaşı ilə görüşüb ondan öz adından üzr istəyib həmin paylaşımları silməyi xahiş edib. O isə cavabında deyib ki, «səninlə mənim bir ədavətim yoxdur, mənim işim məktəbin direktoru ilədir». Bundan sonra məktəbin direktoru ona bildirib ki, öz ərizəsinə əsasən işdən çıxsın, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə maddə ilə xitam veriləcəkdir. Məktəb direktoruna işdən çıxmaq fikri olmadığını, bu barədə ərizə yazmayacağını bildirmişdir. Çünki onun yeganə qazanc yeri məktəbdən aldığı məvacibdir ki, həmin maaşla iki azyaşlı uşağını dolandırır və 4 nəfərdən ibarət ailə onun əmək haqqı ilə yaşayır. Buna baxmayaraq bir neçə gün sonra məktəb direktorunun 26 yanvar 2*21-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və həmin əmr ona təqdim olunmuşdur. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabd ehin vermiş olduğu əmr əsassız və qanunsuzdur.
5. Şirvan Şəhər Məhkəməsinin *8 aprel 2*21-ci il tarixli, 2(*32)-456/2*21 saylı qətnaməsi ilə (hakim Z.Əliyev) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 18.*1.2*21-ci il tarixdə Şirvan şəhər Təhsil Şöbəsindən 14 nömrəli tam orta məktəbə verilmiş 15 ədəd yeni oturacaq dəstinin məktəbin direktoru tərəfindən təsərrüffat müdiri İddiaçı yeni inventarları ehtiyac olan sinif otaqlarına yerləşdirməsi tapşırıq olaraq verilməsinə baxmayaraq, sonuncu tərəfindən bu tapşırığın yerinə yetirilməyib inventarların məktəbin foyesində yerləşən Milli Qəhrəman R.Həbibovun büstünün ətrafında qalması, eləcə də, iddiaçının məktəb direktoruna məlumat vermədən məktəbin rəsmi işçisi olmayan şəxslərə, yəni foyedə büstü qoyul an şəhid Milli Qəhrəman R.Həbibovun qohumlarına anası vasitəsilə məktəbin açarını göndərərək onları məktəbə buraxması faktları işin mübahisəsiz hallarındandır. 14 №-li tam orta məktəbin foyesində şəhid Milli Qəhrəman R.Həbibovun qoyulan büstünü ziyarət etməkdə onun qohumları həmişə haqlıdırlar. Lakin eyni zamanda məhkəmə hesab edir ki, onlar məktəb kollektivinə münasibətdə kənar şəxslər sayılırlar və hər bir halda karantin dövründə məktəbə bu niyyətlə daxil olmaq üçün məktəb rəhbərliyinin məlumatlanlırılması zəruri idi və iddiaçı belə bir məlumatı məktəb direktoruna verməməsini etiraf etmişdir. Məhkəmənin qənaətinə görə məhz qeyd edilən səhlənkar və məsuliyyətsiz hərəkətləri ilə iddiaçı X1 14 №-li tam orta məktəbin ərazisində respublika ərazisində davam edən xüsusi karantin qaydaları pozul masına şərait yaratmışdır. Həmçinin də, iddiaçının məktəb rəhbərinə bu barədə demədən anası vasitəsilə şəhidin qohumlarına məktəbin açarını verməklə onların məktəbə daxil olmasına şərait yaratması onun məktəb rəhbərliyinin göstərişlərinə və respublika ərazisində davam edən xüsusi karantin qaydalarına hansı münasibətdə olmasının göstəricisidir. Bunun nəticəsidir ki, iddiaçı məktəb rəhbərinin Şirvan Təhsil Şöbəsindən verilmiş 15 ədəd yeni oturacaq dəstinin şəhid büstünün ətrafından yığışdırılması kimi tapşırığını vaxtında və lazımi qaydada icra etməməsi ilə məktəbə icazəsiz, həmçinin də maskasız və kütləvi formada olaraq daxil olan şəxslərin icazəsiz videogörüntülər çəkərək sosial şəbəkələrdə paylaşmışlar. Cavabdeh tərəfin mövqeyinə görə bu paylaşmalarda büstün ətrafında olan inventarları gö stərməklə, onların foyedə yerləşdirilməsində təqsirkar kimi məktəbin pedaqoji kollektivinin və məktəb rəhbərliyinin ünvanına sonunculara xoş gəlməyən ifadələr işlətmişlər ki, sonuncular da bu ictimailəşdirməni əsassız sayaraq bunu məktəbin işgüzar nüfuzuna ciddi zərbə və şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirmişlər.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*, 68, 7*, 71, 72, 83, 84, 186, 187, 188, 189 və 311-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və onun işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şirvan Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının *1 avqust 2*21-ci il tarixli, 2(1*6)-2*7*/2*21 saylı qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin *8 aprel 2*21-ci il tarixli, 2(*32)-456/2*21 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 1*. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şirvan Təhsil Şöbəsindən 14 nömrəli tam orta məktəbə 15 ədəd yeni oturacaq dəsti inventar verilmişdir və məktəbin direktoru tərəfindən təsərrüffat müdiri İddiaçı zəng vasitəsilə verilən yeni inventarları məktəbə gətirməsi və ehtiyacı olan sinif otaqlarına yerləşdirməsi tapşırıq olaraq vermişdir. Lakin İddiaçı oturacaqları məktəbin foyesinə şəhid Milli Qəhrəman R.Həbibovun büstünün yanına yığaraq onları siniflə rə paylaşdırmamış, bunu pandemiya olduğundan məktəbdə heç bir texniki işçi olmadığı və tək olması ilə əsaslandırmışdır. Həmçinin 2* X8 Günü (qeyri iş günü) məktəbin direktoru Milli Qəhrəmanın büstünü və Şəhidlər Xiyabanını ziyarət etməyə getmiş, İddiaçı isə məktəb direktoruna məlumat vermədən məktəbin rəsmi işçisi olmayan şəxsə, yəni foyedə büstü qoyulan şəhid Milli Qəhrəman R.Həbibovun qohumlarının xahişi ilə, onları anası vasitəsilə məktəbin açarını göndərərək məktəbə buraxılmasını təşkil etmiş, nəticədə məktəbin daxilində videogörüntülər çəkilərərək sonradan bu görüntülər sosial şəbəkələrdə ictimailəşdirmişdir. İddiaçı şəhidin yaxınlarının büstü ziyarətə gəlməsi barədə məktəb direktoruna xəbər vermədən məktəbin qapısını açdırmağını həm yazılı izahatında, həm də məhkəmə baxışı zamanı ver diyi izahatında etiraf etmişdir. İddiaçı hərəkətləri nəticəsində, xüsusi karantin rejimində kənar şəxslərin məktəbdə icazəsiz daxil olmaqla videogörüntülər çəkərək əsassız olaraq ictimailəşdirməsi, nəticədə təhsil müəssisəsinin işgüzar nüfuzuna ciddi xələl gəlməklə məktəbin pedaqoji heyətinin, eləcə də məktəb rəhbərliyinin şərəf və ləyaqəti alçaldılmasına səbəb olan hallara yol verilmişdir. Kollegiya nəticəyə gəlmişdir ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi düzgün olmuşdur. Belə ki, onun öz vəzifəsinə etinasız yanaşması, vəzifə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində məktəbin və onun pedaqoji kollektivinin qanuni mənafeyinə ciddi xələl gəlmişd ir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, kassasiya şikayətində iddiaçının iddia ərizəsində göstərdiyi hallar bir daha qeyd olunmuş və əlavə olaraq göstərilmişdir ki, tutmuş olduğu vəzifənin öhdəsindən daima layiqincə gəlmiş, heç vaxt əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. İşlədiyi uzun müddət ərzində ona məktəb rəhbərliyi tərəfindən intizam tənbehi verilməmişdir. Şirvan şəhəri, R.Həbibov adına 14 nömrəli tam orta məktəbin direktoru işə götürən olaraq onu işdən azad etmədən əvvəl törədilən nöqsana görə izahatını almalı idi. Bundan sonra ona intizam tənbehi verilməli idi. Verilən intizam tənbehi əmri ilə, eləcə də işdən çıxarılma əmri ilə tanış olduqdan sonra, işə götürən tərəfindən işdən çıxmaq barədə əmr verməli idi. Qeyd olunanlar işəgötürən tərəfindən əmək məcəlləsinə zidd olaraq həyata keçirilmişdir. Bu da bir daha Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanununu kobud surətdə pozulması deməkdir. Şirvan şəhər məhkəməsinə işə bərpa və məcburi işə buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi ilə müraciət etdikdən sonra Şirvan şəhər R. Həbibov adma 14 nömrəli tam orta məktəbin direktoru X4 əvvəlki tarixlərə uyğun protok ol, çıxarış, əmr və digər sənədlər tərtib etməklə, qanunsuz verilmiş işdən çıxarılma əmrinə qanuni don geydirmək istəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Prosessual məsələlər
14. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 1*.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
15. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 1*. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgöt ürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənaf elərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş f ərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 3**. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətl ərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM -in 4*7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 2*. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan qətnamə ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Baxılan iş üzrə iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 3**-cü maddəsi təşkil edir. Həmin normada məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün aşağıdakı dispozisiya şərtləri müəyyən olunmuşdur: işəgötürən tərəfindən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarının pozulması; 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən əmək müqaviləsin ə xitam verilməsi; həmin Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi.
25. Əmək Məcəlləsinə xitam verilməsinin ümumi əsasları kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.
27. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «b» və «c» bəndlərinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, əmək münasibətləri sahəsində Əmək Məcəlləsinin və əmək qanunvericiliy inə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi kimi nəzərdə tutulmuşdur.
28. Qeyd olunan normalar əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 26.*1.2*21-ci il tarixli, 3 saylı əmrində iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir. Əsas kimi 13 saylı ƏMHM-nin 22.*1.2*2l-ci il tarixli 3 nömrəli, Şirvan şəhər Təhsil Şöbəsinin 25.*1.2*21-ci il tarixli 31 №-li məktubları göstərilmişdir.
29. Əmrin əsaslandırıcı hissəsində göstərilmişdir ki, məktəbin təsərrüffat müdiri İddiaçı vəzifə səlahiyyətlərindən kənara çıxaraq Əmək Məcəlləsinin 1*-cu maddəsinin «a» və «b» maddələrini kobud surətdə pozmuşdur. 19.*1.2*21-ci il tarixində Mil li Qəhrəman R.Həbibovun ailə üzvləri tərəfindən ona edilən telefon zəngində 2*.*1.2*21-ci il tarixində məktəbdəki büstü ziyarət etmək üçün gələcəklərini bildirsə də, bu zəng haqqında məktəb rəhbərliyinə məlumat verməmiş, əlavə olaraq 2* Yanvar 2*21-ci ildə X9 (qeyri-iş günü) xüsusi karantin qaydalarını pozaraq, təhsil müəssisəsinin rəsmi işçisi olmayan X2 ilə məktəbin açarını məktəbə göndərmiş və məktəbə daxil olan şəxslər məktəbin daxilinə buraxmışdır. Bu barədə də məktəb rəhbərliyinə heç bir məlumat verməmişdir. Nəticədə respublika ərazisində davam edən xüsusi karantin qaydaları pozulmuş və kənar şəxslər məktəbdə icazəsiz videogörüntülər çəkərək əsassız olaraq ictimailəşdirmişlər. Nəticədə təhsil müəssisəsinin işgüzar nüfuzuna ciddi xələl gəlmiş, o cümlədən məktəbin pedaqoji heyəti ilə, məktəb rəhbərliyinin şərəf və ləyaqəti alçaldılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məktəbin təsərrüfat işləri üzrə müdiri İddiaçı törətdiyi əməlin xarakterini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndini, 7*-ci maddəsinin ”ç” bəndini, 71-ci maddəsinin 2-ci hissəsini və 186cı maddəsinin 2-ci hissəsinin “ ç” bəndinin tələblərini rəhbər tutaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirən zaman yol verdiyi kobud səhlənkarlığa və vəzifə səlahiyyətlərini aşaraq təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 7*-ci maddəsinin “ ç” bəndinə əsasən 26.*1.2*21-ci il tarixdən xitam verilməsi və son haqq hesabı (istifadə etmədiyi məzuniy yət dövrü daxil olmaqla) ödənilməklə işdən azad edilməsi əmr edilmişdir. 3*. İşin düzgün həlli üçün bu əsasların Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndinə uyğunluğu araşdırılmalıdır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi – işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması müəyyən edilmişdir.
31. Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndində bəhs olunan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən olunmuşdur. Həmin normaya görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hes ab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e ) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
32. Bundan başqa, Əmək Məcəlləsinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirləri nəzərdə tutan 71-ci maddəsinə görə bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyası nı, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. İşəgötürən Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. İşin mübahisəsiz halıdır ki, 2*.*1.2*21-ci il tarixində Milli Qəhrəman R.Həbibovun ailə üzvləri məktəbin foyesində, onun büstünün qabağına partaların yığılmasını şəhidin xatirəsinə edilən hörmətsizlik kimi qiymətləndirərək, bu hadisənin video lentə almışdır.
35. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çat dırır ki, ümumiyyətlə məktəbdə Milli Qəhrəmanın büstünün qarşısında təzə gətirilmiş inventarların müvəqqəti olaraq düzülməsinin onun xatirəsinə hörmətsizlik olub-olmaması, qiymətləndirici yanaşma tələb edir. Məktəbdə şəhidin büstünün qoyulması qəhrəmanların adının əbədiləşdirilməsi ilə yanaşı, ilk növbədə şagirdlərdə vətənpərvərlik tərbiyəsinə xidmət edir. Vətənpərvərlik tərbiyəsi uşaqların Vətənə məhəbbət, Vətən torpağına, dövlətə sədaqət ruhunda tərbiyə olunmasını, lazım gəldikdə Vətən uğrunda canından keçmək hissini formalaşdırmağı, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, qanunlara hörmət, orduya rəğbət ruhunda böyüməsini nəzərdə tutur. Hər bir şagird şəhid adının uca tutulduğunu hiss etməli, qəhrəmanların həy at və fəaliyyətini nümunə kimi qəbul etməlidir. Buna görə də Milli Qəhrəmanın büstünün təmiz və baxımlı saxlanması işəgötürən də daxil olmaqla bütün əmək kollektivinin ilk növbədə mənəvi borcudur.
36. Sözügedən videoçəkilişdə əksini tapan vəziyyətə (karantin tədbirləri ilə bağlı məktəbdə uşaqların təhsil almadığı şəraitdə büstün qabağında, büstdən aralı uşaqlar üçün yeni oturacaq dəstinin müvəqqəti düzülməsinə) şəhidin adına hörmətsizlik baxımından müxtəlif tənqidi münasibət ola bilər və sosial şəbəkələrdə olan rəylərdən asılı olmayaraq, əmrin qanuniliyi baxımından qiymətləndirilməli haldır. Əgər işəgötürən bu halı həqiqətən də şəhidin xatirəsinə hörmətsizlik kimi qiymətləndirirsə, bu halda nəyə görə buna yol verməsi, nəyə görə həmin inventarlar gətirilən vaxt başqa yerə yığılması barədə t apşırıq verməməsi araşdırılmalıdır. İşəgötürənin izahına görə şəhidin ailə üzvlərinin onun büstünü ziyarət etməyə gəlməsi barədə məlumatı olmamışdır. Bu halda ailə üzvlərinin hər il 2* yanvar tarixində məktəbdəki büstü ziyarətə gəlib-gəlməməsi, əgər gəlirdilərsə, hansı səbəbdən məktəb rəhbərliyinin həmin gün bununla bağlı lazımi tədbirlər görməməsi aydınlaşdırılmalı, bu zaman təkcə cavabdehin izahatına istinad olunmamalıdır.
37. Məhkəmə kollegiyası xatırladır ki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar kifayət qədər konkretdir. Həmin hərəkətlərin obyektiv əlamətləri və bu hərəkətlərlə səbəbli əlaqədə olan mənfi nəticələr qanunda dəqiq göstərilmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqav iləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
38. Bu normanın baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əmək müqaviləsinə xitam verilməsi üçün o halda əsas ola bilər ki, bu əməlləri nəticəsində:
1. Məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun;
2. Məktəbin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
39. Cavabdeh iddiaçının hərəkətləri nəticəsində baş vermiş nəticələr kimi əmrdə aşağıdakıları qeyd etmişdir:
1. Respublika ərazisində davam edən karantin qaydaları pozulmuş;
2. Kənar şəxslər məktəbdə icazəsiz videogörüntülər çəkərək əsassız olaraq ictimailəşdirmiş;
3. Təhsil müəssisəsinin işgüzar nüfuzuna ciddi xələl gəlmiş;
4. Məktəb rəhbərliyinin şərəf və ləyaqəti alçaldılmışdır. 4*. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci və 2-ci bəndlərdə göstərilən nəticələr məktəbə dəymiş zərər kimi çıxış etmir. Ümumiyyətlə sözügedən hadisənin işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur. 3-cü bənddə göstərilən təhsil müəssisəsinin işgüzar nüfuzuna ciddi xələl gəlməsinin də məhz nədə ifadə olunması müəyyən olunmur. Nüfuza dəyən ciddi xələl”, sübyektiv ideya və ya təsəvvür kimi deyil, məktəbin mənafelərinə hər hansı formada dəymiş ziyanda (işgüzar nüfuzunda yaranan real dəyişiklik, maddi şəkildə özünü biruzə verən itki və s.) ifadə olunmalıdır. Məktəb rəhbərliyinin şərəf və ləyaqətinin alçaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına elektron daşıyıcıda əlavə olunmuş videoyazıdan görünür ki, şəhidin qohumu təkcə iddiaçıya istinad edilən əmələ görə deyil, bundan əvvəl məktəb direktorunun şəhidin xatirəsinə keçirilən tədbirlərin lazımınca təşkil edilməməsi, dövlət tərəfindən həyata keçirilən tədbirlərin özü tərəfindən görüldüyünü bildirməsini irad tutur. Sosial şəbəkələrdə olan qeydlərdən çıxarışdan görünür ki, (səh. 71-76) videoçəkilişə cəmi 8 şərh yazılmışdır. Həmin rəylərin bəzilərində müəllifin fikirləri bəyənilmiş, bəzilərində isə tənqid olunmuşdur. Məktəb direktoruna qarşı tənqidlər yalnız büstün qabağında oturacaq dəstlərinin düzülməsi ilə əlaqəli olmayıb.
41. İddiaçının məktəbin açarlarını anası vasitəsi ilə göndərməsi, bununla da xüsusi karantin qaydalarının pozulması barədə cavabdehin əmrində göstərilən dəlillər də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi nəticəsinə gəlməyə əsas vermir.
42. Belə ki, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərindən bəhs edən Əmək Məcəlləsinin 186.2-ci maddəsində göstərilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
43. İntizam tənbehi vermək işəgötürənin vəzifəsi deyil, hüququdur. Lakin intizam tənbehi verilərkən xətanın ağırlıq dərəcəsi, yol verilməsi şəraiti, işçinin həmin xətanı törədəndən əvvəlki davranışı nəzərə alınmalıdır. Tətbiq edilən intizam tənbehi törədilən hərəkətlərə münasibətdə adekvatlıq və ədalətlilik təşkil etməli, Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhs edən 2-ci maddəsinin 3-cü hissəsində bəhs edilən mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə cavab verməlidir.
44. Ümumiyyətlə, intizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İntizam xətası da digər xətalara xas olan əlamətlərin: subyekt, subyektiv cəhət, obyekt, obyektiv cəhət kimi əlamətlərin məcmusundan ibarət olmalıdır. İşçinin hərəkətlərinin qanuna zidd olması dedikdə, onun əməlinin qanunlara, digər normativ hüquqi aktlara, müəssisədaxili intizam qaydalarına, intizam nizamnamələrinə, vəzifə təlimatlarına zidd olmasıdır. Əgər işçinin hərəkətlərində bu cür ziddiyyət yoxdursa, bu halda onun əməli intizam xətası kimi qiymətləndirilə bilməz. 45. 18 yanvar 2*21-ci il tarixdə sərt karantin rejiminə görə işçilərin işə cəlb olunmadığı şəraitdə iddiaçının inventarları təklikdə yerləşdirmək imkanına malik olması iş materiallarından müəyyən olunmur. 19 yanvar 2*21-ci il tarixdə məktəbə gəlmiş texniki işçilər Sevinc Əbilova və Yasəmən Rüstəmovanın izahatlarından (səh. 122-123) görünür ki, həmin gün iddiaçı ilə birlikdə şəhid Milli Qəhrəman R.Həbibovun şəhərdəki dəmir yolu vağzalının qarşısında olan büstünü təmizləmiş, məktəbə gəldikdə yorğun olduqlarına görə foyedə düzülmüş oturacaq dəstlərini siniflərə yerləşdimək mümkün olmamış, iddiaçı onlara növbəti gün qeyri-iş günü olduğuna görə 22 yanvar 2*21-ci ildə həmin inventarları yerləşdirmək üçün gəlməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı nın (o cümlədən məktəb rəhbərliyinin) şəhidin xatirəsinə ehtiram göstərib onun şəhərdə - məktəbdən kənarda yerləşən abidəsini təmizləyib qaydaya salması işin mübahisəsiz halıdır. Bu halda iddiaçının şəhidin məktəbdə qoyulmuş büstünə hörmətsizlik etməsi ağlabatan görünmür. Onun əməlinə (oturacaq dəstlərinin büstün qabağında yerləşdirilməsinə) bu baxımdan psixi münasibəti təhlil olunmadan, hərəkətinin əmək müqaviləsinə xitam verilməsini şərtləndirən intizam xətası olması barədə gəlinən nəticə əsaslandırılmamış olacaqdır.
46. İşə baxmış məhkəmələr də bu halları araşdırmamışdır. Halbuki, iddia tələbini rədd edən məhkəmə, iddiaçının işdən çıxarılması üçün Əmək Məcəlləsinin 3**-cü maddəsində nəzərdə tutulan işdən çıxarılmanın həm əsaslarını, həm də qaydalarına riayət olunmasını araşdırmalıdır. 4 7. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdır ılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə 2***-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2**5-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 5*. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
51. Məhkəmə kollegiyası yuxarıda göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *3 avqust 2*21-ci il tarixli, 2(1*6)2*7*/2*21 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.