Məhkəmə qərarları › İş №2(102)-1992/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1992/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1992/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): apellyasiya şikayətinin qeyri-mümkünlüyü;apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli, 2(103)-2960/2024 nömrəli qərardadından maraq lı şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış 48 nömrəli 22 yanvar 2021-ci il tarixli müqavilənin şərtlərinin yerinə yetirilməsi və ünvan 1 ünvanda cavabdeh tərəfindən inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən və ümumi sahəsi 80 kv.m.-dən az olmayan 68 nömrəli mənzili ona təqdim etmək barədə öhdəliyin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhk əməsinin (hakim N.N.Tağıyeva) 6 iyun 2023cü il tarixli, e-2(005)-1418/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli, 48 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməsi və ünvan 1 ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m.-dən az olmayan 68 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsindəki icraatda Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi Maraqlı şəxs maraqlarına toxunur. Belə ki, iş üzrə qeyd edilən mənzilin ilkin alıcısı Maraqlı şəxsdur. Qeyd edilən qətnamənin varlığın dan isə təsadüf nəticəsində xəbər tutmuşlar. Həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qətnamənin onlara rəsmi olaraq təqdim edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Odur ki, Maraqlı şəxs hazırkı iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb etməklə, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş edir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim N.N.Tağıyeva) 18 mart 2024-cü il tarixli, e-2(005)-1418/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması, Mar aqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə) 8 aprel 2024-cü il tarixli, 2(103)-2960/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1418/2023 saylı iş üzrə 6 iyun 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün h esab edilməsi və mülki işin Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması, əgər qətnamə maraqlarına toxunmursa şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən bildirmişdir ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır.

8. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə ona münasibətdə hər hansı qərar qəbul olunmamışdır. Onun nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə görə, mübahisəsi gedən mənzilin ilkin alıcısı məhz Maraqlı şəxsdur və müvafiq müqaviləni əldə edə bilməsə də, cinayət işi üzrə ittiham aktında həmin müqaviləyə istinadlar vardır.

9. Qətnamənin Maraqlı şəxs maraqlarına toxunduğu qənaətinə gələrkən məhkəmə də eyni arqumentə əsaslanmışdır; halbuki cinayət təqibi üzrə ittiham aktında qeyd olunan hər hansı xüsusat mülki işə baxan məhkəmə üçün preyudisial xarakter daşımamaqla, qətnamənin işdə iştirak etməyən şəxsin maraqlarına toxunub-toxunmadığı onun təqdim edəcəyi sübutlar (müqavilə, maliyyə arayışı, pulun ödənilməsinə dair qəbzlər və s.) əsasında müəyyənləşdirilə bilər. Əks halda, müvafiq hüququ olmayan şəxsin şikayəti əsasında apellyasiya icraatı başlanmış olar ki, bu da apellyasiya baxışının mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir.

10. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imka n yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, “MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fi ziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol v erilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çə rçivəsində düzgün tətbiq edilməlidir. MPMdə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur”.

13. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanları nəzərə almaqla Maraqlı şəxs iddia etdiyi mənzilin, onun hazırda mübahisələndirdiyi qətnamə əsasında İddiaçı hüququnun tanındığı mənzillə eyni olub-olmadığını aydınlaşdırdıqdan, bununla bağlı müvafiq sübutlarını (müqavilə, maliyyə arayışı, mənzilin təhvil verilməsinə dair akt, ödəniş qəbzləri və s.) təqdim etməyi Maraqlı şəxs təklif və həmin sübutları tədqiq etdikdən sonra qətnamənin onun hüquq və vəzifələrinə toxunub-toxunmadı ğına qərar verməlidir.

14. Kollegiya onu da qeyd edir ki, Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunlan şəxs qismində tanınması ilə bağlı qərardaddan şikayət verilməməsi apellyasiyanın mümkünlüyünün yoxlanılmasına mane olmur. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayəti nin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə yanlış olaraq nəticəyə gəlmişdir ki, müvafiq hüququ olmayan şəxsin şikayəti əsasında apellyasiya icraatı başlanmış olar ki, bu da apellyasiya baxışının mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, hüquqlarınımüdafiə etdiyim Maraqlı şəxs işdə iştirak etməyə cəlb edilməmişdir. Halbuki hazırda BakıAğır Cinayətlər Məhkəməsinin icraatında olan əlaqəli cinayət işi üzrə Maraqlı şəxs zərərçəkmiş qismində tanınmış və mübahisəsi gedən mənzilin ilkin alıcısı olması öz əksini tapmışdır.

17. Kassasiya şikayəti əsaslandırılarkən azərbaycan Respublikasının MPM-in 357.1 və 357.2-ci maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

20. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

21. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya i şə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

22. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

23. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 28. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

30. Hazırki kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kass asiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kollegiya bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin şəxsin maraqlarına toxunduğu qənaətinə gəlinməsi üçün müəyyən edilməli halları göstərməklə müvafiq əsaslandırma aparmış və dqüzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 33.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə hallara hüquqi qiymət verildiyində prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli, 2(103)2960/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar