Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1993/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X6 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, idiaçı İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1289/2023 nömrəli, 24 yanvar 2023-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin İnzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 23 oktyabr 2020-ci il tarixdən Cavabdehndə (bundan sonra – “cavabdeh” və ya “MMC”) pərakəndə satış departamentində kassir vəzifəsində işə qəbul edilmişdir.
2. Cavabdehin xx.xx.2021-ci il tarixli, N-/2863k nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Əmək Məcəlləsinin 72 -ci maddəsinin “F” bəndi) əsasən xitam verilmişdir.
3. Mübahisə həminəmrin qanuniliyi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv olunması, iddiaçının MMC-də pərakəndə satış depart amentində kassir vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. Bir müddət əvvəl, yəni xx.xx.2021-ci il tarixində iddiaçını əsassız bəhanə gətirərək işdən azad etmişlər.
6. İddiaçının işdən azad edilməyi barədə xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrdə qeyd edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçı işdə heç bir nöqsana yol verməmiş və nümunəvi işçi olmuşdur. İddiaçı qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır.
7. İddiaçı ilkin olaraq mübahisənin mediasiya prosesində həll edilməsi üçün mediasiya şürasına müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdehin nümayəndəsi iddiaçının işə bərpa edilməsi ilə bağlı razılığa gəlmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək mümkün olmamış və iddiaçıya ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayış verilmişdir.
8. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilmişdir. Lakin iddiaçı iş vaxtı ərzində inzibati xəta və ya cinayət törətməmişdir. İddiaçı tərəfindən inzibati xəta və ya cinayət törədilsəydi, barəsində ya inzibati protokol tərtib edilər və ya o, cinayət məsuliyyətinə cəlb edilərd i.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70, 72, 296 və 300-cü maddələrinə istinad etmişdir.
10. Cavabdehin nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - 12 oktyabr 2021-ci il tarixdə sistemdə **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartı ilə bağlı uyğunsuzluqlar, həmçinin müştərilərin şikayətləri əsasında müəyyən edilib ki, iddiaçı dəfələrlə həmin kartın istifadəsi ilə balı pozuntulara yol verərək, sözügedən kartı müştərilərin alış-verişində istifadə etmiş, nəticədə X7 adlı şəxsin kart hesabına bonus məbləğlərinin toplanmasına və həmin şəxs tərəfindən xərclənməsinə şərait yaradaraq, bilərəkdən müştərilərin və MMC-nin hüquqlarını kobud şəkildə pozmuşdur; - 14 oktyabr 2021-ci ildə həmkarlar komitəsi bu pozuntunu araşdıraraq, iddiaçı ilə bağlan mış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir; - 15 oktyabr 2021-ci ildə tarixdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72- ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir.
11. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. Ərizədə göstərilib ki, iddiaçı ilə əmək müqaviləsinə 15 oktyabr 2021-ci ildə xitam verilib, 26 oktyabr 2021-ci il tarixli məktubla iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı MMC-yə müvafiq ərizə ilə müraciət etmişdir. Mediasiya sessiyaları 29 noyabr 2021-ci il tarixli arayışla yekunlaşmışdır. İddiaçı hazırki tələblə 22 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət etməklə 1 aylıq müddəti ötürmüşdür.
12. Bakı şəhəri X ətai Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(011)2114/2022-ci il saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehin xx.xx.2021ci il tarixli, 2863K saylı əmrinin ləğv edilməsi, iddiaçının MMC-də pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdehdən 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Əminə Abbasova )
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən onunla bağlanmış əmək m üqaviləsinə xitam verilə bilər. Hazırkı mübahisədə isə iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi halı mövcud olmamışdır. Belə olan halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Odur ki, iddiaçının işdən azad olunmağı barədə əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətini tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edib ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə məktubu xx.xx.2021-ci il ta rixdə, əmək müqaviləsinə xitam verilməsi barədə əmri və əmək kitabçasını isə xx.xx.2021-ci il tarixdə almışdır. Daha sonra iddiaçı ilkin mediasiya sessiyasında iştirakla bağlı xx.xx.2021-ci il tarixli məktubla MMC-yə müraciət etmiş və xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixlərdə ilkin mediasiya sessiyaları keçirilmişdir. Hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən hesablanmalı, mediasiya prosesinin tətbiqi ilə əlaqədar müddətin axımı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırılmış hesab edilməlidir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müəyyən edilməlidir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə yuxarıda müəyyən edilmiş iddia müddətini ötürmədə n xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 72, 296, 300-cü, “Mediasiya haqqında” Qanunun 35.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayətinin dəlilləri:\ - xx.xx.2021-ci il tarixdə sistemdə **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartı ilə bağlı uyğunsuzluqlar nəticəsində, həmçinin müştərilərin şikayətləri əsasında müəyyən olunub ki, iddiaçı dəfələrlə həmin kartın istifadəsi ilə bağlı pozuntulara yol verərək, sözügedən kartı dəfələrlə müştərilənin alış-verişində istifadə etmiş, nəticədə X1 hesabına bonus məbləğlərin toplanmasına və həmin şəxs tərəfindən xərclənməsinə şərait yaradaraq, bilərəkdən müştərilərin və MMC-nin hüquqlarını kobudcasına pozmuşdur. Məhkəməyə təqdim edilmiş “Excell” faylda mövcud olan kart hərəkətindən görünür ki, kartın sahibi X3r və müxtəlif tarixlərdə dəfələrlə ayrı-ayrı müştərilərin alışverişində istifadə edilmişdir; - xx.xx.2021-ci il tarixində iddiaçı özü də bunu etiraf edərək, izahatında nişanlısı olan həmin şəxsin qohumları tərəfindən müxtəlif vaxtlarda bonus məbləğlər topladığını və xərclədiyini qeyd etmişdir. Kassirlərə bir müştərinin bonus kartından başqa müştərinin və ya öz xeyrinə istifadə edilməsinə yol verilməməsi, bonus kartı olmayan müştəriyə ilk növbədə kartının olub olmamasının soruşulması, müştəridə kart ol madığı halda isə yeni müştəri kartının verilməsinin təklif edilməsi qaydaları dəfələrlə izah edilmiş və işə başlamazdan əvvəl bütün işçilər bu barədə təlimatlandırılmışlar. Bu barədə iddiaçı işə qəbul olarkən MMC-nin İnsan Resursları əməkdaşları tərəfindən, habelə işə başlayarkən Şəki mağazasının müdiri Samir Babayev, müdir müavinləri, mağazanın əlaqəli digər personalları (xəzinədarlar, kassirlər), habelə müştəri xidmətləri tərəfindən təlimatlandırılmışdır. Həmin pozuntular öz növbəsində bir müştərinin qazanacağı bonus məbləğinin başqa bir müştərinin kartına daxil edilməsi, kartı olmayan müştərilərə kart açmayaraq, onların bonus məbləğlərinin kassirlərin öz kartlarına və ya öz yaxın qohumlarının, tanışlarının bonus kartlarına vurulması və sonradan istifadəsi kimi bir çox halları ehtiva e dir. Bu hallar bəzi şəxslərin (müştərilərin, kassirlərin və s.) əsassız varlanmasına, müştərilərin haqlı etirazlarına səbəb olaraq, onlara birbaşa olaraq maddi ziyan vurulmasına, müştərilərin cavabdehə inamının qırılmasına, cavabdehin işgüzar nüfuzuna zərər dəyməsinə, həmçinin müəssisənin iş ahənginin pozulmasına və nəticədə MMC-nin pərakəndə satış sektorunda nüfuzunun azalmasına səbəb olur; - bonusları başqa şəxslərin bonus kartlarına yüklənmiş müştərilər zaman-zaman bu halları aşkar etdikdə haqlı olaraq birbaşa cavabdehdən onlara dəymiş zərərin kompensasiya edilməsini, başqa sözlə, etdikləri alış-verişlərin məbləğlərinə uyğun bonusların onlara geri qaytarılmasını tələb edirlər. Müştərilərin tələbləri əsasında isə cavabdeh onlara dəymiş ziyanı kompensasiya edir. Beləliklə, kassirlərin etd iyi uyğunsuzluqlar yekunda cavabdehə həm maddi, həm də mənəvi ziyan dəyməsinə səbəb olur. Bununla da, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, habelə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir; - bundan başqa, iddiaçının müştəri bonuslarını bir bonus kartına toplaması və xərcləməsi halı özlüyündə inzibati xəta tərkibi yaratmaqdadır. Belə ki, bu hərəkətlə iddiaçı başqa müştərilərin bonus məbləğlərini mənimsəməklə xırda talama əməlinə yol vermişdir. Habelə, toplanmış bonuslardan kassirin sonradan istifadə imkanı istisna edilmirdi. Kassir əməkdaşlar başqa birinin adına rəsmiləşdirilməmiş kartları istən ilən birinin adına rəsmiləşdirə və bonuslardan istədiyi şəxsin xeyrinə, habelə öz xeyrinə istifadə edə bilər. Lakin cavabdeh işçilərin işdən çıxarılmasından əlavə, həm də inzibati məsuliyyətə cəlb edilməməsi üçün humanizm mövqeyindən çıxış edərək faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Göründüyü kimi iddiaçının MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur; - həmçinin iddiaçı 1 təqvim ayı müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixində əmək müqaviləsi ilə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixində 2863K nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı MMC-yə müraciət etmişdir. Həmin tarixlər arasında 9 gün müddət ötürü lmüşdür. Mediasiya sessiyası xx.xx.2021-ci il tarixində yekunlaşmışdır. İddiaçı isə xx.xx.2021-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin aralıqda isə iddiaçı 23 gün müddət ötürmüşdür. Toplamda isə 32 gün müddət keçmişdir ki, bununla da qanunla müəyyən edilmiş bir təqvim ayı müddəti ötürmüşdür; - iddiaçı bonus kartından istifadə ilə bağlı əmək funksiyasını kobud şəkildə pozduğu üçün işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Belə ki, kassir bonus kartındakı pulu mənimsəyərək, işəgötürənə əmək kollektivinə, habelə müştərilərə ziyan vuraraq, müştərilərin bonus kartlarına daxil olacaq vəsaitləri dəfələrlə mənimsəmişdir; - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Ancaq məhkəmə cavabdehin təqdim etdiyi CD diskdə olan sübutu tədqiq etməmiş, sübutun qəbul edilməsindən də imtina etməmişdir; - məhkəməyə **********072457 nömrəli “BazarstoreSuper Kart” bonus kartının hərəkəti ilə bağlı sübut (CD diskdə) təqdim edilmiş, iddiaçının yol verdiyi uyğunsuzluqlar həmin sübutda ətraflı təsvir olunmuşdu. Lakin bu sübut rayon məhkəməsi tərəfindən incələnməmiş, araşdırılmamışdır. Bu sübutun araşdırılması həyata keçirilsəydi, məhkəmə görərdi ki, iddiaçı tərəfindən həqiqətən də bonus məbləğləri mənimsənib və cavabdehə, o cümlədən müştərilərə maddi ziyan vurulub. - rayon məhkəməsi təqdim edilən sənədlərə (1093№-li ödəniş tapşırığı, iddia müddətinin tətbiqi ilə bağlı vəsatət və s.) kifayət qədər lazımi hüquqi qiymət verilməmişdir.
18. Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-ci il i tarixli, 2(103)-1289/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(011)-2114/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habel ə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
20. Cavabdehin əmrinin məzmununa əsasən iddiaçı tərəfindən iş yerində inzibati xətaya yol verildiyi üçün onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan pozuntuya yol verməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartından iddiaçının dəfələrlə istifadəsi ilə bağlı pozuntulara yol verməsi dəlilləri ilə bağlı qeyd edib ki, əvvəla iddiaçıya istinad olunan pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, is tehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.
22. İkincisi, iddiaçının yol verdiyi sözügedən pozuntu, yəni **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartından dəfələrlə istifadə etməsi işəgötürənin mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilməz. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Bu baxımdan, 2020-ci ildən MMC-də kassir kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.
23. Üçüncüsü, hazırki iş üzrə iddiaçının sözügedən kartı dəfələrlə müştərilərin alışverişində istifadə etməsi kimi hərəkəti ilə başqa müştərilərin bonus məbləğlərini mənimsəməklə xırda talama əməlinə yol verməsi ilə bağlı barəsində inzibati məsuliyyətə cəlb edilmə ilə əlaqədar müvafiq protokol və ya qərar olmadığı halda, cavabdeh əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” b əndinə əsaslanarkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini rəhbər tutmaqda haqlı olmamışdır. Belə ki, iş vaxtı ərzində işçinin bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi tərtib edilmiş müvafiq protokol və ya qəbul edilmiş müvafiq qərarla təsdiqlənir. Qanunvericinin tələbinə əsasən, yalnız bu halda, yəni, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi müvafiq protokol və ya qərarla öz təsdiqini tapdığı təqdirdə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, MMC öz işçiləri olan X8, X10, X9 və X4 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Akta və X5 MMC-nin Baş direktoru X13 ünvanla nmış xx.xx.2021-ci il tarixli xidməti məlumatına istinad edərək iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində özünun etirazında və apellyasiya şikayətində göstərdiyi kimi inzibati xətaya yol verməsi qənaətinə gəlməsi düzgün olmamışdır və buna görə birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi halı mövcud olmamışdır. Belə olan halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlill ərinə qiymət verərək hesab edib ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia müddətini ötürmədən xx.xx.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə müraciət etməsinə dair nəticəsi də düzgün olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakla bağlı xx.xx.2021-ci il tarixli məktubla MMC-yə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə ilkin mediasiya sessiyaları keçirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil Tofiq oğlu oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmas ını xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddia tələbi qismən təmin edildikdə, qanunvericiliyə əsasən məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə cavabdehdən tutulur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib və cavabdehdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsini qət etsə də, həmin rüsumun mütənasib hissədə tutulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bu barədə apellyasiya məhkəməsində bildirilsə də, apellyasiya instansiyası məhkəməsi bu halla bağlı araşdırma aparmamışdır; - birinci instansiya məhkəməsinin qətnaməsində yanlışlıq olmasına və bu barədə apellyasiya məhkəməsinin iclasında qeyd edilsə də, buna dair mövqe bildirilməmişdir. Belə ki, iddia ərizəsində cavabdeh tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli 2863K nömrəli əmrin ləğv edilməsi xahiş edilsə də, rayon məhkəməsi xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsini qət emişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmr mövcud deyil. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən tələblərin hansı hissədə təmin, hansı hissədə rədd edilməsi bilinmir. Bu barədə də apellyasiya instansiyası məhkəməsində fikir bildirmələrinə baxmayaraq, apellyasiya məhkəməsi buna aydınlıq gətirməyib; - iddiaçının MMC-yə məxsus bonus kartından dəfələrlə istifadə edərək, müəyyən məbləğlər toplayıb xərcləməsi özü-özlüyündə cavabdehə maddi ziyan vurmaqla bərabər, MMC-nin qanunla qorunan mənafelərində zərər dəymişdir. İddiaçı əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq mənimsəmə etmişdir və cavabdehin hüquqlarını pozmuşdur. İddiaçı bu faktı yazdığı ərizədə də etiraf edib. - məhkəmə cavabdehin təqdim etdiyi CD diskdə olan sübutu tədqiq etməmiş, sübutun qəbul edilməsindən də imtina etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (bənd ”ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71 (hissə 2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (bənd ”f”). İş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi - işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir Maddə
296. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququ nun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət ver mədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin əsası kimi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunsuz olmasına istinad etmişdir.
35. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
36. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallarından da görünür ki, iddiaçı barəsində inzibati məsuliyyətə cəlb edilmə ilə əlaqədar müvafiq protokol və ya qərar yoxdur, iddiaçı tərəfindən iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi halı da müəyyən edilməyib.
37. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə görə iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal işçi ilə əmək müqaviləsinə 72-ci maddənin “f” bəndinə görə xitam verilməsinin əsası kimi çıxış edir.
38. Göründüyü kimi, iddiaçı barəsin də inzibati məsuliyyətə cəlb edilmə ilə əlaqədar müvafiq protokol və ya qərar, onun tərəfindən iş yerində cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verilməsi halı müəyyən edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi də işin müəyyən edilmiş halları üzrə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin tələbi baxımından düzgün nəticəyə gəlib.
39. Həmçinin məhkəmə kollegiyası iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı sayır. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi işəgötürən tərəfindən işçiyə verilən intizam tənbehinin növlərini müəyyən edir və bu tənbeh növləri xarakterinə görə yüngüldən ağıra doğru təsnifləş dirilir. Həmin maddəyə görə əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən son və xarakterinə görə ən ağır tənbeh növü sayılır.
40. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə görə də işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Belə olan halda, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat olmaması barədə apellyasiya instansiyası məhkəməsini mövqeyi əsaslı olmuşdur.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 19-25-ci bəndlərində əks edilən hüquqi dəyərlən dirməsi ilə razılaşır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
42. Məhkəmə kollegiyası iddia tələbi qismən təmin edildikdə, qanunvericiliyə əsasən məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə cavabdehdən tutulmalı olması, buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, rüsumun mütənasib hissədə tutulmaması ilə bağlı kassasiya şikayətinin dəlilini əsaslı saymır. Çünki işdən görünür ki, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsinin ilk cümləsində iddianın qismən təmin edilməsini qeyd etsə də, iddia ərizəsində qeyd edilən tələblərin hamısını təmin etmişdir.
43. Birinci instansiya məhkəməsinin qətnaməsində yanlışlıq olmasına və bu barədə apellyasiya məhkəməsinin iclasında qeyd edilsə də, buna dair mövqe bildirilməməsi barədə dəlil də əsaslı sayıla bilməz. Çünki işdən görünən odur ki, nə apellyasiya şikayətində, nə də apellyasiya baxışında belə bir dəlil irəli sürülməyib ki, apellyasiya instansiyası məhkəməsi də ona qiymət verməmiş olsun. Bundan əlavə, qeyd edilən dəlil işin nəticəsi üçün hər hansı əhəmiyyət də kəsb etmir.
44. İddiaçının MMC-yə məxsus bonus kartından dəfələrlə istifadə edərək, müəyyən məbləğlər toplayıb xərcləməsinin özü-özlüyündə cavabdehə maddi ziyan vurması barədə dəlillər, eləcə də kassasiya şikayətinin digər dəlilləri iddiaya etirazın da dəlilləri olub, məhz həmin dəlillərə qiymət verməklə işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin ediblər. Buna görə də həmin dəlillərə əlavə qiymət verilməsinə zərurət yoxdur.
45. Məhkəmə kollegiyası qeyd ol unanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1289/2023 nömrəli, 24 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.