Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1993/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, əsassız varlanma, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1652/23 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 5 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 01 avqust 2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən anbar sahəsinin 450 kv metr ölçüdə olan hissəsini icarəçinin istifadəsinə verir, icarəçi isə sahəni qəbul edir və ondan istifadə edilməsinə görə icarəyə verənə müəyyən edilmiş haqq ödəyir.
2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz göstərmişdir ki, İddiaçıla 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haq qı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. Həmin il pandemiya olduğundan aylıq ödəniş edə bilməmiş, eyni zamanda material almaq üçün əlində pul olmadığından İddiaçı ayrıayrılıqda 3000 manat, 2000 manat, 2000 manat pul almışdır. Götürdüyü borc puldan ayrıayrılıqda 2000 manat, 1000 manat və 2 dəfə olmaqla 500 manat qaytarmışdır. Bundan əlavə İddiaçı evinin mətbəxinin qapaqlarını və sonuncuya iki ədəd masa yığmış, yataq otağını boyamışdır. Mətbəx qapılarının qiymətinin yadında olmadığını, masaları 800 manata yığdığını və yataq otağını isə 2700 manata boyadığını bildirmişdir. O, İddiaçı borcunun olmadığını, bütün borclarını əvəzləşdirdiyini bildirmişdir. Gördüyü işlərlə bağlı qeydlərini müstəntiqə təqdim edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansi ya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) məhkəmədə iddia qaldıraraq Cavabdeh (bundan sonra – cavabdeh) 16000 manat məbləğimdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2019-cu ilin may ayında ona müraciət edərək Səbail rayonu Badamdar qəsəbəsində yerləşən taxta sexini ilkin olaraq 2, 3 ay 600 manatdan olmaqla növbəti ayları isə 700 manatdan icarəyə götürməsi barədə şifahi razılığa gəlmişlər. Cavabdeh ardıcıl olaraq bir neçə ay icarə haqqı ödəməmişdir. Ondan icra haqqının ödənilməsini tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, müəyyən işləri var, maddi ziyana düşmüş, onları ödədikdən sonra icarə haqqını vaxtlıvaxtında ödəyəcəkdir. Cavabdeh ona bildirmişdir ki, ayrı- ayrı şəxslərdən faizə pul götürmüş, həmin pulları qaytara bilmir. Bu səbəbdən iddiaçıdan maddi köməklik edilməsini xahiş etmişdir. Cavabdehin sözlərinə inanaraq ilkin olaraq 4000 manat, 2000 manat, 1000 manat və əlavə olaraq 1000 manat mebel pulu vermişdir. Aralarında olan razılığa görə icarə haqqının müqabilində cavabdeh onun evinə mebel yığmalı idi. Sonradan dəfələrlə işi tələb etdikdə o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh mebeli rənglədiyi üçün onun borcundan 1500 manat çıxmışdır. Cavabdeh 18 ay ərzində hər ay 700 manat olmaqla ümumilikdə ona 12600 manat pul ödəməlidir. Bundan 1500 manat öz razılıqları ilə pulundan çıxmışdır. Cavabdeh əlavə olaraq 3 qapı və 2 stol yığmışdır. Bunların da materaiallarını özü almışdır. 3 qapı hər biri 300 manat olmaqla 900 man at, 2 stolun dəyəri hər biri 250 manat olmaqla cəmi 500 manat. Əlavə olaraq 1200 manat dəyərində işlər görmüşdür. Cavabdehin ona borclu olduğu 12.600 manat puldan 2600 manat çıxıldığı halda 10.000 manat borcu qalmışdır. Bundan əlavə cavabdeh ondan borc şəklində aldığı 8000 manat puldan cəmi 2000 manat pul qaytarmaqla 6000 manat əlavə borcu qalmışdır. Ümumilikdə cavabdehin ona 16.000 manat bocu var. Həmin borc ödənilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçıya borclu deyildir, gösrərilən məbləğlər material almaq üçün alınan pullardır. Onunla iddiaçı arasında digər hesablaşmalar olub, o iddiaçının evi üçün mebellər yığmışdır, bütün borcları əvəzləşdi rilmişdir. İddiaçı tərəf iddia tələbini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Səbail rayon polis idarəsində verdiyi izahatında isə o, pulun borclu olduğunu etiraf etməmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Sərxan Səmədzadə) 25 may 2023-cü il tarixli, 2(067)-507/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut və ya şahid təqdim etməmişdir. İddiaçı yalnız Səbail rayon polis idarəsində cavabdehin verdiyi izahatına istinad edərək, sonuncudan pul tələb etsə də, məhkəmə həmin izahatı mötəbər sübut hesab etmir. Həmin izahat natamam alınmış, xx.xx.2022-ci il tarixli izahatda Cavabdeh “Mən gördüyüm işləri kitabımda yazmışam, onları gətirə bilərəm” qeyd olunmasına baxmayaraq, araşdırmanı aparan müstəntiq buna önəm verməmiş və həmin tarixdə də, yəni xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də, məhkəmə təqdim olunmuş izahatı mötəbər hesab etmir və sübut növü kimi qəbul etməkdən imtina edir.
8. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə iddia rədd olunmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə lazımi qaydada araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçıla 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. İşlədiyi dövrdə icarə haqqının ödəməsini təstiq edən heç bir sənəd təqdim etməmişdir. Cavadeh şahid gətirəcəyini bildirsədə, dəfələ rlə məhkəmə iclaslarından yayınmışdır. Məhkəmə Bakı şəhərindən gələn şahid X1 izahatını almamışdır. Məhkəmə tərəflərin arasında bağlanmış icarə müqaviləsinə deyil, əsassız olaraq işə aid olmayan başqa müqaviləyə istinad edərək iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin qeyd etdiyi halların sübut edilməməsinə baxmayaraq, yalnız cavabdehin vəkilinin etibarnamə olmadan, cavabdehin iştirakı təmin edilmədən verdiyi izahatına və mötəbərliyi şübhə doğuran ifadələrinə əsaslanmaqla pulun cavabdeh tərəfindən qaytarılması qənaətinə gəlmişdir. Mübahisəli borcun məbləğinin cavabdehə aidiyyətinin belə müəyyən edilmədiyi halda, pulun verilməsinə dair hər hansı yazılı sübut olmadan yalnız şahid ifadələrinə əsaslanmaqla iddianın rədd edilməsi ümumilikdə prosessual qanunvericiliyin s übutetmə institutunun tələblərinə zidd olmaqla, yolverilməzdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1652/2023 nömrəli mülki iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 5700 (beş min yeddi yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma apararaq hazırkı iş üzrə yeganə və əsaslı sübut kimi Səbail Rayon Poli s İdarəsinin İstintaq Şöbəsinin “Cİnayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, qərarın mətnindən aydın olur ki, aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh öz izahatında göstərmişdir ki, iddiaçı ilə 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. Həmin il pandemiya olduğundan aylıq ödəniş edə bilməmiş, eyni zamanda material almaq üçün əlində pul olmadığından iddiaçıdan ayrıayrılıqda 3000 manat, 2000 manat, 2000 manat pul almışdır. Götürdüyü borc puldan ayrıayrılıqda 2000 manat, 1000 manat və 2 dəfə olmaqla 500 manat qaytarmışdır. Bundan əlavə İddiaçı evinin mətbəxinin qa paqlarını və sonuncuya iki ədəd masa yığmış, yataq otağını boyamışdır. Mətbəx qapılarının qiymətinin yadında olmadığını, masaları 800 manata yığdığını və yataq otağını isə 2700 manata boyadığını bildirmişdir. O, iddiaçıya borcunun olmadığını, bütün borclarını əvəzləşdirdiyini bildirmişdir.
14. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranan borcdan ödənilmiş və razılaşmaya uyğun silinmələr aşağıdakı şəkildədir. (2000 min manat cavabdehin qaytardığı borc, 1500 manat rəngsaz işi, 1200 manat əlavə işlər, 900 manat qapı və 500 manat stul olmaqla cəmi 6100 manat).
15. Məhkəmə araşdırması zamanı bundan əlavə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin həmin obyektdən 12 ay (2019-cu ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək) istifadə etməsini, bunun müq abilində cəmi 100 manat verildiyini bildirsə də, cavabdeh öz izahatında həmin obyektdən 11 ay, yəni sentyabr 2019-dan avqust 2020-ci ilədək istifadə etdiyini, 3 ay 600 manatdan ödəniş etdiyini, sonra isə işinin yaxşı getməməsi və pandemiya ilə bağlı ödəniş edə bilmədiyini bildirmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə sonda tərəflər arasındakı mövcud münasibətə aydınlıq gətirmək, bir daha özündə daxili inam yaratmaq məqsədilə məhkəmə iclas zalında tərəflərin iştirakı ilə təqdim edilmiş “diski” dinləmişdir.
17. Dinləmə zamanı tərəflərin hər ikisi səs və danışıqların onlara məxsus olduğunu bildirmiş və bunu mübahisələndirməmişlər. Dinləmə zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf mütəmadi olaraq cavabdehə zəng vuraraq borcunun qaytarılmasını tələ b etmiş, sonuncu da hər dəfə müxtəlif bəhanələr gətrməklə, yaxın vaxtlarda ödənişlər edəcəyini bildirmişdir.
18. Apellyasiya məhkəməsi işin obyektiv araşdırılması məqsədilə həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidin də dindirilməsini vacib hesab etmiş və bu məqsədlə X2 şahid qismində məhkəmə iclasında dindirilmişdir.
19. Şahid ifadə verərək cavabdehin çalışdığı sexdə işlədiyini, tərəflər arasında hər hansı pul məsələsindən məlumatsız olduğunu, lakin iddiaçının hərdən sexə gələrək onların çıxmasının tələb etməsini bildirmişdir. Həmin müddətdə iddiaçıya məxsus olan bir sıra mebel avadanlığının üzərində müəyyən təmizlik işləri gördüyünu, tərəflər arasında hər hansı borc münasibətindən isə məlumatsız olduğunu qeyd etdi.
20. Məhkəmə iş materiallarını əlaqəli şəkildə təhlil ed ərək yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus olan obyektdən 11 ay mütəmadi olaraq istifadə etmiş və icarə haqqı üzrə hər ay ödəməli olduğu 600 manatdan cəmi 3 ay (cəmi 1800 manat) ödəniş etmiş, qalan aylar üzrə ödənişi etməmişdir. Sadə riyazi qaydada hesablanma aparılsa cavabdehin iddiaçıya icarə haqqı olaraq 4800 manat borcunun qalması müəyyən edilir (11x600=6600-1800=4800).
21. Borc verilmiş pul üzrə araşdırma aparıldıqda isə hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasında israrlıdır. Mübahisənin bu hissəsində kollegiya həm iddia ərizəsində, həm “cinayət işinin rədd olunması barədə qərarda”, bununla bağlı tərəflərin vermiş olduğu izahatları əlaqəli və məcmu halda təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı borc ol araq cavabdehə 8000 manat verdiyini bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
22. Cavabdeh isə iddiaçıdan 7000 manat borc aldığını etiraf etməklə, həmin pulun tam olaraq qaytarıldığını bildirir, lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq bunu təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir.
23. Kollegiya ona görə də qeyd etmişdir ki, mübahisənin bu hissəsində tərəflər arasında yaranmış borc cavabdehin etirafı və iddiaçının iddia ərizəsində qeyd olunanlara əsasən hesablanmalı və iddia ərizəsində, izahatlarda, o cümlədən cavabdehin etirafında və “cinayət işinin rədd olunması barədə qərarda” qeyd olunanlar əlaqəli şəkildə qiymətləndirilməlidir.
24. Apellyasiya məhkəməsi göstərilən araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranan borcdan ödənilmiş və razılaşmaya uyğun silinmələr aşağıdakı şəkildədir. (2000 manat cavabdehin qaytardığı borc, 1500 rəngsaz işi, 1200 manat əlavə işlər, 900 manat qapı və 500 manat stul olmaqla cəmi 6100 manat).
25. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan borc məbləğinin (cavabdehin etirafına əsasən 7000 min manat) + (8 aylıq ödənilməmiş icarə haqqı 4800 manat) cəmi 11800 manat olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından hazırkı halda iddia tələbi öz təsdiqini tapdığı hissədə (11800 manat-6100 manat = 5700 manat) təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Hazırkı halda iddia tələbinin qismən təmin edilməsi üçün qa nunla müəyyən edilmiş əsaslar mövcud olduğu halda, birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissədə ləğv olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 560.1 və 1091-ci, MPM-in, 9, 88, 217.1 və 217.3-cü maddələri pozulmuşdur. Apellyasiya məhkəmə baxışında cavabdehin iddiaçıya ziyan vurmaq məqsədilə sexi icarəyə götürüb işlətməsi sübuta yetməmişdir. Tərəflər arasındakı öhdəliklər şifahi razılıq əsasında olmuşdur. 7000 manat pulu cavabdeh öz şəxsi işlərinin görülməsi üçün mal-material almaq üçün vermişdir, pulu ona borc kimi verməmişdir. Həmin pulla cavabdeh material alaraq iddiaçının göstərişi ilə onun şəxsi işlərini görsə də, iddiaçı onun işlədiyi işin zəhmət haqqını belə ödəməmişdir. Belə olan halda hansı varlanmadan danışmaq olar. Əsassız varlanma məhkəmədə sübuta yetirilməmişdir. Əksinə iddiaçı əsassız və sübutsuz olaraq cavabdehdən pul tələb etməklə varlanmaq istəyir. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən məhkəmə prosessual hüquq normalarına əməl etməmiş, onun qəbul etdiyi qərar işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. İddiaçı tərəfdən təqdim edilmiş sübutlar nəzərə alınmamış, yalnız cavabdehin dəlilləri əsasında qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkən in, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
36. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın qismən təmin edilən hissəsində mübahisələ ndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzif əsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki halları nı ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1652/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.