Məhkəmə qərarları › İş №2(102)-1994/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1994/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1994/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1307/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağ ıdakıları müəyyən etmişlər:

2. Cavabdeh təşkilatın (Cavabdeh) əməkdaşının səhlənkarlığı iddiaçının qızının, baldızının və baldızı qızının ölümünə səbəb olmuşdur;

3. Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/2018 nömrəli 22 may 2018-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət ed ərək, azyaşlı qızı X2, baldızı X5 və baldızının 2 yaşlı uşağı X3 faciəvi şəkildə ölmələri ilə bağlı 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 330 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı qızını, baldızın və baldızı qızını faciəvi surətdə itirmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh qurumun məsuliyyətsiz, işlərinə səhlənkar yanaşan əməkdaşlarının səhvi nəticəsində iddiaçı bu ağrı-acını yaşamışdır. Təqsirləndirilən şəxs X1 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada ye rinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, bir nəfər şəxsin isə sağlamlığına yüngül zərər yetirilməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X15 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisinin-Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir. Baş vermiş cinayət hadisəsi 12 yaşlı azyaşlı qızının, baldızının və baldızının 2 yaşında olan uşağının faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlə r ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-7415/2023 nömrəli iş üzrə 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həsənova Aygün) iddia tələbi qismən təmin edilərək, iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq cavabdehdən 30.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 manatının onun özünə aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçının qızı, baldızı və sonuncunun qızının vəfatında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə artıq müəyyən edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının övladının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

9. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının qızının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, qızının ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

11. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkə n işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab etmişdir.

12. Məhkəmə iddia tələbinin iddiaçının baldızının və baldızının qızının ölmələri ilə bağlı mənəvi ziyana görə kompensasiyanın ödənilməsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının baldızı və sonuncunun qızı ilə mənəvi bağlılıqları, onların birlikdə yaşaması və sonuncuların ölməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi kimi hallar iddiaçı tərəfindən əsaslandırılmamış və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçının baldızının və baldızının qızının ölmələri ilə bağlı mənəvi ziyan a görə kompensasiyanın ödənilməsinə münasibətdə rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 14.2, 77.1, 82.4 və 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

16. İddiaçı apellyasiya şikayətində, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, m əhkəmə iddiaçının baldızı ilə bacı münasibətində olmasını lazımi qədər düzgün qiymətləndirməmişdir. O qeyd etmişdir ki, onun həm qızının, həm baldızının, həm də baldızı qızının faciəvi surətdə ölməsinə görə mənəvi ziyanı tələb etmək hüququ vardır. Məhkəmə bu hüquq normasını düzgün qiymətləndirməmiş və yanlışlığa yol vermişdir.

18. Cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixində Zaqatala şəhərində iddiaçının qızının, baldızının və baldızının azyaşlı qızının dəm qazından boğulub ölmə hadisəsinin üzərindən 6 ildən artıq müddət keçmişdir. Bu fakt da belə qənaətə gəlməyə əsas verir ki, iddiaç ı qızının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressinin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və eyni də qala bilməzdi. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ailə üzvü və yaxınları (əri, qayını, qayınanası) apellyasiya şikayətlərində (digər işlər üzrə) 6 il öncə baş vermiş ölüm hadisəsinin əsl səbəbkarının X5 olmuş olduğunu qeyd etmişlər, lakin bununla belə iddiaçının ailə üzvü olan əri, yaxınları olan qayını və qayınanası qanunvericiliyinin onlara verdiyi imkanlardan sui-istifadə edərək bu halı maddi qazanc əldə etməyə yönəltmişlər, ölmüş yaxınlarının sayəsində də kifayət qədər maddi qazanc əldə etmişlər. Xətai Rayon Məhkəməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının qayınanası Yekibaşova Aşurey Ramazan qızının, iddiaçını n qayını X6 və iddiaçının əri X4 ayrı-ayrılıqda mənəvi zərərə görə Cavabdeh İB-dən məhkəmə qərarları əsasında müvafiq olaraq 70.000, 50.000 və 60.000 manat məbləğində təzminat almış olduqlarını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1307/2024 nömrəli 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 30.000 manat məbləğində pul vəsaitinin və 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun 150 manatının onun özünə aid edilməsi qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı prosessual normaların tətbiq olunmasında səhvə yol vermişdir.

22. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmədə hazırlanması yekunlaşdıqdan sonra baxış iclası təyin edilsə də, cavabdehə növbəti prosesin vaxtı və yeri haqqında məlumatlandırılmasına dair hər hansı məhkəmə bildirişi göndərilməmiş, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin iştirakı qanunvericiliyin tələblərinin ziddinə olaraq təmin ed ilməmişdir.

23. Hazırki iş üzrə cavabdeh öz hüquq və mənafelərini müdafiə etmək imkanından məhrum edilmiş, qanunvericiliyin ona verdiyi hüquqlarından lazımi qaydada istifadə edə bilməmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hal Mülki Prosessual Məcəllənin tələbləri baxımından apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunması üçün əsas olmuşdur.

25. Apellyasiya instansiya məhkəməsi cavabdehin “iddianın əsassız olması”na dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğ ödənilməlidir.

26. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qızını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəs aiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

27. Lakin məhkəmə kollegiyası iddia tələbinin iddiaçının baldızının və baldızının qızının ölmələri ilə bağlı mənəvi ziyana görə kompensasiyanın ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının baldızı və sonuncunun qızı ilə mənəvi bağlılıqları, onların birlikdə yaşaması və sonuncuların ölməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi kimi hallar iddiaçı tərəfindən əsaslandırılmamış və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından da görünür ki, iddiaçının qayınanası Yekibaşova Aşurey Ramazan qızı da öz q ızı və nəvəsinin ölümünə görə hazırki iş üzrə cavabdeh qarşı mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona dəymiş mənəvi ziyana görə 70.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir.

29. O cümlədən, hazırki iş üzrə iddiaçının qayını X9 da öz qızı X3 ölümünə görə hazırki iş üzrə cavabdehə qarşı mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona dəymiş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir və sözügedən qətnamə kassasiya instansiya sı məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır.

30. Həmçinin, hazırki iş üzrə iddiaçının əri X7 öz qızı, bacısı və bacısı qızının ölümünə görə hazırki iş üzrə cavabdehə qarşı mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona dəymiş mənəvi ziyana görə 60.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, artıq eyni hadisə ilə bağlı dünyasını dəyişmiş şəxslərin müxtəlif dərəcədən olan ailə üzvləri tərəfindən cavabdehə qarşı iddia tələbləri olmuş və həmin iddia tələblərinin nəticəsində artıq kifayət qədər məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif qətnamələrdə qət edilmişdir. Hazırki iddia tələbinin də tam həcmdə təmin edilməsi artıq cavabdehin mənafeləri baxımından ədalətli mövqe olmaz və onun üzərinə həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnə bilər.

32. Məhkəmə kollegiyası hazırda işin bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 30.000 manat məbləğində qiymətləndirilməsi barədə mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından ədalətli hesab etmiş və qətnamənin tutulan məbləğin miqdarı ilə bağlı dəyişdirilməsinə hər hansı əsas görməmişdir.

33. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1,21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli və “Mənəvi zərə rin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin “X2 ölümü ilə əlaqədar mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçı ödənilməsi” hissəsində dəyişdirilməsini, iddiaçının qızının ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini kif ayət qədər əsaslandıra bilməmiş, iş materiallarını ətraflı tədqiq etməmiş, işin konkret və diqqətəlayiq hallarını nəzərə almamış, iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini də ağlabatan və ədalətli müəyyən etməmişdir. İddiaçının qızının ölümü məhz baldızının kirayə yaşadığı evdə qaz təchizatı ilə bağlı qanunsuz davranışı nəticəsində baş verdiyini və müxtəlif dərəcədən olan qohumlarının ayrı-ayrı vaxtlarda Cavabdeh İB-dən məhkəmə qərarları əsasında 70.000, 60.000 və 50.000 manat məbləğində təzminat almışlar. İddiaçının təkcə qızının ölümü ilə əlaqədar ona mənəvi zərərin əvəzinə görə apellyasiya məhkəməsi tərəfindən müəyyənləşdirilən 30.000 manat məbləğində kompensasiya məbləği iqtisadi qiymətləndirmə baxımından cavabdeh “Azəriqaz“ İB-nın mənafeyi üçün ağlabatan və ədalətli hesab olunmur. 3

6. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vu rulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

43. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

44. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlü kəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edə rkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan mə hkəmə tərəfindən həll edilməlidir.

54. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının qızının ölümü nəticəsində çəkdiyi mənəvi zərərə görə cavabdeh təşkilatdan 30.000 manat məbləğində təzminat tutulması ədalətlidir.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predme tini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1307/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar