Məhkəmə qərarları › İş №2(102)-1995/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1995/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1995/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Murad oğluna qarşı, iddiaçı Cavabdeh İddiaçı qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam ver ilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası, birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-209/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırkı iş üzrə iddiaçı və cavabdeh keçmiş ər-arvaddır.

2. İddiaçı Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə geyim əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. Cavabdeh da öz növbəsində İddiaçı qarşı iddia irəli sürərək, İddiaçı məxsus olan həmin mənzilin ½ hissəsinə düşən gəlirin cavabde hdən tutularaq ona ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə geyim əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil ona mərhum dayısından miras qalıb. Belə ki, o qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzili öz adına rəsmiləşdirmiş və həmin mənzil üzərində öz hüquqlarını dövlət qeydiyyatından keçirib adına çıxarış almışdır. O Cavabdehlə rəsmi nikahda olub ailə qurmuşdur. Məhkəmə qərarı ilə nikahları pozulmuş və iki uşağı onun himayəsindədir. Hazırda cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında olmasını və yaşamasını istəmir. Cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxması barədə Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, həmin İdarədən ona xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini və əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus olan ünvan 3 ü nvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlirin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən birinci tərəf İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsini aralarında olan razılaşmaya əsasən ikinci tərəfə yəni, Cavabdeh verməyi öhdəsinə götürmüş və bildirmişdir ki, gələcəkdə mənzilə dair alqı-satqı və istənilən formada özgəninkiləşdirmə olarsa və ya Cavabdeh ilə nikah pozularsa, mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh ödəniləcəkdir. Cavabdeh isə İddiaçı öhdəlik müqaviləs ində göstərilən öhdəliyini icra etməsinə dair gələcəkdə heç bir maneə yaratmamağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-642 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsini tərəflər məhkəmə qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında iddiaçı hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 4M-642 reyestr nömrəli öhdəlik müqaviləsinə hüquqi qiymət verilmiş və qeyd edilmişdir ki, “... tərəflərin məhkəməyə bildirdiklərinə əsasən, arvada (iddiaçının) məxsus daşınmaz əmlakın birgə nikah dövründə əsaslı tərəf olması nəticəsində bağlanmış olan bu müqavilə mahiyyət etibarı ilə ər-arvadın hər birinin əmlakı na paylı mülkiyyət rejimi tətbiq edən, həmçinin nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirən nikah müqaviləsidir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən iddiaçı Cavabdeh nikah pozularsa mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Belə olan halda, cavabdehə mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ½ hissəsinə düşən gəlir barədə müddəanın Mülki Məcəllənin 404-c ü maddəsi baxımından təfsir edilməsi müvafiq iddiaya baxan məhkəmənin səlahiyyətinə aid məsələdir”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)1099/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 15 oktyabr 2002-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində bağlanılmış nikah pozulmuşdur. Bakı İnzibati Məhkəməsinə müraciətinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4007/2023 saylı, xx.xx.2023-cü il və xx.xx.2020-ci il tarixli qərarı ilə “Öhdəlik müqaviləsi”nə əsasən ünvan 4 ünvanında yerləşən 16 saylı mənzilin müəyyən edilən ½ hissədə payın onun adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ali Məhkəmə xx.xx.2020-ci il tarixli müqaviləni nikah müqaviləsi kimi qiymətləndirmiş və həmin müqavilədə nəzərdə tutulan mənzilin ½ hissəsinə düşən gəliri üçüncü şəxs İddiaçı tələb etmək hüququnun olmasını təsbit etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(004)3146/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin ½ hissəsinə düşən gəlirin tutulması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3146/2023 saylı mülki işlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3137/2023 (hazırkı nömrəsi 2(004)-64/2024) saylı mülki işin birgə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 birləşdirilmiş i ddia ərizəsinə dair məhkəməyə etirazla müraciət edərək etirazında göstərmişdir ki, iddia ərizəsini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Belə ki, Mülki Prosessual Məcəllənin 112.4-cü maddəsi tələb edir ki, iddianın qiyməti iddiaçı tərəfindən göstərilsin. İddiaçı tərəfindən iddianın qiyməti göstərilməmişdir. Bu hal iddianın rədd edilməsi üçün əsas verir, belə ki, iddia qiymətinin iddia ərizəsində göstərilməsi MPM-nin imperativ tələbidir və qiyməti göstərilməyən iddia buna görə də rədd edilməlidir. Hazırkı mübahisə ailə münasibətlərindən doğan mübahisədir, belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi iddianın əsasını təşkil etmiş müqaviləni nikah müqaviləsi qismində qiymətləndirmişdir. Azərbaycan Respublikasının "Mediasiya haqqında" qanununun 3.2-ci maddəsinə əsasən ailə mün asibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı ilkin mediasiya sessiyasının təşkil edilməsi məqsədi ilə nə cavabdehə, nə də hər hansı bir mediasiya qurumuna müraciət etməmişdir. Bu baxımdan qeyd edilən iddia rədd edilməlidir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/210/7184-9/7269 nömrəli ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 156000 manat (2563x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 207000 manat (2563x81) məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, əslində onlar ikinci iddia təmin ediləcəyi halda, birinci iddianın da təmin edilməsinə etiraz etmirlər. Qeyd etmişlər ki, hər iki iddia təmin edil ərsə, eyni vaxtda icra edilməlidir. İkinci iddia təmin edilməyəcəyi halda, birinci iddianın da təmin edilməsinə etiraz edirlər. Hesab etmişlər ki, 207000 manat evin real bazar dəyərinə uyğundur. Onlar həmin qiymətlə razıdırlar.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) hər iki iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə ilk öncə qeyd etmişdir ki, mübahisəli mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Baxmayaraq ki, tərəflər arasında nikah 2002-ci ildə bağlanmışdır, belə qəbul edilir ki, tərəflər həmin mənzilə mənzil İddiaçı dayısı tərəfindən bağışlandıqdan sonra, yəni 2011-ci ildə köçmüşlər.

13. Məhkəmə Cavabdeh mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi barədə birinci iddia tələ bi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında olan hüquq münasibətləri 2011-ci ildə yaranmışdır.

14. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələblərinə baxılarkən 2009cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Mənzil Məcəlləsinin müddəalarına istinad olunmalıdır. Odur ki, Cavabdeh həmin mənzilə istifadə hüququnun yaranıbyaranmaması və bundan irəli gələn digər məsələlərə 2009-cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı müddəalar şamil olunacaqdır.

15. Həmin maddələr nəzərə alınmaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh mübahisəli mənzilə mənzil mülkiyyətçisinin həyat yoldaşı kimi 2011-ci il də istifadə hüququ yaranmışdır. Lakin tərəflər arasında 2021-ci ildə nikah münasibətlərinə xitam verildiyindən və keçmiş ailə üzvü ilə mülkiyyətçi arasında həmin mənzilə istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmadığından, keçmiş ailə üzvü olan Cavabdeh istifadə hüququ saxlanılmamalıdır.

16. Odur ki, birinci iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və o, geyim əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır.

17. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinə isə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli Öhdəlik müqaviləsi hazırda qüvvədədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2 86/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə həmin müqavilənin etibarsız olmadığı öz təsdiqini tapmışdır. Öhdəlik müqaviləsinə nəzər yetirdikdə görmək olur ki, həmin müqavilə şərtlə bağlanmış müqavilədir. Tərəflər arasında bağlanmış həmin müqavilənin şərtindən müəyyən olunur ki, iddiaçı nikahın pozulması barədə pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlirin İddiaçı tərəfindən Cavabdeh verilməsi öhdəliyi tərəflər arasında nikahın pozulması şərtindən asılı edilmişdir.

18. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh arasında ba ğlanmış nikah pozulduğundan, yəni öhdəliyin asılı edildiyi şərt baş verdiyindən müqavilədə də qeyd edildiyi kimi ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsinə düşən gəlir İddiaçı tərəfindən Cavabdeh verilməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə gəlinən nəticə də belə olmuş və qərarda Cavabdeh mübahisəli mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin Qərar hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir.

20. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilə bağlanan zaman tərəflərin həqiqi iradə ifadəsinin mənası nəzərə alınaraq müqavilədə qeyd edilmiş mənzilin ½ hissəsinə düşən gəlir ifadəsi mənzildən əl də edilən qazanc mənasında deyil, onun dəyəri kimi başa düşülməlidir.

21. Məhkəmə həmçinin Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması ilə 103500 (yüz üç min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsinin eyni vaxtda icra olunmasını zəruri hesab etmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas Mülki Məcəlləsinin 157.4, 157.8, 158.2, 158.4-cü maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1,30.4-cü maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı Vasiyevnanın mülkiyyət hüquqlarının şərtsiz qaydada h ər hansı digər bir tələbin icrasından asılı olmayaraq bərpa olunması və Cavabdeh İddiaçı mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsində istifadə hüququna xitamın dərhal icraya yönəldilməsi barədə qərar verilməsi, Cavabdeh İddiaçı qarşı Öhdəlik müqaviləsi ilə nəzərdə tutulmuş pul tələbinin həmin tələbin yaranmasına əsas olan şərtin qeyri-qanuni və etibarsız olması və Cavabdeh tərəfindən həmin şərtin əmələ gəlməsinə aktiv köməklik vermədiyi səbəbi ilə baş verməmiş hesab olunması əsasları ilə rədd edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddia ərizəsi MPM-in 112-ci maddəsinin pozuntusu ilə verilmişdir. Belə ki, iddia ərizəsində qarşı tərəf tərəfindən iddia qiyməti müəyyən edilməmişdir. Buna baxm ayaraq, məhkəmə iddia ərizəsini icraata qəbul edərək iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun ödənilməsinin təmin edilməsi vəzifəsindən yayınmış və bu hərəkəti ilə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanununun 6.1-ci maddəsini pozmuşdur, belə ki, həmin maddəyə görə “dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar”. Beləliklə, məhkəmə iş üzrə dövlət rüsumunun tutulması barədə vəzifə borcunun yerinə yetirilməsindən bilərəkdən niyyətli şəkildə yayınmışdır. MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi ilə birlikdə “müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə” iddia qeyri-mümkün hesab e dilməlidir və onun icraata qəbulu qeyri-qanuni olmuşdur, buna görə də icraata xitam verilməlidir, lakin bu vəsatətə məhkəmə tərəfindən heç bir reaksiya verilməmişdir. Bundan əlavə iddia ərizəsi MPM-in 259.0.1 maddəsi əsasında da qeyri-mümkün hesab edilməli idi, belə ki, tərəflər arasında imzalanmış “Öhdəlik müqaviləsinin” Ali Məhkəmə tərəfindən (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)–286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı) “nikah müqaviləsi” hesab edildiyinə və qanunla nikah münasibətləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin məcburi olduğuna baxmayaraq, məhkəmə bu xüsusatı da nəzərə almaqdan imtina etmiş, bununla da MPM-in 259.0.1-ci maddəsinin kobud pozuntusunu törətmişdir. Belə ki, həmin maddəyə görə “məhkəməyə müraciət e tmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün (nikah münasibətləri ilə bağlı işlər həmin kateqoriyalardan olan işlərə aiddir) qanunla müəyyən edilmiş qaydaya (mediasiya prosesinin tətbiqi) əməl etməmişsə iddia ərizəsi icraata qəbul edilə bilməz. İddiaçı mediasiya prosesinə başlamadığı üçün MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəmə iddianı icraata qəbul etmiş, sonradan da icraata xitam verməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/54xx-xx/5211 nömrəli ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində gös tərilənlərə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 155.500 manat (2550x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 206.500 manat (2550x81) məbləğində müəyyən edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-209/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev-sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Cəmilə Mus ayeva) apellyasiya şikayəti qismən təmin edilərək qətnamə cavabdeh İddiaçı tutulmalı olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlirin müəyyən edilmiş məbləğinə və rüsuma aid hissədə dəyişdirilmiş, cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzilin ½ hissəsinə düşən gəlir, yəni 103250 (yüz üç min iki yüz əlli) manat məbləğində pul vəsaiti (206500:2=103250) cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 393,25 (üç yüz doxsan üç manat iyirmi beş qəpik) manat dövlət rüsumunun İddiaçı tutularaq onun 100 (yüz) ma natı Cavabdeh, qalan 293,25 (iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat məbləğ isə Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsi üzrə məhkəmə mübahisələri olmuş, istər həmin müqavilənin etibarlılığına, istərsə də hüquqi xarakter və doğura biləcəyi nəticələrə dair qanuni qüvvəsini almış məhkəmə aktlar qəbul edilmişdir.

28. Belə ki, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X1 və Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh isə İddiaçı qarşı “Bakı şəhəri, Yasamal ray onu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında yerləşən 16 saylı mənzildəki payının naturada ayrılması və bu mümkün olmadıqda isə ona kompensasiya ödənilməsi, kompensasiya ödənilmədiyi təqdirdə mənzilin hərracda satılması və satışdan əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmin mülki işlə əlaqədar olaraq yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X1 və Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5925/2022 saylı, 08 sentyabr 20 22-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı ilkin iddia tələbi və Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

29. Həmin iş üzrə sözügedən öhdəlik müqaviləsini etibarlı əqd hesab edən Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən arvada (iddiaçının) məxsus daşınmaz əmlakın birgə nikah dövründə əsaslı təmir olunması nəticəsində bağlanmış olan bu müqavilə mahiyyət etibarı ilə ər-arvadın hər birinin əmlakına paylı mülkiyyət rejimi tətbiq edən, həmçinin nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyy ənləşdirən nikah müqaviləsidir.”

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin mövqeyindən də göründüyü kimi, sözügedən öhdəlik müqaviləsinin etibarsız hesab olunması üçün hər hansı əsaslar müəyyən edilməmiş, həmin əqdin hüquqi təbiət etibarilə nikah müqaviləsi olması və tərəflər üçün həmin müqavilədən irəli gələn öhdəliklər yaratmasını təsbit etmişdir.

31. O cümlədən məhkəmə həmin qərarında Cavabdeh sözügedən müqaviləyə istinad edərək mübahisəli mənzil üzərində payların ayrılması ilə bağlı iddiasına münasibətdə qeyd etmişdir ki, “tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən iddiaçı Cavabdeh ilə nikahları pozularsa mənzilin ½ hissəsinə düşən gəliri Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı nikahın pozulması barə də pozitiv şərt baş verdikdə mənzilin ½ hissəsini pay şəklində deyil, mənzilin ½ hissəsinə düşən gəliri cavabdehə verməyi öhdəsinə götürmüşdür. Belə olan halda, cavabdehə mənzilin ½ hissəsinə düşən gəliri tələb etmək barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin ½ hissəsinə düşən gəlir barədə müddəanın Mülki Məcəllənin 404-cü maddəsi baxımından təfsir edilməsi isə müvafiq iddiaya baxan məhkəmənin səlahiyyətinə aid məsələdir”

32. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, göründüyü kimi Cavabdeh müqaviləyə əsasən mənzil üzərində payların ayrılmasına dair iddiasına münasibətdə işə baxan məhkəmə həmin müqavilənin mənzilin özü üzərində deyil, onun ½ hissəsinə düşən gəlir üzərində hüquqlarının mövcudluğunu təsbit etmiş və şəxsin məhz həmin gəl iri tələb etmək barədə iddia qaldırmasının məqsədəuyğun olduğunu müəyyən etmişdir. Hazırkı iş üzrə də birləşdirilmiş iddia üzrə iddiaçının tələbinin əsasını da məhz bu təşkil edir.

33. Məhkəmə kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanılan sözügedən müqavilənin məzmununa, o cümlədən onlar arasında əvvəllər mövcud olmuş nikah münasibətlərinə və ümumilikdə nikah müqaviləsi anlayışının özündə ehtiva etdiyi xüsusiyyətlərə əsasən “mənzilin ½ hissəsinə düşən gəlir” dedikdə mübahisəli mənzilin dəyər ölçüsü əsas götürülməli, həmin dəyərin nə qədər təşkil etməsi müəyyənləşdirilməklə ½ hissədə məbləğ təyin olunmalıdır.

34. Birinci instansiya məhkəməsi tərəfindən mənzilin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin olunmuş və müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, təd qiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 156000 manat (2563x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 207000 manat (2563x81) məbləğində müəyyən edilmişdir.

35. Lakin, məhkəmə kollegiyası işin halları və mübahisənin xarakterini nəzərə alaraq təkrar qiymətləndirmənin keçirilməsini zəruri hesab etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx. xx.2024-cü il tarixli 9/54xx-xx/5211 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan mənzilin ümumi sahəsinin 61 kv.m təşkil etdiyi nəzərə alındıqda, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 155.500 manat (2550x61), həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alındıqda isə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə yerləşən 15 saylı evin 16 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 206.500 manat (2550x81) məbləğində müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert tədqiqatı nəticəsində mübahisəli mənzili n dəyəri ilə bağlı iki müxtəlif qiymət göstərilmişdir. Lakin məhkəmə işin hallarına əsasən, mübahisəli mənzildə əlavə yaxşılaşdırmaların edilməsi nəticəsində onun faktiki ölçülərinin artmasını və bu artımın mənzilin bazar qiymətinə də obyektiv olaraq təsir etdiyini, o cümlədən sözügedən rəyin iş üzrə sübut kimi qiymətləndirilməsini istisna edən halın və ya əks arqumentin olmamasını nəzərə alaraq hissədə bölünməli olan “gəlir”in məbləğini 206.500 manat həcmində müəyyən etmişdir.

37. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müqavilənin şərtləri baxımından həmin mənzilin faktiki sahəsinin 81 kv.m təşkil etdiyi nəzərə alınmaqla ekspertiza tərəfindən müəyyən edilmiş mənzilin hazırki dövr üçün bazar dəyərinin yarısı, yəni 103500 manat (206500: 2=103250) məbləğində pul vəsaiti birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tutularaq birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ödənilməlidir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunan tələblərin eyni vaxtda icrasının əsassız olmasına dair hissəsinə münasibətdə isə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə edərək eyni zamanda evin dəyərindən ½ hissəsini əldə etməsi qətnamənin icrası və nail olmağı nəzərdə tutduğu məqsəd baxımından uyğun olmadığından Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması ilə 103.250 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsinin eyni vaxtda icra olunması məqsədəmüvafiqdir.

40. Məhkəmə kollegiyası apellyatorun birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən verilən iddia ərizəsinin ailə münasibətlərindən irəli gəlməsinə baxmayaraq, bundan öncə mediasiya prosesi üçün müraciət etməməsi və buna görə də iş üzrə icraata xitam verilməli olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsi məqsədilə apellyasiya baxışı zamanı kollegiya tərəfindən iş üzrə tərəflərə mübahisənin mediasiya vasitəsi ilə həll olunması təklif olunmuş, hətta birləşdirilmiş iş üzrə iddiaçı özü də bu təkliflə çıxış edərək hazırki prosesin dayanmas ı, iddiaçının bildirdiyi kimi mediasiyada iştirakın təmin edilməsini təklif etmiş, lakin birinci iddia üzrə iddiaçı buna razı olmadığını bildirmiş və bu qeyd məhkəmə protokolunda da öz əksini tapmışdır.

41. Məhkəmə kollegiyası birləşdirilmiş iddia üzrə iddiaçıdan dövlət rüsumunun düzgün tutulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı istər öz apellyasiya şikayətinin dəlillərində, istərsə də birinci instansiya məhkəməsində verdiyi iş üzrə icraata xitam verilməsi barədə vəsatətdə birləşdirilmiş iddia üzrə iddiaçının iddia ərizəsini verərkən qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəməməsini əsas gətirmişdir.

42. Göstərilən dəlilə və vəsatətə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işdə də birləşdirilmiş iddia üzrə iddiaçı məhkəməyə iddia verərkən mübahisəli mənzilin ½ hissəsinə düşən dəyərin ödənilməsi tələbini irəli sürmüş və həmin vaxt mənzilin dəyərini konkret olaraq müəyyənləşdirmək imkanı olmamışdır. Qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən də məhkəmənin bu cür hallarda işin gedişatına əsasən sonradan rüsumun kəsirinin iş həll olunarkən müəyyən edilmiş iddia qi ymətinə müvafiq olaraq tutmaq səlahiyyəti qeyd edilmişdir.

44. Tutulacaq rüsumun məbləğinə gəldikdə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda ödənilməli rüsumun miqdarı 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil etməlidir.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarına əsasən yuxarıda da göstərildiyi kimi birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh iddiası mübahisəli mənzilin ½ hissəsinə düşən gəlirin tutulması ilə bağlı olduğundan və hazırki qətnamə ilə onun xeyrinə tutulmalı olan məbləğ 103250 manat təşkil etdiyindən, qeyd edilən hesablamaya əsasən onun tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 393.25 manat olmuşdur. Bu zaman məhkəmə həmin dövlət r üsumunun tutulması ilə bağlı məsələni hazırki qətnamənin qəbulu zamanı həll etməyə haqlıdır.

46. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Qeyd edilənlərə əsasən məlum olur ki, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi verərkən onun tərəfindən 393.25 manat ödənilməli idi və əgər həmin məbləğ ödənmiş olsa idi, hər bir halda qanunvericiliyin yuxarıda göstərilən müddəasına əsasən həmin rüsumun onun iddia tələbinin ödənilmiş hissəsi mütənasib olan hissəsi birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tərəfindən alınaraq ona ödənəcəkdi.

48. Bu halda məhkəmə kollegiyası hesab etmişdir ki, 393.25 manat dövlət rüsu munun hər iki iddia tələblərinin ödənilmiş hissələrinə mütənasib olaraq 100 manat hissəsi birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tutularaq birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh, qalan 293,25 manat məbləğ isə Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat pul birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı tutulmalıdır.

49. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 152.1, 152.5, 157.2, 157.4, 324.1, 324.2, 324.4, 324.5, 404.1, 404.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnam ənin ləğv edilib, icra vaxtlarının eyniləşdirilməsi üzrə yeni qərar çıxarılmasını, T. Allahverdiyevanın Konstitusiya ilə təmin edilmiş əsas insan hüququ sayılan mülkiyyət hüququnun dərhal bərpa olunması və Cavabdeh mənzildən istifadəsinə xitam verilməsi, öhdəlik müqaviləsinin etibarsızlığı və iddia verilməsinə görə dövlət rüsumunun ödənilməməsi, habelə, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia verilməzdən əvvəl mediasiya keçirilməməsi halları üzrə iddia ərizəsinin yolverilməzliyi hissəsində işə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, Bakı Apellyasiya Məhkəməsinin pul tələbi iddiasının və tələb həcminin müəyyənləşdirilməsi hissəsində qətnamənin ləğv edilərək müəyyən edilsin ki, iddia həcmi öhdəlik müqaviləsi, onun etibarsızlığının əsasları araşdı rıldıqdan sonra etibarlı hesab edilərsə, pul tələbinin məbləği “nemo potest venire contra factum proprium – heç kim öz hərəkətinə qarşı çıxa bilməz” və “estoppel” prinsipləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

51. Kassasiya şikayəti iddia ərizəsi, Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, T. Allahverdiyeva müqavilə üzrə kontragentin (Cavabdeh) şəxsiyyəti barəsində yanılma nəticəsində ağır şərtli əqd bağlamışdır, belə ki, əqdin bağlanması üçün İddiaçı tərəfindən əqd bağlanması üçün kontragentin (Cavabdeh) şəxsiyyəti və şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur, o, ərinə etibar edərək əqdə daxil olmuşdur, lakin sabiq əri etibardan suiistifadə etmişdir. T Allahverdiyeva öhdəlik müqavil əsini imzalayarkən bunun ailəsindəki qalmaqallara son qoyacağını gözləmişdir, lakin müqavilə imzalandıqdan dərhal sonra X. Allahverdiyev bundan sonra onların hər birinin öz həyatlarını yaşayacağını bildirmiş və T. Allahverdiyevaya qarşı rəftarını bir az da sərtləşdirmişdir. O bu müqaviləni fiziki və mənəvi zorakılıq təsiri altında və bu zorakılıqdan doğan ağır şəraitə düşməsi səbəbilə imzalamışdır. İddiaçının ağır vəziyyətə düşməsi və cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə əqd (ağır şərtli əqd) bağlanması ilə nəticələnmişdir.

52. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi dövlət rüsumunun məbləğini müəyyən edir. Dövlət rüsumunun ödənilməsini təmin edilməməsi bu maddənin də pozuntusu ilə nəticəl ənmişdir.

53. Həmçinin, qeyd edilmişdir ki, əvvəlki məhkəmə prosesində öhdəlik müqaviləsinin etibarsızlığı İddiaçı Azərbaycan dilini bilməməsi əsası ilə mübahisələndirilmişdir, digər əsaslarla mübahisələndirilməmişdir və MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq əvvəlki proseslərdə məhkəmələr müqavilənin etibarsızlığını yalnız bu tələblə əlaqədar araşdırmışlar. Apellyasiya məhkəməsi tərəfindən əvvəl araşdırılmamış hallar araşdırılmadan müqavilənin etibarlı elan edilməsi hüquq pozuntusu əmələ gətirmişdir. Məhkəmə Cavabdeh pul tələbinin hüquqi əsasını araşdırmalı və hüquqi əsasın etibarsızlığı müddəalarını, etibarsızlıq əsası müəyyən edilərsə, tətbiq etməli idi ki, etməmişdir. Məhkəmə tərəfindən bu hal tərəfin tələbinin əsaslandırılmasından asılı olmayaraq edilməlidir, amma baxılan i şdə hüquqi əsaslandırma təqdim olunmasına baxmayaraq, məhkəmə onu nəzərə almaqdan imtina etmişdir.

54. Bundan başqa, qanunvericilik nikah münasibətlərindən irəli gələn iddianın məhkəmə tərəfindən icraata qəbul edilməsini tərəflər arasında mediasiya keçirilməsi ilə şərtləndirir. Ali məhkəmə öhdəlik müqaviləsinin nikah müqaviləsi olduğunu təsbit etdiyi üçün həmin müqaviləyə əsaslanan iddia ərizəsi mediasiya prosesi keçirilmədən məhkəmə tərəfindən icraata qəbul edilə bilməzdi. Apellyasiya məhkəməsi bu halın araşdırılması əvəzinə bu məsələni apellyasiya baxışının əhatə dairəsindən çıxarmış və araşdırmaqdan qanunsuz şəkildə imtina etmişdir.

55. Həmçinin kassasiya şikayətinə əlavə verilərək qeyd edilmişdir ki, mülki iş üzrə qətnamədən kassasiya şikayəti verilməzdən öncə tərəfindən Bakı Apellyasi ya Məhkəməsinə müraciət edilərək iş üzrə çıxarılmış qətnamənin 56-cı bəndində yer alan mülahizənin anlaşılmaz olması səbəbilə izah edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə izah barədə xahişin rədd edilməsi barədə qərar vermişdir. Kassasiya şikayətinin dəlilləri cərgəsində bu xüsusatın da nəzərə alınaraq qiymətləndirilməsi xahiş edilmişdir.

56. Kassasiya şikayəti Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 347.4, 337.1, 339,339.1-ci, Mənzil Məcəllənin 30.2-ci, Mediasiya haqqında Qanun 3.2, 28.1, “Dövlət rüsumu haqqında” qanun 1.1,4.6, 6.1, 8-ci, maddələrinə, Avropa İnsan Hüquqlarının Qorunması haqqında Konvensiyanın 1-ci Protokolun 1-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Cavabdeh və kili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

59. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

60. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla mü əyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

61. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

62. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 6

3. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

64. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

65. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

66. Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

67. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavi lənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

68. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

69. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

70. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyət çisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

71. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

85. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarl amağa lüzum qalmır.

86. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş q aydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmad an yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə laz ımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-209/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar