Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1996/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “mənzilə köçürülmə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə məcburi köçürülmə” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2002/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.
2. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1820/2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, Qubadlı rayonundan məcburi köçkün olan X9 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir.
3. İşdə olan 358 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında qeydiy yatdadır, lakin yaşamır, həmin mənzildə məcburi köçkünlər məskunlaşmışdır.
4. İşdə olan 359 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və X4 rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında məskunlaşıblar.
5. İş materiallarında olan AZ-İ 809125 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X5 06 noyabr 2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 1926 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Yaqubova soyadı verilmişdir.
6. İşdə olan 631 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh2 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında məskunlaş ıblar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X6 və azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X24 oğlu və 2018-ci il təvəllüdlü X18 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzilinə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzili mülkiyyət hüququ ilə ona yəni, İddiaçı1 məxsusdur. Bunu onun adına (İddiaçı1) verilmiş xx.xx.2009-cu il tarixli, MA Seriyalı ******* N-li Çıxarış tə sdiq edir. İddiaçı2 onun oğlu, İddiaçı3 isə qızıdır. Mülkiyyətçisi olduğu mənzildə Qubadlı rayonundan məcburi köçkün olan X12 və onun ailə üzvləri məskunlaşmışdır. Sumqayıt Şəhər Məhkəməsinın 02 iyul 2010-cu il tarixli, 2(060)-1820/2010 saylı qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X9 və onun ailə üzvlərinin onun, yəni İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. Cavabdehlərdən Cavabdeh2 X9 nəvəsi, Cavabdeh1 nəvəsinin həyat yoldaşı və 2006-cı il təvəllüdlü X16 isə nəticəsidir. X12 vəfat etmişdir. Cavabdehlər mülkiyyətində olan mənzildə sonradan məskunlaşmışlar. X9 oğlu X17 mülkiyyətində ayrıca mənzil olduğundan mülkiyyətçisi olduğu mənzili tərk etmişdir. Əvəzində isə cavabdehləri qeyri-qanuni olaraq xüsusi m ülkiyyətində olan mənzilə köçürmüşdür. Cavabdehlər onların sözügedən ünvanda yaşamaqlarına imkan vermir. Onlar sözügedən mənzildə pasport qeydiyyatındadırlar, digər yaşayış yerləri yoxdur. İllərdir ki, kirayədə yaşayırlar. Artıq cana doyublar, maddi imkanları yoxdur ki, kirayədə yaşasınlar. Özü də birinci dərəcəli müddətsiz əlildir. Mülkiyyətçisi olduğu mənzildə onlara cavabdehlər yaşamağa imkan vermir. Qeyd edir ki, oğlu İddiaçı2 ailəlidir. Himayəsində 2 azyaşlı övladı var. Hesab edir ki, onların, yəni İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X11 və azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X24 oğlu və 2018-ci il təvəllüdlü X18 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzilinə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
9. Sumqayıt Şəhər Məhkəməsinin (X10) 14 avqust 2023-cü il tarixli, 2(060)4471/2023 saylı qənaməsi ilə iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 xüsusi mülkiyyətindədir, ona məxsus qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkünlər - X12 və övladı X17 ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmışdırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1820/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X9 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmi şdir. Həmin mənzildə hazırda iş üzə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məskunlaşmışlar.
11. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasınını 13, 29,33, 43-cü maddəsinə, Mənzil Məcəlləsinin 1, 3, 9.1, 9.2.1, 9.2.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 152.5-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-4471/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. İddiaçılar qeyd edirlər ki, onların digər bir yerdə yaşayış yerləri yoxdur, i llərdir ki, kirayədə yaşayırlar. Artıq maddi imkanları yoxdur ki, kirayədə yaşasınlar. Lakin bildirir ki, iddiaçının bu fikirləri həqiqəti əks etdirmir. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı2 mənsubdur. Həmçinin nənəsi Əliyeva Fatma sözügedən mənzildə yaşamağa başlayarkən həmin evlər natamam tikili idi, yeddinci mərtəbə yeni tikilirdi. Fatma onun ana nənəsi, Rüstəm isə dayısıdır. O, hər zaman nənə və dayısının himayəsində olub. 1993-cü ildən həmin mənzildə yaşayır. Hazırda 6 nəfərlik ailədirlər. Onu da qeyd edir ki, hazırkı mənzillə üzbəüz yerləşən evdə anası, qardaşı, qardaşının yoldaşı və onların övladları yaşayır. Bu məsələlərlə bağlı Prezidentin məlum Fərmanı mövcuddur. Belə ki, onlar evlə təmin edilmədikləri halda məskunlaşdıqları evdən çıxarıla bilməzlər. Yuxarıda qeyd et diklərindən də aydın göründüyü kimi məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və işin hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə əsasız və qanunsuz hesab edir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2002/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (L.Məmmədova (sədrliyi və məruzəsi ilə), hakimlər A.Mahmudov və S.Qafaridən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə müəyyə n edilir ki, mübahisəli mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir, qeyd edilən mənzildə 1993-cü ildən Cavabdeh2 nənəsi Fatma Əliyeva və oğlu məskunlaşmış, Fatma Əliyeva və onun ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1820/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi mövcuddur.
17. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə də iddiaçıların mülkiyyətlərində olan mübahisəli mənzilə istifadə hüquqları, başqa sözlə əmlak hüquqları var. Bir halda ki, iddiaçı həmin mənzilin mülkiyyətçisidir, onun həmin mənzildən istifadə hüquqları var, belə olan halda, bu hüquq iddiaçıya mənzildən fayda götürmək, başqa sözlə, mənzilə köçüb orada yaşamaq imkanı da verir.
18. Bundan başqa iş materiallarında olan məhkəmə kollegiyasının sorğus una cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-3987/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh2 anası X7 ailə tərkibində ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışlar. Cavabdeh2 sonradan nənəsi X9 məskunlaşdığı 3 saylı mənzilə köçmüş, hazırki vaxtadək həyat yoldaşı Cavabdeh1 və 3 övladı ilə birgə həmin mənzildə yaşamağa davam edir. Məbcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X12 20 sentyabr 2021-ci ildə vəfat etmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən məktubdan göründüyü kimi cavabdeh 1993-cü ildən ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış, sonradan mübahisəli mənzilə keçmişdir.
20. Qeyd edilənlərə əsasən cavabdehlərin iddiaçıları mülkiyyətlərində olan mənzildə yaşamalarına maneə yaratmaları onların qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29 və 33-cü, Mülki Məcəllənin 27.2, 152.1, 152.5-ci, Mənzil Məcəlləsinin 1, 3, 8, 9.1, 9.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29 İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. Maddə 33 hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 27.2 on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
31. Maddə 152.1 mülkiyyət hüququ-mülkiyyətçinin ona m ənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.
34. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkə məsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004 -cü il tarixli Qərarı).
44. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2002/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.