Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1997/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı birinci, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ikinci tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barədə müstəq il tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair birinci iş üzrə iddiası, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair iddiası ilə bağlı birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1264/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mər təbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzil inşa edərək Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MTK, Cavabdeh2 tərəfindən mənzilin razılaşdırılmış dəyərinin tam ödənilməsi barədə xx.xx.2014-cü il tarixli maliyyə arayışı vermişdir.
3. Cavabdeh2 "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə onun Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzilini İddiaçı adına (ailə vəziyyəti ilə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində) sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə ona, "xxxx" MTKya qarşı heç bir iddiasının olmayacağını qeyd etmişdir. 4. ”Turan” MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli 23 saylı prtokolundan çıxarışında göstərilir ki, kooperativin 170 üzvündən 96 nəfərinin iştirak etdiyi həmin iclasda, vətəndaş İddiaçı kooperativə üzv qəbul edilmiş və ona "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzilinə tam mülkiyyət hüququ verilməsi və sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. 5. "xxxx" MTK ilə payçı adlandırılan İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən payçı İddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzil təklif edilmiş, “Kooperativ” həmin mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 6. "xxxx" MTK-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 220601 nömrəli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında, 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilin payçısıdır və pay haqqını tam ödəmişdir.
7. Qeyd olunan mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ona məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya 230.000 manat məbləğində borclu olduqları vəsaitin 140.000 manatının qarşılığında Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 33 saylı (yeni qaydalarla ünvan 2 mənzili onun xeyrinə özəlləşdirmiş və bu barədə ona ********** qeydiyyat nömrəli **********95-05301-093156 reyestr n ömrəli çıxarış verilmişdir. Lakin cavabdehlər həmin mənzili onun xeyrinə özəlləşdirsələr də, mənzildən çıxmırlar və nəticə etibarı ilə onun həmin mənzil ilə bağlı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Dəfələrlə cavabdehlərdən mənzilin könüllü olaraq boşaldılmasını tələb etsə də sonuncular tərəfindən onun qanuni tələbi təmin edilməmişdir.
10. Babayeva X1 Aslan Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına olan xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh2 məxsusdur və ailəsi ilə birlikdə orada yaşayır. 01 dekabr 2017-ci il tarixli qazın alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus mənzil qaz ilə təmin edilir qaz sayğacı onun adınadır, sərfiyyata görə ödənişlər də onun tərəfindən ödənilir. 10 iyul 2023-cü il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması haqqında müqaviləyə əsasən iddiaçıya məxsus mənzilin su sayğacı onun adınadır və ödənişləri də həmişə özü etmişdir. 18 dekabr 2023-cü il tarixli arayışa əsasən qeyd olunan mənzilə dair telefon nömrəsi iddiaçının adınadır, ödənişlər onun tərəfindən olunur, telefon borcu və internet borcu mövcud deyildir. Bütün bunlara baxmayaraq cavabdeh özü də 25 iyun 2023-cü il tarixdə müqavilə bağlayaraq ona məxsus evi qanunsuz və əsassız olaraq öz adına keçirmişdir. Belə ki, həmin müqavilədə yazılır ki, gələcəkdə inşa ediləcək ev cavabdehə təklif edilir, həmin müqavilədə cavabdehə hələ inşa olunm amış mənzil təklif edilib, halbuki ona məxsus olan ev çoxdan inşa olunmuş və o, orada 10 ilə yaxın vaxtdır yaşayır. Buna baxmayaraq cavabdeh qanunsuz yollarla iddiaçıya məxsus olan evə dair mülkiyyət hüququ əldə etmiş və onu öz evindən çıxarmaq istəyir. Halbuki onun adına verilmiş sənədlərin hamısı qanunsuzdur. İddiaçıya məxsus mənzilin cavabdehin adına keçirilməsinə onun həyat yoldaşının, onun yetkinlik yaşına çatmış qızlarının razılıq ərizələri olmamışdır. Qeyd olunan mübahisə predmeti olan mənzil iddiaçının həyat yoldaşıyla birgə mülkiyyətindədir. Həmin mənzil yoldaşıyla nikah dövründə alınmışdır. İddiaçıdan MTK tərəfindən ərizə alınanda o, aldanmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1073/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cava bdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(004)-167/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.
13. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatlarında ikinci iş üzrə iddia tələbini müdafiə edərək həmin iddia tələbinin təmin edilməsini, birinci iş üzrə iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, müqavilənin etibarsızlığını onunla əsaslandırır ki, Cavabdeh2 hazırkı borc tələbinə heç bir aidiyyəti yoxdur və o, evi girov kimi qoyması ilə bağlı razılığa gələrək aldadılmışdır. Cavabdeh1 ona münasibətdə borc münasibətlərinin yaranmasını etiraf etsə də, lakin bildirir ki, borc tam şəkildə ödənilmişdir. Bundan başqa, işin hallarından görünür ki, ərizə 2018-də verilmiş, həmin vaxt artıq bina inşa edilmişdir. Lakin iddiaçı ilə MTK arasına bağlanmış müqavilədən müəyyən edilir ki, gələcəkdə inşa ediləcək binadan mənzil veriləcəkdir. Hesab edir ki, bu hal uyğunsuzluq təşkil edir. Bundan başqa, Cavabdeh2, X3 ilə birgə nikada olmasına baxmayaraq, ərizə verərkən ərinin razılığı olmamışdır. İş üzrə cavabdehlər isə dostluq münasibətlərindədir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) birinci iş üzrə iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, ikinci iş üzrə iddianın rədd edilərək ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri yaranmış, həmin borc müqabilində isə Cavabdeh2 "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi üçün razılıq ərizəsi vermişdir.
16. Cavabdeh1 nümayəndəsi və vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişd ir ki, İddiaçı ilə aralarında borc münasibətinin olmasını qəbul edir. Lakin, borc məbləği tam şəkildə ödənilmişdir. Məhkəmə ilkin tələb üzrə cavabdehin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, nə qədər ki, cavabdeh borcun mövcudluğunu etiraf edir, o halda həmin borcun tam şəkildə ödənilməsinin subutetmə yükü cavabdehin öz üzərinə düşür. Bundan başqa məhkəmə hesab etmişdir ki, borc qaytarıldığı təqdirdə, mənzilin digər şəxsin adına rəsmiləşdirilməsi üçün razılığın verilməsi halı inandırıcı deyildir. Odur ki, məhkəmə tərəfindən aparılan araşdırma ilə təsdiq olunur ki, borc münasibətlərindən irəli gələrək mənzil İddiaçı adına rəsmiləşdirilmişdir.
17. İkinci tələb üzrə iddiaçı Cavabdeh2 müqavilənin etibarsızlığına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla o, mənzilin İddia çı adına rəsmiləşdirilməsi ilə bağlı rəsmi nikahda olan ərinin razılığının olmadığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 qeyd olunan əsasla müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, o, MTK-ya onun adından verilmiş razılıq ərizəsinin etibarlılığını mübahisələndirməmişdir. Dolayısı ilə ərizədə qeyd olunan razılığın onun könüllü iradəsini ifadə etdiyini qəbul etmişdir. Hazırkı mübahisə onun birgə nikahda olduğu ərinin maraqlarına toxunacağı halda, onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edə bilərdi və ya əri özü oxşar tələblə məhkəməyə müraciət edə bilərdi. Odur ki, məhkəmə iddiaçının dəlilini əsassız hesab etmişdir.
18. Məhkəmə Cavabdeh2 müqavilənin etibarsızlığına dair digər dəlili olan razılıqla, maliyyə arayışı və müqav ilənin tarixlərinin uyğunsuzluğuna dair dəlilini əsassız hesab etmişdir. Belə ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, müqavilə, razılıq ərizəsi tərəflərin iradə ifadəsinə əsasən qeyd olunan formada rəsmiləşdirilmışdır. Aldanılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hissədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Eləcə də, onun hazırda mənzildə yaşayıb kommunal xərcləri ödəməsi müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas deyildir.
19. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə "xxxx" MTKnin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m. olan, 33 saylı mənzili almış, daha sonra xx.xx.2018-ci il tarixdə ərizə ilə MTK-ya müraciət edərək həmin mənzili ailə münasibətləri ilə əlaqədar kompensasiya qarşılığında İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və qeyd olunan xx.xx.2023-cü il tarixdə mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
20. Məhkəmə hesab etmişdir ki, birinci iddia tələbi təmin, ikinci iddia tələbi rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan mənzil xx.xx.2023-cü il tarixli çıxarış əsasən İddiaçı mülkiyyətindədir.
21. İkinci iddia tələbi ilə bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilənin etibarsızlığına dəlalət edən hallar aşkar edilmədi. Belə ki, qanunvericilikdə əqdlər üçün tələb olunan etibarlılıq şərtlərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 152.1, 157.2, 324, 337.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, birinci iş üzrə iddia ərizəsinin tam rədd edilməsini, ikinci iş üzrə iddia ərizəsinin tam təmin edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir
24. Apellyasiya şikayəti ikinci iş üzrə iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ilkin iddia üzrə İddiaçı faktiki olaraq MT Kya heç bir ödəniş etməmişdir. MTK formal olaraq İddiaçı tam ödəniş barədə arayış vermişdir. 2014-cü ildən hazırkı vaxta kimi mübahisəli mənzildə Cavabdeh2 öz övladları ilə yaşayır, kommunal ödənişləri də hazırkı vaxtda kimi özü ödəyir. Turan MTK ilə İddiaçı tərəfindən bağlanmış müqavilə Mülki Məcəllənin tələblərinə zidd müqavilədir. Belə ki, 25 iyun 2023-cü il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 33 saylı mənzili İddiaçı püşkatma nəticəsində təklif edilir. Halbuki, həmin yaşayış binası 18 il bundan əvvəl inşa olunub, 2014-cü ildən də Cavabdeh2 mənzildə yaşayır. Müqavilədə qeyd edilmişdir ki, mənzilin dəyəri tam ödənilmişdir. Halbuki heç bir dəyəri ödənilməyib. Alqı-satqı müqaviləsinə əsasən mənzil 2023-cü ildə əldə olunur, maliyyə arayışı 2023-cü ildə verilir, ancaq 23 saylı protokola əsasən mülkiyyət hüququ Aslana 2019-cu ildə verilir. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh2 ərinin və övladlarının razılıq ərizələrinin verilməməsini, Cavabdeh2 aldadıldığını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ikinci iş üzrə iddiaçının əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Halbuki, ikinci iş üzrə iddiaçının mülkiyyət hüququ pozulur. Bundan başqa, Turan MTK tərəfindən verilmiş sənədlərdə ziddiyyətlər var. 2019-cu il tarixli ümumi iclasın protokolundan görünür ki, İddiaçı pay haqqını 2019-cu ildə tam ödəmişdir və mülkiyyət hüququ ona 2019-cu ildə verilmişdir. Lakin həmin tarixə onunla alğı-satqı müqaviləsi bağlanmamış və maliyyə arayışı ver ilməmişdir. Əksinə alqı-satqının tarixi 2023-cü il qeyd olunmuş və maliyyə arayışı da 2023-cü ildə verilmişdir.
25. Apellyasiya icraatı zamanı "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınaraq işə cəlb edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3729/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək birinci iddia təmin edilməmiş, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ikinci iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, ev № 2-də yerləşən 33 №-li mənzilə dair (yeni qaydalarla: Yasamal ra yonu, Abdulla Qarayev küçəsi, 42, M11, m3) "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, dövlət reyestrində həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsız sayılmaqla ləğv edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2 mənzili müqavilə əsasında əldə edib, mənzilin dəyərini ödəyib və mənzildə yaşayır. Onun həmin mənzildən məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar olmalıdır. İddiaçı iddia ərizəsində qeyd edib ki, qarşı tərəfin ona 230.000 manat borcu olub, həmin vəsaitin 140.000 manatının qarşılığında mənzil onun xeyrinə özgəninkiləşdirilib. Göründüyü kimi, İddiaçı iddia edir ki, novasiya baş verib, yəni bo rc öhdəliyi alqı-satqı öhdəliyi ilə əvəz edilməklə borc öhdəliyinin 140.000 manatlıq hissəsinə xitam verilib. Novasiya (lat. novatio - yenilənmə, dəyişmə) - mülki hüquqda öhdəliyə xitam verilməsinin əsaslarından biridir, bu zaman tərəflərin arasında mövcud olan ilkin öhdəlik eyni şəxslər arasındakı başqa öhdəliklə əvəz olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə görə, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Göründüyü kimi, “eyni şəxslər arasında” ifadəsindən istifadə olunub. Ona görə də Cavabdeh2 ilə İddiaçı razılaşmasının novasiya kimi qiymətləndirilməsi üçün onların arasında ilkin öhdəliy in (240.000 manat borc öhdəliyinin) mövcud olduğu müəyyən edilməlidir. Lakin belə öhdəliyin mövcud olduğunu təsdiq edən sübut yoxdur. Cavabdeh2 MTK-nın sədrinə yazdığı xx.xx.2018-ci il tarixli ərizədə mənzilin İddiaçı adına sənədləşdirilməsini xahiş edərkən bunun səbəbini “ailə vəziyyətimlə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində” kimi göstərib. Lakin həmin ərizə tərəflərin arasında borc öhdəliyinin mövcud olduğunu təsdiq etmir. Çünki ərizənin məzmununda Cavabdeh2 borcunun olduğunu etiraf etməyib. Ümumiyyətlə, ərizədə hər hansı məbləğ qeyd olunmayıb. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, novasiya barədə razılaşma (əqd) əhəmiyyətsiz əqd kimi etibars ızdır.
28. Məhkəmə daha sonra qeyd etmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasındakı “kooperativ mənzil tikintisi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə başqa əqdin novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə əhəmiyyətsiz əqd kimi etibarsızdır. O cümlədən MTK üzvlərinin ümumi iclasında qəbul edilmiş, İddiaçı MTK-ya üzv qəbul edilməsi, ona mənzil üzərində tam mülkiyyət hüququ verilməsi və hüququn dövlət qeydiyyatına alınması üçün sənədlərin qeydiyyat orqanına göndərilməsi barədə xx.xx.2019-cu il tarixli qərar novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə etibarsızdır. Eyni səbəbdən dövlət reyestrində mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsızdır.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə nin əsası kimi Mülki Məcəllənin 337.3, 337.4, 531.1-ci, Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Qətnamədən birinci iş üzrə iddiaçı (Vəkil1) və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" MTK (Vəkil1) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
31. Birinci iş üzrə iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" MTK (vəkilləri Vəkil1) eyni məzmunlu kassasiya şikayətlərində, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
32. Kassasiya şikayətləri oxşar məzmunlu olmaqla onunla əsas landırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mülki işi tam ətraflı öyrənməmiş, tam və obyektiv araşdırma aparmamış, işdə olan sübutlara və toplanmış sənədlərə düzgün hüquqi qiymət verməyərək qanunsuz qətnamə qəbul etmişdir. Mülki iş üzrə maraqlı şəxs qismində "xxxx" MTK mülki işə cəlb edilsə də, qanunamüvafiq qaydada həmin təşkilatın hazırkı mülki iş üzrə münasibəti apellyasiya instansiyası məhkəməsi tərəfindən öyrənilmədən qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi analoji mülki mübahisələrlə bağlı mövcud məhkəmə təcrübəsinə zidd olaraq qətnamə qəbul etmişdir.
33. Cavabdeh2 həm birinci instansiya məhkəməsində, həmdə apellyasiya instansiya məhkəməsində özü və nümayəndəsi İddiaçı borclarının olduğunu etiraf etmişlər. O, izahatında bildirmişdir ki, borcunu tam ödəmişdi r. Lakin borcun ödəməsini sübuta yetirən hər hansı bir mötəbər sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əgər cavabdeh tərəf borcunun olduğunu və borcunu ödənildiyini özü etiraf edirsə borcunun ödənildiyini sübut etmək yükü onun öz üzərinə düşür və nəticə etibarı ilə iddiaçı tərəf olaraq cavabdehin borclu olmasını əlavə olaraq təsdiq edən sübut təqdim etməyə zərurət qalmır. Artıq cavabdeh borclu olduğunu özü etiraf etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mülki işə səhv mövqedən yanaşmış, işdə olan sübutlara qanunsuz olaraq və qəsdən düzgün hüquqi qiymət verməyərək cavabdehin əsassız mülahizələri ilə kifayətlənmiş, mülki iş üzrə obyektiv araşdırma aparmamış, cavabdehdən borcunun ödənildiyini sübuta yetirən sübutları tələb etmək əvəzinə iddiaçı tərəf olaraq onlardan cav abdehin borcu ilə bağlı sübutların məkəməyə təqdim edilməsini tələb etmişdir.
34. Həmçinin qeyd olunmuşdur ki, apellyasiya icraatında cavabdehin vəkili və nümayəndəsi vəsatət verərək borcun ödənilməsi ilə bağlı İddiaçı adından notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmək üçün müvafiq notariat ofisinə vəkil sorğusu verdiyinə görə vaxt istəmiş, məhkəmə həmin şəraiti cavabdeh tərəfə yaratsa da, cavabdeh tərəf nə özü nə də onun nümayəndəsi borcun qaytarılmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir.
35. Bundan başqa analoji xarakterli iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pul borcunun fərdi yaşayış evi ilə əvəzləşdirilməsi ilə bağlı cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması barədə id diası təmin edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3752/2024 nömrəli 18 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Əhliman Xıdırov və Zaur Əliyev) birinci iş üzrə İddiaçı tərəfindən və üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməklə, Bakı Apellyasiya Məhkəməsinın Mülki kollegiyasının 2(103)-3729/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
38. Apellyasiya məhkəməsi "xxxx" MTK ilə İddiaçı arasındakı müqaviləni cavabdehlərin İddiaçı olan borcunun, Cavabdeh2 məxsus mənzillə əvəz edilməsi, yəni novasiya kimi qiymətləndirsə də, bu halda həmin müqaviləni əhəmiyyətsiz əqd kimi qiymətləndirərək etibarsız hesab etməsini, o cümlədən həmin müqavilə bağlanarkən Mülki Məcəllənin müəyyənləşdirilmiş hansı şərtlərinin pozmasını qətnamədə əsaslandırmamışdır.
39. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd olunan nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaçırmışdır.
40. Məhkəmə kollegiyası bildirib ki, m übahisəli mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslardan biri, Cavabdeh2 öz mənzilini İddiaçı adına sənədləşdirilməsini xahiş etməsi barədə MTK-ya ünvanladığı ərizəsi olduğu halda, həmin rəsmiləşdirmənin aparılması üçün digər əsas MTK üzvlərinin ümumi yığıncağının qərarı olmuşdur. Lakin mənzilin İddiaçı verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh2 tərəfindən ümumiyyətlə mübahisələndirilməyib.
41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbində, mənzilin İddiaçı adına keçirilməsi barədə ərizəni yazarkən onun aldadılmasını göstərdiyindən, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 339.3-cü maddəsi qəbul olunaraq həmin normanın tələbləri baxımından işin faktiki hallarının hüquqi dəyərləndirilməsi, iddianın qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinə bu halların uyğunluğu baxımından aparılmalı olduğu halda, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən əqdi novasiya barədə razılaşma (əqd), əhəmiyyətsiz əqd kimi etibarsız hesab etmək barədə yanlış nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən həmçinin Cavabdeh2 qeyd olunan ərizəni yazarkən aldadılması ilə bağlı hər hansı araşdırma aparılmamış, apellyasiya şikayətinin həmin dəlilinə hər hansı hüquqi qiymət verilməmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, mübahisələndirmə səbəblərinin mövcudluğu özü-özlüyündə etibarsızlıqla bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmur. Mübahisələndirilən əqd üzrə etibarsızlıq halı yalnız hüquq s ahibinin mübahisələndirməsi nəticəsində yaranır. Hazırkı işdə qeyd olunan əqdin tərəfi olan MTKnın nümayəndəsinin bağlanmış müqaviləyə münasibəti öyrənilməmiş, işin halları üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə müzakirə edilməmişdir.
43. Məhkəmə kollegiyası əlavə olaraq bildirib ki, məhkəmə tərəflər arasında olan münasibəti novasiya kimi qiymətləndirərək, həmçinin Cavabdeh2 ilə İddiaçı razılaşmasının novasiya kimi qiymətləndirilməsi üçün onların arasında ilkin öhdəliyin (240.000 manat borc öhdəliyinin) mövcud olduğunun müəyyən edilməli olmasını, lakin belə öhdəliyin mövcud olduğunu təsdiq edən sübutun mövcud olmadığını göstərmiş, bu halda iş üzrə digər Cavabdeh1 borcu etiraf etməsini diqqətdən qaçırmışdır. Həmçinin Cavabdeh1 borcun mövcudluğunu etiraf etməsi iş materialları ilə təsdi qini tapdığı, mübahisələndirilən müqavilənin məhz cavabdehlərin borcuna görə rəsmiləşdirilməsini qəbul etdiyi halda apellyasiya instansiya məhkəməsi, Cavabdeh2 iddiasına əsasən İddiaçıla MTK arasında bağlanmış müqaviləni etibarsız hesab etməklə Cavabdeh2 əsassız olaraq varlanmasına şərait yaratmışdır.
44. Məhkəmə kollegiyası o qənaətə gəlmişdir ki, mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz.
45. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 139, 140, 148, 152, 157, 324, 337, 339, 355, 389, 390, 399, 404, 531-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 417, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 onun Cavabdeh1 borcundan məlumatı olmadığını, heç bir yerdə Sadiqin borcunu öz üzərinə götürməsi barədə bir öhdəlik götürmədiyini, iş materiallarında olan razılıq ərizəsini Sadiq və MTK-nın nümayəndəsinin diktəsi ilə yazdığını, onu aldatdıqlarını, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəni ona mənzilə dair çıxarış verilməsi üçün yazdığını, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə MTK-nın nümayəndəsinin qeyd edilmiş ərizənin alğı-satqı olmadığını, yalnız addan ada keçirmə olduğunu, istədiyi vaxt yenidən onun adına keçirəcəyini dediyini bildirmiş, mənzilinin kiminsə adına keçirmək kimi niyyətinin olmadığını qeyd etmişdir.
47. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəs i Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, Cavabdeh2 tərəfindən yazılmış ərizənin hər hansı hüquqi əhəmiyyətinin olmadığını, MTK-nın qeyd edilən ərizə əqd olmadığı halda qanunsuz olaraq, heç bir əsas olmadan rəsmiləşdirmə etdiyini, bundan başqa Cavabdeh2 ərinin mənzilin İddiaçı adına keçirilməsinə razılığının olmadığını, həmin etibarnamədə mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsinə razılığa dair hər hansı müddəanın öz əksini tapmadığını, qeyd edilən etibarnamənin bu işə aidiyyətinin olmadığını və ərizə ilə etibarnamənin tarixlərinin fərqli olduğunu, etibarnamənin ərizə yazıldıqdan sonrakı tarixə aid olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Cavabdeh2 İddiaçı və Cavabdeh1 arasında olan borc münasibətlərinə aidiyyəti olmamışdır, o, Cavabdeh1 borcunu öz üzərinə götürməmişdir, belə ols a idi, Mülki Məcəllənin 522-ci maddəsinə əsasən tərəflər arasında üçtərəfli müqavilə bağlanmalı idi ki, belə bir müqavilə də mövcud deyildir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini, müqavilənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3, İddiaçıla Cavabdeh1 arasında borc münasibətlərinin olduğunu, Sadiqin Aslana 220000 borcunun olduğunu və Cavabdeh2 öz iradə ifadəsi olan ərizəsi əsasında ərizəsində qeyd etdiyi kimi ailə vəziyyəti ilə əlaqədar olaraq Abbasova Sadiqinin borcunun əvəzinə mənzilin kompensasiya olaraq İddiaçı adına keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, İddiaçı 5 il müddətində gözləmişdir ki, bəlkə Sadiq borcu ödəyər, lakin borc ödənilmədiyi üçün mənzili öz adına rəsmiləşdirmişdir.
49. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "Turan” MTK-nın nümayəndəsi X2 izahatında qeyd etmişdir ki, sənədlərdə olanlar həqiqətdir, Cavabdeh1 və İddiaçı arasında borc münasibətləri olmuşdur, Cavabdeh2 Cavabdeh1lə birlikdə ona müraciət ediblər, MTK üçün mənzilin kimin adına olmasının heç bir fərqi yoxdur. Mənzilin borc qarşılığında kompensasiya edilməsi üçün onun tərəfindən sözlər diktə edilməklə Aynurə xanım tərəfindən ərizə yazıldığını, sonradan Cavabdeh2 həyat yoldaşının xaricdə olduğunu bildiyini və bundan sonra onun da razılığının alınması üçün etibarnamə tələb etdiyini qeyd etmiş, etibarnamə təqdim edildikdən sonra ərizəni də qəbul etdiyini bildirmiş, 5 il müddət keçdikdən sonr a İddiaçı onun yanına gəldiyini və müqaviləni itirdiyini dediyini, bu səbəbdən də ona müqavilənin dublikatını və mənzilə dair hər hansı borc olmadığı üçün maliyyə arayışı verdiyini qeyd etmişdir. Bildirmişdir ki, İddiaçı müqavilənin dublikatı və maliyyə arayışı 2023-cü il tarixində verildiyi üçün həmin sənədlərdə də tarix 2023-cü il kimi qeyd edilmişdir.
50. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1264/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrliyi və məruzəsi ilə), Azad İmanov və Məmməd Məmmədov) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 qarşılıqlı iddiası üzrə tələbin yönəldiyi şəx s İddiaçıdur, tələb isə İddiaçı ilə "xxxx" MTK arasında olan müqavilənin etibarsızlığıdır, iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK tərəfindən müqavilə bağlanan zaman icra edilmiş hərəkətlər mübahisə edilir, lakin sözügedən müqavilə bağlanarkən İddiaçı tərəfindən mülki hüquq pozuntusuna dair hər hansı dəlil irəli sürülməmiş, ikitərəfli müqavilədə tələbin yalnız ona (tərəfin birinə) yönəlməsi anlaşılan deyildir. Bundan əlavə, adlarından iddia vermək hüququ olmayan Cavabdeh2 ərinin və yetkinlik yaşına çatmış övladlarının hüquqlarının pozulmasından irəli gələn dəlillərinin baxılan iş üzrə subyektiv tərkib baxımından müzakirə edilməsi üçün əsası yoxdur.
52. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3681/2024 say lı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma”, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələblərinə dair iddia ərizələri üzrə” 2(103)-3729/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, mülki iş üzrə icraat dayandırılmışdır. Ona görə digər (dayandırılmış) icraat üzrə artıq subyektiv tərkib daha geniş və tələb daha əhatəli olduğundan həm iddianı qaldıran, həm də onun yönəldiyi şəxslərin mənafeləri baxımından münasibətlərin müzakirəsi imkanlarını və hədlərini prosessual cəhətdən genişləndirir. Məhz bu əsaslara görə məhkəmə kollegiyası hazırki iş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən etməmişdir.
53. Mə hkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh2 tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini vurğulayaraq, qeyd etmişdir ki, Cavabdeh2 müqavilənin etibarsız hesab edilməsi barədə ikinci iş üzrə iddia tələbində mənzilin İddiaçı adına keçirilməsi barədə ərizəni yazarkən onun aldadılmasını göstərdiyindən, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 339.3-cü maddəsi qəbul olunaraq həmin normanın tələbləri baxımından işin faktiki hallarının hüquqi dəyərləndirilməsi zərurliyini göstərmişdir ki, bu dəlillərin sübutedici əsalarını yuxarıda qeyd edilən subyektiv tərkib çərçivəsində müzakirəsi belə mümkün olmasa da, əqdin tərəfi olan MTK-nın nümayəndəsinin bağlanmış müqaviləyə münasibəti öyrənilmiş və onun tərəfindən rəsmiləşdirmənin tərəflərin razılığı ilə aparıldığı, zorakılığın, təzyiqin və aldanılma hallarının olmasının müşahidə edilmədiyi müəyyən edilmişdir. Qeyd edildiyi kimi ona qarşı tələb irəli sürülmədiyindən, habelə reyestrin həqiqiliyi prezumpsiyası baxımından bu halların da müzakirəsi prosessual cəhətdən (səlalahiyyətlər həddində) mümkün olmamışdır. İddiaçıla MTK arasında bağlanmış müqavilə və digər sənədlər əsasında onun hüquqları dövlət reyestrində qeydə alınmış və bu sənədlərin yoxlanılması proseduru qeydə alan müvafiq icra hakimiyyətinin səlahiyyətli strukturu tərəfindən həyata keçirilmişdir.
54. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya instansiyası məhkəməsinin təkzib edilməyən mövqeyi üzrə müəyyən edilir ki, Cavabdeh1 borcu n mövcudluğunu etiraf etməsi iş materialları ilə təsdiqini tapdığından, həmçinin mübahisələndirilən müqavilənin məhz cavabdehlərin borcuna görə rəsmiləşdirilməsini qəbul etdiyi halda, Cavabdeh2 iddiasına əsasən İddiaçıla MTK arasında bağlanmış müqaviləni etibarsız hesab etmək Cavabdeh2 əsassız olaraq varlanmasına şərait yaratmış olur. İşin yenidən baxılması zamanı Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, onların Cavabdeh2 ilə birgə hərəkətlərinin əsasları izah edilməmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq hazırki iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktının, iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin müəyyən edilməsi qeyd edilən və Cavabdeh2 tam aydın olmayan formada izah etməməsi kimi səbəblərdən dispozisiya şərtlərinə müvafiq müəyyən etmək mümkün olmamışdır.
55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 139, 140, 148, 152, 157, 324, 337, 339, 355, 385, 399-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 50, 51, 54, 76, 77, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1264/2025 nömrəli 05 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhk əməsi ilk növbədə həmin müqavilənin etibarlılığını araşdırmalı idi. Apellyasiya instansiyası isə bu məsələyə hüquqi qiymət verməmiş, müqavilənin etibarsız olub-olmamasını yoxlamadan qərar vermişdir.
58. Məhkəmə iş üzrə təqdim olunan sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, mənzilin nikah dövründə əldə edildiyini və birgə mülkiyyətə aid olduğunu nəzərə almamış, mənzilin digər şəxsə verilməsi zamanı Cavabdeh2 tərəfindən həqiqi və şüurlu razılıq ifadə olunmadığını araşdırmamışdır, Cavabdeh2 əri tərəfindən verilən etibarnamənin tarixinin əmlakla bağlı ərizədən sonra olmasını və fərqli məqsədlə – pensiya sənədləşməsi üçün verildiyini nəzərə almamış, əqdin bağlanmasına səbəb olan aldatma halının Cavabdeh1 tərəfindən törədilməsi və mənzilin Sadiqin şəxsi borcuna görə verilməsi faktına la zımi diqqət göstərməmiş, özgəninkiləşdirmənin yalnız notarial təsdiq edilmiş əqd əsasında aparılmasının mümkün olmasını, novasiya ilə bağlı qaydaların pozulması hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
61. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
62. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
63. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
64. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
65. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
66. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
67. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
68. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
69. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayar aq özlüyündə etibarsız olan əqddir.
70. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
71. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb ets in.
72. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
73. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
74. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
75. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
76. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
87. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxa rıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin, habelə cavabdehin əvvəlki apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellya siya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
89. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araş dırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
91. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1264/2025 nömrəli 5 mart 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.