Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1998/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ilk iddiası və "xxxx" MMC-nin İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: kirayə haqqının ödənilməsi, müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “pulun ödənilməsi” tələbinə dair ilkin iddiası və "xxxx" M MC-nin X2 qarşı “müqavilənin ləğv edilməsi, mülkiyyət hüququnun pozulması ilə əlaqədar ödəniş olunması” tələbinə daiq qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13A ünvanında yerləşən ümumi sahəsi 939,8 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı № ******* saylı 20.06.2013cü il tarixli çıxarışla rəsmilə şdirilmişdir. Həmin çıxarışa əsasən torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsi üzərində hüququn növü istifadədədir. Tikintialtı sahə 217,1 kv.metrdir.
2. Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti başçısının 328 nömrəli, 16.11.2017-ci il tarixli sərəncamı ilə “Xətai rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutulmaqla və "xxxx" MMC-nin 25.07.2017-ci il tarixli X-A-001 №-li müraciətini nəzərə alınaraq Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələnd irilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. 3. "xxxx" MMC ilə İddiaçı arasında 08 mart 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunda təsdiqlənmiş müqavilənin şərtlərinə görə, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışda göstərilən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən 1140 kv.m qeyri-yaşayış sahəsini "İnşaat Konstruksiyaları” MMCnin sahibliyinə verməyi, "xxxx" MMC isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3 -cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.1.2-ci və 2.2.2-ci bəndlərinə əsasən "xxxx" MMC yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 manat kirayə haqqı verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən İddiaçı qeyri-yaşayış sahəsini təhvil verməyi, İddiaçı isə söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və "xxxx" MMC-a təhvil verməyi öhdəsinə götürmüşdür. 4. "xxxx" MMC İddiaçı pretenziya məktubu göndərərək, İddiaçı 3 gün ərzində 08 mart 2018-ci il tarixli müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tədbirlər görmək üçün ərizəyə münasibət bildirilməsi, əks təqdirdə həmin müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı MMC-bib məhkəməyə müraciət edəcəyi bildirilmşdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən cavabdeh "xxxx" MMC-dən 121388 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 40000 manat, bank uçot dərəcəsinə görə hesablanmış 6069,4 manat olmaqla, cəmi 167457,4 manat pulun, dövlət rüsumü üçün ödənilmiş 30 manatın, hesabdan çıxarış üçün banka ödənilmiş 5 (beş) manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış, Bakı şəhəri 6 №-li notariat kontorunda 08 mart 2018-ci il tarixli, notariat reyestrində 3M459 № ilə qeyd edilmiş müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan hər ay aylıq "xxxx" MMC-dən 8600 (səkkiz min altı yüz) manat məbləğində kirayə haqqı almaq hüququna malik olmuşdur. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən "xxxx" MMC bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə “Mülkiyyətçi”yə ödəməsini, 2.2.3-cü maddəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işl ərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. “İnşaat Konstruksiyaları’' MMC 8600 (səkkiz min altı yüz) manat məbləğində kirayə haqqını İddiaçı oğlu, etibarnamə üzrə nümayəndəsi X4 adına “Yelo bank”da (Keçmiş Nikoil bank) açılmış hesabına 27 mart 2018-ci ildən 14 fevral 2019-cu il tarixə kimi ödəmişdir. Lakin "xxxx" MMC 08 mart 2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş, kirayə haqqını 2019-cu ilin fevral ayından etibarən ödəməkdən boyun qaçırmışdır və bu günə kimi müqavilə öhdəliyini icra etməmişdir. “Yelo bank”dan təqdim olunmuş 10 fevral 2020-ci il və 13 fevral 2020-ci il tarixli “Hesabdan çıxarış”lardan da görünür ki, "xxxx" MMC 14 fevr al 2019-cu ildən bu günə kimi onun etibarnamə üzrə nümayəndəsi X4 adına “Yelo bank”da açılmış hesaba kirayə haqqını köçürməmişdir. Cavabdehlə müqavilə bağlandığı gündən bu günə kimi 24 ay müddət keçmişdir. Bu 24 ay ərzində cavabdeh ona 206400 manat kirayə haqqı ödəməli olduğu halda, cəmi 85012 manat ödəmişdir. Bu ödənişlər bankdan alınmış hesabdan çıxarış ilə də təsdiq olunur. "xxxx" MMC onun hüquqlarını pozmuş, 08 mart 2018-ci il tarixdə 6 №-li notariat kontorunda bağlanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Öhdəliklərini yerinə yetirmədikləri səbəbindən dəfələrlə "xxxx" MMC-nin direktoru Rauf Əhmədova bu barədə müraciətlər edilmiş, lakin ona rəsmi cavab verilməmişdir. Cavabdeh iddiaçıya 08 mart 2018-ci ildən bu günə kimi öhdəlik kimi öz üzərinə götürdüyü hər ay üçün 8600 m anat kirayə haqqından 121388 manat borcu qalmışdır. Buna görə də iddaçının əldən çıxmış faydaları olmuşdur. İddiaçıya əldən çıxmış faydaya görə 40000 manat məbləğində zərər dəymişdir. Cavabdeh "xxxx" MMC-də qanunvericiliyin normalarına əsasən öhdəliyi vaxtında icra etmədiyinə görə iddiaçıya dəymiş 40000 manat məbləğində əldən çıxmış faydanı ödəməlidir. "xxxx" MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyindən o, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında 121388 manat borca görə 6069,4 manat miqdarında bank uçot dərəcəsinə uyğun olaraq ödəməlidir. Beləliklə, "xxxx" MMC ona 08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəlik kimi üzərinə götürdüyü kirayə haqqını müqavilə bağlandığı andan bu gü nə kimi ödəmədiyi 121388 manat məbləğində əsas borcu, 40000 manat məbləğində əldən çıxmış faydanı, 6069,4 manat miqdarında bank uçot dərəcəsini, cəmi 167457,4 (yüz altmış yeddi min dörd yüz əlli yeddi manat 40 qəpik) manat məbləğində pul vəsaitini ödəməlidir.
7. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 6 nömrəli Notariat Kontorunda 08 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 № ilə qeyd edilmiş müqavilənin ləğv edilməsi, X1 mülkiyyət hüququnun pozulması ilə əlaqədar ******* (bir milyon dörd yüz əlli min) manat pulun "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsi o nunla əsaslandırılmışdır ki, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Xətai rayon İcra Hakimiyyəti Başçısının 16.11.2017-ci il tarixli 328 saylı sərəncamının 1ci bəndindən görünür ki, Xətai rayonunun sosial-iqtisadi inkşafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarını rəhbər tutaraq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2017-ci il tarixli X.A. 001 №-li müraciətini nəzərə alaraq, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi cəmiyyətin istifadəsinə veril mişdir. Bundan sonra, X3 ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, 6 №-li Notariat Kontorunda 18 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 nömrə ilə qeyd edilmiş müqavilə bağlamışlar. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsinin təhvil verildiyi andan hər aylıq "xxxx" MMC iddiaçıya 8600 manat məbləğində kirayə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətində başa çatdırılmasını "xxxx" MMC öhdəsinə götürmüşdür. Bununla belə, dünya ölkələrinin səhiyyə sistemi və iqtisadiyyatına dağıdıcı zərbə vurmuş ilə koronavirus (COVİD19) pandemiyasının sağlamlıqla bağlı yaratdığı narahatlıqlar, insanların mal və əmtəələrin hərəkətlərinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşahidə olunmuşdur. Artıq onun vurduğu zərərin nəticəsi olaraq 2008-ci ildən bəri dünyada müşahidə olunan ən kəskin böhranın baş verdiyi təsdiq olunmuşdur. Koronavirus ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi digər sahələrə olduğu kimi daşınmaz əmlak bazarına da mənfi təsir göstərmişdir. Göstərilən hallara görə karantin rejimi elan olunduğu andan MMC-də artıq mənzil satışı dayandırılmışdır. İş rejimi ilə əlaqədar işçilərin işləməməsi və digər kirayə haqlarının ödənilməməsi və maliyyə böhranının yaranması müəssisəni iflic vəziyyətinə gətirib çıxarmışdır. Nəticədə, baş verən hadisələr və real iqtisadi durum, MMC-nin üzləşdiyi real iqtisadi bö hran onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi imkanlarını məhdudlaşdırmışdır. Başqa sözlə tikinti yarımçıq dayandırılmış, davam etdirilməsinin yaxın zamanlarda baş verməsi ehtimalları heçə endirilmiş və bu səbəblərdən aylıq 8600 manat kirayə haqqının davamlı olaraq naməlum zamana qədər uzadılması və ödənilməsi imkanları tükənmişdir. Təbii haldır ki, belə bir vəziyyətdə müqavilə üzrə öhdəliklər tərəflərindən pozulduğundan məsuliyyət üzərlərinə düşür və vəziyyətin belə bir hal alması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş, ona ziyan dəymişdir. Lakin bununla belə nəzərə almaq lazımdır ki, heç kim dünyada baş verən hazırkı real vəziyyətdən sığortalanmamış və belə bir iqtisadi böhranın baş verməsini şəraitin bu cür dəyişəcəyini ehtimal etməmişdir. Bununla əlaqədar, İddiaçı dəymiş zərəri ödəməkdən ötəri mülkiyyətin ağlabatan dəyəri çərçivəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə müəssisələrinə müraciət olunmuş və “Az-Price” Qiymətləndirmə şirkətinin ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* (bir milyon dörd yüz əlli min) manat təşkil etmişdir. Bundan əlavə, "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* (bir milyon beş yüz iki min dörd yüz) manat təşkil etmişdir. Eyni zamanda "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış binasını n bazar dəyəri ******* (bir milyon dörd yüz min) manat təşkil etmişdir. Nəticədə, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi tamamilə söküldüyündən, həmin ərazidə yaşayış binasının tikilməsi nəzərdə tutulduğundan və buna görə də qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün olmadığından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanla bağlı ******* (bir milyon dörd yüz əlli min) manat miqdarında kompensasiya ödənilməlidir. Hər üç qiymətləndirmə şirkətinin nəticələrini nəzərə almaqla və orta rəqəmi müəyyən etməklə, qeyri-yaşayış sahəsinin real ölçülərini nəzərə almaqla ******* (bir milyon dörd yüz əlli min) manat qeyri-yaşayış sahəsinin ağlabatan və ədalətli dəyəri kimi qəbul edilə bilər.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-199/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunda bağlanmış 08 mart 2018-ci il tarixli, reyestrdə 3M-459 nömrəsi ilə qeyd edilmiş müqavilənin ləğv edilməsi, "xxxx" MMC tərəfindən İddiaçı ******* manat məbləğində pul ödənilməklə İddiaçı Bakı şəhəri, Nobel prospekti 13 A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli məlumatı ilə Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhali nin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilmişdir.
11. Dünya iqtisadiyyatını böhrana salan, dünyanın 200-dən çox ölkəsinə yayılmaqla bu ölkələrin iqtisadiyyatına təhdid yaradan Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 19 mart 2020-ci il tarixdə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında b aş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalanmış və həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şərai tin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
13. Ümumiyyətlə məhkəmə qeyd edir ki, tikinti fəaliyyəti ilə məşğul olmaq irihəcmli fəaliyyətdir və tikintinin başa çatdırılması bir çox faktorlardan asılıdır. Ölkə üzrə karantin rejimi tətbiq edildikdən sonra Covid-19 virusu ilə mübarizə aparılması üçün bir çox məhdudiyyətlər tətbiq edilmiş, iş yerlərində işçilərin sayı azaldılmış, bir çox sahədə iş fəaliyyəti dayandırılmış və s. tədbirlər həyata keçirilmişdir. İlkin iddia üzrə cavabdeh "xxx x" MMC ilkin iddiaya münasibət bildirərək qeyd etmişdir ki, cəmiyyətdə işçilərin sayı azaldılmış, tikinti fəaliyyəti ümumiyyətlə dayandırılmış, tikinti məhsullarının xaricdən idxal edilməsi halı mümkün olmamışdır. Qeyd edilən halların hamısı hazırkı mübahisənin əsasını, müqavilə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin tikintisinin başa çatdırılmamasına səbəb olmuşdur. Nəticədə, əmlakın tikintisinin başa çatdırılmaması və kirayə haqqının ödənilməməsi ilkin iddia üzrə iddianın hazırkı iddia üzrə məhkəməyə müraciət etməsi üçün əsas olsa da, cəmiyyətinin qeyri-müəyyən müddətə müqavilə üzrə aylıq kirayə haqqının ödənilməsi ağlabatan deyil. Belə ki, "xxxx" MMC tikinti şirkəti olduğundan gəlirinin əsasını mənzil satışı təşkil edir, mənzil satışının həyata keçirlməsi üçünsə tikintinin başa çatdırılması lazımdır. Lakin hazırda ölkə üzrə pandemiya səbəbindən yaranmış mövcud vəziyyət bunu qeyri-mümkün etmişdir.
14. Məhkəmə hesab edir ki, COVİD-19 pandemiyası dünyanın bütün ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması nəticəsində bütün dünya üzrə ölkələrin sərt məhdudlaşdırma siyasəti tətbiq etməsi zərurətini yaratmışdır. Bu da öz növbəsində iqtisadi nəticələrə təsir göstərmiş və iqtisadi yavaşlamaya səbəb olmuşdur. Koronavirus ilə bağlı Azərbaycanda da tətbiq olunan karantin rejimi daşınmaz əmlak bazarına da təsir göstərmişdir. Hazırkı mübahisə üzrə tərəf olan ilkin iddia üzrə cavabdehin də fəaliyyətinə təsiri görünür. Belə ki, baş verən hadisələr və real iqtisadi durum MMC-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi imkanlarını məhdudlaşdırmış və o, qarşılıqlı iddia ə rizəsi ilə müraciət edərək Bakı şəhəri 6 nömrəli Notariat Kontorunda 08 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 №-li qeyd edilmiş müqavilənin ləğv edilməsi, X1 mülkiyyət hüququnun pozulması ilə əlaqədar ona ******* (bir milyon altı yüz min) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna səbəb isə COVİD-19 Pandemiyasına görə müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi göstərilmişdir. Bununla bağlı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə yazılı müraciət etmiş, lakin cavab almamışdır.
15. Məhkəmə qeyd olunanları əsas götürərək hesab edir ki, COVİD-19 Pandemiyası və buna görə bütün dünyanı əhatə edərək sərt məhd udlaşdırma siyasəti tətbiq olunması və iqtisadi göstəricilərə təsir göstərib iqtisadi yavaşlama ilə nəticələnən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir.
16. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 08 mart 2018-ci il tarixli müqavilə bağlandıqdan sonra şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsinə səbəb olan Covid-19 virusunun yayılması və onun nəticəsi olaraq Respublikada tətbiq edilmiş karantin rejimi tərəflərin müdaxiləsi nəticəsində baş verməmiş və tərəflər bunun qarşısını ala bilməzlər, həmçinin bunu əvvəlcədən görə də bilməzdilər, həqiqətən də "xxxx" MMC müqavilə bağladıqdan sonra bu kimi halla qarşılacağını bilsəydi qeyd edilən müqaviləni göstərilən şərtlərlə bağlamazdı.
17. Hazırda "xxxx" MMC yuxarıda sadal an hallara görə müqavilə üzrə öhdəliklərini nəzərdə tutulan vaxtda icra edə bilmir. Qanunvericiliyin tələblərinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Hazırkı halda da, müqavilə bağlanan zaman mövcud olan vəziyyət dəyişmiş, binanının tikintisi dayandırılmış və nə vaxt başa çatdırılacağını da müəyyən etmək mümkün deyil. İlkin iddia üzrə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tikintisinin başa çatdırılıb yekunlaşması hazırda mümkün olmadığından "xxxx" MMC tərəfindən İddiaçı qeyri-müəyyən vaxta kimi kirayə haqqı ödəməsi də mümkün deyil. Hazıda binanın tikintisi başa ça tdırılmadığından qeyriyaşayış sahəsinin tikintisi başa çatdırılmamış şəkildə təhvil verilməsi də qeyri-mümkündür. İş materiallarında olan "xxxx" MMC qiymətləndirmə şirkətinin AZ05/04/01-21 saylı 02 aprel 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış hesablamalar və təhlillərə əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 4 ünvanında yerləşən yaşayış binasının tikintisinin başa çatdırılması üçün 9079403,71 (doqquz milyon yetmiş doqquz min dörd yüz üç manat 71 qəpik) manat vəsait tələb olunur. Qeyd edilənlərə əsasən məhkəmə hazırkı mübahisənin ədalətli həlli kimi qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gəlir. Hazırkı halda da məhkəmə belə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13A ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil ve rilməsi qeyri-mümkün olduğundan İddiaçı əmlakın müqabilində onun dəyəri ödənilməlidir.»
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 448, 743-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, yeni qətnamə çıxarlmaqla ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)7636/2021 saylı qətnaməsi ilə Ş.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbi qismən - 15 fevral 2021-ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmuş, “İnşaat Konstruksiyaları MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 206 430 ( iki yüz altı min dörd yüz otuz) manat pulun alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: «Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsini mübahisəli hüquq münasibətinə tətbiq etməli olmadığı halda tətbiq etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Torpaq Mə cəlləsinin 73-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 390.1, 421.1-421.3. 422.1. 422.2, 422.4, 430.1 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarına və tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqaviləni mübahisəli hüquq münasibətinə düzgün tətbiq etsə də onların şərhində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının səhv təfsir edilməsinin əsas səbəbi isə məhikəmənin koronavirus pandemiyası ilə əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı gəldiyi nəticə olmuşdur.
22. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavi lələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
23. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Hər kəs müqavilə bağlamaqda müstəqildi r və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
25. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
26. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
27. Mülki qanu nvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
28. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilələrin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
29. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
30. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu cəhətdən İddiaçı ilə "xxxx" MMC arasında 08 mart 2018-ci il tarixdə müqavilə bağlanarkən tərəflər balanslaşdırılmış marağa nail olmalarını əsas götürmüşlər.
31. Həmin müqaviləni bağlayan İddiaçı müqavilə bağlayarkən iqtisadi marağı mülkiyyətində olan köhnə tikilini "xxxx" MMC-yə təhvil verib iki il müdətində həmin MMC tərəfindən eyni ərazidə inşa olunan yeni tikilidə əvvəldən mülkiyyətində olan 1140 kv.m. sahədən 30 % artıq, yəni 1482 kv metr qeyri-yaşayış sahəsi və 3-cü mərtəbədə daha 86 kv. m. yaşayış sahəsi olan təmirsiz mənzil, həmçinin binanın inşa ediləcəyi müddətdə (18-24 ay) hər ay üçün 8600 manat kirayə haqqı əldə etməkdən ibarət olmuşdur.
32. Müqavilə bağlayarkən "xxxx" MMC-nin iqtisadi maraqları İddiaçı məxsus daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu ələ keçirib, həmin daşınmaz əmlakı söküb yerində çoxmənzilli, hündürmərtəbəli bina inşa edib, mənzil və qeyri-yaşayış sahələri üzərində sərəncam verməklə qazanc əldə etmək olmuşdur.
33. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti onda ifadə olunmuşdur ki, bu razılaşmada hər iki tərəfin mənafeyi qorunmuş, hər iki tərəf onun bağlanması ilə faydalanmağı nəzərdə tutmuşdur.
34. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə həmin müqavilə üzrə tərəflər müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğunu əsas tutaraq müqaviləni razılaşdıqları şərtlər əsasında icra etməli idilər. Müqavilə şərtlərinin məcburiliyi prinsipinə müvafiq olaraq tərəflər arasında bağlanmış müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olmuş və onun şərtləri bir qayda olaraq dəyişdirilməməli, tərəflər razılaşmış şərtlərə uyğun müqavilə üzrə öhdəliklərini yerinə yetirməli idilər. Müqavilə şərtləri dəyişdirilmədən onlara riayiət edilməsi mülki dövriyyənin sabitliyi, möhkəmliyi və dayanıqlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmi şdir. Müqaviləni bağlayarkən İddiaçı ona ümid bəsləmişdir ki, əvvəllər kirayə verərək pul əldə etdiyi qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin sərəncamına verməklə həm aylıq 8600 manat kirayə haqqı əldə edəcək, həm də yeni tikiləcək binada 30 % faiz artıq olmaqla qeyri-yaşayış sahəsi və 86 kv.m yaşayış sahəsi əldə edəcəkdir.
35. Mülki qanunvericiliyə müvafiq olaraq tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Qanunvericilik şəraitin elə dəyişməsini əhəmiyyətli hesab edir ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
36. Müqavilənin ləğvi üçün 1.600.000 manat ödəmək iqtidarında olan və bunu arzulayan "xxxx" MMC üçün aylıq 8600 manat kirayə haqqının ödənilməsi şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilə bilməz. "xxxx" MMC həmin hərəkətləri ilə təsdiq edir ki, o, binanın tikintisini dayandırmaq niyyətində deyil, əksinə binadakı obyektləri müqavilə öhdəliklərinə əsasən İddiaçı təqdim etmək vəzifəsindən azad olmağa çalışır. 37. "xxxx" MMC-nin istinad etdiyi koronovirus pandemiyası ilə bağlı şəraitin dəyişməsi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməl olduğu vaxtdan sonra, yəni 2020-ci ilin mart ayının 8dən sonra yaranmağa başlamışdır. İşgüzar adət lərə, mülki qanunvericiliyə və müqavilənin mahiyyətinə görə "xxxx" MMC müqavilə öhdəliklərini 08 mart 2020-ci ilə kimi yerinə yetirməli idi.
38. Qeyd etmək zəruridir ki, "xxxx" MMC 2020-ci ilin iyun ayının 20-nə kimi müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı qarşı tərəfə müraciət etməmişdir. Yalnız İddiaçı 05.03.2020-ci ildə kirayə haqqının tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra "xxxx" MMC 12. 08 2020-ci ildə qarşılıqlı iddianı məhkəməyə təqdim etmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, şəraitin dəyişməsi riski mövcud olsa belə onu "xxxx" MMC daşımalıdır və Mülki Məcəllənin 422.2.4-cü maddəsinə əsasən onun qarşılıqlı iddia tələbi təmin oluna bilməzdi.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəfin tələbi ilə kredit müqaviləs inin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır və Mülki Məcəllənin 422-ci maddəsi ilə müəyyən edilmiş şərtlər "xxxx" MMC ilə İddiaçı arasında 08 mart 2020-ci il tarixdə bağlanmış müqavilənin ləğvi üçün əsas yaratmır. 40. "xxxx" MMC binanın tikintisini başa çatdırmaq üçün maddi imkana malik olmamasını bildirsə də, bu onun maddi imkana malik olmaması və tikintini yarımçıq qoymaq niyyətinə dəlalət etmir. Qarşılıqlı iddia maliyyə çatışmazlığı üzündən binanın tikintisinin yarımçıq qoyulmasından daha çox, ilkin iddiaçıların binanın tikintisi başa çatdıqdan sonra oradan 1482 kv.m. qeyri-yaşayış sahəsi və 86 kv yaşayış sahəsi almaqdan məhrum etmək istəyini ifadə edir.
41. Belə ki, "xxxx" MMC 1.600. 000 manat məbləğində vəsaiti yarımçıq binanın in şasının başa çatdırılmasına yönəltmək əvəzinə, həmin vəsaiti məhkəmə aktına əsasən ilkin İddiaçı ödəməklə onu həmin binadan 08 mart 2018-ci il tarixli müqavilə əsasında əldə etməli olduğu qeyriyaşayış və yaşayış sahələrindən məhrum etməyə çalışır. Qeyd olunanlar isə qarşılıqlı iddianın real vəziyyətə əsaslandığını deyil, COVİD-19 ilə bağlı yaranmış vəziyyətdən sui-istifadəyə yönəldiyinə dəlalət edir.
42. Məhkəmənin diqqət yetirilməli olduğu məqamlardan biri də "xxxx" MMC-nin İddiaçı ilə bağladığı 08 mart 2018-ci il tarixli müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi ilə bağlıdır.
43. Mülki işin materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsində ləğv olunması xahiş edilən, İddiaçı ilə "xxxx" MMC arasında 8 mart 2018-ci il tarixdə bağlanmış müqavilənin 2.1.2-ci maddəsində İddiaç ı hüququ kimi “yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 (səkkiz min altı yüz) manat kirayə haqqı almaq, 2.2.2-ci maddəyə əsasən "xxxx" MMC-nin vəzifəsi kimi “tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə qeyri-yaşayış sahəsinə təhvil vermək” müəyyən edilmişdir. Müqavilənin 08 mart 2018-ci il tarixdə bağlanması nəzərə alınarsa, "xxxx" MMC ən geci 08 mart 2020-ci il tarixə kimi binanın tikintisini başa çatdırmalı idi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC binanın tikintisinin COVİD-19 ilə əlaqədar gecikməsinə və sonradan qeyrimümkünlüyünə istinad etsə də, həmin dəlillər həqiqətə uyğun deyildir. Belə ki, COVİD-19-un ölkə ərazisində yayılması və bununla bağlı tədbirl ər 23 mart 2020-ciil tarixdən sonraya təsadüf edir. Bu xüsusat Bakı şəhər Nizami rayon məhkəməsinin mübahisələndirilən iş üzrə qəbul olunmuş 26 aprel 2021-ci il tarixli qətnaməsində də ifadəsini tapmışdır. Qətnamədə qeyd olunur: “məhkəmə hesab edir ki, mübahisənin ədalətli həlli üçün ilk öncə ölkədə koronovirus pandemiyasının yayılması nəticəsində yaranmış mövcud vəziyyətin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsinin aydınlaşdırılması məqsədə uyğundur.
44. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın 23 mart 2020-ci il tarixli məlumatı ilə Dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübələrini nəzərə alaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qə bul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salmatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilmişdir. 45. 23 mart 2020-ci il tarixi kimi ölkə vətəndaşlarından koronavirus pandemiyasına yoluxan olmamış, həmin tarixə kimi pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri demək olar ki, olmamışdır.»
46. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli məlumatın məzmununu təhlil etmiş və müəyyən olunmuş məhdudiyyətlərin sahə və hədləri baxımından bildirmişdir ki: «Qeyd olunanlar ona dəlalət edirdi ki, 2020-ci ilin mart ayının 8-nə kimi koronavirus pandemiyası ilə əlaqədar çoxmərtəbəli binaların inşasına münasibətdə şərait 2018-ci ilin mart ayına münasibətdə əhəmiyyətli dəyişikliyə uğramamışdı.
47. Bu xüsusatı 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidentinin 2019cu ilin yekunlarına dair müşavirədə söylədikləri də təsdiq edir: “Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir.
48. Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.
49. Qeyd olunanlar İddiaçı ilə "xxxx" MMC arasında müqavilənin 8 mart 2018-ci il tarixdə iki il müddətinə bağlandığından tərəfləri öhdəliklərini layiqincə yerinə yetirdikləri halda Azərbaycanda pandemiya ilə bağlı tədbirlər başlanana kimi müqavilə şərtləri yerinə yetirilmiş olardı. Yəni müqavilə şərtlərinin icrasına pandemiyanın heç bir təsiri ola bilməzdi Məhz "xxxx" MMC-nin müqavilə şərtlərini yerinə yetirməməsi onun icrasının uzanmasına səbəb olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini dərhal yerinə yetirməsi 2018-ci ilin mart ayından başlayaraq 2019-cu il in fevral ayına kimi "xxxx" MMC-nin ona aylıq 8600 manat kirayə haqqı ödəməsi ilə təsdiqini tapır. Beləliklə müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsinə koronavirus pandemiyasının təsiri istisna olunur. Bu isə "xxxx" MMC müqavilə şərtlərini yerinə yetirməklə yanaşı, onun vaxtında yerinə yetirməməsinə görə də məsuliyyətini şərtləndirir və tərəflər arasında mübahisənin həlli zamanı koronavirus pandemiyası ilə əlaqədar şəraitin əsaslı surətdə dəyişməsinə istinad olunmasını istisna edir.
50. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
52. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
53. Məhkəmə kollegiyası ilkin iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv. metr qeyriyaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə edilməklə həmin binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılması” tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı ilə İnşaat Konstruksiyaları” MMC arasında 8 mart 2020-vi il tarixdə bağlanmış müqavilə üzrə İddiaçı müqavilə öhdəlikləri tam yerinə yetirmiş, "xxxx" MMC tərəfindən isə müqavilə öhdəlikləri tam yerinə yetirilməmişdir. Lakin "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklıərindən azad olunması üçün əsaslar mövcud olmadığına görə MMC“Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv. metr qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə edilməklə həmin binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyriyaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi və bu öhdəlik yerinə yetirilənə kimi aylıq 8600 manat məbləğində kirayə haqqının ödənilməsini təmin etməlidir.»
54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 422, 424.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iş üzrə yeni qərar çıxarılmaqla ilkin iddianın rədd olunması, və "xxxx" MMC-nin qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyini əsassız olaraq nəzərə almamışdır. Mülki Məcəllənin 448.2-ci maddəsindən də göründüyü kimi "xxxx" MMC hər hansı təqsirli pozuntuya yol vermədiyi üçün şirkətin üzərinə məhkəmə tərəfindən öhdəlik müəyyən ed ilməsi tamamilə qanunsuzdur. Çünki tikinti prosesinin gecikməsi "xxxx" MMC-nin təqsiri üzündən baş verməmişdir. Lakin məhkəmə bu hallan nəzərə almamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ölkədə kütləvi koronavirus infeksiyası ilə əlaqədar digər sahələr kimi tikinti sahəsində də durğunluq yaranmasını nəzərə almamış, öz mülki hüquqlarından sui-istifadə edərək pul tələb etmiş, bununlada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə də eyni qaydada "İnşaat Konstuksiyaları” MMC üçün qanunsuz vəzifələr müəyyən etmişdir. Nəticədə əsassız və qanunsuz məhkəmə qətnaməsi şirkətin maliyyə vəziyyətinə mənfi təsir edərək, tikinti işlərinin tamamilə dayandırılmasına səbəb olur, nəticədə isə bir şəxsin (iddiaçının) mülki hüquqlarından sui- istifadəsi nəticəsində yüzlərlə mənzil gözləyən sakinin hüquqları pozulur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Kassasiya şikayətinin birinci hissəsində göstərildiyi kimi İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Bundan başqa “İnşaat Konstruksiyaları MMC-dən asılı olmayan hallarla əlaqədar tikinti sahəsində işlər dayanmışdır. Lakin məhkəmə bu hallara qətnamədə toxunmamış və hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Prosessual mə sələlər
58. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
59. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
60. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan d igər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağla yar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422. 2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
217. Qətnamənin qanuniliyi və əsa slılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi ü çün əsasdır. Kassasiya baxışının hədləri
62. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
63. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətində irəli sürülən dəlillər qarılıqlı iddianın əsasını təşkil edən dəlillərdir və həmin dəlillərin hər birinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə tamamilə razılaşır.
68. Məhkəmə kollegiyas ı qarşılıqlı iddiaçının Mülki Məcəllənin 422-ci maddəsinə istinadla irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, həmin normanın məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
69. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur.
70. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.
71. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.
72. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün Mülki Məcəllənin 422.2.1-ci maddəsində dörd qrupa bölünən əlavə tələblər nəzərdə tutulmuşdur.
73. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını həmin əlavə tələblər əsasında təhlil etmiş və bildirmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin də yişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
74. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
75. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddiasında İddiaçı ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edərkən məhz müqavilə bağlanarkən mövcud olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etmişdir. Şəraitin bu cür əhəmiyyətli dərəcədə dəyişməsini ölkədə koronavirus pandemiyasının yayılması və bununla bağlı görülən tədbirlərlə əlaqələndirmişdir. Lakin nəzərə almaq lazımdı r ki, tərəflər arasında ləğv olunması xahiş olunan müqavilə 08 mart 2018-ci ildə bağlanmış, İddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi dərhal yerinə yetirərək özünə məxsus olan evi "xxxx" MMC-nin sərəncamına vermişdir. "xxxx" MMC tikintini 18-24 ay, yəni ən geci iki il müddətinə yerinə yetirməyi və müqavilədə nəzərdə tutulan obyektləri İddiaçı təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyinə qismən yerinə yetirərək, binanı yarımçıq inşa etmiş, iki il müddətində aylıq 8600 manat kirayə haqqı ödəmək əvəzinə bir il müddətində 2019-cu ilin mart ayına kimi cəmi 85000 kirayə haqqı ödəyərək öhdəliklərini tam yerinə yetirməmişdir.
76. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu iki il müddəti, yəni 2020-c i ilin mart ayının 8-nə kimi olan dövrdə ölkə koronavirus pandemiyasının təsirinə məruz qalmamış, ölkədə koronovirusla bağlı məhdudlaşdırıcı tədbirlər 2020-ci ilin mart ayının 20-dən sonra tətbiq olunmağa başlamışdır. "xxxx" MMC isə 2019-cu ilin fevral ayından sonra İddiaçı Müseyb qızı ilı bağladığı müqavilənin şərtlərinə müvafiq olaraq aylıq 8600 manat kirayə haqqını ödəməkdən imtina etmişdir. Ona görə də koronavirusun yayılması ilə əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsinə istinad olunmaqla müqavilənin ləğvinin heç bir əsası mövcud deyildir.
77. Mülki Məcəllənin 422.2.2-ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz.
78. Həmin şərt baxımından qeyd edilməlidir ki, əvvəla müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün müəyyən edilən müddətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi müəyyən edilməmişdir. Digər tərəfdən 2020-ci ilin mart ayının 20-dən sonra tətbiq olunmuş məhdudiyyətlər ictimai iaşə, təhsil, istirahət sahələri ilə bağlı olmaqla çoxmənzilli binaların tikintisinə aidiyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəf olan "xxxx" MMC müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək imkanına malik olmuş, onun müqavilə öhdəliklərini yerinə yetirməsi üçün əhəmiyyətli maneələr mövcud olmamışdır. Əslində "xxxx" MMC tikilməsi nəzərdə tutulan binanın 18 mərtəbəsini u caltmaqla üzərinə götürdüyü öhdəliyin əhəmiyyətli hissəsini yerinə yetirmiş, İddiaçı təhvil verilməli olan qeyri-yaşayış və yaşayış sahələri 1-3-cü mərtəbələrdə yerləşməklə demək ola ki, müqavilədə nəzərdə tutulan qaydada təhvil verilməyə hazırdır. "xxxx" MMC qarşılıqlı iddia ərizəsində tikinti obyektlərini deyil, aylıq 8600 manat kirayə haqqını ödəmək iqtidarında olmadığını bildirərək müqavilənin ləğv olunmasını xahiş edir. Onun dəlillərinin əsassızlığı özünün qarşı tərəfə 1.600.000 manat verməklə müqaviləni ləğv etmək istəyində də əks olunur.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdə liklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”.
80. Eyni zamanda qeyd etmək lazımdır ki, pandemiya ilə əlaqədar dünyada iqtisadi böhranın yaranmasını tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, artıq bir neçə ildir ki, dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində iqtisadi böhran mövcuddur. Azərbaycan dövlət apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadi böhranın təsirlərinə daha az məruz qalmağa nail olur. Ona görə də dünya miqyasında baş verən bu halın hər bir halda yeni böhranlar doğura biləcəyi istisna olunmur və tərəflər müqavilə bağlayarkən bu halı nəzərə almalı idilər. Bundan əlavə pandemiya ilə bağlı məhdudiyyət tədbirləri birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi Azərbaycanda 2020-ci ilin mart ayının 18-dən sonar tətbiq olunmaöğa başlamış və bu tədbirlər əmək fəaliyyətinin tam məhdudlaşdırılmasına, o ceümlədən tikinti işlərinin məhdudlaşdırılmasına səbəb olmamışdır.
81. Mülki Məcəllənin 422.2.3-cü maddəsinə əsasən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra ed ilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı.
82. Həmin şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirdiyi təqdirdə şəraitin əhəmiyyətli dəyişməsi ilə üzləşə bilməzdi. Hazırkı şəraitdə də Konstruksiyaları” MMC məhkəməyə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsinin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini pozacağı və ona müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olacağı qədər qədər zərər vuracağını təsdiq edə biləcək sübutlar təqdim etməmişdir. Həm də "xxxx" MMC-nin müqavilənin ləğvi ilə əlaqədar İddiaçı 1.600.000 manat verməyi öhdəsinə qoyulmasını xahiş etməsi qarşılıqlı iddia ərizəsində göstərdikləırini təkzib edir.
83. Həmin Məcəllənin 422.2.4-cü maddəsinə əsasən işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
84. Həmin şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm işgüzar adətlərdən, həm də müqavilənin mahiyyətindən şəraitin əhəmiyyətli dəyişməsi riskinin hazırda mövcud olması qəbul olunsa belə. bu riski maraqlı tərəf kimi "xxxx" MMC daşımalıdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, qarşılıqlı iddiaçının istinad etdiyi koronovirus pandemiyası ilə bağlı şəraitin dəyişməsi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan sonra, yəni 2020-ci ilin mart ayının 8-dən sonra yaranmağa başlamışdır. İşgüzar adətlərə, mülki qanunvericiliyə və müqavilənin mahiyyətinə görə "xxxx" MMC müqavilə öhdəliklərini 08 mart 2020-ci ilə kimi yerinə yetirməli idi.
85. Mülki Məcəllənin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Birinci instansiya məhkəməsi qətnaməsində müqavilənin ləğv olunması ilə yanaşı, İddiaçı mülkiyyətində olmuş və sökülərək yerində çoxmənzilli bina inşa edilmiş qeyri-yaşayış-sahəsinə görə 1.600.000 manatın "xxxx" MMC-dən alınıb verilməsini qət etməklə həmin normanın tələblə rinə riayət olunması görüntüsünü yaratmışdır. Lakin bu zaman tərəflərin müqavilə bağladıqları vaxt güddükləri iqtisadi maraqlar və mülki işdə olan sübutlar nəzərə alınmamışdır.
86. Belə ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verərkən 1482 kv. metr həcmində qeyri-yaşayış sahəsi, 86 kv.metr yayayış sahəsi və həmin obyektlər təhvil verilənədək hər ay 8600 manat kirayə haqqı almaq kimi iqtisadi marağa malik olmuşdur. Mülki işdə olan “X5” MMC-nin 12 mart 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanda inşa edilmiş tikilinin 1-ci, 2-ci, 3-cü mərtəbələrində yerləşən 1482 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırki dövrdə olan orta bazar qiyməti 8.170.000 (səkkiz milyon bir yüz ye tmiş min) manat təşkil edir. Əslində tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi ilə İddiaçı 1.600.000 manat verilməklə o, 8.170.000 manat dəyərində gözlənilən mülkiyyətindən məhrum olur və həmin əmlak müqavilə öhdəliklərini yerinə yetirməyən "xxxx" MMC-nin sərəncamında qalır. Belə olan halda Mülki Məcəllənin 422.3-cü maddəsinin müəyyən etdyi “xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi”ndən söhbət gedə bilməz.
87. Mülki Məcəllənin 424.5-ci maddəsi müəyyən edir ki, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi müqavilə üzrə öhdəlikləri tərəflər 08 mar t 2020-ci il tarixə kimi yerinə yetirməli idilər. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi dərhal yerinə yetirsə də, "xxxx" MMC 2019-cu ilin mart ayında öhdəliklərin icrasından yayınmışdır. Belə olan halda isə şəraiti əsaslı dərəcədə dəyişməsi baş vermişsə belə bu hal İddiaçı ona dəymiş zərəri tələb etmək hüququnu şərtləndirir.
88. Mülki Məcəllənin 422.4-cü maddəsi müəyyən edir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
89. Apellyasiya instansiyası məhkəməsi “müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictim ai mənafelərə zidd olması” ifadəsinin şərhi üzərində dayanmağı da zəruri hesab edərək bildirmişdir ki, "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsi ilkin olaraq onunla əsaslandırılmışıdr ki, “Yaşayış və qeyri-yaşayış binalarının lahiyələşdirilməsi haqqında Xətai rayon İcra Hakimiyyəti Başçısının 16.11.2017-ci il tarixli 328 saylı Sərəncamın 1-ci bəndindən görünür ki, Xətai rayon sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını rəhbər tutaraq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2017-ci il tarixli X.A. 001 №li müraciətini nəzərə alaraq, Xətai rayon, Nobel prospekti 13 ünvanda yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, y erində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin lahiyələşdirilməsi üçün torpaq sahəsi Cəmiyyətin istifadəsinə verilmişdir.
90. Bundan sonra İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 6№-li Notariat Kontorunda 08 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 nömrə ilə qeyd edilmiş müqavilə bağlanmışdır.
91. Beləliklə, "xxxx" MMC tərəfindən onlarla İddiaçı arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilənin cəmiyyətin ictimai ehtiyacları ilə bağlılığı, dövlətin həmin layihələrin həyata keçirilməsini dəstəkləməsi təsdiq olunur. Belə olan halda "xxxx" MMC tərəfindən inşası başlanılmış çoxmərtəbəli yaşayış binasının başa çatdırılması zəruriliyi göz qabağındadır. "xxxx" MMC əslində cəmiyyətin maraqlarına xidmət edən işi demək olar ki başa çatdırmaq mə rhələsindədir. Mülki işin materialları ilə müəyyən edilir ki, layihələndirilən yaşayış binası 2 mərtəbə zirzəmidən ibarət olmaqla 20 mərtəbəli (3 mərtəbə (1, 2, 3) qeyri-yaşayış sahəsi, 17 mərtəbə yaşayış) və mansardla nəzərdə tutulmuş, iki mərtəbə zirzəmi, 3 mərtəbə qeyri-yaşayış sahəsi, 15 mərtəbə yaşayış sahəsi üçün nəzərdə tutulmuş hissənin beton konstruksiyası quraşdırılmış, yaşayış sahələrinin yeddi mərtəbəsinin kərpiclə aralıqları tikilmişdir. “AZ-Price” qiymətləndirmə şirkətinin rəyinə əsasən 13.04 2021-ci ilə ünvan 7 ünvanında tikilməkdə olan binanın ümumi bazar dəyəri 9.079.403, 71 manat müəyyən edilmişdir.
92. Qeyd olunanlar həmin binanın tikintisinin başa çatdırılması səmərəliliyinə dəlalət edir. Binanın tikintisinə olan ictimai tələbat, oraya sərmayə qoyub yaşayış və qeyri-yaş ayış sahəsi əldə etmək niyyətində olan şəxslər və "xxxx" MMC-nin maraqları binanın tikintisinin başa çatdırılması zəruriliyini tələb edir.
93. Kassasiya çikayətində qeyd olunan “İddiaçı öz mülki hüquqlarından sui-istifadə edərək pul tələb etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə də eyni qaydada "İnşaat Konstuksiyaları” MMC üçün qanunsuz vəzifələr müəyyən etmişdir”, “İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir, bundan başqa “İnşaat Konstruksiyaları MMC-dən asılı olmayan hallarla əlaqədar tikinti sahəsində işlər dayanmışdır” dəlilləri əsassızdır. Çünki “İnşaat Konstruksiyaları MMC-nin öhdəlikləri iradə ifadəsi kimi bağlanmış, ləğvi üçün əsas olmayan ikitərəfli müqavilənin əsasında yaranmışdır. Müqavilə üzrə İddiaçı müqavilə öhdəliyini tam icra etməməsi barədə hər hansı sübut təqdim olunmamışdır.
94. Kassatorun məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
95. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.