Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1998/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6583/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 iyun 202 4-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Birlik”) X3 İstismar İdarəsinin xx.xx.2014-cü il tarixli 430 saylı əmri ilə İdarənin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər təyin edilmişdir.
2. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 137/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.
3. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 2246/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrinə əsasən iddi açı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, 2018-ci ilin iyul ayı üzrə aylıq əmək haqqının ¼ misli (25%) məbləğində cərimə edilmişdir.
4. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 400/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş “töhmət” intizam tənbehi verilmişdir.
5. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş “töhmət” intizam tənbehi verilmişdir.
6. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbir inin tətbiq olunması haqqında” əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.
7. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrinə əsasən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.
8. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş “töhmət” intizam tənbehi verilmişdir.
9. Birliyin Xaçmaz RQİİ tərəf indən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.
10. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması” haqqında əmrinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş “töhmət” intizam tənbehi verilmişdir.
11. Birliyin Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-6- 483/2023 saylı xidməti yazıya əsasən Xudat təmir bərpa və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər i olan iddiaçı izahat yazmaqdan imtina etmişdir. Aktın doğruluğunu Xaçmaz XS-nin XTBSXnin xidmət rəisi E.Ə.Səlimov, mühəndis M.M.Əhmədov, usta M.L.Abiyev imzaları ilə təsdiqləmişdirlər.
12. Birliyin Xaçmaz RQİİ-nin Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 25 nömrəli protokoluna əsasən Xaçmaz RQİİ-nin X1 heyətinin iclası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir.
13. Birliyin xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
14. Mübahisə həmin əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı idd ia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının X2 Qaz İstismar İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər peşəsinə bərpa olunmasına, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və ilkin mediasiya sessiyası üçün ödənilən 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı ilə xx.xx.2014-cü ildə X3 İstismar İdarəsi arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən, X2 Qaz İstismar İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər kimi xidmətə baş lamışdır. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyalarını yerinə yetirmədiyinə görə iddiaçı ilə bağlanmış 430 saylı əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir.
17. İddiaçının işdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır. Əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir.
18. Cavabdeh əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyin əsaslandırmamış, iddiaçıdan yazılı izahat tələb etməmişdir.,
19. İddiaçı tələbinin hüququ əsası kimi Əmək Məcəlləsinin 70, 71, 72-ci maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.
20. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermiş və etirazını birinci instansiya məhkəməsində müdafiə edərək göstərmişdir ki, iddiaçının işdən azad edilməsinin əsaslarına dair sənədləri – xidməti materialları, həmkarlar iclasının protokolunu təqdim edib. İddiaçının işdən azad edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olub. İddiaçı barəsində son üç ildə 16 dəfə intizam tənbehi tədbiri görülmüş, lakin bundan nəticə çıxarmamışdır.
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5133/2023 saylı, 08 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilməmişdir.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixli 430 nömrəli əmək müqaviləsinə əsasən Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təm iri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasının yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu peşədən azad edilmişdir.
23. Birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuni və əsaslı olaraq ləğv edilmişdir. Belə ki, iddiaçı barəsində vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə görə onun barəsində müxtəlif vaxtlarda intizam tənbeh tədbirinin görülməsi barəsində əmrlər qəbul edilmiş, buna baxmayaraq iddiaçı təkrarən əm ək funksiyasını pozmuşdur.
24. Birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ona 1 ay əvvəlcədən xəbərdarlıq olunmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsində əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilən zaman işçinin hüquqi təminatı olaraq xəbərdarlıq müddəti müəyyən edilməmişdir.
25. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə ziyan ödənilə bilməz.
26. H əmçinin iddia rədd edildiyindən iddia tələbinin “ilkin mediasiya sessiyası üçün ödənilən 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi də təmin olunmamalıdır.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “ə” bəndi, 300-cü maddəsinin 1-ci hissəsi, Mülki Prossesual Məcəllənin 14.2, 81 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, əmək intizamını pozduğu üçün iddiaçıdan izah at alınmamış, həmçinin işdən çıxması barədə iddiaçıya xəbərdarlıq olunmamışdır.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6583/2023 nömrəli mülki iş üzrə 2023-cü il 22 noyabr tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova)
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
32. İddiaçının yol verdiyi pozuntularla bağlı iza hatının alınmaması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən Xaçmaz XS-nin XTBSX-nin xidmət rəisi E.Ə.Səlimov, mühəndisi M.M.Əhmədov, ustası M.L.Abiyev akt tərtib etmişlər ona görə ki, iddiaçı izahat vermək üçün dəvət olunsa da, o izahat verməkdən imtina etmişdir.
33. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, iddiaçıya həmkarlar təşkilatının iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu həmin iclasda iştirtak etməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci instan siya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Apellyasiya instansiyası mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “ə” bəndi, 300-cü maddəsinin 1-ci hissəsi, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-c maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
37. Şikayət iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
38. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyin ə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (“ə” bəndi). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apelya siya şikayətinin dəlillərinə qiymət vermişdir.
44. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
45. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı barəsində vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə görə onun barəsində müxtəlif vaxtlarda intizam tənbeh tədbirinin görülməsi barəsində əmrlər qəbul edilmiş, buna baxmayaraq iddiaçı təkrarən əmək funksiyasını pozmuş, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar təşkilatının razılığı alınmışdır. Bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh əmrdə əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
47. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və belə hallarda işəgötürənin işçi ilə əmək müqaviləsini xitam etmək hüququ vardır.
48. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr iş in müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişlər. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddiaçının yol verdiyi pozuntularla bağlı izahatının alınmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil apellyasiya şikayətinin də dəlili olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlili işdəki sübutlarla təkzib etmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kass asiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6583/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.