Məhkəmə qərarları › İş №2(102)-1999/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1999/2024

09.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1999/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin cavabdeh Şamaxı rayon Notariat Ofisinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(105)-344/2024 saylı qətnaməsindən maraqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 9 iyul 2024-cü il tarixdə Al i Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 6 saylı qərarına əsasən ümumi istifadə olunan torpaq sahəsindən 9,0 ha torpaq sahəsi X1 məqsədi ilə istifadə edilməsi üçün satılmışdır. 2. 21 iyul 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2 rayonu, Nağaraxana kəndində yerləşən 9,0 ha torpaq sahəsinin 1,65 ha hissəsini Maraqlı şəxs satmışdır. 3. 21 iyul 2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 7,35 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. 4. 21 iyul 2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Şama xı rayonu Nağaraxana kəndində yerləşən 1,65 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Şamaxı rayon Nağaraxana bələdiyyəsi (bundan sonra - iddiaçı) məhkəmədə cavabdeh Şamaxı rayonu Notariat Ofisinə qarşı və digərlərinə qarşı iddia qaldıraraq, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarının; xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; JN 06 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli Çıxarışların etibarsız hesab olunması və torpaq sahəsinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin sabiq sədri Ağacan Həsənov təkbaşına qəbul etdiyi 12 may 2005-ci il tarixli qərarla ümumi istifadədə olan bələdiyyənin örüş sahəsindən 09 hektar torpaq sahəsini qohumu X1 məqsədilə istifadə edilməsi üçün satmışdır. Pünhan Məmmədov isə öz növbəsində 2006-cı ildə həmin sahədən 1,65 hektar sahəni Maraqlı şəxs satmışdır. Göstərilən şəxslər həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən sənədlər əldə etmişlər. Həmin torpaq sahələrinin satılmasından bələdiyyə üzvlərinin xəbəri olmamış və həmçinin həmin sahə kənd əhalisinin ümumi istifadəsində olan örüş sahəsidir. Ona görə də Nağaraxana bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli qərarı ilə bələdiyyənin 12 may 2005-ci il ta rixli qərarı ləğv edilmişdir. Nağaraxana bələdiyyəsinin sabiq sədri Ağacan Həsənovun təkbaşına qəbul etdiyi 12 may 2005-ci il tarixli qərar 7 nəfər bələdiyyə üzvündən yalnız 3 nəfər bələdiyyə üzvü tərəfindən imzalanmışdır. Artıq həmin qərar ləğv edilmişdir. Ona görə də həmin qərar əsasında hazırlanmış mülkiyyət hüquqlarını təsdiq edən sənədlər ləğv edilməlidir.

7. Şamaxı Rayon məhkəməsinin 2(074)-263/2008 nömrəli iş üzrə 13 noyabr 2008-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddia təmin edilmiş, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin ümumi istifadədə olan örüş sahəsindən Məmmədov Pünhan Əİiəvəz oğluna 9,0 hektar torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 6 saylı qərarı etibarsız hesab olunmuş, Şamaxı rayon Notariat kontorunun xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, JN 6 saylı 41011018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli Çıxarışları ləğv edilərək həmin torpaq sahəsinin Nağaraxana bələdiyyəsinə qaytarılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, araşdırma zamanı tam sübuta yetirilmişdir ki, cavabdehlərə torpaq sahələrinə görə verilmiş alqısatqı müqavilələri və dövlət aktları Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə və Mülki Məcəllənin 337.2. və 337.4-cü maddələrinin tələblərinə ziddir.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respub likası Konstitusiyasının 143-cü maddəsinin 1-ci hissəsinə, 145-ci maddəsinin 1; 2-ci hissələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə, “Bələdiyyələrin statusu” haqqında Qanunun 16-cı maddəsinin 1 və 4-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarəedilməsi” haqqında Qanunun 2.4, 7.2, 27.2-ci maddələrinə, Mülki Məcəllənin 337.2, 337.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 216 və 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Maraqlarına toxunan şəxs Maraqlı şəxs iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yen i qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs 2006-cı ildə Şamaxı rayonu, Nağaraxana qəsəbəsində yerləşən 1,65 ha torpaq sahəsini Pünhan Məmmədovdan satın almış və həmin torpaq sahəsi üzərində sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Çıxarış verilmişdir. Lakin 2022-ci ilin sentyabr ayının 19-da ASAN xidmət mərkəzində olarkən sistemdə onun adına hər hansı daşınmaz əmlakın olmadığı bildirilmiş, məsələnin səbəbini öyrəndikdə məlum olmuşdur ki, Şamaxı Rayon məhkəməsinin 2- 263/2008 saylı, xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə həmin torpaq sahəsi üzərində olan Çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuns uz və əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, qətnamə əsasında torpaq sahəsinə dair bağlanmış müqavilə və həmin müqavilə əsasında ona verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Qətnamənin onun hüquq və vəzifələrinə toxunmasına baxmayaraq, o mülki işin baxılmasına cəlb edilməmişdir. Onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir. Hesab etmişdir ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq ləğv edilməli, işin məhkəmə aidiyyəti məsələsi və yeni təqdim ediləcək sübutlar tərəflərin iştirakı ilə bərabərlik və çəkişmə prinsipinə riayət edilməklə məhkəmə iclasında ədalətli araşdırma ilə həll edilməlidir. Bundan əlavə, qətnamədə yalnız iddiaçı bələdiyyənin və üçüncü şəxs DƏDRX-nin Ərazi idarəsinin nümayəndələrinin izahatları göstərilmiş, başqa hər hansı sübuta istinad edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla onun işdə iştirak edən şəxs kimi cəlb edilmədən mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə ona məxsus torpaq sahəsinin müqəddəratını həll etmiş və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı etibarsız hesab etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına istinad etmiş, torpaq sahəsinin təyinatı ilə bağlı ekspertiza təyin etməmiş, onun vicdanlı alıcı olmağını məsələsinə hüquqi qiymət verməmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-344/2024 nömrəli mülki iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudo v (sədrlik edən və məruzəçi), G.Cabbarova və S.Qafari) maraqlarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 saylı qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırırarkən, hər şeydən əvvəl qeyd etmişdir ki, mübahisələndirilən məhkəmə qətnaməsi 2008-ci il tarixdə (qətnamənin qəbul edilmə vaxtından 15 ildən çox vaxt keçmişdir.) qəbul edilmişdir. Müəyyən olunmuşdur ki, qiyabi qətnamənin aid olduğu mülki işin materialları mühafizə müddətinin keçməsi əsası ilə məhv edilmişdir. Bundan sonra Maraqlı şəxs müraciəti əsasında Şamaxı Rayon Məhkəməsinin 2-263/2008 saylı xx.xx.2008-ci il tarixli qiyabi qətnaməs i ilə 2-263/2008 saylı itirilmiş mülki iş üzrə icraat bərpa edilmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə qiyabi qətnamənin ləğvinə yönəlmiş apellyasiya şikayətinin dəlillərinə yalnız apelyasiya şikayəti verən şəxsin vəkilinin izahatına və qətnamədə istinad olunan sübutları əlaqəli şəkildə təhlil etməklə qiymət vermişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin əsası ondan ibarət olmuşdur ki, mübahisəsi gedən torpaq sahəsi kənd əhalisinin ümumi istifadəsində olan örüş sahəsi olmuş və onun satılmasından bələdiyyə üzvlərinin xəbəri olmamışdır. Habelə Nağaraxana bələdiyyəsinin Pünhan Məmmədova 9,0 hektar torpaq sahəsinin satılmasına dair 12 may 2005-ci il tarixli, 06 saylı iclas protokolu 7 nəfər bələdiyyə üzvündən cəmi 3 nəfəri imzalamışdır. Həmçin in qiyabi qətnamədə adları qeyd olunan şəxslər-şahidlər-bələdiyyənin üzvləri X9, X6, X7 izahatlarında 12 may 2005-ci il tarixdə Nağaraxana bələdiyyəsinin iclasının keçirilmədiyini bildirmişlər.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 6 saylı qərarı ilə Pünhan Məmmədova satılmış 9,0 hektar torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarına aid olmuşdur. Bu halda heç şübhəsiz həmin torpaq sahəsi bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı predmeti ola bilməzdi, yaxud bələdiyyə inzibati orqan kimi bu kateqoriyaya adi torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair qərar (inzibati akt) qəbul edə bilməzdi.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Maraqlı şəxs apellyasiya şikayətində məhkəmə i craatından xəbərsiz olduğunu, habelə məhkəmə iclasları barədə ona hər hansı məlumatın verilmədiyini bildirərək, şikayətinin əsası kimi mübahisəsi gedən 1.65 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında qanuni şəkildə əldə etdiyini, eləcə də torpaq sahəsinə münasibətdə vicdanlı alıcı olmasına istinad etmişdir. Maraqlarına toxunan Maraqlı şəxs bu dəlilləri ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla bu qədər (təxminən 15 il) müddət ərzində sözügedən mübahisələrdən Maraqlı şəxs məlumatsız olması heç də inandırıcı və ağlabatan görünmür. Eyni zamanda məhz bu hallar (yəni torpaq sahəsinə dair mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmış şəxsdən notarial qaydada alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə etməsi) hazırkı iş üzrə Maraqlı şəxs mübahisəli torpaq sahəsinə münasibətdə “vicdanlı alıcı” statusunu əldə etməyə imkan vermir.

17. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həm də onu nəzərə almışdır ki, 2006-cı ildən torpağın mülkiyyətində olmasını qeyd edən Maraqlı şəxs məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsində bu illər ərzində hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması, keçən müddət ərzində torpaq sahəsinin məhz faktiki olaraq onun istifadəsində olmasını təsdiq edən digər sübutları (torpaq sahəsinə dair vergi ödənişləri və s) məhkəməyə təqdim etməmişdir. İşin bu halını kollegiya ona görə qeyd etmişdir ki, məhz bu halların konkret dəlillərlə, təkzibedilməz sübutlarla təsdiq olunmaması keçən müddət ərzində torpaq sahəsinin artıq əvvəlki təyinatına qaytarılmasına və ü mumi örüş sahəsi kimi istifadə edilməsinə dəlalət etmişdir ki, bu hal da özlüyündə şəxsin şikayətini əsassız etmişdir.

18. Apellyasiya kollegiyası işin bütün mürəkkəb xüsusiyyətini (qiyabi qətnamənin qəbulundan uzun müddət keçməsi ilə əlaqədar mülki iş üzrə itirilmiş icraatın təzələnməsi və bunun davamında iş materiallarında natamamlığın mövcudluğunu) və ən əsası prosessual qənaət prinsipini, habelə mübahisə predmetini təşkil edən torpaq sahəsindən yerli əhalinin örüş kimi ümumi istifadə etməsi faktını nəzərə alaraq və eləcə də mülki dövriyyənin sabitliyini təmin etmək məqsədi ilə hesab etmişdir ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 noyabr 2008-ci il tarixli, 2(074)-263/2008 saylı qiyabi qətnaməsi nəticə etibarı ilə əsaslı və işin faktiki hallarına uyğun olmuşdur, çünki maraqlı şəxs təl əbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir.

19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.2, 2.4, 5.1, 6.2, 7.1, 7.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 372.2, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Maraqlarına toxunan Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqəti müəyyən etməmiş və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərini kobud şəkildə pozmuşdur. Qanunvericiliyə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı işə üzrə Maraqlı şəxs hüquq və mənafelərinin təsdiqi ilə əlaqədar atılmalı olan heç bir prosessual addımlar atılmamışdır. Maraqlı şəxsin mülkiyyət hüquqları pozulmuşdur və yalnız iddiaçının maraq və mənafeləri qorunmuşdur. İşə baxan məhkəmələr öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda, bu i ş üzrə təəssüflər olsun ki, həm birinci instansiya məhkəməsi, həmdə, apellyasiya instansiyası məhkəməsi öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Yazılı sübut kimi məhkəmə qərarları və qətnamələri və digər sənədlər təqdim edilmiş, lakin məhkəmələr heç bir sübuta qiymət verməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi sübutların qiymətləndirilməsi baxımından da natamam olmuşdur.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, 125-ci maddəsinin 7-ci hissəsinə, habelə Mülki Prosessual Məcəllənin 2, 9, 77, 88, 89, 217, 218, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının Respublikasının Qanunu idarə edilməsi haqqında” Azərbaycan

24. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

25. Maddə 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

26. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

27. Maddə 6.2. B ələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

28. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar

29. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili y olların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.

37. Maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini özünə aid olan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı onun kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğ v edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

40. Belə ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi kənd əhalisinin ümumi istifadəsində olan örüş sahəsi olmuş və onun satılmasından bələdiyyə üzvlərinin xəbəri olmamışdır. Habelə Nağaraxana bələdiyyəsinin Pünhan Məmmədova 9,0 hektar torpaq sahəsinin satılmasına dair 12 may 2005-ci il tarixli, 06 saylı iclas pr otokolu 7 nəfər bələdiyyə üzvündən cəmi 3 nəfəri imzalamışdır. Həmçinin qiyabi qətnamədə adları qeyd olunan şəxslər-şahidlərbələdiyyənin üzvləri X9, X6, X7 izahatlarında 12 may 2005-ci il tarixdə Nağaraxana bələdiyyəsinin iclasının keçirilmədiyini bildirmişlər.

41. Apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 6 saylı qərarı ilə Pünhan Məmmədova satılmış 9,0 hektar torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarına aid olmuşdur. Bu halda heç şübhəsiz həmin torpaq sahəsi bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı predmeti ola bilməzdi, yaxud bələdiyyə inz ibati orqan kimi bu kateqoriyaya adi torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair qərar (inzibati akt) qəbul edə bilməzdi.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs apellyasiya şikayətində məhkəmə icraatından xəbərsiz olduğunu, habelə məhkəmə iclasları barədə ona hər hansı məlumatın verilmədiyini bildirərək şikayətinin əsası kimi mübahisəsi gedən 1.65 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında qanuni şəkildə əldə etdiyini, eləcə də torpaq sahəsinə münasibətdə vicdanlı alıcı olmasına istinad etmişdir. Maraqlarına toxunan Maraqlı şəxs bu dəlilləri ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla bu qədər (təxminən 15 il) müddət ərzində sözügedən mübahisələrdən Maraqlı şəxs məlumatsız olması heç də inandırıcı və ağlabatan görünmür. Eyni zamanda məhz bu hallar (yəni torpaq sahəsinə dair mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmış şəxsdən notarial qaydada alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə etməsi) hazırkı iş üzrə Maraqlı şəxs mübahisəli torpaq sahəsinə münasibətdə “vicdanlı alıcı” statusunu əldə etməyə imkan vermir.

43. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həm də onu nəzərə almışdır ki, 2006-cı ildən torpağın mülkiyyətində olmasını qeyd edən Maraqlı şəxs məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsində bu illər ərzində hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması, keçən müddət ərzində torpaq sahəsinin məhz faktiki olaraq onun istifadəsində olmasını təsdiq edən digər sübutları (torpaq sahəsinə dair vergi ödənişləri və s) m əhkəməyə təqdim etməmişdir. İşin bu halını kollegiya ona görə qeyd etmişdir ki, məhz bu halların konkret dəlillərlə, təkzibedilməz sübutlarla təsdiq olunmaması keçən müddət ərzində torpaq sahəsinin artıq əvvəlki təyinatına qaytarılmasına və ümumi örüş sahəsi kimi istifadə edilməsinə dəlalət etmişdir ki, bu hal da özlüyündə şəxsin şikayətini əsassız etmişdir.

44. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2024-cü il tarixli, 2(105)-344/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar