Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-20/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-20/2022 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Məmmədli Zaur Rasim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, i şə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13891/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadından İddiaçı qızının kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-4263/2019 saylı, 29 iyul 2019cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Cəmilə Musayeva)
2. İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13891/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nəsimi Rayon Мəhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(007)-4263/2019 sa ylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov)
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti 29 noyabr 2019-cu il tarixdə iddiaçı tərəfindən poçt xəbərnaməsinə imza olunmaqla rəsmi olaraq qəbul edilmişdir.
4. İddiaçı 29 yanvar 2021-ci ildə ərizə verərək, kassasiya şikayəti vermək üçün ona dövlət hesabın vıkil təyin ediməsini xahiş etmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi 11 mart 2021-ci il tarixli qərardadla iddiaçıya dövlət hesabına vəkil təyin etmişdir.
6. İddiaçı İddiaçı 11 iyun 2021-ci il tarixdə kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə, eləcə də qətnamədən kassasiya şikayəti vermişdir.
7. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Şirvan şəhərində yaşayır. Ölkə ərazisində yayılmş Koronovirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə əlaqədar iddiaçı Bakı şəhərinə gəlməkdə çətinlik çəkmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13891/2019 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Tofiq Səmədov(sədrlik edən və məruzəçi), İkram Şirinov və Anar Tanrıverdiyev)
9. Apellyasiya instansiyası qeyd edib ki, Respublika ərazisində COVİD-19 virusunun yayılması ilə bağlı karantin rejimi tətbiq olunsa da, bu dövrdə vətəndaşların hərəkəti məhdudlaşdırılmamışdır.
10. Apellyasiya məhkəməsi işin qeyd edilənlərə görə hesab edib ki, İddiaçı ərizəsində göstərilən dəlilər əsaslı deyil, ərizədə göstərilən halla r müddətin üzrlü səbəbdən buraхılması kimi qiymətləndirilə bilməz və müddəti bərpa edilməməlidir.
11. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 133.1, 405.0.1 və 408.1.4cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı İddiaçı (vəkil Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlilləri: - İddiaçı Şirvan şəhərində yaşayır. Həm iddiaçının maddi durumu, həm də ölkə ərazisində yayılmş Koronovirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə əlaqədar iddiaçı Bakı şəhərinə gəlməkdə çətinlik çəkmişdir; - apellyasiya məhkəməsi iddiaçını dövlət hesabına vəkillə təmin edən zaman prosessual müddətin buraxılıb-buraxılmamasına diqqət yetirməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri: - iddiaçı müddətin keçməsini maddi durumu və pandemiya ilə əlaqələndirib. Maddi durumla bağlı iddiaçı heç bir sübut təqdim etməyib; - pandemiya dövründə ərizələrin qəbulu tam qadağan edilməmişdi. Sənədlərin poçt və ya elektron qaydada göndərilməsi tövsiyyə olunmuşdu; - həm də nəzərə alınmalıdır ki, iddiaçı 1 il 5 aydan sonra şikayət vermişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməs ini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Məmmədli Zaur Rasim oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı ins tansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayəti apellyasiya instans iyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərdadının ləğv olunması üçün əsas yoxdur.
20. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçıya 29 oktyabr 2019-cu il tarixdə rəsmi təqdim оlunub. 29.01.2021-ci il tarixində İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş və onun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir.
21. Kassasiya şikayəti və ona əlavə edilmiş kassasiya şikayətinin vermə müddətinin bərpa olunmasına dair ərizə isə 11.06.2021-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılmışdır.
22. İddiaçının müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apellyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib. İddiaçı müddəti ötürməsinin üzrlü səbəbi kimi COVİD-19 pandemiyası ilə əlaqədar Bakı şəhərinə gələ bilməməsinə istinad etsə də, apellyasiya məhkəməsi bunu qəbul etməyib.
23. Nəzərə almaq lazımdır ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. (MPM, 47-ci maddə)
24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik buraxılmış müddətin bərpası imkanını nəzərdə tutsa da, yalnız ərizənin verilməsi özü-özlüyündə müddətin bərpası üçün əsas deyil. Bütün hallarda ərizədə üzrlü səbəblər göstərilməli və buna dair sübutar təqdim ed ilməlidir.
25. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı diqqəti “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarına da çəkir. X1 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi m ünasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
26. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması h üququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
27. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi zamanı prosessual müddətin buraxılıb-buraxılmamasına diqqət yetirilməli olması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, iddiaçıya dövlət hesabına vəkil təyin edərkən, müddətin bərpası barədə ərizə veriləcəyi təqdirdə iddiaçının hansı hala istinad edəcəyini, həmin halın üzrlü və ya üzrsüz olmasını apellyasiya məhkəməsinin təxmin etməsi mümkün deyildi.
28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13891/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.