Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-20/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə (üçüncü şəxslər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı; Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı; Birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barışıq razılaşmasından irəli gələn öhdəliyin icrası, barışıq razılaşmasının etibarsız hesab edilməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2nə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı müqavilədən irəli gələn öhdəliyin icrası tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı barışıq razılaşmasının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı, birləşdir ilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2nə qarşı pul tələbinə dair iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-822/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 28-30-cu km-də yerləşən, ümumi sahəsi 1036,7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətində, bu qeyri-yaşayış sahəsinə aid 0,06141 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla MMC-nin istifadəsindədir.
2. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 6 mart 2004-cü il tarixli, 45 saylı Sərəncamı və 2004-cü il tarixli 0328 saylı icarə müqaviləsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Dərin Özülləri zavodunun qərbində, Bakı-Salyan şosesinin şimal-qərbində anbarların layihələşdirilməsi və tikintisi üçün Cavabdeh2 MMC-yə 2 ha torpaq sahəsi müvəqqəti istifadəyə verilmişdir. Həmin torpaq sahəsində hər biri 960 metrdən ibarət olan 3 ədəd anbar binası inşa olunmuşdur.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 MMC arasında bağlanmış 10 may 2017-ci il tarixli, 297/3288 nömrəli müqavilə ilə 4 mart 2005-ci il tarixli, JN 6908 kod 00200003 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinin 16014,8 kv.metr hissəsi 10 may 2017-ci il tarixdən 4 iyun 2053-cü ilədək Cavabdeh2 MMC-nin müddətli icarəsinə verilmişdir.
4. Cavabde h2 MMC-nin adından icraçı direktor X4, Cavabdeh3 adından nümayəndəsi Nümayəndə1 və İddiaçı Rafayel oğlunun adından nümayəndəsi Vəkil1 tərəfindən imzalanmış 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilənin məzmununa əsasən tərəflər bəyan etmişlər ki, öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq və qarşılıqlı güzəştlər yolu ilə aralarında yaranmış qeyri-müəyyənliyi müqavilənin şərtlərinə uyğun həll etmişlər. Belə ki, İddiaçı bəyan etmişdir ki, ona ******* manat məbləğində olan borcun əvəzində, bu borc müqavilə imzalandığı andan 6 ay müddətində ona ödənilmədikdə o, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 MMC arasında bağlanmış 10 may 2017-ci il tarixli, 297/3288 nömrəli m üqavilə ilə 4 iyun 2053-cü il tarixinədək MMC-nin icarəsində olan 16014,8 kv.m torpaq sahəsində inşa olunmuş, hər birinin sahəsi 960 kv.m təşkil edən qapalı, istismar üçün tam yararlı və icarəyə verilmiş 3 ədəd anbar sahəsinin və xüsusi mülkiyyət hüququ ilə MMC-nin adına qeydə alınmış, sonradan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5961/2017 nömrəli iş üzrə qəbul etdiyi məhkəmə aktları və müvafiq icra sənədləri əsasında Cavabdeh3 hüquqlarının tanındığı 1036,7 kv.metr qeyri-yaşayış sahəsini (bu sahəyə aid 0,06141 ha torpaq sahəsi ilə birlikdə), borc məbləği ona ödənilmədikdə, bu əmlaklara aid bütün hüquqlarla öz mülkiyyətinə, sahiblik və istifadəsinə qəbul edir.... Həmin əmlaklar onun tərəfindən bu müqavilə ilə müəyyən edilən müddətdə qəbul edildikdən sonra 1.800,070 manat məbləğin də pul ona ödənilmiş hesab edilir və hazırki Müqaviləyə xitam verilir. Gələcəkdə onun bu vəsaitə dair heç bir iddiası və tələbi olmayacaqdır. Öz növbəsində Cavabdeh3 və Cavabdeh2 MMC bəyan etmişlər ki, qeyd olunan borc 6 ay müddətində ödənilmədikdə qeyd olunan əmlakların İddiaçı (və ya onun təsdiq etdiyi hüquqi şəxsin) mülkiyyətinə, sahiblik və istifadəsinə verilməsinə tam razıdırlar, bu cür rəsmiləşdirmə onların könüllü iradəsini ifadə etməklə, gələcəkdə bu əmlaklara dair heç bir tələbləri və iddiaları olmayacaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər i, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv.m qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınması; JN 6908, Kod 00200003 saylı 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.m-dən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km-də yerləşən, hər biri 960 kv.m-dən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər keçən müddət ərzində 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri, eləcə də həmin müqavilənin şərtlərinə əməl etməyəcəkləri təqdirdə bu müqavilə üzrə müəyyən edilənləri qeyri-şərtsiz icra edəcəyi barədə üzərlərinə götürdükləri öhdəliklərin icrasından da yayınmışlar.
7. Cavabdeh2 MMC ilk iddia ərizəsinə etiraz edərək, ilk iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
8. Cavabdeh3 ilk iddia ərizəs inə etiraz edərək, iddia tələbləri əsassız olduğundan iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiasının rədd edilməsini, 12 aprel 2019-cu il tarixli barışıq razılaşması barədə müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.
9. Cavabdeh2 MMC ilkin iddia üzrə İddiaçı qarşı ilkin iddianın əsasını təşkil edən 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 aprel 2019-cu il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881- ci maddəsində nəzərdə tutulan müqavilədir. Lakin bu müqavilənin iştırakçıları olan İddiaçı və Cavabdeh3 barışıq razılaşması məqamında sözügedən müqavilənin predmeti olan daşınmaz əmlakın hüquqi statusundan (rejimindən), eyni zamanda bu müqavilənin iştirakçılarından olmuş Cavabdeh2 MMC-nin nümayəndəsinin imza səlahiyyətlərinin olmamasından və ümumiyyətlə, adı gedən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin mümkünsüzlüyündən məlumatları olmamışdır. Müqavilə bilavasitə Cavabdeh2 MMC-nin təsisçisinin hüquqlarını pozmuş və onun qanuni mənafeyinə toxunmuşdur. Halbuki, digər iştirakçılar qismində Cavabdeh2 MMC heç bir öhdəlik götürməmiş, delikt törətməmişdir ki, öz əmlakı ilə ilk İddiaçı qarşısında məsuliyyət daşısın. Barışıq razılaşması haqqında xx.xx.2019-cu il tarixli müqaviləni müəyyənləşdiri lmiş şərtləri pozmaqla bağlanmış əqd hesab edən qarşılıqlı iddia üzrə iddiaçı sözügedən müqavilənin iştirakçılarından olan Cavabdeh2 MMC-yə aid dövlət reyestrindən çıxarışda onun yeganə təsisçisinin Böyük Britaniyanın “Murphy Shipping and Commercial Services UK Limitded” şirkətinin olmasını və onun qanuni təmsilçisinin Baş direktoru Sabir Əliyev olduğunu, təsisçi tərəfindən qanuni təmsilçi, yəni baş direktora verilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən Cavabdeh2 MMC-nin əmlakının təsisçisinin icazəsi olmadan özgəninkiləşdirilməməsinin açıq-aydın göründüyünü, razılaşmanı imzalamış icraçı direktor Ramil Məsimovun bu barədə məlumatsız olduğunu və baş direktorun, yəni qanuni təmsilçi Sabir Əliyevin məzuniyyətdə olarkən bunu etdiyini qeyd etmişdir. Barışıq razılaşması haqqında müqavilədə sözügedən daşınmaz əmlakın hazırda Cavabdeh2 MMC-yə aid olsa da, həm bu müqavilənin iştirakçılarından biri olan Cavabdeh3, həm də bu müqaviləyə heç bir aidiyyəti olmayan, hazırda ləğv prosesində olan QSC "xxxx" KB-nin hüquqları ilə yüklü olduğundan barışıq razılaşması haqqında müqavilə ilə, həmçinin ləğvetmədə olan bankın da hüquqlarına toxunduğunu göstərən qarşılıqlı iddia üzrə iddiaçı, müqavilə iştirakçıları arasında hər hansı bir faktiki pul borcunun olmasının (onun məbləği, mövcudluğu) heç bir mötəbər sübutlarla təsdiqlənmədiyini iddiasında qeyd etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı yuxarıda sözügedən müqavilə üzrə onun iştirakçıları tərəfindən münasibətlərini, iddialarını həyata keçirə bilmədiklərinə istinad edərək barışıq razılaşmasının hüquqi qüvvəsinin olmadığını da iddiasında gö stərmişdir.
11. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMCdən müştərək qaydada onun xeyrinə ümumilikdə 749657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi ABŞ dolları, qırx bir sent) ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini, eləcə də Cavabdeh3 hərəkətlərində Cinayət Məcəlləsinin 318-2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına dair xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə aralarında olan razılaşmaya əsasən tərəfindən xx.xx.2012-ci il tari xdən xx.xx.2014-cü il tarixinədək Cavabdeh3 ümumilikdə 89600,13 ABŞ dolları, xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixinədək yenə Cavabdeh3 xahişi ilə onun İsveçrədə olan hesablaşma hesabına ümumilikdə 660.057,28 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Qeyd olunan bu xüsusatların müvafiq bank sənədləri ilə təsdiq olunduğuna istinad edən İddiaçı daha sonra iddiasında göstərmişdir ki, Cavabdeh3 bu vəsaitin ona şəxsən, eləcə də təsisçilərindən biri olduğu digər cavabdeh şirkətin fəaliyyətinin genişləndirilməsi zərurəti ilə əlaqədar sərf olunacağını bildirmiş, ondan aldığı pul vəsaitini şirkətin fəaliyyətindən və şirkətin əmlakının satışından əldə olunan gəlirlər hesabına 2019-cu ilin ortalarınadək qaytarılacağına vəd vermişdir. Cavabdeh3 normal bir iş adamı olmasına, Böyük Britaniya dövlətində təsis olunmuş şirkətin təsisçilərindən biri olmasına, o cümlədən Azərbaycanda sahibkarlıqla məşğul olmasına əsaslanan iddiaçı iddia ərizəsində bu səbəbdən Cavabdeh3 etimad etməyinə əsas yaranmasını göstərmişdir. Cavabdehlər yuxarıda qeyd olunan məbləğdə ondan borc aldıqları pulları 2019-cu ilin ortalarında qaytarmalı olduğu halda keçən müddət ərzində öhdəliyini icra etməmiş, ondan borc aldığı pulu geri qaytarmamışlar. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələrlə bu günədək borcun ödənişindən yayınmışlar. Cavabdeh3 borc verərkən onun Azərbaycan Respublikasının vətəndaşı, eləcə də təsisçisi olduğu şirkətin Azərbaycan Respublikasında daşınmaz əmlaka sahib olmasının onda da Cavabdeh3 borc verməyinə etimad yaradan əsaslardan biri olduğunu qeyd edən İddiaçı iddia sında göstərmişdir ki, Cavabdeh3 ona Böyük Britaniya vətəndaşı olduğunu söyləməmişdir. Aralarında mübahisə yarandıqdan sonra bu halı ilkin araşdırarkən müəyyən olunmuşdur ki, o, həm Azərbaycan Respublikasının, həm də Böyük Britaniya dövlətinin vətəndaşıdır. Bu əməlin cinayət qanunvericiliyi ilə cinayət məsuliyyətinə səbəb olmasına əsaslanan iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-2-ci maddəsinin tələbinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) bir ay müddətində yazılı məlumat verməməsi sözügedən maddənin sanksiyasında nəzərdə tutulan məsuliyyətə cəlb edilməyə əsasdir. Hesab etmişdir ki, yuxarıda qeyd olunan bu hal hazirki iş üzrə məhkəmə iclasında araşdırılmalı və qeyd olunan bu xüsusatla da bağlı Cavabdeh3 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir.
14. Cavabdeh2 MMC iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının irəli sürdüyü hallar yalnız formal mülahizələrdən ibarət olmuş və heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə icraat olduğundan, hazirki iş üzrə iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3152/2019 nömrəli iş üzrə 9 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə 2(00 2)-3152/2019 nömrəli mülki iş, İddiaçı Cavabdeh2 MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası tələbinə dair 2(002)2968/2019 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 nömrəli iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan "xxxx" KB və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi” barədə iddiasının təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 28-30 ünv anında yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə hüquqların və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması, Cavabdeh2 MMC-nin İddiaçı qarşı “12 aprel 2019-cu il tarixli Barışıq razılaşması barədə Müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasının təmin olunmaması, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələ binə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı xeyrinə 79271,79 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutulması, İddiaçı pul tələbinə dair iddiasının qalan hissəsi təmin olunmaması, məhkəmə qətnaməsinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 28-30 km-də yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrdən çıxarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi və həmin ünvanda yerləşən hər bir 960 kv.metrdən ibarət üç ədəd anbar binalarının yerləşdiyi torpaq sahəsinə dair 10 may 2017-ci il tarixli, 297/3288 saylı icarə müqavilələrinin Cavabdeh2 MMC-nin əvə zinə Cavabdeh1 MMC-nin adına dəyişdirilməsi üçün əsas olması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2019cu il tarixli müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinin tələblərinə, yəni sözügedən müqavilənin formasına və mahiyyətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsində nəzərdə tutulan müqavilə olması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə uyğun bağlanmasına əsaslanaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 MMC isə xx.xx.2019-cu il tarixli qarşılıqlı iddiasının, eləcə də ilk iddiaya etirazının məzmununda qeyd olunan müqavilənin formasına və mahiyyətinə görə Azərbaycan Res publikası Mülki Məcəlləsinin 881-ci maddədə nəzərdə tutulan müqavilə hesab etməklə bu xüsusatı mübahisələndirməmiş, əksinə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu halı etiraf etmişdir. Eyni zamanda, yuxarıda sözügedən qarşılıqlı iddia ərizəsində cavabdeh müəssisənin Baş direktoru məzuniyyətdə olması səbəbindən sözügedən müqaviləni vəzifə təsnifatına əsasən Baş direktordan sonrakı yüksək vəzifə hesab edilən və baş direktor vəzifələrini bu və ya digər səbəbdən icra edə bilmədikdə onun səlahiyyətlərini icra edən icraçı direktor X5 tərəfindən imzalandığı etiraf edilməklə həmin müqavilə müəssisənin möhürü ilə təsdiq olunmuşdur ki, bu da mövcud qanunvericiliyin tələblərinə tam uyğundur, bu hala istinadən barışıq razılaşması haqqında müqavilənin etibarsız sayılması mümkünsüzdür.
18. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh2 MMC-nin əmlakının onun təsisçisinin razılığı olmadan özgəninkiləşdirilməsinin mümkünsüzlüyü barədə dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, “hüquqi şəxsin məsuliyyəti”ni nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakı ilə cavabdehlik daşıyır. Nəzərə alınmalıdır ki, barışıq razılaşmasında göstərilən daşınmaz əmlak bu müqaviləyə əsasən digər qaydada özgəninkiləşdirilmir. Həmin əmlak İddiaçı qarşısında Cavabdeh2 MMC-nin öhdəliyi üçün həmin müqavilədə nəzərdə tutulan şərtlər və müddət daxilində İddiaçı verilmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
19. Məhkəmə qeyd etməyi zəruri hesa b etmişdir ki, Cavabdeh2 MMC-nin İddiaçı qarşısında olan 1.800.070 manat məbləğində öhdəliyi xx.xx.2019-cu il tarixli müqaviləyə və bu müqavilənin hüquqi qüvvəsini, statusunu müəyyənləşdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin mübahisə edilməyən öhdəliyi olduğundan, hüquqi şəxsin öhdəliyin icrası ilə bağlı məsuliyyəti öz öhdəlikləri üçün ona mənsub bütün əmlakı ilə cavabdehlik daşımasını ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələblərindən irəli gəlmişdir.
20. Məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə cavabdehin iddiaya etirazının əsasları mötəbər sübutlarla deyil, onun subyektiv mülahizələrinə əsaslanır və öhdəliyinin icrasından yayınmaq xarakteri daşımışdır. Bu səbəbdən də, ilk iddia tələbi təmin edilmə li, ilk iddia tələbinin təmin olunması, eləcə də yuxarıda sadalanan xüsusatlar isə qarşılıqlı iddia tələbinin təmin olunmasını istisna etdiyindən qarşılıqlı iddia təmin edilməməlidir.
21. Məhkəmə İddiaçı pul tələbinə dair iddiasını, eləcə də sözügedən iddiaya dair Cavabdeh2 MMC-nin etirazının dəlillərini araşdıraraq hesab etmişdir ki, qeyd olunan iddia qismən təmin edilməlidir. Belə ki, sözügedən iddia tələbinin əsaslandırıldığı bank köçürməsi sənədlərindən görünür ki, bank köçürmələri yolu ilə ödənilmiş pul vəsaitinin 79271,79 ABŞ dolları məbləğində olan hissəsi qeyd olunan iddia tələbi üzrə Cavabdeh3 hesablaşma hesabına köçürülsə də qalan 534883,47 məbləğində olan hissəsi hazırkı iş üzrə cavabdeh olmayan “X2 Services” müəssisəsinə köçürülmüşdür ki, bu məbləğə görə Cavabdeh3 fiziki şəxs o laraq, Cavabdeh2 MMC isə hüquqi şəxs olaraq cavabdehlik daşımasını təsdiq edən bu və ya digər sübutlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin iddia Cavabdeh3 qarşı hissədə 79271,79 ABŞ dolları məbləğində təmin edilməli, qalan hissədə isə iddia təmin olunmamalıdır. Qeyd olunan iddia tələbinin Cavabdeh3 barəsində xüsusi qərardad qəbul olunması ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilə bilməz. Ona görə ki, iddia ərizəsində xüsusi qərardad qəbul edilməsi ilə bağlı hallar hazırkı işin faktiki halları ilə əlaqədar olmamışdır.
22. Məhkəmə iş üzrə müəyyən edilən işin faktiki və həqiqi hallarına uyğun olaraq mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir ki, ilk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə xx.xx.2019-cu il tarixli barışıq razılaşması haqqında müqaviləyə, bu müqavilə ilə tənzimlənən hüquq və iddialar, eləcə də həmin müqavilənin forma və məzmunu baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, sözügedən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələbləri ilə uzlaşmış, müqavilənin cavabdehin formal mülahizələri əsasında etibarsız sayılması üçün hüquqi əsaslar olmamışdır.
23. Məhkəmə hesab etmişdir ki, mübahisə tərəflərinin öz aralarındakı hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə barışıq razılaşması haqqında mü qavilə bağlamaqla həll etmələri mülki qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının hüquqi qüvvəsi əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsini istisna etdiyindən, eləcə də hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olduğundan Cavabdeh2 MMC-nin İddiaçı 1.800,070 manat məbləğində öhdəliyi olmaması istisna edilə bilməz.
24. Bu baxımdan da məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh2 MMC-nin istər qarşılıqlı iddiasının, istərsə də ilk iddiaya etirazının əsası kimi istinad etdiyi hal, yəni, barışıq razılaşması haqqında müqavilənin iştirakçıları arasında hər hansı faktiki pul borcunun ol masının heç bir mötəbər təsdiqlənmədiyinə dair mülahizəsi, eləcə də ilk İddiaçı bunu öz iddia ərizəsində sübut edə bilməməsinə dair, həmçinin, Cavabdeh2 MMCnin heç bir öhdəlik götürməməsinə, o cümlədən, delikt törətməməsinə, bu səbəbdən də ilk iddiaiçı İddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımamasına dair dəlilləri əsaslı və qanuni sayıla bilməz. Əks yanaşma barışıq razılaşması haqqında müqavilənin hüquqi qüvvəsini, eləcə də hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlərin etibarlı olmasını ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edər.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52, 881-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı ona qarşı hər-hansı pul, yaxud əmlakla bağlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmə sini xahiş etmişdir.
29. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2313/2021 nömrəli mülki iş üzrə 9 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-nin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Ləğv prosesində olan QSC "xxxx " KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi və pul” tələbinə dair iddialarının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməklə, Cavabdeh2 MMC, Cavabdeh3 və İddiaçı arasında bağlanmış 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddiaçının iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddia tələbinin isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı olan iddiasının əsasını təşkil edən 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək barədə öhdəlik götürdüyü müqavilə olduğu üçün notarial qaydada təsdiqlənməli idi, lakin təsdiqlənməmişdir. Yalnız bu fakt kifayət idi ki, iddia tələbinin 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair hissəsi tə min edilməsin, qarşılıqlı iddia isə təmin edilsin.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 28-30-cu km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0,06141 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı ildə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, ipoteka müqaviləsi əsasında QSC "xxxx" KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu qeyri-yaşayış sahəsi yüklü olduğundan onun özgəninkiləşdirilməsi yaxud digər sərəncam verilməsi zamanı ipoteka saxlayanın razılığı tələb olunurdu. Apellyasiya baxışı zamanı hə mçinin müəyyən edilmişdir ki, QSC "xxxx" KB tərəfindən ipoteka qoyana qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və tutmanın hazırki mübahisənin də predmeti olan qeyriyaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan əlavə, qeyriyaşayış binasının yerləşdiyi 0,6141 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin torpaq sahəsinə mülkiyyət hüququ, həmçinin 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqları tanına bilməzdi. Birinci instansiya məhkəməsi xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilməli olan dövlət torpağına xüsusi mül kiyyət hüququnu tanımaqla, həmçinin həm xüsusi mülkiyyət hüququ, həm də istifadə hüququ əsasında torpaq sahəsi fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən, yəni onların qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında verilməli olduğu halda, maddi hüquq normalarının imperativ tələblərini pozmuş, bu tələblərə riayət etməmişdir. Həmçinin, məhkəmə torpaq mülkiyyətçisinin mövqeyini öyrənmədən və razılığı olmadan da bu cür qərar qəbul edə bilməzdi. Çünki, bu halda torpaq qanunvericiliyinin imperativ tələbləri pozulur. Eyni zamanda Cavabdeh1 MMC-nin istifadə hüquqları tanındığı torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 ədəd anbar binalarına da sonuncunun istifadə hüququnun tanınmasının qanuni əsası olmalıdır. Yəni, bu tikililərə dair h ər hansı bir hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, statusuna görə özbaşına tikili sayılır. Bu tikililərə dair hüquqların tanınması və qeydiyyata alınması ilk növbədə bu işləri yerinə yetirən daşınmaz əmlaka dair hüquqların qeydə almalı olan qurumların səlahiyyətindədir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMCyə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilərək Cavabdeh3 onun xeyrinə 79271,79 ABŞ dolları tutulması da əsassız olmuşdur. Çünki, İddiaçı iddia tələbinin bu hissəsi üzrə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İlk iddiaçının cavabdehlərə qarşı həm 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliklərin ic rasını, həm də 749657,41 ABŞ dolları tələb etməsi anlaşılan olmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən yuxarıda qeyd olunanlarla yanaşı bir sıra prosessual hüquq normaları da pozulmaqla, məhkəmə iclasının protokolu Mülki Prosessual Məcəllənin 271-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, mülki iş hələ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olarkən ilk iddiaçı iddia tələbinin artırılması və əlavə cavabdehin cəlb olunması barədə əlavə iddia ərizəsi məhkəməyə müraciət etmiş, cavabdeh kimi cəlb olunan Nümayəndə1 da 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqaviləni Cavabdeh3 adından nümayəndə kimi imzaladığından öhdəliklərini yerinə yetirmədi yinə görə ona vurduğu maddi ziyana görə 100 manat tələb etmişdir. Lakin iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərildikdən sonra Nümayəndə1 qarşı olan tələb və onun Cavabdeh2 MMC-nin nümayəndəsi olmaqdan başqa, həm də cavabdeh olması məhkəmə iclas protokollarında göstərilməmiş, baxmayaraq ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi Nümayəndə1 həm də cavabdeh kimi qəbul etmişdir. İddiaçı bundan sonra da yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və bu ərizənin giriş hissəsində Nümayəndə1 adı cavabdeh qismində qalsa da faktiki olaraq ona qarşı olan tələbdən imtina edilmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı məhkəmə iclaslarının protokollarında da hər hansı bir qeyd aparmamışdır.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair son ərizədə iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 28-30 km-də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını ayrıca tələb etsə də, məhkəmə bu tələbin təmin, yaxud rədd edilməli olmasına dair hansısa hüquqi dəyərləndirmə aparmamışdır. Baxmayaraq ki, bu tələb məzmunca demək olar ki, JN 6908, Kod 00200003 saylı 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması tələbi ilə eyni olmuş və bu hissə təmin olunmuşdur. Eyni torpaq sahələri olsalar belə, sahələri fərqli olduğundan və ayrı-ayrı hüquqi sənədlər üzrə (2005-ci il tarixli şəhadətnamə ilə istifadə hüququ əsasında və 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqaviləsi ilə) Cavabdeh2 MMC-yə məxsus olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verib müvafiq qərar qəbul edilməli idi. Çünki, qətnamədə iddianın bu hissəsini tam təmin etdiyini qeyd etmişdir.
37. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə 12 fevral 2020-ci ildə məhkəməyə daxil olmuşdur. 10 fevral 2020-ci il t arixdə məhkəmə qətnamənin elanı üçün məhkəmə iclasını təxirə salsa və Cavabdeh3 vəkili Vəkil3 11 fevral 2020-ci il tarixli orderi işdə olsa da sonuncu iclasda iştirakı təmin olunmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsindən başqa cavabdehlərə və QSC "xxxx" KByə SMS bildiriş göndərilsə də, bunun həmin şəxslərə çatması təsdiq olunmur, həmçinin digər üçüncü şəxslərə isə ümumiyyətlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmişdir. Göründüyü kimi, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
38. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, biri nci instansiya məhkəməsi tərəfindən işdə olan sənədlər xronoloji ardıcıllıqla tikilməmiş, 18 noyabr 2019cu il tarixli məhkəmə iclasının protokolu və 29 noyabr 2019-cu il tarixli məhkəmə iclasının protokolu isə hakimi tərəfindən imzalanmamışdır. Göründüyü kimi, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 394, 881.3-cü madələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
40. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə da ir yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4080/2021 nömrəli mülki iş üzrə 6 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
42. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk olaraq onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış barışıq sazişi notariat qaydasında təsdiq olunmamışdır. 12 aprel 2019 -cu il tarixli barışıq razılaşmasının məzmunu nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, həmin müqavilə ilə tərəflər aşağıdakı məsələlərlə bağlı aralarında olan mübahisələri qarşılıqlı güzəştlər yolu ilə tənzimlənməsi barədə razılığa gəlmişlər: Cavabdeh2 MMC-nin və Cavabdeh3 İddiaçı Rafayel oğluna ******* manat məbləğində borcun olması; həmin borcun 6 ay müddətində ödənilməli olması; göstərilən müddət ərzində borc ödənilmədiyi halda, borcluların yuxarıda qeyd olunan daşınmaz əmlaklara hüquqlarını kreditora vermələri. Apellyasiya instansiyası məhkəməsinin qətnamənin qəbul edilməsi üçün istinad etdiyi Mülki Məcəllənin 329.1 və 394-cü maddələrinin tələbləri yalnız tərəflərin razılığa gəldikləri üçüncü məsələyə aid olmuşdur. Razılaşmada isə daşınmaz əmlaklara hüquqların keçirilməsi yalnız iki nci şərtin icra edilməməsi, yəni etiraf olunmuş borcun ödənilməsinin qeyri-mümkünlüyü halında nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası razılaşmışdır ki, müqavilə qeyd olunan formada bağlanılmaqla cavabdehlərin daşınmaz əmlaklara dair mülkiyyət və istifadə hüquqlarının iddiaçıya ötürülməsi qanuna zidd olmuş və icrası mümkün olmamışdır. Lakin tərəflərin razılığa gəldikləri digər məsələlərlə bağlı qanunvericiliklə barışıq razılaşmasının notariat formasında bağlanması nəzərdə tutulmamışdır.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 MMC özü də qarşılıqlı iddiasında müqavilənin etibarsızlığını MMC-nin təsisçisinin hüquqlarını pozması, MMC-nin iddiaçı qarşısında öhdəliyinin olmaması, MMC-nin adından imzalayan şəxsin buna səlahiyyətli olmaması ilə əsaslandırmışdır. Yəni faktiki olaraq MM C müqaviləni onun formasına uyğun olmaması ilə deyil, iradəsinə (təsisçilərin iradələrinə) zidd olması ilə mübahisələndirmişdir. Halbuki, mübahisələndirilən müqavilədə tərəflər MM-in 881-ci maddəsinə istinad etməklə bəyan etmişlər ki, onlar öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq və qarşılıqlı güzəştlər yolu ilə aralarında yaranmış qeyri-müəyyənliyi həll etmiş, razılaşma ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsini bu razılaşma il istisna etmiş, hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu razılaşmada təsbit edilənlər etibarlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi barışıq razılaşması ilə tərəflərin həll etdikləri birinci və ikinci məsələlərin etibarlılığını araşdırmamış, razılaşmanın həmin müddəalarının MM-i n tələbləri, o cümlədən 881.2-ci maddəsi baxımından araşdırmamış, qarşılıqlı iddianın yuxarıda qeyd olunan dəlillərinə hüquqi qiymət verməmişdir.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337, 394, 881-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Apellyasiya instansiyası məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən mülki işin "pul tələbinə dair” hissəsində xüsusi bilik ələb edən sualların araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizasının aparılması mümkün olmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-822/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) Cavabdeh3 həm Azərbaycan Respublikasının vətəndaşı, həm də Böyük Britaniya dövlətinin vətəndaşı olması xüsusatı ilə bağlı xüsusi qərardad qəbul olunaraq prokurora məlumat verilməsi qərara alınmışdır.
47. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-822/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi min ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair tələb hissəsindən imtinasının qəbul edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia üzrə 749.657,41 (yeddi yüz qırx doqquz min altı yüz əlli yeddi min A BŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində pulun tutulmasına dair tələb hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
48. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-822/2022 nömrəli mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, ilk iddianın Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv.m qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə h üququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.m-dən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.m-dən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh3 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli "xxxx"nin etibarsız hesab edilməsi qət edilmişdir.
49. Apellyasiya instansiya məhkəməsinin mövqe yi ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC-nin istər qarşılıqlı iddiasının, istərsə də ilk iddiaya etirazının əsası kimi istinad etdiyi hal, yəni, "xxxx"nin iştirakçıları arasında hər hansı faktiki pul borcunun olmasının heç bir mötəbər sübutlarla təsdiqlənmədiyinə dair mülahizəsi, eləcə də ilk İddiaçı bunu öz iddia ərizəsində sübut edə bilməməsinə dair, həmçinin, Cavabdeh2 MMCnin heç bir öhdəlik götürməməsinə, o cümlədən, delikt törətməməsinə, bu səbəbdən də ilk İddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımamasına dair dəlilləri əsaslı olmuşdur. Eyni zamanda 12 aprel 2019-cu il tarixli "xxxx" razılaşmanın iştirakçıları: İddiaçı və Cavabdeh3 Cavabdeh2 MMC-nin ümumiyyətlə adı gedən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin mümkünsüzlüyündən məlumatları olmamışdır.
50. Məhkəmə kollegiyas ı hesab etmişdir ki, adı gedən Razılaşma Müqaviləsi müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olmuşdur. Belə ki, Razılaşma Müqaviləsinin iştirakçılarından olan Cavabdeh2 MMC-yə aid Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, onun yeganə təsisçisi (100% payla) Böyük Britaniyanın “Murphy Shipping and Commercial Services UK Limited” şirkəti, onun qanuni təmsilçisi/Baş Direktoru isə Sabir Əliyev olmuşdur. Təsisçi tərəfindən isə qanuni təmsilçiyə/baş direktora verilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən (eyni zamanda Nizamnamənin 5.2. bəndindən) isə açıq-aşkar görünmüşdür ki, sonuncu Cavabdeh2 MMC-nin əmlakını təsisçinin icazəsi olmadan özgəninkiləşdirə bilməz. Halbuki, iş materiallarına əsasən Cavabdeh2 MMC-nin adından 12 aprel 2019-cu il tarixli "xxxx" razılaşmanı MMC-nin icra çı direktoru X4 imza etmişdir.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddia 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqaviləyə istinad olunaraq irəli sürüldüyündən, həmin müqavilə isə etibarsız sayıldığından, ilk iddia Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMCnin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilməlidir.
52. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən yuxarıda qeyd olunanlarla yanaşı bir sıra prosessual hüquq normaları da pozulmaqla məhkəmə iclasının protokolu Mülki Prosessual Məcəllənin 271-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, hazırki mülki iş hələ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icratında olarkən ilk iddiaçı iddia tələbinin artırılması və əlavə cavabdehin cəlb olunması barədə əlavə iddia ərizəsi məhkəməyə müraciət etmiş, cavabdeh kimi cəlb olunan Nümayəndə1 da 12 aprel 2019-cu il tarixli Barşıq razılaşması haqqında müqaviləni Cavabdeh3 adından nümayəndə kimi imzaladığından öhdəliklərini yerinə yetirmədiyinə görə ona vurduğu maddi ziyana görə 100 manat tələb etmişdir. Lakin iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərildikdən sonra Nümayəndə1 qarşı olan tələb və onun Cavabdeh2 MMC-nin nümayəndəsi olmaqdan başqa, həm də cavabdeh olması məhkəmə iclas protokollarında göstərilməmiş, baxmayaraq ki, Nizami Rayon Məhkəməsi Nümayəndə1 həm də cavabdeh kimi qəbul etmişdir. İddiaçı bundan sonra da yekun ola raq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və bu ərizənin giriş hissəsində Nümayəndə1 adı cavabdeh qismində qalsa da faktiki olaraq ona qarşı olan tələbdən imtina edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bununla bağlı məhkəmə iclaslarının protokollarında da hər hansı bir qeyd aparmamışdır.
53. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair son ərizədə iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 km-də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınma sını əsassız olsa da ayrıca tələb etsə də məhkəmə bu tələbin təmin yaxud rədd edilməli olmasına dair hansısa hüquqi dəyərləndirmə aparmamışdır. Baxmayaraq ki, bu tələb məzmunca demək olar ki, JN 6908, Kod 00200003 saylı 4 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.m ibarət olan 3 (üç) ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması tələbi ilə eyni olmuş və bu hissə təmin olunmuşdur, ancaq iddiaçı 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə də Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını da istəmişdir. Buna görə də eyni torpaq sahələri olsalar belə, s ahələri fərqli olduğundan və ayrı-ayrı hüquqi sənədlər üzrə (2005-ci il tarixli şəhadətnamə ilə istifadə hüququ əsasında və 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqaviləsi ilə) Cavabdeh2 MMC-yə məxsus olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verib müvafiq qərar qəbul edilməli idi. Çünki, qətnamədə iddianın bu hissəsini tam təmin etdiyini qeyd etmişdir.
54. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə məhkəmə qətnamənin elanı üçün məhkəmə iclasını təxirə salsa da Cavabdeh3 vəkili Vəkil3 xx.xx.2020-ci il tarixli orderi işdə olsa da sonuncu iclasda iştirakı təmin olunmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsindən başqa cavabdehlərə və "xxxx" KB QSC SMS bildiriş göndərilsə də bunun həmin şəxslərə çatması təsdiq olunmur, həmçinin digər üçüncü şəxəslərə isə ümumiyyətlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sənədlər xronoloji ardıcıllıqla (iş. vər.277-278) tikilməmiş, 18 noyabr 2019-cu il tarixli məhkəmə iclasının (iş. vər.101) protokolu və 29 noyabr 2019-cu il tarixli məhkəmə iclasının (iş. vər.105) protokolu isə hakimi tərəfindən imzalanmamışdır.
55. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 881.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. İ ddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
57. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin məzmunu və mənası yanlış təfsir edilmişdir. Bu səbəbdən də normanın tətbiqi ilk iddia tələbinin təmin edilməsinə əsas verdiyi halda, Kollegiya bu normanı tətbiq etməklə ilk iddia tələbinin rədd, qarşılılıqlı iddianın isə təmin edilməli olması nəticəsinə gəlmişdir. Belə ki, Kollegiya nəzərə almamışdır ki, ilk iddia üzrə cavabdehlər və apellyatorlar (Cavabdeh3 və "xxxx" MMC) 12 aprel 2019-cu il tarixli müqavilən in forma və mahiyyətinə görə Azərbaycan Respublikasının MM-in 881-ci maddəsində nəzərdə tutulmuş müqavilə olduğunu etiraf etmişlər, sözügedən müqavilənin qeyd olunan hüquq normasına uyğun olan barışıq müqaviləsi olduğu bu və ya digər qaydada mübahisələndirilməmişdir. Cavabdehlər (apellyatorlar) Cavabdeh3 və MMC-nin eyni məzmunlu apellyasiya şikayətlərində, eləcə də nümayəndəsi və vəkili S.Əliyevin apellyasiya icraatında izahatında da etiraf olunmuşdur ki, həqiqətən İddiaçılə Cavabdeh3 aralarında şəxsi və işgüzar münasibətləri olmuşdur, bu münasibətlər kontekstində hansısa biznes əlaqələri səbəbindən belə müqavilənin bağlanması təşəbbüsü İddiaçı gəlmiş və Cavabdeh3 və MMC rəhbərliyi də bu müqaviləni imzalamışlar (Qətnamənin 9-cu səh. 1-ci abzas). Göründüyü kimi, tərəflərin arasındakı “Barış ıq razılaşması”nın həqiqətən onu imzalayan şəxslərin iradəsindən irəli gəlməsi və notarial qaydada rəsmiləşdirilməmişdirsə də real olaraq tərəflərin özlərinin (səlahiyyətli nümayəndələrin) imzalaması işin mübahisəsiz halı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər “Barışıq müqaviləsi”ndə 6 ay müddətində qaytarılması nəzərdə tutulan 1.800.070 manat məbləğdə İddiaçı borcun mövcud olmadığını irəli sürürlər və İddiaçı tərəfindən isə həqiqətən belə bir məbləğdə (sazişdən əvvəl, nə vaxt, hansı şəraitdə və s) Cavabdeh3 ona borclu olmasına dair sübutlar təqdim edilməmişdir. Belə yanaşma Kollegiya tərəfindən bütövlükdə MM-in 881-ci (xüsusən, 881.2-ci) maddəsinin mənasının yanlış qavranılması və yanlış təfsirilə bağlı olmuşdur. Tərəflərin “Barışıq sazişi”ndən əvvəlki münasibə tlərini araşdırmağa və qiymətləndirməyə cəhd göstərilməsi bu müddəanın mülki qanunvericilikdəki funksiyasına və məqsədlərinə ziddir. Kollegiya Barışıq sazişinə qədərki münasibətləri deyil, Sazişin bəndələrində müəyyənləşən münasibətləri araşdırmalı və qiymətləndirməli idi. Mülki Məcəllənin 881.2-ci maddəsinin tələbinə əsasən hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşması haqqında müqavilədə (konkret halda xx.xx.2019-cu il tarixli müqavilə) razılaşdırılmış şərtlər etibarlı olduğundan qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddiasında və apellyasiya şikayətində Cavabdeh2 MMC-nin İddiaçı qarşısında öhdəlik götürmədiyi və ya delikt törətmədiyi üçün məsuliyyət daşımadığı barədə arqumentinin heç bir hüquqi əsası olmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixli b arışıq razılaşması haqqında müqaviləyə əsasən müqavilə tərəfləri olan Cavabdeh3 İddiaçı qarşısında 1.800.070 manat məbləğində öhdəliyi olması mübahisəsizdir. Belə bir razılaşmaının mövcudluğunu, imzalanmasını tərəflər – cavabdehlər mübahisələndirməmişlər. Cavabdehlər belə razılaşmanın imzalandığını, lakin Cavabdeh3 özünün şəxsən imzalamadığını, MMC tərəfindən isə səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmasını ilk iddiaya etirazlarında və qarşılıqlı iddiada əsas kimi irəli sürmüşlər. Cavabdeh3 adından müqaviləni imzalamış Nümayəndə1 etibarnamə əsasında belə müqaviləni imzalamağa səlahiyyətli olması işin mübahisəsiz halı olmuşdur.
58. Cavabdeh2 MMC-nin adından, baş direktor deyil, icraçı direktorun “Barışıq sazişini” imzalaması ilə bağlı kassator qeyd etmişdir ki, kollegiya nəzərə alma mışdır ki, imzalayan şəxs icraçı direktor X3 adına verilmiş əmrdə onun səlahiyyətləri geniş şəkildə göstərilmiş, bu səlahiyyətlərin sırasında MMC-nin adından müqavilələr imzalamaq hüququ da müəyyən edilmişdir. İlk iddiaya etirazda və qarşılıqlı iddiada cavabdeh MMC-nin nümayəndəsi Baş direktor S.Əliyevin məzuniyyətdə olduğuna görə müqavilənin icraçı direktor tərəfindən imzalanmasını təsdiq etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, icraçı direktorun məhz MMC adından onun tərəfdaşları ilə müqavilələr imzalamaq səlahiyyəti olmuşdur. MMC-nin adından müqaviləni imzalayan şəxs Baş direktor olmasa da icraçı direktor olaraq məhz səlahiyyətli şəxs olmuşdur.
59. Kassator “Barışıq sazişi”ndə daşınmaz əmlakların özgəninkiləşdirilməsinə razılığın etibarsızlığı ilə bağlı q eyd etmişdir ki, “Barışıq sazişi”nin bəndlərindən (bütöv məzmunundan) göründüyü kimi, tərəflər arasındakı bu müqavilədə Cavabdeh3 İddiaçı olan borcunun 6 ay ərzində qaytarılması şərtləri və qaydası müəyyənləşdirilmişdir. Burada daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilə predmetinə daxil olmamışdır. Daşınmaz əmlaklarla bağlı müqavilədə götürülmüş öhdəliklər isə yalnız mövcud olan borcun qaytarılması üsulu kimi şərtləşdirilmişdir. Yəni, sazişin bağlanmasından 6 ay ərzində Cavabdeh3 borcunu İddiaçı qaytarmadığı təqdirdə, göstərilən əmlaklara istifadə və sahiblik hüquqlarının İddiaçı (və ya onun göstərdiyi başqa şəxsə) keçəcəyi razılaşdırılmışdır. “Barışıq razılaşması”nin bağlanmasında məqsəd – daşınmaz əmlaklara dair sərəncam vermək deyil, borc pul məbləğinin qaytarılması müddətini, şərt lərini və qaydasını müəyyənləşdirmək olmuşdur. “Barışıq razılaşması”nın bağlandığından 6 ay müddətində cavabdehlər (Cavabdeh3 və digəri) İddiaçı borclu olduğu 1.800,070 manat pulu qaytaracağı halda hər hansı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, digər formada istifadəyə və sahibliyə verilməsinə zərurət qalmayacaqdı. Bu baxımdan hesab edirik ki, Kollegiya tərəfindən istinad olunan “Barışıq sazişi”nə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə kimi baxılması yanlışdır və bu yanlışlıq nəticəsində də tərəflər yanlışdır və bu yanlışlıq nəticəsində də tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilməmiş, maddi hüququn tətbiqində səhvə yol verilmişdir.
60. Kassator qeyd etmişdir ki, Kollegiyanın, cavabdehlərin mülahizəsinə istinadən digər bir arqumenti isə “Barışıq saziş i”nin notarial qaydada təsdiq edilməməsinə görə bu müqavilənin etibarsızlığı qənaətində də səhvə yol vermişdir. Belə ki, MM-in 881.3-cü maddəsində barışıq razılaşması haqqında müqavilənin formasına dair şərtin tətbiqi olunmadığı göstərilmişdir. Bu müqavilə ilə tənzimlənən məsələlərə dair razılaşmaların notarial qaydada rəsmiləşdirilməsinə dair qanunvericilkdə müvafiq norma mövcud olmamışdır.
61. Kassator əmlakın bank tərəfindən yüklülüyü ilə bağlı qeyd etmişdir ki, iddia tələbində və birinci instansiya məhkəməsinin qətnaməsində daşınmaz əmlaklara sərəncam verilməsi deyil, cavabdehlərin “Barışıq razılaşması”nda üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə, borcun əvəzində daşınmaz əmlakların iddiaçının istifadəsinə və sahibliyinə verilməsinə dair öhdəliyinin icrası məsəl əsi həll olunmuşdur. Daşınmaz əmlaklara müvafiq qaydada hüquqların rəsmiləşdirilməsi isə iddiaçı ilə inzibati orqanların arasında gələcəkdə yaranacaq münasibətlərdən asılı olacaqdır. Yəni, torpaq sahəsinə və ya tikiliyə dair hüququn torpaq sahəsinə və ya tikiliyə dair hüququn rəsmiləşdirilməsi üçün İddiaçı gələcəkdə müvafiq inzibati orqana müraciət edəcək və yalnız həmin müraciət çərçivəsində hüquqların rəsmiləşdirilməsi həyata keçirilə bilər. Hazırki iş üzrə tələbdə daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsi vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulması tələbi olsa da, birinci instansiya məhkəməsi tələbin həmin hissəsini təmin etməmiş, yalnız “Barışıq razılaşması” haqqında müqavilədən irəli gələn mülki münasibətlərin tənzimlənməsinə dair qərara gəlmişdir.
62. Kassator mə hkəmə kollegiyasının qarşılıqlı iddianın təmin edilməsini “əsaslandırmaq” üçün MM-in 337 və 324-cü maddələrinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, Kollegiya tərəflərin qarşılıqlı münasibətlərinə MM-in 324-cü maddəsinin tələbi baxımından 337.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Mübahisəyə daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı hüquq normaları deyil, tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq, öhədlik münasibətinə dair hüquq normaları tətbiq edilməli idi. Məhz bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə MM-in 385, 386, 425, 442ci, 881-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir.
63. Kassator qeyd etmişdir ki, Apellyasiya Kollegiyası MM-in 52-ci maddəsinin tələblərini nəzərə almayaraq, hesab etmişdir ki, hüquqi şəxsin (MMC-nin) əmlakının üçüncü şəxsə verilməsinə dair razılaşma həmin hüquqi şəxsin təsisçisinin hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də MMC-nin təsiçisinin razılığı alınmadan bağlanmış “Barışıq razılaşması” etibarsızdır. Kollegiyanın bu dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, barışıq razılaşmasında göstərilən daşınmaz əmlak bu müqaviləyə əsasən digər qaydada özgəninkiləşdirilmir. Həmin əmlak İddiaçı qarşısında "xxxx" MMC-nin öhdəliyi üçün həmin müqavilədə nəzərdə tutulan şərtlər və müddət daxilində İddiaçı verilir ki, bu da Azərbaycan Respublikasının MM-nin 52.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Kollegiya MM-in 52.1-ci maddəsinin tələbini nəzərə almayaraq (tətbiq etməli olduğu halda tətbiq etməyərək) hesab etmişdir ki, hüquqi şəxsin öz əmlakına dair müqavilə bağlaması zamanı tə sisçinin razılığı alınmalıdır.
64. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52, 324, 337, 881-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Cavabdeh2 MMC (vəkil X7) kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
66. Cavabdeh3 (vəkil X7) kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
67. Maddə 881.1. Barışıq razılaşması haqqında müqavilə ilə tərəflər öz aralarındakı hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
68. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
79. Belə ki, 12 aprel 2019-cu il tarixli barışıq razılaşmasının məzmunu nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin müqavilə ilə tərəflər aşağıdakı məsələlərlə bağlı aralarınd a olan mübahisələri qarşılıqlı güzəştlər yolu ilə tənzimlənməsi barədə razılığa gəlmişlər: Cavabdeh2 MMC-nin və Cavabdeh3 İddiaçı Rafayel oğluna ******* manat məbləğində borcun olması; həmin borcun 6 ay müddətində ödənilməli olması; göstərilən müddət ərzində borc ödənilmədiyi halda, borcluların yuxarıda qeyd olunan daşınmaz əmlaklara hüquqlarını kreditora vermələri.
80. Məhkəmə kollegiyası razılaşır ki, müqavilə qeyd olunan formada bağlanılmaqla cavabdehlərin daşınmaz əmlaklara dair mülkiyyət və istifadə hüquqlarının iddiaçıya ötürülməsi qanuna ziddir və icrası mümkün deyildir.
81. Lakin məhkəmə kollegiyası Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh3 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli "xxxx"nin borcun etirafı hissəsinin etibarsız hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticə ilə razılaşmır.
82. Barışıq razılaşmasının bəndlərindən biri Cavabdeh2 MMC-nin və Cavabdeh3 İddiaçı Rafayel oğluna ******* manat məbləğində borcun olmasıdır. Məhkəmə kollegiyası həmin bu bəndi borcun etirafı kimi qiymətləndirilir.
83. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, barışıq razılaşmasının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə tərəflərdən yalnız Cavabdeh2 MMC məhkəməyə müraciət etmişdir. Bu hal da onu deməyə əsas verir ki, Cavabdeh3 iddia ərizəsi ilə eyni tələblə müraciət etmədiyindən, borcunun olmasını mübahisələndirmir.
84. Mülki Məcəllənin 881-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
85. Odur ki, qətnamə qarşılıqlı iddianın Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh3 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli "xxxx"nin borcun etirafı hissəsinin etibarsız hesab edilməsinə dair tələbinin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.
86. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-822/2022 nömrəli 23 may 2022-ci il tarixli qətnaməsi “qarşılıqlı iddianın Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh3 arasında bağlanmı ş 12 aprel 2019-cu il tarixli "xxxx"nin borcun etirafı hissəsinin etibarsız hesab edilməsinə dair tələbinin təmin edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.