Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-200/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Daşkəsən rayonu Kəmərqaya kənd Cavabdeh1ə və Daşkəsən rayon Təhsil şöbəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1303/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsind ən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 2011-ci ildə X4 təhsil almış, ona “Bədən tərbiyəsi və idman-əsas təhsil pilləsi üçün fiziki tərbiyə müəllimi, idman seksiyalarında məşqçi” ixtisası üzrə diplom verilmişdir. Daşkəsən rayon Təhsil şöbəsinin xx xxxxxxxx 2014-cü il tarixli 78 nömrəli yerdəyişmə haqqında əmri ilə X5X3 rayonu Əmirvar-Əhmədli kənd ümumi orta məktəbinin fiziki tərbiyə müəllimliyindən Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinə ixtisası üzrə fiziki-tərbiyə müəllimi vəzifəsinə dəyişdirilmiş, Kəmərqaya kənd tam orta məktəbi üzrə xx xxxxxxxx 2014-cü il tarixli 16 nömrəli əmrlə İddiaçı ixtisası üzrə dərs saatları verilmiş və həmin tarixdən onunla əmək müqaviləsi bağlanmışdır. Daşkəsən rayon Kəmərqaya kənd Fərhad Ələsgərov adına tam orta məktəbi üzrə xx xxxx 2016-cı il tarixli 13 nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti qurtardığına görə əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Daşkəsən rayonu Kəmərqaya kənd Cavabdeh1ə və Daşkəsən rayon Təhsil şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu Kəmərqaya kənd Cavabdeh1 üzrə xx xxxx 2016-cı il tarixli 13 nömrəli əmrin ləğv edilməsi, Kəmərqaya kənd Cavabdeh1ə işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən rayonu Kəmərqaya kənd Cavabdeh1in direkto ru X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia müddəti ötürüldüyü üçün iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxxxxx 2019-cu il tarixli, 2(030)– 264/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı xx xxxx 2016-cı il tarixli əmrlə işdən azad olunsa da, həmin əmri 2019-cu ilin iyul ayında mübahisələndirmişdir. İddiaçının iddia ərizəsində, habelə məhkəmə baxışında ötən müddət ərzində işdən azad olunması barədə məlumatının olmaması, eyni zamanda əmrin surətini, əmək kitabçasını almaması barədə göstərdikləri əsassızdır. İddiaçının istinad etdiyi arqumentlər məktəb direktorunun, Təhsil Şöbəsinin nümayəndə sinin izahatları, sabiq məktəb direktoru X5 ərizəsi, habelə işə əlavə olunmuş digər sənədlərlə kifayət qədər təkzib olunur. Belə ki, iddiaçı xx xxxx 2016-cı il tarixdə işdən azad olunduqdan sonra əmək kitabçasını və digər müvafiq sənədləri təqdim edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən X7” ilə bağlı mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak etmiş, lakin keçid balını toplaya bilmədiyinə görə işə qəbul olunmamışdır. Bundan sonra, iddiaçı işsizlik müavinəti almaq üçün əmrin surətini, əmək kitabçasını və digər sənədləri təqdim edərək Daşkəsən rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və xx xxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək 75 manat məbləğində aylıq işsizlik müavinəti almışdır. Həmçinin, iddiaçının nümayəndəsinin etiraf etdiyi kimi İddiaçı müvafiq sənədləri təqdim edərək N saylı hərbi hissədə işə düzəlmiş və hal-hazırki vaxtadək orada işləyir. Bununla yanaşı, iddiaçı öz iddia ərizəsində və məhkəmə baxışında nümayəndəsinin izahatında “2016-cı ilin sentyabr ayının 16-da məktəb direktorunun onu işə buraxmadığını, Təhsil Şöbəsinin bu barədə göstərişinin olduğunu, ara sakitləşəndən sonra işə götürüləcəyini” səmimi surətdə etiraf etmişdir. Bu hal da İddiaçı 2016-cı ilin iyun ayından işdən çıxarıldığı barədə məlumatının olmasını təsdiq edir. Ötən 3 il müddət ərzində iddiaçı Kəmərqaya kənd orta məktəbinin direktoruna, işdən çıxarılması, işə bərpa olunması ilə bağlı heç bir müraciət etməmişdir. Məhkəmə hesab etmişdir ki, X5X3 rayonu Kəmərqaya kənd Cavabdeh1dən fiziki-tərbiyə müəllimliyi vəzifəsindən xx xxxx 2016-cı il tarixdən azad edildiyi barədə məlumatı olduğu, yəni hüquqlarının pozulduğunu bildiyi vaxtdan üç ilədək müddət keçdiyi halda məhkəməyə müraciət etməmiş, bununla da, heç bir üzürlü səbəb olmadan qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Həmçinin məhkəmə Əmək Məcəlləsinin tələblərinə əsaslanaraq qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi işçinin işə bərpa olunması halında mümkündür. Başqa sözlə, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi o halda təmin olunur ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulmuş olsun və işçi işə bərpa edilsin. Lakin hazırki halda məhkəmə işəgötürənin (cavabdehin) əmək münasibətlərinə xitam verərkən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmadığı və bu əsasla iddiaçının işə bərpa tələbinin rədd edilmə li olması nəticəsinə gəldiyi üçün məcburi iş buraxma müddətinə görə də əmək haqqı tələbi təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 (1-ci bəndi), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 76, 83, 294, 296, 300, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 2(030)-264/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Rəşad Mamedov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə və Azər Bayramov) xx xxxxxx 2020-ci il tarixli 2(104)1303/202 0 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(030)–264/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Kəmərqaya kənd Cavabdeh1 direktoru X1 müqaviləsinə xitam verilməsi haqqında xx xxxx 2016-cı il tarixli 13 saylı əmrdən çıxarışın surətini xx xxxx 2019-cu il tarixində rəsmi qaydada poçt vasitəsi ilə iddiaçıya göndərmişdir. Bu da sübut edir ki, əmək müqaviləsinə xitam verilməyi barədə əmrin surəti və əmək kitabçası xx xxxx 2019-cu ilə qədər iddiaçıya verilməmişdir. Məktəb direktoru əmrdən çıxarışı rəsmi qaydada iddiaçıya göndərir, 10 gündən sonra məhkəməyə ərizə verib mülkü iş üzrə iddiaçı iddia müddətini ötürdüyü üçün iddianın rədd olunmasını xahiş edir. Məhkəmələr sabiq direktor X5 ərizəsində göstərdiyi “mən əmə k kitabçasını iddiaçının atasının çayxanasında iddiaçıya verdim” cümləsini əsas tutaraq iddianın rədd edilməsinə dair qərar qəbul etmişlər. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qa ydada xitam verilə bilər. Maddə 68.2. (b bəndi) əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesa b edir ki, apelyasiya instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, qeyd edilən maddi hüquq normalarının tələblərini həmin faktiki hallara uyğun düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində hər hansı səhvə yol verməmiş, məhkəmənin xx xxxx 2016-cı il tarixli 13 saylı əmrin ləğv edilməsi barədə tələb üzrə iddia müddətinin keçməsi, bu əsasla iddianın rədd edilməsi barədə qənaəti əsaslı və düzgün olmuşdur. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və məhkəməyə müraciət etmə müddətinin ötürülməməsi barədə dəlilləri yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfin dən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə p redmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə lər əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsəl ənin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işdən çıxarılması barədə əmrin, əmək kitabçasının ona rəsmi təqdim edilməsi barədə sənəd məhkəməyə təqdim edilməsə də, digər sübutlarla, o cümlədən iddiaçının işsizlik müavinəti almaq üçün əmrin surətini, əmək kitabçasını və digər sənədləri təqdim edərək Daşkəsən rayon Məşğulluq Mərkəzinə müraciət etməsi, xx xxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək 75 manat məbləğində aylıq işsizlik müavinəti alması barədə məhkəməyə təqdim edilmiş süb utlar təsdiq edir ki, 2017-ci ildən əmr və əmək kitabçası iddiaçıda olmuşdur. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1303/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.