Məhkəmə qərarları › İş №2(102)-2000/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2000/2019

25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2000/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli 2(104)3103/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 10.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 577.64 ABŞ dolları məb ləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl rayon Məhkəməsinin (hakim R.Məmmədov) 29.05.2018-ci il tarixli 2(066)845/2018 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Mehtiyev, Ş.Rzaquliyev, N.Quliyev) 03.10.2018-ci il tarixli 2(104)-3103/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Göygöl rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli 2(066)-845/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilərək, Cavabdeh 577.64 ABŞ dollarının alınan günə məzənnəsi manatla alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh və vəkili X1 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 03.10.2018-ci il tarixli 2(104)-3103/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim T.Qoldman) 14.02.2019-cu il tarixli, 2(102)-2000/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 25.04.2019-cu il tarixə, saat 14:40-a təyin edilmişdir. İş materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iddianın qiyməti isə iki min manatdan az məbləğ təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən,apel lyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2019-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardad ı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2019-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar