Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2000/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X5 qızı, X7, X3 tərəfindən birlikdə və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək X1 X5 küçəsindəki 73 saylı evə köçürülməsi, X10, X1, X5 qızının, X4 və X2 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd olunması ilə bağlı hissəsinin ləğv edilməsi və həmin hissədə də ilkin iddianın təmin olunması; Cavabdeh1 şikayət verərək qarşılıqlı iddia tələbinin təmin edilmədiyi, eləcə də İddiaçı evə köçürülməsi ilə bağlı hissədə qətnamənin ləğv olunması, ilkin iddia tələbinin həmin hissədə rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə həmin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsi müvafiq hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Ağayeva (A basova) X8 Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin özünün evə istifadə hüquqlarının itirilməsi və İddiaçı evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə X5 qızının apellyasiya şikayəti təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı ilə X5 qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X5 qızı, X7 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X5 saylı iş üzrə 13 oktyabr 2017-cı il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə və onu mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən cavabdehlər X5 qızı, X7, X3 birlikdə və Cavabdeh1 ayrı kassasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri mümkün hesab edilərək geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrin dən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 23.02.2018-ci il tarixdə baxılmış və onun apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda Cavabdeh1 kassasiya şikayəti verdiyi Bakı Apellyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli qətnaməsi ilə X5 qızı, X7 və X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibət bildirilmiş və mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər X5 qızı, X7, X3 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti cavabdehlərin nümayəndəsi X5 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında X5nın və X5nın (Schutte) X5ya məhkəmədə onları təmsil etmək, onların adından şikayət vermək və sair hərəkətləri həyata keçirmək üçün verilmiş etibarnamələr yoxdur. Belə ki, iş materiallarının 362-ci vərəqində olan 15.03.2016-cı il tarixli etibarnamə ilə X5 və X5 qızı məhkəmələrdə onları təmsil etməyi X6 etibar etmişlər. İş materiallarının 363-cü səhifəsində olan 18.03.2016-cı il tarixli etibarnamə ilə isə X7 bank orqanlarında onu təmsil etməyi X5 qızına etibar etmişdir, yəni etibarnamə məhkəmə orqanlarına aid olmamışdır. Odur ki, kassasiya şikayəti onu verən şəxslər tərəfindən imzalanmamış hesab olunmalıdır. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası mə hkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayət lərinin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayətləri kassasiya instansiya məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayətləri həmin şikayətlərin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehlər X5 qızı, X7, X3 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti X5ya və X5ya aid hissədə və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsi n. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2000/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2000/2020
24.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver