Məhkəmə qərarları › İş №2(102)-2001/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2001/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2001/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2001/2023 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri 31 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-459/2023 nömrəli xx.xx.2023-cü il qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45 A saylı evin 16 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 365, M 6, m 1) İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 2. 22.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı əvəzinə etibarnamə üzrə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili) Cavabdeh2 bağışlamışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəm əsi tərəfindən qəbul edilmiş 31 may 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh2 ilə R.Məmmədov arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiası apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh2 ilə R.Məmmədov arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi barədə hissədə təmin edilməməsi qət edilmişdir.

4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020ci il tarixli, 2(102)-3411/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının İddiaçı şıkayətinə dair 21 aprel 2021-ci il tarixli qərardadı ilə H. Seyidovun şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməsi, mübahisəli mənzillə bağlı İddiaçı dəymiş zərərin əvəzini tələb etmək hüququnun ərizəçiyə izah olunması və qərarın surətinin 7 gün müddətində ərizəçiyə göndərilməsi qərara alınmışdır. 6. "xxxx" MMC tərəfindən tərtib olunmuş 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45 A, 16 saylı mənzili n bazar dəyəri 54000 (əlli dörd min) manat, mənzilin aylıq kirayə haqqı isə 350 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixindən aylıq 350 manat hesablanmaqla kirayə haqqı məbləğinin, 30 manat dövlət rüsumunun və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manatın, cəmi 70780 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə X5 ilə ailə qurmuşdu r. Əmlakını Bakı şəhərində olmayan zamanlarda idarə etməsi üçün qayınatası Cavabdeh1 məsləhəti ilə ona Naxçıvan şəhər 2 nömrəli notariusda 10 illik müddətə etibarnamə verib. Seyidova Natəvanla 5 ilə yaxın nikah münasibətlərində olmaqlarına baxmayaraq davamlı şəkildə ailələrində gərginlik olurdu. Xüsusilə 2017-ci il ərzində ailədaxili münaqişələr, sözsöhbətlər artmağa başladı. Buna görə də 2017-ci ilin iyul ayında Seyidova Natəvanla aralarında olan nikah münasibətlərinə xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Bu hadisədən sonra öyrəndi ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16-da bir ailə yaşayır. Təxmin etdi ki, həmin ev həyat yoldaşının ailəsi tərəfindən kirayə verilib. Buna görə yuxarıda qeyd olunan ünvana gedib mənzilin də yaşayan insanlarla danışan zaman onlar iddiaçıya bildirdilər ki, bu mənzili onlar alıblar. Cavabdeh1 22 aprel 2017-ci il tarixində İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16-nı onun razılığını almadan öz anası Cavabdeh2 bağışlamışdır. Daha sonra Cavabdeh2 tərəfindən yuxarıda qeyd olunan həmin mənzil X1. Cavabdeh1 həmin mənzili anasına bağışlamaqla onun qızı ilə iddiaçı arasında olan ailə daxili münaqişələrin acığını çıxmış, daha sonra İddiaçı boşanmaq barədə fikrinin qəti olduğunu görüb mənzili başqa bir şəxsə satmışdır. Buna görə də, 2018-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, 50 saylı Notariat Kontoru və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri, Niza mi rayonu, B.Nuriyev küçəsi, 45A, mənzil 16 barəsində iddiaçının adından İsmayıl Qasımov ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh2 ilə Rasim Məmmədov arasında bağlanmış 23 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin mənzillə bağlı Qasımovaya, eləcə də R.Məmmədova verilən çıxarışın etibarsız hesab olunması və əmlak üzərində olan mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 977/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(103)- 10771/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq iddiası təmin olunmuşdu r. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)-3411/2019 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzilinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyət hüququna dair qeydin bərpa edilməsi hissəsində ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Buna əsas kimi isə cavabdeh X4 vicdanlı alıcı olması göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzili barəsində olan bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)10283/2019 saylı qət naməsi ilə iddia alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-3411/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16 barəsində iddiaçının adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur və onun əsasında verilmiş ******* saylı, 27 aprel 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. Belə olan halda, Cavabdeh1 tapşırıq müqaviləsini vicdanla icra etmədiyi üçün, y əni İddiaçı icazəsi olmadan mənzili anası Cavabdeh2 bağışladığı üçün, iddiaçıya ziyan vurmuşdur. Buna görə də, vurulmuş ziyanın əvəzi olaraq mənzilin dəyəri cavabdehlər tərəfindən ona ödənilməlidir. Həmçinin, Cavabdeh1 hüquqi əsas olmadan mənzili Cavabdeh2 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən verdiyi üçün əsassız varlanmış sayılır. Buna görə də, cavabdehlər tərəfindən 22 aprel 2017-ci il tarixindən hesablanmaqla kirayə haqqı məbləğinin əvəzi kompensasiya qismində iddiaçıya ödənilməlidir. "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə hesabatı ilə 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin bazar dəyəri 54000 manat, mənzilin aylıq kirayə haqqı isə 350 manat məbləğində müəyyən olunmuşdur.

9. B akı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. 10. 05 avqust 2021-ci il tarixli 093 YD nömrəli “X8 Mərkəzinin” hesabatında göstərilmişdir ki, aparılmış hesablamalar nəticəsində Baki şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin birinci sual üzrə bazar və likvid dəyəri və ikinci sual birinci hissəsinə görə 2017-ci ilin aprel ayından bu günə kimi olan icarə haqqının müəyyən edilməsi aşağıdakılar kimi müəyyən olunmuşdur: bazar dəyəri 55850 (əlli beş min səkkiz yüz əlli) manat, likvid dəyəri 52000 (əlli iki min) manat, mənzilin aylıq icarə haqqı (əşyalı) 300 manat, aylıq icarə haqqı (əşyasız) isə 250 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin qiy mətləndirici qarşısında qoyulmuş ikinci sual üzrə metodik təhlil və əmlak bazarında icarə haqqlarının dinamikasının göstəricilərindən bələ nəticəyə gəlmək olar ki, 2017-ci il ilin aprel ayından bu günə kimi olan dövr üzrə qiymətləndirmə obyektinin yerləşdiyi əraziyə görə icarə haqqlarının dəyərinə təsir edən (makro iqtisadi, infilasiya, pandemiya və s.) amillərin məcmusu olaraq hal-hazırdakı dövrlə eynidir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, 21 oktyabr 2021ci il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia tələbinin qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin dəyərinin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 mana t olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləği, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manat, cəmi 68430 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərmişdir ki, Cavabdeh1 mənzili anası Cavabdeh2 bağışlamaqla sonuncu da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili X2 İddiaçı maddi ziyan vurmuşlar. Belə ki, Cavabdeh1 məhkəmə araşdırması zamanı verdiyi izahatında İddiaçı Cavabdeh2 30000 manat borcu olduğuna görə mübahisəli mənzili iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında anasına bağışlamasını anasının isə mənzili şəxsən notariat orqanına gedə rək satmasını, əldə olunmuş vəsait hesabına yeni mənzil aldığını və həmin mənzildə qızı ilə nəvəsinin yaşadığını bildirmişdır. Qəbul olunmuş məhkəmə qətnamələrində qeyd olunmuş izahatlardan da görünür ki, “mübahisəli mənzili anasına bağışlayan zaman iddiaçıya zəng etmədiyini, mənzilin bağışlanması ilə bağlı iddiaçıdan hər hansı razılıq almadığını, mübahisəli mənzilə dair təkrar çıxarış-dublikat alan zaman iddiaçı ilə əlaqəsinin artıq kəsildiyini, buna görə də dublikatın alınması ilə bağlı iddiaçıya məlumat vermədiyini mübahisəli mənzilin satışından əldə olunmuş vəsaitlə yeni mənzil alındığını və həmin mənzildə qızı ilə nəvəsinin yaşadığını” bildirmişdir. Beləliklə Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzili məqsədyönlü şəkildə iddiaçının məlumatı olmadan, etibarnamənin verilməsindən 5 il sonra münasibətlərinin gərgin olduğu vaxtda anasına bağışlaması, sonuncunun da mübahisəli mənzili satması və mənzili sataraq əldə olunmuş pula Cavabdeh1 yeni mənzil alması təsdiq olunur Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzilin iddiaçının adından cavabdeh tərəfindən digər cavabdeh olan anasına bağışlanması barədə iddiaçının nəinki razılığı, ümumiyyətlə məlumatı belə olmamışdır. Həmin bağışlama müqaviləsi iddiaçının cavabdehə başqa məqsədlər üçün verdiyi etibarnamə əsasında iddiaçının iradəsinin ziddinə cavabdeh tərəfindən bağlanmışdır.

13. Beləliklə məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək, Cavabdeh1 Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən İddiaçı mülkiyyətində olan mənzili anasına bağışlaması və anasının da mənzili satması nəticəsi ndə əldə etdiyi vəsaiti İddiaçı və anası Cavabdeh2 əsassız varlanması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının İddiaçı şikayətinə dair 21 aprel 2021-ci il tarixli Qərardadında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh2 arasında 22 aprel 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-250 sayla reyestrdə təsdiq edilmiş bağışlama müqaviləsi məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsinin Palatası İddiaçı bu hissədə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun ona izah edilməsini qeyd etmişdir.

14. Məhkəmə qiymətləndirmə hesabatlarına sübut kimi qiymət verərək hesab etmişdir ki, iddia tələbinin mənzilin əvə zi olaraq 54000 manat ödənilməsi hissəsi təmin olunmalıdır.

15. İddia tələbinin kirayə haqqının tələb olunması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirməyi zəruri hesab etmişdir: İş materiallarına əlavə olunmuş qərarlardan və məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının daimi yaşayış yeri Naxçıvan MR-da olmuşdur. İddiaçının kirayə haqqını tələb etməkdə məqsədi bununla izah olunur ki, iddiaçı 22 aprel 2017-ci il tarixdən mənzili kirayə verməklə qazanc əldə etmiş olardı. Lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində həmin mənzildən kirayə haqqını almaqdan məhrum olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 mənzilin əşyalı ya əşyasız olması sualına cavab olaraq bildirmişdir ki, mənzil əşyalı idi. Bu səbəbdən məhkəmə kirayə haqqını əldən çıxmış fayda kimi qiymət verməyi zəruri h esab edir və “X8 Mərkəzi”nin qiymətləndirmə hesabatına əsasən kirayə haqqının aylıq 300 manatdan ödənilməsini məqsədəmüvafiq hesab etmişdir.

16. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.1, 1092.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin 1091.1, 1091.2, 1091.1.1, 1092.1.1, 1092.1.2, 1092.2-ci maddələrini düzgün tətbiq etməyib. Belə ki, cavabdeh ona verilmiş baş etibar namə əsasında mənzili bağışlamışdır. Mənzili bağışlayan şəxs bağışlama müqaviləsindən sonra nə əldə edir ki, onu da qaytarsın. Hansı faydadan söhbət getdiyi bəlli deyil. Hesab edir ki, məhkəmə hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh həm əvvəlki məhkəmə proseslərində, həm də indiki araşdırma zamanı dönə-dönə bildirmişdir ki, iddiaçının onun anası olan ikinci cavabdehə 30.000 ABŞ dolları borcu olmuşdur. Cavabdeh məhkəmə prosesində bu faktı yenidən bildirsə də, məhkəmə qiymət verməmişdir. 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləğinin tutulması işin hallarına uyğun gəlmir və sübuta yetirilmə yib. Bundan başqa, o, mənzili ikinci cavabdehə bağışlamışdı. İkinci cavabdehin mənzili satmasında onun heç bir günahı olmamışdır və odur ki, tələb ona qarşı yox, mənzili satana qarşı qaldırılmalı idi.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-459/2023 nömrəli xx.xx.2023-cü il qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqının tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya zərər vurduğu işin mübahisəsiz halıdır. Çünki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Hətta, Konstitusiya Məhkəməsinin Palatasının qərardadında da mübahisəli mənzillə bağlı iddiaçıya dəymiş zərərin əvəzini tələb etmək hüququ izah edilmişdir. Ona görə də qeyd olunan halların əlavə olaraq yoxlanılmasına əsas və zərurət yoxdur. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışdır.

21. Birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya maddi ziyan vurduqları qənaətinə gələrək mənzilin bazar dəyərinin, əldən çıxmış fayda hesab olunan kirayə haqqının və hüquqi xidmət xərcinin iddiaçıya ödənilməsini qət etmişdir. Yəni, məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etsə də bu Məcəllənin 21-ci maddəsini tətbiq edərək iddiaçıya maddi ziyan vurulduğu qənaətinə gəlmişdir. İddiaçının digər cavabdehə 30000 ABŞ dolları borcunun olması həqiqi olsa belə həmin hal hazırki iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, mübahisə predmeti olmuş mənzil iddiaçının iradəsinə zidd məhz Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş və bunun nəticəsində ona zərər dəymişdir. Digər cavabdehin mənzili satmasında onun heç bir günahı olmadığı barədə dəlili də açıq-aşkar əsassız sayılır. Yəni, Cavabdeh1 iddiaçının iradəsinə zidd mənzili digər cavabdeh olan anasına bağışlamasa idi, yəqin ki, anasının da həmin mənzili satmaq imkanı olmayacaqd ır. Ancaq bu dəlilin də nə dərəcədə əsassız olmasını Cavabdeh1 özü də bilməmiş deyil.

22. Bundan əlavə, iş materiallarında mübahisə predmeti olmuş mənzilin bazar dəyəri barədə 4 qiymətləndirici rəy mövcuddur. Bir rəy iddiaçı tərəfindən təqdim edilmiş, ikinci rəy isə birinci instansiya məhkəməsi tərəfindən başqa qiymətləndiricidən əldə olunmuşdur.

23. Apellyasiya baxışı zamanı cavabdeh tərəf üçüncü bir rəy təqdim etmişdir. Cavabdehin təqdim etdiyi rəydəki qiymətlə digər iki rəydə olan qiymət arasında fərq olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirmə keçirilərək dördüncü rəy də əldə edilmişdir. Bu rəylərin ikisində mənzilin bazar dəyəri eyni, yəni 54000 manat, üçüncü rəydə 55850 manat, cavabdeh tərəfindən təqdim edilmiş rəydə isə 44000 manat olduğu qeyd olunmuşdur.

24. Mənzilin bazar dəyəri barədə üç rəydə qiymətin eyni olması həmin rəylərin mötəbər olduğunu təsdiq edir. Çünki, mənzilin sahəsi, yerləşdiyi ərazi, Bakı şəhərindəki mənzil bazarında mənzilin 1 kv. metrinin dəyəri onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin mənzilin dəyəri ilə bağlı zərərin əvəzi kimi 54000 manat müəyyən etməkdə haqlı olmuşdur. İddiaçıya məhz bu məbləğdə zərər dəyməsi işin digər halları ilə də təsdiq olunur.

25. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kirayə haqqının ödənilməsi ilə bağlı, yəni 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləğinin tutulması işin hallarına uyğun olmayıb və sübuta yetirilməyib. Çünki, iddiaçı tərəfindən bu barəd ə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdr. Başqa sözlə birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərkən ehtimallara əsaslanmışdır. Yəni, mənzil satılmasaydı iddiaçı onu kirayə verib qazanc əldə edərdi qənaəti bir ehtimal sayılır. Əlbəttə ki, bu qənaət açıq-aşkar əsassız görünməyə bilər. Ancaq iddiaçı da həqiqətən həmin mənzili kirayə vermək istədiyinə, lakin bunun cavabdehin təqsiri ucbatından reallaşdıra bilməməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşürdü.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1; MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0 və 384.0.2, 385.1, 385.1.1, 385.2.4, 387.1, 390-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətini n və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək,qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1091 və 1092-ci, MPM-in 217.1, 418.4, 217.3, 77.1-ci maddələrini pozmaqla qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış ə sasa söykənir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

35. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə iddianın Cavabdeh1 münasibətdə təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabde h1 münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-459/2023 nömrəli mülki iş üzrə 23.01. 2023-cü il tarixli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar