Məhkəmə qərarları › İş №2(102)-2002/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2002/2023

31.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2002/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, maneələrin qadağan edilməsi, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı “torpaq sahəsinin boşaldılması, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi” tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-848/2023 nömrəli mülki iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsində yerləşən 300 kv metr torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) əlavə edilmiş eskiz əsasında alqı-satqı yolu ilə İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə hər kv metr üçün 20800 manat olmaqla ümumilikdə ******* manat ödəmək şərti ilə verilmişdir. Qərarda qeyd edilən vəsait bələdiyyən in hesabına köçürülmüşdür. 2. 19.11.1979-cu il tarixli 183135 saylı order əsasında Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzili cavabdeh X1 (bundan sonra – cavabdeh) ayrılmışdır.

3. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş mübahisəli torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisəli torpaq səhəsini boşaltmasına, torpaq sahəsinin və tikintinin əvvəlki vəziyyətə gətirilməsinə, Cavabdeh tərəfi ndən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair qətnamə çıxarılmasını, cavabdeh barəsində cinayət işinin başlanılması barədə xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ona ayrılmış torpaq sahəsi qanunsuz olaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti-söküntü işləri aparılmışdır. Cavabdehin qanunsuz hərəkətlərinin dayandırmasının tələb edilməsi heç bir fayda verməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin torpaq sahəsinə dair hər hansı bir sənədi yoxdur. Cavabdeh iddiaçının tanıtdığı torpaq sahəsindən istifadə etməsini inkar et mir. İddiaçıya torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsini Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi də təsdiq edir. Cavabdehin iddiaçıda olan sənədlərə dair etiraz etmək və ya iddia etmək üçün subyektiv hüququ yoxdur. İddiaçının sənədlərinin etibarsızlığına və ya hər hansı formada qanunsuz hesab edilməsinə dair məhkəmə və ya digər səlahiyyətli orqanının qanuni qüvvəsini almış qərarı mövcud deyildir. Belə olan halda iddiaçının sənədlərinin qanuni olması prezumpsiyası vardır. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməklə Azərbaycan Respublikası CM-nin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona ayrılan torpaq sahəsində tikililər və 2 qaraj olmuşdur. Həmin vaxt o, həm ayrılan torpaq sahəsində, həmdə Nəsimi rayonunda yerləşən mənzilində yaşamışdır. 5-6 il əvvəl o, torpağında yerləşən 2 otaqdan və mətbəxdən ibarət tikilini kirayə vermişdir. Hal-hazırda həmin tikililər cavabdeh tərəfindən sökülmüşdür.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzili onun atası X1 ayrılmışdır. O, uzun müddətdir ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayır. Yaşadığı evin qarşısında olan torpaq sahəsinə baxan qonşuları binadan köçdükdən sonra ona müvəqqəti olaraq verilmiş həyətyanı sahə uzun illər baxımsız qalaraq xarabalığa çevrilmişdir. 25 il əvvəl həmin torpaq sahəsində qaraj olmuş, sonradan qarajlar sökülərkən həmin qarajda sökülmüşdür. İddiaçı heç vaxt həmin torpaq sahəsində tikinti işləri aparmamış, həmin torpaq sahəsində yaşamamış, kirayə verməmişdir. İddiaçı yerli baxış zamanı onun evinin qarşısında olan torpaq sahəsini ona ayrılan torpaq sahəsi olaraq göstərmişdir. Bələdiyyə sədri torpaq ayrılarkən kadastrın olmadığını qeyd etsə də, həmin vaxt qüvvədə olan xx.xx.1998-ci il tarixli qanunun tələbinə əsasən, torpaq sahəsinin ayrılmasına dair sənəddə koordinatlar göstərilməli idi. Onun yaşadığı evin qarşısında olan torpaq sahəsi uzun müddət baxımsız olmuşdur. Bu halı məhkəməyə təqdim olunan diskdə olan görüntülər, şəkillər təsdiq edir. O, həmin sahədə olan köhnə qapını yenisi ilə əvəz etmiş, əlavə hər hansı bir tikinti aparmamışdır.

7. Cavabdeh tərəfdən 3-cü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında göstərmişdir ki, Bələd iyyənin 2007-ci ilədək tərtib etdiyi sənədlər, eyni zamanda iddiaçının adına verilmiş xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə ayrılmış, M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşən torpaq sahəsidir. Əvvəllər koordinatlar olmadığından Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə iddiaçıya satılan mübahisəli torpaq sahəsinə dair tərtib olunan planda miqyas, koordinatlar, istinad nöqtələri göstərilməmişdir. İddi açıya ayrılmış torpaq sahəsində hansı tikililərin tikməsi, nə iş görməsi ona məlum deyildir, torpaq sahəsində köhnə tikilinin olmasını isə bilmişdir. Cavabdeh tərəfindən həmin sahədə qapı qoyulmuşdur.

8. Məhkəmə tərəfindən mühəndis-texniki ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6375 saylı rəyinə əsasən, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, lakin iddiaçı tərəfindən tanıdılmış mübahisəli torpaq sahəsinin faktiki olaraq cav abdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi, torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı və cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmiş, torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi isə mümkün olmamışdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, e-2(001)-1182/2022 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan mübahisəli tor paq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olmasını, həmin torpaq sahəsində tikililərin olmasını, həmin tikililərdən istifadə etməsini, kirayə verməsini, cavabdeh tərəfindən həmin tikililərin sökülməsini bildirsə də, bu halları və ümumiyyətlə 19 il əvvəl ona ayrılan, yalnız özünün tanıtması ilə yerini müəyyən edə bildiyi torpaq sahəsindən istifadə etməsini təsdiq edə biləcək mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi, yalnız iddia çının özünün tanıtdırdığı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüququ yoxdur. Torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. İddiaçının və ya digər şəxslərin tanıtması ilə deyil, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 178.1 və 178.2-ci, Azərbaycan Res publikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66, 67 və 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 119.1-ci maddələri, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6, 7-ci maddəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququna dair oxşar qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cav abdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsinə dair təqdim etdiyi əsasları araşdırmamışdır. Məhkəmə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməmişdən əvvəl (2021-ci ildən əvvəl) kimə və hansı hüquq əsasında məxsus olduğunu aydınlaşdırmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində hər hansı tikinti işləri aparılmamışdır, hərçənd həmin hallar 2003-cü ildə bələdiyyə tərəfindən verilmiş sənədlərdə öz əksini tapmışdır. Bu hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ekspertiza rəyi ziddiyyətli olmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-848/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sab it Bəhrəmzadə və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd olmamışdır. Torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibət ləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.1-ci, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5, 6 və 7-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2 və 6.5-ci, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1, 13-1, 15, 16, 22 və 23-cü, MPM-nin 14.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkili X3) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi və işin hallarına uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri apelyasiyanın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Bələdiyyə ilə müqavilənin bağlanması əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır və bu hüquq sahiblik və istifadə hüquqlarını əhatə edir. Həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam hüququ yaranmış olacaqdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə iddiaçının mülkiyyət hüququnu pozan məhkəmə aktı çıxarmışdır ki, bu da iddiaçının mülkiyyət hüququnu təsbit edən yuxarıda sadalanan maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı daşınmaz əmla kın qanuni sahibidir. M.Ə.Rəsulzadə bələdiyyəsinin qərarı və alqı-satqı müqaviləsi bu sahibliyin əsasını təşkil edir. Sahibliyin müdafiəsi hüququ məhkəmə tərəfindən pozulmuşdur. İddiaçının bələdiyyə qərarı və alqı-satqı müqaviləsi var, vergi ödənişlərini həyata keçirmişdir. Lakin məhkəmə tərəfindən bu sübutlar nəzərə alınmamışdır. Əksinə heç bir hüquq sahibi olmayan və torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş cavabdehin xeyrinə ədalətsiz qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın məzmunu məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsaslanmaq la tərtib edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsi

23. Maddə

66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

24. Maddə

67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

25. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qayd ada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə tə sdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə 27.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən bələdiyyənin qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etməyin mümkün deyildir, torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz. İşdən görünür ki, iddiaçıya təklif olunan torpaq sahəsinin planı bələdiyyənin əməkdaşları tərəfindən hazırlanmışdır, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi elektr on kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmiş, torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi isə mümkün olmamışdır. İş materiallarında həmin ərazinin bələdiyyənin mülkiyyətində olması da müəyyən edilmir. Şərh olunan hallara əsasən məhkəmə düzgün olaraq iddiaçının hazırkı iddia tələbləri ilə çıxış etməyə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmaması əsası ilə hazırkı ididanın rədd olunması həmin torpaq sahəsinə cavabdehin hər hansı hüququnun olması və ya əmələ gəlməsi anlamına gəlmir.

40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-848/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar