Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2002/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-266/2025 nömrəli iş üzrə 05 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qonşuları X14 və onun əri X4 vasitəsi ilə tanış olduqları X6 xx.xx.2022-ci il tarixdə 6 ay müddətində geri qaytarmaq şərti ilə 10.000 manat məbləğində, daha sonra xx.xx.2022-ci il tarixdə yenidən 10.000 manat məbləğində borc pul götürmüşlər və sözügedən məbləği 8 ay ərzində geri qaytaracaqlarını vəd edərək, bu barədə ona qəbz vermişlər. Bununla bağlı X14 və X12 həmin pulun verilməsində və qəbzlərin tərtib olunub imzalanmasında bilavasitə iştirak edərək, şahidlik etmişlər. Lakin razılaşdırılmış müddətlər keçmiş olsa da, cavabdehlər borc olaraq götürdükləri pul vəsaitlərini qaytarmamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icr aat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində cəmi 20.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 25 ildən artıqdır ki, Dədə Qorqud küçəsi bina 20 mənzil 15-də yaşayır. Cavabdeh2 2018-ci ildə çörək bişirmə sexində olan iş yoldaşı X7 vasitəsi ilə tanımışdır. X14 və onun əri X12 qonşuları Cavabdeh1 və Cavabdeh2 oğullarına torpaq sahəsi almaq və kommunal xərclər üçün 10.000 manat məbləğində borc olaraq pul vəsaiti lazım olduğunu ona bildirmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Şirinova X3 Lalə Zöhrab qızı və X12 ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Cavabdeh1 ETSN- nin Geodeziya Kartoqrafiya MMC-nin Gəncə şöbəsində mühəndis işlədiyini, oğluna 10.000 manat məbləğində borc pul lazım olduğunu və həmin pul vəsaitini 6 ay müddətində geri qaytaracağını ona demişdir. X2 və onun əri X8 etibarı olduğuna görə 10.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 və Cavabdeh2 6 ay müddətinə vermişdir. Bununla bağlı Cavabdeh1 və onun arvadı Cavabdeh2 əlyazma ilə qəbzə imza ataraq ondan 10.000 manat məbləğində götürdükləri pul vəsaitini 6 ay ərzində geri qaytaracaqlarını qeyd etmişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə X14 və onun əri X4 vasitəsi ilə yenidən ondan oğullarını işə qoymaq üçün 10.000 manat məbləğində borc pul götürmüşlər və sözügedən məbləği 8 ay ərzində geri qaytaracaqlarını vəd edərək, bu barədə ona qəbz vermişlər. Bununla bağlı X14 və X12 həmin pul un verilməsində və qəbzlərin tərtib olunub imzalanmasında bilavasitə iştirak edərək, şahidlik etmişlər. Bir müddət sonra cavabdehlər sözügedən borcu ödəmədiklərindən onlara bununla bağlı müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlər onun etibarından sui-istifadə edərək aldıqları pul vəsaitini geri ödəməkdən yayınmışlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2561/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat, cəmi 20.124 (iyirmi min bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun kəsirinin əvəzi qismində 26 (yirimi altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsi nəfinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X13 xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə verilmiş qəbzlərdəki xətt və imzaların onlara məxsus olduğunu bildirməklə, həmin qəbzlərin həqiqiliyini mübahisələndirməmişlər. Lakin Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazlarının əsası kimi həmin qəbzləri məhz məcburiyyət qarşısında xx.xx.2022ci il tarixdə 1.500 manat və xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitinin borc alınması üçün yazdıqlarını bildirmiş, həmin halı təsdiq edən sübut qismində mobil telefon nömrə ləri vasitəsi ilə aparılan danışıqların və bankomat görüntülərinin əldə olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırmanın obyektiv və hərtərəfli aparılmasını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müvafiq məlumatların götürülməsinə dair qərardadlar qəbul etmiş və həmin qərardadları icra olunması üçün aidiyyəti üzrə göndərmişdir. Lakin "xxxx" ASC-dən daxil olmuş məlumatda bankomat görüntülərinin saxlanılmadığı, mobil operatorlardan daxil olmuş məlumatlarda isə səs qeydlərinin olmadığı bildirilmişdir. Bundan sonra cavabdehlərin vəsatəti əsasında X12 və X14 məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin şəxslər öz ifadələrində Cavabdeh1 və Cavabdeh2 İddiaçı xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsai tini borc aldıqlarını bildirmişlər. Halbuki, X12 xx.xx.2022-ci il tarixli qəbzdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X13 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini; X14 xx.xx.2022-ci il tarixli qəbzdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X13 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmiş, Cavabdeh1 və Cavabdeh2 X13 cəmi 20.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Göründüyü kimi Cavabdeh1, Cavabdeh2, X12 və X14 tərəfindən verilmiş və həqiqiliyi mübahisələndirilməyən qəbzlərlə 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən X6 alınmasının təsbit edilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2, X12 və X1 Ayşən Binnət qız ından alınmış ümumi pul vəsaitinin 3.500 manat məbləğində olduğunu qeyd etmişlər. Digər tərəfdən Cavabdeh1, Cavabdeh2, X12 və X14 tərəfindən verilmiş qəbzlərdə pul vəsaitinin təyinatı kimi Cavabdeh1 və Cavabdeh2 övladları X15 işlə təmini və fərdi yaşayış evinin inşasının başa çatdırılması göstərilsə də, məhkəmə iclasında əldə olunması bildirilən pul vəsaitinin X9 qaynanası, Cavabdeh2 isə anası X5 müalicəsinə sərf edildiyi göstərilmişdir. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 iddiaya etirazının əsası kimi göstərdiyi həmin halı, habelə şahidlər X4 və X7 ifadələrini digər sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusatlar sübutların məcmusu ilə təkzib olunur, ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Hazırki halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfin dən 20.000 manat məbləğində pul vəsaitinin X6 alınmasına dair qəbzlər verildiyindən, eləcə də həmin qəbzlərdəki imza və xətlərin həmin şəxslərə məxsusluğu mübahisələndirilmədiyindən İddiaçı həmin pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 verilməsini sübutetmə yükündən azad olmuş, Cavabdeh1 və Cavabdeh2 ya 20.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarılmasını, ya da həmin məbləğdən fərqli məbləğdə pul vəsaitinin alınmasını sübutetmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə tər əflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, İddiaçı tərəfindən yalnız Cavabdeh1 və Cavabdeh2 20.000 manat məbləğində ödənilməmiş əsas borcunun qalmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlər məhkəməyə təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır, Cavabdeh1 və Cavabdeh2 həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 329.1, 739.1, 740.2, 337.5, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icr aat
7. Cavabdehlər apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü iltarixli 2(125)-2561/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı X11 iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onlar iddiaçıdan aylıq 20 faiz olmaqla, cəmi 3500 manat məbləğində borc pul almışlar. Həmin vəsaitin böyük bir hissəsini iddiaçıya geri qaytarmışlar. İddiaçıdan ilk dəfə 1500 manat məbləğində borc 2022-ci ilin avqust ayında alınmışdır. Həmin borcdan hər ay 300 manat olmaqla, üç dəfə 900 (300+300+300) manat geri qaytarmışlar. Bundan sonra ondan 2022-ci ilin oktyabr ayında 2000 manat bor c almışlar. Həmin borcdan hər ay 700 manat olmaqla, yeddi dəfə 4900 (700x7 ay) manat geri qaytarmışlar. Bu borcların ilkin götürülmüş 1500 manat hissəsi 300 manat olmaqla, iddiaçının özünə, sonradan götürülmüş 2000 manat hissəsi isə Cavabdeh1 məxsus olan kart vasitəsilə iddiaçının özü bankomat vasitəsilə götürmüşdür. Bu qeyd olunan faktları əks etdirən bank çıxarışları və hadisəni təsdiq edən şahidlərini məhkəməyə təqdim etmişlər. Lakin, bu sübutlar və şahid ifadələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında borc alınmasına dair hər hansı notarial qaydada bağlanmış borc müqaviləsi mövcud deyildir. Tərəflər arasında yalnız yazılı sadə formada desək, heç bir hüquqi əsası olmayan kağız parçaları vardır. Qanunun tələbinə görə borc mü qaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, belə olan halda borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu tip müqavilələrin yazılı formada bağlanması qanunla yalnız notarial qaydada bağlanan və təsdiq edilən müqavilə ola bilər. İşə baxılması zaman məhkəməyə vəsatət verərək, bankomat görüntürlərinin götürülməsi və tərəflər arasında olan səs qeydlərinin aparılmasını müəyyən etmək xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi vəsatəti təmin etmiş, "xxxx" ASC-yə sorğu göndərmişdir. Həmin bank sorğuya cavab verərək, bankomat götürtürlərinin saxlanmadığı, digər mobil operatov isə səs qeydlərinin olmadığını bildmişdir. Buna görə də hesab edirlər ki, bu əhəmiyyətli hallar dəqiq araşdırılmadan yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində iki nəfər şahid dindirilmişdi r. Həmin şahidlər məhkəmədə ifadə verərək, cavabdehlərin iddiaçıdan hansı miqdarda pul aldığını dəqiq göstərmişdir. Həmçinin, geri qaytarılan vəsaitin bir hissəsi ifadə vermiş şahid Lalə Hüseynova tərəfindən təmin edilmişdir. Lakin, həmin şahidlərin ifadələrini məhkəmə nəzərə almamış və onların ifadələri sübut kimi qəbul etməmişdir. Cavabdehlər iddiaçıdan asılı vəziyyətdə olduğundan onun dikdə etdiyi formada qəbz yazmışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər iddiaçıdan cəmi 3500 manat borc almışdır. İddiaçı isə pulun qaytarılmasının təminatı kimi cavabdehlərə 20000 manat vəsaitin alınmasına imza etdirmişdir. Yekunda cavabdeh Qarayev ona qızının və qaynı Mais Şirinovun iştirakı ilə xx.xx.2023-cü il tarixdə 3500 manat geri qaytarmış, lakin iddiaçı onunla da razılaşmayaraq, s on ayın 700 manat faiz hissəsini geri tələb etmişdir. Cavabdeh Qarayev həmin vəsaiti sonuncu şahid Lalə Hüseynova ilə göndərməyə məcbur olmuşdur. Buna baxmayaraq, cavabdeh həmin vəsaitləri qəbul etsə də, cavabdehlərin vermiş olduğu qəbzlərdən istifadə etməklə, yenidən məhkəməyə müraciət etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-266/2025 nömrəli iş üzrə 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (Ş.Rzaquliyev (sədrliyi və məruzəsi ilə), hakimlər R.Məcidov və L.Süleymanov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2561/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
11. Cavabdeh lər tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin X6 alınmasına dair qəbzlər verildiyindən, eləcə də həmin qəbzlərdəki imza və xətlərin həmin şəxslərə məxsusluğu mübahisələndirilmədiyindən, eyni zamanda cavabdehlər üzərlərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə və iddiaçının hesabına 20000 (iyirmi min) manat məbləğində əsassız varlandıqlarından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
12. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, onlar iddiaçıdan aylıq 20 faiz olmaqla, cəmi 3500 manat məbləğində borc pul almışlar. Həmin vəsaitin böyük bir hissəsini iddiaçıya geri qaytarmışlar.
13. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdehlər məhkəməyə iddiaçıdan 20.000 manat deyil, 3500 manat borc aldıqlarını təsdiq edən mötəbər sübut təqdim etməmişlər.
14. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıdan aldıqları borcdan hər ay 700 manat olmaqla, yeddi dəfə 4900 (700x7 ay) manat geri qaytarmışlar.
15. Aldıqları borcu geri qaytarılmasının sübut edilməsi vəzifəsi iddiaçının yox, cavabdehlərin üzərinə düşdüyünə, cavabdehlər isə məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də inandırıcı saymır. Kollegiya şikayətin həmin dəlilini həm də ona görə inandırıcı saymır ki, borc məbləği qaytarıldığı halda borc sənədi cavabdehlərdə olmalı olduğu halda, məhkəməyə həmin sənəd iddiaçı tərəfindən təqdim edilmişdir, həm də həmin sənəddə borcun və ya borcun bir hissəsinin qaytarıldığını təsdiq edən qeyd aparılmamışdır.
16. Apellyasiya şikayətinin növbəti dəlili iddiaçıdan asılı vəziyyətdə olduqlarından onun dikdə etdiyi formada qəbz yazmaları, halbuki onların iddiaçıdan cəmi 3500 manat borc almaları ilə bağlıdır.
17. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehlərin həmin dəlili inandırıcı kimi qəbul edilsə belə, cavabdehlər borcu və ya onun bir hissəsini qaytardığı halda borc sənədində müvafiq qeydin aparılmasını tələb etməli idi. Borc verən qeydi aparmaqdan imtina etdiyi halda, borclu pulu qaytarmaqdan imtina etməli idi. Lakin iş materialları araşdırıldıqda həmin xüsusat müəyyən olunmur.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 500.1, 500.2, 529.3, 739.1, 739.2, 329.1, 337.5, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan ilk dəfə 1500 manat məbləğində borcu 20 faiz olmaqla, 2022-ci ilin avqust ayında almışdır. Cavabdehlər həmin borcdan hər ay 300 manat olmaqla, üç dəfə cəmi 900 manat (300+300+300) geri qaytarmışdır. Bundan sonr a cavabdehlər iddiaçıdan 2022-ci ilin oktyabr ayında yenidən 20 faiz olmaqla, 2000 manat borc almışdır. Cavabdehlər həmin borcdan hər ay 700 manat olmaqla, cəmi 4900 (700x7 ay) manat geri qaytarmışdır. Ümumilikdə, cavabdehlər iddiaçıdan aylıq 20 faiz hesablanmaqla, cəmi 3500 manat sələmə pul almışdır. Həmin vəsaitləri iddiaçı Cavabdeh1 məxsus olan bank kartı vasitəsilə özü bankomat vasitəsilə götürmüşdür. Buna dair sübutlar məhkəməyə təqdim edilmişdir.
21. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsində işə baxılan zaman iddiaçının tələbkar olduğu bir neçə icra vərəqəsi məhkəməyə sübut kimi təqdim edilmişdir. Həmin sənədlərin surətindən görünür ki, iddiaçı bir neçə iş üzrə tələbkardır. Qeyd edilən icra vərəqələri üzrə onun borclu şəxslərdən 50000 manatdan çox vəsait tələb etməsi öz əksini tap ır.
22. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemi üzərindən yoxlama aparılması zamanı iddiaçının bundan artıq məbləğdə pul tələb etməsi müəyyən edilmişdir. Belə olan halda, sual olunur: “görəsən iddiaçı bu qədər vəsaiti necə əldə etmişdir”?
23. Məhkəmə iclaslarının qeydə alınması ilə bağlı videogörüntüdən aydın görünür ki, sədrlik edənin “bu qədər vəsaiti neçə əldə etmisiz”? sualını cavablandıran iddiaçı həmin vəsaitləri fəhləlik etməklə qazanmasını bildirir.
24. Göründüyü kimi, iddiaçının qeyri-səmimi olması bir daha sübut edir ki, həmin vəsaitlər əslində, borclu olan şəxs və ya şəxslər tərəfindən imza atmaqla, yazılmış qəbzlərdə əks olunmuş miqdarda alınmış pullar miqdarında deyildir. Çünki, hər kəsə bəllidir ki, fəhləliklə əldə olunmuş gəlirin aylıq və yaxud illik toplanan mi qdarı 50000 manat və ya daha artıq ola bilməz.
25. Bundan başqa, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər də qeyd etmişdir ki, iddiaçıdan sələmə alınmış həmin vəsaitlərin cəmi miqdarı 3500 manat təşkil etmişdir. Qeyd olunan miqdarda vəsaitin faizlərlə birgə qaytarılması barədə şahidlər ifadə vermiş olsa da, lakin hər iki instansiya məhkəməsi bu halları nəzərə almamışdır.
26. Bundan başqa, Bankdan əldə edilmiş və məhkəməyə sübut kimi təqdim olunmuş hesabdan çıxarışların surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bank kartının dublikatı çıxarılmışdır. Cavabdehlər bu faktın araşdırılmasını məhkəmədən xahiş etmiş və məhkəməyə bir neçə sayda rəsmi bank sənədləri təqdim etmişdir. Lakin, qeyd olunan sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndilməmiş və nəzərə alınmamışdır.
27. Ha lbuki, iddiaçının məhkəməyə təqdim etdiyi (cavabdehlər tərəfindən imzalanmış) qəbzlərdən görünür ki, Cavabdeh1 məxsus əmək haqqı kartı cavabdeh tərəfindən könüllü olaraq ödənişlərin vaxtında edilməsi üçün iddiaçıya verilmişdir. Lakin, borc bitdikdən sonra iddiaçı həmin kartı cavabdehə geri qaytarmadığından o, məcbur olub həmin kartın dublikatının verilməsi üçün Banka müraciət etmiş və həmin kart yenisi ilə əvəz edilmişdir.
28. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Lalə Hüseynova iddiaçı ilə olan münasibətlərini qeyd edir. Həmin qəbzlə Lalə Hüseynova cavabdehlərin pulu qaynı üçün aldığını bildirir və 8 ay müddətinə 20000 manat pul aldığını göstərir. Borcun ödənilmədiyi halda, tam məsuliyyətini dərk edir.
29. Göründüyü kimi, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi qəbzlər arasında ciddi ziddiyyətlər vardır. Cavabdehlər tərəfindən qəbul olunmuş pul vəsaitləri təhrif edilmiş formada və həqiqəti əks etdirmədən yazılmışdır. Həmin qəbzlərə istinad edilsə, pulun alınmasında iştirak etmiş digər şəxslər onlarla birgə məsuliyyyət daşımalı idi. Lakin bu faktlar məhkəmələr tərəfindən düzgün araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Cavabdehlər kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
37. Maddə 445.2. Öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
38. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Maddə 500.1 və 500.2. Əgər öhdəliyin i crası bir neçə şəxsə onlardan hər birini öhdəliyin icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
41. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
42. Maddə 739.1. Borc müqav iləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
43. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üç ün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 416.1 Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıdan qətnamə ilə müəyyən olunan hissədə pul vəsaiti almış və qaytarmamışdir. Cavabdeh alınmış pul məbləğini qaytarmasını göstərsə də bu dəlilini əsaslandıran heç bir mötəbər sübuta istinad etməmişdir.
53. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxlu ğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 54. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fər qləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münas ibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, iddianın sübut olunmamasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Kon stitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Ona görə də məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2(104)-266/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə