Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2003/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehxxxx-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Cavabdehxxxx-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı i lə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2433/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdehxxxx tərəfindən təqdim edilmiş 18.09.2019-cu il tarixli aktda "xxxx"xxxx-nin "Cavabdeh”xxxx-nin inzibati binasının 7-ci mərtəbəsində yerləşən otağında mövcud olan "xxxx”xxxx-yə məxsus iki şirkət arası elektrik sərfiyyatına təyin məqsədi ilə quraşdırılmış elektrik sayğacının qüsurlu olmasının aşkar edilməsi, elektrik sayğacının göstəricisinin 25.06.2015-ci il tarıxində bağlanmış aktdakı sayğac göstəricisindən (106456 kvt) 6111 volt az olduğu, mövcud yükün metodiki hesablanmasında elektrik sayğacının düzgün işlə mədiyi, orta aylıq elektrik enerjisi sərfiyyatı çıxarılaraq dəymiş ziyanın 15257,63 manat təşkil etdiyi qeyd olunmuşdur. Hacıqabul TKQ-də tərtib edilmiş 20.09.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, MEATS-də inzibati binanın birinci mərtəbəsində 0,4 kv-luq elektrik ayrıcısından TKQ-nin balansında olan 6/0,4 kv-İuq transformator Y\St-dakı 0,4 KV-İuq elektrik şitinə qədər məsafədə mövcud AVVQ 4x16 markalı elektrik kabeli MMV 3x70x35 markalı elektrik kabeli ilə əvəz olunması üçün ezam olunmuş Cavabdehxxxx-nin EŞ ESPİS-nın müdiri İddiaçı səhlənkarlığı nəticəsində fazalar arası birləşmələri düzgün təyin edilməmiş, nəticədə TKQ-nin inzibati binasına 220 V gərginlik əvəzinə 2 fazla gərginlik daxil olmuş, bu səbəbdən MEATS-də rabitə avadanlıqlarında, transmissiya avadanlıqlarında, kompüter şə bəkəsində, işıqlanma sistemində, siqnalizasiya sistemində, şaxta otağında, kompressor qurğusunda, nəzarət kamerasında, bir sözlə, 220V gərginliklə işləyən bütün avadanlıqlarda qısa qapanma baş vermiş, qeyd olunan avadanlıqlar sıradan çıxmış, TKQ-nin inzibati binasında, iş və istehsalat otaqlarında elektrik İampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adaptor, modemlər sıradan çıxmış, ümumilikdə kompüter şəbəkəsi zədələnmiş və TKQ-na maddi ziyan dəymişdir. Cavabdehxxxx-nin baş direktorunun birinci müavini X, İnsan resursları departamentinin direktoru X və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri X tərəfindən İddiaçıla bağlanmış 23.02.2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsi ilə bağlı baş direktor Xə 03.10.2019-cu il tarixli təqdimat verilmişdir. Cavabdehxxxx-nin baş direktoru X tərəfindən Rabitə İşçiləri X1 Bakı 1 Şöbəsinə ünvanlanmış 03.10.2019-cu il tarixli, 102-15/16/0339-19 saylı məktubla vəzifə öhdəliklərıni lazımınca yerinə yetirməyərək yuxarıda qeyd olunan hər iki hal üzrə Cəmiyyətə maddi zərər dəyməsinə səbəb olan Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçı ilə bağlanmış 23 fevral 2018-ci i! tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndınə əsasən işəgötürən tərəfindən xıtam verilməsı məsələsinə münasibət bıldırilməsi xahiş olunmuşdur. Azərbaycan Rabitə İşçiləri X1 Bakı 1 Şöbəsinin 11.10.2019-cu il tarixli yazılı razılığı ilə Həmkarlar İttifaqı Cavabdehxxx x-də Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdehxxxx-nin 16.10.2019-cu il tarixli, kb № 911 saylı əmrinin surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Texniki departament Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçı 16.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrə əsas kimi Cavabdehxxxx-nin baş direktorunun birin ci müavini X, İnsan resursları departamentinin direktoru X və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Xnin təqdimatı və RİMHİ Bakı 1 şöbəsinin razılığı qeyd edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında müəyyən edilmişdir ki, Cavabdehxxxx-nin baş ofisinin yerləşdiyi inzibati binanın 7-ci mərtəbəsində “xxxx”xxxx-yə icarəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi elektrik enerjisi sərfiyyatının müəyyən edilməsi üçün Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektoru tərəfındən aralıq sayğacının sərfiyyat göstəricilərinin müəyyən edilməsinə dair hər aylıq aktlar tərtib edilməli olduğu halda icra edilməmişdir. Müvafıq aktlar sonuncu dəfə 2015-ci il mart ayında tərtib edilməklə hesablanaraq fakturanın “xx xx”ə təqdim edilməsi üçün müvafiq şöbəyə təqdim edilmişdir. Təxminən 4 il yarım ərzində sayğacın aylıq göstəricilərinin müəyyən edilməsi məqsədi ilə aktlaşma aparılmamışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sayğacın işləməsində texniki qüsurlar var və sayğac hesablamanı geriyə doğru aparır və nəticədə istifadə olunan elektrik enerjisinin sərfiyyatının sayğac vasitəsi ilə hesablanmasının aparılması mümkün deyildir. Belə ki, cəmiyyət tərəfindən istifadə edilmiş elektrik enerjisinin dəyəri (o cümlədən qeyd olunan sahədə quraşdırılmış “xxxx”ə məxsus avadanlıqların istifadə etdiyi elektrik enerjisinin dəyəri) aylıq ümumi sayğac göstəricisinə əsasən müvafiq quruma (xxxx” ASC-yə) ödənilir. Mövcud vəziyyətdə inzibati binada quraşdırılmış elektrik sayğacının sərfiyyatına dair hesabla maların aparılması üçün göstəricilərinə dair aktların tərtib edilməməsi nəticəsində Cavabdehxxxx-yə xeyli miqdarda maddi zərər dəymişdir. Cəmiyyətdə istifadə olunan enerji avadanlıqlarının istismarına nəzarəti təşkil etmək Enerji sistemlərinin planlanması və istismarı sektorunun, o cümlədən onun rəhbərinin birbaşa əmək fəaliyyəti üzrə öhdəliyidir. Həmin sektorun müdiri İddiaçı öz işinə etinasız yanaşaraq, vəzifə öhdəliklərini icra etməmiş və nəticədə Cəmiyyətə xeyli miqdarda 15257 manat məbləğində zərər dəymişdir. Bundan başqa Hacıqabul TKQ-nın MEATS-də inzibati binanın birinci mərtəbəsində 0,4 KV-luq elektrik ayrıcısından TKQ-nın balansında olan 6/0,4 KV-luq transfarmator Y/St-dakı 0,4 KV-luq elektrik şitinə qədər məsafədə mövcud AVVQ 4x16 markalı elektrik kabeli MMV 3x70x35 markalı elekt rik kabeli ilə əvəz olunması üçün İddiaçı Hacıqabul TKQ-yə 18-20 sentyabr 2019-cu il tarixlərində ezam olunmuşdur. Qeyd olunan işlərin icrası zamanı İddiaçı səhlənkarlığı nəticəsində fazalar arası birləşmələrin düzgün təyin edilməməsi nəticəsində TKQ-nın inzibati binasında 220 V gərginlik əvəzinə 2 faza ilə yüksək gərginliyin daxil olması səbəbindən MEATS-də rabitə avadanlıqlarında, transmissiya avadanlıqlarında, kompüter şəbəkəsində, işıqlanma sistemində, siqnalizasiya sistemində, şaxta otağında, kompressor qurğusunda, nəzarət kamerasında, bir sözlə, 220 V gərginliklə işləyən bütün avadanlıqlarda qısaqapanma baş vermiş, qeyd olunan avadanlıqların bir çoxu sıradan çıxmışdır. TKQ-nın inzibati binasında, iş və istehsalat otaqlarında elektrik lampalar, patronlar, UPS-lar, elektrik şitində bir ədəd avtomat ayırıcı, 8 ədəd adaptor, modemlər sıradan çıxmış. Ümumilikdə kompüter şəbəkəsi zədələnmişdir. Nəticədə Cəmiyyətə (Hacıqabul TKQ-yə) maddi zərər dəymişdir. Beləliklə, İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndini, 72-ci maddəsinin “c” bəndinin yuxarıda adları qeyd edilən “Qaydalar"ının və vəzifə təlimatının tələblərini ciddi şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehxxxx-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehxxxx-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 16.10.2019-cu il tarixli, kb № 911 saylı əmrinin ləğv edilməsi, Cavabdehxxxx-nin Texniki departamentinin Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı se ktorunun müdiri vəzifəsinə bərpa edilməsi, iş buraxma müddəti üçün əmək haqqı məbləğinin, vəkilə ödənilmiş 200 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03.05.1999-cu il tarixindən 23.02.2018-ci il tarixinədək "Cavabdeh"xxxx-də baş energetik vəzifəsində çalışmışdır. Çalışdığı illərdə hər zaman intizamlı olmuş, verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. 1980-ci ildə energetika günündə Respublikada energetika sektorunun inkişafında aktiv iştirakına görə və QOELRO planının 60 illiyi ilə əlaqədar mükafatlandırılmışdır. Eyni zamanda, cəmiyyətdə işlədiyi müddətdə heç bir ciddi əmək və icra intizamını pozmamışdır. 20 ildən artıq “Cavabdeh"xxxx-də intiza mla çalışmasına baxmayaraq, sadəcə struktur dəyişikliyi bəhanə edilərək 23.02.2018-ci il tarixində baş energetik vəzifəsindən azad edilmiş və sektor müdiri vəzifəsinə təyin edilmişdir. İşdən azad olunan günədək həmin vəzifədə çalışmışdır. 01.09.2019-cu il tarixində baş direktorun köməkçisi X ona ərizəsini yazıb işdən könüllü çıxması barədə göstəriş vermişdir. Daha sonra həmin şəxs işdən öz ərizəsi ilə çıxmayacağı təqdirdə, ona şər, böhtan atacağı və beləliklə əmək müqaviləsinə xitam veriləcəyi ilə hədələmişdir. Onun öz ərizəsi ilə işdən çıxmayacağını gördükdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onu işdən azad etmişlər. Ona qarşı atılan böhtanların heç bir hüquqi, məntiqi əsası yoxdur. Əmrin birinci hissəsində qeyd edilən nöqsanların olub-olmamasının araşdırılmasından əvvəl həmin nöqsanlara görə kimin məsuliyyət daşıdığı aydınlaşdırılmalıdır. Belə ki, Cavabdehxxxx-nin baş energetikinin vəzifə təlimatı ilə 25.01.2016-cı il tarixdə tanış edilmiş və tərəfindən vəzifə təlimatı imzalanmışdır. Qeyd edilən vəzifə təlimatının 1.1-ci bəndində qeyd edilir ki, Cavabdehxxxxdə baş energetik energetika xidmətinin işini aparan şəxsdir. Energetikin vəzifə təlimatında “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bir bənd yoxdur. Belə bir bəndin olması isə qanunvericiliyə zidd olardı. Belə ki, “xxxx”xxxx həmin sahəni Cavabdehxxxx-dən icarəyə götürmüş və həmin sahə “xxxx”xxxx-nin istifadəsində və sərəncamında olmuşdur. Həmçinin, həmin sahəyə nəzarət və müdaxilə etməsi qeyd edilən vəzifə təlimatının tələblərinə ziddir. Həmin vəzifə təlimatının 3.1-ci bəndində qeyd edilmişdir ki, “tabeçilikdəki (Cavabdehxxxx-nin) bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etmək, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş vermək”. Təlimatın bu bəndi qeyd edilən əmrin birinci hissəsi əsassız olmasına dəlalət edir. Belə ki, “xxxx”xxxx Cavabdehxxxx-nin tabeçiliyində olan müəssisə deyil, icarə müqaviləsinə əsasən həmin sahənin icarədarıdır və sahədən istifadə hüququ ona məxsusdur. Əmrin birinci hissəsində qeyd edilən vəzifə və məsuliyyəti olmadığı halda həmin nöqsanlara görə onu işdən azad etmişlər. Vəzifə təlimatında onun bu işlərə görə məsul olmadığı halda yol verilmiş nöqsanlara görə məsuliyyətin onun üzərinə qoyulması son dərəcə anlaşılmayan və absurd haldır, eyni zamanda Əmək qanunvericiliyin ə ziddir. Əmrin 2-ci bəndində qeyd edilən 18-20 sentyabr 2019-cu il tarixdə nöqsanların heç biri olmamışdır. Bununla bağlı təkzibedilmə sübutu kimi Hacıqabul TKQ-də bağlanmış 20.09.2019-cu il tarixli Aktı məhkəmənin diqqətinə çatdırır. Qeyd edilənlərdən də aydın olur ki, müvafiq əmrin birinci və ikinci bəndində qeyd edilən nöqsanların heç biri üzrə onun məsuliyyəti olmamışdır. Daha doğrusu birinci hissəsi onun vəzifə təlimatlarına aid deyil, ikinci hissəsinə dair isə Hacıqabul TKQ-də bağlanmış 20.09.2019-cu il tarixli akta əsasən tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Hesab edir ki, intizam tənbehini verərkən şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi və guya törətdiyi xətanın xarakteri nəzərə alınmamamışdır. Cavabdehxxxx iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 16.10.2019-cu il tarixli əmrdə göstərilənlər konkret faktlarla sübuta yetirilmiş, bu səbəbdən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının həm məhkəməyə təqdim etdiyi 25.01.2016-cı il tarixli Cavabdehxxxx-nin baş energetikinin vəzifə təlimatında, həm də Enerji sistemlərinin planlaması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında onun vəzifə öhdəlikləri aydın şəkildə göstərilmişdir. 25.01.2016-cı il tarixli Cavabdehxxxx-nin baş energetikinin vəzifə təlimatının 2.2-ci bəndində göstərilmişdir ki, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanmasına, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərinə əməl edilməsinə, aşkar olunmuş nöqsanların aradan qaldırılması, ele ktrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir. Həmin təlimatın 3.1-ci bəndində isə tabeçilikdəki bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etməməyə, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş verməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təlimatın 3.1-ci bəndində qeyd edilən “tabeçilikdəkisözünə iddiaçının yanaşması yanlışdır. Çünki həmin bənddəki “tabeçilikdəkisözü onu göstərir ki, baş energetik qeyd edilən vəzifələri yalnız “Cavabdehxxxx-nin özündə deyil, tabeçilikdə olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməlidir. Enerji sistemlərinin planlanması və istismarı sektorunun mü dirinə dair vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, sektor müdiri enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. Təlimatın 4.8-ci bəndinə əsasən istismar sahələrinin ehtiyat hissələri və alətlərlə təmin olunmasına, həmçinin ölçü cihazları ilə təmin olunmasına nəzarət edir və lazım gəldikdə bu haqda rəhbərlik qarşısında məsələ qaldırır. Göründüyü kimi İddiaçı hərəkəti hər iki təlimatın tələbləri ilə ziddiyyət təşkil etmişdir. Eyni zamanda, İddiaçı təlimatda “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bəndin olmamasını əsas gətirməsi onu bu məsuliyyətdən azad etmir. Çünki istifadəyə verilmiş sahə Cavabdehxxxx-yə məxsusdur və həmin sahənin elektrik enerjisi ilə təmin olunması nəticəsində enerj i sərfiyyatına görə hesablanmış ödəniş məhz Cavabdehxxxx tərəfindən aidiyyəti təşkilata (“xxxx” ASC-yə) ödənilir. Bu səbəbdən də həmin sərfiyyata və sərfiyyatı ölçən elektrik sayğacına nəzarət birbaşa Cavabdehxxxx tərəfindən vəzifə təlimatına əsasən İddiaçı tərəfindən aparılmalı idi. Qeyd edilənlərlə bağlı 18.09.2019-cu il tarixdə İddiaçı özünün də iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktla elektrik sərfiyyatının ölçülməsi məqsədilə quraşdırılmış elektrik sayğacının qüsurlu olması və elektrik sayğacının göstəricisinin 25.06.2015-ci il tarixində tərtib edilmiş aktdakı göstəricidən az olması müəyyənləşmiş, elektrik sayğacının düzgün işləmədiyi təsdiqlənmişdir. Bundan əlavə, sayğacda yaranmış problemlə bağlı İddiaçı iştirakı ilə akt tərtib edilmiş, o cümlədən həmin akt əsasında müvafiq f aktı təsdiq edən arayış hazırlanmış və iddiaçı öz imzası ilə aktı və həmin arayışı təsdiq etmişdir. Həmin arayışda qeyd edilənlərlə bağlı Cavabdehxxxx-yə dəymiş zərərin məbləğinin 15257,63 təşkil etdiyi göstərilmişdir. Hacıqabul TKQ-də baş verənlərlə bağlı iddiada qeyd edilənlər tam deyil və həqiqətlərin təhrif olunmasına yönəlmişdir. Belə ki, 20.09.2019-cu il tarixdə tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akta diqqət yetirdikdə aydın şəkildə görünür ki, Qovşaqda müəyyən işlərin aparılması qeyd edilsə də, işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə məlumatlar əks etdirilməmişdir, belə ki həmin akt yalnız müəyyən işlərin görüldüyünü təsdiq edir. Bu isə sübut edir ki, o, icra etdiyi işi qüsursuz təhvil verə bilməmiş, yəni istismara verilmiş yen i kabeli qoşduqdan sonra işin yekunu barədə rəsmiləşdirmə aparmamış və bunu etməkdən qəsdən yayınmışdır. Belə ki, Hacıqabul TKQ-də elə həmin gün - 20.09.2019-cu il tarixində istismara verilən kabel xəttində qısa qapanma baş vermiş, nəticədə Qovşağın inzibati binasında iş və istehsalat otaqlarında elektrik lampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adapter, modemlər sıradan çıxmış, ümumilikdə kompüter şəbəkəsi zədələnmişdir. Bununla bağlı 20.09.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi, baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Məlum olmuşdur ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulma düzgün edilməmiş və nəticədə yaranmış yüksək gərginlik Qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıra dan çıxmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç bir faktiki və hüquqi əsası yoxdur. Əksinə, İddiaçı onun təqsiri səbəbindən dəymiş zərərin tələb oluna biləcəyini ehtimal etdiyindən, müxtəlif dövlət qurumlarına və məhkəməyə müraciət edərək özünü məsuliyyətdən kənar saxlamaq istəyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehtiyev) 2(004)-7198/2019 saylı işi üzrə 11.12.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Cavabdehxxxx-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmri ləğv edilməsi, İddiaçı Cavabdehxxxx-nin Texniki departamentinin Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsinə bərp a edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi, Cavabdehxxxx-dən vəkilə hüquqi yardıma görə ödənilmiş 20 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 50 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx"xxxx-nin baş direktoru İsmayıl Şabani və "Cavabdeh”xxxx-nin baş direktoru X arasında bağlanmış 07.11.2019-cu il tarixli Razılaşma protokolunun surətindən görünür ki, tərəflər "xxxx"xxxx-nin avadanlıqların yerləşdirilməsinə görə və hesablanmış elektrik enerjisindən istifadəyə görə "Cavabdeh”xxxx-yə ümumi borc məbləğinin 17 756,04 manat olduğu və həmin məbləğin bu Protokolun imzalandığı tarixdən 2 iş günü ərzində tam həcmdə Cavabdehun bank hesabına ödənilməsinin təmin edilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş 12.11.2019-cu il tarixli, 64020119(2) və 64020119(3) saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx"xxxx" Cavabdehxxxx-nin hesabına cəmi 15257,62 manat pul köçürülmüşdür. Məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 12.1, 70 (ç bəndi), 71.2, 71.3, 80.1, 80.2, 186.1, 186.2, 186.3, 878.1, 201.1, 292.1, 300.1-ci maddələrinin müddəalarını nəzərə alaraq qeyd etmişdir ki, Cavabdehxxxx 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmri ilə icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi vəzifə təlimatına daxil olmayan, əvvəllər barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyən, tərəfindən yol verilmiş nöqsanlar nəticəs ində cavabdeh təşkilata maddi ziyan dəyməsi sübuta yetirilməyən Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı onun qeyd edilən pozuntularda hansı dərəcədə təqsirli olubolmamasını aydınlaşdırmadan, şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmadan ona əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tədbiri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə tənbeh tədbiri tətbiq etmişdir. Cavabdeh iddia tələbinə etirazında İddiaçı onun təqsiri səbəbindən dəymiş zərərin tələb oluna biləcəyini ehtimal etdiyindən, müxtəlif dövlət qurumlarına və məhkəməyə müraciət edərək özün ü məsuliyyətdən kənarda saxlamaq istədiyini bildirsə də, belə bir halı təsdiq edən sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi yardıma görə nümayəndəyə ödənilmiş 200 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsaslanaraq hüquqi yardıma görə 20 manat ağlabatan məbləğ hesab edilməklə cavabdehdən alınıb iddiaçıya ödənilməli olması qənaətinə də gəlmişdir. Cavabdehxxxx apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı işi ü zrə 11.12.2019-cu il tarixli qətnamənin ləğv edərək, İddiaçı iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehin iddiaya etirazı ilə oxşar məzmunlu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə çox səthi yanaşmış, heç bir əsaslandırma aparmadan və sübutlara istinad etmədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin əsaslandırmalarından biri bu olmuşdur ki, “xxxx”xxxx tərəfindən vurulmuş zərər 12.11.2019-cu il tarixində ödənilmişdir. Lakin məhkəmə dəymiş zərərin ödənilməsi məsələsinə istinad edərkən həmin ödənişin iddiaçının əmək müqaviləsinə xitam verilməsindən təxminən bir ay sonraya təsadüf etməsinə diqqət yetirməmişdir. Yəni, iddiaçının özünün də iş tirakı ilə tərtib olunmuş aktdan (18.09.2019-cu il tarixli) və arayışdan da görünür ki, həqiqətən də zərər dəymişdir və həmin zərərin dəyməsinə səbəb olan halların aradan qaldırılması isə Vəzifə təlimatına əsasən iddiaçının vəzifəsi olmuşdur. Əsaslardan biri də bu olmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən təxminən bir ay sonra dəymiş zərərin ödənilməsi xitamla bağlı əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə əmək qanunvericiliyinin tələblərinə əsasən işçisinin bilərəkdən və ya səhlənkarlıq nəticəsində (hərəkət və ya hərəkətsizliyinə görə) ona (işəgötürənə) dəymiş maddi zərərə görə təqsirkar işçi barəsində intizam tənbehinin görülməsi (ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən) hüququnu məhdudlaşdırması qəbuledilməzdir. Əmək qanunve riciliyi işəgötürənin və işçinin hüquq və öhdəliklərini açıq şəkildə müəyyən etmişdir, məhkəmənin əmək münasibətlərinin tərəflərinə münasibətdə bir tərəfli yanaşması və işəgötürənin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırmaqla işçiyə xüsusi güzəştlər tanıması ümumilikdə həm maddi, həm də prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə nəzərə almamışdır ki, Əmək qanunvericiliyinə əsasən (ƏM-nin 187.2-ci maddəsi) işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək ona intizam tənbehi verilə bilər. İşəgötürən müəssisəyə xeyli miqdarda maddi zərər vurulmasına səbəb olan işçi barəsində qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, intizam tənbeh tədbiri görməyə haqlıdır. Eyni zamanda, məhkəmə qətnamədə əsaslandırmağa çalışmışdır k i, icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi vəzifə təlimatına daxil olmadığından, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməz. Məhkəmənin bu əsaslandırması tamamilə qəbuledilməzdir, belə ki, İddiaçı (Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinin) vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, o, enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin etməli idi. “xxxx”xxxx-nin avadanlıqları Cavabdeh”xxxx-yə məxsus sahədə yerləşmişdir və həmin avadanlıqların istifadə etdiyi enerjinin dəyərini Cavabdeh aidiyyəti təşkilata (Azərişığa) ödəyir və qeyd olunan sayğac Cavabdehxxxx-nin inzibati binasında olan enerji şəbəkəsinin bir hissəsi olmaqla həmin avadanlıqların istifadə etdiyi enerjinin miqdarına hesablamaqla sonradan “xxxx” həmin məbləğin tələb olunması üçün əsas vasitə olmuşdur. İddiaçının Vəzifə təlimatı üzrə öhdəliyi Cavabdehxxxx üzrə bütün enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını, o cümlədən şəbəkənin bir hissəsini təşkil edən qeyd olunan avadanlığın (sayğac cihazının) dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərinin normadan kənara çıxmamasını təmin etmək olsa da, bu qeyd olunan vəzifəsini bilərəkdən (qəsdən) və ya etinasızlıqdan (kobud ehtiyatsızlıqdan) icra etməmişdir. Nəticədə dövlət müəssisəsinə (dövlət əmlakına) ciddi zərər dəymişdir. Bundan əlavə, məhkəmə işçiy ə əmək və ya icra intizamını pozduğu hallarda işəgötürən tərəfindən verilə bilən və qanunvericiliklə müəyyən edilmiş intizam tənbehlərindən birini vermək işəgötürənin Əmək Məcəlləsinə əsasən hüququ olduğu halda, sanki həmin hüquqa və onun verilməsinə işəgötürənin öhdəliyi kimi yanaşaraq, işçiyə istənilən əmək və ya icra intizamı pozuntusuna görə ilkin olaraq daha yüngül, intizam tənbehinin verilməli olduğunu və ya intizam tənbehi hesab edilməyən “Xəbərdarlıq” edilməli olduğunu qeyd etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə işəgötürən pozuntunun əhəmiyyət və miqyasına görə birbaşa qanunla müəyyən edilmiş daha ağır intizam tənbehini verməkdə haqlıdır və pozuntunun müəssisə üçün ağırlıq dərəcəsini müəyyən etmək və qanunda müəyyən edilmiş intizam tənbehlərindən birini vermək və ya verm əmək işəgötürənin hüququdur. Qətnamənin əsaslandırılmasında yol verilmiş hüquqi nöqsanlar bir daha sübut edir ki, məhkəmə iddia ərizəsini qanunun tələblərinə deyil, şəxsi mülahizəyə əsaslanaraq təmin etmişdir Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında 2 sual qoyulmuşdur: 1. iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halların ətraflı araşdırılaraq onun vəzifələrinin icrası baxımından yol verdiyi qüsurlar(xidmətin texniki göstəriciləri üzrə iddiaçı tərəfindən edilməli olan hərəkətin və ya edilən hərəkətsizliyin ünsürləri) müəyyən edilsin.
2. Elektrik enerjisindən istifadə həcmi, borcun mövcudluğu və mövcud olduğu təqdirdə (tarixlər gösətrilməklə) miqdarı, yaranma səbəbləri, iddiaçının məsuliyyət və təqsirinin hədləri, habelə iddia ərizəsi və apellyasiya şikayəti üzrə zəruri olan digər xüsusatlar müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 13.07.2020-ci il tarixli, 10/757 saylı rəyində göstərilmişdir ki, Cavabdehxxxx-nin 16 oktyabr 2019-cu il tarixli kb№911 saylı əmrdə göstərilmiş Cavabdehxxxx-nin baş ofisinin yerləşdiyi inzibati binasının 7-ci mərtəbəsində «xxxx»xxxx-yə icarəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi elektrik enerjisinin sərfiyatının müəyyən edilməsi üçün quraşdırılmış mübahisəli sayğacının göstəricilərinə nəzarətin və uçotun aparılması, İddiaçı Cavabdehxxxx-də baş energetik və Enerji sistemlərinin planlaması və istismarı sektoru müdirinin vəzifəsində işləyərkən, həmin vəzifələrə aid olan vəzifə təlimatlarında nəzərdə tutulmamışdır. Bununla yanaşı, 12 may 2020-ci il tarixli 10/757 nömrəli vəsatət ilə ekspert tərəfindən sorğu edilmiş əlavə materiallarının (mübahisəli elektrik sayğacının növü, tipi və konstruktiv quruluşu barədə sənədlərin, xərc edilmiş elektrik enerji sərfiyyatlar barədə məlumatların, həmin elektrik sayğacında yaranmış qüsurun müəyyən edilməsi üçün, sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə yoxlamaqlda, həmin yoxlamanın nəticələrinin və s.) ekspertizaya təqdim edilmədiyinə görə, mübahisəli elektrik sayğacının nasazlığın yaranma səbəbini və yaranmış borcun həcmini müəyyən etmək mümkün deyildir. Materiallarla təqdim edilmiş arayışa (arayışın tərtib olunma tarixi yoxdur, i.v.51) görə, orta aylıq elektrik enerjisinin sərfiyatı fazaların üzərində olan yüklərə (elektrik cərəyanlarına) görə çıxarılmış (3232 kVTs) və müvafiq müddətlərə (aylara) vurulmaqla 29.03.2015-ci il tarixdən 18.09.2019-cu il tarixədək istifadə edildiyi elektrik enerjisinə görə borcu hesablanmışdır (13622,88 AZN). Ekspertizaya təqdim edilmiş mülki iş materiallarına əlavə edilmiş aktlarda mübahisəli dövründə aparılan təmir-bərpa işlərin görüldüyü zaman, Hacıqabul TKQ-nın elektrik enerji təchizatında bir-birindən fərqli olduğu problemlərin əmələ gəldiyinin (bir aktlarda kabellərin əvəz edilməsi zamanı fazaların düzgün qoşulmadığının, digər aktda isə qida qurğusu qəza vəziyyətində olduğuna görə EATS-in yükü akkumulyatorların üzərinə qoşulduğunun) göstərildiyini, eləcə də TKQ-nın inzibati binasında sıradan çıxmış elektrik enerji qəbuledicilərində hansı nasazlıqların əmələ gəldiy i və həmin nasazlıqların izləri barədə zəruri məlumatların ekspertizaya təqdim edilmədiyindən, İddiaçı Şüala oğlunun öz vəzifələrinin yerinə yetirilməməsi müəyyən edilmir. Cavabdehxxxx tərəfindən alınmış “xxxx”xxxx-nin mütəxəssis (tarixi göstərilməyən) rəyinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fazalar arasındakı gərginlik 2 (iki) halda yüksək ola bilər: 1-ci hal: 0,4 kv kabelin “0” xətti yarımstansiyanın “0” xəttinə qoşulmadığı halda; 2-ci hal: Kabeldə faza ilə “0” xəttinin yeri səhv bağlandığı halda. Nəticədə o qənaətə gəlinir ki, yuxarıda qeyd olunan işləri həyata keçirən əməkdaş (energetik) tərəfindən tələblərə əməl edilmədiyi üçün istismarda olan avadanlıqlar yaranmış yüksək gərginlik nəticəsində sıradan çıxmışdır. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Fuad Talı şinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Ziya Şirinov) 2(103)-2433/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdehxxxx tərəfindən verilən apellyasiya şikayətin təmin edilməməsi, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı işi üzrə 11.12.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdehxxxx-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallarla və gəldiyi nəticələrlə razılaşaraq, hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma onları sübuta yetirilmədiyi qənaətini formal aşdırır. Belə ki, sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş, əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan bir (neçə) vəzifəli şəxsin subyektiv mövqeyi əsasında qərar qəbul edilmiş, həmkarlar ittifaqından məktub göndərilsə də, qərarları təqdim edilməmişdir. Qeyd edilməlidir ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Texniki departament Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi Cavabdehxxxx-nin baş direktorunun birinci müavini X, İnsan resursları departamentinin direktoru X və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Xnin təqdimatı və RİMHİ Bakı 1 şöbəsinin razılığı əmrdə göstərilmiş, bununla da, qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmışdır. Əmrdə istinad edilən maddənin dispozitiv şərtində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Məcəllənin 70 və 72-ci maddələrində yalnız işçinin “əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə” əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları müəyyən edilməmi şdir. Bu əmrin tərtibatında məzmun tələblərinə riayət edilməməsinin formal əsasları olsa da, işəgötürənin ehtimal etdiyi mahiyyət də dayanıqlı sübutlarla təsdiq edilmir. Belə ki, xüsusi biliyə malik mütəxəssislərin iştirakı ilə xidməti araşdırma aparılmalı olan sahənin təftişi aparılmadan kargüzarlıq qaydalarına riayət edilməyərək qeydiyyata alınmayan ayrı-ayrı aktlar (arayışlar) sübut kimi məhkəməyə təqdim edilmiş “sənəd”lərlə “xxxx”xxxx-yə istifadəyə verilmiş sahədə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi enerji sərfiyyatının hesablanmasını həyata keçirən aralıq sayğacının işləməsində olan qüsurun vaxtında müəyyən edilməməsi, o cümlədən hər ay elektrik sərfiyyatının müəyyən edilməklə aylıq aktlar tərtib edilməməsi nəticəsində, həmçinin iddiaçı tərəfindən 20.09.2019-cu il tarixində Cəmiyyətin Hacıqabul Telekommunikasiya Qovşağının inzibati binasında Hacıqabul rayonuna ezam olunaraq həyata keçirdiyi kabel xəttinin dəyişilərək yenisi ilə əvəz olunması zamanı istismara verilən kabel xəttində baş vermiş qısa qapanma nəticəsində müəssisəyə dəymiş zərərlə bağlı iddiaçının təqsirinin (əmək funksiyalarının icrasında yol verdiyi nöqsanların) əsaslandırılmasına uğursuz cəhdlər edilmiş və əsaslı şübhələrdən kənar təkzibedilməz sübutlar təqdim edilməmişdir. Burada “aralıq sayğac”ın texniki-balansda mövcudluğu, “işləməsində olan qüsura görə, habelə Cəmiyyətin Hacıqabul Telekommunikasiya Qovşağının inzibati binasında isə kabel xəttində baş vermiş qısa qapanmaya görə iddiaçının vəzifələrinin kobud pozuntusu və maddi məsuliyyəti müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azə rbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 19, 20, 24, 25, 31, 46 - 50, 143, 146, 147, 151-ci maddələrinə görə: Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, ilkin olaraq müəyyən edilən mövcud olan maddi zərər olmalı və onun üçün maddi məsuliyyət müəyyən edilməlidir. Qanunvericiliyə əsasən isə maddi məsuliyyətin əsaslarını -ziyanın həqiqətən vurulduğu, təqsirkarın əməlinin (hərəkət və ya hərəkətsizliyinin) qanuna zidd olması, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması təşkil edir ki, ilkin olaraq bunlar sübuta yetirilməli idi. İş materiallarında olan aktlar və digər sənədlərdən mövcud əmək münasibətləri zəminində işçi tərəfindən işəgötürənə maddi zərərin dəyməsi müəyyən edilməmişdir. Məcəllənin 202-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Əmək Məcəlləsinin 203-cü maddəsinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatı nı alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı iddianın əsasını təşkil edən sübutları təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlinmişdir ki, Cavabdehxxxx tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci cavabdehə aid edilməli, aparılan ekspertiza üzrə xərc Cavabdehxxxx-dən tutulmalıdır. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası ƏM-in 2, 7, 9, 70, 72, 75, 8385, 186-192, 202-203, 300;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 115-119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandır mışdır. Cavabdehxxxx kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(103)-2433/2020 saylı Qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericilik ekspertizanın təyin edilməsi, ekspertiza tədqiqatının aparılması, ekspert rəyinin tədqiqi və qiymətləndirilməsi, hansı hallarda əlavə və ya təkrar ekspertizasının keçirilməsi və digər əlaqəli məsələlər üzə prosessual qayda və normalar müəyyən etmişdir. Məhkəmə tərəfindən belə prosessual normaların kobud şəkildə pozulması düzgün olmayan qət namənin qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, məhkəmə ekspertin qarşısına ekspertizanın predmetini təşkil edə bilməyən hüquqi xarakterli və iş üçün əhəmiyyəti olmayan suallar qoymuş; (2) Ekspert rəyinin tamamilə əsassız və qanunsuz olmasına baxmayaraq təkrar ekspertizanın təyin edilməsi barədə vəsatəti təmin etməmiş; (3) Ekspertin məhkəmə iclasında iştirakını təmin etməmiş və cavabdehə ekspert rəyini tədqiq etməyə imkan yaratmamış; (4) Təkrar ekspertiza vəsatətinin təmin edilməməsi barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Ekspertizanın təyin edilməsi barədə 25 fevral 2020-ci il tarixli qərardadında (“Qərardad”) məhkəmə ekspert qarşısında nəinki mühəndis-tikinti ekspertizasının, ümumiyyətlə ekspertiza tədqiqatının predmeti olması qanunla qadağan edilmiş suallar qoymuş və b eləliklə MPM-in 63.1 və 97.1 -ci maddələrinin kobud pozuntusuna yol vermişdir. Belə ki, MPM-nin 63.1 və 97.1-ci maddələrinin təhlilindən belə aydın olur ki, ekspertiza yalnız işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Əlavə olaraq, ekspert qarşısına xüsusi texniki bilik tələb etməyən hüquqi suallar qoyulmasının yolverilməzliyi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsindən də aydın olur. Belə ki, həmin maddəyə əsasən, verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda, ekspert ekspertizanın aparılmasından imtina etməlidir. Lakin Qərardadda Məhkəmə ekspert qarşısına İddiaçının əmək müqaviləsinə xitam verilmiş halların araşdırılması, onun vəzifələrinin icrası baxımından yol verdiyi qüsurların (hərəkət və ya hərəkətsizliyin), habelə onun məsuliyyət və təqsirinin hədlərinin müəyyən edilməsi kimi sırf hüquqi mahiyyətdə olan suallar qoymuşdur. Əlavə olaraq, məhkəmənin ekspertin qarşısına qoyduğu bir sıra sualların iddia tələblərinə, mövcud mübahisəyə və işin həllinə heç bir aidiyyəti yoxdur. Məsələn, Məhkəmə Ekspertə elektrik sayğacı ilə bağlı yaranmış borcun yaranma səbəbinin aydınlaşdırılmasını tapşırmışdır. Halbuki elektrik sayğacının geriyə işləməsi və qüsurlu olması faktını tərəflər heç vaxt mübahisələndirməmiş və imzaladıqları aktla təsdiq etmişlər. Bundan əlavə, mübahisənin predmeti borcun hansı səbəbdən yaranması deyil, İddiaçının məhz vəzifə təlimatlarını yerinə yetirməyərək sayğaca nəzarət etməməsi və sayğac göstəricilərini aktlaşdırmaması olmuşdur. Təkrar ekspertizanın keçirilməsi üçün mülki prosessual qanunvericilikdə təsbit edilən əsaslar mövcud olsa da və ekspertiza tədqiqatı aşağıda göstərildiyi kimi maddi və prosessual normalar pozulmaqla keçirilsə də, məhkəmə cavabdehin təkrar ekspertiza vəsatətini təmin etməmiş və bununla da, MPM-in 102.2-ci maddəsinin tələblərini pozmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Bu baxımdan, hansı işlərin İddiaçının vəzifələrinə aid edilib-edilməməsi və bunun vəzifə təlimatlarında əks edilib-edilməməsi xüsusi bilik tələb etmir və nəinki tikinti-texniki ekspertizasının, ümumiyyətlə ekspertiza tədqiqatını n predmeti ola bilməzdi. Ekspert rəyinə əsasən, “sayğac göstəricilərinə nəzarətin və uçotun aparılması həmin vəzifələrə aid olan vəzifə təlimatlarında nəzərdə tutulmamışdır”. Hesab edirlər ki, bu məsələnin araşdınlması xüsusi biliklərdən istifadə və ya xüsusi tədqiqat metodunun tətbiqini şərtləndirmirdi və buna görə də ekspertiza tədqiqatının predmeti hesab edilə bilməzdi. Cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Məcəllənin 70 (ç) bəndi ilə xitam vermək üçün iki müxtəlif əsası olmuşdur: (1) İddiaçının əmək funksiyalarını və vəzifə təlimatlarını icra etməməsi, yəni sayğacın göstəricilərinin vaxtlı-vaxtında aktlaşdınlmaması və bunun nəticəsində cavabdehin mənafeyinə ciddi ziyan, o cümlədən maddi zərər dəyməsi; və (2) İddiaçının Hacıqabul TKQ-də 1820 sentyabr 2019-cu il tarixlərinə apardığı təmir işlərindən dərhal sonra qəzanın baş verməsi və cavabdehə maddi ziyanın dəyməsi. Cavabdehin əmək müqaviləsinə Məcəllənin 70 (ç) bəndi ilə xitam verməsi üçün (ı) iddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və (ıı) iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və (ııı) Məcəllənin 72 (c) bəndində müvafiq olaraq İddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Məcəllənin 70 (ç) bəndi ilə xitam verilməsi üçün hər üç şərt təmin edilsə də, məhkəmə işin mahiyyəti il ə əlaqədar əhəmiyyətli halları nəzərə almamış və bununla da Məcəllənin 70 (ç) bəndini düzgün tətbiq etməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün birinci əsas iddiaçının öz vəzifə təlimatlarına və əmək funksiyasına zidd olaraq cavabdehə məxsus olan və cavabdehin inzibati binasının 7-ci mərtəbəsində, xxxx-ə icarəyə verilmiş otağında yerləşən avadanlıqların istifadə etdiyi elektrik enerjisi sərfiyyatının ölçülməsi üçün quraşdırılmış sayğaca nəzarət etməməsi və bunun nəticəsində cavabdehin mənafeyinə dəymiş ziyan və maddi zərər olmuşdur. Həm baş energetikin, həm də enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinin vəzifə təlimatları birmənalı olaraq “elektrik qurğularının texniki saz vəziyyətdə saxlanmasının” və “istismarda olan avadanlıqların dayanılıqlı və k eyfiyyətli işinin təmin edilməsinin” İddiaçının vəzifə təlimatlarına aid olduğunu təsbit edir. Məhkəmə təlimatın 3.1-ci bəndində qeyd edilən “tabeçilikdəkisözünü düzgün təfsir etməmiş və hesab etmişdir ki, icarəyə verilmiş sahə cavabdehin tabeçiliyində deyil və cavabdehə məxsus hər hansı bir avadanlıq (elektrik sayğacı) cavabdehin icarəyə verdiyi sahədə yerləşərsə, iddiaçı həmin avadanlığa - sayğaca nəzarət etməyə borclu deyil və bu cür müddəanın vəzifə təlimatında əks etdirilməsi qanunsuzdur. Bu mövqe ilə razı deyillər. Həmin bənddəki “tabeçilikdəkisözünün məqsədi baş energetikin qeyd edilən vəzifələri yalnız Cavabdeh-un inzibati binasında deyil, həmçinin cavabdehin tabeçiliyində olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməli olmasını diqqətə çatdırmaqdı r. İddiaçı həm baş energetik, həm də Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışarkən cavabdehə məxsus müxtəlif provayderlərə icarəyə verilmiş sahələrdə elektrik avadanlıqlarının enerji səıfıyyatını ölçən elektrik sayğaclarına nəzarət etmiş, həmin sayğacların göstəricilərini aktlaşdırmış və aktları öz imzası ilə təsdiq etmiş, cavabdehin maliyyə şöbəsinə təhvil vermişdir. Bir neçə akt, o cümlədən xxxx ilə cavabdeh arasında quraşdırılmış sayğac göstəricilərini müəyyən edən aktlar məhz iddiaçı tərəfindən tərtib edilmiş və iddiaçının imzası ilə təsdiq edilmişdir. Həmin aktlardan bir neçəsi nümunə kimi məhkəməyə təqdim edilmişdir. İddiaçının öz vəzifə təlimatlarına daxil olmadığını iddia etdiyi vəzifə öhdəliyini - sayğacın aktlaşdırılmasını həyata keçirməsi yalnız bir daha sübut edir ki, bu tapşırıq iddiaçının vəzifə təlimatlarına doğrudan da aid olmuşdur. Cavabdehin İddiaçı ilə olan əmək müqaviləsinə xitam verməsi üçün ikinci əsas İddiaçının 1820 sentyabr 2019-cu il tarixlərində Hacıqabul TKQ-də apardığı təmir işləri, həmin təmir işlərindən dərhal sonra (i) İddiaçının təqsirli hərəkətləri nəticəsində qəzanın baş verməsi və (ii) Cavabdehə maddi ziyanın dəyməsi olmuşdur. Qəzanın baş verməsindən sonra Hacıqabul TKQ- nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, qəzanın səbəbinin aparılmış təmir işləri zamanı kabellərin düzgün quraşdırılmaması olduğu müəyyən edilmiş, həmçinin Cavabdehə məxsus olan və qəza nəticəsində yanan və sıradan çıxan avadanlıqların inventarizasiyası aparılmışdır. Məhkəmə Hacıqabul TKQ-da baş verənlərlə bağlı iş üzrə təqd im edilən aktların ziddiyyətli olması və buna görə də İddiaçının baş verən qəzada heç bir təqsirinin olmamasına dair yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmənin qəzada İddiaçının heç bir təqsirinin olmadığına, İddiaçının təqsirinin və yol verdiyi pozuntuların Cavabdeh tərəfindən sübut edilmədiyinə dair gəldiyi qənaət yanlışdır İddiaçının iştirakı ilə Hacıqabul TKQ-də apardığı təmir işlərinin yekununda 20 sentyabr 2019-cu il tarixdə akt tərtib edilmiş və həmin aktda İddiaçı tərəfindən qovşaqda aparılmış işləri təsvir edilmişdir. İddiaçının tərtib etdiyi aktda işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə heç bir qeyd əks etdirilməmişdir. Qeyd edilməlidir ki, birinci akt tərtib edilərkən qəza ümumiyyətlə baş verməmişdir. Qəza baş verdikdən sonra 20 sentyabr 2019- cu il tarixdə daha bir akt tərtib edilmişdir. Həmin aktda müəyyən etmişdir ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulmanın düzgün edilməməsi nəticəsində yaranan yüksək gərginlik qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxmasına səbəb olub. Məhkəmə və ekspert o qənaətə gəlmişlər ki, eyni tarixdə qəbul edilmiş iki akt arasında ziddiyyət var, çünki birinci aktda qəzanın baş verməsi səbəbi bir cür, digər aktda isə başqa cür göstərilmişdir. Hesab edirlər ki, bu qənaət tamamilə yanlışdır və aktlar arasında hər hansı bir ziddiyyət olmamışdır. Belə ki, bir akt quraşdırılma mərhələsini əhatə edir, digəri isə qəzanın baş verməsi nəticəsində dəymiş zərəri müəyyən edir. Birinci akt tərtib edilən vaxt qəza heç baş verməmişdir və buna görə də, qəzanın ba ş vermə səbəbi ilə bağlı aktda hər hansı bir qeydin olması mümkün deyildi. Digər sözlə, birinci aktda qəzanın baş vermə səbəbi ilə hər hansı bir qeyd mövcud deyilsə və birinci akt tərtib edilən vaxt qəza baş verməmişdirsə, birinci aktla ikinci akt arasında hər hansı bir ziddiyyətin olmasından söz gedə bilməz. Aparılmış xidməti araşdırma zamanı da qəzanın səbəbinin fazalararası birləşmələrin düzgün təyin edilməməsi olduğu müəyyən edilmiş və sıradan çıxmış avadanlıqların inventarizasiyası aparılmışdır. Göründüyü kimi, İddiaçının apardığı təmir İşlərindən dərhal sonra qəzanın baş verməsi özü-özlüyündə İddiaçının apardığı təmir işləri zamanı müəyyən səhvlərə yol verdiyini göstərir. Qəza və onun səbəbləri, habelə dəymiş ziyan müvafiq qaydada həm həmin gün tərtib edilmiş aktda, həm də cavabdehin daxili auditinin apardığı xidməti yoxlama və bu cür yoxlamanın nəticələrini rəsmiləşdirən aktda öz əksini tapmışdır. Hesab edirlər ki, cavabdeh iddiaçının yol verdiyi pozuntuları və belə pozuntularda İddiaçının təqsirini kifayət qədər əsaslı dəlillərlə sübut edə bilmişdir. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdehxxxx-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddənin “ç” bəndi. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 2-ci hissəsi. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddənin 1-ci hissəsi. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddənin 1-ci hissəsi. işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddənin 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müə yyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilə r. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma tam aparılmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmrin qanunsuz olmasının əsası kimi Cavabdehxxxx-nin baş energetikinin vəzifə təlimatının 1.1-ci bəndində Cavabdehxxxx-də baş energetik energetika xidmətinin işini aparan şəxsin olmasının qeyd edilməsini, Energetikin vəzifə təlimatında “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bir bənd olmamasına, İddiaçı həmin sahəyə nəzarət və müdaxilə etməsi qeyd edilən vəzifə təlimatı nın tələblərinə zidd olmasına istinad etmişdir. 25.01.2016-cı il tarixli Cavabdehxxxx-nin baş energetikinin vəzifə təlimatının 2.2-ci bəndində göstərilmişdir ki, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanmasına, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərinə əməl edilməsinə, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlıvaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir. Həmin təlimatın 3.1-ci bəndində isə tabeçilikdəki bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etməməyə, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş verməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Ene rji sistemlərinin planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, sektor müdiri enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. Təlimatın 4.8-ci bəndinə əsasən istismar sahələrinin ehtiyat hissələri və alətlərlə təmin olunmasına, həmçinin ölçü cihazları ilə təmin olunmasına nəzarət edir və lazım gəldikdə bu haqda rəhbərlik qarşısında məsələ qaldırır. Göründüyü kimi, əmrdə göstərilənlərin birbaşa iddiaçının vəzifə təlimatında əks olunan öhdəliklərinə zidd olması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndini və 72-ci maddəsini düzgün təfsir etməmişdir. Mübahisələndirilən əmrdən görünür ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam vermək üçün iki əsası olmuşdur: - iddiaçının əmək funksiyalarını və vəzifə təlimatlarını icra etməməsi, yəni sayğacın göstəricilərinin vaxtlı-vaxtında aktlaşdırılmaması və bunun nəticəsində Cavabdehin mənafeyinə ciddi ziyan, o cümlədən maddi zərər dəyməsi; - iddiaçının Hacıqabul TKQ-də 18-20 sentyabr 2019-cu il tarixlərinə apardığı təmir işlərindən dərhal sonra qəzanın baş verməsi və cavabdehə maddi ziyanın dəyməsi. Qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarl ıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizam ının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrin in kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin dispozitiv şərtində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər dedikdə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanları da özündə ehtiva etməsinə apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən əmrdə qeyd edilən əsaslandırma üzrə həmkarlar ittifaqından məktub göndərilsə də qərarlarının təqdim edilməməsi qənaəti ilə bağlı hesab edir ki, bu halda hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən ə saslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən əmrdə qeyd edilən əsaslandırma üzrə həmkarlar ittif aqının qərarının işə baxan məhkəməyə təqdim edilməməsi əmrin qanunsuz olmasını təsdiq etmir. İşin materiallarından görünür ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsinin iddiaçının vəzifə təlimatına daxil olmaması və mübahisələndirilən əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan bir (neçə) vəzifəli şəxsin subyektiv mövqeyi əsasında qərar qəbul edilməsinə və dair nəticəsinə qiymət verərək hesab edir ki, məhkəmə işin bu halına d iqqət yetirməmişdir ki, iş materiallarında olan iddiaçının vəzifə öhdəlikləri 23 fevral 2018-ci il tarixə qədər 25 yanvar 2016-cı il tarixli, Cavabdehxxxx-nin baş energetikinin vəzifə təlimatlarında, 23 fevral 2018-ci il tarixdən sonra isə Enerji planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında aydın şəkildə öz əksini tapmışdır. İddiaçının əmək funksiyası və vəzifə təlimatlarına daxil olan öhdəliklərdən biri cavabdehin inzibati binasında yerləşən və müxtəlif telekommunikasiya provayderlərinə icarəyə verilmiş ərazilərdə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi enerji sərfiyyatının hesablanmasını həyata keçirən sayğacların işləməsinə nəzarət və sayğac göstəricilərinin aktlaşdırılması olmuşdur. Bu cür aktlar cavabdehin maliyyə şöbəsinə təqdim olunmuş və maliyyə şöbəsi də öz növbəsində, bu cür aktlar əsasında müəyyən edilmiş enerji sərfiyyatına görə ödənişlərin ödənilməsi üçün fakturaları müvafiq icarəçi-provayderlərə təqdim etmişdir. İddiaçı cavabdeh ilə əmək münasibətlərində olduğu bütün müddət ərzində icarəçilərlə olan sayğac göstəricilərini bu formada aktlaşdırmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi elektrik sayğacının icarəyə verilmiş sahədə yerləşməsi və ona nəzarət etmək öhdəliyinin iddiaçının əmək funksiyalarına daxil edilmədiyi üçün elektrik sayğacına nəzarət etməyin iddiaçının vəzifə təlimatlarına daxil olmaması, eləcə də sayğacın müvafiq qaydada qeydiyyata alınmadığı üçün qanunsuz olduğu və buna görə də, sayğaca nəzarətin iddiaçının vəzifə təlimatlarına daxil olmadığ ı qənaətinə gəlsə də, işin bu halına diqqət yetirməmişdir ki, sayğac cavabdehə məxsus olsa da, xxxx-ə icarəyə verilmiş otaqda yerləşdirilmiş, iddiaçının həmin otağa giriş imkanı olmuş və vəzifə təlimatlarında həmin otaqda yerləşən elektrik sayğacına nəzarət etmək vəzifəsi də nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçı sahənin özünə deyil, cavabdehin inzibati binasında yerləşən və icarəyə verilmiş otaqda olan elektrik sayğacına nəzarət etmək öhdəliyi daşımışdır. Belə ki, Cavabdehxxxx-nin baş energetikinin 25 yanvar 2016-cı il tarixli vəzifə təlimatında, həm də Enerji sistemlərinin planlaması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında iddiaçının vəzifə öhdəliklərinin nədən ibarət olması göstərilmişdir (Təlimatın 2.2, 2.3, 3.1, 4.6, 4.8, 4.23-cü bəndləri ) Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi icarəyə verilmiş sahənin cavabdehin tabeçiliyində olmamaqla ona məxsus hər hansı bir avadanlığın (elektrik sayğacı) cavabdehin icarəyə verdiyi sahədə yerləşərsə, iddiaçının həmin avadanlığa sayğaca nəzarət etməyə borclu olmamaqla bu cür müddəanın vəzifə təlimatında əks etdirilməsinin qanunsuz olmasına dair qənaəti ilə razılaşmır və hesab edir ki, məhkəmə təlimatın 3.1-ci bəndində qeyd edilən “tabeçilikdəkisözünü düzgün təfsir etməmişdir. Belə ki, həmin bənddəki “tabeçilikdəki sözünün məqsədi baş energetikin qeyd edilən vəzifələri yalnız Cavabdeh-un inzibati binasında deyil, həmçinin Cavabdehin tabeçiliyində olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməli olmasını diqqətə çatdırmaqdır. İddiaçının isə vəzifə öhdəliyi icarəyə verilmiş sahəyə və ya icarəyə verilmiş sahədə yerləşdirilmiş və icarəçi xxxx-ə məxsus olan avadanlıqlara nəzarət etmək deyil, Cavabdehə məxsus olan və Cavabdehlə xxxx arasında olan münasibətləri tənzimləmək üçün quraşdırılmış sayğaca nəzarət etmək və sayğac göstəricilərini aktlaşdırmaq olmuşdur. Sayğacın fiziki olaraq telekommunikasiya provayderlərinə icarəyə verilmiş otaqda yerləşməsi sayğaca nəzarət etməyin İddiaçının vəzifə təlimatlarına aid olmadığı anlamına gəlmir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin xxxx-in istifadə etdiyi enerji sərfiyyatını hesablayan sayğacın istismar müqaviləsinin olmamasına, sayğacın xxxx-ın balansında mövcud olmamasına və sayğacın qeydiyyata alınmamasına istinad etməklə belə sayğacın qanunsuz olmaqla bu c ür sayğaca texniki baxış keçirilməsi ilə bağlı gəldiyi qənaətlə də razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəsini əsaslandırmamışdır. Belə ki, qeydiyyata dair tələb heç bir qanunvericilik aktında, o cümlədən “Elektrik enerjisindən istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 saylı qərarında da öz əksini tapmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi bununla bağlı Nazirliyin 23 iyun 2020-ci il tarixli məktubunda və Nazirliyin nümayəndəsi, mütəxəssis X2 izahatında göstərilənlərə düzgün hüquqi qiymət verməyərək işin bu halına diqqət yetirməmişdir ki, sayğacın quraşdırılması hər hansı qanun pozuntusu ilə müşayiət olunduğu halda belə, bu, yalnız həmin qanunvericiliyin pozuntusu hesab edilə bilər və say ğacın qeydiyyata alınıb-alınmamasının iddiaçının vəzifə təlimatlarına və öhdəliklərinə heç bir aidiyyəti yoxdur. Cavabdehin dəlillərinə əsasən sayğaca nəzarətin aparılmaması ilə iddiaçının öz vəzifə təlimatlarında nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməməsi nəticəsində cavabdehə 15.548 (on beş min beş yüz qırx səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Bu məbləğ xxxx tərəfindən ödənilmiş olsa belə, ödənilmiş məbləğ cavabdehə dəymiş maddi ziyanı və ödənilməli olan məbləği tam şəkildə əks etdirmir. Cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməsi üçün iddiaçının Sayğacın göstəricilərinin aktlaşdırılmamasından əlavə digər əsas onun 18-20 sentyabr 2019-cu il tarixlərində Hacıqabul TKQ-də apardığı təmir işləri, həmin təmir işlərindən dərhal sonra iddiaçının təqsirli hərəkətl əri nəticəsində qəzanın baş verməsi və cavabdehə maddi ziyanın dəyməsi olmuşdur. Qəzanın baş verməsindən sonra Hacıqabul TKQ-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, qəzanın səbəbinin aparılmış təmir işləri zamanı kabellərin düzgün quraşdırılmaması olduğu müəyyən edilmiş, həmçinin cavabdehə məxsus olan və qəza nəticəsində yanan və sıradan çıxan avadanlıqların inventarizasiyası aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Hacıqabul TKQ-da baş verənlərlə bağlı iş üzrə təqdim edilən aktların ziddiyyətli olması və buna görə də iddiaçının baş verən qəzada heç bir təqsirinin olmamasına dair qənaəti işin araşdırılmış hallarına əsasən düzgün əsaslandırılmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının iştirakı ilə Hacıqabul TKQ-də apardığ ı təmir işlərinin yekununda 20 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş aktda iddiaçı tərəfindən qovşaqda aparılmış işləri təsvir edilmişdir. Lakin iddiaçının tərtib etdiyi aktda işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə heç bir qeyd əks etdirilməmişdir. İşin materiallarına əsasən birinci akt tərtib edilərkən qəza baş verməmiş, qəza baş verdikdən sonra 20 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş digər aktda isə müəyyən etmişdir ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulmanın düzgün edilməməsi nəticəsində yaranan yüksək gərginlik qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi eyni tarixli aktların ziddiyyətli olması qənaətinə g əlsə də, nəzərə almamışdır ki, bir akt quraşdırılma mərhələsini əhatə edir, digəri isə qəzanın baş verməsi nəticəsində dəymiş zərəri müəyyən edir. yəni, birinci akt tərtib edilən vaxt qəza heç baş verməmişdir və buna görə də, qəzanın baş vermə səbəbi ilə bağlı aktda hər hansı bir qeydin olması mümkün deyildi. Başqa sözlə, birinci aktda qəzanın baş vermə səbəbi ilə hər hansı bir qeyd mövcud deyilsə və birinci akt tərtib edilən vaxt qəza baş verməmişdirsə, birinci aktla ikinci akt arasında hər hansı bir ziddiyyətin olmasından söz gedə bilməz. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apardığı təmir işlərindən dərhal sonra qəzanın baş verməsinin özü-özlüyündə iddiaçının apardığı təmir işləri zamanı müəyyən səhvlərə yol verməsinin qəza və onun səbəbləri, habelə dəymiş ziyan müvafiq qaydada həm həmin gün tərtib edilmiş aktla, həm də cavabdehin daxili auditinin apardığı xidməti yoxlama və bu cür yoxlamanın nəticələri ilə bağlı aktla rəsmiləşdirilməsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iddiaçının əmək müqaviləsi və hər iki vəzifə təlimatı üzrə harada yerləşməsindən asılı olmayaraq, cavabdehə məxsus elektrik qurğularının texniki saz vəziyyətdə saxlanması, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərə əməl edilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı- vaxtında yerinə yetiri lməsi işinin təşkili üzrə öhdəliklər daşımasına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəyinə işin digər sübutları ilə birlikdə düzgün hüquqi qiymət verməmiş, təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətin təmin edilməməsinin səbəblərini əsaslandırmamış, ekspertin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətlə ndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Həmçinin, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmi n rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertizanın təyin edilməsi barədə 25 fevral 2020-ci il tarixli qərardadı mühəndis-tikinti ekspertizası ilə əlaqədar olsa da, ekspert qarşısına iddiaçının əmək müqaviləsinə xitam verilmiş halların araşdırılması, onun vəzifələrinin icrası baxımından yol verdiyi qüsurların (hərəkət və ya hərəkətsizliyin), habelə onun məsuliyyət və təqsirinin hədlərinin müəyyən edilməsi kimi hüquqi mahiyyətdə olan suallar qoymuşdur. MPM-nin 63.1 və 97.1-ci maddələrinə əsasən isə ekspertiza yalnız işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Əlavə olaraq, ekspert qarşısına xüsusi texniki bilik tələb etməyən hüquqi suallar qoyulmasının yolverilməzliyi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsində də təsbit edilmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşin yeni apellyasiya b axışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etm əklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2433/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.