Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2004/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X7, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X13 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar X7, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-321/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi ndən Cavabdeh1 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Balakən şəhəri Babək küçəsində yerləşən 0,0813 ha yaşayış məntəqələrinin torpaqları 21/192 hissəsi X4, 12/192 hissəsi X5, 29/192 hissəsi X7, 29/192 hissəsi İddiaçı1, 24/192 hissəsi X1, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi X2 və 29/192 hissəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. X8 xx.xx.2020-ci ildə ölmüşdür.
3. X9 xx.xx.2021-ci ildə ölmüşdür.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, 726408 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən şəhəri Babək küçəsində yerləşən 0,0813 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçılar X7, İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Nü mayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, Balakən şəhəri, Babək küçəsində yerləşən 0,0813 ha torpaq sahəsindən İddiaçı2 29/192, Ayşə Əliyevanın 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
6. İddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Balakən şəhəri, Babək küçəsində yerləşən 0,0813 ha torpaq sahəsinə dair hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsində mülkiyyətçilərdən İddiaçı3 21/192, İlyas Hüseynovun 12/192, Sədaqət Hüseynovanın 24/192, Cavabdeh2 24/192, Ülviyyə Hüseynovanın 24/192, İddiaçı2 29/192, İddiaçı1 29/192 və Ayşə Əliyevanın 29/192 hissədə payları vardır. Torpaq mülkiyyətçilərindən Aişə Hüseynova və İlyas Hüseynov vəfat etmiş, Cavabdeh2 isə Şəki Penitensiar cəzaçəkmə müəssisəsində cəza çəkir. X10 şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da Rusiya Federasiyasındadır, Ülviyyə Hüseynova isə Balakən rayonu, Hənifə kəndində qeydiyyatdadır. Mülki iş üzrə cavabdehlər torpaq sahəsindən İddiaçı2 29/192 hissə, Ayşə Əliyevanın 29/192 hissə və İddiaçı1 29/192 hissə paylarını n naturada ayrılmasına razı olmadıqları üçün torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur. Cavabdehlərə torpaq sahəsinin paylarına uyğun olaraq naturada ayrılmasına dair müraciət etmələrinə baxmayaraq, nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
7. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş Balakən şəhəri, Babək küçəsində yerləşən 0,0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı2 29/192, Ayşə Əliyevanın 29/192 və İddiaçı1 29/192 hissədə torpaq sahəsindən paylarının birlikdə naturada ayrılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli 0,813 kv.m. torpaq sahəsinin 8 mülkiyyətçi vardır. İddiaçıların torpaq sahəsində pay nisbəti hər biri 122,8 kv.m. olmaqla ümumilikdə 368,4 kv.m.-dən ibarətdir. Cavabdehlərin torpaq sahəsinə pay nisbəti 101,6 kv.m. olmaqla 304,8 kv.m.-dən ibarətdir. Digər mülkiyyətçi olan İddiaçı3 88,9 kv.m., İlyas Hüseynovun isə 50,8 kv.m.-dən ibarət mülkiyyət payları vardır. 813 kv.m. torpaq sahəsindən iddiaçılar üçün 12,3 metr uzunluğunda, 3,5 metr e nində, cəmi 43 kv.m.-dən ibarət yol açıldığı halda digər mülkiyyətçilərin torpaq paylarının azalmasına səbəb olacaqdır və belə olan halda digər mülkiyyətçilər özlərinə məxsus 43 kv.m. torpaq paylarından məhrum olacaqlar. Eyni zamanda mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılara 27,2 m uzunluğunda, 12,3 metr enində cəmi 0.0368 kvm-dən ibarət sahəyə 12,3 metr uzunluğunda, 3,5 metr enində cəmi 43 kv.m.-dən ibarət yol açıldığı halda, digər mülkiyyətçilər İddiaçı3 21/192 hissə, İlyas Hüseynovun 12/192 hissə, Sədaqət Hüseynovanın 24/192 hissə, Cavabdeh2 24/192 hissə və Ülviyyə Hüseynovanın 24/192 hissə paylarının azalmasına səbəb olacaqdır. İddliaçıların iddia tələbi əsassızdır. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək göstərmişdir ki, o, bu məsələ barədə öz fikrini bildirmək istəmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 oktyabr 2022-ci il tarixli 10/4408 nömrəli ekspert rəyinə əsasən, Balakən rayonu Babək küçəsində yerləşən,mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3798/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Balakən şəhəri, Babək küçəsində yerləşən 0,0813 ha torpaq sahəsindən iddiaçılar X3, İddiaçı1 və Ayşə Əliyevanın paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 fevral 2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/7417 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki Ərazi idarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
13. Qərardadın birinci sualı üzrə: Balakən şəhəri, Babək küçəsində yerləşən 0,0813 ha torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və Ayşə Əliyevanın torpaq sahəsində paylarının tərəflər arasında ölçüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
14. Qərardadın ikinci sualı üzrə: Balakən şəhəri, Babək küçəsində yerləşən 0,0813 ha torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikili nəzərə a lınmadan iddaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 iyul 2024-cü il tarixli 3-21-3-47/2-2853/2024 nömrəli mütəxəssis rəyinə əsasən, mübahisələndirilən torpaq sahəsinin üç tərəfi qonşu mülkiyyətçilərlə və bir tərəfi isə Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ərazi ilə əhatə olunmuşdur. Mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsinin birbaşa yol ilə sərhədi mövcud deyildir və həmin torpaq sahəsinə giriş yolu ancaq Balakən bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarının hüdudları daxilindən keçməklə mümkündür. 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının birgə naturada ayrlmasının mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır.
16. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 iyul 2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/3428 nömrəli ekspert rəyinə əsasən, Balakən rayonu ərazisində yerləşən, sahəsi 0,0813 ha torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Təklif olunan bölgü variantı rəyə əlavə edilmişdir.
17. Bala kən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiyası məhkəməsi) 2(019)-20/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı3, İlyas Hüseynovun, Ayşə Əliyevanın, İddiaçı1, Sədaqət Hüseynovanın, Cavabdeh2, Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan, Balakən şəhəri Babək küçəsində yerləşən, 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 29/192 hi ssə, Ayşə Əliyevanın 29/192 hissə və İddiaçı1 29/192 hissə olmaqla birlikdə-87/192 hissə (368 kv.m.) paylarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3428 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılması, ödənilmiş 100 manat dövlət rüsumu xərci cavabdehlərdən tutulub iddiaçılara verilməsi, 200 manat ekspertiza xərcinin cavabdehlərdən tutulub dövlət büdcəsinin hesabına köçürülməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarını müvafiq qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qanuni və əsaslı ol duğuna görə təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı3, İlyas Hüseynovun, Ayşə Əliyevanın, İddiaçı1, Sədaqət Hüseynovanın, Cavabdeh2, Cavabdeh1 ümumi paylı mülkiyyətlərində olan, Balakən şəhəri Babək küçəsində yerləşən, 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 29/192 hissə, Ayşə Əliyevanın 29/192 hissə və İddiaçı1 29/192 hissə olmaqla birlikdə-87/192 hissə (368 kv.m.) paylarının Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3428 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq naturada ayrılmalıdır.
19. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 213.1, 220.1-220.3, 238.1, 238.3, 239.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayət i onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən şəhəri Babək küçəsində yerləşən 0,0813 ha yaşayış məntəqələrinin torpaqlarının 21/192 hissəsi İddiaçı3, 12/192 hissəsi İlyas Hüseynovun, 29/192 hissəsi Ayşə Əliyevanın, 29/192 hissəsi İddiaçı1, 24/192 hissəsi Sədaqət Hüseynovanın, 24/192 hissəsi Cavabdeh2, 24/192 hissəsi Cavabdeh1 və 29/192 hissəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsinə keçid Ülviyyə Hüseynovanın yaşadığı bir mərtəbəli fərdi yaşayış evinin qarşısından keçməklə getmək mümkündür. Mübahisələndirilən torpaq sahəsində fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evi ilə bağlı hüquqların qeydiyyatı məsələsi və fərdi yaşayış evinin bölgüsü aparılmadan orada yerləşən torpaq sahəsinin bölünməsi texniki və hüquqi cəhətdən mümkün deyildir. Belə ki, iddiaçılar əvvəlcə boş torpaq sahəsindən paylarının ayrılmasını tələb edirlər, sonra isə fərdi yaşayış evini qeydiyyata aldırmaqla fərdi yaşayış evindən paylarının ayrılmasını tələb etmək imkanları yaranacaqdır. Onda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçiləri kimlər olacaq. Belə olan halda isə ekspert qarşısında fərdi yaşayış evinin yer ləşdiyi torpaq sahəsinin cavabdehlərin mülkiyyətində saxlanılmaqla torpaq sahəsinin tikililər nəzərə alınmadan bölünməsinin mümkünlüyü barədə sual qoyulmaqla mübahisəyə baxıb qanuni həll etmək mümkün olardı. İşin halları ilə bağlı əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında suallar qoyulmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş x x.xx.2022-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********8 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən şəhəri Babək küçəsində yerləşən İddiaçı3, İlyas Hüseynovun, Ayşə Əliyevanın, İddiaçı1, Sədaqət Hüseynovanın, Cavabdeh2, Ülviyyə Hüseynovanın və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, Ayşə Əliyevanın, İddiaçı2 29/192 hissə payının naturada ayrılması mümkündürmü, ayrıla bilərsə, hansı qaydada ayrıla bilər (məlumatların cizgidə təsvir edilməsi xahiş olunur)?. Məhkəmə mühəndisi-texniki ekspertizasının 6 oktyabr 2022-ci il tarixli, 10/4408 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahə sindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinin peyk görüntüləri rəyə əlavə edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmayaraq məhkəməyə əlavə məhkəmə mühəndis ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, birinci instansiya məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis- texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, ekspertiza rəyində gəlin ən nəticə ekspert tərəfindən əsaslandırılmamışdır. Məhkəmə mühəndisitexniki ekspertizasının 12 fevral 2024-cü il tarixli, 3-16-16/210/7417 saylı rəyində göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Balakən şəhəri Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrıayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda Balakən şəhəri Babək küçəsində yerləşən 0,0813 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkü ndür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi bir iş üzrə iki ayrı ekspert tərəfindən verilmiş ekspert rəyləri arasında kifayət qədər ziddiyyətlər vardır. Belə ki, Məhkəmə mühəndisi-texniki ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 10/4408 saylı rəyində X17 tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə ekspertiza tədqiqatı aparılmışdır. X17 ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan ünvana baxış keçirilən zaman mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin 3 hissədən qonşu sahələr, 1 hissədən isə yol ilə əhatə olunduğu, həmçinin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğu müşahidə olunmuşdur. Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarında gö stərilənlərə görə mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Ona görə də mübahisə predmeti olan torpaq sahəsinin bir hissədə yol (dalan) ilə əhatə olunduğu, həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunu nəzərə alaraq qeyd olunan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Teymur Məmmədov) 12 fevral 2024-cü il tarixli, 3-16-16/210/7417 saylı rəyində göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyy ən olunur: Balakən şəhəri Babək küçəsində yerləşən, mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının tərəflər arasında bölgüsü təcrid sahələr şəklində ayrı-ayrılıqda olmaqla naturada paylarının birgə ayrılması mümkündür və mübahisəli torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda Balakən şəhəri Babək küçəsində yerləşən 0,0813 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan iddiaçıların torpaq sahəsində paylarının naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin paylarının naturada olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi ikinci ekspert rəyində ekspertiza tədqiqatı aparılmamış, hər hansı tədqiqat metodlarına və Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarına istinad etmədən mütəxəssis rəyində yazılanları köçürməklə ekspert rəy hazırlamışdır. Bilindiyi kimi Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bu göstəricilərə cavab verməyən hər hansı mübahisə predmeti olan torpaq sahəsinin ayrılması texniki cəhətdən mümkün deyildir. Lakin ekspert Teymur Məmmədov qanunvericiliyin tələblərini kobud surətdə pozaraq 12 fevral 2024-cü il tarixli, 3-16-16/210/7417 saylı rəyi tərtib edərkən Məhkəmə tikinti texni ki ekspertizasının həlli metodlarına istinad etməmiş, tədqiqat obyektinə baxış keçirilməklə ekspertiza tədqiqatı aparmamış, iş üzrə əvvəlki ekspert rəyində göstərilən dəlilləri təkzib edən hər hansı əsaslandırma aparmamış, bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmadığı halda mütəxəssis rəyinə istinad edərək işin həqiqi hallarına uyğun olmayan, işin obyektiv və tam və hərtərəfli araşdırılmasına maneə törədəcək şəkildə yanlış, əvvəlki rəydə göstərilənləri şübhə altına alan qeyri-peşəkar rəy tərtib etmişdir. Əlavə olaraq iş materiallarına əlavə edilən mütəxəssis rəyindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin bütün tərəfləri qonşu mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin torpaq sahəsinə digər şəxsin həyətindən keçməklə istifadə olunur. Yəni mübahisələndirilən torpaq sahəsinin birbaşa yola çıxışı yoxdur. Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı ayrılıqda giriş-çıxış yolu olmalıdır. Belə olan halda isə qeyd olunan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün deyildir. Hazırkı iş üzrə iki ekspert rəyi vardır və ekspert rəyləri bir-birini təkzib edir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. Mübahisələndirilən torpaq sahəsinin bütün tərəflərinin qonşu mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olunub-olunmaması, mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsinin birbaşa yol ilə sərhədinin olub-olmaması, belə olan vəziyyətdə mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının birgə naturada ayrılmasının məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmaması müəyyənləşdirilsin (məlumatların cizgidə təsvir edilməsi xahiş olunur)? Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Amid Əliyev) 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3428 saylı rəyində göstərilmişdir k i, mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq 12,3 metr uzunluğunda, 3.5 m enində yol saxlanılmaqla tədqiq olunan torpaq sahəsindən iddiaçıların birgə formada paylarının ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin məhkəmə mühəndisi-texniki ekspertizasının (ekspert Amid Əliyev) 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3428 saylı rəyində tədqiq olunan torpaq sahəsindən 12,3 metr uzunluğunda, 3,5 metr enində yol saxlanılmaqla bölgünün aparılmasının mümkünlüyü qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,813 kv.m. torpaq sahəsi və 8 mülkiyyətçi vardır. İddiaçıların torpaq sahəsində pay nisbəti hər biri 122.8 kv.m. olmaqla ümumilikdə 368,4 kv.m.-dən ibarətdir. Cavabdehlərin torpaq sahəsinə pay nisbəti 101,6 kv.m. olmaqla 304,8 kv.m.-dən ibarətdir. Digər mülkiyyətçi olan İddiaçı3 88,9 kv.m., digər mülkiyyətçi olan İlyas Hüseynovun isə 50,8 kv.m.-dən ibarət mülkiyyət payı vardır. 813 kv.m. torpaq sahəsindən iddiaçılar üçün 12,3 metr uzunluğunda, 3,5 metr enində cəmi 43 kv.m.-dən ibarət yol açıldığı halda digər mülkiyyətçilərin torpaq payları azalmasına səbəb olacaqdır və belə olan halda digər mülkiyyətçilər özlərinə məxsus 43 kv.m. torpaq paylarından məhrum olacaqlar. Məhkəmə bu istiqamətdə araşdırma aparmaqla ekspert qarşısında suallar qoymaqla bu ziddiyyətləri aradan qaldırmalı, eyni zamanda mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılara 27,2 metr uzunluğunda, 12,3 metr enində cəmi 0,0368 kv.m.-dən ibarət sahəyə 12,3 metr uzunluğunda, 3,5 metr enində cəmi 43 kv.m.-dən ibarət yol açıldığı halda, digər mülkiyyətçilər İddiaçı3 21/192 hissə, İlyas Hüseynovun 12/192 hissə, Sədaqət Hüseynovanın 24/192 hissə, Cavabdeh2 24/192 hissə, Ülviyyə Hüseynovanın 24/192 hissə paylarının azalmasına səbəb olacaqmı, səbəb olduğu halda, başqa qaydada bölgü variantı mümkün olub-olmaması belə olan vəziyyətdə mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının Məhkəmə tikinti texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında məhkəməyə vəsatət göndərərək mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizasının təyin edi lməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq vəsatəti rədd etməklə yanaşı onu əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, cavabdeh tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı halda, ekspert rəyini MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Belə ki, hazırkı mübahisə torpaq sahəsinin ayrılması ilə bağlıdır. İddiaçılar torpaq sahələrinin naturada ayrılmasını tələb edir, cavabdeh torpaq sahələrinin naturada ayrılmasının mümkünsüzlüyünü bildirir. Sonuncu ekspert rəyində tədqiq olunan torpaq sahəsindən 12,3 metr uzunluğunda, 3,5 metr enində yol saxlanılmaqla bölgünün aparılmasının mümkünlüyü qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,813 kv.m. torpaq sahəsi və 8 mülkiyyətçi vardır. İddiaçıların torpaq sahəsində pay nisbəti hər biri 122,8 kv.m. olmaqla ümumilikdə 368,4 kv.m.-dən ibarətdir. Cavabdehlərin torpaq sahəsinə pay nisbəti 101,6 kv.m. olmaqla 304,8 kv.m-.dən ibarətdir. Digər mülkiyyətçi olan İddiaçı3 88,9 kv.m., digər mülkiyyətçi olan X6 isə 50,8 kv.m.-dən ibarət mülkiyyət payı vardır. 813 kv.m. torpaq sahəsindən iddiaçılar üçün 12,3 metr uzunluğunda, 3,5 metr enində cəmi 43 kv.m.-dən ibarət yol açıldığı halda digər mülkiyyətçilərin torpaq payları azalmasına səbəb olacaqdır və belə olan halda digər mülkiyyətçilər özlərinə məxsus 43 kv.m. torpaq paylarından məhrum olacaqlar. Məhkəmə bu istiqamətdə araşdırma aparmaqla ekspert qarşısında suallar qoymaqla bu ziddiyyətləri aradan qaldırmamış, eyni zamanda mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçılara 27,2 metr uzunluğunda, 12,3 metr enində cəmi 0,036 8 kv.m.-dən ibarət sahəyə 12,3 metr uzunluğunda, 3,5 metr enində cəmi 43 kv.m.-dən ibarət yol açıldığı halda, digər mülkiyyətçilər İddiaçı3 21/192 hissə, İlyas Hüseynovun 12/192 hissə, Sədaqət Hüseynovanın 24/192 hissə, Cavabdeh2 24/192 hissə, Ülviyyə Hüseynovanın 24/192 hissə paylarının azalmasına səbəb olacaqmı, səbəb olduğu halda, başqa qaydada bölgü variantı mümkün olub-olmaması, belə olan vəziyyətdə mübahisə predmeti olan 0,0813 ha həyətyanı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasının məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olub-olmamasını müəyyən edilməmiş, bu barədə ekspertiza keçirməmiş, cavabdehin bu haqda olan vəsatətlərini də əsassız olaraq rədd etmişdir. Beləliklə işin yuxarıda qeyd oluna n hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-321/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmişdur ki, şikayətin dəlili ondan ibarətdir ki, iş üzrə mövcud ekspert rəyləri arasında ziddiyyətlər vardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyləri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün kifayət qədər araşdırma aparmışdır. İş üzrə müxtə lif mütəxəssis və ekspert rəyləri alınmış, nəticə etibarı ilə rəylərdə olan ziddiyyətlər aradan qalxmış, sonda isə düzgün olaraq mübahisəli torpağın ayrılması mümkün olması müəyyən edilmişdir. Bir sözlə şikayətin dəlilləri əsassızıdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 220.1-220.3, 238.1, 238.3, 239.2-ci və Mülki Pro sessual Məcəllənin 14.2, 77.1, 88, 382, 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə mövcud ekspert rəyləri arasında ziddiyətlər vardır. Apellyasiya instansiyası məhkəməsinin iclasında məhkəməyə vəsatət göndərərək mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. L akin işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq vəsatəti rədd etməklə yanaşı onu əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və sübutlara düzgün hüquqi qiymət verməməsi nəticəsində qanunsuz qətnamə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
28. Maddə
13. Hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə et mək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 152.1. Mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və y a üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
35. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
36. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
37. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılı ğa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
38. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
39. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əg ər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
40. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar y azılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırkı qərarın 23-24-cü paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri süb utlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-321/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.