Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2005/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2005/21 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8419/2019 nömrəli, 12 noyabr 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə 19 may 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli 2(010)10171/2017 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, ümumi sahəsi 0,1455 ha olan torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikililərin onların öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya verilməsi, mənəvi zərərin əvəzi kimi 2000 manatın, habelə iddiaçının ödədiyi dövlət rüsumunun 12 manat hissəsinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 60 manatın cavabdehlərdən alınaraq müvafiq hesaba köçürülməsi qət edilmişdir.(hakim Elçin Ağayev).
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 apellyasiya şikayətləri əsasında Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8822/2018 nömrəli, 12.09.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Suraxanı Rayon Мəhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi qismən – mənəvi zərərin əvəzi kimi 2000 manat pulun tutulması hissəsində ləğv edilmiş və həmin tələb rədd edilərək, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmı şdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Vüqar Həsənov) 3.Cavabdeh1 kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1871/2019 nömrəli iş üzrə 03 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8419/2019 nömrəli, 20.06.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Suraxanı Rayon Мəhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi qismən – mənəvi zərərin əvəzi kimi 2.000 manat pulun tutulması hissəsində ləğv edilmiş və hissədə iddia rədd edilərək, qətnamə mübahisəl əndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev)
5. Cavabdehlər qətnamədən 05 may 2020-ci ildə kassasiya şikayəti vermişlər.
6. Kassasiya şikayətində cavabdehlərin imzası olmadığından, Bakı Apellyasiya Məhkəməsinin 09.06.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin 09.06.2020-ci il tarixli qərardadının surəti 03 iyul 2020-ci il tarixdə rəsmi olaraq Cavabdeh1 xəbərnamə ilə təqdim edilmişdir.
8. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişlər. Kasasiya şikayəti və müddətin bərpası barədə ərizə 29 oktyabr 2020-ci ildə apelyasiya məhkəməsinə dax il olmuşdur.
9. Müddətin bərpası barədə ərizə onunla əsаslаndırılıb ki, əvvəl verilən kassasiya şikayətinin geri qaytarılması barədə 09.06.2020-ci il tarixli qərardad Cavabdeh1 24.09.2020-ci il tarixdə verildiyindən, qərardadda göstərilən çatışmazlığı vaxtında aradan qaldıra bilməmişlər.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8419/2019 nömrəli,12 noyabr 2020-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8419/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş cavabdehin verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)
11. Apellyasiya instansiyası müəyyən etmişdir ki, Cavabd eh1 qətnamədən ilk dəfə 27.04.2020-ci il tarixdə kassasiya şikayəti vermiş, bu şikayətin geri qaytarılması barədə qərardad isə, ona 03.07.2020-ci il tarixdə çatdırılmışdır. (i.v.337)
12. Apellyasiya instansiyasının mövqeyinə görə, cavabdehlərin qətnamədən ən azından 27.04.2020-ci il tarixdə xəbərdar olduqları mübahisəsizdir və onlar bu tarixdə verdikləri şikayətin geri qaytarılması barədə qərardadı 24 sentyabr 2020-ci il tarixdə aldıqlarını iddia etməklə müddətin bərpa edilməli olduğunu irəli sürmüşlər. Belə olan halda, iş üzrə sübut olunmalı hal sözügedən qərardadın poçt xəbərnaməsində göstərildiyi kimi 03.07.2020-ci il tarixdə Cavabdeh1 verilib-verilmədiyidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
13. Apellyasiya instansiyası qeyd edilən bu hallara görə hesab etmişdir ki, hazırki halda iş üzrə sübut etmə yükü bu barədə müvafiq sənədi imzalamasına baxmayaraq, qətnamənin ona verilmədiyini iddia edən Cavabdeh1 üzərinə düşür, o isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiyası xüsusi olaraq onu da vurğulayıb ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə aktının qanuni qüvvəyə minm əsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
15. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri: - 09 iyun 2020-ci il tarixli qərardadın Cavabdeh1 tərəfindən 03 iyul 2020-ci il tar ixdə alınması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Həmin qərardadı Cavabdeh1 24 sentyabr 2020-ciidlə alnmışdır. - qərardadın E.Hsüeynova çatdırılması barədə poçt konvertinin kserosurəti təqdim edilsə də, məhkəmə bunu nəzərə almayıb. nın b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Hüsynov Yusif Vaqif oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə i şdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya ins tansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlay a bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
22. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardad ının ləğv olunması üçün əsas yoxdur.
24. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdehlərin qətnamədən ən azından 27.04.2020-ci il tarixdə xəbərdar olduqları mübahisəsizdir və onlar 27.04.2020-ci il tarixdə verdikləri şikayətin geri qaytarılması barədə qərardadı 24 sentyabr 2020-ci il tarixdə aldıqlarını iddia etsələr də, poçt xəbərnaməsinə əsasən qərardad 03.07.2020-ci il tarixdə Cavabdeh1 verilib. Qərardadın 24 sentyabr 2020-ci il tarixdə alındığı barədə dəlillər sübuta yetirilməyib.
25. Bununla da müəyyən edilir ki, cavabdehlərin müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apellyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib. Çünki həqiqətən də şikayətin geri qaytarılması barədə qərardadı 24 sentyabr 2020-ci il tarixdə aldıqlarını idd ia edən cavabdehlər bu barədə sübut təqdim etməmişlər. Amma əksinə, Cavabdeh1 qərardadı 03.07.2020-ci il tarixdə alması barədə qəbz vardır. 26. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. H üquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və y a dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
27. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılmas ı və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8419/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə min