Məhkəmə qərarları › İş №2(102)-2005/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2005/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2005/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi zərərin və hüquqi xidmət xərclərinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müalicə zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)1991/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərba ycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə “Buta” Klinikasına müraciət etmiş və 18 fevral 2021-ci il tarixdə cavabdeh həkim Cavabdeh tərəfindən üzərində ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.

2. Əməliyyatdan sonra İddiaçı yaddaş və nitq pozuntuları, halsızlıq müəyyən edildiyindən KT müayinəsindən keçirilmiş və sol beyin yarımkürəsində sol təpə payının orta beyin arteriyası hövzəsində (MCA) kortikosubkortikal yarımkəskin dövr işemik insult müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həkim olan cavabdehin iddiaçını səhv müalicə etməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ******* manat, məhkəməyə müraciət etmək üçün aldığı hüquqi xidmətə görə çəkdiyi xərclərin əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh uroloq-androloq sahəsi üzrə həkim olaraq “Buta” Klinikasında çalışır. İddiaçı, böyrəyində yaranmış problemlər ilə əlaqədar 2020-ci ilin oktyabr ayında cavabdehə müraciət etmiş, keçirilmiş müayinədən sonra cavabdeh iddiaçıya əvvəlcə kurs müalicə yazmış və bir müddət sonra əməliyyat edilməli olduğunu bildirmişdir. İddiaçı, 31 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 200 manat məbləğində olan müxtəlif müayinələrdən keçmiş və əməliyyat öncəsi “paket” qan analizi vermişdir ki, bu da əlavə olaraq 80 manata başa gəlmişdir. İddiaçı, əməliyyata hazırlaşdığı ərəfədə “C0VİD-19” virusuna yoluxduğu üçün əməliyyatın edilməsi təxirə salınmışdır. 2021-ci ilin fevral ayında yenidən əməliyyatına qərarlaşmış və 06 fevral 2021-ci il tarixdə iddiaçı bir daha 80 manat dəyərindəki əməliyyat öncəsi qan analizi müayinəsindən keçmişdir. 18 fevral 2021-ci il tarixdə iddiaçı əməliyyat olunmuşdur. Əməliyyat müddəti adətən 2 saat çəkməli olduğu halda, əməliyyatı 5 saat 40 dəqiqə davam etmişdir. Əməliyyatdan sonra iddiaçı uzun müddət özünə gələ bilməmiş, yalnız 1,5 saat sonra həkimlər onu ayılda bilmişlər. Əməliyyatdan sonra iddiaçının nitqində və dərk etməsində problemlər yaranmışdı r. İddiaçının arvadı Günel Gözəlova bunu qeyd etdikdə, otaqdan çıxarılmış və bu kimi halların yaranmasının normal olduğu bildirilmişdir. Yalnız 19 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində Günel Gözəlovanın təkidlərindən sonra “Lazur” Klinikasından Sevinc adlı bir nevropatoloq həkimi “Buta” Klinikasına dəvət edilmiş və iddiaçını müayinə etmişdir. Həmin həkim iddiaçıda sensor-motorik afaziya, amneziya prosesinin müşahidə olunduğunu bildirmiş, həkimin təkidi ilə iddiaçı “KT” müayinəsindən keçdikdən sonra məlum olmuşdur ki, onun beyində insult ocaqları var. Cavabdeh, müayinənin nəticəsindən məlumatlı olsa da, iddiaçı ilə maraqlanmamış, iddiaçının bütün müalicəsini iddiaçının arvadı Günel Gözəlova həyata keçirmək məcburiyyətində qalmışdır. Bir neçə gün sonra iddiaçı xəstəxanadan evə bur axılmış və bu zaman Günel Gözəlovaya demişlər ki, iddiaçının vəziyyəti qənaətbəxşdir. İddiaçının və Günel Gözəlovanın vəsaiti hesabına edilmiş “MRT” müayinəsi nəticəsində məlum olmuşdur ki, əməliyyat zamanı iddiaçı işemik, hemorragik insult keçirmişdir. Belə ki, iddiaçının beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol beyin yarımkürəsində nitq və dərk etmə bazası zədələnmişdir. İddiaçını müayinədən keçirən nevropatoloq həkim bildirmişdir ki, iddiaçının vəziyyəti ağırdır və iddiaçı bundan sonra hər an təkrarən və dəfələrlə insult keçirmə riski ilə üz-üzədir. Həkim qeyd etmişdir ki, iddiaçının qanında şəkərin miqdarı iki dəfə yüksək, trombositlərinin sayı həddindən artıq çox, həmçinin xolesterini yüksək olduğundan onun perkutan yolla, planlaşdırılmış əməliyyat edilməsi yanlış, hətta həyati təhlükəli bir qərar olmuşdur. Günel Gözəlova cavabdehə iddiaçının sağlamlıq vəziyyətinin ağır olması, müalicənin hələ də davam etdirilməsi, buna baxmayaraq iddiaçının vəziyyətinin bərpa edilməməsi, bu halın isə cavabdehin səhvi nəticəsində baş verməsini bildirib, cavabdehdən səhvini düzəltməsini tələb etdikdən sonra iddiaçı yenidən 02 mart 2021-ci il tarixdə qeyri-rəsmi şəkildə “Buta” Klinikasına yerləşdirilmişdir. Lakin bundan sonra da, cavabdeh iddiaçının sağalması üçün heç bir addım atmamış, iddiaçının müalicəsi iddiaçının arvadının gətirdiyi həkimlər vasitəsilə həyata keçirilmiş, cavabdeh isə bir neçə dəfə dərman almaqla kifayətlənmişdir. 02 aprel 2021-ci il tarixdə isə, iddiaçı ümumiyyətlə “Buta” Klinikasından çıxarılmışdır. Həmin vaxtdan etibarən cavabdeh iddiaçının sağlaml ığına vurduğu zərərin ödənilməsi mahiyyətində heç bir hərəkət etməmişdir. İddiaçı əqli geriləmə yaşayır, sensor-motor afaziya, amneziya diaqnozu ilə daimi müalicə alır və əmək qabiliyyəti tam itirmişdir. İddiaçının səhhətinin bərpasına demək olar ki, heç bir ümid yoxdur, o, həyatını əlilliyi olan şəxs kimi keçirmək məcburiyyətindədir. Əməliyyatdan öncə iddiaçının hansı xəstəlikdən əziyyət çəkməsini, diaqnozun düzgün qoyulması, müalicənin düzgün aparılması cavabdehin birbaşa peşə vəzifəsi olduğu halda cavabdeh bunu etməmiş və səhlənkarlıq göstərmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının səhhətində ciddi problemlər yaranmış, iddiaçıya maddi və mənəvi zərər dəymişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz ərizəsi verərək qeyd etmişdir ki, cavabdeh tərəfin dən iddiaçı üzərində həyata keçirilmiş cərrahiyə əməliyyatı uğurla aparılmış və fəsadsız yekunlaşmışdır. Əməliyyatdan sonra iddiaçının səhhətində aşkarlanmış problemin və iddiaçıya qoyulmuş “Sağ periventrikulyar nahiyədə sağ putamenə də uzanan 15x9 mm ölçüdə xroniki dövr işemik ocaq və sol temporoparietooksipital nahiyədə kortikosubkortikal sol orta beyin arteriyası (MCA) hövzəsində gec yarımkəskin dövr işemik insultu” diaqnozunun cərrahiyə əməliyyatı ilə heç bir səbəbli əlaqəsi yoxdur. Əməliyyatdan öncə iddiaçı müayinə olunmuş və əməliyyata əks göstəriş müəyyən edilməmişdir. Şəkərin və trombositlərin bu göstəriciləri ilə minlərlə xəstə əməliyyat olunur və bu əməliyyata əks göstəriş sayılmır. Əməliyyat öncəsi tibbi qaydalara uyğun olaraq xəstənin əməliyyata hazırlanması ilə əlaqədar müvafi q analizlər götürülmüş və analizin nəticələrinə görə tibbi qaydalara əsasən böyrək daşı əməliyyatı üçün əks göstəriş müəyyən olunmamışdır. İddiaçı özü və iddiaçının arvadı G.Gözəlovanın əməliyyatın və anesteziyanın riskləri barədə məlumatlandırılmış və bu barədə onlardan “əməliyyata razılıq barədə iltizam” alınmışdır. Əməliyyatın uzun zaman davam etməsi və xəstənin vəziyyətinə mənfi təsir göstərməsi barədə qeyd olunanlar əsassızdır. İddiaçının qeyd etdiyi hallar və məhkəməyə təqdim etdiyi arayışlar ehtimallara söykənir və tibb sahəsində mütəxəssis rəyini əvəz edə bilməz. Müxtəlif “KT” və “MRT” müayinələrində xəstədə xroniki dövr işemik insult ocaqları aşkarlanıb ki, bu da köhnədən gizli prosesin getdiyinin göstəricisidir. İddia ərizəsində göstərilir ki, iddiaçı əməliyyatdan öncə “Covid-19” (koronovirus) xəstəliyi keçirmişdir. Beynəlxalq tibb mütəxəssisləri göstərirlər ki, koronovirus xəstəliyinin əsas yaratdığı fəsadlardan biri də beyində işemik insult ocaqlarının yaranmasıdır. Cavabdeh, iddiaçının səhhətində yaranmış problemləri, iddiaçının arvadı Günel Gözəlovanın atasının xərçəngdən əziyyət çəkməsini, bunlarla bağlı onların maddi durumunun çətin olmasını nəzərə alaraq, iddiaçının Klinikanın “VİP palatasında” həftələrlə təmənnasız qalmasını təmin etmiş, iddiaçının müayinə və müalicəsi ilə bağlı xərcləri qarşılamışdır.

6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə- tibbi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli rəyinə əsasən İddiaçı adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi o, xx.xx.2021-ci il tarixdə “So l böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. İddiaçı üzərində aparılmış “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Əməliyyatdan 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafıya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu” diaqnozu düzgün təyin edilmişdir. İşemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyalan və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. İddiaçı sol beyin yarımkürəsində sol təpə pa yının yarımkəskin dövr işemik insultu ilə əlaqədar aparılmış müayinə və müalicələr onun vəziyyətinə, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması məqsədə müvafiq olardı.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)3675/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia rədd edilmişdir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1115, 1118.1-1118.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi tə crübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən tələb üzrə İddiaçı əsaslandırması həqiqəti əks etdirmir və istinad etdiyi hallar da əsassızdır. İddiaçı şəxs “Buta” klinikası ilə əməliyyat olunması üçün razılaşmışdır. Əməliyyata razılıq kağızının surətindən də görünür ki, İddiaçı özü və X3 iddiaçının üzərində aparılacaq əməliyyat haqqında ətraflı məlumatlandırılmış, xəstənin əməliyyat zamanı və ondan sonra ölə biləcəyi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 732/KEŞ nömrəli rəyə əsasən İddiaçı düzgün əməliyyat olunmuşdur. İddiaçı Cavabdeh tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)-3675/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsində təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Patoloji Anatomiya X6 Şəxsin 20 iyul 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, “Perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatının icra olunma müddəti barədə səhiyyə sistemində hər hansı tibbi protokol, təlimat və qaydalar mövcud deyil. İddiaçı adına “Buta” Klinikası nda tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində aparılmış “Perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatının protokolunda əməliyyat müddətinin 5 saat 10 dəqiqə davam etməsi qeyd edilmişdir. Cərrahi təcrübəyə əsasən, qeyd olunan əməliyyatın müddəti daşın ölçüsündən, sayından və möhkəmliyindən asılı olaraq 5 saat 10 dəqiqə davam etməsi mümkündür və bununla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun üzərində icra edilmiş “Perkutan nefrolitotripsiya” əməliyyatından 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafiya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu” diaqnozu düzgün təyin edilmişdir. İşemik və ya hemorragik insultlar, baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyaları və ya sonradan qazanılmış serebrovaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. İddiaçı üzərində aparılmış “Perkutan nefrolitotripsiya” əməliyyatından öncə xəstədə şəkərli diabet, arterial hipertenziya və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Lakin, qeyd olun an konsultativ baxışların və instrumental müayinələrin keçirilməməsinə baxmayaraq əməliyyatın icrasına əks göstəriş olmamış, əməliyyatla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməmişdir. İddiaçı adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə “Buta” klinikasına müraciəti zamanı müvafiq müayinələrdən keçirilmiş və müayinə göstəricilərinə əsasən, əməliyyatın aparılmasına əks göstəriş olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə aparılmış müvafiq müayinələrdən sonra “Sol böyrəyin daşları. Sol tərəfli İV dərəcə hidronefroz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texnik i cəhətdən düzgün icra edilmişdir. İddiaçı “perkutan nefrolitotripsiya” əməliyyatının icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli anesteziya protokolu səhiyyə sistemində mövcud olan təlimat qaydalarına uyğun olmuşdur.

11. Bundan sonra, apellyasiya məhkəməsi tərəfindən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Patoloji Anatomiya X6 Şəxs tərəfindən eyni məzmunlu 28 sentyabr 2022-ci il tarixli rəy verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)-1991/232 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)-3675/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş və yuxarıda qeyd olunan rəylər alınmışdır. İddiaçı tərəf ekspert rəyi ilə razılaşmasa da, ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab etmişdir ki, rayon məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməklə səhvə yol verməmişdir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

15. Apellyasiya instansiyası məhkəməsi iddianın “maddi və mənəvi z ərərin əvəzinin ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehə qarşı bu tələbi irəli sürmüş iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, cavabdehin onu səhv müalicə etdiyi üçün ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ******* manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (arvadı) G.Gözəlova ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı, cavabdehdən onun xeyrinə tutulmalı olan maddi və mənəvi zərərin əvəzinin məbləğini ******* manatdan 100000 manat kimi azaltmışdır. Buna görə də, bunun nəzərə alınmasını xahiş edir.

16. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı, iddiaçı, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini azalda bilməz, iddianın b ir qismindən imtina edə bilər. Odur ki, məhkəmə iddia tələbinin həcminin azaldılması barədə iddiaçı tərəfin verdiyi ərizəni nəzərə almamışdır.

17. Məhkəmə gəldiyi nəticəni “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24, 25, 26, 27-ci, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 53, 77.1, 191, 261, 384-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyana, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)-1991/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti işin hallarına və iddia ərizəsində göstərilənlərə istinad olunaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1112-ci, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 7-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 101.7, 103-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmələr iddianı rədd edərkən, ekspert rəylərinə və prokurorluq orqanları tərəfindən qəbul edilmiş qərara əs aslanmışdırlar. Halbuki, ekspertiza rəyləri kifayət qədər tam və aydın deyildir. Cavabdeh həkimdir, ekspertlər də cavabdehlə həmkar olduqlarından ikibaşlı rəylər vermiş, suallara tam cavablar verməmiş, izah etməmişlər, bəzi hallarda isə ümumiyyətlə cavabsız qoymuşlar. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. Ekspertiza rəyi həkim olan cavabdehin müdafiəsinə yönəlsə də, rəy özü-özünü inkar edir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı əməliyyata daxil olanda onda hər-hansı işemik insult əlamətləri, amneziya, nitqin pozulması və digər fəsadlar aşkar edilməmiş, onun hazırki vəziyyəti əməliyyat və ondan dərhal sonra, əməliyyatdan ayılanda müşahidə olunmuşdur. Belə olan halda, məhkəmənin ekspertiza rə yinə əsaslanaraq iddiaçının əməliyyatdan dərhal sonra yaranmış vəziyyətlə əməliyyat arasında səbəbli əlaqənin olmaması nəticəsinə gəlməsi açıq-aşkar absurddur. Həmçinin iddiaçının üzərində aparılan əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaqla aparılsaydı, infarktın qarşısını almaq olardı. İddiaçının və iddiaçının yoldaşının 18 fevral 2021-ci il tarixdə imzaladıqları iddiaçının əməliyyata razılıq vərəqəsində qətiyyən insult və digər risklərlə bağlı bir cümlə belə yoxdur. Mövcud sənəddə yalnız böyrəkdə qanaxma riski ilə nəticələnəcək ölüm halı qeyd olunmuşdur. İddiaçı tərəf əməliyyata razılığı verərkən nə şifahi, nə yazılı əməliyyatın 6 saata qədər uzana biləcəyi, bunun səbəbləri, xəstənin beyin insultu keçirə biləcəyini risk olaraq uroloq-cərrah v ə aidiyyəti şəxslər nə xəstəyə, nə yaxınlarına bildirməmişdilər.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirdiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çı xaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisə sində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəm ələr tərəfindən qiymətləndirilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənl ik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin d əlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

28. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, iddiaçı cavabdehin göstərdiyi tibbi xidmət nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Bu zaman iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinə istinad olunmuşdur.

29. Lakin, apellyasiya məhkəməsi ekspert rəyini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qi ymətləndirməmiş, o cümlədən nəzərə almamışdır ki, ekspert rəyində işin həlli üçün zəruri olan bütün suallara cavab verilməmişdir.

30. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq 25 may 2022-ci il tarixli qərardadla təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir

31. Həmin qərardada cavab olaraq hazırki qərarın 10-cu bəndində qeyd olunan məzmunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Patoloji Anatomiya X6 Şəxsin 20 iyul 2022-ci il tarixli rəyi məhkəməyə təqdim olunmuşdur. Lakin həmin rəydən müəyyən olunur ki, məhkəmə tərəfindən ekspertin qarşısında qoyulmuş bir sıra suallar natamam araşdırılmış, sualların bir hissəsinə isə ümumiyyətlə cavab verilməmişdir.

32. O cümlədən, iş üçün əhəmiyyətli olan hal lardan biri ondan ibarət olmuşdur ki, iddiaçının üzərində aparılmış əməliyyatın planlı olması nəzərə alınaraq, əməliyyatönü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərtilə aparılmamışdır. Ekspert rəyində isə qeyd olunan əməliyyatın icrasına əks göstərişin olmaması, əməliyyatla əlaqədar hər hansı fəsad və ya ağırlaşmanın baş verməməsi göstərilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin bu halla bağlı cavabı natamam və ziddiyyətli olmuşdur. Belə ki, ekspert əməliyyatdan əvvəl endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyalarının, böyrək və sidik yollarının KT müayinəsinin aparılmamasına əməliyyatın icrasına əks göstəriş olmaması, əməliyyatla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməməsini göstərdiyi halda, belə konsultasiyalar ın və müayinələrin zərurətinin (məqsədəuyğunluğun) nədən ibarət olmasını əsaslandırmamışdır.

34. Bundan əlavə, ekspertin qarşısında qoyulmuş suallardan “İddiaçı işemik insultun əməliyyatdan dərhal sonra baş verməsi nə ilə izah oluna bilər?” sualına cavab verilməmiş, ümumi olaraq işemik və ya hemorragik insultların nəzəri anlayışı bir cümlə ilə izah olunmuşdur.

35. Daha sonra, iddiaçıda “İşemik insult” xəstəliyinin ilkin kliniki göstəricilərinin aşkar edilməsi anı da mübahisəlidir. Belə ki, iddiaçı tərəf iddiaçıda yaddaş və nitq pozuntularının əməliyyatdan dərhal sonra yarandığını, buna dərhal adekvat müayinə və müalicə tədbirləri aparılmamasını iddia etsə də, ekspert rəyində yalnız tibbi sənədlərə istinad edilməklə xəstədə hissəvi amneziya, baş ağrıları və ümumi halsızlıqdan ibarət əlamə tlərin əməliyyatdan 12 saat sonra müşahidə olunduğunu göstərmişdir.

36. İş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi qeyd olunan nöqsanları, habelə təkrar ekspert rəyi verilərkən iddiaçının müayinə olunmamasını nəzərə alaraq, 02 sentyabr 2022-ci il tarixli qərardadla təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir (məhkəmə əlavə ekspertiza təyin etsə də, Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən bu təkrar ekspertiza mahiyyətində olmuşdur).

37. Lakin, ekspert tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli rəyin tədqiqi hissəsində tibbi sənədlərin və əvvəlki ekspert rəylərinin məzmununun sadalanmaqla kifayətlənmiş, əlavə tədqiqat aparılmamış və 20 iyul 2022-ci il tarixli rəyinin nəticəsi sözbəsöz köçürülmüşdür. Həmçinin məhkəmənin göstərişinə zidd olaraq, e kspert rəyində iddiaçının canlı olaraq müayinə edilməsi qeyd olunmamışdır.

38. İddiaçı tərəf sonuncu məhkəmə iclasında təkrar məhkəmə komisyon tibbi ekspertizanın keçirilməsini xahiş etsə də, apellyasiya məhkəməsi vəsatəti təmin etməmiş və iş üzrə qətnamə qəbul etmişdir.

39. Halbuki, Mülki Prosessual Məcəlləsinin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

40. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımas alar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

43. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. İşə yenidən baxan məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail o lmaq üçün lazım olan bütün tədbirlər görülməli, o cümlədən təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsi tərəflərlə müzakirə edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə, iddiaçının müalicəsi (düzgün müalicə edilməməsi) nəticəsində onun səhhətinə ziyanın vurulub-vurulmaması müəyyən olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(103)-1991/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar