Məhkəmə qərarları › İş №2(102)-2006/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2006/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2006/2021 17.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı “xxxx” MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi əmlakın saxlanılması xərclərinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı ümumi əmlakın saxlanılması xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 x şəhəri, x xxx rayonu, x küçəsi, ev x nömrəli mənzilinin saxlanılmasına görə 2019-cu ilin iyul ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 98 manat pulun (98x12=1176) iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti geri qaytarılır. Göstərilən Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Lakin apelyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar