Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2006/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi” tələblərinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(105)193/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Sumqayıt Regional Vəkil Bürosu arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Sumqayıt Regional Vəkil Bürosunda «referent xəzinədar» vəzifəsinə təyin edilmişdir.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 07 saylı əmrinə əsasən cavabdeh büroda kargüzar-xəzinədar vəzifəsində işləyən iddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Bu Məcə llənin 72-ci maddəsində göstərilən hallarda (“e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdikdə) xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin həmin tarixədək istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələrin hesablanaraq ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandı rılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosuna ərizə ilə müraciət edərək işə qəbul olunmuşdur. Lakin iddiaçıya işə qəbul olunduğu barədə nə əmr, nə də işə qəbul olunmasını təsdiq edən ikitərəfli imzalanmalı olan müqavilə təqdim olunmamışdır. Büroda bütün əmrlər və əmək müqavilələri büronun mühasibi tərəfindən hazırlanırdı. İddiaçı büroda hansı vəzifəyə qəbul olunmasından belə xəbərsiz olmuşdur. İddiaçı büronun mühasibindən dəfələrlə əmək müqaviləsini ona verilməsini və ya göstərilməsini xahiş etsə də, mühasib ona bunu yalnız büronun rəhbəri Nümayəndə göstərişi əsasında verə biləcəyini bildirmişdir. Mühasib iddiaçıya yalnız bunu bildirdi ki, o, büroya referent xəzinədar vəzifəsinə qəbul edilmişdir. İddiaçı sonradan öyrənmişdir ki, emas.sosial.gov.az-a ancaq əmək müqaviləsinin (xxxxxxx000105) nömrəsi daxil edilmişdir. Cari ilin mart ayının əvvəllərindən isə nədənsə büronun müdiri Nümayəndə iddiaçıya onun həyat yoldaşına büroda olanlar barədə guya məlumatlar verdiyini iddia etmişdir. İddiaçı Nümayəndə bütün bu iradların, ona verilən xəbərlərin əsassız olduğunu bildirsə də, büro rəhbəri iddiaçıya artıq bir yerdə işləyə bilməyəcəklərini bildirmişdir. Bütün bu əsassız dedi-qodular, şayiələr axırda iddiaçı ilə büro rəhbəri arasında münaqişəyə səbəb olmuşdur. Bundan sonra, iddiaçı ilə cavabdeh Bürosu arasında olan xx.xx.2023-cü il tarixində xxxxxxx000105 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Çox maraqlıdır ki, büro rəhbəri Nümayəndə xx.xx.2023-cü il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə əs asən iddiaçını işə qəbul etmiş və həmin gün də işdən azad edərək müqaviləyə xitam vermişdir. xx.xx.2023-cü il tarixində yenidən büro rəhbəri Nümayəndə iddiaçını yenidən dörd gün müddətində işə qəbul edir və xx.xx.2023-cü il tarixində xxxxxxx000300 saylı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq xitam verir. Büro rəhbəri heç bir əsas olmadan iddiaçını müvafiq maddə ilə işdən azad etməklə iddiaçını himayəsində azyaşlı övladı olan gənc bir qadının işləməsi üçün ömürlük qarşısına əsassız bir sədd çəkmişdir. Anlaşılmazlıqlardan sonra iddiaçı əmas.sosial.gov.az-a daxil olaraq öyrənmişdir ki, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Nümayəndə Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq İddiaçı xəbəri olmadan işlədiyi dövrdə (xx.xx.2021-xx.xx.2023) dəfələrlə iş dən azad edib və yenidən işə qəbul edib. Bütün bu hallardan yəni verilən bütün bu əmrlərdən və saxta bağlanan və xitam verilən əmək müqavilələri barədə iddiaçının heç bir məlumatı olmamış və onun tərəfindən imzalanmamışdır.
5. Müqavilələr bunlardır: 6. xx.xx.2021-ci il tarixli, xxxxxxx000105; 7. 29.07.2021-ci il tarixli,xxxxxxx000101; 8. 24.06.2021-ci il tarixli,xxxxxxx000100; 9. 22.04.2022-ci il tarixli,xxxxxxx000102; 10. 03.06.2022-ci il tarixli,6BAYVXS000103; 11. 06.01.2023-cü il tarixli,6BAYVXS000104; 12. xx.xx.2023-cü il tarixli, 6BAYVXS000200; 13. xx.xx.2023-cü il tarixli, xxxxxxx000300. 14. “Əmrin ləğv edilməsi haqqında” iddia tələbinin verilməsi müddəti ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 7 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2023-cü il Sumqayıt Şəhər Məh kəməsi aidiyyat məsələsi ilə əlaqədar olaraq iddianı geri qaytarmışdır. (Cavabdeh qismində Nümayəndə qoyulmuşdur) Sonra iddiaçı Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi tərəflərin mediasiya prosesi ilə bağlı iştirakı olmadığında mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya prosessində iştirak etsə də, cavabdeh həmin prosesə gəlməmişdir.
15. Cavabdeh bürosunun rəhbəri Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, büroda müqavilə bağlanan zaman vəkillər üçün ödənilməli olan məbləğlər iddiaçıya ödənilirdi. Büronun saxlanılması üçün hesablanan məbləğlər müəyyən qədər toplanmışdır. Belə ki, bu ilin fevral ayında büronun hesabını yoxlayan zaman hesabda pul olmadığı aşkar edilmişdir. Hesabat verməsi üçün mühasiblə danışmış və mühasib ona bildirmişdir ki, iddiaçı sözügedən pulları şəxsi istifadəsi üçün mənimsəmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı ona zəng edib və mənimsənilən pullardan onun xəbəri olmamasını xahiş etmişdir. Məsələyə aydınlıq gətirmək üçün iddiaçını çağırmış və iddiaçı təhsil haqqı üçün büronun hesabından 1000 manat pul götürdüyünü qəbul etmişdir. Halbuki, iddiaçı 40 müqavilənin pulunu mənimsəmişdir. Bu zaman o, iddiaçıya əksik olan pulları qaytaracağı təqdirdə normal qaydada işdən çıxaracağını bildirmişdir. Bundan sonra iddiaçı pulun bir qismini gətirərək iki nüsxədə akt tərtib olunaraq və imzalanmışdır. Aktın bir nüsxəsi də iddiaçıya verildi. İddiaçının hərəkətlərindən hüquqmühafizə orqanlarına şikayət etdiyi zaman ondan audit yoxlanışı tələb edilmişdir. Bütün sənədlər audit tərəfindən yoxlanılıb, lakin büronun yetəri qədər vəsaiti olmadığından audit rəyini əldə edə bilməmişlər. İddiaçı sadəcə 2023-cü ildə 10.000 manata yaxın pul mənimsəmişdir. Bundan əlavə, iddiaçı qanunvercilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
16. Şahid qismində dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, o, iddiaçını tanıyır və onunla birlikdə işləmişdir. Vəkillərin şəxsi hesab vərəqələri olur və bağlanan bütün müqavilələr, onların tarixləri və digər məlumatlar həmin vərəqədə qeyd olunur. Bu müqavilələrdən əldə olunan pullar daha sonra əmək haqları olaraq hesablanır. O, bir müddət xəstə olduğu üçün evdən işləyirdi. O, məbləğləri əmək haqqı kimi evdə hesablamış və ödəniş edəndə pulun çatmadığını görmüşdür. Həmin a n iddiaçıya zəng etmiş və məsələni bildirmişdir. Əvvəlcə məbləğlərin tam şəkildə sistemə yerləşdirilmədiyini düşünmüş, lakin bir həftə sonra hesaba baxanda hesabda cüzi miqdarda pul olduğunu görmüşdür. İddiaçıya sənədləri yoxlanılmasını bildirsədə ona gah sənədlərin yarısının evdə olduğunu, gah da başqa bəhanələr gətirmişdir. Daha sonra iddiaçı pulları özünün götürdüyünü etiraf etmişdir. İddiaçıya pulları ödəməli olduğunu bildirəndə ona ödəyəcəyini bildirsədə amma ödəmə etməmişdir. Təxminən 12.000 manata yaxın pul mənimsənilmişdir. İddiaçının sözügedən pulları mənimsəməsi 2023-cü ilin mart ayının əvvələri bəlli oldu. Büroda bir ayın əmək haqları ödənildikdən sonra ödənişlər edilir. Büronun vəkilləri tərəfindən verilən pulların hesabatını iddiaçı aparırdı. Bütün bunlar aşkara çıxdıqdan so nra büronun vəsaitində əksiklik olduğu bəlli oldu. 2023-cü ilin yanvar və fevral ayının sənədləri ümumiyyətlə tapılmamışdır. İddiaçı vəkillərin bağladığı müqavilələrin sayını hesabata əksik qeyd etmişdir. Bütün bunlar aşkara çıxdıqdan sonra 2022-ci ilin hesabatlarına da baxış keçirildi və 2022-ci ildə də müəyyən məbləğin mənimsənildiyi bəlli olmuşdur.
17. Sumqayıt Şəhəri Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(060)4705/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia təmin edilməmişdir.
18. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericili yi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
19. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək dayandırılmış hesab edilmişdir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
21. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 35, 71.1, 71.2-ci, Əmək Məcəlləsinin 2, 3, 5, 42, 70.ç, 71.2,71.3,72, -ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti işin ha llarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2023-cü il tarixli əmrə əsasən işdən azad olmasını və bundan sonra xx.xx.2023-cü il tarixdə hazırkı tələblə (cavabdeh Nümayəndə qarşı) Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi (aidiyyətə görə) geri qaytarılmış, sonradan iddiaçının həmin tələblə, həmin cavabdehə qarşı Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış, baxılmamış saxlanılmanın səbəbi isə tərəflərin mediasiyaya müraciət etməməsi olmuşdur. Bundan sonra iddiaçı tərəfindən mülki iş Qubadlı Rayon Məhkəməsinin icraatında olarkən xx.xx.2023-cü il ta rixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olmuş, xx.xx.2022- ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş və iddiaçı iddia ərizəsi ilə cavabdeh Sumqayıt Regional Vəkil Bürosuna qarşı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il i tarixli, 2(105)-193/2024 nömrəli qətnaməsi ilə (hakim Səyyad Qafarinin sədrlik edən və məruzəçi, hakimlər Ayaz Mahmudov və Almaz Süleymanovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini mü ddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
27. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 3, 5, 42, 70.ç, 71.2, 71.3, 72, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia tələbi və apellasiya şikayəti ilə eyni məzmundan əsaslandırılaraq əlavə olaraq onuda qeyd edilmişdir ki, büroda ümumiyyətlə nə qədər məbləğin məhz iddiaçı tərəfindən mənimsənilməsini müəyyən etmək mümkün olmamış, çünki audit yoxlaması aparılmamış,yalnız mühasibin və büro rəhbərliyinin iddiaçının 1000 (min) manat pulun təhsil haqqını ödəmək üçün götürdüyünü etiraf etməsindən sonra şübhələnmələri üçün bir növ əsas yaranmışdır. Bundan başqa Sumqayıt Regional Vəkil Bürosu tərəfindən büronun hər hansı bir vəsaitinin mənimsənilməsi, götürülməsi,oğurlanması barədə hər hansı bir müraciəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
33. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklə rini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
34. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər h ansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
36. Maddə 72 “b” bəndi. Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi nə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
52. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.