Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2007/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Ərizəçinin vəkili Vəkil Əli oğlunun, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili X1 iştirakları ilə, Bakı Apelya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7376/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Zəngilan rayonu Dövlət Arxiv İdarəsinin 03.02.2020-ci il tarixli arayışının məzmunundan aydın olur ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr aynının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində almışdır, qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon X8təchizat birliyinin sənədləri Arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmadığı qeyd olunmuşdur. Azərba ycan Respublikası ƏƏSMN-nin DSMF-nin Zəngilan Rayon Şöbəsinin 18 may 2020-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Sizin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinizə baxılmaq üçün göndərilmişdir, Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq, arxiv sənədlərinin işğal zonasında qaldığı üçün sizin 01.08.197629.10.1993-cü il tarixədək Zəngilan rayonu X7 Təchizat birlioyində olan iş stajı ilə bağlı arayışın verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində ərizəçi ilə birlikdə işlədiyini, həmin idarədə mühasib olduğunu, ərizəçinin həmin idarədə sürcü işlədiyini, 1976-ci ildən 1993-cü ilə kimi həmin idarədə işlədiyini, onun özünün də əmək kitabçasının Zəngilan rayonunda qaldığını, həmin idar ədə işləməsinə dair heç bir sənədinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclaısnda şahid qismində dindirilmiş X6 öz ifadəsində ərizəçi ilə birlikdə işlədiyini, ərizəçinin həmin idarədə sürcü işlədiyini, onun zöünün də əmək kitabçasının olmadığını, Zəngilan rayonu işğal olunarkən orada qaldığını, başqa heç bir sənədinin olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi Zəngilan Rayonu X8Təchizat Birliyini maraqlı şəxs olduğu əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.08.1976ci il tarixdən 29.10.1993-cü il tarixədək Zəngilan rayonu X8Təchizat Birliyində 6-cı dərəcəli sürücü-qaynaqçı vəzifəsində (zərərli iş sahəsində) işləməyi və buna aid ümumi əmək stajının olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə maraqlı şəxsin dəyişdirilməsi barədə yazılı ərziə təqdim edərək, hazırki iş üzrə maraqlı şəxsin Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir və məhkəmə tərəfindən maraqlı şəxsin dəyişdirilməsi qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin 29 oktyabr tarixində Zəngilan rayonu işğal olundu və bütün əhali qaçqın və didərgin düşmüşdür. Həmin vaxtdan o da ailəsi ilə birlikdə çıxıb Bakıya gəlmişdir və Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışdır. Hazırda da qaçqın kimi ailəsi ilə birlikdə S.Orucov küçəsi ev 19, mənzil 16 ünvanında yaşayır. Onun 01 avqust 19 76-cı il tarixdə Zəngilan rayonu X8-Təchizat Birliyində 6-cı dərəcəli qaynaqçısürücü vəfisəniə daxil olduğunu, əmək fəaliyyətinə bağlamışdır. 20.05.1977-ci il-08.06.1979-cu illərdə hərbi xidmətdə olmuşdur və təxris olunduqdan sonra, yəni 01.07.1979-cu il ildən yenədə Zəngilan rayonu X8-Təchizat Birliyində 6-cı dərəcəli qaynaqçı-sürücü vəzifəsində işə qəbul olunaraq, fasiləsiz olaraq 29.10.1993-cü il tarixədək həmin sahədə işləmişdir. o Qarabağ hadisələri ilə əlaəqdar Zəngilan rayonundan qaçqın düşərkən, əmək kitabçasının həmin idarədə qaldığını bildirmişdir. Həmçinin, Zəngilan rayonu işğal olunduqdan sonra Zəngilan rayonu X8Təchizat Birliyi ləğv olunmuşdur. və həmin vaxtdan heç bir fəaliyyət göstərməmişdir, hazırda hüquqi varisi də yoxdur. 1993-cü ilin 29 oktyabr tarixindən, o Bakı şəhərin də yaşamağa başlamışdır, fərdi qaydada qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğunu başlamışdır. 2013-cü ildə insult keçirmişdir. Daha o vaxtdan işləyə bilməmişdir.Əmək kitabçasının işğal olunmuş Zəngilan rayonunuun ərazisində qalmasını, bu halın isə onun əmək və pensiya hüquqularını pozduğunu bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova, iş № 2(002)-974/2020) Ərizəçi Azərbaycan Respublikası ƏƏSMNnin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin maraqlı şəxs olduğu əmək stajının bərpa olunmasına dair faktın müəyyən olu nması tələbinə dair ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə ərizəçinin iddia tələbi əmək stajına dair hüquqi əhəmiyyəti faktın təsdiq olunmasına aiddir. Ərizəçi 01.08.1976-29.10.1993-cü illərdə Zəngilan rayonu X7-Təchizat birliyində 6-cı dərəcəli sürücü-qaynaqçı vəzifəsində çalışdığını, buna dair əmək kitabçasının olduğunu, lakin həmin rayonun məlum səbəblərdən işğal olunduğundan, həmin sənədlərin işğal zonasında qaldığından onun həmin vəzifədə çalışması ilə bağlı mövcud olan əmək stajını başqa qaydada təsdiq edə bilmədiyini əsas gətirərək, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmiş, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəm ə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə ərizəçi iddia tələbinin əsasını və istinad etdiyi halların sübut edilməsinə dair yalnız iki nəfər şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş şahid ifadələrinin məzmunundan aydın olur ki, şahid qismində dindirilmiş hər iki şəxs ərizəçi ilə birlikdə işlədiklərini, 19761993-cü illərdə ərizəçinin həmin idarədə qeyd olunan vəzifədə işlədiyini bildirmişlər. Lakin şahid qismində dindirilmiş şəxslərin özlərinin həmin müddətdə həmin idarədə işləmələirnə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu hal isə öz növbəsində qeyd olunan şahid ifadələrinin mötəbərliyini şübhə altına almış olur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə ərizəçinin yeganə sübut qismin də təqdim etdiyi qeyd olunan şahid ifadələri iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi 01.08.1976-29.10.1993-cü illərdə Zəngilan Rayonu X8-Təchizat birliyində sürücü-qaynaqçı vəzifəsində işlədiyini bildirsə də, məhz həmin halın müəyyən olunmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə tərəfindən qeyd edilən hüquqi faktın müəyyən edilməsi mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-7376/2020) Ərizəçi apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 avqust 2020 -ci il tarixli 2(002)974/2020 nömrəli qətnaməsi Ərizəçi oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi 01.08.1976-29.10.1993-cü illərdə Zəngilan Rayonu X8-Təchizat birliyində sürcü-qaynaqçı vəzifəsində işlədiyini bildirsə də, məhz həmin halın müəyyən olunmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ərizəçi (Vəkil Əli oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7376/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi vəkili Vəkil Əli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7376/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7376/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Ərizəçi kassasiya şikayəti vermişdir. Bu səbəbdən apell yasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24.09.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən ed ilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla v ə hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsas ən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. 307.2.11-ci maddə sinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsas ı kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad etsədə, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7376/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.