Məhkəmə qərarları › İş №2(102)-2007/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2007/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2007/2025 19.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X (X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1931/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1020/2022 nömrəli hökmü ilə İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X8 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) İddiaçı dəymiş ziyanın ödənilməmiş hissəsi olaraq 224.000 manat və 120.000 ABŞ dollarının milli manata məzənnədə, habelə ödənilmiş dövlət rüsumuna görə 820 manatın tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 xeyrinə ödənilməsi hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)415/2023 nömrəli hökmü ilə işdə iştirak edən şəxslərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilərək, İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1020/2022 nömrəli hökmü ləğv edilmiş və təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmuş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, X8 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.000 manat maddi ziyan, 100.000 manat mənəvi ziyan, hüquqi yardım müqavilələrinə əsasən ödənilmiş 800 manat olmaqla, cəmi 130.800 manatın cavabdehin vasitəsi ilə dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onun barəsində olan cinayət işi xx.xx.2021-ci il tarixdə Yasamal rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış və həmin tarixdə istintaq aidiyyəti üzrə Yasamal RPİ İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci tarixdə cinayət işi üzrə icraat müstəntiq tərəfindən CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat CPM-in 279-cu maddəsinə əsasən təzələnərək istintaq davam etdirilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət təqibi orqanı iddiaçı barəsində cinayət işi üzrə ibtidai istintaq müddətini qanunsuz olaraq dayandırmaqla işi qanunsuz uzatmaqla onu, eləcə də onun üç övladını mənəvi iztirab və sıxıntı içərisındə saxlamaqla psixi təsir etmiş, bu hal da iddiaçının pozulmuş səhhətinin daha da ağırlaşmasına səbəb olmuş və ibtidai istintaq dövründə cərrahi əməliyyat keçirmişdir. İddiaçı barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən onun heç bir dəlilləri araşdırılmamış, məhkəmə prosesinin sonlarında iki dəfə ağır cərrahi əməliyyat keçirməsinə baxmayaraq, əməliyyat yeri sağalmadan onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanunsuz hökmü çıxarılmaqla həbs seçilərək azadlıqdan məhrum edilmişdir. B elə ki, "xxxx" MMC-nin müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC klinikasına sağ tərəfli kəskin ağrılar, ürək bulanma və anal nahiyədə qanaxma şikayəti ilə daxil olmuş, xəstə instrumental və laborator müayinələrdən keçmiş, ona “boğulmuş qasıq yırtığı, qanayan babasil” diaqnozu təyin olumuşdur. Xəstəyə əməliyyat önü hazırlıq aparılaraq intubassion anesteziya altında “herniotomiya, hernioplastika və hemorroidektomiya” əməliyyatları icra edilmişdir. Əməliyatlardan sonra xəstənin yarası ikincili sağaldığına görə günaşırı ambulator müalicədə və həkim nəzarətində olmalıdır. Xəstəyə müvəqqəti olaraq ev şəraitində yataq rejimi məsləhət görülür. Bu tibbi arayışlar iddiaçının müdafiəçiləri tərəfindən Bakı Ağır C inayətlər Məhkəməsinə rəsmi olaraq təqdim olunsa da məhkəmə xx.xx.2022-ci il tarixdə qanunsuz hökm çıxarmaqla cərrahi əməliyyatdan sonra sağalmayan iddiaçını həbs altına almaqla ona və övladlarına mənəvi iztirab vermişdir. Həbsə atıldıqdan sonra cərrahi əməliyyata məruz qaldığı yaralardan irin gəlməklə 3 ay əzab-əziyyət çəkmişdir. Orada hərəkət məhdudiyyəti yaranmış, yatağa düşmüş, ona orada həbsdə olan Şahid1 baxmış, paltarlarını yumuş, bir müddətdən sonra özünə gəlmişdir, həmin bu şəxs olmasa, ağır fəsadlara səbəb olacaqdı. İddiaçıya Bakı İstintaq Təcridxanasında həbs altında olduğu xx.xx.2022-xx.xx.2023-cü il tarixədək heç bir ambulator və ya stansionar tibbi xidmət göstərilməmiş, üzləşdiyi ədalətsizliklə bağlı ağır olan səhhəti daha da pisləşmiş, mənəvi sarsıntılar və iztirablar səbəbi lə saxlandığı kamerada gizli formada insult keçirdiyi üçün 2023-cü ilin qış aylarında gecə saatlarında ürəyi getmişdir. Həmin vaxt ona formal tibbi yardım göstərilmiş, təzyiqi ölçülmüş, dərman verilmiş, görülmüş “tibbi tədbirlər” nəticə vermədiyi üçün qış ayında üzərinə su tökməklə onu “müalicə” etməklə kifayətlənmişlər. İddiaçı bütün gecəni yaş paltarda və yataqda qalandan sonra özünə gəlmişdir. Bu fakt həmin vaxt iddiaçı ilə bir kamerada saxlanılan Yevlaxlı Gülnarə adlanan quldurluq cinayəti törətməkdə təqsirləndirilən şəxsin gözü qarşısında həyata keçirilmiş və ona qarşı insani davranılmayaraq üzərinə su tökməklə ona tibbi yardım göstərilməsi yetərli hesab edilmişdir. Burada bir önəmli məsələ də diqqətə çatdırılır ki, Yevlaxlı Gülnarə kamerada iddiaçının yatdığı çarpayının üst hissəsind ə yerləşən çarpayıda yatırdı, təxminən 2023-cü ilin may ayında ona quldurluğa görə ağır cəza vermişdilər. İddiaçı gecə saatlarında divardan onun yatdığı çarpayıya tərəf qan axdığını görmüş və Gülnarənin özünə qəsd edərək qolunun damarlarını kəsdiyini müəyyən edərək, nəzarətçiləri köməyə çağırmaqla onun həyatını xilas etmişdir. Lakin bütün bu hadisə onun da bərk qorxmasına, psixi sarsıntı keçirməsinə (şəkərli diabet və ağır formada zob xəstəliyinə tutulmasına ehtimal) səbəb olmuş, ömür boyu gözünün önündən və yaddaşından getməyəcək bir şəkildə həyatına həkk edilmişdir. İddiaçı həbsdən azad olunduqdan səhhətinin ağırlaşması ilə bağlı keçdiyi çoxsaylı müayinələrdən sonra iddiaçının şəkərli diabet və zobun ağır formasında (xaşimota deyilən) xəstəliyə düçar olmuşdur. Tibb mütəxəssislərinin fi kirlərinə əsasən bu xəstəliklər güclü stress və sarsıntı keçirmiş şəxslərdə yaranır. Bugünə kimi pozulmuş sağlamlığının bərpası ilə mübarizə apardığından qazanc gətirəcək hər hansı bir işlə məşğul ola bilməmişdir. Bu hal da onun maddi sıxıntılara düçar olmasına səbəb olmuşdur. İddia ərizəsinə əlavə edilmiş dərman reseptlərinin bəziləri iddiaçı tərəfindən maddi sıxıntı üzündən alına bilməmişdir, bu hal da onun zəruri müalicəsini çətinləşdirmişdir. Üstəlik nəzərə alınsa ki, bu xəstəliklərin müalicəsi üçün istifadə olunan preparatların biri-digəri üçün əks göstəriş olduğundan müalicə çox ağır şəraitdə keçirilir, dərman vasitələri çox həssaslıqla seçilməklə, daha bahalı preparatların təyin olunmasını zəruri edir. İddiaçı həbsdən azad olunduqdan səhhətinin daha da pisləşməsindən, hərəkətlərində olan qeyri-dəqiqlik, xüsusilə də yeriyən zaman müvazinətini itirməsi səbəbi ilə müayinə və müalicə olunmaq üçün tibbi müəssisələrə çoxsaylı müraciətlər etmiş və Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-ci il tarixli tibbi sənədinə əsasən «hər iki serebral hemisfer fronto-parietal paylarda kortikosubkor tikal yerləşimli, eləcə də korpus kallozum splenium hissəsində və sağ lateral ventrikul horn qonşuluğunda mikroembolik xarakterdə gec subakut faza işemiya ocaqları» diaqnozu qoyulmuşdur. İddiaçının həbs altında saxlandığı kamerada urəkgetməsinin səbəbi elə onun gizli insult keçirməsi olmuşdur, bu da bilavasitə onun üzləşdiyi ədalətsizlik, qanunsuzluq və əsassız cinayət təqbi ilə bağlı uzun müddət keçirdiyi iztirab və sarsıntıları səbəb olmuşdur. Hazırda da onun müalicəsi davam etsə də x əstəlik stabil olaraq qalmaqdadır. İddiaçı Bakı İstintaq Təcridxanasında həbs altında olduğu vaxt, təxminən insult keçirməmişdən, ürək ağrılarından əvvəl diş ağrısından iki həftə əziyyət çəkmiş və ona heç bir tibbi yardım edilmədiyindən sonda ağrılara dözmədiyi üçün qədim təbabət üsulu olan, hazırda isə işgəncə hesab edilən bir yolla, yəni ağrıyan dişi qaşıqla yerindən oymaqla sonradan iplə saxlandığı kamera yoldaşları tərəfindən çıxarılmaqla dözülməz ağrıdan qurtarmışdır. Bu fakt onunla birlikdə saxlanılan Yevlaxlı Gülnarə adlanan şəxsin gözü qarşısında və onun köməyi ilə baş vermiş, eləcə də həbsdən azad olunarkən çəkdirdiyi foto şəkillə təsdiq edilmişdir. Bundan başqa dişlə bağlı hər hansı bir müalicə almaq imkanı olmadığından 4 ədəd dişi çürüyərək sıradan çıxmış və sonradan müalicəyə y ararsız olduğundan ağız boşluğu o hissədə boş qalmışdır. Bu hallar iddiaçının cinayət təqibi zamanı necə ağır sarsıntılara məruz qaldığının bariz nümünəsi olmuşdur. İddiaçının övladlarının – X2 və X6 ali təhsilini başa vurması, oğlu Musanın Azərbaycan Silahlı Qüvvələrinə xidmətə yola salınmasında iştirak edə bilməməsindən, ən başlıcası isə övladlarının cinayət təqibi orqanı tərəfindən, xüsusilə də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona qarşı edilmiş haqsızlığa dözməyərək bu ədalətsizliyə qarşı etiraz əlaməti olaraq özlərinə qəsd edəcəkləri təhlükəsi ilə üzləşmiş və həbs altında olarkən bunun mənəvi sarsıntılarını keçirmişdir. Bu fakt da övladları tərəfindən edilmiş coxsaylı şikayətləri ilə təsdiq olunmuşdur. Bundan başqa, övladı X1 Mersin Dövlət Universitetində bakalavr pilləsində t əhsil alması ilə əlaqədar iddiaçının cinayət təqibi ondan gizlədilmiş, lakin iddiaçı həbs edildikdən sonra xəbər tutduqdan sonra ağır psixi sarsıntı keçirmiş, psixi xəstəliyə düçar olmuş və hazırda da ağır psixi dərmanlar qəbul etməklə müalicə edilməsinə cəhd edilir (bu fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 23481179 nömrəli resept blankı ilə təsdiq edilmişdir və dərman alınmasının qəbzi iddia ərizəsinə əlavə olunmuşdur). Yuxarıda qeyd edildiyi kimi iddiaçı həbsdən azad olduqdan sonra səhhətində olan ağırlaşmalarla əlaqədar müalicə olunması üçün xeyli məbləğdə pul xərclənmişdir. Həmin xərc müayinə və dərman peraparatlarının alınması üçün sərf edilmişdir. Özəl tibb müəssisələrinə ödənilmiş müayinə və müalicə xərcləri 5 000 manat təşkil etmişdir. Müalicə üçün dərman preparatlarına 1000 manatdan çox pul ödənilmişdir. Bu xərclər bununla bitməmiş, əksinə iddiaçının səhhətinin normal bir vəziyyətə gətirilməsi üçün gələcəkdə də artmaqda davam edəcəkdir ki, məbləğin böyüklüyünü və sərf ediləcək zamanı proqnozlaşdırmaq qeyri-mümkündür. İddiaçı ona “dələduz” damğası vurularaq həbsdə yatızdırılmasından və qohum, qonşu və tanışları tərəfindən ona qarşı yaranmış mənfi münasibətdən əziyyət çəkmiş, bu hal onun həyatında silinməz mənfi təsəvvür yaratmışdır ki, bundan mənəvi iztirab keçirmişdir və hazırda keçirməkdə davam edir. Təkcə onu demək kifayətdir ki, ailəsi dağılmış, rəsmi münasibətlərə son qoyulmuşdur. Bir qız uşağı üçün anasının (bəli, atasının deyil, məhz anasının) həbsdə olmasını dərk etmək, bunu onu tanıy anların bilməsini beyninə həkk etdirmək, küçədə addımlayarkən hansı iztirabları keçirməyi təsvir etməyə ehtiyac yoxdur. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən “Hümbətov və Partnyorları” Vəkil Bürosuna 800 manat ödəniş etmişdir. Bu məbləğ də ona vurulmuş zərər qismində hesablanmalıdır.

5. Cavabdeh iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökmlə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnamədə Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 68 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının q anuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127 və 129cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastr uktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəm ələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması v ə qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Re spublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edi r. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunmuşdur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərb aycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3449/2024 nömrəli iş üzrə 13 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, iddiaçıya vurulmuş mənəvi zərərə görə 13.000 manatın və hüquqi yardıma görə vəkilə ödənmiş 800 manatın cavabdehin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət olan 9 ay 7 gün ərzində əsassız yerə həbsdə saxlanılmış, eləcə də, 10 ay ərzində başqa yerə getməmək barədə iltizam tədbirinin tələblərinə riayət etməyə məcbur olmuşdur. İddiaçı əziyyət çəkdiyi xəstəliklərlə bağlı müayinə və müalicə olunmuş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

8. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 13.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır.

9. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 13.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almı şdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, iddiaçı barəsində bir neçə növ qətimkan tədbiri seçilmiş, iddiaçı öncə həbsə alınmış, daha sonra isə barəsində başqa yerə getməmək haqqında iltizam tətbiq edilmişdir. İşdə olan sənədlərə əsasən iddiaçının həbsdə saxlanıldığı müddət 9 ay 7 gün, iltizamın isə tətbiq edildiyi müddət 10 ay təşkil etmişdir.

10. Məhkəmə qanunsuz cinayət təqibinə məruz qalmış şəxslərin mənəvi ziyan tələblərinə baxılması nəticəsində yuxarı instansiya məhkəmələrində formalaşmış mövqeyə müvafiq olaraq iddiaçının həbsdə saxlanıldığı müddətə görə mənəvi ziyan məbləğini 10.000 manat (hər ay 1.000 manat olmaqla, 10 ay x 1.000 manat), eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3.000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla, ümumilikdə 13.000 manat müəyyən edilməsini ədalət baxımından mümkün hesab etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101-ci, CPM-nin 57, 58-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4, 5, 6, 7, 12-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İdd iaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiada qeyd edilən bu qədər mənəvi iztirablar qarşısında məhkəmə cəmi 13000 manat mənəvi ziyan müəyyən etmiş bunu heç bir ağlabatan dəlil ilə əsaslandırmamışdır. Maddi ziyanla bağlı məhkəmə iki nüansı diqqətdən qaçırmışdır. Birincisi şəxsin həbs olunması ilə bağlı işləyib qazanc əldə edə bilməməsi və həbsdə saxlanılması ilə bağlı düçar olduğu sadaladığı ağır xəstəliklərlə bağlı çəkdiyi və çəkəcəyi xərclər, bundan sonra əmək qabiliyyətinin bərpa olunmama riski. Hər il ölkə üzrə yaşayış minimumunu müəyyən edən Qanun qəbul edilir. İlərdən asılı olaraq bu rəqəm hər il dəyişir, məsələn 2024-cü il üçün əmək qabiliyyətli əhali üçün 287 manat idisə, bu il 305 manat məbləğində müəyyən edilmişdir və bu, artan silsilə ilə dəyişməkdədir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhk əmə tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulması ilə bağlı heç bir qanunsuz hərəkət və hərəkətsizlik edilmədiyi halda dövlət büdcəsindən iddiaçının xeyrinə 13.800 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Mənəvi zərərin müəyyən edilməsi zamanı CPM-in 190-cı maddəsinə istinad edilməli idi. Həmçinin iddiaçı vəkil yardımı olmadan da öz hüquqlarını müdafiə də bilərdi, vəkillə müqaviləsi bağlanması öz seçimidir, buna görə vəkil xərci kimi ödənilmiş məbləğin cavabdehdən tutulması əsassızdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1931/2025 nömrəli mülki iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim lər İkram Şirinov (sədrlik edən, məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçının qanunsuz həbsdə saxlanması nəticəsində onun tərəfindən mənəvi sarsıntının keçirilməsi ilə bağlı yalnız pozuntunun müəyyən olunmasını mənəvi zərəri tam əvəz etməməsi və məhz buna görə də mənəvi zərərə görə iddiaçının qanunsuz həbsdə saxlanıldığı 10 ay x 1.000 manat = 10.000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3.000 manat (hər ay 300 manat o lmaqla, 10 ay x 300 manat = 3.000) olmaqla, ümumilikdə, 13.000 manat əvəzin ödənilməsi qənaətinə gəlmişdir.

19. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləğinin mənəvi zərərə adekvat olmaması və əsaslandırılmaması barədə dəlili üzrə qeyd etmişdir ki, məhkəmə təcrübəsinə görə qanunsuz həbsdə saxlanılan hər bir ay üçün adətən 1.000 manat tutulur. Hazırda mənəvi zərərin əvəzi kimi tutulan cəmi 13.000 manat iddiaçının qanunsuz həbsdə saxlandıldığı (10 ay x 1000 = 10.000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3.000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla müəyyən edilməsi həmin oturuşmuş məhkəmə təcrübəsinə uyğun olmuşdur.

20. İddiaçının apellyasiya şikayətinin d igər dəlili maddi zərərlə bağlı iddia tələbinin təmin edilməməsi barədədir. İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddət ərzində hər ay üçün minimum əmək haqqı miqdarında maddi zərər tələb etmiş, rayon məhkəməsi bu hissədə iddia tələbini iddiaçının maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməməsi əsası ilə təmin etməmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı qanunsuz həbs edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən azad edilmiş olması barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin Qanunda qanunsuz həbs edilmə ilə əlaqədar yaşayış minimumu həddində ziyanın tutulması əsası da müəyyən edilməmişdir. Buna görə də iddiaçının apellyasiya şikayəti - işləməməsi ilə əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi hissədə də əs assızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddiaçının bu tələbini iddiaçının maddi ziyan vurulmasına dair mötəbər sübutları təqdim etməməsi əsası ilə rədd etməklə mövqeyini dolğun ifadə edə bilməsə də, lakin mahiyyət etibarı ilə həmin tələbə dair hissədə də düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili açıq-aşkar əsassızdır.

23. Məhkəmə kollegiyası mənəvi zərərin əvəz kimi tutulan məbləğin şişirdilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qanunsuz həbsdə saxlandıldığı 10 ay x 1.000 manat = 10.000 manat, eləcə də başq a yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3.000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla müəyyən edilməsi oturuşmuş məhkəmə təcrübəsinə uyğun olduğu üçün həmin dəlil əsassızdır.

24. Cavabdehin apellyasiya şikayətinin mənəvi zərərin əvəzi kimi tutulan məbləğin müəyyən edilməsi zamanı CPM-in 190-cı maddəsinin nəzərə alınması barədə dəlili üzrə qeyd edilmişdir ki, CPM-in 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

25. Cavabdehin apellyasiya şikayətini digər dəlili iddiaçının vəkilsiz də öz hüququnu müdafiə edə bilməsi, öz arzusu ilə vəkillə müqavilə bağladığı üçün ondan vəkil xərcinin tutulmasının əsassız olmas ı barədədir.

26. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101, 1114-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 5, 6, 7, 8-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəz ərdə tutulmasın.

32. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 1.1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasını n ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci madd əsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

34. Maddə 1.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

35. Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

36. Maddə

6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dö vlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

37. Maddə

7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

38. Maddə

8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edil məli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı

39. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlər ə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə ba ğlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. İddiaçının kassasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosess ual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının qanunsuz həbsdə saxlanması, habelə azadlığının məhdudlaşdırılması nət icəsində onun mənəvi sarsıntı keçirməsi və buna görə də onun qanunsuz həbsdə saxlandığı 10 ay üçün hər ay 1.000 manat olmaqla, cəmi- 10.000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddət üçün 10 aya görə, hər ay 300 manat olmaqla, 3.000 manat, ümumilikdə- 13.000 manat kompensasiya məbləği müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin mənəvi zərərə görə müəyyən edilmiş kompensasiya məbləğinin mənəvi zərərə adekvat olmaması və əsaslandırılmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə, qanunsuz həbsdə saxlanılan hər bir şəxs üçün hər ay adətən 1.000 manat kompensasiya tutu lur. Hazırda mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulan cəmi 13.000 manat kompensasiya məbləği onun qanunsuz həbsdə saxlandıldığı (10 ay x 1000 = 10.000 manat, eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3.000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla müəyyən edilməsi, fomalaşmış məhkəmə təcrübəsinə tam uyğun olmuşdur.

52. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin digər dəlili maddi zərərlə bağlı iddia tələbinin təmin edilməməsi barədədir. İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddət ərzində hər ay üçün minimum əmək haqqı miqdarında maddi zərər tələb etmiş, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini iddiaçının maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməy ə təqdim etməməsi əsası ilə təmin etməmişdir. Belə ki, iddiaçı qanunsuz həbs edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən azad olunması barədə hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Qanunda qanunsuz həbs edilmə ilə əlaqədar yaşayış minimumu həddində ziyanın tutulması əsası müəyyən edilməmişdir. Buna görə də iddiaçının apellyasiya şikayəti - işləməməsi ilə əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddiaçının bu tələbini iddiaçının maddi ziyan vurulmasına dair mötəbər sübutları təqdim etməməsi əsası ilə rədd etməklə mövqeyini dolğun ifadə edə bilməsə də, lakin mahiyyət etibarı ilə həmin tələbə dair hissədə də düzgün nəticəyə gəlmişdir.

53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)-1931/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar