Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2008/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin e tibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2025-ci il tarixli 2(103)-2473/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 15 iyul 2017-ci ildə bir il müddətinə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, sonrakı illərdə əmək müqaviləsi eyni müddətə uzadılmışdır. 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılmış, iddiaçının direktor kimi tabe olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi əvvəlki kimi birbaşa T əhsil Nazirliyinə deyil, həmin Agentliyin tabeliyinə keçmişdir. Ona görə də Elm və Təhsil nazirinin 18 dekabr 2023-cü il tarixli əmri ilə 101 məktəb direktorunun, o cümlədən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmiş, bundan sonra – xx.xx.2023-cü ildə onun yenidən eyni vəzifəyə təyin olunması barədə ərizəsi Bakı şəhəri üzrə Təhsil İdarəsində qəbul olunmuş, həmin tarixdə iddiaçının Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktoru əmr verilmiş, lakin əmək müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsi bağlanmasa da iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi, yəni 5 ay 2 gün Bakı şəhəri 25 nömr əli tam orta məktəbə direktor kimi rəhbərlik etmişdir. 2.Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 20 may 20234-cü il tarixli 3-29-69/3-1440K/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş, buna əsas kimi məktəbdə aparılmış monitorinq nəticəsində iddiaçının məktəb direktoru kimi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını lazımınca yerinə yetirməməsi göstərilmişdir. 3.Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-604 K/2024 nömrəli əmri ilə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru olan iddiaçı ilə b ağlanmış əmək müqaviləsinin Agentliyini direktorunun xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması nəzərə alınmış, direktor vəzifəsinin icrası digər əməkdaşa həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işdən azad olması barədə verilmiş xx.xx.2024cü il tarixli əmrin qanunsuz hesab olunmaqla ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, son haqq hesabın hesablanmaqla verilməsi və 50 manat mediasiya rüsumunun c avabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən məktəbdə müəllim, əlavə və yanaşı olaraq təlimçi, 2015-ci ildən indiyədək müxtəlif məktəblərdə (327, 275, 25 nömrəli) direktor vəzifəsində işləmişdir. 2019-cu ildə Bakı şəhəri, Xətai rayonu 25 saylı məktəbə direktor təyin olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir qayda olaraq məktəbin müxtəlif sahələr üzrə fəaliyyət göstəricilərinin monitorinqi keçirilmişdir. İşlədiyi dövrdə (2022 il) intizam tənbehi olsa da, ümumilikdə 5 il ərzində məktəb üzrə göstəricilər müsbət artımla olmuşdur. Həm davamiyyət, həm tədris, həm də inzibatçılıq üzrə məktəbin fəaliyyəti qənaətbəxş olmuşdur. Əvv əllər məktəbin tabeliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə olmuşdur. 2023-cü ildə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi yaradılmış və tabe olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi əvvəlki kimi birbaşa Təhsil Nazirliyinə deyil, artıq həmin Agentliyin tabeliyinə keçmişdir. 2023-cü ilin dekabr ayında bütün məktəb direktorları ilə yenidən Əmək müqavilələri bağlanmağa başlanmış və işəgötürən artıq Nazirlik deyil, Dövlət Agentliyi olmuşdur. Hər halda şifahi belə deyilmişdi. xx.xx.2024-cü il tarixdə Agentlik tərəfindən məktəbdə yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı iradlar olmuşdur: 1) dərnək və dərsdənkənar məşğələlərin keçirilməsində nöqsanlar, 2) 10-11 siniflərdə davamiyyətin zəifliyi, 3) xadimələrdən birinin digəri ilə aralarında iş yükü üzrə razılaşmaları əsasında birinc inin digərinə maaşından 70 manat verilməsi. Bunların əsasında Agentlik rəhbərliyi (deyilənə görə) barəsində Əmək Məcəlləsinin 70 “ç” maddəsi üzrə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixdə əmr imzalamışdır. Bundan sonra o, mediasiya təklifi ilə cavabdehə müraciət etmiş və mediasiya arayışını almışdır. Tabelik strukturu dəyişilsə də, onunla işə götürmə müqaviləsini Azərbaycan Respublikası Təhsil Naziri bağlamışdır. Deyilənə görə, məktəb direktorunun əmrinin imzalanması səlahiyyəti Agentliyə verilsə də, bu barədə heç bir hərəkət edilməmişdir. Səlahiyyətin Agentliyin rəhbərliyinə verilməsinə dair heç bir normativ sənəd məlum deyil, bu barədə rəsmi saytda da məlumat əldə edə bilməmişdir. İşdən çıxarılmasından sonra məktəb direktorları Bakı şəhəri Təhsil İdarəsinə dəvət olunaraq geri t arixlə (dekabr 2023-yanvar 2024) əmək müqaviləsinə imza atmaları tələb olunur. İşdən azad olma barədə əmri Agentliyin rəhbəri imzalasa da, (deyilənə görə), nədənsə Əmək kitabçasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin möhürü vurulmuşdur. Halbuki bu yolverilməzdir. Əmr və əmək kitabçasında qeyd müəssisənin (təşkilatın) rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməlidir. Əmək müqaviləsi bağlamaq, işdən azad etmək, həqiqi tabelik və bu kimi məsələlərdə hüquqi qeyri-müəyyənlik olmaqla yanaşı göstərir ki, barəsində verilmiş 70 “ç” maddəsi ilə işdən azad olma haqqında xx.xx.2024-cü il tarixli əmrin nə surətini, nə də ki, ondan çıxarışı görməmişdir. Agentlik onunla əmək müqaviləsi bağlamamışdır. Agentliyin işə qəbul etmək və azad etmək səlahiyyəti barədə normativ sənəd barədə heç bir yerdə məlumat yoxdur. Bu qaydada işdən azad olunması uzun illərin əməyinin, minlərlə məzun və müəllim qarşısında şəxsi adının və nüfuzunun haqsız olaraq ləkələnməsidir. Məktəb praktikasında baş verə bilən nöqsanlar sırasında irad tutulanlar heç bir halda ƏM-nin 70 “ç” maddəsi üzrə əmr imzalanması üçün əsas ola bilməzdi. Tabe olduğu qurumla daima əlaqə və onlar tərəfindən koordinasiya prosesində olmağı ilə yanaşı 98 nəfər müəllim, 22 nəfər texniki işçi, 1548 nəfər şagird və onların valideynləri ilə ünsiyyət, işgüzar danışıq, yazışma, dinləmə, özünün tədris etmə kimi əhatəli bir iş rejimində olaraq diqqətinin kifayət qədər hər məsələyə çatdıra bilməməyi nəticəsində yaranmış nöqsanlar 70 “ç” maddəsi ilə rüsvaycasına işdən çıxarılmasına əsas ola bilməzdi.
6. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməy ə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbində əmrin ləğv edilməsi hissəsini əmrin etibarsız hesab olunması kimi qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə təqdim еtdiyi еtirаza görə Agentliyin direktorunun xx.xx.2024 tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmri ilə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv ed ilmişdir. Həmin əmrin verilməsi üzün əsas xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə aparılmış monitorinq nəticəsi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt, iddiaçının və məktəbin digər işçilərinin izahatları və Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı komitəsinin xx.xx.2024-cü il tarixli, 145 nömrəli protokolundan çıxarış olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, işlədiyi dövrdə intizam tənbehi olsa da, ümumilikdə 5 il ərzində məktəb göstəriciləri müsbət artımla olmuş, həm davamiyyət, həm tədris, həm də inzibatçılıq üzrə məktəbin fəaliyyəti qənaətbəxş olmuş, məktəbdə aparılmış monitorinq nəticəsində aşkar olunan nöqsanlar onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi. B ununla bağlı bildirirlər ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə aparılmış monitorinq nəticəsində məktəbin direktoru olan iddiaçının müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirməməsi, əmək və təhsil haqqında qanunvericiliyi kobud surətdə pozması kimi hallar aşkar edilmişdir: Belə ki, Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022 tarixli, F-529 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumitəhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydaları”nın tələbləri pozulmuş, 10a sinfində 2 saat və 10f sinfində 2 saat fizika müəllimi Təranə Həsənova, 10d sinfində 2 saat ingilis dili müəllimi Şəhla Əliyeva, 10b sinfində 2 saat tarix müəllimi Bahar Vəliyeva tərəfindən tədris aparılmamışdır. Dərsdənkənar məşğələ cədvəli düzgün tərtib edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında nəzarət etmədiyini etiraf etmişdir. Elm və Təhsil Nazirliyini xx.xx.2022 tarixli, F382 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın tələbləri pozulmuşdur. Həmin Qaydaya uyğun dərnək təşkil olunmamış, Pedaqoji Şurada müzakirə edilməmişdir (Həmin Qaydanın 2.4-cü bəndinə əsasən ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir). İddiaçı xx.xx.2024-cü il tarixli i zahatında nəzarət etmədiyini etiraf etmişdir. 3) Məktəb üzrə 2 ştat vahidi dərnək məşğələləri (Zülfiyyə İsmayılova “Ana dilini sevək, sevdirək” 6 saat, Natəvan Fərhadova “Riyaziyyat” 6 saat, Aliyə Abdullayeva “Gənc riyaziyyatçılar” 6 saat, Həmidə Dadaşova “Bədii qiraət” 6 saat) tədris olunmamış, Billurə Əliyevanın “Ana dilini sevək, sevdirək” dərnəyinin xx.xx.2024-cü il tarixdə tədrisinə baxış keçirilərkən 2 nəfər şagirdin sinif otağında olduğu müəyyən edilmiş, həmin uşaqların il boyu dərnəyə aid qeydiyyat dəftərləri olmamış, sonuncu dəfə keçirilən dərnəyin mövzusunu bilməmişlər. Dərnək və dərsdənkənarın gündəlik tədris olunmaması izahatlarla təsdiq olunmuşdur. 2023-2024-cü tədris illərinin İ yarımilində dərnəyin fəaliyyəti qiymətləndirilməmişdir. Azərbaycan Respublikası təhsil nazirinin x x.xx.2022-ci il tarixli, F438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın tələbləri pozulmuşdur. Məktəb üzrə əmr kitabında sonuncu işlənilmiş əmr xx.xx.2024-cü il tarixli əmr №28 olmuşdur. Bir aydan artıq müddətdir ki, məktəbin əmr kitabı işlənilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında əmrlərin kitaba işlənmədiyini etiraf etmiş və son 8 əmrin qaralamadan kitaba köçürülmədiyini bildirmişdir. Texniki heyət üzrə işçilərin işə davamiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, kiçik xidmət edici işçi xadimə vəzifəsində işləyən Məhbubə Süleymanova 1,25 ştat vahidi ilə əmək haqqı alır, lakin məktəbin xadimə işini yerinə yetirmir. 1,25 ştat vahidində işləyən Qəmər Əliyevanın (xadimə) və 1,25 ş tat vahidində işləyən Xanım Abduallayevanın yazılı izahatlarına əsasən aylıq 380 əmək haqqı alırlar. Hər ikisi aldıqları əmək haqqının 70 manatını, cəmi 140 manatını qeyri-rəsmi Məhbubə aldığını bildirmişdir. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərini pozduğu öz təsdiqini tapmışdır. 2019-cu ilədək məktəbin direktorunun-iddiaçının əvvəlki çalışdığı müəssisədə (275 nömrəli tam orta məktəb) katibə vəzifəsində işləyən ali təhsilli olan Səbinə Nəsrullayeva məktəbdə hazırda kiçik xidmətedici işçi-xadimə vəzifəsinə qəbul edilmiş, lakin həmin işləri yerinə yetirməyərək məktəbin ikinci katibə vəzifəsində işləyən işçisi kimi işləri yerinə yetirir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında bu faktı etiraf etmişdir. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərini pozduğu öz təsdiqini tapmışdır. Pedaqoji Şuranın 2023-2024-cü tədris ili üzrə fəaliyyət planı təsdiq olunmamışdır. Fəaliyyət planında hər bir Pedaqoji Şura üçün nəzərdə tutulmuş fəaliyyətlərin sayında və məzmununda kitaba yazılanlar arasında uyğunsuzluqlar var. Pedaqoji Şuranın protokol kitabı yazılma qaydalarına uyğun deyil. Protokol kitabında 92 və 93-cü səhifələrdə keyfiyyət faizləri ilə bağlı göstəricilər boş saxlanılmışdır. İş planında mart ayı üçün nəzərdə tutulmuş Pedaqoji Şura iclası keçirilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında bu barədə məlumatı olmadığ ını etiraf etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumitəhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin və “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın tələbləri pozulmuşdur. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında təlim-tərbiyə işləri üzrə direktor müavini Tatyana Quliyeva tərəfindən sonuncu qeydiyyat xx.xx.2023-cü il tarixdə aparılmış, ondan sonrakı digər aylar üzrə buraxılan və əvəzedilən dərslərin qeydiyyatı aparılmamışdır. “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.12-ci bəndinin tələbləri pozulmuşdur. 4-cü dərs saatında 11-ci sinif üzrə (11a 36 nəfər, 11b - 36 n əfər, 11c - 36 nəfər, 11ç - 35 nəfər) təhsil alan 143 nəfər şagirdin heç biri dərsdə olmamış, davamiyyət 0 faiz olmuşdur. 10-cu siniflər üzrə 6 sinif kompleksində ( 10a 30 nəfər, 10b - 29 nəfər, 10ç - 31 nəfər, 10d - 30 nəfər, 10e - 29 nəfər, 10f - 27 nəfər) təhsil alan 176 nəfər şagirddən 140 nəfəri dərsdə iştirak etməmiş, yalnız 36 nəfəri dərsdə iştirak etmiş, davamiyyət 20 faiz təşkil etmişdir. 10ç sinfində şagirdlərlə aparılmış sorğu zamanı yerdəyişmə etmiş şagirdlərdən Rüfət Zeynalov, Vaqif Məmmədzadə, Fərman Quliyev, Manaf Babayevin gündəlik dərsə gəlmədikləri müəyyən olunmuşdur. 10a sinfinə yerdəyişmə etmiş Fidan Əliyeva və Nahid Abdinovu sinif yoldaşları tanımadıqlarını bildirdilər. 2023-2024-cü tədris ilində məktəbə yerdəyişmə etmiş şagirdlərin böyük əksəriyyətinin mütəmadi davami yyətinin olmadığı aşkar olunmuşdur. Göründüyü kimi, həmin şagirdlərin dərsə gəlməmələri üçün iddiaçının rəhbərlik etdiyi məktəbə yerdəyişmə etdiyi öz təsdiqini tapır. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi öz təsdiqini tapmışdır. Məktəbin 10-11-ci siniflərinin jurnallarına baxış keçirilərkən müəllimlər tərəfindən jurnalların vaxtı vaxtında yazılmadığı, davamiyyətin qeydiyyatının aparılmadığı, karandaşla qeydlər edildiyi, bəzi fənnlər üzrə kiçik summativ qiymətlərin jurnala yazılmadığı (İİ yarımil üzrə) aşkar olunmuşdur. Ümumiyyətlə, qiymətləndirmələr bəzi hallarda şagirdlərin dərsə davamiyyətinə uyğun aparılmamışdır. Üzürlü səbəb olmadan summativ qiymətləndirmədə iştirak etməyən şagird yenidən qiymətləndirməyə cəlb olunmuşdur. Sinif jurnallarının yazılmasına məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən nəzarət edilməmiş, jurnallarda müvafiq qeydiyyatlar aparılmamışdır. “Ümumitəhsil müəssisəsinə aid tədris pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.2-ci bəndinin tələbləri pozulmuşdur. Təlimatın 2.2.4-cü bəndinə əsasən sinif jurnalının düzgün aparılması və qorunub saxlanması üçün məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini bilavasitə məsuliyyət daşıyırlar. Təhsil müəssisəsində repetitorluq fəaliyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın xx.xx.20 24-cü il tarixli, 3-29- 59/3-2-296F/2024 nömrəli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun böyük məsləhətçisi X1 əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru İddiaçı ümumitəhsil müəssisəsinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi, əmək və təhsil haqqında qanunvericiliyi, o cümlədən adları yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əm r və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli e-2(005)321/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı işdən azad olması barədə verilmiş xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən İddiaçınа sоn hа qq-hеsаbın ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd olunması qət edilmişdir. (hakim Ramin Quliyev)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiаçı ilə işəgötürən stаtusundа оlаn Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi аrаsındа əmək müqаviləsi bаğlаnmаmış və imzаlаnmаmışdır. İşəgötürən xx.xx.2024 tarixli, 3-29-69/3-1-440K/2024 nömrəli əmrində İddiaçı ilə bağlanmış kimi yаzılsа dа, fаktiki оlаrаq mövcud оlmаyаn əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir ki, bu dа qаnuni sаyılа bilməz.
10. Məhkəmə еyni zаmаndа hеsаb еtmişdir ki, xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1440K/2024 nömrəli əmr səlаhiyyəti оlmаyаn şəхs tərəfindən vеrilməsi əsаsı ilə qаnunsuz sаyılmаsınа bахmаyаrаq bu həmin əmrin m əzmunundа аpаrılаn аrаşdırmаlаrın nəticələrin həqiqi və qеyri-həqiqi оlmаsını şübhə аltınа аlınmаsınа əsаs vеrmir və iddiаçının dа əvvəlki vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi kimi tələblərinin əsаslı оlmаsı аnlаmınа gəlmir. Bеlə ki, qеyd еdildiyi kimi tərəflər аrаsındа işə qəbullа bаğlı əmrin оlmаsınа bахmаyаrаq qarşılıqlı şəkildə öhdəliklərin götürülməsini təsdiq edən yegаnə sənəd оlаn əmək müqaviləsi bаğlаnmаdığı üçün iddiаçı əvvəlki vəzifəyə bərpа еdilə bilməz.
11. Səlаhiyyətsiz şəхs tərəfindən vеrilmiş əmr hüquqi qüvvəyə mаlik оlmаdığı üçün hаzırkı iş üzrə həmin əmrin məzmunun qаnuniliyinə dаir iddiаnın və оnа оlаn еtirаzın dəlillərinin аrаşdırılmаsınа zərurət yохdur. Bаşqа sözlə, аrаşdırmа ilə əmrdə göstərilənlərin dоğru оlub-оlmаm аsının müəyyən еdilməsi əhəmiyyətsizdir. Bеlə оlаn hаldа işə bərpа ilə yаnаşı tələbin məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi hissəsi də öz növbəsində əsаslı sаyılа bilməz. 12.Məhkəmə onu da qeyd etmişdir ki, iddiаçı cаvаbdеhlə əmək müqаviləsi оlmаdаn bir növ hər iki tərəfin fərdi qаydаdа məsuliyyətsizliyi nəticəsində 6 аy ərzində əmək fəаliyyətində оlmаqlа оnа dövlət büdcəsində əmək hаqqı ödənilməsi fаktı mövcud оlduğu üçün iddiаçıyа son haqq hesabının düzgün hesablanmaqla verilməsi tələbi təmin еdilməlidir. 13.Məhkəmə cаvаbdеh tərəfin iddiаçının Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəfələrlə dəvət olunmasına baxmayaraq, əmək müqaviləsinə imza etməkdən imtina etdiyinə görə onunla əmək münasibətlərində olmasını rəsmiləşdirilməsi mümkün olmamаsınа dаir dəlilləri ilə bаğlı qе yd еtmişdir ki, əvvəla bunа dаir hər hаnsı sübut təqdim еdilməmişdir. İkincisi də bеlə bir sübutlаr оlsа dа bеlə, bu аrqumеntlər cаvаbdеh tərəfin iddiаçı ilə əmək müqаviləsi bаğlаmadаn оnu təhsil müəssisində bu müqаvilə оlmаdаn rəhbər vəzifədə işləməsinə şərаit yаrаtmаsının məsuliyyətsizliyindən аzаd еtmir. Həmçinin məhkəmə qеyd еtmişdir ki, dəfələrlə dəvət olunma dеdikdə ilk dəfə dəvətdən sоnrа iddiаçının bеlə bir hərəkətsizliyi mövcud idisə bu cаvаbdеhin dərhаl rеаksiyа vеrilməli оlаn məsələ idi. Yаlnız bu hаldа cаvаbdеhin özünün təbirincə qеyd еtdiyi yаnlışlıq vахtındа аrаdаn qаldırılа və iddiаçının əmək müqаviləsi оlmаdаn cаvаbdеhlə əmək münаsibətlərini dаvаm еtdirmə kimi nеqаtiv hаl bаş vеrməzdi.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəll əsinin 2.3, 7, 42, 44, 45, 46, 68.1, 73, 76, 83.4, 172 və 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88 və 106-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddiaçı ilə əmək qanunvericiliyində müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla onun Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəticəyə gələrkən iddiaçı ilə cavabdehin rəsmi əmək münasibətlərind ə olduğunu, işə bərpa tələbinin təmin edilməsi üçün cavabdehin verdiyi əmrin əsaslandığı monitorinqin nəticələrinə dair tərtib edilmiş aktda göstərilən məlumatların həqiqi olub-olmamasını əsassız olaraq aydınlaşdırmamışdır. Məhkəmə həmin faktiki halları aydınlaşdırdığı halda müəyyən edə bilərdi ki, iddiaçı ilə cavabdeh rəsmi əmək münasibətlərində olmuş, sadəcə olaraq cavabdehin işinə etinasız münasibəti nəticəsində iddiaçı ilə əmək müqaviləsinin bağlanması qanunvericiliyə uyğun təmin edilməmişdir. İşin bu halı cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlanmaması anlamına gələ bilməzdi. Çünki bu pozuntu tək iddiaçıya münasibətdə deyil, bütün tam orta məktəblərin direktorlarına münasibətdə baş vermişdir. İddiaçı ilə cavabdeh arasında əmək mübahisəsi yarandıqdan və direktorlarla əmək müqavil əsinin bağlanmamış olması aşkara çıxdıqdan sonra onlarla kütləvi şəkildə əmək müqaviləsi bağlanmışdır. İşin məhz bu halı təsdiq edir ki, iddiaçı ilə cavabdehin arasında əmək münasibətləri hər iki tərəfin iradə ifadəsi əsasında yaranmış, sadəcə olaraq bu münasibətlər yazılı əmək müqaviləsi formasında rəsmiləşdirilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrini qanunsuz saysa da, əmrin verilməsinin motivini və dəlillərini araşdırmağa ehtiyac olmadığını bildirsə də, bu mövqeyini sadəcə olaraq mövcud olmayan əmək müqaviləsinin xitam olunmasının mümkünsüzlüyü barədə irəli sürdüyü dəlillə əsaslandırmaqla həmin dəlilini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrə görə iddiaçının əmək müqaviləsinə xita m verilməsi barədə əmr səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş, eyni zamanda həmin əmr mövcud olmayan əmək müqaviləsinin xitamı barədə verildiyindən etibarsız sayılmışdır. Lakin işin hallarına görə cavabdehlə iddiaçı sərbəst iradə ifadələri əsasında əmək münasibətlərinə daxil olmuş, sadəcə olaraq cavabdehin işinə etinasız münasibəti nəticəsində onunla əmək müqaviləsinin bağlanması unudulmuşdur. İşin bu halını nəzərə alaraq məhkəmə cavabdehin gec də olsa iddiaçı ilə olan əmək münasibətlərin əmək müqaviləsi formasında rəsmiləşdirilməsini təmin etməklə əmrin əsaslarının etibarsız olmasına əsaslanmaqla iddiaçının işə bərpa haqqında iddia tələbini təmin etməli idi.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2473/2025 nömrəli 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə)
18. Birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi Əmək Məcəlləsinin 7ci maddəsinə və 44-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə qeyd etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verilərkən tərəflər arasında kağız daşıyıcıda, yaxud elektron sənəd formasında əmək müqaviləsi mövcud olmamışdır. Mövcud olmayan əmək müqaviləsi ləğv edilə bilməz, ona görə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmr etibarsızdır. Eyni səbəbdən iddiaçı direktor vəzifəsinə bərpa edilə və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilə bilməz, çünki onun məktəb direktoru olmasına dair əmək müqaviləsi bağlanmamışdır.
19. Məhkəmə daha sonra qeyd etmişdir ki, əmək müqaviləsinin ləğvi barədə xx.xx.2024-cü il tarixli əmr (ikinci əmr) verilərkən istinad olunan halların həqiqi olubolmadığının araşdırılmasına zərurət yoxdur. Belə ki, subyektsiz hüquqpozma olmur, odur ki, bütün hüquqpozmaların subyekti olmalıdır. Əmrdə istinad olunan hüquqpozmaların subyekti direktor ola bilər, iddiaçı direktor olmadığına, yəni əmək müqaviləsi mövcud olmadığına görə, əmr verilərkən istinad olunan hallar hüquqpozma sayılmır. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdən (birinci əmrdən) əvvəl yol verilən pozuntulara isə artıq istinad oluna bilməz, çünki həmin əmrlə əmək müqaviləsi ləğv edilərkən hər hansı hü quqpozmaya istinad olunmayıb. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-2473/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə ümumiyyətlə münasibət bildirməyərək həmin dəlilləri nəyə görə qəbul etmədiyini əsaslandırmamaqla MPM-nin 220-ci maddəsinin tələblərini pozmuşdur. Əmək müqaviləsinin bağlanmasının unudulmasının tək iddiaçıya münasibətdə de yil, eyni vaxtda digər ümumi təhsil müəssisələrinin rəhbərlərinə münasibətdə də yol verilməsi iddiaçıya işə birinci instansiya məhkəməsində baxılıb qurtardıqdan sonra məlum olmuşdur. Ona görə də iddiaçının nümayəndəsi tərəfindən həmin halın kütləvi xarakter daşıdığını, bununla da cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəyində olduğunu sübut etmək üçün müvafiq orqana məhkəmə sorğusu verilməsi barədə vəsatət qaldırılmış, lakin vəsatət əsassız və qanunsuz olaraq təmin edilməyərək MPM-nin 78-ci maddəsinin tələbləri pozulmuşdur.
22. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 88, 217 və 220-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 26.Maddə
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdə liklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək;
27. Maddə 44.1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
36. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı onun işdən azad olması barədə verilmiş 22 may 2024-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, son haqq hesabın hesablanmaqla verilməsi barədə iddia qaldırmışdır.
37. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə 22 may 2024-cü il tarixli əmrin etibarsız hesab olunması, qalan hissədə iddianın rədd olunmasını qət edən apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması barədə El m və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktorunun 19 dekabr 2023-cü il tarixli əmri olsa da, tərəflər arasında əmək müqaviləsi bağlanmamış, bununla da İddiaçı hüquqi cəhətdən məktəb direktoru vəzifəsini daşımamış, bu baxımdan onun həmin vəzifədən azad olunmasına dair Agentliyin direktorunun əmri özlüyündə etibarsız olmuş, həmçinin iddiaçının işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı barədə tələblərinin təmin olunması da onun direktor vəzifəsini daşıması müəyyən edilmədiyinə, məktəb direktoru kimi əmək münasibətlərində olmadığına görə istisna edilir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktorunun İddiaçı 19 dekabr 2023-cü il tarixdən Bakı şə həri, 25 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması barədə əmrinin olması, iddiaçının həmin vəzifəyə təyin edilməsi barədə işəgötürənə ərizə təqdim etməsi, iddiaçının həmin vəzifəni 20 may 2025-ci il tarixədək icra etməsi, həm işəgötürən, həm də üçüncü şəxslər tərəfindən onun məktəb direktoru kimi tanınması, işəgötürən tərəfindən onun məktəb direktoru kimi fəaliyyətinin yoxlanılması, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanlara görə vəzifəsindən azad edilməsi mübahisəsizdir. Cavabdeh işəgötürən iddiaçının məktəb direktoru vəzifəsinə təyin etməsini heç vaxt inkar etməmiş, iddiaçının fəaliyyəti özbaşına olmamış, məhz işəgötürənin əmri əsasında fəaliyyət göstərmişdir.
39. İşəgötürən Agentliklə iddiaçı arasında əmək müqaviləsinin bağlanmaması işçinin deyil, işəgötürənin təqsiri ucbatından baş vermiş, bu məsələ ilə bağlı işəgötürənin məsul əməkdaşı intizam məsuliyyətinə də cəlb edilmişdir. Əmək qanunvericiliyinə normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil etmək və həmin məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir.
40. İddiaçının vəzifədən azad olunması onunla əmək müqaviləsinin bağlanmadığına görə deyil, 7 may 2024-cü il tarixdə məktəbdə aparılmış monitorinqin nəticələrinə görə məktəb direktoru kimi fəaliyyətində aşkar edilmiş nöqsanlara görə olmuşdur. 41.Şərh olunan mübahisəsiz hallara baxmayaraq işə baxan apellyasiya məhkəməsi yazılı formada əmək müqaviləsinin olmaması kimi formal əsasla hesab etmişdir ki, tərəflər arasında əmək münasibətlər i yaranmamışdır, ümumiyyətlə iddiaçının xx.xx.2023- cü ildən xx.xx.2024-cü il tarixə kimi məktəbdəki fəaliyyəti məktəb direktoru vəzifəsinin icrasına aid deyildir.
42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qənaəti ilə razılaşmır, hesab edir ki, işəgötürən Agentliklə işçi İddiaçı arasında yazılı əmək müqaviləsi olmasa da, yuxarıda göstərilən işin mübahisəsiz halları həmin münasibətlərə başqa cür qiymət verilməsini istisna edir. Əmək Məcəlləndə və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda göstərilən vəziyyətlə bağlı yaranmış münasibətləri birbaşa tənzimləyən norma olmasa da, məsələnin həllində qanunvericiliyin analogiya üzrə tətbiqi qadağan edilmir.
43. İşin yuxarıda şərh olunan hallarına və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri bunun üçün əsas olmuş 7 may 2024-cü il tarixli monitorinqin nəticələri çərçivəsində yoxlamalı, əmək müqaviləsinə xitam verilməsi qaydalarına riayət olunub-olunmaması aydınlaşdırılmalı, təqdim edilmiş sü butlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2473/2025 nömrəli iş üzrə 18 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.