Məhkəmə qərarları › İş №2(102)-201/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-201/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-201/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıXXX Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-201/22 (Açar sözlər: kirayə haqqının tutulması, sübut etmə yükü) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı XXX iştirakı ilə, İddiaçı Hümbətovsa Sədaqət Surxay qızının Cavabdeh qarşı “kirayə haqqının tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1927/2021 nömr əli, 21 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı XXX kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı XXX iddia ərizəsi ilə Tərtər rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20800 manat məbləğində kirayə haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxzarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh iddiaçının mərhum ərinin dostunun arvadıdır.

3. İddiaçı ərinə məxsus Tərtər şəhəri, H.Cavid küçəsində yerləşən 6 nömrəli evdə yaşamadığından və başqa evi olduğundan, həmin evi müvəqqəti yaşamaq üçün 1998-ci ilin aprel ayında Cavabdeh vermişdir. Həmin ev hazırda iddiaçıya məxsusdur. 4. 2019-cu il noyabr ayında ehtiyacı olduğu üçün iddiaçı cavabdehdən evdən çıxmasını xahiş etmişdir. Cavabdeh evdən çıxmaq əvəzinə Tərtər Rayon Məhkəməsində iddiaçıya qarşı maddi ziyan tələbi ilə bağlı iddia qaldırmışdır. Ancaq Tərtər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(061)-158/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli, 2(104)-3797/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Daha sonra cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 19 may 2020-ci il tarixli, 2(102)-2477/2020 saylı qərarı ilə kassasiya şikayətin təmin edilmiş, Gəncə Apelyas iya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli, 2(104)-3797/2019 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən apelyasiya baxışına qaytarılmışdır.

5. Cavabdeh 1998-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək iddiaçıya məxsus evdə yaşamış və heç bir kirayə haqqı verməmişdir. Halbuki, həmin evin yerləşdiyi ərazidə normal şəraitli evin kirayə haqqı 80-100 manat təşkil edir. Bu səbəbdən də cavabdeh qaldığı müddət ərzində ümumilikdə iddiaçıya 20800 manat ona kirayə haqqı ödəməlidir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 675, 684.1, 685.1, 685.2.1, 685.2.2, 685.3, 685.4.1, 685.4.2 və 685.4.3-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - 1997-ci ildə cavabdehin əri indiki iddiaçıdan 0,05 ha torpaq sahəsini 800 ABŞ dollarına alıb. Cavabdehin əri veteran olduğu üçün xarici şirkət həmin torpaqda 1 otaqlı ev tikib. Sonradan əri Rusiya Federasiyasına getmiş, cavabdeh ərinin göndərdiyi pullu əlavə olaraq 1 tikililər inşa etmiş, hasar çəkib darvaza quraşdırmış, kommunal xidmətləri öz adına sənədləşdirmişdir; - 2015-ci ildə cavabdehin həbsdə olmağından istifadə edən iddiaçı (torpaq aktı iddiaçının adına olub) evi öz adına sənədləşdirib; - cavabdeh maddi ziyanla bağlı iddiaçıya qarşı məhkəmədə iddia qaldırıb, iddiası qismən təmin olunub, lakin mübahisə hələ bitməyib.

8. Tərtər Rayon Məhkəməsinin 2(061)-846/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Kamil Rzayev)

9. Birinci instansiya məhkəməsi iş materiallarında sübutlara qiymət verərək müəyyən etmişdir ki, m übahisəli evlə bağlı tərəflər arasında mübahsələrə bir neçə dəfə məhkəmə qaydasında baxılmışdır. Hazırki tələb üzrə iddiaçı cavabdehlə arasında bağlanmış kirayə müqaviləsi ilə bağlı hər hansı sənədi təqdim etməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut halları sübut edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 684.1, 685.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş ediblər.

12. Apellyasiya şikayətinin dəlilləri: - Cavabdeh hazırki işdən əvvəl iddiaçıya qarşı Tərtər şəhəri, H.Cavid küçəsi 6 saylı evin həyətində etdiyi yaxşılaşdırmanın dəyərinin ödənilməsi barədə id dia qaldırmış və Gəncə Apelyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti vermişdir; - sözügedən qətnamə ilə təsdiq edilir ki, həqiqətən Cavabdeh iddiaçının mülkiyyətində olan Tərtər şəhəri, H.Cavid küçəsi 6 saylı evdə uzun illər yaşamışdır. Belə olan halda, Cavabdeh iddiaçının evində yaşaması öz təsdiqini tapmaqla təmin edilməli olduğu halda işə baxan məhkəmə bunu etməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1927/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(061)-846/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Tərtər şəhəri, H.Cavid küçəsində yerləşən 6 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. iddiaçı cavabdehin həmin evdə uzun müddət kirayədə yaşamasını, həmin evin yerləşdiyi ərazidə normal şəraitli evin kirayə haqqının 80-100 manat təşkil etməsini, bu səbəbdən də cavabdehin qaldığı müddət ərzində ümumilikdə ona 20800 manat kirayə haqqı ödəniş etməsini bildirsə də, bu barədə hər hansı bir sənədi və ya kirayə müqaviləsini nə birinci, nə də apelyasiya instansiyası məhkəməsində təqdim etməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır.

15. Apellyasiya i nstansiyası məhkəməsi vurğulayıb ki, iş üzrə iddiaçı tərəf apelyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. İş üzrə tərəflər arasında kirayə münasibətlərinin mövcud olmasına dair hər hansı xüsusat və ya sübut müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

18. Kas sasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı Hümbətovsa Sədaqət Surxay qızı vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bun un üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi ş ikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yeni dən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

26. İddia tələbi kirayə haqqının ödənilməsi barədədir. İddiaçı cavabdehin onun mülkiyyətində olan evdə kirayədə yaşamasına istinad etmişdir.

27. İşin müəyyən edilən halları isə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

29. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1927/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar