Məhkəmə qərarları › İş №2(102)-201/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-201/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-201/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-145/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, iddiaçının payı 1.11636 ha, cavabdehin payı 1.26003 ha olmaqla, olan XXX rayonu XXX kəndi ərasizində 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. 2. “Alternativ” Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli XXX nömrəli mütəxəssis rəyinə görə, XXX rayonu XXX kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu, iddiaçının tələb etdiyi 1.11636 ha payının ümumi torpaq sahəsindən gediş–gəliş yolunun nəzərdə tutulması ilə ayrılması torpaq sahəsinin cənub-qərb hissəsindən mümkün olduğu müəyyən edilir. 3. “Al ternativ” Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli XXX nömrəli mütəxəssis rəyinə əsasən, XXX rayonu XXX kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə bölünmədiyinə və baxış keçirilən dövrdə yalnız iddiaçı tərəfindən istifadə olunduğuna görə, naturada ayrılmasının mümkün olub-olmamasını müəyyən etmək texniki cəhətdən mümkün deyil.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2960 nömrəli ekspert rəyinə görə, XXX rayonu XXX kəndi ərazisində yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ümumi mülkiyyətdə olan 2.37 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəyə, yəni cavabdehin payı 1.26003 ha və iddiaçının payı 1.11636 ha olmaqla, naturada iki hissəyə ayrılması hər iki sahəyə ayrı-ayrılıqda gediş-gəliş yolları müəyyən olunmaqla Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə əsasən mümkündür və sxem rəyə əlavə olunur. Mülki iş materiallarında olan plan-ölçü sənədində gediş-gəliş yolları göstərilmədiyi səbəbindən hər iki sahəyə ayrı-ayrılıqda gediş-gəliş yolları DƏDRX Şəmkir ərazi idarəsi tərəfindən yerində müəyyən edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında 2.37 ha torpaq sahəsinin onun payına düşə n 1.11 ha hissəsinin naturada bölünüb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun və cavabdehin ümumi birgə mülkiyyəti kimi 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Odur ki, onların birgə mülkiyyətində olan 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payına düşən 1.11 ha hissəsi naturada ayrılaraq onlara təhvil verilməlidir.

7. Tovuz Rayon Məhkəməsinin 2(076)-614/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia təmin edilmiş, xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli Hüquqların dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeyd edilmiş 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1.11636 ha hissəsi torpaq sahəsinin cənubqərb hissəsindən naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “xx.xx.2019-cu il qeydiyyat tarixli **********48 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeyd edilmiş 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1.11636 ha hissəsi torpaq sahəsinin cənub-qərb hissəsindən naturada ayrılması, ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, iddiaçı ümumi mülkiyyətdə olan payın ay rılması barədə cavabdehlə razılığa gələ bilməmiş, həmçinin iddiaçı öz payına düşən torpaq sahəsini istifadə etmək istəsə də, cavabdeh ona mane olmuşdur. Eyni zamanda iddiaçının payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçisinin hüquqlarının və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan mübahisəli torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir.”

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, torpaq sahəsini 2014-cü ilin may ayında iddiaçının anasından almış, xx.xx.2014-cü il tarixdə DƏDRX-də adına qeydə alınmışdır. Aldığı vaxtdan torpaq sahəsinə külli miqdarda pul sərf edərək, oranı əkinə yararlı hala salmış, hazırda özünə aid hissədə yonca əkdirmişdir. Torpaq sahəsinin 6 ildir ki, əkdiyi və istifadəsində olan hissəsinin ekspert rəyinə əsasən iddiaçıya verilməsi onun mülkiyyət hüquqlarını pozur.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-145/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur, həmçinin keçirilmiş ekspertiza ilə iddiaçı və cavabdehin payının ayrılmasının mümkünlüyü bir daha müəyyən olunmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbayc an Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, torpaq sahəsini 2014-cü ilin may ayında iddiaçının anasından almış, xx.xx.2014-cü il tarixdə DƏDRX-də adına qeydə alınmışdır. Aldığı vaxtdan torpaq sahəsinə külli miqdarda pul sərf edərək, oranı əkinə yararlı hala salmış, hazırda özünə aid hissədə yonca əkdirmişdir. Torpaq sa həsinin 8 ildir ki, əkdiyi və istifadəsində olan cənub-qərb hissəsinin ekspert rəyinə əsasən iddiaçıya verilməsi onun mülkiyyət hüquqlarını pozur. Aralarında olan mübahisə torpağın naturada bölünməsi ilə deyil, torpağın hansı hissəsinin ona, hansı hissəsinin iddiaçıya verilməsi ilə əlaqədardır. Mülki iş icraya yönəldikdən sonra aralarında yenidən münaqişə yaranacaqdır. Birinci instansiya məhkəməsində torpağın aralarında bölünməsinə dair verilmiş ekspert rəyində ziddiyyət vardır. Apellyasiya məhkəməsində isə ümumiyyətlə, torpağın hansı hissədən bölünməsi müəyyən edilməmişdir. Torpağın bölünməsinə dair heç bir razılaşma yoxdur. Apellyasiya məhkəməsi maddi hüquq normalarına istinad etsə də, tələblərini pozmuşdur. Məhkəmə ekspert rəyini tam və əsaslandırılmış hesab edərək mötəbər sübut kimi qəbul etmiş, bununla da prosessual qanunun tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi təkrar tikinti-texniki ekspertizası təyin etmiş, lakin həmin rəylə birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmuş ekspert rəyindəki ziddiyyət aradan qaldırılmamışdır. Qətnamədə ekspert rəyləri arasında ziddiyyətin müəyyən olunduğu açıq-aydın görünsə də, məhkəmə bunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kass asiya şikayətinə qarşı iddiaçının yazılı etirazının dəlillərinə görə, cavabdeh iddiaçının payına düşən hissədən onun istifadəsini mümkünsüz etmək istəyir, şikayətləri formaldır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanu nları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq mün asibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərə f öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlav ə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçü n apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətn amənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətl ərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: -

24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, p rosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessua l pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandı rılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X2rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: “Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olu nmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. Hirvisaari Finlandiyaya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qərar: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Bilani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlill əri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edild iyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

30. İlk olaraq, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən p ayı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun pa yına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan his sənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

31. Bu kontekstdə kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, eyni dəlillər cavabdehin apellyasiya şikayətində də əks olunmuşdu. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə öz aktında münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, dəlilləri qəbul yaxud rədd etdiyini qətnaməsində əsaslandırmamış, “... cavabdeh tərəf apellyasiya şikayətində şikayətin dəlillərini əsaslandır a bilməmiş,...” məzmunda ümumi ifadə ilə kifayətlənmişdir.

32. Halbuki, bu Qərarın yuxarıda müvafiq bəndlərində mətnləri verilən MPM-in normaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun qərarları ilə tələb (şərh, izah) olunmuşdur ki, yuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə mütləq qaydada hüquqi qiymət verməlidirlər.

33. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlay an yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

34. Bu mənada, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmaqla əvvəlcə müəyyən etməli idi ki, şikayətin dəlilləri onda qeyd olunan faktlarla bağlı həqiqəti əks etdirirmi? Əgər etdirirsə, o halda torpaq sahəsinin 2014-cü ilin may ayında iddiaçının anasından alınmasının və xx.xx.2014-cü il tarixdə DƏDRX-də qeydə alınmasının hazırkı mülki işə hansı təsirinin olduğu, xx.xx.2014-cü il tarixli qeydiyyatın kimin hansı hüquqlarını hansı sərhədlər daxilində təsbit etdiyi, torpaq sahəsi 2014-cü ilin may ayında alınarkən və xx.xx.2014-cü il tarixli qeydiyyat aparıl arkən indiki tərəflər arasında əmlakdan istifadə qaydaları (sərhədlər, suvarmaya yaxınlığı, əsas yola çıxış və sair) ilə bağlı razılığın əldə olunub-olunmadığı, torpaq sahəsi həmin dövrdən cavabdeh tərəfindən əkinə yararlı hala salınmışdısa və o, hazırda da sahənin cənub-qərb hissəsində yonca əkmişsə, iddiaçının bu faktlara münasibəti, torpaq sahəsinin cavabdehin əkdiyi (istifadəsində olan) cənub-qərb hissəsinin ona verilməsi və onun tərəfindən istifadə olunması ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın mövcud olub-olmamadığı da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı idi.

35. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin onun payına düşən hissədən istifadə etməyə imkan vermədiyini göstərsə də, iş üzrə alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində baxış keçirilən dövrdə torpaq sahəsinin iddiaçının istifadəsində olduğu qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyyətli məqama da aydınlıq gətirilməmişdir.

36. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməli, həmçinin, hazırkı Q ərarın 31-35-ci bəndlərində şərh edilən hallar işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, qeyd edilən hallara aydınlıq gətirilməli, hüquqi mövqelər nəzərə alınmaqla, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

38. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-145/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məh kəməyə göndərilsin. Cavabdeh kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar