Məhkəmə qərarları › İş №2(102)-201/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-201/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-201/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; öhdəliklər üzrə pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “öhdəliklərin əvəzi olaraq pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2965/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK (Podratçı) ilə X4 (Sifarişçi) arasında bağlanmış 11 may 2012-ci il tarixli, 97 saylı "xxxx" müqaviləyə əsasən, MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən “B” yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsində yerləşən 78 saylı 3 otaqlı mənzili inşa edib Səkinə Məlikovaya (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77668,8 manat pulun 30 faizini, yəni 23300,64 manat pulu müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi isə 161,81 kv.metr müəyyən edilmişdir.

2. İddia çı ilə X4 arasında bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi barədə fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” 09 iyun 2012-ci il tarixli müqaviləyə əsasən, Səkinə Məlikova Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən yaşayış “B” binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşəcək 3 otaqlı, 78 saylı mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə X4 (Sifarişçi) arasında 11 may 2012-ci il tarixdə bağlanmış 97 saylı "xxxx" müqaviləyə əsasən Səkinə Məlikova tərəfindən həmin MTK-ya ödənilməli olan 23300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər. 3. "xxxx" MTK (Podratçı) ilə Süleyman-z adə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında bağlanmış 01 iyun 2012-ci il tarixli, 127 saylı "xxxx" müqaviləyə görə MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən C binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 28 saylı 3 otaqlı mənzili inşa edib Rasim Süleymanzadəyə (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77668,8 manat pulun 30 faizini, yəni 23.300,64 manat pulu müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 kv.metr olaraq müəyyən edilmişdir.

4. İddiaçı ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş “Çoxmənzilli ya şayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” 09 iyun 2012-ci il tarixli müqaviləyə əsasən, Rasim Süleyman-zadə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən yaşayış "xxxx" binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında 01 iyun 2012-ci il tarixdə bağlanmış 127 saylı "xxxx" müqaviləyə əsasən Rasim Süleyman- zadə tərəfindən həmin MTK-ya ödənilməli olan 23300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşdür. 5. "xxxx" MTK (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 17 oktyabr 2012c i il tarixli, 164 saylı "xxxx" müqaviləyə əsasən, MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən C binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 59 saylı 4 otaqlı mənzili inşa edib İddiaçı (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 141148,80 manat pulun 30 faizini, yəni 42344,64 manatını müqavilə imzalanan gün, qalan hissəsini hər ay 3952,17 manat olmaqla 25 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 520 manat, hesablaşma sahəsi 271,44 kv.metr olaraq müəyyən edilmişdir. 6. 07 iyul 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-nə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbay can” qəzetində rəsmi elan yerləşdirilmişdir.

7. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə X2 (İddiaçı arvadı) Cavabdeh1 MMC-nə qarşı “müqavilənin ləğv edilməsi, mənzilə görə ödənilmiş pulun, memara ödədiyi pulun” tutulması barədə iddiası təmin edilmiş, həmin qətnamədən MMC-in verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Elmira Məmmədovanın xeyrinə sahəsi 249,11 kv.metr olan mənzilə görə tutulan məbləğin 249,110 ABŞ dolları müəyyənləşdirilmiş, Cavabdeh1 MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək qətnamə iddianın təmin olunan hissəsində ləğv edilib yeni apellyasiya baxışı na göndərilmişdir.

8. Həmin iş üzrə kassasiya instansiyası məhkəməsi öz qərarında vurğulamışdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən 21 mərtəbəli, bina "xxxx", 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X6 və Cavabdeh1 MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dollarının tutulması” h issəsində ləğv olunmuş, iddia tələbi qismən təmin edilmiş, mənzilin əksik olan 24,1 kv.metri üçün 24.100 ABŞ dollarının Cavabdeh1 MMC-dən X3 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(102)-3754/2023 nömrəli qərarı ilə qətnamə ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2024-cü il tarixli, 2(103)-770/2024 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək X3 iddiası rədd edilm işdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2024cü il tarixli, 2(102)-2112/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2024-cü il tarixli, 2(103)-770/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh1 MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağladığı müqavilələr üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən 89,5 kv.metr çatışmayan sahəyə görə 143200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 143230 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etm əklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən, "xxxx" MTK tərəfindən tikilmiş aşağıdakı mənzillərin sahibidir: “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 161,81 kv.metr olan 78 saylı mənzilin (əsas: 97 saylı 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 161,81 kv.metr olan 28 saylı mənzilin (əsas: 127 saylı, 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 271,44 kv.metr olan 59 saylı mənzilin (əsas: 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış bina sının tikintisi haqqında fərdi müqavilə”). 07 iyul 2011-ci il tarixdə Vergilər Nazirliyinin BŞVD KHŞDQİ tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-yə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir. Mənzillər üzərində mülkiyyət hüquqları hazıradək dövlət qeydiyyatına alınmamışdır. Bina inşa edilərkən 2016-cı ilin aprel ayınadək tam məbləğ ödəmişdir və tamamlama işləri davam edir. Mənzillərin təmiri üçün dizaynermemarla birgə onlara baxış keçirərkən, mənzillərin ümumi sahələrinin tərəflər arasında imzalanmış müqavilələrdə qeyd olunduğundan fərqli olduğunu müəyyən etmişlər. X12 tərəfindən verilən hesabata əsasən 4 otaqlı mənzilin sahəsi müqavilədə göstərilən 271,44 kv.m etr əvəzinə faktiki 227,36 (yəni 44.08 kv.m. əskik), 3 otaqlı mənzillərin hər birinin sahəsi 161,81 kv.metr əvəzinə 139,1 kv.metr (yəni 22.71 birində olmaqla iki mənzildə 45.42 kv.m. əskik) təşkil edir. Beləliklə, cəmi üç mənzil üzrə 89,5 kv.metr sahə müqavilələrdə göstəriləndən azdır. Müqavilələrə görə mənzillərin qiyməti 2012-ci ildə 3 otaqlı mənzillərin hər kvadrat metrinə görə 498 manat, 4 otaqlı mənzilə görə isə 538 manat olmuşdur. Lakin hazırda bu binalarda yerləşən mənzillərin faktiki sahəsinin bir kvadrat metrinin ən aşağı bazar qiyməti 1600 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehin ona vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahəyə görə 1600 manat olmaqla, cəmi 143200 manat məbləğindədir. Məhkəməyə müraciət edilənədək, cavabdeh şirkətin baş mühasibi və şirkəti n rəhbərinin nümayəndəsi (Nazim İbrahimov) ilə aparılan danışıqlar zamanı əskik gələn sahəyə görə pulun qaytarılması ona vəd edilsə də, hazıradək bu öhdəlik cavabdeh şirkət tərəfindən icra olunmamışdır.

15. Sonradan iddiaçının nümayəndəsi, Cavabdeh2 da cavabdeh qismində göstərməklə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli və 164 saylı 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən üç mənzil üzrə 89,5 kv.metr çatışmayan sahəyə görə 179000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 179030 manat pulun, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 3 ünvanda “B” yaşayış binasının 17-ci mə rtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzildə, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 28 saylı mənzildə və "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, 59 saylı mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70000 manat pulun, mənzillərin giriş qapılarının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərc olaraq 300 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində iddiaçıya üç mənzilə görə dəymiş zərərin məbləği 143200 manat göstərilmişdir. Lakin, hazırda bu binalarda yerləşən oxşar m ənzillərin faktiki sahəsinin bir kvadratmetrinin qiyməti yüksəlmişdir və minimum bazar qiyməti 1800 manat təşkil edir. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehlərin iddiaçıya vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahənin hər kvadratmetrinə görə 1800 manat olmaqla, cəmi 161100 manat təşkil edir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 3 ünvanda “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilə, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilə və "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilə dair bağlanmış müqavilələr üzrə öhdəliklərin icrası ilə bağlı MMC tərəfindən "xxxx" 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli və 164 saylı 17 oktya br 2012-ci il tarixli müqavilə şərtlərinin tam yerinə yetirilməsi vəziyyəti yoxlanılarkən, arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə iddiaçıya ümumilikdə 70000 manat ziyan cavabdehlər tərəfindən vurulmuşdur və hesab edir ki, dəymiş ziyan olaraq həmin məbləğdə pul cavabdehlərdən tutularaq ona birdəfəlik qaydada ödənilməlidir. Həmçinin iddiaçıya məxsus hər üç mənzilin giriş qapısının açarları cavabdehlər tərəfindən bilərəkdən xeyli müddət təqdim edilməmişdir. Hətta bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi əvvəlcə mümkün olmamış, sonradan iddiaçı məcbur olub peşəkar usta xidmətindən istifadə edərək, hər üç mənzilin giriş qapısının açarlarını məcburən dəyişdirmişdir. Nəticədə, cavabdehlər tərəfindən iddiaçıya əlavə ziya n vurulmuşdur. Bununla bağlı iddiaçı hər mənzilə 100 manat olmaqla ümumilikdə 300 manat xərc çəkmişdir.

17. Cavabdeh1 MMC-nin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir.

18. Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.metr təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 97 saylı, 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.m) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə mən zilə dair bağlanmış 127 saylı, 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.km) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 229,5 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 164 saylı, 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (271,44 kv.m) arasında Qaydalara uyğun lociyaya və balkona azaltma əmsalı tətbiq olunduqda (11.4 kv.m azalma) 41,94 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyini nəzərə alaraq, müqavilələrdə qeyd olunan sahələrin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesab lanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu 589- cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) qonaq otağı ilə mətbəx və holl arasındakı arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu müəyyən edilmişdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləği 4.553,5 manat müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 78 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəs inin 161,7 kv.m, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, "xxxx" yaşayış binasının 13-ci mərtəbəsində yerləşən 59 saylı mənzilin divarlarının və ara kəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edilməklə sahəsinin 271,0 kv.m təşkil etdiyi müəyyən edilir.

19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Nərgiz Tağıyeva) 4 may 2022-ci il tarixli, 2(005)- 49/2023 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir.

20. Məhkəmə, müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən 3 mənzilə dair 2012-ci ilin may, iyun və oktyabr aylarında 97; 127 və 164 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən mənzilin pay dəyəri ödənilmiş və mənzillər iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı hər üç mənzildə çatışmayan 89.5 kv.metr sahəyə görə 179.000 manat pulun, mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə 70.000 manat pulun, eləcə də hər üç mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə 300 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli, 164 saylı 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər əsasında yaranmışdır və həmin müqavilələrin 1.1-ci bəndinə uyğun olaraq sifarişçi bu müqaviləni əsas tutaraq sif ariş etmiş, podratçı isə Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B. ünvan 3 ünvanda tikilən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 78 saylı mənzili, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 28 saylı mənzili və "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 271,44 m2 sahəsi olan 59 saylı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilələrin 2.1 və 2.2-ci bəndlərində ödənişin mənzillərin ümumi yaşayış sahəsinə görə hesablandığı və hesablaşma sahələrinin üç mənzil üzrə müvafiq olaraq 161.81, 161.81 və 271,44 kv.metr olduğu müəyyən edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilələrin şərtləri və tərəflərin həmin müqavilələr üzrə üzər inə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı müqavilələrin 4.1.1-ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq 30 ay ərzində tamamlamağı, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması isə tərəflər arasında podrat münasibətləri nin yaranmasını istisna etmir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

22. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsindən ibarətdir.

23. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

24. Məhkəmə qeyd etmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

25. Məhkəmə qeyd etmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balk on, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təş kil etməklə nəticələnə bilər.

26. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübut etmənin predmetini təşkil edir. İddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunması cavabdeh tərəfindən sübut edilməlidir. Bu halı sübut etmək yükünün isə artıq cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

27. Məhkəmə müəyyən etmişdir ki, ekspert rəyində hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyi, müqavilələrdə qeyd olunan və təhvil verilən sahələrin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri çərçivəsində MMC müqavilədə göstərilən ölçüdə mənzilləri verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Belə ki, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə təhvil verilmiş mənzilin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı (iddia ərizəsində göstərilən həcmdə olmasa da) müəyyən edilmişdir.

29. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutlarla birlikdə qiymətləndirərək qeyd etmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən biri nin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilələrdə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı bir müddəa yoxdur.

30. Məhkəmə iddia tələbinin sözügedən mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə hər üç mənzil üzrə 70.000 manat ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə arakəsmə divarlar hörülmədiyi və mənzill ərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu və qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləğinin 4.553,5 manat olduğu müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi çatışmayan sahəyə görə pulun ödənilməsi və mənzillərdə işlərin düzgün görülməməsinə görə maddi zərərin ödənilməsi hissələrində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

31. Belə ki, məhkəmə iddiaçının mənzillərin sahələrinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərin təmiri üçün memarla birgə mənzillərə baxış keçirərkən məlumatlı olması və mənzillərin ona gec təhvil verilməsi barədə dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, 2012-ci ildə mənzillərə da ir müqavilələr bağlanarkən podratçı mənzilləri 30 ay ərzində inşa edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda irəli sürülən iddianın mahiyyəti nəzərə alınarsa cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsini, müqavilə şərtlərini pozmasını və mənzilləri əhəmiyyətli dərəcədə gecikdirməklə təhvil verməsini sübuta yetirmək vəzifəsi də həmin halları iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı iddia müddətini ötürmədiyini göstərsə də, mənzillərin ona nə vaxt təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, mülki iş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, iddiaçı 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün 967 manat ödəniş etmişdir.

32. Məhkəmə həmçinin tərəflə r arasında gedən digər mənzillərlə bağlı uzun sürən məhkəmə çəkişmələrini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının ona məxsus mənzillərin uzun müddət təqdim edilməməsi ilə bağlı hüququnun pozulmasını mübahisələndirməməsi iddiaçının istinad etdiyi halları bir daha təkzib edir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.

33. Məhkəmə iddia tələbinin mənzillərin açarlarının dəyişdirilməsinə görə 300 manat məbləğində zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının məhkəmə tərəfindən eksper tiza təyin edilərkən açarların onda olmaması, bu səbəbdən mənzilə baxış keçirilməsinin mümkün olmaması, açarların cavabdeh tərəfindən gizlədilməsi barədə izahatları mənzillərin açarlarının məhz cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən dəyişdirilməli olmasını təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 377.1, 390.4, 425.1, 752.1, 762.1, 766, 773, 776.1-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2ci, 59.3-cü maddələrinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

35. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibəti səhvən podrat münasibəti olaraq qiymətləndirmiş və bu səbəblə də əsassız olaraq iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmiş, işin hallarına uyğun olmayan qətnamə çıxarılmışdır.

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) 21 sentyabr 2023cü il tarixli, 2(103)-4900/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində i rəli sürülən dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir. Belə ki, birinci instansiya məhkəməsinin vurğuladığı kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, b inaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin vurğuladığı kimi, iddiaçı 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirmişdir və bu xüsusat mənzillərin ən azından göstərilən tarixdə iddiaçıya təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verir.

41. Belə ki, iddiaçı mənzilləri təhvil aldığı zaman cavabdehə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə 30 sentyabr 2021-ci il tarixdə (5 il 5 ay sonra) məhkəməyə təqdim etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, eyni binada onun oğluna məxsus olan mənzillə bağlı, oğlu müvafiq iddia tələbini 04 oktyabr 2018-ci il tarixdə qaldırmışdır.

42. Bu baxımdan birinci instan siya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mənzil sahibinə təhvil verildikdən sonra iddiaçı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, o qeyd edilən tədbirlərdən heç birini görməmiş və bununla da tələb etmək hüququnu itirmişdir.

43. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, əslində, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən “B” saylı binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 78 saylı və "xxxx" binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzillərlə bağlı iddiaçının MMC-nə qarşı tələb hüququ ümumiyyətlə mövcud deyildir.

44. Belə ki, həmin mənzillər iddiaçı ilə Səkinə Məlikova və Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış “Çoxmənzilli yaşa yış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” müqavilələr əsasında adı çəkilən şəxslər tərəfindən iddiaçıya verilmiş, MMC bu müqavilələrin tərəfi olmamış və iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, hətta həmin müqavilələri mübahisələndirmişdir. Başqa sözlə iddiaçı, cavabdehin digər üzvlərindən onların paylarını, dəyərlərini məhz həmin payçılara ödəməklə əldə etmiş, nə MTK, nə də onun hüquqi varisi olan MMC iddiaçı qarşısında birbaşa öhdəlik götürməmişlər (iki mənzilə münasibətdə). c) Kassasiya instansiyasındakı birinci icraat

45. İddiaçı, kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikay əti apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi, hazırkı işin faktiki hallarını düzgün araşdırmamış və məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil. Birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilələrin şərtlərinə və tərəflər arasındakı öhdəliklərin xarakterinə görə onlar arasındakı münasibətlər podrat münasibətləri olmuşdur. Mübahisə predmetini təşkil edən hər üç mənzillə bağlı bağlanmış müqavilələrin podrat müqaviləsi hesab edilməsi mülki hüquqa ziddir. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmetini təşkil edən mənzillərin cavabdeh tərəfindən iddiaçıya təhvi l verilməsi qənaətinə gəlsə də, mülki iş materiallarında bununla bağlı bir sübut belə mövcud deyil. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh mənzillərin və mənzillərin yerləşdiyi binaların təhvil verilməsi, dövlət komissiyası tərəfindən təhvil alınması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin mənzillərin təhvil verilmiş kimi qiymətləndirməsi absurddur və anlaşılan deyil.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2(102)-413/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(103)4900/2023 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün göndərilmişdir hakimləri Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev).

48. Kassasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki,

73. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən, sahələri 161.81; 161.81; 271,44 kv.metr olan 3 mənzilə dair 2012-ci ilin may, iyun və oktyabr aylarında 97, 127 və 164 saylı müqavilələr bağlanıb. Həmin müqavilələrə əsasən mənzillərin pay haqqı iddiaçı tərəfindən cavabdehə tam məbləğdə ödənilib və onun cavabdehə ödənilməyən borcu yoxdur.

49. Hazırda iddiaçı, cavabdehdən hər üç mənzildə çatışmayan cəmi 89.5 kv.metr sahəyə görə 179.000 manat; hər üç mənzildə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə 70.000 manat; el əcə də hər üç mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə 300 manat pul iddia edir.

50. Cavabdehin nümayəndəsi isə sözügedən mənzillərin 2015-ci ildə iddiaçıya təhvil verildiyini, sakinlərin mənzillərin açarlarını götürərək orada təmir işləri apardıqlarını, 2015ci ildən sakinlərin həmin mənzillərə köçüb orada yaşamağa başladıqlarını, bu halın mənzillərin qaz, işıq və su ilə təmin edilmələri ilə təsdiq edildiyini göstərib, iddiaya etiraz edir.

51. Əvvəla, tərəflər arasında bağlanmış hər 3 müqavilədə mənzillərin sahəsi ilə bağlı razılaşma həmin müqavilələrin mühüm şərtidir.

52. Digər tərəfdən, sözügedən müqavilələrdə mənzillərin sahələrinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı müddəa yoxdur. Yəni, sözügedən müqavilələrdə “yaşayış sa həsi” məhz hesablaşma qaydasıdır və həmin müqavilələrdə bunun əksini təsdiq edən başqa şərt yoxdur.

53. Kassasiya instansiyası məhkəməsi, sözügedən müqavilələrin şərtlərini və tərəflərin həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasında əslində podrat münasibətləri olub.

54. Belə ki, sözügedən müqavilələrin şərtlərinə görə, cavabdeh müqavilələrin 4.1.1-ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulan texniki normalara uyğun olaraq 30 ay müddətində tamamlayıb iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin müqavilələrdə şərtləşdirilmiş pul məbləğlərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Həmin müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə e dən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilələrdəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir.

55. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Çünki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdırlar. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.

56. Qeyd olunanlar baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya mənzillərin sahələrinin həcmi baxımından qüsurlu mal verib-verməməsi ilə bağlıdır.

57. Hazırkı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1, 762.1, 770, 773 və 766-cı maddələrinin tələbləri təşkil edir və həmin normaların mənasına görə, podrat müqaviləsi üzrə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etm əyə borcludur. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

58. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesa blanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

59. Həmçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsiyaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

60. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqav ilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.

61. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda iddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunduğunu sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, ekspe rtin rəyi ilə müəyyən olunur ki, həqiqətən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulan sahələrin ölçüləri arasında kəskin fərq vardır və mənzillərin sahələrinin və həcminin hesablanması zamanı cavabdeh tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri pozulub.

62. Göründüyü kimi, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından cavabdeh müqavilədə göstərilən ölçüdə mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra edib və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməyib.

63. Əksinə, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulandan az ölçüdə mənzil verdiyini əsas tutub hazırkı iddi a tələblərini irəli sürüb. Mülki iş materiallarında olan sənədlərlə, habelə məhkəmə araşdırması zamanı əldə edilən ekspert rəyi ilə də sözügedən mənzillərinin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir.

64. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermədiyini, qüsurlu olduğunu bilə-bilə iddiaçının pretenziya irəli sürmədən sözügedən mənzilləri qəbul etdiyini, belə olan halda qüsurlarla bağlı onun tələb hüququnun əmələ gəlmədiyini, iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirdiyini və bu xüsusatların mənzillərin ən azından göstərilən tarixdə ona təhvil veri lmiş olduğu qənaətinə gəlməyə əsas verdiyini, lakin onun iddia ərizəsini 30 sentyabr 2021-ci il tarixdə 5 il 5 ay sonra məhkəməyə təqdim etdiyini və mənzillər ona təhvil verildikdən sonra iddiaçının ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzillərin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, qeyd olunan tədbirlərdən heç birini görmədiyini və bununla da tələb etmək hüququnu itirdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

65. Əvvəla, işdən görünür ki, cavabdeh iddiaçı üçün podratı elə icra edib ki, podratın nəticəsi açıq-aşkar qüsurlardan azad deyil. Podratın nəticələrinin qüsursuzluğu dedikdəonun müqavilədə şərtləndirilmiş keyfiyyətə uyğun gəlməsi anlaşılır. Müqavilədə podratın nəticələrinin keyfiyyəti müəyyən ləşdirilmədikdə, o, müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun olmalı və ya adi istifadə üçün yararlı olmalıdır.

66. Hazırkı halda ekspertin rəyi ilə müəyyən olunur ki, həqiqətən hər üç mənzilin ümumi sahələri ilə müqavilələrdə nəzərdə tutulan sahələrin ölçüləri arasında kəskin fərq vardır və podratın nəticələri qüsurludur, yəni cavabdehin icra etdiyi podrat, tərəflər arasında bağlanmış müqavilələrdə şərtləndirilmiş mənzillərin sahələrinə uyğun gəlmir.

67. Digər tərəfdən, Mülki Məcəllənin 752-ci maddəsinin mənasına görə, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməli və həmin işin nəticəsini sifarişçiyə təhvil verməlidir. Yəni, müqavilədə nəzərdə tutulmuş işi tam icra etdiyini və həmin işin nəticəsini sifarişçiyə təhvil verdiyini sübut etmək yükü sifarişçinin deyil, bila vasitə podratçının üzərinə düşür.

68. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və işdə, cavabdehin sözügedən müqavilələrdə nəzərdə tutulmuş mənzilləri sahələrinə uyğun şəkildə inşa etməsi və həmin mənzilləri ona təhvil verməsi barədə heç bir mötəbər yazılı sübut olmadığı halda, iddiaçının həmin mənzillərin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onları qəbul etməsi və həmin qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, sözügedən podrat müqavilələrinin məzmununu təşkil edən tərəflərin hüquq və vəzifələri arasında Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulmuş podratçının işi qüsursuz icra etmək vəzifəsi xüsusi yer tutur.

69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının 27 apre l 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirməsi, mənzillərin göstərilən tarixdə ona təhvil verilməsi nəticəsinə gəlməyə əsas vermir. Çünki yuxarıda sadalanan normaların mənasına görə, podrat müqaviləsinə əsasən icranın qüsurları barəsində sifarişçinin tələb hüququ o, vaxt əmələ gəlmiş olur ki, podratçı müqavilədə nəzərdə tutulmuş işi tam icra etmiş olsun və həmin işin nəticəsini bilavasitə sifarişçiyə təhvil versin və ya sifarişçi işin nəticəsini faktiki qəbul etməsini etiraf etmiş olsun.

70. Hazırkı işdə isə, belə hallar yoxdur və iddiaçı podrat müqavilələrində nəzərdə tutulan işin nəticəsini cavabdehdən təhvil aldığını etiraf etmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının, sözügedən podrat müqavi lələri üzrə görülmüş işin icrasının qüsurları barəsində hazırkı tələbləri işin nəticəsini qəbul etdiyi gündən 5 il, 5 ay sonra irəli sürməsi barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

71. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən podrat müqavilələri üzrə mənzilləri iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmadan, sonuncunun həmin mənzillərin qüsurları barədə tələb hüququnun nə vaxtdan əmələ gəldiyini, başqa sözlə Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının nə vaxtdan başladığını dəqiqləşdirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq, iddiaçının hazırkı iş üzrə iddia olunan qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlib.

72. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 372.2-c i maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti dedikdə - məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keç irilmək imkanı yaranır. Yəni, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır.

73. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir və apellyasiya instansiyası məhkəməsi qətnamədə iddia müddətinin axımını- iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılmasına görə həyata keçirdiyi ödəniş tarixlərindən hesablasa da, mənzillərə dair təhvil-təslimin nə vaxt, kimlər arasında aparıldığını, həmin mənzillərin qeyd olunan tarixdə həqiqətən iddiaçıya təhvil verilib-verilmədiyini aydınlaşdırmayıb.

74. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasını n Mülki Məcəllənin 372.1, 377.1, 752.1, 752.2, 759.1, 762.1, 762.4, 763.1, 763.2, 763.3, 770, 776.1-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.2, və 59.3cü; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 407.2, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

75. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) 2(103)-2965/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

76. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instans iya məhkəməsinin tərəflər arasında olan münasibətlər düzgün olaraq podrat müqaviləsi üzrə münasibətlər kimi qiymətləndirilmişdir.

77. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzilin təhvil verilməsi də işin faktiki halları ilə təsdiqini tapır. Belə ki, cavabdeh müqavilədə göstərilən ölçüdə mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra edib və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməyib, ekspert rəyi ilə də sözügedən mənzillərinin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir.

78. Hal – hazırda işin mübahisə doğuran və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən araşdırılmalı olan halları iddia müddətinin keçtb – keçməməsi məsələsinə qiymət verilmə sidir. Kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib yeni qərar qəbul etməməsi, işi yenidən araşdırılmaq üçün göndərilməsi də bununla bağlıdır ki, müddətlə bağlı məsələlər araşdırılaraq qiymət verilsin.

79. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı apellyasiya şikayətinin dəlili olaraq ona istinad etmişdir ki, binanın istismarına icazə verilmədiyindən bina təhvil verilməmiş hesab olunur.

80. Məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, binanın istismara qəbul edilməməsi mənzillərin sakinlərə təhvil verilməməsi ilə eyni mahiyyət daşımır. Tikinti sferasında mövcud təcrübədə sakinlərə təhvil verilmiş, hətta illərlə yaşayış olan binaların belə istismara qəbul edilməməsi halları kifayət qədərdir. Çünki, istismara qəbul etməkdən imtina adətən digər səbəblərlə, zəruri sənədlərin, müvafiq rəylərin alınmaması və digər hallarla bağlı olur. Lakin qeyd olunan halların mövcudluğu belə mənzillərin sakinlərə təhvil verilməsi üçün maneə deyildir.

81. İlkin olaraq ona diqqət yetirmək lazımdır ki, İddiaçılə müqavilələrin bağlanması 2012-ci ilə təsadüf etsə də, sonuncunun həyat yoldaşı X5 ilə müqavilə 2015-ci ildə bağlanmışdır. Həmin iş üzrə iddiaçılar eyni olmasa da, ailə üzvləri olduqlarından müddət məsələsi araşdırılarkən obyektivlik baxımından bu işlər üzrə halların birlikdə qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, iddiaçının oğlunun adına da həmin binadan mənzillər alınmış və eyni məzmunlu tələblərlə 04 oktyabr 2018-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur.

82. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2024-cü il tarixli, 2(103)-770/2024 nömrəli qərarında məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, yaşayış binası 2015-ci ildə hazır olmuş və X2 həmin vaxt mənzildə ölçü işlərini aparmağa imkanı olmuşdur. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxan kollegiya 26 iyul 2024cü il tarixli, 2(102)-2112/2024 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşdığını qeyd etmişdir.

83. Kassasiya instansiyası məhkəməsinin göstərişlərindən birini cavabdehin podrat müqavilələri üzrə mənzilləri iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmaq təşkil edir. Apellyasiya instansiyası məhkəməsində bu xüsusatın araşdırılması üçün dəfələrlə məhkəmə iclası təxirə salınaraq bu barədə sübutların təqdim olunması tərəflərə tək lif olunsa da, məhəkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası iddia müddəti ilə bağlı məsələni yalnız iş materiallarında olan sübutlar əsasında qiymətləndirir.

84. Mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə - bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir, sifarişçi binaya aid icranın qüsuru barədə tələbi 5 il ərzində irəli sürə bilər.

85. Kassasiya instansiyası məhkəməsi iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirməsini mənzillərin göstərilən tarixdə ona təhvil verilməsi nəticəsinə gəlməyə əsas vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halın mövcudluğu mənzillərin təhvil verilməsini təsdiq etməsə də, bu xüsusat işin digər halları ilə birlikdə qiymətləndirilməlidir. 86. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 avqust 2016-cı il tarixli müqavilədən də görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi prospekti 74 ünvanında inşa olunan 3 bloklu binada İP Domofon sisteminin quraşdırılması və texniki xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Domofon sisteminin quraşdırılması, xidmətlərin göstərilməsi yalnız hazır vəziyyətdə olan binalarda mümkün olduğundan məhkəmə kollegiyası həmin vaxt artıq binanın hazır olması və ən geci bu tarixdə iddia müddətinin axımının başlandığı qənaətinə gəlir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 30 sentyabr 2021-ci il tarixdə müraciət etmiş, yəni, bu tarix əsas götürüldükdə belə 5 illik iddia müddətini ötürmüşdür.

87. Məhkəmə kollegiyası işin faktiki hallarını qiymətləndirərək bu qənaətə gəlir ki, həm iddiaçının ailə üzvləri tərəfindən eyni məzmunlu iddiaların, xüsusilə də oğlu X11 tərəfindən 04 oktyabr 2018-ci il tarixdə qaldırılması, həmçinin, 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün iddiaçının ödənişlər həyata keçirməsi, 04 avqust 2016-cı il tarixli müqaviləyə əsasən binada İP Domofon sisteminin quraşdırılması, texniki xidmətlərin göstərilməsi mənzilin ən geci 2016-cı ilin avqust ayında təhvil verilməsi qənaətinə gəlməyə əsas verir. İddiaçının həmin vaxtdan mənzildə ölçü işlərini aparmağa imkanı olmuş, lakin heç bir pretenziya irəli sürməmiş, 5 illik iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

88. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi səbəbilə iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

89. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 372.1, 377.1, 752.1, 752.2, 759.1, 762.1, 762.4, 763.1, 763.2, 763.3, 770, 776.1-ci; Azərba ycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.2, və 59.3-cü; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 372.1, 372.2, 372.6, 372.7, 384.0.1, 385.1 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

90. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2965/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının tam təmin edilməsi – Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “B ” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzil, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərd abi prospekti 74 ünvanda yerləşən, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzil və Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzil üzrə ümumilikdə 89.5 kv. metr çatışmayan sahəyə görə 179.000 manat və dövlət rüsumu 30 manat olmaqla, cəmi 179.030 manat məbləğində pulun, sadalanan hər üç mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70.000 manat məbləğində pulun və mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərc olaraq 300 manat məbləğində pulun, cəmi 249.330 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı birdəfəlik ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

91. Kassasiya şikayətində qeyd olunmuşdur ki, mübahisə predmetini təşkil edən hər üç mənzillə bağlı bağlanmış müqavilələrin podrat müqaviləsi hesab edilməsi mülki hüquqa ziddir, hüquqi qeyri-müəyyənlik yaratmaq cəhdidir. Belə ki, cavabdeh MMC Mülki Məcəllənin podrat münasibətlərinə aid heç bir şərti yerinə yetirməyib və bunları təsdiq edən sənədləri yoxdur, müqaviləni notariat qaydasında bağlamayıb. Belə ki, o zaman belə tənzimləmə də yox idi. Bundan başqa, podrat müqaviləsinə uyğun olan müqavilə bağlanmayıb və ya faktiki davranış cavabdeh tərəfindən nümayiş etdirilməyib. Qeyd olunanlarla yanaşı, tərəflərin Mülki Məcəllədə podrat münasibətlərində nəzərdə tutulanlar üçün müəyyən edilən digər hüquqları və vəzifələri də faktiki mövcud deyil. Belə ki, cavabdeh MMC Mülki Məcəllənin 770-ci maddəsinə əsasən yerinə yetirdiyi işi hal hazıradək mənzil sahiblərinə təhvil verməyib, onlara bu barədə bildiriş göndərməyib. Digər sakinlər kimi, iddiaçı da görülən işi-mənzili təhvil alması barədə heç bir sənədi imzalamamışdır. Hal-hazıradək iş tamamlanmamış hesab olunur. Belə ki, podrat müqaviləsinə görə tikilmiş binanın istismarına icazə verilmədiyinə görə, Mülki Məcəlləyə əsasən bina “tikintisi başa çatmayan” binadır, yarımçıq tikilidir. Müqavilələrə görə cavabdeh mənzilləri 30 ay müddətində, yəni 2015-ci ilin dekabr ayında təhvil verməli idi. Lakin müqavilə öhdəliklərin yerinə yetirilməməsindən artıq 9 il keçmişdir. Cavabdehin davranışı mənzillərin sahəsi üzrə qüsuru gizlətməsi anlamına gətirir. Belə ki, “Çoxmənzil li yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lərin hər üçündə 2.2-ci bəndində ödəniş mənzillərin hər kv.m. “yaşayış sahəsi”nə görə aparılmalıdır. Yaşayış sahəsi isə layihələndirmə və ya oxdan-oxa sahə və s. deyil. Müqavilədə ödəniş yaşayış sahəsinə görə aparılmasına razılıq verdiyinə görə iddiaçı bu müqavilələrə imza atmışdır. Əks təqdirdə iddiaçı belə müqavilələri imzalamazdı. Məhkəmənin Şəhərsalma və Tikinti Məcəlləsində yaşayış sahəsinə verilən izahı şərh etməsi qanuna ziddir və hakimin səlahiyyətinə aid deyil. Qətnamədə məhkəmə kollegiyası qəbul etmişdir ki, cavabdeh müqavilədə göstərilən ölçüdə mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra edib və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməyib, ekspert rəyi ilə də mənzi llərinin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikasında mənzillərə verilən çıxarışda yalnız yaşayış sahəsi tamamlanmış mənzildə divardan divara ölçü hesablanmaqla müəyyən edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya (podratçı) istinad edə bilməz. Binaya aid tələb Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən təhvil-təslimdən sonra 5 ildir, hansı ki, bu günədək bina yarımçıq tikili hesab edilir.

92. Sifarişçi-podratçı münasibətləri Cavabdeh1 MMC ilə "xxxx" MTK-nın arasında olan münasibətlərdir və bu münasibətlərin “Çoxmənzilli yaşayış binalarının tikintisi haqqında fərdi müqavilə”lərə aidiyyəti yoxdur. Bu müqavilələrin hər üçündə 2.1 və 2.2-ci bəndlərdə ödənişin mənzillərin yaşayış sahəsinə görə aparıldığı və hesablaşma sahələri də üç mənzil üzrə 271,44 və 161,81 kvadrat metr yaşayış sahəsi üçün müəyyən edilmişdir. Cavabdehin yanlış dediyi sahə isə “tikinti sahəsi” adlanır. Heç bir müqavilədə tikinti ərazisinə görə hesablaşmanın aparılması barədə söz və ya ifadə yoxdur. Bildiyiniz kimi qanun normativ hüquqi aktdır və hamı üçün məcburi normadır. Məhkəmələr qanuna zidd olaraq yaşayış sahəsini tikinti sahəsi ilə eyniləşdirmişlər. Halbuki, müqavilələrdə bu barədə heç bir qeyd yodur və cavabdeh tərəfindən də sübut yoxdur. Tikinti sahəsi mənzillərin ümumi sahəsindən divar və arakəsmə altında olan sahə qədər çoxdur. Lakin müqavilədə mənzilin tikinti sahəsi deyil, yaşayış sahəsi üzrə hesablaşmanın aparıldığı konret yazılıb. İş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın rəyinə əsasən, qanunvericiliklə müəyyən edilən tələblərə tam uyğun olaraq mənzillərdə aparılan ölçmə işləri nəticəsində çatışmayan yaşayış sahələrinin mövcudluğu öz təsdiqini tapmışdır. Cavabdeh1 MMC "xxxx" MTK-nın hüquqi varisi olaraq Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən binalarda "xxxx" MTK ilə imzalanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lərdə cavabdeh şirkət məhz yaşayış sahəsinin hər kvadrat metri üçün ödəniş almışdır. Müqavilələrdə Bakı şəhər İH tərəfindən təsdiq edilən cizgi barədə və onun əsasında sahənin hesablanması üsulu haqqında heç bir müddəanın olmaması və mübahisə qaldırıldığı zaman guya sahənin cizgi ilə hesablanmalı olması yalandan başqa, yəni iddiaçının bir istehlakçı kimi aldadılmasından başqa bir şey deyil. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 19.2.12-ci maddəsinə əsasən satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması halında dövlət istehlakçının maraqlarına üstünlük verməlidir. Tərəflər müqavilə bağlayan zaman müqavilədə təsbit olunanlar dairəsində mülahizə yürüdə bilərlər. Müqavilədə əksini tapmayan müddəaların, müqavilənin alqı-satqı deyil, podrat müqaviləsinə uyğun gəlməsi barədə nəticə məhkəmə tərəfindən qətnamədə əsaslandırılmamışdır.

93. Tərəflərindən Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən sorğu edilərək, qeyd edilən Agentliyin, Cavabdeh1 MMC-nin və layihəçi təşkilat "xxxx" MMC-nin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş Ö/006436 seriyalı xx.xx.2024-cü il tarixli İstismara hazırlıq Aktı əldə edilmişdir. Sözügedən aktın təsdiq edilmiş surəti iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Həmin İstismara hazırlıq Aktında mübahisəli ünvanda tikintinin başlanılma tarixi xx.xx.2012-ci il, qurtarma vaxtı isə xx.xx.2023-cü il göstərilmişdir. Bu Akt onu təsdiq etmişdir ki, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 119, 121 və 123 olan (mübahisəli mənzilin yarləşdiyi hazırki ünvan) 3 ədəd 1 girişli çoxmərtəbəli yaşayış binalarının, binalar arası qeyri-yaşayış obyektlərinin və yeraltı dayanacağın tikinti-quraşdırma işləri, texniki nəzarət, daxili əməliyyat nəzarəti, müəllif və dövlət nəzarəti müvafiq qaydada həyata keçirilməklə yerinə yetirilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin sadalanan normalarının tələblərinə zidd olaraq, məhkəmə kollegiyası, domofon sisteminin quraşdırılması barədə müqavilənin cavabdeh MMC ilə 2016-cı ilin avqust ayında imzalanmasını, iddiaçının oğlu Anar Əliyevlə bağlı məhkəmə mübahisəsinin 2018-ci ilin oktyabr ayında qaldırılmasını, mübahisəli mənzillərlə bağlı 2016-cı ilin aprel ayında kommunal xidmətlərə görə sayğacların quraşdırılması üçün ödənişlər edilməsini mənzillərin artıq iddiaçıya 2016-cı ilin avqustunda təhvil verilməsi kimi qiymətləndirmişdir. Əvvəla, qeyd edilməlidir ki, bu əsaslar üzrə və işin hər hansı halını-faktını müəyyən etməyən dolayı sübutlar üzrə qiymətləndirmə nəticəsində iddiaçının hazırki iddianı irəli sürməs i üçün nəzərdə tutulan müddəti ötürməsi barədə gəldiyi nəticə səhvdir, qanunsuzdur. Həmçinin, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Cavabdeh1 MMC-nin və layihəçi təşkilat "xxxx" MMC-nin nümayəndələrinin birgə imzaladığı Ö/006436 seriyalı xx.xx.2024-cü il tarixli İstismara hazırlıq Aktı ilə mübahisə predmetini təşkil edən mənzillərin 2016-cı ilin avqustunda təhvil verilməməsi açıq-aşkar müəyyən edilir. Mübahisəli mənzil və onun yerləşdiyi bina qanunvericiliyin tələblərinə əsasən hələ ki istismara hazırlanır və belə hazırlıq xx.xx.2024cü il tarixli Aktla rəsmiləşdirilmişdir. Belə olan halda, məhkəmənin, iddiaçıya satılmış mənzillərin ən geci 2016-cı ilin avqustunda təhvil verilməsindən ibarət gəldiyi nəticə yanlış olmaqla, həqiqəti əks etdirmir. Belə əsassız dəlil və sübu tlarına qiymət verərək, mənzillərin guya ki, 2016-cı ilin avqustunda iddiaçıya təhvil verilməsi və sonuncunun hazırki iddia tələbi üzrə iddia müddətini ötürməsi kimi qətnamədə gəlinən nəticə də yanlış və absurddur, bu nəticə işin faktiki hallarına ümumiyyətlə uyğun gəlmir, bu barədə çıxarılmış məhkəmə qərarları da qanunsuzdur və ləğv edilməlidir.

94. Apellyasiya instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməli olduğu halda, qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, nəticədə qanunsuz qətnamə ilə iddia tələbini əsassız olaraq rədd edərək, işin faktiki və həqiqi hallarına, tərəflərin qarşılıqlı mün asibətinə uyğun əsaslandıra bilməmişdir.

95. Hazırki halda, məhkəmə kollegiyası, iddiaçının həyat yoldaşı X2 cavabdeh MMCyə qarşı olan iddiası üzrə çıxarılmış məhkəmə qərarlarında gəlinən nəticələrə istinad edərək, həmin iddia üzrə məhkəmə qərarlarında ortaya qoyulmuş yanlış yanaşmaları öz qərarında da səhvən tətbiq etmişdir. Məhkəmə qətnaməsində bir tərəfdən mənzillərin iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmaq üçün dəfələrlə məhkəmə iclasının təxirə salındığını, bu barədə sübutların təqdim olunması tərəflərə təklif olunduğunu, lakin məhkəməyə hər hansı bir sübut təqdim olunmadığını qeyd etmiş, digər tərəfdən hazırki mübahisə üzrə kassasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)413/2024 saylı qərarındakı göstərişləri MPM-in 420-ci maddəsinin tələblərinə zidd olara q nəzərə almamış, amma son nəticədə həmin qərardakı göstərişlərə zidd dolayı sübutlara yanlış hüquqi qiymət verməklə əsassız qətnamə çıxarmışdır. Sözügedən məhkəmə qərarında kassasiya məhkəmə kollegiyası birmənalı qeyd etmişdir ki, hazırda iddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunduğunu sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür.. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir və apellyasiya instansiyası məhkəməsi qətnamədə iddia müddətinin axımını- iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılmasına görə həyata keçirdiyi ödəniş tarixlərindən hesablasa da, mənzillərə d air təhvil-təslimin nə vaxt, kimlər arasında aparıldığını, həmin mənzillərin qeyd olunan tarixdə həqiqətən iddiaçıya təhvil verilibverilmədiyini aydınlaşdırmayıb. Kassasiya məhkəmə kollegiyası yuxarıdakı qərarında mənzillərin təhvil-təslim edilməsinin kommunal xidmətlərə görə sayğaclar quraşdırılması üçün ödəniş tarixlərindən hesablanmasını qanunsuz hesab etmiş, buna baxmayaraq, apellyasiya məhkəmə kollegiyası bu dəfə də binalara domofon sisteminin quraşdırılması barədə müqavilənin bağlandığı tarixə (xx.xx.2016) əsasən binanın təhvil verildiyini əsas tutaraq, İddiaçı hazırki iddianı qaldırmaq üçün müddəti ötürdüyü barədə yanlış qənaətə gəlmişdir. Domofon sistemi quraşdıran şirkət ilə cavabdeh MMC arasında hər hansı müqavilənin bağlanması heç bir halda binanın təhvil verilməsi kimi qiymətlə ndirilə bilməz. Ümumiyyətlə, hazırki mübahisənin predmeti binanın deyil, mənzillərin təhvil verilməsi təşkil edir. Mənzillərin təhvil verilməsi isə ayrıca təhvil-təslim aktı ilə rəsmiləşdirilir, hansı ki, cavabdeh MMC-ni təmsil edən nümayəndə mahiyyəti üzrə işə baxılarkən bütün məhkəmə instansiyalarında belə bir aktın nəinki iddiaçı ilə, hətta cavabdeh MMC-nin həmin ünvanda inşa etdiyi üç binanın hər birində yaşayan sakinlərlə aralarında mənzillərin təhvil-təsliminin həyata keçirimədiyini və bu barədə hər hansı akt imzalamadıqlarını etiraf etmişdir. Mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi bina Dövlət tərəfindən istismara qəbul edilmək üçün hazırlanır və bununla bağlı xx.xx.2024-cü il tarixdə Ö/006436 seriyalı İstismara hazırlıq Aktı tərtib edilmişdir, belə olan halda hesab e dirlər ki, məhkəmə kollegiyasının, domofon sisteminin quraşdırılması barədə müqavilənin cavabdehlə 2016-cı ilin avqust ayında imzalanmasına binanın təhvil verilmiş hesab edilməsi kimi qiymət verməsi və belə nəticəyə gələrək, mənzillərin həmin ərəfələrdə iddiaçıya təhvil verilməsi kimi gəldiyi nəticə yanlış və absurddur. Apellyasiya instansiya məhkəməsinin qətnamədəki bu nəticəsini MPM-in 420-ci maddəsinin tələblərinə zidd hesab edirlər. Apellyasiya məhkəmə kollegiyası bu dəfə də hazırki işin həqiqi və faktiki hallarını düzgün araşdırmamış və gəldiyi nəticə işin həmin hallarına uyğun deyildir. Mənzillərin açarları iddiaçıda olmadığına görə Nərimanov Rayon Məhkəməsində işə baxılarkən təyin edilən ekspertizanın aparılması üçün həmin mənzillərə baxışın keçirilməsi bu səbəbdən bir ilə kimi uzan dığı halda, apellyasiya məhkəməsinin mənzillərin iddiaçıya təhvil verilməsi qənaətinə gəlməsi hər hansı normativ akta-sənədə uyğun əsaslandırılmamışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən iddiaçıya satılmış mənzillər və onların yerləşdiyi bina hal-hazıradək rəsmi olaraq iddiaçıya təhvil verilmədiyindən və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təqdim edilmiş Ö/006436 seriyalı xx.xx.2024-cü il tarixli İstismara hazırlıq Aktına əsasən mənzillərin yerləşdiyi bina istismara qəbul edilmədiyindən, hələ ki istismara qəbul edilmək üçün hazırlandığından, hesab edirik ki, mənzillərin iddiaçıya təhvil verilməsi və iddiaçı tərəfindən irəli sürülmüş hazırki iddia tələbi üzrə iddia müddətinin ötürülməsi kimi məhkəmənin gəldiyi nəticə də yanlışdır, bu barədə çıxarılmış qətnamə də qanunsuzdur və ləğv edilməlidir.

96. Hazırkı mübahisə ilə əlaqədar məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının bütün hakimlərindən ibarət tərkibdə baxılmasa da, bir daha bildirirlər ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsində nəzərdə tutulan “kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir” tələbini kobud surətdə pozaraq, bu iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)413/2024 saylı qərarındakı göstərişləri ümumiyyətlə nəzərə almamışdır.

97. Kassator şikayətini Mülki Məcəllənin 1.5.2, 178.8, 7 70-1-ci; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.25, 3.0.44-cü; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 19.2, 12-ci maddəsi; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101, 102.1- ci maddələri; “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014- cü il tarixli 309 saylı Qərarı; habelə Mülki Prosessual Məcəllənin 1.1, 1.2, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

98. Kassator (nümayəndə və Vəkil) kassasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, müqavilənin mahiyyəti podrat deyil, məhz nisyə alqı-sa tqı olması qənaətinə gəlinməli idi. Apellyasiya instansiya məhkəməsinin mülki kollegiya tərkibi qanunun normalarını kənara qoyub, “tikinti sferasında mövcud təcrübəyə” istinad edib, Azərbaycan Respublikasının Qanunlarına əhəmiyyət vermədən digər misallarla əsaslana bilməz. Bu Konstitusiyanın 129-cu maddəsində müəyyən edilən tələbin kobud pozuntusudur. Məhkəmə Kollegiyası nəzərə almayıb ki, podratçının öhdəliyini nəzərdə tutan müqavilənin 4.4.1-ci bəndinə əsasən podratçı tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq 30 ay müddətində tamamlamalı, 4.1.5-ci bəndinə əsasən binanı müəyyən edilmiş qaydada dövlət qəbul komissiyasına təhvil verməli idi. Məhkəmə tərkibi nəzərə almayıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17ci maddəsinə əs asən tikinti-quraşdırma işləri dedikdə tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası nəzərdə tutulduğuna görə “adət-ənənəyə” deyil, Mülki Məcəlləninin 390.2-ci maddəsinə uyğun olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən cavabdeh tikinti obyektinin tikintisi başa çatdıqdan sonra onu istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli idi. Halbuki, indiyədək müqavilənin predmeti olan mənizilin aid olduğu binanı Podratçı bu günədək icra etməmişdir və müqavilə üzrə mənzili təhvil vermək öhdəliyini pozmuşdur. Məhkəmə tərkibi nəzərə almayıb ki, Mülki Məcəllənin 135.9-cu maddəsinə əsasən əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzər də tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Başqa sözlə bina təhvil verilmədən onun tərkibində olan 100 mənzil heç cür təhvil verilə bilməz. Məhkəmə tərkibi nəzərə almamışdır ki, Mülki Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Məhkəmə tərkibi nəzərə almayıb ki, Podratçı nəinki binanı təhvil verməyib, o, Nərimanov Rayon Məhkəməsində də aşkar olunduğu kimi, iddiaçıya məxsus olan mənzillərin açarlarını da təhvi l verməmiş, iddiaçının mənzillərə daxil olmasına qəsdən süni maneələr yaratmış və ekspertlərin ora daxil olması üçün xərc çəkib açarları sındırmaq dəyişdikdən sonra 2023-cü ildə iddiaçı və ekspertlər mənzillərə daxil ola bilmişlər. Məhkəmə tərkibi cavabdehdən binanın və iddiaçıya məxsus olan mənzillər də daxil olmaqla, bütün tərkib hissələrinin təhvil verilməsini sübut edən sənədlərin cavabdeh tərəfindən təqdim edilməsini tələb etməmişdir. Nəhayət, iddiaçı özü araşdırma aparmaq məcburiyyətində olub, cavabdehin gizlətdiyi və onun təqsirini sübut edən istismara hazırlıq aktını məhkəməyə təqdim etməyə nail olmuşdur (Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən sorğu edilərək, qeyd edilən Agentliyin, Cavabdeh1 MMC-nin və layihəçi təşkilat "xxxx" MMC-nin n ümayəndələrinin iştirakları ilə tərtib edilmiş Ö/006436 seriyalı xx.xx.2024-cü il tarixli İstismara hazırlıq Aktı əldə edilmişdir). Məhkəmə tərkibi cavabdehdən binanın və iddiaçıya məxsus olan mənzillərin yaşayış üçün artıq yararlı olması qənaətinə sənədlərlə deyil, cavabdehin domofon sisteminin quraşdırılması üzrə müqavilənin imzalandığı gündən təhvil verilməsini və iddia müddətinin məhz bu gündən hesablanması kimi aşkar yanlış qənaətə gəlməsi onun qərəzsiz olmasına şübhə yaradır. Məhkəmə tərkibi heç olmazsa bu domofon "xxxx" MMC şirkəti tərəfindən işin nə zaman tamamlanmasını belə araşdırmamışdır. Məhkəmə araşdırmamışdır ki, bu binalara qaz yalnız 2022- 2023-cü illlərdə verilmişdir.

99. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsində nəzərdə tutulan “kassas iya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir” tələbini kobud surətdə pozaraq, bu iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-413/2024 saylı qərarındakı göstərişləri nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

100. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

101. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

102. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar b u Məcəllə ilə müəyyənləşdirilir.

103. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

104. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

105. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

106. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxsl ərin hüquqlarından və ya iddialarından azad olsun.

107. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

108. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

109. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

110. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

111. Maddə

770. Əgər müqaviləyə görə və ya işin xarakt erinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

112. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;

113. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

114. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

115. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

116. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

117. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

118. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

119. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

120. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

121. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

122. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

123. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

124. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

125. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

126. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

127. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

128. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

129. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəmə kollegiyası bu dəfə də hazırki işin həqiqi və faktiki hallarını düzgün araşdırmadığı və gəldiyi nəticənin işin həmin hallarına uyğun olmadığı barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər hazırkı icraat çərçivəsində araçdırılmamalıdır.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

130. Kassator kassasiya məhkəməsinə elektron kabinet vasitəsilə akt təqdim etmişdir.Məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübutları qəbul etmir və onlara hüquqi qiymət vermir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

131. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikay ətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

132. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

133. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

134. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 avqust 2024-ci il tarixli 2(103)-2965/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar