Məhkəmə qərarları › İş №2(102)-2012/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2012/2023

06.06.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2012/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6511/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. SSRİ Dövlət Sığortası Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli, 330429 saylı sığorta şəhadətnamədən görünür ki, SSRİ Dövlət Sığortası Baş İdarəsi ilə İddiaçı arasında X2 xeyrinə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı Musa oğlu 1991-ci il tarixdən başlayaraq 2004-cü ilin avqust ayının 30-a kimi hər ay 50 manat 40 qəpik məbləğində sığorta haqları verməyə borcludur, onun xx.xx.2004-cü il tarixdən sonra 8.000 manat almağa ixtiyarı vardır.

3. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixli, 0605/1814 nömrəli məktubunun surətindən görünür ki, sabiq SSRİ Dövlət Sığorta Baş İdarəsinin təlimat və qaydalarının şərtləri əsasında bağlanılmış “Həyat sığortası“, o cümləd ən “Uşaqların sığortası”, “Nikahadək (Toy) sığortası” müqavilələri üzrə daxil olmuş sığorta haqlarının infilyasiyası nəticəsində qiymətdən düşməsi, pulun alıcılıq qabiliyyətində əmələ gəlmiş dəyişikliklərə görə indeksləşdirilməsi nəzərdə tutulmamışdır.

4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının” 211-ci bəndinin tələblərinə uyğun olaraq İddiaçı əmək haqqından tutulmalara dai r sənədlərin saxlama müddəti (5 il) ötdüyünə görə arxivə təhvil verilmişdir.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, 1993-cü il tarixdən 2004-cü il tarixədək X2 əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparılmışdır.

6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, 1993-cü il tarixdən 2004-cü il tarixədək X2 əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaç ı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzi (Yasamal rayon Telefon Qovşağı) üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla sığorta pulunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tam tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, İddiaçı 12 yanvar 1987-ci ildə anadan olan X2 adına, ”övlad sığortası” etmişdir. Sığorta müqaviləsi seriya A 330429 nömrəli, sentyabr 1991-ci ildən 30 avqust 2004-cü ilə kimi hər ay 50 manat 40 qəpik sığorta üçün ödəmişdir. Sığorta mə bləği 8.000 manat sığorta pulu sığorta şirkətinə tam ödənilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırıldı və “Azərsığorta” kimi fəaliyyətini davam etdirdi. Sığorta müqaviləsinin bitmə tarixi artıq müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək sığorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004-cü ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. 25 ildən artıqdır ki, Qarabağ Qaziləri çətinliklə də olsa,öz pullarını 6.600 manat 1991-ci il və 1994-cü illərdə gedən Qarabağ uğrunda döyüşlərdə aldıqları xəsarətə və əlilliyə görə az-az miqdarda olsa da tam bugünki, manata uyğun olaraq, indeksləşməsinə istinad edərək 6.600 manat alınır. Qanun hamı üçün qanundur, vətəndaş öz halal pulunu hər ay 14 il ərzində ödəməsinə baxmayaraq ala bilmir. Pulunu 14 il almaq qanundur, qaytarmağa gələndə indeksasiya planı ortaya çıxır. Pulu qaldıqca faizlərdən sığorta şirkətinə xeyir gəlməyi realdır. O dövr üçün müqavilənin birinci ayında sığorta poza bilərdi ki, sizin sənədlərdə pulların indeksasiyası müqaviləsi göstərilməyib. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti 14 il əvvəl, onunla ”SSR-nin Dövlət Sığorta Baş İdarəsi” bağlanan müqaviləni pozmadan, bağlanan müqavilə əsasında sığorta şirkəti kimi xidmət göstərərək, özünü Dövlət Sığorta Kommersiya Şirkəti kimi 30 avqust 2004-cü ilə kimi onun əmək haqqından tutularaq köçürmə yolu ilə hər ay üçün müqavilə əsasında 50 manat 40 qəpik büdcəsinə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Yasamal Telefon Qovşağından Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına 14 il ərzində köçürmüşdür. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etirazı əsassızdır və qanuna ziddir, vətəndaşın pulunu alır 14 illər ərzində sonra da ərizəsinə SSR-nin Dövlət Sığorta Baş idarəsi - dövründə bağlanmışdır müqaviləniz və indeksləşdirilmədiyi nəzərdə tutulmamışdır.

9. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, müstəqil tələ b irəli sürə bilməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Cavabdeh3 1 saylı Rabitə xidmətləri Mərkəzinin cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

10. Daha sonra İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmə araşdırması nəticəsində aşkarlanan cavabdehdən və ya cavabdehlərdən 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla X2 adına olan sığorta pulunun tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 12 yanvar 1987-ci ildə anadan olan X2 adına ”övlad sığortası” etmişdir. Sığorta müqaviləsi, seriya A 330429 nömrəli, sentyabr 1991-ci ildən 30 avqust 2004-cü ilə kimi hər ay 50 manat 40 qəpik sığorta üçün ödənilmişdir. Sığorta məbləği 8.000 manat sığorta pulu sığorta şirkətinə tam ödənilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırıldı və “Azərsığorta” kimi fəaliyyətini davam etdirdi. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətı olaraq adlandırıldı və “Azərsığorta” kimi fəaliyyətini davam etdirdi. Sığorta müqaviləsinin bitmə tarixi artıq, Müstəqi l Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək, sığorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004-cü ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. Sığorta müqaviləsinin bitmə tarixi artıq, müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək, sığorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004 ci ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, 14 il əvvəl, onunla ”SSR-nin Dövlət Sığorta Baş İdarəsi” bağlanan müqaviləni pozmadan, bağlanan müqavilə əsasında sığorta şirkəti kimi xidmət göstərərək, özünü Dövlət Sığorta Kommersiya Şirkəti kimi 30 avqust 2004-cü il ə kimi onun əmək haqqından tutularaq köçürmə yolu ilə hər ay üçün müqavilə əsasında 50 manat (əlli manat) 40 qəpik (qırx qəpik) büdcəsinə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Yasamal Telefon Qovşagından Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına 14 il ərzində köçürmüşdür. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etirazı əsassızdır və qanuna ziddir, vətəndaşın pulunu alır, 14 il ərzində sonra da ərizəsinə “SSR-nin Dövlət Sığorta Baş İdarəsi - dövründə bağlanmışdır müqaviləniz və indeksləşdirilmədiyi nəzərdə tutulmamışdır”. Pulların ödənilməsi üçün oğlu dəfələrlə onun tərəfindən (nümayəndə tərəfindən) məhkəmə gedişatında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinə və hakimə bildirmişdir ki, hüquqi varis sayılırsız Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin və Sığortanın 90 illiyi bayramını Respublika üzrə keçirirsiz. Bu əsas deyil ki, siz müqavilənin bir ay ləğv sonunda bağlanmasını iddia etməyiniz. O məhkəmədən xahiş etmişdir ki, məhkəmə sorğusu Azərbaycan Respublikasının Mərkəzi Bankına, Dövlət Sığorta Kommersiya Şirkətinə, İqtisad Nazirliyinə Azərbaycan Respublikası SSR Dövlət Sığorta baş idarəsi əvəzinə, Azərsığorta və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya yarananda bağlanmış müqavilələr sentyabr 1991-ci il də qüvvəsini itirib-itirməməsi haqqında sorğunun verməsini təmin etməklə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə arxiv sorğusunun atası, İddiaçı tərəfindən X2 adına bağlanmış müqavilənin olması haqqında sorğu verməsini xahiş edir. Aparılan məhkəmə iclaslarında cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti heç bir sübutlar təqdim etməmişdir, axiv müqavilələri olubolmamasına izah verməmişdir. O, yuxarıda qeyd olunanları nəzərə alaraq və iddia ərizəsində 3-cü şəxs Rabitə və Texnalogiya Nazirliyini və tərkibində olan X4 cavabdeh kimi əlavə edilsin. Buna da səbəb iddiaçı cavabdehlərin yetərincə öz vəzifələrini bağlanmış sığorta müqaviləsində düzgün mövgeyi iddiaçı ilə aparmamışdır. İddiçıya 8.000 min AZN son müqaviləyə istinad olunaraq (2004-cü ilin manatına uyğun) hər ay tutaraq hüquqi varisi olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə köçürməsinə əsas “Sığorta Şəhadətnaməsidir”. Cavabdeh tərəflər “Sığorta Şəadətnaməsinin” güvvədən düşməsini və Dövlət sənədi kimi qüvvəsini itirməsini sübuta yetirə bilməmişlər. Hər bir Dövlət qurumunun Dövlət sənəd lərinin, təhvil-təslimi müddəti vardır ki, qüvvəyə minmiş qərarlarda sənədləşmələrdə izahlı hesabatla, bir-birinə verilir, buna da nəzarət edən dövlət qurumlarından Mərkəzi Bankla, İqtisadiyyət Nazirliyidir ki, birbaşa nəzarət edir. Sentyabr 1991-ci ildə müqavilə bağlanmasına baxmayaraq oktyabr 1991-ci ildə artıq Müstəqil Azərbaycan Sığortası adlanırdı.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 2(006)-139/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ilə SSR İ Dövlət Sığortası Baş İdarəsi arasında xx.xx.1991-ci il tarixli sığorta müqaviləsi bağlanılmış, bununla da tərəflər arasında sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bu müqaviləyə görə İddiaçı Musa oğlu 1991-ci il tarixdən başlayaraq 2004-cü ilin avqust ayının 30-a kimi hər ay 50 manat 40 qəpik (AZM) məbləğində sığorta haqqları verməyi, SSRİ Dövlət Sığortası Baş İdarəsi isə sığorta haqqları bütün müddət üçün edildiyi təqdirdə xx.xx.2004-cü il tarixdən sonra 8.000 manat (AZM) məbləğində sığorta ödənişini faydalanan şəxs olan X3 verməyi öhdəsinə götürmüşdür. 14. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şura sının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır.

15. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, mübahisəli sığorta müqaviləsi üzrə tər əf deyildir. Belə ki, müstəqil Azərbaycan Respublikası SSRİnin hüquqi varisi olmadığı kimi, Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası öz müstəqilliyinə nail olmamışdan əvvəl Azərbaycan SSR-nin ərazisində fəaliyyət göstərən Dövlət Sığorta İdarələrinin hüququ varisi deyildir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyətinin bazasında yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Dövlət Sığortası İdarə heyətinin hüquqi varisi olduğu müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərində öz əksini tapan maddələrin mənasından isə görünür ki, müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını yalnız müqavilə ilə üzərinə öhdəlik götürmüş şəxsdən tələb edilməli, öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyan şəxs – müqavilə üzrə mükəlləfiyyətli tərəfdir.

17. Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edər kən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Məhkəmə digər cavabdehlərə münasibətdə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş arxiv ar ayışlarına əsasən İddiaçı aldığı əmək haqqından 1993-cü il tarixdən 2004-cü il tarixədək tutulmaların yalnız Dövlət Sosial Müdafiə Fonduna aparıldığı müəyyən edilmiş, yuxarıda adı çəkilən dövlət qurumlarının və ya Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə mübahisəli sığorta müqaviləsi üzrə hər hansı tutulmaların aparılması öz təsdiqini tapmamışdır.

20. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448.1-ci maddələrinə və Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) 2(103)-6511/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, eyni zamanda qeyd etmi şdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq digər cavabdehlərə münasibətdə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş arxiv arayışlarına əsasən İddiaçı aldığı əmək haqqından 1993-cü il tarixdən 2004-cü il tarixədək tutulmaların yalnız Dövlət Sosial Müdafiə Fonduna aparıldığı müəyyən edilmiş, yuxarıda adı çəkilən dövlət qurumlarının və ya Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə mübahisəli sığorta müqaviləsi üzrə hər hansı tutulmaların aparılması öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara qeyri-obyektiv yanaşmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırmamış, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, habelə sübutlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəni mötəbər sübutlar əsasında deyil, yalnız özünün subyektiv mülahizəsinə əsasən həll etmişdir. Bununla məhkəmə sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət vermə li olduğu halda, yalnız özünün düzgün olmayan mülahizəsinə əsasən qiymət vermişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının da pozuntusuna yol vermiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən müstəqil olmamış, qətnamə qəbul edərkən qarşı tərəf olan ölkənin aparıcı dövlət şirkətlərindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mövqeyini üstün götürmüş, işə heç bir araşdırma aparmadan səthi baxmış, qətnaməsini əsaslandırmağa çalışarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin cavabdehin mövqeyinə uyğun olan bir sıra normalarını sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası yanlış olaraq elə qənaətə gəlmişdir ki, Azərbaycan Respublik asının SSRİ-nin hüquqi varisi olmadığna görə Dövlət Sığorta Kommersiya Şirkəti də Azərbaycan Respublikası öz müstəqilliyinə nail olmamışdan əvvəl Azərbaycan SSR-nin ərazisində fəaliyyət göstərən Dövlət Sığorta İdarələrinin hüququ varisi ola bilməz. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyətinin bazasında yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Dövlət Sığortası İdarə heyətinin hüquqi varisi olduğu müəyyən edilmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi yanlış olaraq hesab etmişdi r ki, birinci instansiya məhkəməsi cavabdehlərə münasibətdə iddianın rədd edilməsi qənaətinə gəlməkdə də haqlı olmuşdur. Çünki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş arxiv arayışlarına əsasən iddiaçının aldığı əmək haqqından 1993-cü il tarixdən 2004-cü il tarixədək tutulmaların yalnız Dövlət Sosial Müdafiə Fonduna aparıldığı müəyyən edilmiş, yuxarıda adı çəkilən dövlət qurumlarının və ya Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə mübahisəli sığorta müqaviləsi üzrə hər hansı tutulmaların aparılması öz təsdiqini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası, qətnaməni maraqlı tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı qətnamə qəbul edilməklə, iş üzrə hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, mübahisəli sığorta müqaviləsi üzrə tərəf deyil. Belə ki, bu təşkilat Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyətinin bazasında yaradılmaqla həmin qurumun hüquqi varisi olduğu müəyyən edilmişdir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, iddianın ona cavab verməli olmyan şəxsə qarşı irəli sürülməsi tələbin rədd edilməsi üçün əsasdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə qətnamə qanuni və əsaslı qətnamə çıxarılmışdır, kassasiya şikayətində qeyd olunan dəlillər məhkəmə aktının ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6511/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar